AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTUNUN
ŞƏKİ FİLİALI
GÜLARƏ ABDULLAYEVA
MÜASİR
AZƏRBAYCAN DİLİ
II hissə
(Morfologiya, sintaksis)
AMİ-nin “Xarici dil (ingilis dili) müəllimliyi”
ixtisası üçün dərs vəsaiti
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
30.01. 2013-cü il tarixli 169 saylı
əmri ilə təsdiq edilmişdir.
“Elm və təhsil”
Bakı – 2013
Gülarə Abdullayeva
2
İxtisas redaktoru: Fikrət Xalıqov
Filologiya elmləri doktoru, AMİ-nin Azərbaycan
dilinin tədrisi metodikası kafedrasının müdiri
Rəyçilər: Sənubər Abdullayeva
Filologiya elmləri doktoru, professor
BDU-nun Filologiya fakültəsinin
Azərbaycan dilçiliyi kafedrasının müdiri
Reyhan Həbibli
Filologiya üzrə fəlsəfə doktoru, BDU-nun
Filologiya
fakültəsinin Azərbaycan dilçiliyi
kafedrasının dosenti
Vaqif Qurbanov
Pedaqogika üzrə fəlsəfə doktoru, AMİ-nin
Azərbaycan dili və onun tədrisi metodikası
kafedrasının dosenti
Elşad Abışov
Filologiya üzrə fəlsəfə doktoru, AMİ-nin
Azərbaycan dili və onun tədrisi metodikası
kafedrasının dosenti
Abdullayeva G. A. Müasir Azərbaycan dili. II hissə. AMİ-nin “Xarici dil (ingilis
dili) müəllimliyi” ixtisası üçün dərs vəsaiti. Bakı, “Elm və təhsil”, 2013, 308 səh.
Dərs vəsaitinin II hissəsində qrammatika sahəsi, morfologiya və sintaksis
şöbələri, bu şöbələrin tədqiqat obyektinə daxil olan bütün məsələlər: nitq hissələri,
onlara aid olan kateqoriyalar, nitq hissələrinin quruluş xüsusiyyətləri, sintaktik
əlaqələr, söz birləşməsi və cümlə məsələləri, başqasının nitqinin ifadə üsulları
proqram əsasında geniş şəkildə izah olunmuşdur. Vəsait hazırlanarkən Azərbaycan
dilçiliyinin bu sahəyə aid yazılmış ən son mənbələrinə istinad edilmişdir.
Vəsaitdən ali məktəblərin bu fənn tədris edilən digər ixtisaslarının
tələbələri,
magistrlər, aspirantlar və müəllimlər də istifadə edə bilərlər.
2013
098
4702000000
N
грифли няшр
©
«Елм вя тящсил», 2013
Müasir Azərbaycan dili
3
Qrammatika. Qrammatik
Mövzu № 1 kateqoriyalar. Morfologiya və
onun vahidləri. Nitq hissələrinin təsnifi
Mövzunun planı:
1.
Qrammatika. Qrammatik kateqoriyalar
2.
Morfologiya və onun tədqiqat obyekti
3.
Morfem və onun
növləri
4.
Nitq hissələri və onların təsnifi
Qrammatika.
Qrammatik kateqoriyalar
Hər bir dilin özünəməxsus fonetik sistemi, lüğət tərkibi
və qrammatik quruluşu olur. Bu sistemlər bir-biri ilə rabitəli,
qanunauyğun şəkildə əlaqələnməklə dilin mövcudluğunu
şərtləndirir. Dilin ən kiçik vahidi olan səslər birləşərək sözü
əmələ gətirdiyi kimi, sözlərin də məna və qrammatik cəhətdən
birləşməsi daha mürəkkəb dil vahidləri
olan söz birləşmələrini
və cümlələri yaradır. Dildə mövcud olan hər bir vahid ayrıca
bir dilçilik şöbəsində araşdırılır, öyrənilir. Fonetika səsləri,
leksikologiya sözləri tədqiq edirdisə, sözlərin birləşməsi
nəticəsində yaranan daha mürəkkəb dil vahidləri olan söz
birləşmələri və cümlələr, həmçinin bu vahidlərin yaranması
üçün sözlərin uğradığı dəyişikliklər dilçiliyin ayrıca bir sahəsi
olan qrammatikanın tədqiqat obyektini təşkil edir.
Qrammatika sözü iki mənada:
dilin qrammatik
quruluşu və dilin qrammatik quruluşundan bəhs edən elm
mənasında başa düşülür. Dilin qrammatik quruluşu dedikdə
bütün qrammatik formaların, qrammatik kateqoriyaların
məcmuyu başa düşülür. Başqa sözlə, dilin qrammatik quruluşu
Gülarə Abdullayeva
4
cümlədə sözlərin dəyişməsi və birləşməsi qaydalarının
məcmuyudur.
Dilin qrammatik quruluşu üçün xarakterik olan
aşağıdakı cəhətləri qeyd etmək olar:
1.
Dilin qrammatik quruluşu fikri maddi dil cildinə salan
əsas vasitədir.
2.
Dildə olan bütün proseslər
qrammatik quruluş vasitəsi
ilə tənzimlənir.
3.
Qrammatik quruluş sadədən mürəkkəbə doğru inkişaf
edir, zənginləşir.
4.
Başqa sahələrlə müqayisədə dilin qrammatik quruluşu
sabit olur, çox az dəyişikliyə uğrayır.
5.
Qrammatik quruluş dilin milliliyinin, orijinallığının
qorunub saxlanmasında əvəzsiz rol oynayır.
Məlumdur ki, dilin lüğət tərkibində olan sözlər leksik və
qrammatik mənaya malik olur. Sözün leksik mənası dedikdə
onun təklikdə ifadə etdiyi məna, yəni müəyyən məfhum,
anlayış ifadə etməsi başa düşülür. Qrammatik məna isə leksik
məna
ilə müqayisədə ümumiləşmiş, mücərrəd məna olub, tək
bir söz üçün yox, söz qrupları üçün xarakterikdir. İltisaqi
dillərdən olan Azərbaycan dilində qrammatik mənanın əsas
göstəricisi şəkilçilərdir. Lakin bununla yanaşı, bir sıra köməkçi
vasitələrin: intonasiya, qoşma, ədat, modal sözlərin də
qrammatik mənanın ifadə olunmasında müəyyən rolu vardır.
Qrammatik mənanın ifadə olunması üçün sözlər müəyyən
qrammatik formaya düşür. Məsələn,
anam, anan, anası,
anamız, ananız, anaları və s. Sözün
düşdüyü bu cür qrammatik
formalar
söz-forma adlanır.
“Məzmun və forma planında bir-birinə qarşı duran
qrammatik mənaların birliyi qrammatik kateqoriyaları
yaradır”. (4, səh.17)
Qrammatik kateqoriya birüzvlü ola bilmir, həmişə bir-
birinə qarşı duran tərəflərdən ibarət olur. Məsələn, isimlərdə
kəmiyyət kateqoriyası ikiüzvlü (tək və cəm isimlər), hal