АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 72, №2, səh. 89-94 (2017)
89
Yeni Bərk Buğda Sortu – “Korifey-88”
X.N. Rüstəmov
1, 2*
, Z.İ. Əkpərov
2
, C.M. Təlai
1
, M.Q. Əhmədov
1
, A.M. Abdullayev
1, 2
, M.Ə. Abbasov
2
,
M.A. Əhmədov
3
, Q.M. Həsənova
1
, S.K. Hacıyeva
1
, E.R. İbrahimov
1
1
Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Pirşağı qəs., 2-ci sovxoz, Bakı AZ 1098, Azərbaycan
2
AMEA Genetik Ehtiyatlar İnstitutu, Azadlıq pr., 155, Bakı AZ 1106, Azərbaycan
3
VİR Dağıstan filialı, Dərbənd r., Vavilovo k., Dağıstan
*E-mail: xanbala.rustamov@yandex.com
Məqalə Əkinçilik Elmi-Tədqiqat İnstitutu Tərtər BTS-də çoxillik seleksiya işləri nəticəsində Milli Gen-
bankda saxlanılan genofonddan istifadə etməklə yaradılmış yeni “Korifey-88” bərk buğda sortuna
həsr olunmuşdur. Aqrometeoroloji göstəricilərə görə kəskin fərqlənən son 2014-2016-cı illərdə biotik
və abiotik mühit amillərinə davamlı, yüksək məhsuldarlıq potensialına və dən keyfiyyətinə malik sort-
larla yanaşı, yüksək adaptivlik potensialı olan sortların yaradılması göstərilmişdir. Yeni, adaptiv tipli
“Korifey-88” bərk buğda sortunun biomorfoloji və aqronomik əlamət və xüsusiyyətləri bölgədə rayon-
laşdırılmış standart sortlarla müqayisəli analiz edilmişdir. Müəyyən edilmişdir ki, “Korifey-88” sor-
tunda sabit məhsuldarlıq və dənin keyfiyyət göstəriciləri sünbüldə dənlərin sayının çox olması və
adaptivliklə bağlıdır. Yeni “Korifey-88” bərk buğda sortunun Azərbaycanın suvarılan düzən və nəm-
liklə təmin olunmuş dağətəyi bölgələrində becərilməsi tövsiyə olunmuşdur.
Açar sözlər: Sort, bərk buğda, adaptivlik, məhsuldarlığın struktur elementləri, dən keyfiyyəti
GİRİŞ
Çörək və buğda dənindən alınan digər məmu-
latlar hər bir ölkənin iqtisadi təhlükəsizliyini təmin
edən əsas strateji məhsullardan biridir. Bərk buğdalar
əhalinin qida rasionunun əsasını təşkil etməklə Azər-
baycanda ən qədim tarixi dövrlərdən, əsasən payızlıq
əkinlərdə, düzən və dağətəyi bölgələrdə becərilmiş-
dir. Əkinlər, adətən müxtəlif tetra- və heksaploid
buğda növlərinin populyasiyasından ibarət olmuşdur
(Rüstəmov, 2014).
Bərk buğda (Triticum durum Desf. 2n=28,
А
u
А
u
ВВ) yumşaq buğdadan (T.aestivum L. 2n=42
А
u
А
u
ВВDD) sonra ən geniş əkin sahəsinə malik tet-
raploid buğda növüdür. Bərk buğdanın mənşəyi hələ
də tam dəqiqləşdirilməyib. K.A.Flyaqbesqer (1938)
bərk buğdanın mədəni pərinclə (Triticum dicoccum
(Schrank) Schuebl.) ümumi əcdaddan yaranması
ideyasını irəli sürmüşdür. Onların ümumi əcdadının -
yabanı Fələstin pərincinin (T.dicоccоides (Koern. ex
Aschers. et Graebn.) Schweinf.) yabanı diploid tək-
dənli buğdanın (T.urartu Thum. ex Gan-dil.) əcdadı
ilə speltoides buğdayıotunun (Aegilops speltoides
Tausch.) spontan çarpazlaşaraq allopoliploidləşməsi
nəticəsində yaranması fərz edilir. Təkamülün sonrakı
gedişində, makromutasiyaların tədricən toplanması
nəticəsində, pərinclərə xas olan sünbülün çətin dö-
yülməsi, sünbülcük pulcuqlarının sərtliyi, sünbül
oxunun sınması kimi əlamətlərinin itməsi baş ver-
mişdir (Дорофеев и др., 1979, 1987).
Müəyyən tarixi dövr ərzində böyük aqrosenoz-
larda süni və kortəbii seçmənin birgə təsiri nəti-
cəsində asan döyülən, sünbülcük və çiçək pulcuq-
ları dəndən asan ayrılan, hətta dəndöymədən sonra
sünbül oxu sınmayan tetraploid buğda növləri
yaranmışdır.
N.İ.Vavilova görə (1987а, 1987б) T.durum Şi-
mali Afrika və Aralıqdənizi sahillərində yaranmış-
dır. Abissiniyada (Həbəşistan) bərk buğdanın zən-
gin biomüxtəlifliyi yaranmış, sonra isə digər bölgə-
lərə yayılmışdır.
Əksər tritikoloqlar mədəni buğdaların, o cüm-
lədən bərk buğdanın mənşə mərkəzinin Ön Asiya
olmasını təsdiq edirlər. Mədəni di-, tetra- və heksa-
ploid buğdadların Məhsuldar Ayparada (Further-
more) yaranması, sonra isə Şimali Afrika, Ön Asiya
və Aralıqdənizi hövzəsindən keçməklə digər əra-
zilərdə yayılması hipotezası hazırda üstünlük təşkil
edir. Mədəni tetraploid buğdaların əcdadı hesab
edilən pərincin arealının və becərilməsinin etnocoğ-
rafiyasının analizi onun vətəninin “Məhsuldar ay-
para” olmasını bir daha sübut edir (Рустамов,
2016а, 2016б).
Bərk buğda, əsasən bioloji yazlıq və yarım-pa-
yızlıq formalarla təmsil olunmuşdur. Əsl payızlıq hə-
yat tərzinə malik nümunələri N.İ.Vavilov Azərbay-
can və Dağıstan ərazilərində tapmışdır (Дорофеев и
др., 1979, 1987; Рустамов, 2016а). Hazırda bərk və
payızlıq yumşaq buğdaları çarpazlaşdırmaqla yara-
dılmış əsl payızlıq bərk buğda sortları müxtəlif aqro-
senozlarda becərilir.
Bərk buğda quru və isti iqlimə tələbkardır.
Yumşaq buğdaya nisbətən şaxta, soyuq və quraqlığa
davamlılığı aşağıdır. Buna baxmayaraq, göbələk xəs-
təliklərinə, xüsusən dəndolma fazasında atmosfer qu-
raqlığına və terminal hərarətə yüksək davamlıdır.
Rüstəmov və b.
90
Torpağın münbitliyinə yüksək tələbkardır. Bərk buğ-
daların dənində zülülların, əvəzedilməyən amin tur-
şuları, nişasta, dekstrin, şəkər, B, E, PP vitaminlər
qrupunun miqdarı yumşaq buğdalara nisbətən yük-
səkdir (Дорофеев и др., 1979, 1987; Rüstəmov,
2014). Bu əlamətlərə görə bərk buğdalar abiotik və
biotik amillərə davamlılıq və keyfiyyət göstəricilər-
inə cavab verən genlərin donoru kimi yumşaq buğ-
danın seleksiyasında geniş tətbiq olunmalıdır.
Bərk buğdalar xəstəlik və zərərvericilərlə nis-
bətən az sirayətlənir. Qonur və sarı pasa, unlu şehə,
toz və bərk sürməyə, həmçinin hessen milçəyinə
davamlılıqla seçilirlər. Unlu şehə (Mld, Pm3d), qo-
nur (Lr23) və gövdə pasına (Sr12) davamlılıq gen-
ləri yumşaq buğda genofonduna, əsasən bərk buğ-
dalardan keçirilmişdir (Дружин и др., 2011).
Müasir təsnifatda bərk buğda 2 növaltıya bö-
lünmüşdür: subsp.durum (adi, əsl bərk buğdalar) və
subsp.horanicum (Horan-Suriya, İordaniya, nadir
hallarda Misir) (Дорофеев и др., 1979, 1987). So-
nuncu növaltıya Azərbaycanda yaradılmış Şərq, Xo-
ranka, Cəfəri və Mingəçevir sortları aiddir.
Bir çox müəlliflər (Мустафаев, 1973; Доро-
феев и др., 1979, 1987; Алиев, 2006; Rüstəmov,
2014) göstərmişlər ki, hələ XX əsrin ortalarında
Azərbaycanda bərk buğda əkinləri üstünlük təşkil
etmişdir. Növdaxili polimorfizmə görə bölgə yalnız
Aralıq dənizi hövzəsi ölkələrindən geri qalır. Kol-
lektivləşdirmə və inzibati-amirlik idarəetmə siste-
mi, daha məhsuldar yumşaq buğda sortlarının yara-
dılması və tətbiqi nəticəsində bərk buğda sortları
tədricən sıxışdırılmışdır.
Qeyd etmək lazımdır ki, yumşaq buğdaların
məhsuldarlığı ilk baxışda yüksək olsa da, vahid sa-
hədən alınan məhsulun maya dəyərinə nəzər sal-
dıqda, təkcə toxumun və tarlanın pestisidlərlə dər-
manlanmasına çəkilən xərclərin rentabelliyi aşağı
salmasını görərik. Belə ki, bərk buğda sortları sür-
mə, pas və digər göbələk xəstəlikləri ilə nisbətən az
sirayətlənir. Bundan başqa, aran bölgələrində süd
və mum yetişmə fazaları, adətən yüksək hərarət və
hava quraqlığı ilə müşayiət olunur. Belə şəraitlərdə
bitkilər vaxtından əvvəl quruyur - attraksiya pozu-
lur, məhsuldarlıq, xüsusən dənin keyfiyyəti aşağı
düşür. Min illər ərzində təbii və süni seçmənin süz-
gəcindən keçməklə yerli şəraitə uyğunlaşmış bərk
buğdalar yüksək temperatur və hava quraqlığına
nisbətən davamlı olduğundan az zərər çəkirlər
(Rüstəmov, 2014).
Sübut edilmişdir ki, məhsuldarlıq və dənin
keyfiyyətinin seleksiyasında – hibridləşdirmədə va-
lideyin cütlərinin seçimində ana bitki kimi yerli şə-
raitə yaxşı uyğunlaşmış, ata bitki kimi isə ekoloji-
coğrafi cəhətdən uzaq, çatışmayan qiymətli əlamət
və xüsusiyyətlərə malik genotiplərdən istifadə edil-
məlidir. Bitkilərin ontogenetik adaptasiyasının xa-
rakterinə sitoplazmatik determinantlar–hüceyrənin
nüvədən kənar irsi elementləri (plazmon) böyük tə-
sir göstərir. Sitoplazmanın genetik sistemləri çi-
çəkli bitkilərdə vacib adaptiv əlamətlərin irsən nə-
sildən-nəslə keçməsinə nəzarət etməklə genotipik
dəyişkənliyin potensial imkanlarını təmin edir. Nü-
və və sitoplazmatik determinantlar hüceyrənin
komplementar genetik sistemi olmaqla bir-biri və
yaşayış mühiti ilə sıx qarşılıqlı təsirə malikdirlər
(Скрипка, 2005; Рустамов, 2016а).
Bərk buğdaların növdaxili polimorfizminin zən-
ginləşdirilməsinin - genetik heterogenliyinin yaradıl-
masının, yeni gen blokları və çatışmayan qiymətli
əlamət və xüsusiyyətlərin vahid orqanizmdə toplanıl-
ması elmi seleksiyanın qarşısında duran əsas vəzi-
fələrdəndir. Yeni başlanğıc seleksiya materiallarının
yaradılmasının əsas yollarından biri ekoloji-coğrafi
uzaq valideynləri hibridləşdirməklə konkret torpaq-
iqlim şəraitləri üçün yeni, sabit məhsuldarlığa və
yüksək dən keyfiyyətinə görə yumşaq buğdalarla
rəqabətə qabil, adaptiv sortların yaradılması və
yayımıdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Düzən
Qarabağın (ƏETİ Tərtər BTS) suvarma şəraitində
yeni bərk buğda sortlarının seleksiyası üzrə elmi-
tədqiqat işlərinin nəticələri analiz edilmişdir.
MATERİAL VƏ METODLAR
Tədqiqat materialı kimi son illərdə yerli və
Beynəlxalq pitomniklərlə yanaşı, ÜRBİ (VİR) Da-
ğıstan filialında M.A.Axmedov tərəfindən yabanı
və mədəni tetraploid buğdaların, o cünlədən bərk
buğdaların növdaxili və növlərarası hibridləşdirmə-
si və seçmə nəticəsində yaradılmış F
5
hibridlərdən
istifadə edilmişdir (Рустамов и др., 2013). Təcrü-
bələrin qoyulması, fenoloji müşahidələrin aparıl-
ması, xəstəliklərə davamlılığın, məhsuldarlıq və
struktur elementlərinin qiymətləndirilməsi müvafiq
metodiki göstərişlərə əsasən aparılmışdır (Musayеv
və b., 2008; Дувеиллер и др., 2014).
Son dövrlərdə (2014-2016), qlobal iqlim də-
yişkənliyi fonunda bölgədə aqrometeoroloji şərait
orta çoxillik göstəricilərdən kəskin fərqli olmuşdur.
Müxtəlif illərdə mühit şəraitinin analizi göstərmiş-
dir ki, 2014-cü ilin qış aylarlnda uzun müddətli sərt
şaxtalar müşahidə edilmiş, yaz-yay aylarında yağın-
tıların miqdarı orta çoxillikdən aşağı olmuşdur.
Bundan başqa, 2014-ci, xüsusən 2015-ci illərdə,
may ayının sonlarından başlayaraq kəskin və uzun-
müddətli terminal hərarətlə müşayət olunan hava
quraqlığı müşahidə edilmişdir. 2015-ci illərdə yaz
aylarında, 2016-cı ildə isə, həmçinin yayın əvvəlin-
də - dəndolma dövründə yağıntıların miqdarı nisbə-
tən yüksək olmuşdur (Əhmədov və b., 2015; Rüstə-
mov və b., 2016). 2014-cü ildə iqlim göstəricilə-ri-
nin orta çoxillik normadan kəskin dəyişilməsi – qış
Yeni Bərk Buğda Sortu – “Korifey-88”
91
fəslinin uzunmüddətli və sərt keçməsi, yazda nisbə-
tən aşağı temperatur və yaz-yay dövründə uzun-
müddətli hava quraqlığı nəticəsində xəstəlik törədi-
cilərinin inkişafı müşahidə olunmamışdır. Bundan
başqa, yetişmə dövründə yüksək hərarət nəticəsində
buğdalarda mum yetişmə fazasının qısalması müşa-
hidə edilsə də nisbətən yüksək məhsuldarlığa malik
sortnümunələri seçilmişdir. 2015-ci və sonuncu,
2016-cı ildə qış fəslinin mülayim keçməsi, yazın
uzunmüddətli, temperaturun aşağı və yağıntıların
miqdarının nisbətən çox olması səbəbindən – yük-
sək rütubətlilik nəticəsində göbələk xəstəliklərinin,
xüsusən də sarı pasın epifitotiyası müşahidə olun-
muşdur. Bundan başqa, iqlim göstəriciləri fenoloji
fazaların müddəti, boy və struktur elementlərini də-
yişməklə məhsuldarlıq və keyfiyyət göstəricilərinə
təsir göstərmişdir.
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Bərk buğda və digər tetraploid növlər ən qədim
dövrlərdən Azərbaycanın düzən və dağətəyi bölgə-
lərində, əsasən payızlıq əkinlərdə becərilmiş, əkin
sahəsinə görə birinci yeri tutmuşdur – payızlıq dənli
bitki əkinlərinin 75 %-ni təşkil etmişdir. Əkinlərdə
əsasən v.apulicum, v.leucurum, v.hordei-forme növ-
müxtəliflikləri yayılmışdır, az hallarda v.melanopus,
v.caerulescens, v.italicum və s. bioloji qarışıq kimi
rast gəlinmişdir. Respublikada böyük ərazilərdə
Arandəni (v.apulicum), Şərq, Cəfəri, Ağ buğda 13,
Yerli leukurum (v. leucurum), Sevinc (v.hordei-
forme) və yerli Qara buğda ( v.caerules-cens) sortları
becərilmişdir (Мустафаев, 1973; Алиев, 2006).
Tetraploid buğdalara aid 49 F
5
hibridlərdən
yüksək potensial məhsuldarlığa malik nümunələr
seçilərək 2012-2014-cü illərdə Tərtər BTS-də, se-
leksiya və nəzarət pitomniklərində (SP, NP) tədqiq
edilmişdir (Рустамов и др., 2013). Müsabiqəli sort
sınağı (MSS) pitomnikinə keçirilmiş 2 nümunədən
biri - T.turgidum buğda növünün iştirakı ilə alınmış
hibriddə təkrar parçalanma nəticəsində qeyri-sabit-
lik müşahidə edilmişdir. Digər nümunənin sınağı
2014-2006-cı illərdə MSS və artırma pitomniklərin-
də davam etdirilmişdir.
Məhsuldarlığın və dənin keyfiyyət göstəricilə-
rinin analizi bəzi sortnümunələrin illərdən və mühit
şəraitindən asılı olmayaraq nisbi sabit olması aşkar
edilmişdir. Yerli və Beynəlxalq pitomniklərdən se-
çilmiş 6 nümunənin stansiyadaxili 2 illik sort sına-
ğının analizi Korifey-88 sortunun nisbətən yüksək
və sabit məhsuldarlığa və keyfiyyət göstəricilərinə
malik olmasını göstərdi.
2016-cı ildə artırma pitomnikində rayonlaşmış
və perspektiv yumşaq buğda sortları ilə yanaşı son
illərdə kompleks göstəricilərə görə seçilmiş 3 bərk
buğda sortnümunəsinin xəstəliklərə davamlılığı,
vahid sahədən məhsuldarlığı və keyfiyyət göstərici-
ləri öyrənilmişdir. Artırma 5 (14
th
IWWYT-IR 2010
/2011 TX95V 4339/TX94VT938-6) yumşaq buğda
sortnümunəsi istisna olmaqla, öyrənilən bərk buğ-
daların vahid sahədən məhsuldarlığı nisbətən yük-
sək olmuşdur.
Bərk buğdaların yüksək məhsuldarlığı onların,
yumşaq buğdalara nisbətən xəstəliklərə yüksək da-
vamlılığı ilə bağlıdır. Eyni zamanda potensial məh-
suldarığa görə yumşaq buğdalarla rəqabətə qabil
bərk buğda sortlarının yaradılmasının real olmasını
da qeyd etmək lazımdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq son
illərdə buğda-pərinc hibridlərindən sabit məhsuldar-
lığa və keyfiyyət göstəricilərinə görə seçilmiş yeni
Korifey-88 bərk buğda sortu Dövlət sortsınağının
aparılması üçün Kənd təsərrüfatı Nazirliyi Bitki
Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Döv-
lət Xidmətinə təqdim edilmişdir.
Yeni yarımpayızlıq bərk buğda sortu Korifey-
88 Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər
Bölgə Təcrübə Stansiyasında, Milli Genbankda sax-
lanılan, VİR Dağıstan filialında к-64409 var. Leucu-
rum (Meksika) və к-23025 Susa or Vedeah var. Fal-
catoleucomelan (Malta) sortlarının çarpazlaşdırılma-
sından alınmış hibrid xəttindən təkrar fərdi seçmə
yolu ilə yaradılmışdır.
Sort intensiv tipli, ortaboyludur (84,0-101,0
sm), samanı orta yoğunluqda və möhkəmlikdə, yat-
maya yüksək davamlıdır. Kollanması orta (2,6-3,7
ədəd), yarımyerəsəriləndir – həyat tərzi yarım-pa-
yızlıq, ortayetişəndir. Cücərtiləri açıq yaşıl rəngdə,
qısa tükcüklərlə örtülü olur. Bəzi morfobioloji əla-
mətlərinə görə cücərtiləri buğda-pərinc hibridlərinə
oxşayır. Sonuncu – sünbülaltı buğumarasının içəri-
si, adətən dolu olur, var. leucurum növmüхtəlifliyi-
nə aiddir. Sünbülü qılçıqlı, iyşəkilli, uzun (10,5-
12,5 sm) və orta sıxdır - sünbül oxunun 10,0 sm-də
(D-sünbülün sıxlığı) 22,6-23,3 ədəd sünbülcük yer-
ləşir (Cədvəl 1). Sünbül əsasından, yaxud ortadan
aypara şəklində əyilir - sünbülaltı
buğum-arasının
ucundan sünbül tam, yaxud yarım başıaşağı əyilmiş
olur. Sünbülcük pulcuqları uzunsov-oval formada,
ağ rənglidir. Damarlanması yaxşı ifadə olunmuşdur,
çiyni zəif çəpdir, kil dişciyi orta uzun, düzdür. Qıl-
çıqları sünbüldən 1,5-2,0 dəfə uzun, sünbülə para-
lel, yaxud azacıq dağınıq, ağ rənglidir. Döyülməsi
asandır. Dəni orta irilikdə, oval, ağ rənglidir, şüşə-
varilik 91-96%-dir.
Korifey-88 sortunun pоtеnsial məhsuldalığı or-
ta yüksəkdir – 60-68 s/ha. MSS pitomnikində 3 illik
orta məhsuldarlığı 54,8 s/ha, standart Qarabağ sor-
tundan və orta göstəricidən 1,3-1,4 s/ha yüksək ol-
muşdur. Orta çoxillik məhsuldalığa görə, yalnız
perspektiv Zəngəzur bərk buğda sortundan geri qalır.
Rüstəmov və b.
92
Cədvəl 1. Bərk və yumşaq buğda sortlarının orta üçillik aqrobioloji göstəriciləri (Tərtər, 2014-2016)
Sort
Boy, sm
Məhsu
ld
ar
k
o
ll
a
n
m
a
,
əd
əd
S
ü
n
b
ülü
n
u
zu
n
lu
ğu
,
sm
S
ü
n
b
ülcük
-
lər
in
sa
yı,
əd
əd
Sünbüldə dənin
Məhsu
ld
-
ar
lı
q
, s/
h
a
sayı, ədəd
kütləsi, q
Qarabağ (St.)
105,4±5,4
3,53±0,3
9,65±0,4
22,4±0,6
58,5±0,7
3,0±0,3
53,4±9,1
Bərəkətli 95 (St)
107,6±4,4
3,60±0,2
9,46±0,5
22,6±1,1
63,8±0,2
3,4±0,1
52,3±6,2
Zəngəzur
109,1±3,2
3,33±0,1
9,65±0,2
23,1±1,1
59,3±3,8
3,2±0,3
58,5±8,0
Korifey-88
95,1±5,5
3,06±0,3
11,5±0,6
25,5±1,1
86,9±5,9
4,0±0,1
54,8±6,1
Aran
104,6±5,0
3,26±0,2
9,6±0,1
21,9±0,2
54,0±0,2
2,3±0,1
47,5±5,5
Orta
104,3±4,5
3,36±0,1
10,0±0,2
23,1±0,3
64,5±1,5
3,2±0,1
53,3±6,3
Cədvəl 2. Bərk və yumşaq buğda sortlarında dənin orta üçillik keyfiyyət göstəriciləri (Tərtər, 2014-2016).
Sort
1000 dənin
kütləsi, q
Şüşəvarilik, %
Kleykovina, %
KDƏ, şərti vahid
Zülal, %
Qarabağ (St.)
43,2±2,9
98,3±1,7
33,66±2,33
90,00±1,20
15,33±0,66
Bərəkətli 95 (St)
42,6±1,5
96,0±4,0
31,33±2,72
106,70±4,58
14,0±0,57
Zəngəzur
45,0±1,5
97,7±2,3
29,0±2,08
105,60±5,59
14,00±0,57
Korifey-88
40,0±0,6
94,0±1,5
27,00±1,00
94,00±6,11
14,33±0,33
Aran
37,7±1,2
78,7±7,8
30,66±0,88
96,00±3,78
13,33±0,88
Orta
43,2±2,9
92,9±3,5
30,30±1,80
98,50±4,30
14,20±0,60
Tərtər BTS-də keçirilmiş ekoloji sınaqda məhsul-
darlığı (52,5 s/ha), standartdan 1,6 s/ha yüksək ol-
muşdur. Sabit məhsuldarlığın əsas səbəbi sünbül-də
dənlərin sayının (79,1-98,4 ədəd) və dənlərin küt-
ləsinin (3,86-4,14 q) digər bərk buğda sortlarına və
orta göstəriciyə nisbətən çox yüksək olmasıdır.
Sünbüldə dənlərin sayının çox olmasına görə 1000
dənin kütləsi nisbətən aşağıdır - 39,4-41,4 q. Dənin
forması nisbətən yumru olduğundan natura kütləsi
yüksəkdir (740,0 q).
Məhsuldarlığın struktur elementlərinin analizi
sünbülün uzunluğu və sünbülcüklərin sayının, sün-
büldə dənin sayı və kütləsinin, digər sortlara, o
cümlədən standartlara və orta göstəriciyə nisbətən
Korifey-88 sortunda yüksək olmasını göstərmişdir.
Dənin ölçüsünün göstəricisi olan 1000 kütləsi isə
digər sortlara və orta göstəriciyə nisbətən 2,6-5,0 q
aşağıdır.
Korifey-88 sortu dəndə zülalın miqdarına görə
(14,8-15,4%), yalnız Qarabağ sortundan geri qalır.
Dənin şüşəvariliyi (91-96%) və kleykovinanın miq-
darı (25,6-28,4%) digər sortlara nisbətən aşağıdır.
Amma, dənin əsas keyfiyyət göstəricisi – kleykovi-
nanın deformasiya əmsalı (KDƏ) digər sortlara və
orta göstəriciyə nisbətən yüksəkdir. KDƏ vahidinə
görə yeni sort, yalnız standart Qarabağ sortundan
geri qalır (Cədvəl 2).
Korifey-88 sortunun məhsuldar kollanması or-
tadır (3-4 ədəd), hektara 3,5-4,0 milyon toxum sə-
pildikdə məhsuldarlıq yüksək olur. Qışa-, şaxtaya və
quraqlığa davamlılığı orta, terminal hərarətə davam-
lılığı yüksək yuxarıdır. Bərk və toz sürmə, unlu şeh,
sarı və qonur pas xəstəliklərinə yüksək davamlıdır.
Sələf kimi pambıq və digər cərgəarası becə-
rilən, bir- və çoxillik paxlalı bitkilər, qara və bitkili
herik daha səmərəlidir. Sünbüldə dənlərin sayı çox
olduğundan yüksək aqrofona tələbkardır. Optimal
səpin müddəti oktyabrın 1-2 ongünlüyüdür. Kori-
fey-88 sortu Azərbaycanın suvarılan düzən və nəm-
liklə təmin olunmuş dağətəyi bölgələrində becəril-
məsi tövsiyə olunur.
YEKUN
Son illərdə Azərbaycanda məhsuldarlıq və də-
nin keyfiyyət göstəricilərinə görə yumşaq buğda-
larla rəqabətə qabil Bərəkətli 95, Qarabağ, Zəngə-
zur, Maya və Korifey-88 bərk buğda sortları yara-
dılmışdır.
Məhsuldarlıq və onun struktur elementlərinin
analizi yeni Korifey-88 bərk buğda sortunda bu
göstəricilərin nisbətən sabit olmasını təsdiq edir.
Sabit məhsuldarlıq sünbüldə dənlərin sayının,
uyğun olaraq sünbüllərdə dənlərin kütləsinin yük-
sək olmasına görə formalaşır. Azərbycanda rayon-
laşmış və perspektiv bərk buğda sortlarından sün-
büldə dənlərin sayın yüksək olması ilə fərqlənir.
MİNNƏTDARLIQ
Tədqiqatların aparılmasında göstərdikləri dəs-
təyə görə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tər-
tər BTS əməkdaşlarına dərin minnətdarlığımızı bil-
diririk.
Yeni Bərk Buğda Sortu – “Korifey-88”
93
ƏDƏBİYYAT
Musayеv Ə.C., Hüsеynоv H.S., Məmmədоv Z.A.
(2008) Dənli taхıl bitkilərinin sеlеksiyası sahəsin-
də tədqiqat işlərinə dair tarla təcrübələrinin mеtо-
dikası. Bakı: Müəllim, 88 s.
Əhmədov M.Q., Rüstəmov X.N., Həsənova Q.M.,
Təlai С.M., Kərimov Ə.Y., Ibrаhimov E.R., Mu-
sayev Ə.C. (2015) Düzən Qarabağ şəraitində bərk
və yumşaq buğda genotiplərinin adaptiv qiymət-
ləndirilməsi. АМЕА-nın Xəbərləri (biol. və tibb
elmləri), 70(2): 146-151.
Rüstəmov X.N. (2014) Naxçıvan MR-dən toplanıl-
mış bərk buğdaların (T.durum Desf.) morfobioloji
əlamətləri. ƏETİ-nin Elmi əsərləri məcmuəsi,
XXV: s. 87-89.
Rüstəmov X.N., Təlai C.M., Əhmədov M.Q.,
Həsənova Q.M., Ibrhimov E.R., Musayev Ə.C.
(2016) Yeni buğda sortları–Zəngəzur və Əsgəran.
Azərbaycan aqrar elmi, №1: 34-37.
Rüstəmov X.N. (2016) Mədəni ikidənli pərincin
(T.dicоccum (Schrank) Schuеbl.) becərilmə arealı.
ADAU-da keçirilmiş “Aqrar elmin inkişafı, ərzaq
təhlükəsizliyi və ətraf mühitin mühafizəsində beynəl-
xalq əməkdaşıq” mövzusunda 8-ci beynəlxalq elmi-
praktik konfransın materialları, Gəncə: s. 48-52
Алиев Д.А. (2006) Селекция пшеницы в Азер-
байджане. Известия НАНА (сер. биол. науки),
№ 3-4: 3-32
Вавилов Н.И. (1987а) Закон гомологических
рядов в наследственной изменчивости. Л.:
Наука, 256 с.
Вавилов Н.И. (1987б) Центры происхождения
культурных растений. Л.: Наука, 440 с.
Дорофеев В.Ф., Филатенко А.А., Мигушова
Э.Ф. и др. (1979) Культурная флора СССР.
(Под общ. руков. В.Ф.Дорофеева), Том 1:
Пшеница, 346 с.
Дорофеев В.Ф., Удачин Р.А., Семенова Л.В. и
др. (1987) Пшеницы мира. (Под ред. В.Ф.До-
рофеева. Сост. Р.А.Удачин. 2-е изд., пер. и
доп. Л.: ВО Агропромиздат, 560 с.
Дружин А.Е., Сибикеев С.Н., Крупнов В.А.
Воронина С.А. (2011) Создание сортов яровой
мягкой пшеницы с устойчивостью к комплек-
су патогенов методом интрогрессивной селек-
ции. Достижения науки и техники АПК, №1:
22-24.
Дувеиллер Е., Сингх П.К., Мецциалама М.,
Сингх Р.П., Дабабат А. (2014) Болезни и вре-
дители пшеницы. Руководство для полевого
определения (2-ое издание). Перевод с ан-
глийского под общей редакцией Х.Мумин-
джанова (ФАО СЕК), Анкара, 156 с.
Рустамов Х.Н., Ахмедов М.Г., Аббасов М.А.,
Кулиев Ш.Б., Ахмедов М.А. (2013) Оценка
межвидовых гибридов тетраплоидных видов
пшеницы. Torpaqşünaslıq və aqrokimya, 21(1):
391-395.
Рустамов Х.Н. (2016а) Генофонд пшеницы ( Tri-
ticum L.) в Азербайджане. LAP LAMBERT
Academic Publishing, 164 с.
Рустамов Х.Н. (2016б) Новые образцы куль-
турной двузернянки (T.dicоccum (Schrank)
Schuebl.) Азербайджана. Материалы Между-
народной научно-практической конференции
«Современные проблемы инновационного раз-
вития сельского хозяйства и научные пути
технологической модернизации АПК», Махач-
кала, Часть 1: 105-111.
Скрипка О.В. (2005) Селекция мягкой озимой
пшеницы на продуктивность и качество зерна
в условиях Ростовской области: Дис. канд. с.-х.
наук. Зерноград: 167 с.
Rüstəmov və b.
94
Новый Сорт Пшеницы Твердой «Корифей-88»
Х.Н. Рустамов
1,2
, З.И. Акпаров
2
, Дж.М. Талаи
1
, М.Г. Ахмедов
1
, А.М. Абдуллаев
1,2
, М.А. Аббасов
2
,
М.А. Ахмедов
3
, Г.М. Гасанова
1
, С.К. Гаджиева
1
, Е.Р. Ибрагимов
1
1
Научно-исследовательский институт земледелия МСХ Азербайджанской Республики
2
Институт генетических ресурсов НАН Азербайджана
3
Дагестанский филиал ВИР
Статья посвящена новому сорту пшеницы твердой «Корифей-88», созданному в результате много-
летней селекции в Азербайджанском НИИ Земледелия, с использованием генофонда Национального
генбанка. Показано, что в течение резко различающихся по агрометеорологическим условиям 2014-
2016 годов, наряду с сортами с высоким потенциалом урожайности и качеством зерна, были созданы
высокоадаптивные сорта твердой пшеницы. Приведены результаты изучения биоморфологических и
агрономических признаков и свойств сорта «Корифей-88» по сравнению со стандартными и перспек-
тивными сортами пшеницы. Выявлено, что стабильная по годам урожайность и показатели качества
зерна у нового сорта связаны с большим количеством зёрен с колоса и адаптивностью. Новый сорт
«Корифей-88» рекомендуется для выращивания в орошаемых низменных и в обеспеченной влагой
богарных условиях Азербайджана.
Ключевые слова: Пшеница твёрдая, сорт, адаптивность, элементы структуры урожая, качество
зерна
The New Variety of Durum Wheat "Koryfei--88"
Kh.N. Rustamov
1,2
, Z.I. Akparov
2
, J.M. Talai
1
, M.G. Ahmedov
1
, A.M. Abdullaev
1,2
, M.A. Abbasov
1
,
M.A. Ahmedov
3
, G.M. Hasanova
1
, S.K. Hajiyeva
1
, E.R. Ibrahimov
1
1
Research Institute of Crop Husbandry, Ministry of Agriculture of the Republic of Azerbaijan
2
Institute of Genetic Resources, Azerbaijan National Academy of Sciences
3
Dagestan Branch of VIR
The article is devoted to a new variety of durum wheat "Koryfei -88", created as a result of long-term breed-
ing using the gene pool from the National Genebank in the Azerbaijan Research Institute of Crop Husbandry.
Highly adaptive wheat varieties were developed along with varieties with high yield potential and grain qual-
ity under sharply distinguishing agrometeorological conditions during 2014-2016 years. Bio-morphological
and agronomical features and characteristics of "Koryfei-88" were compared with standard and perspective
varieties of wheat realized in the region. It was revealed that the crop yield and grain quality indicators that
were stable for years in the new variety were associated with a large number of grains per ear and adaptabil-
ity. The new variety "Koryfei-88" is recommended for cultivation under irrigated lowland and the rainfed
conditions of Azerbaijan.
Keywords: Durum wheat, variety, adaptability, elements of crop structure, grain quality
Dostları ilə paylaş: |