16 mart 2017-ci il
2
http://w w w.amu.edu.az
u
Martın 2-dən etibarən ATU-
nun rektoru, professor Gəray
Gəraybəylinin tələbələrlə gö rüş-
ləri başlayıb. İlk olaraq rektor
uni versitetin I kurslarının qrup
nümayəndələri ilə görüşüb.
Yeni tələbə olan gənclər özlərini
maraqlandıran məsələləri qaldırıb-
lar. Həm tədris və təhsil sistemi, həm
də tələbələri narahat edən sosial
məsələ lərlə bağlı bir sıra təklif və
iradlar səsləndirilib. Qeyd edək ki,
görüşdə 82 qrup nümayəndəsi işti-
rak edib.
***
Martın 9-da II kurs tələbə ləri ilə
görüşən rek tor tədris ilində görülən
işlərdən, tətbiq olunan yeniliklərdən,
ATU-nun Azərbaycan təhsilində
tutduğu mövqedən, o cümlədən
gənclərin maarif lənməsində müstəs-
na rolundan bəhs edib.
***
Martın 14-də isə rektor universite-
tin bütün fakültələri üzrə III kursların
qrub nümayəndələri ilə görüşüb.
Səmimi şəraitdə keçən görüşdə
təhsil sistemindən tutmuş tələbələrin
asudə vaxtının təşkilinə kimi
müxtəlif məsələlərlə bağlı suallar
səsləndirilib. Qrup nümayəndələri
bildiriblər ki, tələbələr universitetin
ictimai həyatında daha aktiv işti-
rak etmək istəyirlər. Rektor gəncləri
Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə
yaxından işləməyə dəvət edib.
***
Görüşlər zamanı bütün sualları ca-
vablandıran Gəray Gəraybəyli bir
sıra məsləhət və tövsiyələrini diqqətə
çatdırıb, bəzi məsələlərin həlli ilə
bağlı yerindəcə göstəriş verib.
Bu görüşlərin təşkilinə görə rektora
təşəkkür edən tələbələr ATU-dakı
təhsil sistemindən razı qaldıqlarını və
yeni imta han üsuluna keçidi müsbət
qiy mətləndirdiklərini bildiriblər.
Xatırladaq ki, ATU-nun müx təlif
kurslarında və fakültələrində təhsil
alan tələbələrlə görüşlər davam
edəcək.
Rektor tələbələrlə görüşüb
•
Fevralın 28-də Azər
-
baycan Tibb Uni versi-
te tinin rektoru, profes-
sor Gəray Gəraybəyli
ilə Qırğızıstan-Türkiyə
Manas Universitetinin
rektoru, professor Se-
bahattin Balcı arasında
görüş keçirilib.
Qonaq, professor S.Balcı
ilk öncə rəhbərlik etdiyi
universitet haqqında ge-
niş məlumat verib. Onun
sözlərinə görə, adıçəkilən
ali təhsil ocağı Türkiyə və
Qırğızıstan hökumətləri
arasında bağlanan sa-
ziş əsasında yaranıb:
“Qırğızıstan-Türkiyə Ma-
nas Universiteti artıq 21
ildir ki, fəaliyyət göstərir.
6000-dən çox tələbəmizin
arasında 14 xarici ölkəni
təmsil edən gənclər də
var. 9 fakültəmiz fəaliyyət
göstərir. Diplomumuz hər
bir ölkədə tanınır. 5 qitə
və 33 ölkədə tələbələrimiz
mütəxəssis kimi çalışırlar”.
Bu il Manas Universite-
tinin Türk Universitetlər
Birliyinə başçılıq edəcəyini
deyən rektor, ATU-nun
da bu birlikdə aktiv işti-
rak etməsini dilədi: “Bu il
başçı universitet bizik və
həqiqətən də yeniliklər
etmək istəyirik. Bizdə tibb
fakültəsi olmasa da, sizin
tələbələri, mütəxəssisləri
öz qurumumuzda gör-
məyə çox şad olarıq”.
ATU-nun rektoru Gəray
Gə ray bəyli bu birlik haq-
qında məlumatlı olduğunu
vurğulayıb: “Bəli, sizin bir-
liyinizin üzvləri arasında
ATU da var. Keçən il uni-
versitetimizin prorektoru
da sizin tədbirdə iştirak
etmişdi. Bu il də mütləq
hansısa istiqamətdə bi-
zim ali təhsil ocağından
nümayəndə və yarışlar-
da iştirak üçün tələbə
görəcəksiniz”.
Görüşdə ATU-nun bey-
nəl xalq əlaqələr üzrə
pro rektoru Nadir Zeyna-
lov, beynəlxalq əlaqələr
şöbəsinin müdiri İkram
Rüstəmov da iştirak edib-
lər.
•
Martın 2-də Azərbaycan
Tibb Universitetinin
rek toru,
professor
Gəray Gəraybəyli Tür-
ki yənin Koç Universite-
tinin nü ma yəndə heyəti
ilə görüşüb.
Görüş zamanı rektor
ATU-nun bir çox xari-
ci ölkə universitetləri ilə
əməkdaşlıq etdiyini, son
illər bu münasibətlərin
daha da gücləndiyini
bildirib. Bu ölkələr ara-
sında Türkiyə ali təhsil
ocaqlarının
üstünlük
təşkil etdiyini vurğula-
yan Gəray Gəraybəyli Koç
Universitetini də ATU-nun
əməkdaşlıq etdiyi uni-
versitetlər sırasında gör-
m əkdən məmnun olaca-
ğını bildirib.
O, qonaqlara Tibb Uni-
versitetinin
fəaliyyəti,
möv cud fakültələri, təd-
ris sis temi, rezidentura
pilləsi, klinikaları və ya-
taqxanaları haqqında ət-
raflı məlumat verərək ha-
zırda bir çox sahələrdə
islahatlara start verildiyi-
ni deyib. Qeyd olunub ki,
ATU Azərbaycanda həkim
və əczaçılıq sahəsində
mütəxəssis
hazırlayan
yeganə
universitetdir:
“Uni versitetimizə ildə təx-
mi nən 1000 tələbə qəbul
edi lir. Hazırda 7000-ə
yaxın tələbəmiz var. Av-
ropa universitetləri ilə
müqayisədə böyük olma-
sa da, amma bütövlükdə
Azərbaycanın aparıcı ali
ocaqlarından biriyik”.
Rektor yarım əsrdən
çoxdur fəaliyyətdə olan
Azərbaycan Tibb Univer-
sitetinin hazırda zəngin
maddi-texniki
bazası,
tədris korpusları, tələbə
yataqxanası, xəstəxana və
klinikaları ilə Azərbaycanın
ən iri elm və tibb ocaqla-
rından biri olduğunu bil-
dirib: “Universitet elmi-
tədqiqat laboratoriyaları,
müasir cihazlar və ava-
danlıqlarla təchiz edilib
ki, bu da elmi axtarışla-
rın əhəmiyyətini artırma-
ğa, tibb sahəsində kifayət
qədər kadr potensialı ya-
ratmağa imkan verir”.
ATU-nun 4 klinikası
ilə yanaşı, 6 tədris bina-
sı, inzibati binası, tələbə
yataqxanası
olduğu-
nu qeyd edib: “ATU-da
5 il öncə ikipilləli təhsil
siteminə keçib. Lakin bu
bölmədə də çatışmamaz-
lıqlar var. Biz bu sahəyə
çox önəm veririk, sizin
universitetlə də rezident
mübadiləsinə, sizin bu
sahədə olan bacarıqları-
nızdan bəhrələnməyə çox
şad olarıq”.
Koç Universiteti Xəstə-
xana sının
direkto ru
Sergin Akper də ilk tə-
mas dan məmnun oldu-
ğunu bildirib. Təmsil et-
diyi təşkilat haqqında
məlumat verən S.Akperin
sözlərinə görə, Koç Uni-
versiteti Xəs təxanası-Koç
Universite ti Tibb Fakül-
təsinin araş dırma və təh-
sil xəstəxanasıdır: “Bizim
universitetdə rezidentura
sistemi uzun müddətdir
ki, tətbiq olunur. Bu sahə-
də olduqca ciddi nailiy-
yətlərimiz var”. Sergin Ak-
per yaxın vaxtlarda Koç
Universitetində təşkil olu-
nacaq elmi seminara ATU-
nun nümayəndə heyətini
dəvət edib.
Qarşılıqlı fikir müba-
di lə sindən sonra univer-
sitet rəhbərləri arasın-
da əməkdaşlığa dair
me morandum imzalanıb.
Bu sənəd Azərbaycan
Tibb Universiteti və Koç
Universiteti arasında hə-
kim, mütəxəssis, rezi-
dent mübadiləsi, qarşılıqlı
layihələrin reallaşdırılma-
sını nəzərdə tutur.
Görüşdə ATU-nun bey-
nəlxalq əlaqələr üzrə pro-
rektoru Nadir Zeynalov
və beynəlxalq əlaqələr
şö bəsinin müdiri İkram
Rüstəmov da iştirak edib-
lər.
Azərbaycan Tibb və Qırğızıstan-Türkiyə
Manas universitetlərinin rektorları görüşüb
ATU ilə Koç Universiteti arasında
əməkdaşlıq memorandumu imzalandı
ATU-nun mətbuat xidməti
Azərbaycan Tibb Universitetinin
rektoru, professor Gəray Gəraybəyli bu ali
təhsil ocağında çalışan xanımları 8 Mart
Beynəlxalq Qadınlar Günü münasibətilə
təbrik edib.
Rektor ATU-da fəaliyyət göstərən
xanımlara çiçək verərək, onlara ailə
xoşbəxtliyi, işlərində uğurlar arzulayıb:
“Əziz xanımlar! Bu bayramlar ərəfəsində
sizi ürəkdən təbrik edirəm - həm 8 Mart
Beynəlxalq Qadınlar Günü, həm “Yel
çərşənbəsi”, həm də qarşıdan gələn Novruz
Bayramı münasibəti ilə. Ümumiyyətlə,
psixoloqların bir çox tədqiqatları gen-
der məsələləri ilə əlaqədar olur. Bir çox
tədqiqatlar göstərir ki, mono-kollektivdə
həmişə böyük psixoloji gərginliklər
yaşanır. Yəni ancaq qadın
və ya ancaq kişilərdən iba-
rət kollektivdə mütləq gər-
ginlik olur. Ancaq qarışıq
kollektivlərdə gərginliklər
sovu
şur. Sizlərə baxıram,
görürəm ki, belə kollektivdə
gərginlik olmamalıdır.
Hesab edirəm ki, siz öz iş
yerinizdə həm universitet
üçün, həm də xalqımız üçün
əlinizdən gələni edirsiniz və
edəcəksiniz də. Sizlərə və
ailənizə səadət, mehribançılıq, can sağlığı
arzu edirəm. Neçə belə gözəl bayramlara
çıxasınız!”
Rektor xanımların bayramını təbrik edib