KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
78
ƏDƏBİYYATŞÜNASLIQ BİBLİOQRAFİYASININ
MÜASİR VƏZİYYƏTİ VƏ PERSPEKTİVLƏRİ
S.P.İSMAYILOVA
Bakı Dövlət Universiteti
Məqalədə Azərbaycanda ədəbiyyatşünaslıq biblioqrafiyasının müasir
inkşafı vəziyyəti, perspektivləri haqqında məlumat verilmiş, gələcəkdə həlli
vacib olan istiqamətlər müəyyənləşdirilmişdir.
Azərbaycan milli biblioqrafiyasının mühüm tərkib hissəsini ədəbiy-
yatşünaslıq biblioqrafiyası təşkil edir. Respublikamızda ədəbi-bədii biblioq-
rafik informasiya fəaliyyətinin uzun bir dövr ərzində qazandığı təcrübə və əldə
etdiyi nailiyyətlər aydın şəkildə sübut edir ki, ədəbi-bədii biblioqrafik proses
ölkəmizdə ədəbi mühitin və kitabxana-biblioqrafiya fəaliyyətinin ayrılmaz
üzvü sahəsi kimi cəmiyyətdə ədəbi-bədii əsərlərin təbliğinə, insanların bədii
zövqünün formalaşmasına və ədəbiyyatşünaslıq sahəsində aparılan elmi-
tədqiqat işlərinin kitabxana-informasiya təminatına təsir göstərmişdir.
Ədəbiyyatşünaslıq biblioqrafiyası inkişaf edib təkmilləşərək kitab-
xanaların ümumilikdə biblioqrafik fəaliyyətinin, ədəbi ictimaiyyətin biblioq-
rafik informasiya mədəniyyətinin yüksəlişinə səbəb olmuş, cəmiyyətdə sənəd-
informasiya axtarışı üzrə bir çox maneələrin aradan qaldırılmasına, bu sahədə
formalaşmış zəngin sənəd kütləsindən səmərəli istifadə üçün geniş imkanlar
açmışdır.
Ədəbi-bədii biblioqrafik vəsaitlərin yaradılmasında ciddi addımlar
atılmış, xalqımızın bədii ədəbiyyat, ədəbiyyatşünaslıq və milli biblioqrafiya
tarixində əlamətdar hadisələrə çevrilən uğurlu biblioqrafik tədqiqatlar mey-
dana gəlmiş, yeni biblioqrafik mərkəzlər yaradılmış, bu sahədə mütərəqqi
ənənələr formalaşmışdır.
Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq sahəsindəki bib-
lioqrafik informasiya prosesləri milli ədəbiyyatımızın mühüm yaradıcılıq
məsələləri ilə əlaqədar surətdə inkişaf etmiş, onun məzmun, forma və ədəbi
əhatəlik xüsusiyyətlərində baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərini
əsasən əks etdirə bilmişdir.
Respublikamızda dinamik və daim yeniləşən ədəbi-bədii biblioqrafik
fəaliyyət, bu sahədə informasiya tələbatçılarına təqdim edilən rəngarəng bib-
lioqrafik vəsaitlər cəmiyyətdə bədii əsərlərin təbliğində, ədəbiyyat tarixi və
nəzəriyyəsinə dair aparılan elmi-tədqiqat işlərində müvəffəqiyyətlə istifadə
edilir.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
79
XX əsrin sonlarında Azərbaycanın yenidən öz müstəqilliyini bərpa
etməsi və yeni iqtisadi inkişaf yoluna keçməsi ilə əlaqədar həyatımızın bütün
sahələrində olduğu kimi informasiya sistemində də (o cümlədən biblioqrafk
informasiyada) mühüm dəyişikliklər baş vermişdir. Bu həm də biblioqrafik
informasiya tələbatçılarının fəallaşması və bu tələbatlarda milli-mənəvi dəyər-
lərə yiyələnmək zərurətilə bağlı olmuşdur. Müasir dövrdə elə bir şərait ya-
ranmışdır ki, yüksəkixtisaslı mütəxəssislər belə hər hansı məsələ üzrə dolğun
informasiya almaq üçün biblioqrafiyanın vasitəçiliyinə ehtiyac duyur. Çünki
müəyyən qrup mütəxəssislər yalnız öz ixtisaslarına dair deyil, həm də digər
sahələrə, daha çox isə bədii ədəbiyyat və ədəbiyyatşünaslığa dair sənəd küt-
ləsini izləməli olurlar.
Ədəbiyyat axtarışı bu işin metodikasını, mənbələrini bilməyən insan
üçün çoxlu zəhmət tələb edir. Bəzən elə olur ki, mövcud olan informasiya,
mütəxəssislərə operativ kömək edə bilən, lakin onların xəbəri olmayan nəşrlər
illərlə istifadəsiz qalır. Bunu təmin edən vasitəyə böyük ehtiyac duyulur.
Sənədlər və informasiya tələbatçıları arasında bəşəriyyətin topladığı möh-
təşəm sənəd resurslarından daha mütərəqqi və səmərəli istifadə olunmasına
təsir göstərən belə vasitəçilərdən biri biblioqrafik informasiyadır.
Biblioqrafiyanın bu missiyasını yerinə yetirməyə kömək edən ən
mühüm vasitə biblioqrafik informasiyadır. Yalnız biblioqrafik informasiya
sənəd kütləsini hərtərəfli araşdırır, onların daha mühüm nümunələrindən isti-
fadə olunmasına kömək edir. Bu işdə digər informasiya orqanları kimi kitab-
xanaların rolu əvəzedilməzdir.
Professor A.Xələfov yazır: “Müasir cəmiyyətdə hər cür informasiyanı
cəmiyyət üzvləri arasında yaymağı qarşısına məqsəd qoyan, informasiya
resurslarını toplayıb saxlayan, onu əsrdən-əsrə, nəsildən-nəslə ötürən infor-
masiya daşıyıcısı kimi fəaliyyət göstərən informasiya müəssisələrinin ən
mühüm vəsiləsi kitabxana sistemləridir” (4).
Müasir sosial - iqtisadi tərəqqi dövründə Azərbaycan Respublikasının
tam müstəqillik əldə etdiyi bir şəraitdə kitabxanaların informasiya funksiyası
daha böyük əhəmiyyət kəsb edir və bu “Kitabxana işi haqqında Azərbaycan
Respublikasının Qanunu”nda da öz real ifadəsini tapmışdır: “Kitabxana – elm,
informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və
digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ic-
timai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının
inkişafına xidmət göstərən sosial institutdur” (1).
Müasir dövrdə müstəqil və çox qədim ənənələrə malik olan Azər-
baycan ədəbiyyatşünaslığı məzmunlu ilkin mənbələr haqqında biblioqrafik
informasiya olmadan, həmin mənbələrdən mütəxəssislərin səmərəli istifadə
etmələri mümkün deyil. Elə buna görədir ki, çox zəngin ədəbi-bədii sənəd
kütləsi və axını zaman keçdikcə inkişaf edərək zənginləşir, təkmilləşir və
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
80
cəmiyyətin ədəbi biblioqrafik informasiyaya olan tələbatının daha dolğun
şəkildə ödənilməsinə xidmət edir. Ədəbiyyatşünaslıq üzrə biblioqrafik infor-
masiyanın formalaşdırılması və ehtiyacı olanlara çatdırılması vasitələri onun
təsbit olunduğu mənbələrdir. Deməli, “sənəd-kommunikasiyaları sistemi”
cəmiyyət üzvlərinin informasiyaya olan tələbatının ödənilməsində əsas
amildir. Cəmiyyətdə sənəd tələbatı obyektiv olaraq həmişə var və baş verdiyi
dövrün konkret sosial şəraiti ilə şərtləşir.
Azərbaycanda hal-hazırda ədəbi-bədii prosesin biblioqrafik infor-
masiya təminatı, o cümlədən biblioqrafik vəsaitlər sisteminin formalaşması bu
sahənin reallıqlarını əks etdirən, onun gələcək inkişafını müəyyənləşdirən
elmi-biblioqrafik metod kimi formalaşmışdır.
Bu dövrdə meydana gəlmiş ədəbi-bədii biblioqrafik vəsaitlər məqsəd,
oxucu istiqaməti, növ, biblioqrafiyalaşdırma metodikası, nəşr forması
baxımından rəngarəng, xalqımızın ədəbi, mədəni-mənəvi həyatındakı yeni-
likləri, aparıcı inkişaf meyllərini qavrayıb təcrübəyə tətbiq edən yaradıcı
fəaliyyətin nəticəsi kimi təzahür etmişdir. Məhz bu biblioqrafik vəsaitlər sis-
temi ölkədə bədii ədəbiyyat və ədbiyyatşünaslıq sahəsinin sənəd kom-
munikasiya sistemindəki maneələrin aradan qaldırılmasına səmərəli təsir gös-
tərmişdir.
XX əsrin sonu, XXI əsrin əvvəllərində meydana gəlmiş çoxsaylı ədəbi
–bədii biblioqrafik vəsaitlər özünəqədərki bu mürəkkəb və yaradıcı fəaliyyətin
tarixi ənənələrinin bütün qabaqcıl keyfiyyətlərini mənimsəyib inkişaf
etdirmiş, yeni, müasir biblioqrafik informasiya meyllərini özündə bu və ya
digər dərəcədə əks etdirmişdir.
Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə həsr
edilmiş elmi-köməkçi biblioqrafik vəsaitlərin tərtibində göstərilən mütərəqqi
meyllər özünü bir daha “Elçin” biblioqrafik göstəricisində nümayiş
etdirmişdir.(2)
Biblioqrafik göstərici respublikamızın tanınmış yazıçısı və ictimai-
dövlət xadimi Elçin Əfəndiyevin 1959-1996-cı illərdə Azərbaycan, rus, və
digər xarici ölkə xalqlarının dillərində çap edilmiş bədii əsərlərini, pub-
lisistikasını, elmi-tənqidi yazılarını, o cümlədən monoqrafiya və elmi məqa-
lələrini, həmçinin müxtəlif sessiya, simpozium və elmi konfranslardakı
məruzə və çıxışlarını, müqəddimə yazdığı və redaktə etdiyi əsərləri əhatə edir.
Vəsaitdə həmçinin ədibin həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında
ədəbiyyat əks etdirilmişdir. Biblioqrafik göstərici çox zəngin yardımçı aparata
malik olub, ədibin həyat və yaradıcılığı, onun əsərlərinin nəşri, tərcüməsi,
nəşriyyatlar, redaktorlar, tərcüməçilər, dövri nəşrlər və s. müəllifin əsərlərinin
nəşri ilə əlaqədar şəxsiyyətlər və kollektivlər haqqında geniş məlumat verir.
Bu vəsaiti digər elmi-köməkçi göstəricilərdən fərqləndirən əsas xüsusiyyət
onun çox dəqiq və elmi-biblioqrafik cəhətdən düzgün müəyyənləşdirilmiş
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
81
struktur quruluşa malik olmasıdır. Belə ki, bu biblioqrafik tədqiqat bir neçə
bölmədən ibarət olan giriş hissəsi ilə yanaşı özündə 30-dan çox bölməni
birləşdirən dörd əsas hissədən, 21 yardımçı aparatdan ibarət “Köməkçi
göstəricilər” adlandırılmış xüsusi bölmədən ibarətdir.
Vəsaitin giriş hissəsində göstərici haqqında professor Zöhrab Əliyevin
rəyi, sonra E.Əfəndiyevin əsərlərinin nəşri haqqında qısa oçerk, ədibin həyat
və yaradıcılığının əsas tarixləri və ədib haqqında ədəbiyyat və mədəniyyət
xadimlərinin fikirləri təqdim edilir.
Biblioqrafik göstəricinin I hissəsində müəllifin Azərbaycan dilində
kitabları, redaktə etdiyi kitablar, dövrü mətbuatda və müxtəlif məcmuələrdə
dərc edilmiş bədii əsərləri, ədəbi-tənqidi və publisistik məqalələri, tərcümələri
və əsərləri haqqında ədəbiyyat verilmişdir. Bütün mənbələr hər bir bölmə
daxilində əlifba sırası ilə düzülmüşdür.
Vəsaitin II hissəsində ədibin həyat və yaradıcılığı haqqında
Azərbaycan dilində ədəbiyyat verilmiş və sənədlər aşağıdakı bölmələr üzrə
qruplaşdırılmışdır:
I.
Həyat və yaradıcılığı haqqında;
II.
Azərbaycan Yazıçılar İttifaqındakı fəaliyyəti;
III.
“Vətən” cəmiyyətindəki fəaliyyəti;
IV.
Baş nazirin müavini kimi fəaliyyəti.
Biblioqrafik göstəricinin III hissəsi Elçin Əfəndiyevin əsərlərinin rus
dilindəki nəşrlərini və onun həyat və yaradıcılığı haqqında rus dilində nəşr
edilmiş ədəbiyyatı əhatə edir. Materialların sistemləşdirilməsi əsasən gös-
təricinin Azərbaycan dilindəki mənbələri əhatə edən hissəsinə uyğun şəkildə
təşkil edilmişdir: kitabları, müqəddimə yazdığı əsərləri, dövri mətbuat mate-
rialları, ədəbi-tənqidi və publisistik məqalələri, ictimai fəaliyyəti, ekran-
laşdırılmış əsərləri, filmləri haqqında ədəbiyyat, həyat və yaradıcılığı haq-
qında ədəbiyyat. Bu hissədə materiallar Azərbaycan dilindəki sənədlər kimi
əlifba prinsipi əsasında düzülmüşdür.
Biblioqrafik göstəricinin IV hissəsi ədibin xarici dillərdə nəşr edilmiş
əsərlərini və onun haqqında ədəbiyyatı əks etdirir. Burada ədibin keçmiş SSRİ
respublikaları və digər xarici ölkələrdə nəşr edilmiş əsərləri və onun həyat və
yaradıcılığı, eləcə də ayrı-ayrı əsərləri haqqında müxtəlif ölkələrdə (Bol-
qarıstan, Belorusiya, Çexiya, ABŞ, Almaniya, Türkiyə, Macarıstan, İraq,
Qazaxıstan, Polşa, Rusiya və s.) dərc edilmiş əsərlərinin nəşrinin mükəmməl
təsviri verilmiş və müəllif haqqında xarici ölkələrdə dərc edilmiş çoxsaylı
mənbələr toplanmışdır. Materialların düzülüşü ölkələrin əlifba sırasına görə
sistemləşdirilmişdir. Hər bir ölkəyə həsr olunmuş bölmə daxilində də mən-
bələrin düzülüşündə əlifba prinsipi əsas götürülmüşdür.
Nəhayət, biblioqrafik göstəricidə diqqəti cəlb edən xüsusiyyət burada
orijinal köməkçi göstəricilər sisteminin yaradılmasıdır. Belə ki, burada vəsaitə
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
82
daxil olan çoxsaylı və çoxdilli sənədlərin müxtəlif axtarış əlamətlərinə görə
müəyyənləşdirilməsini təmin edən 21 yardımçı göstərici tərtib edilmişdir. Bu
yardımçı göstəricilər vasitəsilə ədibin Azərbaycan, rus və xarici dillərdə nəşr
edilmiş əsərlərini, redaktə etdiyi əsərləri, ( kitabları və məqalələrini) tərcü-
mələrini, onun əsərlərinin redaktorlarını, rəyçilərini, yazıçının ssenarilərini,
səhnələşdirilmiş və ekranlaşdırılmış əsərlərini, nəşriyyatların, dövri orqanların
adlarını, müəllifin əsərləri çap edilən ölkələrin adlarını və tərcümə edilmiş
əsərlərinin sərlövhələrini operativ və dəqiq müəyyənləşdirmək mümkün olur.
Vəsaitdə bütövlükdə 1152 adda mənbə əhatə edilmişdir. Vəsaitin müəllifi
Bəybala Ələsgərovun gərgin zəhməti və hərtərəfli axtarışları nəticəsində mey-
dana gəlmiş bu tədqiqat əsəri Azərbaycan ədəbi-bədii biblioqrafiyasının
nailiyyəti hasab olunur.
Bu biblioqrfik vəsaitin ən qiymətli cəhəti ilk növbədə onun mükəm-
məlliyidir. Belə ki, göstəricidə ədibin həyatı, ictimai fəaliyyəti və yaradı-
cılığının tam biblioqrafik salnaməsi yaradılmışdır. Vəsaitdə Elçin Əfəndiyevin
həyat və yaradıcılığının bütün məqamları, onun ədəbi laboratoriyası bütöv-
lükdə tələbatçıların nəzərində canlanır. Göstəricinin istər məzmunu və istərsə
də quruluşunda özünəməxsusluğu diqqəti cəlb edir.
“Elçin” bibloqrafik göstəricinin təhlilini bu vəsait haqqında professor
Zöhrab Əliyevin aşağıdakı sözləri ilə yekunlaşdırmaq istərdik: “Çağdaş Azər-
baycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Elçin haqqında
biblioqrafik göstərici başqa şəxsi biblioqrafik vəsaitlər sistemində özünə-
məxsus yer tutacaqdır və Azərbaycan ədəbiyyatı üzrə biblioqrafik axtarışda
mühüm rol oynayacaqdır” (3).
Müasir Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardan biri olan
görkəmi nasir, ədəbiyyatşünas alim, pedaqoq Mir Cəlal Paşayevə həsr edilmiş
ilk biblioqrafik göstərici ədibin 60 illik yubileyi münasibətilə tərtib edilmişdir.
Mir Cəlal Paşayev haqqında növbəti şəxsi biblioqrafik göstərici 1998-ci ildə
ədibin 90 illik yubileyi münasibətilə M.F.Axundov adına Dövlət Kitabxanası
tərəfindən çap edilmişdir. Bu biblioqrafik göstərici 1968-ci ildə tərtib edilmiş
vəsaitin məntiqi davamı olaraq 1969-1998-ci illər ərzində Mir Cəlalın
əsərləri, həyat və yaradıcılığı haqqında müxtəlif dillərdə olan materialları
əhatə edir.
Bu biblioqrafik mənbədə Mir Cəlalın 30 adda kitabı, 115 adda ədəbi-
bədii və publisistik məqaləsi, eyni zamanda ədibin həyat və yaradıcılığına həsr
olunmuş 7 adda kitab və 26 adda məqalə haqqında biblioqrafik məlumat öz
əksini tapıb (6).
Müstəqillik şəraitində Mir Cəlal yaradıcılığına tələbatçı marağının
gündən-günə artması, yeni, daha mükəmməl, xronoloji əhatəlik baxımından
daha bitkin bir məlumat kitabının yaradılması zərurətini meydana çıxar-
mışdır. Bu məqsədlə M.F.Axundov adına Milli Kitabxana ədibin irsini bütöv-
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
83
lükdə əks etdirən sonuncu əsaslı şəxsi biblioqrafik göstəricini hazırlayıb çap
etdirmişdir. Bu biblioqrafik göstəricinin nəşri ilə Milli Kitabxana
“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasının əsasını qoyub. “Mir Cəlal”
adlı biblioqrafik tədqiqat 1926-cı ildən 2006-cı ilə kimi ədibin yaradıcılığı,
haqqında olan mənbələrin biblioqrafik təsvirini verən çox zəngin informasiya
mənbəyidir. (7) Biblioqrafik vəsaitə xalq yazıçısı, professor Elçin “Sadəlik və
müdriklik (Müəllim haqqında söz)” adlı giriş məqaləsi yazmışdır. Məqalədə
Mir Cəlal müəllimin portiretinin əsas cizgiləri haqqında dolğun təsəvvür
yaradılmış, sevimli müəllim haqqında səmimiyyətlə söhbət açılmışdır.
Biblioqrafik vəsaitin ilk bölməsi “Mir Cəlalın həyat və yaradıcılığının əsas
tarixləri” adlanır. Bölmədə Mir Cəlal müəllimin həyat və yaradıcılığı
haqqında biblioqrafik məlumat xronoloji ardıcıllıqla verilmişdir.
“Əsərləri” adlanan 2-ci bölmədə ədibin 1926-2006-cı illərdə Azər-
baycan dilində çapdan çıxmış 80 adda kitabı, 774 adda bədii, ədəbi-tənqidi və
publisistik məqaləsi, 9 adda tərcümə əsəri, başqa dillərdə çap olunmuş kitab
və 23 məqaləsi, redaktə etdiyi 26 adda əsər və rəhərlik etdiyi 36 adda
dissertasiya işinin biblioqrafik təsviri verilmişdir. Bu bölmədən məlum olur
ki, Mir Cəlalın ilk kitabı 1932-ci ildə “Sağlam yollarda” adı ilə çapdan çıxıb.
Ədibin sonuncu kitabı isə 2005-ci ildə Ədibə Paşayeva tərəfindən tərtib
olunmuş “Seçilmiş əsərləri” adı ilə hekayələr və romanlar kitabıdır.
Biblioqrafik vəsaitin “Dissertasiyalara elmi rəhbərlik” yarımbölməsi
böyük alimin elmi məktəbi, rəhbərlik etdiyi namizədlik və doktorluq
dissertasiyaları haqqında dolğun təsəvvür yaradır. Mir Cəlal müəllim 1949-
1975-ci illər ərzində 36 adda dissertasiyaya rəhbərlik etməklə çağdaş milli
ədəbi mühitin formalaşmasında müstəsna rol oynamışdır. Kamal Talıbzadə,
Bəxtiyar Vahabzadə, Cəlal Abdullayev, Təhsin Mütəllimov, İnayət Bektaşi,
Abdulla Abbasov və başqaları Mir Cəlal müəllimin rəhbərliyi ilə yetişmiş
nəslin parlaq nümayəndələridir.
Vəsaitin 3-cü bölməsi “Mir Cəlalın həyat və yaradıcılığı haqqında”
adlanır. Bu bölmədə Mir Cəlal haqqında Azərbaycan dilində yazılmış 10 adda
kitab və 417 adda məqalənin biblioqrafik təsviri öz əksini tapıb. Ümumiy-
yətlə, biblioqrafik göstərici zəngin faktiki materiallar əsasında tərtib
edilmişdir.
Bu biblioqrafik məlumat kitabı yalnız əsas mətndə verilmiş biblioq-
rafik informasiyalarla məhdudlaşdırılmamış, onun müəllifi zəngin köməkçi
göstəricilər yaratmağa müvəffəq olmuşdur. Vəsaitdə bölmə və yarımböl-
mələrə müvafiq Azərbaycan və rus dillərində 15 adda köməkçi göstərici tərtib
olunub. Qeyd etmək lazımdır ki, bəhs etdiyimiz sonuncu göstərici 3 şəxsi
biblioqrafik vəsait içərisində ən mükəmməlidir. Təkcə bir faktı qeyd etmək
yetər ki, 1968-ci ildə çap olunmuş şəxsi biblioqrafik göstəricidə Mir Cəlalın
ilk qələm təcrübəsi kimi 1928-ci ildə “Maarif yolu” jurnalının 9-cu sayında
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
84
işıq üzü görən “Dənizin cinayəti” adlı şeridir. Lakin tədqiqatlar nəticəsində
məlum olmuşdur ki, ədibin ilk mətbu məqaləsi 1926-cı ildə “Yeni fikir”
qəzetində dərc olunmuş “Dinsizlər ittifaqı nasıl çalışmalıdır?” adlı ədəbi-
tənqidi məqaləsidir. Bu məlumat məhz 2006-cı ildə çap olunmuş şəxsi
göstəricidə öz əksini tapıb. Bu baxımdan həmin göstərici Mir Cəlalın əsərləri
və ona həsr olunmuş mənbələrin biblioqrafik modelini yaradan universal
xarakterli məlumat kitabıdır. Mir Cəlal Paşayev irsinin tədqiqi və öyrənilməsi
baxımından mütəxəssislərin və geniş oxucu kütləsinin biblioqrafik infor-
masiya təminatında olduqca əhəmiyyətli olan bu mənbələr çox qiymətlidir.
Azərbaycanda ədəbi biblioqrafiya təcrübəsi sübut edir ki, bu sahədə
biblioqrafik vəsaitlərin tərtibində ədəbiyyatşünas alimlərin yaxından iştirakı
çox yaxşı nəticələr verir. Bu prosesdə ədəbiyyatşünas alimlərlə təcrübəli
biblioqrafların əlaqələndirilmiş fəaliyyəti elmi baxımdan yüksək səviyyədə
hazırlanmış biblioqrafik vəsaitlərin meydana gəlməsinə səbəb olur.
XX əsrdə bir sıra görkəmli ədəbiyyatşünas alimlər bu və ya digər dərə-
cədə biblioqrafik fəaliyyətlə məşğul olmuş və qiymətli biblioqrafik tədqiqatlar
yaratmışlar. Bunlara misal olaraq Firudin Bəy Köçərlini, Feyzulla Qasım-
zadəni, Həmid Araslını, Nazim Axundovu, Həbib Babayevi, Əziz Mirəh-
mədovu, Rasim Tağıyevi göstərmək olar.
Keçən əsrin 70-80-ci illərində formalaşmış bu mütərəqqi ənənə 90-cı
illərdə də uğurla davam etdirilmişdir. Bakı Dövlət Universitetinin professoru,
filologiya elmləri doktoru İfrat Əliyeva tərəfindən 1997-ci ildə xalq şairi
Bəxtiyar Vahabzadəyə həsr edilmiş biblioqrfik göstərici tərtib edilmişdir.
Həmin vəsaitin peşəkar biblioqraf Əşrəf Xələfov tərəfindən redaktə edilməsi,
onun yüksək biblioqrafiyalaşdırma metodları əsasında tərtib edilməsini şər-
tləndirmişdir.
Ədəbiyyatşünas alim, Bəxtiyar Vahabzadənin tədqiqatçısı və
biblioqrafiyaşünas alimin əlaqəli fəaliyyəti nəticəsində bu böyük sənətkara
həsr edilmiş mükəmməl biblioqrafik informasiya vəsaiti meydana gəlmişdir.
Bu vəsaitin əsas məziyyəti onun Bəxtiyar Vahabzadə irsinin biblioqrafik mən-
bələr əsasında tam və dolğun əhatə edilməsi, sənədlərin məqsədyönlü
biblioqrafiyalaşdırılmasıdır.
XX əsrin II yarısında Azərbaycanda bədii ədəbiyyat və ədəbiy-
yatşünaslıq biblioqrafiyasının inkişafını təmin edən şərtlərdən biri də bu
sahədə yeni peşəkar biblioqraf kadrların meydana gəlməsi olmuşdur. Həmin
dövrdə biblioqrafik fəaliyyətlə məşğul olan iri elmi kitabxanalarımıza BDU-
nun kitabxanaşünas-biblioqraf ixtisası üzrə ali təhsil almış, gənc, istedadlı
kadrlar bu prosesə fəal surətdə cəlb edilmiş, onların yaradıcılıq fəaliyyəti,
elmi bilikləri meydana gələn yeni biblioqrafik vəsaitlərdə öz əksini tapmışdır.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
85
Azərbaycanda ədəbi-bədii mühitin müasir inkişaf səviyyəsi, burada
baş verən keyfiyyət dəyişiklikləri bu sahənin biblioqrafik informasiya sistemi
qarşısında yeni ciddi vəzifələr qoyur.
XXI əsrdə Azərbaycan milli biblioqrafiyasının informasiya poten-
sialının mühüm tərkib hissəsini ədəbi-bədii biblioqrafik vəsaitlər sisteminin
təşkil etməsi artıq fakta çevrilmişdir. Xüsusilə, son 50 ildən artıq bir dövr
ərzində ölkəmizdə ədəbiyyatşünaslığın sənəd kütləsinin biblioqrafiyalaş-
dırılması prosesi getdikcə təkmilləşmiş, ədəbi-bədii məkanın mühüm infras-
rukturu və ayrılmaz tərkib hissəsi kimi onun inkişafına səmərəli təsir göstərən
zəngin sənəd-informasiya bazasına çevrilmişdir. Bu zəngin elmi, ədəbi-bədii
xəzinənin təşəkkülü və formalaşmasında respublikamızın elmi kitabxana-
larının, peşəkar biblioqraflar nəslinin, bir sıra ədəbiyyatşünas alimlərin böyük
xidmətləri olmuşdur.
İnformasiya əsri adlandırılan XXI əsrdə Azərbaycan ədəbi biblioqrafik
informasiya sisteminin müasir texnologiyaya əsaslanan fəaliyyət sahəsi kimi
yeniləşməsi, onun elmi, ictimai və kommunikativ funksiyasının təkmil-
ləşməsi, struktur quruluşu və nəşr növlərinin zənginləşməsi, nəzəri-metodiki
əsaslarının güclənməsi zəruri məsələ kimi meydana çıxır.
Bu prosesə təsir edən amillərdən ən mühümü XX əsrin mühüm
kəşflərindən biri olan yeni informasiya texnologiyalarının – İnternetin sürətlə
inkişaf etməsi, onun elm, mədəniyyət, ədəbiyyat və incəsənətin bütün sahə-
lərinə sirayət etməsi və geniş şəkildə tətbiq olunmasıdır. Müasir informasiya-
laşdırılmış cəmiyyətin xarakterik cəhətlərindən biri İnternet dünyasında
informasiya ehtiyatlarının və məlumat bazalarının sürətli artımıdır. Mövcud
informasiya ehtiyatlarından ədəbiyyatşünas mütəxəssislərin səmərəli istifa-
dəsini təşkil etmək məqsədilə 2002-ci ilin yanvar ayında AMEA-nın Nizami
adına Ədəbiyyat İnstitutunda “İnformasiya və biblioqrafiya” şöbəsi fəaliyyətə
başlamışdır.“İnformasiya və biblioqrafiya” şöbəsi Azərbaycan ədəbiy-
yatşünaslığının son nailiyyətlərinin “İnternet” vasitəsilə dünya elminə inteqra-
siya edilməsi, dünya miqyasında müvafiq informasiyaların toplanması və
tələbatçılara çatdırılmasını təmin edir. Habelə, “İnternet” şəbəkələr
sistemindən alınmış informasiyalar əsasında dünya ədəbiyyatşünaslığının son
nailiyyətlərini əks etdirən büllütenin nəşr edilməsi mütəxəssis ədəbiy-
yatşünasların biblioqrafik informasiya təminatında mühüm rol oynayır.
Nizami adına Ədəbiyyat İnstitutunun “İnformasiya və biblioqrafiya” şöbəsi
tərəfindən tərtib edilib nəşr olunan “Ədəbiyyatşünaslıq.İnformasiya bülleteni”
adlı toplu mövzu və məzmun əhatəliyi baxımından çox zəngin mənbədir.
Azərbaycanda bu sahə üzrə informasiyanı çətinliklə əldə edən mütəxəssislər
bi bülletendən istifadə etməklə özlərinə lazım olan informasiyanı topludan
istifadə etməklə İnternet dünyasından əldə edə bilirlər.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
86
İnformasiya bülleteninin əvvəlində verilmiş “məlumat”da deyilir:
“Zəmanəmizin əsas xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, indi alim,
hüquqşünas, mühəndis, müəllim, jurnalist və s. Sahələrdə çalışan bütün
mütəxəssislər informasiya axını qarşısında çaş-baş qlır. Mövzu ilə əlaqədar nə
oxumalı? Lazım olan materialları haradan və necə tapmalı? Bu günün təd-
qiqatçısı nəhəng Himalay dağlarında qızıl dənələri axtaran ğeoloqun vəziy-
yətindədir” (5).
İnformasiya bülleteninin qarşısına qoyduğu əsas məqsəd Azərbaycan
ədəbiyyatşünaslığı haqqında İnternet dünyasında məlum olan informasiyanı
əldə etməkdir. Məsələn, Məhəmməd Füzuli (www kultur.qov.tr), “XV-XVI
əsrlərin Azərbaycan ədəbiyyatı” (www azeriros.ru/az).
İnformasiya bülleteninin əsas əhəmiyyətindən biri də çağdaş dünya
ədəbiyyatşünaslığı sahəsindəki elmi yeniliklərlə mütəxəssisləri tanış etməkdir.
Müasir dövrdə informasiya texnologiyalarına yiyələnən ədəbiyyatşünas
alimlərin biblioqrafik informasiya təminatında bu mənbənin rolu olduqca
böyükdür. Belə ki, milli ədəbiyyatşünaslığımız öz uğurlarını təbliğ etməklə
yanaşı, dünya İnternet resurslarından da lazımınca bəhrələnir.
Ədəbiyyatşünaslıq biblioqrafiyasının müasir vəziyyətindən bəhs
edərkən bu sahə üzrə elektron biblioqrafik informasiya mənbələrinin də
əhəmiyyətini qeyd etmək lazımdır.
Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq üzrə elektron
biblioqrafik mənbələrin yaradılması problemi ümumilikdə milli biblioqrafik
ehtiyatların yaradılması probleminin tərkib hissəsidir və buna görə də həmin
problemə kompleks yanaşılmalıdır.
Respublikamızda digər elm sahələri kimi ədəbiyyatşünaslıq sahəsində
rəqəm biblioqrafik resursun yaradılması və istifadə edilməsi XX əsrin 80-ci
illərinin əvvəllərinə təsadüf edir. Lakin bir sıra təşkilati, maliyə problemləri
nəticəsində bu proses ləng gedirdi və SSRİ-nin dağılması ərəfəsində bu işlər
demək olar ki, dayandırılmışdır.
Azərbaycanda biblioqrafik fəaliyyətdə informasiya texnologiyalarının
növbəti, keyfiyyətcə yeni mərhələsi 2000-ci illərə təsadüf edir. Bu dövrdə
respublikamızın beynəlxalq, siyasi, iqtisadi və mədəni əlaqələr sisteminə daha
intensiv cəlb edilməsinin tərkib hissəsi və nəticəsi kimi kitabxana-biblioqrafik
fəaliyyətdə də dünyada mövcud olan metodlar və texnologiyalar ölkəmizdə
tətbiq edilməyə başladı. Bu prosesin məntiqi nəticəsi kimi bir sıra kitab-
xanalarda, kitab fonduna malik ictimai təşkilatlarda biblioqrafik informasi-
yanın kompyuterlə işlənərək verilənlər bazalarının yaradılması sahəsində ilkin
təcrübələr aparılmağa başladı.
Məsələn, 2000-ci ildən etibarən İSAR humanitar təşkilatında, 2001-ci
ildən etibarən Gələcək naminə Gənclər təşkilatının kitabxanasında və bir sıra
təşkilatlarda kiçik də olsa biblioqrafik verilənlər bazaları yaradılmağa başladı.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
87
Belə ki, 2001-ci ildən Xəzər Universitetinin Elmi kitabxanasında, BDU-nin
Elmi kitabxanasında elektron kataloqun yaradılmasına başlanıldı. BDU-nun
Elmi kitabxanasında Əməkdar elm xadimi, professor Abuzər Xələfovun
rəhbərlik etdiyi “Kitabxanaların kompyuterləşdirilməsi” elmi-tədqiqat
laboratoriyasının iştirakı ilə kitabxanada Azərbaycan ədəbiyyatı fondunda,
dissertasiyalar və nadir ədəbiyyat fondunda olan xeyli kitab və
dissertasiyaların elektron biblioqrafik yazısı tərtib edilmişdir.
Respublikamızda kitabxanaların elektron biblioqrafik ehtiyatlarınin
işlənməsi və onun tələbatçılara verilməsi sahəsində digər əhəmiyyətli addım
Gələcək naminə İctimai Birliyin və Azərbaycan Dövlət İqtisad Universitetinin
birgə icra etdiyi və Exxonmobil Şirkətinin yardımı ilə həyata keçirilən “Elek-
tron kitabxana şəbəkəsi” layihəsi olmuşdur. 2002-ci ildən həyata keçirilən bu
layihəyə əsasən respublikanın 12 əsas kitabxanasının (əsasən ali məktəb və
respublika səviyyəli kitabxanalar) və 4 ictimai təşkilatın kitabxanası fondunda
olan 100 min sənədin biblioqrafik yazısı tərtib edilərək WEB – serverə
yerləşdirilmişdir və bununla da dünyada bütün İnternet istifadəçiləri üçün
istifadə imkanı açılmışdır.
Elektron kitabxana şəbəkəsi BDU ilə yanaşı M.F.Axundov adına Milli
Kitabxana, Dövlət İqtisad Universiteti, Dövlət Neft Akademiyası, Dövlət
Dillər Universiteti, Tibb Universiteti, MEA-nın kitabxanalarını əhatə edir.
Verilənlər bazasının menyusu 4 aspekt üzrə axtarışı həyata keçirməyə
imkan verir. Bunlar axtarış, mövzu, kitabxana və dil aspektləridir.Axtarış adlı
aspektdə müəllif, sərlövhə, söz əlamətləri üzrə, mövzu aspekti üzrə isə UOT-
un 9 bölməsi üzrə axtarış aparmaq mümkündür. Ədəbiyyatşünaslıq və bədii
ədəbiyyat üzrə 8-ci mövzu bölməsi üzrə axtarış aparmaq mümkündür.
Digər elektron biblioqrafik mənbə Azərbaycan Respublikası Prezidenti
İşlər İdarəsinin kitabxanasına məxsusdur. Kitabxanada biblioqrafik verilənlər
bazasının yaradılmasına 2004-cü ilin may ayından başlanmışdır. Verilənlər
bazası kitabxanada tətbiq edilən İRBİS-64 Kitabxanaların Avtomat-
laşdırılması sisteminin tərkib hissəsidir. Verilənlər bazasına Azərbaycan, rus
və digər dillərdə olan 6000-ə yaxın sənədin biblioqrafik yazısı daxil edilmişdir
ki, bunun da 20%-ni bədii ədəbiyyat, ədəbiyyatşünaslıq üzrə materiallar təşkil
edir. Verilənlər bazası həm kitabxanadakı avtomatlaşdırılmış sistemdən, həm
də WEB kataloqu vasitəsilə İnternetdən müyəssərdir.
Azərbaycanda ədəbi-bədii biblioqrafiyanın müasir inkişaf səviyyəsi,
burada baş verən keyfiyyət dəyişiklikləri bu sahənin gələcək inkişafı qarşı-
sında ciddi vəzifələr qoyur. Bu vəzifələr hər şeydən əvvəl ədəbi-bədii biblioq-
rafik fəaliyyətdə mühüm rol oynayan mərkəzlərin biblioqrafik fəaliyyəti ilə
əlaqədardır. Bu mərkəzlər içərisində M.F.Axundov adına Milli Kitabxana,
AMEA-nın Mərkəzi Elmi Kitabxanası və Nizami adına Ədəbiyyat İnstitu-
tunun biblioqrafik fəaliyyəti diqqət mərkəzindədir.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
88
M.F.Axundov adına Milli Kitabxana respublikada çap əsərlərinin, o
cümlədən ədəbi-bədii nəşrlərin dövlət qeydini, nəhayət ölkə mətbuatının
statistik uçotunu aparmaq istiqamətindəki fəaliyyətini yeni tələblərə uyğun
şəkildə təşkil edərək “Birillik Azərbaycan kitabiyyatı”nın nəşrini bərpa
etmişdir. Vəsaitdə bədii ədəbiyyat və ədəbiyyatşünaslığa dair materiallar
“Ədəbiyyatşünaslıq” və “Azərbaycan ədəbiyyatı” bölməsində sistemləşdiril-
mişdir.
Milli Kitabxana qarşısında duran vəzifələrdən ən əsası respublikada
çap əsərlərinin, o cümlədən ədəbi-bədii nəşrlərin dövlət qeydini, cari biblioq-
rafik informasiya nəşrlərini əks etdirən “Azərbaycan mətbuat salnaməsi”nin
bərpa edilməsidir.
Müasir dövrdə Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq
biblioqrafiyasının biblioqrafik informasiya təminatında mühüm rol oynaya
biləcək müstəqil sahəvi cari biblioqrafik informasiyanı özündə əks etdirən
siqnal, referativ və analitik xarakterli informasiya nəşrlərinin olmamasıdır.
Gələcəkdə həlli vacib olan bu problem AMEA-nın Mərkəzi Elmi Kitab-
xanasının, M.F.Axundov adına Milli Kitabxananın və BDU-nun Elmi Kitab-
xanasının əlaqələndirmə və ixtisaslaşma prinsipləri əsasında cari biblioqrafik
informasiya mənbələrinin yaradılması bu sahədəki mövcud boşluqları
doldurmuş olacaqdır.
Azərbaycan ədəbiyyatşünaslıq biblioqrafiyasının gələcək perspek-
tivlərindən bəhs edərkən bu sahənin mühüm istiqamətlərini təşkil edən “Uşaq
ədəbiyyatı”nı və “Folklorşünaslıq” materiallarını özündə əks etdirən müstəqil
elmi-köməkçi xarakterli biblioqrafik informasiya mənbələrinin olmamasıdır.
Uğurlu və ciddi axtarışların nəticəsi olaraq yeni bir nəşr olan “Folklor kitabı”
adlı vəsait filologiya elmləri doktoru A.K.Əliyeva tərəfindən tərtib edilib
2010-cu ildə nəşr edilmişdir. Gələcəkdə həlli vacib olan məsələlərdən biri də
Azərbaycan ədəbiyyatının ən aktual problemlərinə dair materialları əks etdirən
mövzu biblioqrafik informasiya mənbələrinin yaradılmasıdır.
Müasir dövrdə biblioqrafik fəaliyyətin digər sahələrində olduğu kimi.
ədəbi-bədii biblioqrafiyalaşdırma yeni informasiya texnologiyalarının tətbiqi
ilə mümkün olur. Bu baxımdan ədəbi-bədii biblioqrafik proseslərin kompyu-
terləşdirilməsi, ədəbi-bədii biblioqrafik ehtiyatların yerləşdirilməsi və
istifadəsinin intensivləşməsi qarşıda duran vacib problemlərdəndir.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
89
ƏDƏBİYYAT
1. “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu//
Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri və təcrübi jurnal. 1999. №1.
s.3-16.
2. Elçin (Əfəndiyev Elçin İlyas oğlu): Biblioqrafiya/M.F.Axundov
adına Azərbaycan Dövlət Kitabxanası.-Bakı.: 1997. 206 s.
3. Əliyev Z.H. Rəy // Elçin (Əfəndiyev Elçin İlyas oğlu): Biblioqrafiya
/M.F.Axundov ad.Azərbaycan Dövlət Kitabxanası. B.,1997. s.9.
4. Xələfov A.A. İnformasiyalaşdırılmış cəmiyyətin xüsusiyyətləri və
problemləri //Respublika. 2002. 17 aprel.
5. İsmayılova S.Müstəqillik illərində ədəbi biblioqrafiyanın inkişafı
vəziyyəti // Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri və təcrübi jurnal.-
Bakı: BUN, 2008. №1. s.164-173.
6. Mir Cəlal Paşayev: Biblioqrafiya / M.F.Axundov adına Azərbaycan
Dövlət Kitabxanası. B.,1998. 70 s.
7. Mir Cəlal Paşayev: Biblioqrafiya /M.F.Axundov adına Milli
Kitabxana. B., 2006. 226 s.
MODERN PERSPECTIVES AND DEVELOPMENT OF LITERATURE
BIBLIOGRAPHY
S.P.İSMAYILOVA
SUMMARY
The article studies the present state and perspectives of Azerbaijan
Literature Biblioqraphy. Main directions of development bibliographic
resources are analyzed.
CОВРЕМЕННОЕ СОСТОЯНИЕ И ПЕРСПЕКТИВЫ РАЗВИТИЯ
ЛИТЕРАТУРОВЕДЧЕСКОЙ БИБЛИОГРАФИИ
С.П.ИСМАИЛОВА
РЕЗЮМЕ
В статье рассматриваются проблемы современного состояния и
перспективы азербайджанской литературоведческой библиографии.
Анализируются основные направления развития библиографических
ресурсов.
Dostları ilə paylaş: |