______________________________________________
2
ç ı x ı ş l a r
n i t q l ə r
b ə y a n a t l a r
m ə k t u b l a r
m ü s a h i b ə l ə r
AZƏRNƏŞR
BAKI-1997
______________________________________________
3
MÜSTƏQİLLİYİMİZ
_______________________
ƏBƏDİDİR
________________________
d ö r d ü n c ü k i t a b
________________________
iyun, 1995 - noyabr, 1995
________________________
AZƏRNƏŞR
BAKI-1997
______________________________________________
4
BBK32
Ə56
Buraxılışına məsul
RAMİZ MEHDİYEV
HİDAYƏT ORUCOV
ƏLİYEV HEYDƏR
Ə 56 Müstəqilliyimiz əbədidir. B., Azərnəşr, 1997.- 528 səh.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin
çıxış, nitq, müraciət, bəyanat, müsahibə və məktublarından ibarət dörduncü
cild 1995-ci il iyunun əvvəllərindən 1995-ci il noyabrın ortalarına qədərki
dövrü əhatə edir. Kitaba zəmanəmizin görkəmli siyasi və dövlət xadimi
Heydər Əliyevin Azərbaycan xalqının müstəqil dövlət quruculuğu yolunda
ardıcıl və əzmkar mübarizəsini, gərgin və mürəkkəb siyasi hadisələrlə zəngin
çağdaş tariximizin obyektiv mənzərəsini əks etdirən böyük ictimai-siyasi
əhəmiyyətə malik əsərləri daxil edilmişdir.
97
)
07
(
651
0801000000
−
−
M
elansız
BBK-32
ISBN 5-552-01735-8
C Azərnəşr, 1997
______________________________________________
5
BÖYÜK AZƏRBAYCAN ŞAİRİ VƏ
DRAMATURQU HÜSEYN CAVİDİN
MƏQBƏRƏSİNİN VƏ EV-MUZEYİNİN
YARADILMASI İLƏ BAĞLI MÜŞAVİRƏDƏ
ÇIXIŞ
Prezident Sarayı
10 iyun 1995-ci il
Bu gün mən sizi mədəniyyətimizlə, ədəbiyyatımızla bağlı olan bir
məsələ üçün - Azərbaycan xalqının böyük şairi, yazıçısı, dramaturqu, filosofu
Hüseyn Cavidin xatirəsi ilə əlaqədar buraya dəvət etmişəm. Bilirsiniz ki,
Hüseyn Cavidin həyatı, yaradıcılığı Azərbaycan üçün nə qədər dəyərli,
əhəmiyyətli olub, onun qoyduğu ədəbi, mənəvi irs bizim üçün nə qədər
əhəmiyyətli və gərəklidir. Eyni zamanda onun həyatı faciəli olubdur. Ancaq
bu faciəli dövrlər onun yaratdıqlarını Azərbaycan xalqının qəlbindən çıxara
bilməyib, yaşadıbdır.
Biz 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında
qərar qəbul etdik. Bundan sonra bir çox işlər görüldü. Ancaq təəssüf ki, o
vaxt qəbul olunan qərarlarda nəzərdə tutulmuş tədbirlərin bəziləri indiyədək
həyata keçirilməyib. O dövrdən isə artıq 15 il keçir.
1981-ci ildə biz Hüseyn Cavidin cənazəsini Sibirdən gətirərkən geniş
müzakirələr oldu və nəhayət, bu müzakirələr belə nəticə verdi ki, o,
Naxçıvanda - anadan olduğu yerdə dəfn olunsun. Biz belə də etdik. Hüseyn
Cavidin cənazəsinin Naxçıvanda torpağa tapşırılması haqqında qəbul
etdiyimiz qərarın əsas səbəblərindən biri də o idi ki, onun qəbri adi bir qəbir
olmasın, böyük bir məqbərə olsun. Ona görə də Hüseyn Cavidin cənazəsi
Naxçıvana aparıldı və orada şəhərin mərkəzində dəfn edildi. Ancaq təəssüf
ki, sonrakı illərdə məqbərə də tikilməyib, hətta qəbrin üstü də
götürülməyibdir. Təəssüfedici haldır, ancaq bu, gözümüzün qabağında olan
faktdır. Keçmişimizdə günahlar, səhvlər çox olub. Bunu kim edib, nə üçün
belə olub, - artıq bunu təhlil etməyə ehtiyac yoxdur. Güman edirəm ki, indi
biz o qərarı həyata keçirməliyik.
Mən böyük bir fasilədən sonra - 1990-cı ildə Moskvadan
______________________________________________
6
Azərbaycana döndüm, Naxçıvana getdim və elə həmin gün Hüseyn
Cavidin qəbrini ziyarət etdim. Doğrusu, mən belə təsəvvür etmirdim.
Fikirləşirdim ki, məqbərə yoxdursa da, heç olmasa sənətkarın qəbrinin üstü
götürülüb. Ancaq gedib oradakı vəziyyəti gördüm, təəssüfləndim, çox
narahat oldum. Gördüm ki, qəbrin üstünə sadəcə olaraq daşlar qoyulub,
məqbərə də tikilməyib.
O vaxt mən bu məsələnin həllinə can atdım. Həmin dövrdə Kommunist
Partiyası hakimiyyətdə idi. Mən bir neçə dəfə Naxçıvan Vilayət Partiya
Komitəsinin rəhbərlərinə müraciət etdim ki, bu məsələ həll olunmayıb, mən
də gəlmişəm, bu işi öz üzərimə götürürəm, gəlin onu həll edək. Ancaq bu, bir
nəticə vermədi. Düzdür, mənim təzyiqimin nəticəsində vilayət partiya
komitəsinə bir layihə gətirdilər, rəhmətlik Afiyəddin Cəlilov o layihəni bir
gün mənə göstərdi və dedi ki, sizin təklifinizlə belə bir layihə hazırlanıb.
Layihə xoşuma gəlmədi. Mən hesab etdim ki, bu layihə "məqbərə"
məfhumunu əks etdirmir. Ona görə də dedim ki, bunun üzərində yenə də
işləmək lazımdır. Bundan sonra dəyişikliklər oldu. Naxçıvana bir-iki il də
mən rəhbərlik etdim. İndi siz deyə bilərsiniz ki, kim isə edə bilməyib, bəs siz
niyə bu işi etmədiniz? Mənim buna sadəcə imkanın olmadı.
Turan xanım yəqin ki, xatırlamalıdır. Mən Naxçıvanın mədəniyyət naziri
Fəttahova bir-iki dəfə göstəriş verdim ki, Turan xanımı Naxçıvana dəvət
edin, oturaq fikirləşək, görək nə edək. Ancaq Turan xanım xəstə olduğu üçün
Naxçıvana gələ bilmədi. Açıq deyim ki, Turan xanım o vaxt gəlsəydi də biz
bir şey edə bilməyəcəkdik. Şübhəsiz ki, gəlsəydi məsləhətləşəcəkdik, ancaq
mənim 1981-ci ildə nəzərdə tutduğum planı həyata keçirmək mümkün
olmayacaqdı. Çünki bilirsiniz ki, o vaxt Azərbaycanın hakimiyyəti ilə
Naxçıvanın əlaqələri çox gərgin idi. Bir vaxtlar Naxçıvana bir cür təzyiq
edirdilər, sıxırdılar. Naxçıvanın Ermənistan tərəfindən blokadada olması ilə
yanaşı, Azərbaycanın rəhbərliyi də Naxçıvaın blokadaya salırdı.
Təxminən 1991-ci ildən 1992-ci ilin yayınadək bir hakimiyyət dövrü idi.
1992-ci ilin yayından sonra başqa bir hakimiyyət gəldi, hesab etdim ki, bəlkə
bu hakimiyyət Naxçıvanın dərdlərinə qayğı göstərər. Ancaq onlar Naxçıvana
münasibəti daha da gərginləşdirdilər, blokada şəraitini daha da artırdılar.
Artıq orada elektrik, su yox idi. İnsanlara çörək tapmaq, elektrik