n
VerGİ tƏNZİmLƏNmƏSİ
UoT 334.726:336.22 (479.24)
trANSmİLLİ KOrpOrASİYALArIN
İNNOVASİYA FƏALİYYƏtİNİN
AZƏrbAYcAN İQtİSADİYYAtINA
cƏLb eDİLmƏSİNDƏ
VerGİ SİStemİNİN rOLU
Yusifov ceyhun
Ramiz oğlu
i.f.d.
Azərbaycan Respublikası Vergilər
nazirliyi
Az 5600. Şamaxı rayonu,
nağaraxana kəndi
yusifov07@mail.ru
Xülasə
Tədqiqatın məqsədi – transmilli şirkətlərinin in-
novasiya
fəaliyyətinin
yerləşdirməsi
üzrə
təcrübəsinin tədqiqi və onların innovasiya mərkəz -
lərinin ölkəmizə cəlb edilməsinin vergitutma
məsələlərinin araşdırılması.
Tədqiqatın metodologiyası – sistemli yanaşma və
təhlil.
Tədqiqatın nəticələri – transmilli şirkətlərin in-
novasiya fəaliyyətinin ölkəmizə cəlb edilməsi üçün
rəqabətqabiliyyətliliyin artırılması baxımından
əsaslandırılmış təkliflər verilmişdir.
Tədqiqatın məhdudiyyətləri – transmilli şirkət -
lərdə innovativ investisiya qərarlarının qəbulu pro -
se sinin öyrənilməsi imkanlarının məhdudluğu.
Tədqiqatın praktiki əhəmiyyəti – transmilli
şirkətlərin tədqiqat və innovasiya fəaliyyətinin
Azərbaycana cəlb edilməsi isqitamətində tədbirlərin
hazırlanmasında elmi mənbə kimi istifadə imkan-
lığı.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – trans-
milli şirkətlərin innovasiya fəaliyyətinin yer-
ləşdirilməsi üzrə təcrübələri ümumiləşdirilmiş və
onların milli iqtisadiyyata cəlb edilməsi məsələləri
araşdırıl mışdır.
açar sözlər: transmilli şirkət, innovasiya,
ölkənin rəqabət qabiliyyəti.
səh. 57-72
5/2013
57
PDF processed with CutePDF evaluation edition
www.CutePDF.com
1. Giriş
Son dövrlərdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət
nəticələrin əldə olunmasına şərait yaratmışdır. Azərbaycanda makroiqtisadi sabitliyə,
dayanıqlı iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial
rifahının yüksəldilməsində ciddi uğurlar əldə olunmuşdur. Eyni zamanda, sərbəst
bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkarlığın inkişaf etdirilməsi, in-
novasiyalara əsaslanan iqtisadiyyat modelinin bərqərar olması istiqamətində mühüm
addımlar atılmışdır.
Hazırda əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın
formalaşdırılması, əhalinin rifahının layiqli səviyyəyə çatdırılması, habelə elmin və
mədəniyyətin inkişafında yeni nailiyyətlərin əldə olunması olan iqtisadi siyasət
ölkəmizdə uğurla davam etdirilməkdədir.
Dünya İqtisadi Forumunun 2013-cü ildə üzrə “Qlobal rəqabətədavamlılıq
hesabatında” Azərbaycanın dünyanın 144 ölkəsi arasında 39-cu yeri tutması və
MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olması milli iqtisadiyyatımızın
xarici investisiyalar üçün cəlbediciliyinin artdığını göstərir.
Müasir dövrdə beynəlxalq rəqabətin güclənməsi fonunda dövlətlərin səyləri yal-
nız innovasiyaların əsas mənbəyi olan elmi-tədqiqat və sınaq- konstruktor işlərinə
maliyyə qoyuluşlarının və tədqiqatlarla məşğul olan qurumların, mütəxəssislərin
artırılmasına deyil, həm də innovasiyaların həyata keçirilməsinin səmərəliliyini aşağı
salan, biliklərin və texnologiyaların mübadiləsinə mane olan, innovativ sistemlərin
fəaliyyətini çətinləşdirən sistem boşluqlarının aradan qaldırılmasına yönəldilir.
Bunun üçün, müxanizmləri hər hansı konkret ölkə üçün daha səmərəli olan, həmçinin
onun bütün hissələrini işləməyə məcbur edən innovasiya sistemləri yaradılır.
İnnovasiyalar əsasında inkişaf mərhələsində olan bir sıra ölkələrin təcrübəsi
göstərir ki, innovativ iqtisadiyyatın qurulmasında dövlətlə yanaşı, böyük istehsal
potensialına, müasir menecment sisteminə və əhatəli satış şəbəkələrinə malik olan
Trans Milli Korporasiyalar (TMK) da yeniliklərin yaranmasında və kommersiyalaş-
masında müstəsna rol oynayırlar.
İnnovasiya sistemlərinin əsas subyektləri universitetlər (bilik yaradırlar),
dövlətlər (bilikləri maliyyələşdirir və yaradır), TMK-lar və onların müxtəlif
ölkələrdəki filiallarıdır. Müasir TMK-lar yeni biliklərin maliyələşdirilməsi, yaradıl-
ması və kommersiyalaşdırılması sisteminin mühüm elementi hesab olunur.
Bu baxımdan, innovasiyalara əsaslanan iqtisadi sistemlərdə TMK-ların rolunun,
həmçinin, TMK-ların innovasiya siyasətinin milli iqtisadiyyatın rəqabətqa-
biliyyətliliyinə təsirinin tədqiqi Azərbaycanda aparılmaqda olan iqtisadi siyasət
çərçivəsində kifayət qədər aktual məsələ olaraq məqalənin məqsədi kimi qəbul
edilmişdir.
c.Yusifov
TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...
5/2013
58
2. Müasir TMK-ların innovasiya siyasətinin xüsusiyyətləri
TMK kateqoriyasına hüquqi forma və fəaliyyət sahəsindən asılı olmayaraq, iki
və daha çox ölkədə struktur vahidləri olan bütün şirkətlər düşür.
İqtisadi sistemin biliklərə əsaslanan innovativ inkişaf mərhələsində uğurlu rəqabət
üçün TMK-lar innovasiya siyasəti adlandırılan strategiya işləyib hazırlayır və tətbiq
edirlər. TMK-ların innovasiya siyasəti əsas istehsal amili kimi qəbul olunan biliklərin
əldə edilməsinə və bu amildən innovasiyaların istehsalı üçün maksimum dərəcədə
səmərəli istifadəyə yönəldilmiş tədbirlər kompleksidir. TMK-ların innovasiya siyasə-
tinin tərkib elementlərinə aşağıdakıları aid etmək olar [1]:
innovasiyalar üçün maliyyə resursları almaq məqsədilə dövlət orqanlarında
lobbiçilik fəaliyyəti;
yeni texnologiyalardan eksklüziv istifadə məqsədilə daha kiçik şirkətlərin alın-
ması;
yeni müstəqil şirkətlərin yaradılması;
intellektual kapitalın təmərküzləşməsi üçün ölkənin seçilməsi;
TMK-nın daxili kanalları ilə yeni texnologiyaların ötürülməsi;
strateji alyansların meydana gəlməsi və s.
Bu tədbirləri bir qədər geniş nəzərdən keçirək.
İnnovasiyalar üçün maliyyə resursları almaq məqsədilə dövlət orqanlarında lob-
biçilik fəaliyyəti. TMK-lar əsasən hərbi-sənaye kompleksi sahəsində innovasiya
məhsullarının istehsalı üçün dövlət sifarişlərinin alınmasında lobbilərdən istifadə
edir və yeni texnologiyaların işlənib hazırlanmasına və kommersiyalaşdırılmasına
böyük həcmdə maliyyə resurslarını əldə edə bilirlər. Buna nümunə kimi Pentaqon
tərəfindən həyata keçirilən 5-ci nəsil qırıcı təyyarələrin istehsalı üçün elan etdiyi
tenderi göstərmək olar. Bu layihə çərçivəsində sınaq nümunələri hazırlamaq üçün
ötən əsrin 90-cı illərində iki Amerika korporasiyasının - Boeing və Lockheed Martin
- hər birinə 660 mln. dollar ayrılmışdı. Aparılmış çoxsaylı testlərdən sonra Lockheed
Martin korporasiyası qalib elan edilmiş və həmin şirkət Pentaqondan yeni qırıcı təy-
yarənin hazırlanmasına və istehsalına 200 mlrd. dollar vəsait almışdır. Boeing də öz
növbəsində dəyəri bir neçə milyard ABŞ dolları olan yeni raketdən müdafiə sistemi
- PRO üçün müqavilə əldə etmişdir [1].
Yeni texnologiyalardan eksklüziv istifadə məqsədilə daha kiçik şirkətlərin alın-
ması. XX əsrin 90-cı illərinin sonundan başlayaraq innovasiya məhsulu və ya prosesi
ilə bazara çıxmağa hazırlaşan kiçik şirkətlərin işləyən prototip yaratdığı anda TMK-
lar tərəfindən alınması praktikası geniş yayılmışdır. Bu zaman elmi tədqiqatlara və
sınaq-konstruksiya işləri üçün bütün xərcləri kiçik şirkət çəkir, TMK isə öz
resurslarından yalnız yeni texnologiyanın kommersiyalaşdırılmasının son mərhələsi
- kütləvi istehsalın təşkili üçün istifadə edir. Bu halda TMK rəsmi olaraq elmi-
tədqiqat fəaliyyətinə bilavasitə qoyuluşlar həyata keçirmir, belə ki, kənar şirkətin
c.Yusifov
TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...
5/2013
59
alınmasına sərf olunan məbləğ birləşmə və alınmalar statistikasında ( mergers and
acquisitions) nəzərə alınır və TMK-ların elmi tədqiqatlara yönəltdiyi xərclər statis-
tikasında əks etdirilmir. Yeni texnologiyaların alınmasının bu üsulu proqram təmi-
natı, elektron rabitə vasitələri istehsalında və informasiyanın emalında daha geniş
yayılmışdır. Buna misal kimi Amerika Birləşmiş Ştatlarında dünyanın ən iri proqram
təminatı istehsalçısı olan Microsoft korporasiyası tərəfindən Kaliforniyanın çox da
böyük olmayan və kompüter sistemlərinin qorunmasında ixtisaslaşan XDegrees-i
alınmasını göstərmək olar. Bu şirkət iri şirkətlərin kompüter sistemləri arasından
keçən informasiya axınlarının müdafiəsi üçün yeni proqram təminatı işləyib hazır-
lamışdır.
Yeni müstəqil innovasiya şirkətlərinin yaradılması. İri TMK-lar tez-tez ana
şirkətindən rəsmən asılı olmayan tədqiqat mərkəzlərini və ya vençur bölmələrini
təşkil edirlər. Bu tədbir həmin bölmələrin yaratdığı bütün yeniliklərin, o cümlədən
TMK-ya lazım olmayan və ya onun fəaliyyət profilinə uyğun gəlməyən yeniliklərin
də maksimum səmərə ilə istifadə olunmasına yönəlmişdir. İri TMK-ların ən məşhur
innovasiya bölmələrinə nümunə olaraq ABŞ-da Lucent Technologies tərəfindən
yaradılmış və telekommunikasiya sahəsində ixtisaslaşmış Bell Labs şirkətini və
ABŞ-ın surətçıxarma avadanlıqları sahəsində ixtisaslaşmış Xeros şirkəti tərəfindən
yaradılmış Хеrох Technology Venture şirkətini göstərmək olar.
İntellektual kapitalın təmərküzləşməsi üçün ölkənin seçilməsi. Daha ənənəvi
yayılmış təcrübə innovasiyalı inkişafın TMK-ların baza ölkəsində cəmləşməsidir.
Xarici filiallar, adətən, korporasiyaların baza ölkədə yaradılmış yeniliklərin yerli
şəraitə uyğunlaşdırılmasını və texniki dəstəyi həyata keçirirlər. Bütövlükdə, belə
sxemin daha geniş yayılmasının səbəbi tədqiqatların TMK-ların baza ölkəsindən kə-
narda aparılması ilə bağlı olan kommunikasiya və koordinasiya xərclərinin yüksək-
liyi ilə yanaşı, korporativ TMK-larla onların ətrafında olan innovasiya sistemi
arasında güclü sinergizmin (synergies, sinergizm - ümumi nəticənin ayrı-ayrı effekt -
lərin məbləğini üstələdiyi hal) mövcudluğudur. Belə hal isə xaricdə innovasiya
komp lekslərinin yaradılması prosesini ləngidir. Lakin son vaxtlar innovasiya təd -
qiqatlarının beynəlmiləlləşməsi meyilləri xeyli güclənmişdir. Bir sıra şirkətlər TMK-
ların artmaqda olan qloballaşması ilə birləşmiş tədqiqatlar sistemlərini forma -
laşdırmağa başlamışlar ki, bu prosesdə xarici filiallar və laboratoriyalar əhəmiyyətli
rol oynayır. İnnovasiya proseslərinin bir sıra tədqiqatçıları qeyd olunan prosesi
texnoloji innovasiyaların yeni qloballaşması kimi də təqdim edirlər. Bu prosesin əsas
səbəblərinə aşağıdakılar aid olunur [2]:
“istehsal miqyası” effektinin əhəmiyyətinin artması;
məhsulların həyat dövrünün müddətinin azalması;
texnologiyanın sürətlə köhnəlməsi.
İnnovasiya fəaliyyətinin ayrı-ayrı mərhələlərinin baza ölkədən qəbul edən
ölkələrə ötürülməsini TMK-nın innovasiya fəaliyyətinin inteqrasiyası üzrə qlobal
c.Yusifov
TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...
5/2013
60
strategiyasının bir hissəsi kimi də baxmaq olar. Həmin prosesdə hər bir filialın daha
səriştəli olduğu tədqiqat istiqaməti üzrə işlərdə ixtisaslaşması baş verir. Ayrı-ayrı
filiallar arasında informasiyanın maneəsiz ötürülməsinə və tədqiqatların kompleks
aparılmasına imkan verən transmilli kommunikasiyalar şəbəkəsinin və idarəetmə
sistemlərinin inkişafı bu prosesin gedişatını xeyli yüngülləşdirmişdir [2].
TMK tərəfindən həyata keçirilən tədqiqatların coğrafi bölgüsünün statistikası
mənşə ölkələri üzrə pərakəndəliyi, natamamlığı və bir qədər köhnəlməsi ilə sə-
ciyyələnir. Bununla belə, hətta mövcud olan məhdud məlumatlar belə, bütövlükdə
beynəlmiləlləşmə dərəcəsinin artımı haqqında mülahizəni möhkəmləndirir. İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatının - İƏİT innovasiya tədqiqatlarının beynəlmiləl-
ləşdirilməsinə həsr olunmuş statistik icmallarının məlumatlarına görə, ABŞ TMK-
larının filiallarının tədqiqat xərclərində payı mütəmadi olaraq artır. Bu zaman
bilavasitə ABŞ-da aparılan tədqiqat xərclərinin xüsusi çəkisi tədricən aşağı düşür.
Statistikaya görə, Qərbi Avropa TMK-ları tədqiqatlara ayrılan xərclər üzrə daha dərin
beynəlmiləlləşməyə nail olmuşlar. Böyük Britaniya TMK-ları üzrə məlumatlar
göstərir ki, belə xərclərin təxminən 37%-i xarici filialların üzərinə düşür. Qeyd etmək
lazımdır ki, Böyük Britaniya yeganə iri ölkədir ki, burada tədqiqatların aparılmasında
xarici filialların payı onların məhsul istehsalındakı payını ötüb keçir. Almaniyada
tədqiqat xərclərinin 17%-i və tədqiqatlarla məşğul olan mütəxəssislərin 15%-i TMK-
latın xarici filiallarının payına düşür. Royal Dutch Shell (Hollandiya və Böyük Bri-
taniya), Philips ( Hollandiya), Olivetti ( İtaliya), ABB ( İsveç və İsveçrə), Norsk Hydro
(Norveç) və digər Qərbi Avropa TMK-ları innovasiya tədqiqatlarına ayrılan vəsaitin
1/3 hissəsini xarici filiallarına sərf edir. Yaponiya TMK-larının tədqiqatların
beynəlmiləlləşməsində payı ənənəvi olaraq aşağıdır: xarici filiallarda aparılan elmi
tədqiqat xərcləri Yaponiya şirkətlərinin bu istiqamətdə ümumi xərclərin təxminən
2%-ni təşkil edir [1, 4].
Patentlər üzrə mövcud statistik məlumatlar da bütövlükdə xarici filiallarda
tədqiqatların artan əhəmiyyətini təsdiq edir. Nümunə olaraq, tarixə müraciət edək
və ABŞ-ın digər ölkələrdə kənarda aparılan tədqiqatların nəticələrinin qeydiyyatı və
alınan patentlərin payını nəzərdən keçirək. ABŞ korporasiyalarının bu göstəricisi
ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq artmış və 8,6%-ə qədər yük-
səlmişdir. Avropa şirkətləri üçün bu göstəricinin payının artdığı (28,8%-dən 34,8%-
ə qədər) müşahidə olunmuşdur. Avropa TMK-ları üçün digər ölkələrlə müqayisədə
filiallar üzrə daha yüksək patentləşdirmə göstəriciləri xarakterikdir [1].
Lakin qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrin bu göstəricisi bir-birindən
fərqlənir. Xüsusilə də, yapon TMK-larının nümunəsi daha əyani görünür. Yapon
şirkətlərinin ABŞ-da qeydiyyatdan keçmiş patentlərdə payı ənənəvi olaraq aşağı
səviyyədə olmuşdur. Bu onunla izah edilir ki, yapon TMK-ları əvvəlki kimi inno-
vasiya fəaliyyətini Yaponiyada həyata keçirməyə üstünlük verirlər [2, 3].
İri TMK-ların əksəriyyəti üçün onların innovasiya fəaliyyətinin beynəlmiləl-
c.Yusifov
TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...
5/2013
61
ləşməsi meyili ümumidir, lakin Amerika, Avropa və Yaponiya TMK-larının istifadə
etdiyi konkret strategiyalar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu, təkcə
iqtisadi mülahizələrlə deyil, həm ana TMK-nın baza ölkəsi tərəfindən, həm də qəbul
edən ölkələr tərəfindən aparılan innovasiya siyasəti ilə izah edilir.
Avropa TMK-ları Avropa İttifaqının mövcudluğu ilə yaranan faydalardan yarar-
lanaraq öz tədqiqat laboratoriyalarını Aİ-nin yüksək ixtisaslı kadrların cəmləşdiyi
ölkəsində yerləşdirməyə üstünlük verirlər. Məsələn, ASEA (İsveç) ilə Вrоwn-Воve-
rinin (İsveçrə) birləşməsi nəticəsində meydana gəlmiş ABB şirkəti energetika üzrə
yeni tədqiqat mərkəzini nə İsveçdə, nə də İsveçrədə deyil, müvafiq yüksək ixtisaslı
mütəxəssislərin çox olduğu Almaniyada yaratmışdır.
Yaponiya TMK-ları adətən daha qapalı və mühafizəkar olur ki, bu da ölkənin
xarici iqtisadi strategiyasına uyğundur. Onlar praktiki olaraq, bütün tədqiqat
fəaliyyətlərini Yaponiyanın ərazisində yerləşən mərkəzlərdə cəmləşdirməyə üstünlük
verir, xarici laboratoriyaları isə yeniliklərin kommersiyalaşdırılmasının son
mərhələlərində, hazır məhsulun və ya texnologiyaların yerli standartlara uyğun-
laşdırılması, yerli bazarın xüsusiyyətlərini nəzərə almaqla yenidən işlənməsi pro -
sesinə cəlb edirlər.
Tədqiqat bölmələrinin yerləşdirilməsində Amerika korporasiyalarının istifadə et-
dikləri yanaşma daha praqmatikdir. Tədqiqat mərkəzi ana şirkət üçün iqtisadi cəhət-
dən daha əlverişli olan yerdə yerləşdirilir. ABŞ-da hazırda innovasiya fəaliyyəti üçün
daha əlverişli şərait vardır: liberal qanunvericilik, innovasiya tədqiqatlarına güzəştli
vergitutma, vençur kapitalının nəhəng həcmləri, yeniliklərin kommersiyalaşdırıl-
masının formalaşmış mexanizmləri, bütün dünyadan cəlb edilmiş yüksək ixtisaslı
kadrlar və s. Lakin bir çox Amerika TMK-ları öz tədqiqat bölmələrini Avropada və
Asiyanın ayrı-ayrı ölkələrində yaradarkən kənar müşahidəçiyə heç də aydın olmayan
motivlərə əsaslanırlar [2, 4].
Bu cür regional fərqlər xarici tədqiqat laboratoriyalarının yaradılması yolu ilə
TMK-ların innovasiya fəaliyyətinin beynəlmiləlləşməsinin bir neçə yolunun
mövcudluğunu şərtləndirir.
3. TMK-ların tətbiq etdiyi tədqiqat prosesi
Yaponiya TMK-ları adətən beş tədqiqat mərhələsindən ibarət olan sxemdən isti-
fadə edir [2, 4].
İlk addım - texnologiya seçimi - beynəlmiləlləşmənin birinci mərhələsi ilə bağlıdır
ki, burada yapon şirkətləri məhsulu Yaponiyada ixrac üçün istehsal edirlər. Şirkət
bu mərhələdə əsas diqqətini elmi-texniki informasiyanın və məhsul haqqında infor-
masiyanın toplanması üçün təşkilati sistemlərin inkişafına yönəldir. Həmin infor-
masiya məhsulun Yaponiyada istehsalının təşkilində istifadə olunur. Bəzi TMK-lar
müəyyən texnologiyaları toplamaq üçün öz “skautlarını” başqa ölkələrə göndərir.
c.Yusifov
TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...
5/2013
62
Digərləri ABŞ-da və Avropada ayrı-ayrı ofislər açır ki, bunlar da yalnız
texnologiyalara baxışla məşğul olurlar. Şirkətlər hər şeydən əvvəl, bu ofislərin işçi
heyətinin komplektləşdirilməsində öz həmyerlilərinə güvənirlər.
İkinci mərhələyə texnologiyaların xaricdə istehsal güclərinə ötürülməsinə kömək
üçün təşkilat sisteminin yaradılması daxildir. Şirkətlərin əksəriyyəti qəbul edən
ölkələrdə standart nümunələr əsasında xüsusi texnologiya departamenti yaradırlar.
Bir çox yapon TMK-larında texnologiya departamentləri yerli bazarlarda tələbatı
ödəmək üçün məhsulların texnologiyalarının bir qədər modifikasiyası ilə məşğul
olur, lakin yeni məhsul və proseslərin istehsalı Yaponiyada cəmləşmiş qalır. Başqa
ölkələrdə açılmış texnologiya şöbələri adətən yaponlar tərəfindən komplektləşdirilir,
bununla belə, burada yerli mühəndislər də işləyə bilər.
Elmi-tədqiqat və sınaq-konstruktor işləri ilə məşğul olan laboratoriyaların rəsmi
təsis edilməsi yalnız üçüncü mərhələdə başlayır. Lakin bir çox yapon şirkətlərində
xarici laboratoriyalar tədqiqat mərkəzi adlandırıldığına baxmayaraq, böyük olmayan
tədqiqatlar həyata keçirir. Onların əsas fəaliyyəti tədarükçülərlə texniki koope -
rasiyadan və texnologiyanın istehsala ötürülməsinə köməkdən başlayaraq, çarpaz
lisenziyalaşdırmaya qədər geniş vəzifələr diapazonunu yerinə yetirməkdən ibarətdir.
Yaponiyanın bir neçə tanınmış əczaçılıq şirkətinin xarici ölkələrdəki fəaliyyəti bu
mərhələni əyani göstərir. Belə şirkətlərin xaricdəki elmi-tədqiqat laboratoriyaları
bilavasitə tədqiqatı yerinə yetirməklə deyil, yeni məhsulun yerli tənzimləyici orqan-
ların tələblərinə uyğun gəlməsi üçün testləşdirilməsini aparan müstəqil labora-
toriyalar və ixtisaslaşdırılmış şirkətlərlə müqavilələr bağlamaqla, texnoloji meyilləri
izləməklə, meydana çıxan texnologiyalar və yeni məhsullar barəsində məlumatların
toplanması ilə məşğul olurlar.
Xarici elmi-tədqiqat laboratoriyaları dördüncü mərhələdə öz diqqətlərini əsasən
yerli bazar üçün yeni məmulatların işlənməsinə cəmləşdirir. Beləliklə, yalnız bu
mərhələdə xarici laboratoriyada yeni biliyin yaradılması üzrə, yəni TMK-ların in-
novasiya fəaliyyətinin beynəlmiləlləşməsi kimi müəyyən edilən praktiki iş başlanır.
Yaponiyanın az sayda TMK-larının nail olduğu beşinci mərhələ xarici elmi-
tədqiqat mərkəzlərinin strateji vəzifəsini genişləndirir. Bu mərhələdə belə mərkəz-
lərin fəaliyyət sahəsi fundamental tədqiqatları da əhatə edir - laboratoriya TMK-ların
təşkilat strukturunun hüdudlarında innovasiya fəaliyyəti üzrə qlobal əmək böl-
güsünün tamhüquqlu üzvünə çevrilir.
Amerika və Avropa korporasiyaları xarici elmi-tədqiqat bölmələrinin yaradıl-
masında daha sadə sxemlərindən istifadə edirlər [1, 2].
Birinci mərhələdə “texnologiyaların ötürülməsi bölməsi” yaradılır ki, bunun
çərçivəsində məhsulun və istehsal texnologiyalarının ana şirkətdən xarici ölkədə
yerləşən istehsal filialına ötürülməsi həyata keçirilir. Bu mərhələdə xarici filial yalnız
məhsulun təkmilləşdirilməsi və texnologiyanın yerli şəraitə adaptasiyası üzrə ayrı-
ayrı funksiyaları yerinə yetirir.
c.Yusifov
TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...
5/2013
63
İkinci mərhələ “texnologiyanın yerli bölməsi”nin yaradılması ilə xarakterizə olu-
nur, yəni bu elə bir xarici laboratoriyadır ki, ana şirkətin fəaliyyətinin profil is-
tiqaməti çərçivəsində yalnız yerli bazar üçün innovasiya məhsulları yaratmaqla
məşğuldur.
Üçüncü mərhələdə dünya bazarları üçün yeni məhsulların yaradılmasına məsul
olan xarici laboratoriya “qlobal texnologiya bölməsi” statusunu alır. Lakin ETSKİ
üzrə xarici bölmənin fəaliyyət çərçivəsi əvvəlki kimi, baş şirkət tərəfindən müəyyən
edilir ki, o da laboratoriyalara tədqiqatların prioritet istiqamətlərini göstərir, həmçinin
onları tədqiqatlar üçün zəruri nəzəri işlərlə təchiz edir.
Xarici laboratoriyanın dördüncü inkişaf mərhələsi zəruri bilik potensialı, yüksək
ixtisaslı kadrlar toplandıqca və fəaliyyət əvvəlki mərhələlərdə uğurlu olduğu halda
yaranmış baza əsasında “ümumi texnologiya bölməsi”nin yaradılması ilə bağlıdır.
Bu mərhələdə xarici laboratoriya müəyyən müstəqillik əldə edir, tətbiqi tədqiqatların
prioritet istiqamətlərini sərbəst seçmək və ana şirkət tərəfindən dünya bazarlarında
satmaq üçün istifadə olunan innovasiya məhsulları və proseslərini yaratmaq üçün
zəruri fundamental tədqiqatlar həyata keçirmək imkanına malik olurlar [1, 2].
Strateji alyansların yaranması. İri TMK-lar çox vaxt innovasiya tədqiqatlarını
daha səmərəli həyata keçirmək üçün strateji alyanslar yaradırlar. Sözsüz, onlar
arasında müxtəlif razılaşma tipləri keçmişdə də mövcud olmuşdur. Belə ki, əvvəllər
olduğu kimi, dünya bazarında beynəlxalq kartellər iştirak edir, çoxsaylı qeyri-rəsmi
müqavilələr bağlanır.
Lakin adıçəkilən müqavilələr əsasən bu və ya digər bazar münasibətlərinin (təsir
sahəsi, qiymət, bazar payı) tənzimlənməsinə aiddirsə, müştərək alyansların yeni tipi
başlıca olaraq innovasiya tədqiqatları ilə bağlıdır.
Strateji alyanslar müxtəlif ölkələrin sənaye şirkətləri arasında elmi-texniki koo -
perasiyanın elə təşkili formasıdır ki, bu zaman iştirakçı tərəflər aşağıdakı tələblərə
cavab verməlidir [3, 4]:
əməkdaşlıq üçün seçdikləri sahədə yeni elmi və texnoloji biliklər əldə etmək
üçün öz töhfəsini vermək və ya texnologiyalar mübadiləsini həyata keçirmək
qabiliyyəti;
bu əməkdaşlıqdan gələn bütün faydalarla bölüşmək və onun həyata keçirilmə -
sinə nəzarət hüququndan istifadə etmək qabiliyyəti;
tərəfdaşlardan yalnız kəskin tələbat duyduqları məhsulları almaq, tam
müstəqilliklərini və azadlıqlarını qorumaq qabiliyyəti.
Strateji alyansların məqsədi bu alyansların iştirakçılarında yığılmış biliklərdən
daha səmərəli istifadə hesabına innovasiyalara olan xərclərin minimuma
endirilməsindən ibarətdir. Yeni məhsulların və ya proseslərin birgə öyrənilməsinin
rəqabətdən əvvəlki mərhələlərində adətən qarşısına müştərək tədqiqatlar aparmağı
məqsəd qoyan strateji alyanslar üstünlük təşkil edir. Daha sonrakı rəqabət mər -
hələlərində, həmçinin istehsal və marketinq alyansları mümkündür.
c.Yusifov
TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...
5/2013
64
Bu gün dünyada on minlərlə ölkələrarası strateji alyans vardır. Güman edilir ki,
onların dörddə birindən çoxu mikroelektronika, elektron hesablama texnikası, sənaye
istehsalının avtomatlaşdırılması və telekommunikasiyalar texnologiyası sahəsində
layihələrin birgə həyata keçirilməsi ilə bağlıdır. Onlardan biotexnologiya və yeni
materiallar sahəsində də fəal istifadə edilir. Ölkə kontekstində götürdükdə, ABŞ ilə
Avropa TMK-ları arasında alyanslara daha çox rast gəlinir.
4. TMK-ların innovasiya fəaliyyətinin ölkəyə cəlb edilməsinin
vergitutma məsələləri
Qeyd etmək lazımdır ki, TMK-ların innovasiya fəaliyyətinin xarici ölkədə inno-
vasiya laboratoriyalarının yaradılması ilə beynəlmiləlləşməsini qəbul edən ölkələrin
rəqabətqabiliyyətliliyinə böyük təsir göstərir. Sözsüz ki, TMK-lar öz tədqiqat mər -
kəz lərini zəif inkişaf etmiş ölkələrə köçürməyəcək.
Dünya İqtisadi Forumun (DİF) indeks göstəricilərinin müasir dinamikası Azər-
baycan iqtisadiyyatı üçün nəinki mövcud rəqabət üstünlüklərinin saxlanmasının
önəmli olduğunu, həm də yeni, yüksək texnologiyalara və «biliklərin iqtisadiy -
yatı»na əsaslanan innovasiyalı iqtisadiyyatın tətbiqi yolu ilə daha yüksək üstünlük-
lərə keçmək və bununla milli iqtisadi təhlükəsizliyimizin təmini üçün mümkün olan
hər şeyi etmək haqqında danışmağa imkan verir. Bununla yanaşı, DİF-in reytinq -
lərinin təhlili göstərir ki, bunu yalnız uğurlu makroiqtisadi göstəricilər hesabına
etmək mümkün olmayacaq. Azərbaycanın müasir iqtisadiyyatının keyfiyyətli artımı
ilə hər yeni addım daha çox qüvvə tələb edir və burada ümumi rəqabətqabiliyyətlili -
yinə təsir edən bütün amillərin yalnız tarazlı və kompleks yaxşılaşdırılması bu uğu-
run zəmini ola bilər.
Milli iqtisadiyyatda mövcud innovasiya meyillərini qiymətləndirmək üçün son
illərin statistikasına müraciət edək. Tədqiqat üçün innovativ tutumuna görə ən böyük
sahə olan sənayeni qəbul edək. Şəkil 1-də Azərbaycanın sənaye sahələrində istehsal
olunmuş innovasiya məhsulunun dəyərinin illər üzrə dinamikası və strukturu
göstərilmişdir. İnnovasiya məhsulunun TMK-ların miqyası ilə müqayisədə çox kiçik
olmasına rəğmən qeyri-neft sektorunda (emal sənayesində) innovasiya məhsulunun
dəyərinin artmasını bu istiqamətdə aparılmaqda olan tədbirlərin kiçikmiqyaslı ilkin
nəticəsi kimi qəbul etmək olar.
Şəkil 2-də Azərbaycanın sənaye müəssisələrində texnoloji innovasiyaların
yaradılmasına çəkilən xərclərin mənbə üzrə strukturu və dinamikası göstərilmişdir.
Göründüyü kimi, innovasiyaların yaranmasına çəkilən xərclərin miqdarında 2009-
cu ilə kimi müəyyən azalma meyiləri müşahidə olunur və növbəti illərdə bu sahədə
cüzi artımı görmək olar. Bu prosesdə dövlət büdcəsindən maliyyələşən innovasiya
xərclərinin yüksək olması, müəssisələrin öz vəsaiti hesabına xərclərinin isə hələ də
arzu olunan səviyyədə olmaması faktı xüsusən diqqəti cəlb edir. Yerli müəssisələrin
c.Yusifov
TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...
5/2013
65
kifayət qədər riskli hesab olunan innovasiya layihələrinə belə ehtiyatlı yanaşmasını
bazarın tutumu və çevikliyi amilləri ilə yanaşı, bilik, texnologiya və digər amillər
üzrə müəyyən məhdudiyyətlərin mövcudluğu ilə izah etmək olar.
Aparılan təhlil ölkəmizdə innovativ inkişafa diqqətin daha da artırılmasını və mü-
vafiq tədbirlər proqramının həyata keçirilməsinin zəruri olduğunu göstərir. Azərbay-
canda aparılmaqda olan iqtisadi siyasət ölkəmizin investisiyalar üçün cəlbediciliyini
xeyli artırır. İnnovasiyalar ölkənin insan kapitalının inkişaf etməsinə şərait yarat-
maqla, hər hansı sahədə məhsuldarlığı atrıqmaqla köməkçi və qohum sahələrin də
inkişafına impuls verərək daha yüksək və dayanıqlı iqtisadi artımı təmin etməklə
ölkənin rəqabətqabiliyyətliliyinin yüksəldilməsində mühüm rol oynayır.
c.Yusifov
TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...
5/2013
66
şəkil 1. sənaye müəssisələrində innovasiya məhsulunun həcmi
(milyon manatla)
Mənbə: www.azstat.gov.az
şəkil 2. fəaliyyət növləri və maliyyə mənbələri üzrə texnoloji innovasiyalara
çəkilən xərclər (milyon manatla)
Mənbə: www.azstat.gov.az
Müasir dövrdə innovasiyalı inkişaf qloballaşma prosesləri ilə bilavasitə bağlıdır.
Qloballaşma elmi biliklərin və texnologiyaların ötürülməsi və kommersiyalaşması
üçün əlverişli zəmin yaradır. İnnovasiyaların yayılmasına iki səviyyədə baxmaq olar
[2 ,4]:
istənilən elmi-texniki biliklərin və istehsal təcrübəsinin makrosəviyyədə
ötürülməsi;
konkret texnoloji proseslərin təkrar istehsalına aid olan elmi-texniki biliklərin
və təcrübənin ötürülməsi.
İnnovasiya investisiyaları ölkənin dayanıqlı iqtisadi artımının mühüm atributu
kimi qəbul olunur. Artım amillərinin fasiləsiz təkmilləşdirilməsi əsas və dövriyyə
fondlarına, infrastruktur sahələrinə, bilik və qabiliyyətlərin inkişafına, o cümlədən
menecmentə müvafiq kapital qoyuluşlarını nəzərdə tutur. Bu mənada investisiyalar
ölkənin rəqabətqabiliyyətliliyi üçün baza amili deyil, rəqabət üstünlüklərinin yaradıl-
ması mexanizmlərindən biri kimi qəbul oluna bilər. Fikrimizcə, belə mexanizmlər
rəqabətqabiliyyətlilik amilləri qədər əhəmiyyətlidir. İnvestisiyaların rəqabət üstün-
lüyündə rolu ölkənin inkişaf mərhələsindən asılı olaraq dəyişir. Amerikan iqtisadçısı
Maykl Porter (1946) göstərirdi ki, hər bir ölkənin rəqabət strategiyası digərlərindən
fərqlənir və belə fərqlənməni inkişaf mərhələlərinin və iqtisadi artımın mənbələrinin
müxtəlifliyi ilə izah edirdi. İnvestisiyalar təbii ehtiyatların və insan kapitalının (işçi
qüvvəsinin defisiti, bahalığı və ya keyfiyyətinin aşağı olması) çatışmazlığından doğan
çətinliklərin aradan qaldırılmasına kömək edir. Beynəlxalq rəqabətin kəskinləşməsi
ölkənin infrastrukturuna və daha yüksək rəqabət üstünlüyünü təmin edən yüksək
texnologiyalara investisiyaların əhəmiyyətini artırır [5].
Ölkəmizin investisiyalar üçün, xüsusilə yüksək texnologiyalara aid olan qoyu-
luşlar üçün cəlbediciliyinin artırılması mühüm vəzifələrdən biri kimi qəbul oluna
bilər. Azərbaycanın yüksək texnologiyalı investisiya bazarında rəqabət strategiyası
dünyada baş verən innovasiya-texnologiya və struktur dəyişikliklərinə vaxtında reak-
siya verməlidir.
Məlumdur ki, ölkənin rəqabətqabiliyyətliliyi dünya iqtisadiyyatında baş verən
struktur dəyişikliklərinə çevik və adekvat reaksiya və uyğunlaşma qabiliyyəti ilə
müəyyən olunur [5, 6].
Yüksək texnologiyalı investisiyaların cəlb edilməsi prosesində böyük ölkələr
bazarın tutumu və artım tempi kimi göstəricilərlə daha böyük üstünlüklərə malik
olurlar. Lakin daxili bazarın nisbi tutumu kiçik olan ölkələr, o cümlədən Azərbaycan
əlverişli investisiya və institusional mühit, keyfiyyətli infrastruktur və işçi qüvvəsi,
siyasi sabitlik və iqtisadi artımı dəstəkləyən davamlı siyasətlə belə rəqabətdə uğur
qazana bilərlər. Qeyd olunan nəticələr və davam etməkdə olan iqtisadi siyasət inno-
vativ inkişaf sahəsində nəhəng imkanlara və təcrübəyə malik olan TMK-ların milli
iqtisadiyyata cəlb edilməsi üçün müstəsna əhəmiyyət kəsb edir. Onların elmi-tədqiqat
mərkəzlərinin ölkəmizdə yerləşdirilməsi bir neçə səbəbdən əlverişli ola bilər:
c.Yusifov
TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...
5/2013
67
innovasiyalar üzrə yeni laboratoriyaların meydana gəlməsi ilə belə fəaliyyətin
intensivləşdiriməsi labüd olaraq yerli şirkətləri innovasiya prosesinə cəlb edir;
yüksək ixtisaslı mütəxəssislər üçün yeni iş yerlərinin yaradılması ölkədən
“beyin axını”ın azalmasına kömək etməklə cəmiyyətin intellektual poten-
sialının yüksəlməsinə və təhsil sisteminin inkişafına şərait yaranır;
yeniliklərin kommersiyalaşdırılmasında ixtisaslaşan yeni menecerlər təbəqəsi
formalaşır;
ölkəyə vençur kapitalı axınının artması zamanı yeni tədqiqatlar labora-
toriyalarının hüdudlarından çıxaraq müstəqil kommersiya layihələrinə
çevrilməklə ölkəyə əlavə dividendlər gətirir.
Dövlət vergilərin tənzimləyici funksiyasından istifadə etməklə iqtisadi sistemə
və onun ayrı-ayrı sahələrinə stimullaşdırıcı və ya məhdudlaşdırıcı təsir göstərmək
imkanına malikdir. Vergitutma ölkənin iqtisadi sistemi ilə büdcə sistemi arasında
bağlayıcı həlqə rolunda iştirak edərək yaradılmış iqtisadi sərvətin - dəyərin təsərrüfat
subyektləri, fiziki şəxslər və dövlət arasında yenidən bölgüsünü həyata keçirmək
üçün də istifadə olunur (verginin bölüşdürücü funksiyası). Vergilərin iqtisadi sis-
temdə gedən proseslərin monitorinqi üçün ən əlverişli mexanizm olması isə (nəzarət
funksiyası) dövlətə iqtisadi təhlükəsizlik parametrlərinin və meyarlarının qiymət -
ləndirilməsi və proqnozlaşdırılması imkanını yaradır [7, 8].
Vergi sistemi öz-özlüyündə rəqabət üstünlüyünün resursu hesab olunur və başqa
rəqabət üstünlüyü növlərinə öz təsirini göstərir. Hər bir sistemin tərkib hissələri
qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdədirlər. Vergi siyasəti rəqabətqabiliyyətlilik sis-
teminin tərkib hissəsi kimi, makro səviyyəyə aid olaraq müxtəlif səviyyələrdə sis-
temin tərkib hissələri ilə qarşılıqlı təsirdə fəaliyyət göstərir [9]:
Metasəviyyədə ictimai həyatın təşkilinin əsas siyasi və iqtisadi formaları for-
malaşır, vergi siyasəti cəmiyyətə əhəmiyyətli dərəcədə təsir göstərə bilir. Vergi mü-
nasibətləri çərçivəsində vergi ödəyiciləri ilə dövlət arasında qarşılıqlı təsir baş verir,
onların öhdəlikləri və bir-birinin qarşısında məsuliyyəti formalaşır. Belə ki, müəyyən
qrup iqtisadi agentlərin vergidən yayınması dövlət tərəfindən yığımın ümumi
kütləsinin saxlanması üçün vergi yükünün yüksəldilməsi, vergi inzibatçılığının güc -
ləndirilməsi şəklində cavab tədbirlərin qəbul edilməsinə gətirir. Sonuncu, öz
növbəsində, vicdanlı ödəyicilərin vəziyyətini ağırlaşdırır, bu isə onların ümumiyyətlə
dövlətə və vergi ödəməyənlərə olan münasibətinə təsir etməyə bilməz. Deməli, vergi
siyasətinin təsir edə biləcəyi rəqabətqabiliyyətlilik sisteminin mühüm determinantları
sosial inteqrasiya və həmrəylikdir, cəmiyyətin islahatlara münasibətidir, sahibkar-
ların statusuna ictimai rəyin yaradılması şəraiti və onların dövlətin inkişafında
roludur.
Beləliklə, biz rəqabət üstünlükləri təsnifatına müraciət etsək, bu halda vergi
siyasəti metasəviyyədə mədəni və qlobal rəqabət üstünlüklərinin əmələ gəlməsinə
imkan yaradır.
c.Yusifov
TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...
5/2013
68
Makrosəviyyədə iqtisadi sistemin fəaliyyətinin əsas şərtləri müəyyən olunur. Vergi
siyasəti makrosəviyyədə dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq, pul və-
saitlərinin vergi ödəyicilərindən dövlətə hərəkətinin parametrlərini müəyyən edir.
Vergi dərəcələrinin və vergitutma səviyyəsində dəyişikliklər iqtisadiyyatın
rəqabətqabiliyyətini müəyyən edən çoxsaylı makroiqtisadi göstəricilərə (ÜDM-in
səviyyəsinə, qiymətlərin səviyyəsinə, faiz dərəcələrinə və s.) təsir edir. Makro -
səviyyədə vergi siyasətinə təsərrüfat subyektləri tərəfindən nə dərəcədə rəqabət
üstünlüyünün resursu kimi baxıla biləcəyi müəyyən olunur.
Mezosəviyyəyə spesifik siyasət və institutlar aiddir ki, burada kollektiv fəaliyyət
nəticəsində həlledici şəkildə ayrı-ayrı sahələrin məhsuldarlığına, yaxud istehsalın
yerləşdirilməsinə təsir göstərən tədbirlər təyin olunur. Dövlət tərəfindən mezosiyasət
tədbirləri həyata keçirilən zaman makrosəviyyə vasitələrindən istifadə edilməsi
mümkündür. O cümlədən, xüsusi iqtisadi agent qruplarının maraqlarına xidmət edən
müəyyən vergi alətləri mezosiyasətin bir hissəsini təşkil edir. Mezosəviyyədə vergi
alətlərinin istifadəsi struktur, industrial və texnoloji siyasətlə bağlı olur. Vergi siyasəti
texnoloji və innovasiya rəqabət üstünlüklərinin formalaşmasına kömək edir.
Mikrosəviyyə rəqabətqabiliyyətliliyin formalaşmasında iştirak edən təsərrüfat mü-
nasibətlərinin müəyyənedici səviyyəsidir. Eyni zamanda, mikrosəviyyədə rəqabətqa-
biliyyətliliyin şərtləri meta-, makro- və mezosəviyyədə qoyulur. Vergi siyasəti bütün
müəssisələrin fəaliyyəti üçün ədalətli və bərabər şəraitin yaradılıması üçün mühüm
vasitələrdən biridir.
TMK-ların innovasiya fəaliyyətinin ölkəmizə cəlb edilməsi iqtisadi sistemin
makrosəviyyəsinə aid olaraq müvafiq tənzimləmə tədbirlərinin həyata keçirilməsinə
zərurət yaradır.
Qeyd olunanlara əsaslanaraq ölkənin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi
üçün istifadə oluna biləcək vergi sistemi amillərinə aşağıdakıları aid edə bilərik [10]:
ölkənin vergi sisteminin rəqabətqabilyyətliliyi;
vergi qanunvericiliyinə riayət olunma səviyyəsi;
vergi ödəyicilərinin maarifləndirilməsi və hüquqlarının qorunması səviyyəsi;
vergi inzibatçılığında şəffaf və müasir standartlara cavab verən informasiya
texnologiyalarından istifadə ilə həyata keçirilən metodların tətbiqi;
iqtisadi sistemin tənzimlənməsinə güclü təsir göstərə bilən vergi siyasətinin
həyata keçirilməsi və s.
5. nəticə
İqtisadi inkişafın müasir mərhələsində TMK-lar innovasiya layihələrinin həyata
keçirilməsi üçün zəruri olan başlıca komponentlərə - vençur kapitalına, yüksək ix-
tisaslı kadrların, yeni ideya və tədqiqatların yerdəyişməsinə nəzarət yolu ilə inno-
vasiyaların yaradılmasının və istehsalının coğrafiyasına güclü təsir göstərirlər.
c.Yusifov
TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...
5/2013
69
Beləliklə, TMK-ların innovasiya siyasəti ölkələrin bu prosesdə mövqeyinə ( lider-
liyinə və ya geriləməsinə) təsir göstərməklə onların rəqabətqabiliyyətliliyinin yük-
səldilməsində mühüm rol oynayır.
İnkişaf etməkdə olan sənaye ölkəsi olan Azərbaycanda innovasiya kapitalı üçün
güzəştli vergitutma, yüksək ixtisaslı kadrların hazırlanması, zəruri infrastrukturun
inkişafına yönəldilmiş investisiya siyasəti və digər belə tənzimləmə vasitələrilə
TMK-ların innovasiya laboratoriyalarının və istehsal sahələrinin yaradılması sti -
mullaşdırıla bilər.
TMK-ların innovasiya fəaliyyətinin milli iqtisadiyyata cəlb edilməsi ölkənin elmi-
texniki potensialının genişlənməsinə, rəqabətqabiliyyətliliyinin mövcud olan amil-
lərindən istifadənin səmərəliliyinin yüksəlməsinə, innovasiya prosesinin
intensivləşməsinə və son nəticədə Azərbaycanın beynəlxalq arenada rəqabətqa-
biliyyətliliyinin yüksəlməsinə kömək edə bilər.
Ədəbiyyat siyahısı
1. Л.Д. Градобитова, Т.М. Исаченко. (2002). Транснациональные корпорации в совре-
менных международных экономических отношениях: учеб. пособие”. Москва:
АНКИЛ, 123 с. (Qradobitova L.D. və İsaçenko T. (2002). “Müasir beynəlxalq münasi-
bətlərdə transmilli şirkətlər: tədris vəsaiti”. Moskva: ANKİL, 123 s.).
2. Фокин С. (2002). “Влияние транснациональных компаний на конкурентоспособ-
ность стран”. Москва: МГУ им. Ломоносова, (Fokin S. (2002). “Transmilli şirkətlərin
ölkənin rəqabətqabiliyyətinə təsiri”. Moskva: Lomonosov adına MDU)
3. “Innovation & technology transfer”. Special edition. (2000). Published by the EC. (“İn-
novasiya və Texnolgiyaların ötürülməsi., Xüsusi buraxılış. (2000). . Avropa Komis-
siyasının nəşri).
4. Cantwell J. (1997). “The globalization of technology: what remains of the product cycle
model?” “Technology, globalization and economic performance”, Cambridge University
Press. (Kantvell J. (1997). Texnologiyaların qloballaşması: məhsul dövriyyəsi mod-
elindən nə qalır? “Texnologiya, qloballaşma və iqtisadi məhsuldarlıq”, Kembric Uni-
versitetinin nəşri).
5. Портер М. (2000) “Конкуренция”, Москва: “Вильямс”, 495 с. (M.Porter. (2000).
“Rəqabət”, Moskva: Vilyams, 495 s.).
6. Райнерт Э.С. (2011). “Как богатые страны стали богатыми, и почему бедные страны
остаются бедными”, Москва: Изд.дом ВШЭ, 384 стр. (Raynert E.S. (2011). “Varlı
ölkələr necə varlandılar və kasıb ölkələr nə üçün kasıb qalırlar”, Moskva: VŞE nəşriyyat
evi, 384 s.).
7. Məmmədov F.Ə. və başqaları. (2010). “Vergilər və vergitutma”. Ali məktəblər üçün dərs-
lik. Bakı, CBS Polygraphic production, 512 s.
c.Yusifov
TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...
5/2013
70
8. “Налоговая политика в социально-экономическом развитии стран с переходной
экономикой”. (2011). Под ред. Р.С.Гринберга, З.Н.Кузнецовой, Санкт-Петербург:
Алетея, 2011.-392 c. (“Keçid iqtisadiyyatlı ölkələrin sosial-iqtisadi inkişafında vergi
siyasəti”. (2011). R.S.Qrinberq və Z.N.Kuznetsovanın redaktəsi ilə, Sankt-Peterburq:
Alteya, 392 səh.)
9. Yusifov C.R. (2011). “İqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi Azərbaycan
Respublikası iqtisadi təhlükəsizliyinin təmin edilməsi amili kimi”, “Azərbaycanın vergi
xəbərləri”, №12, s. 121-130.
10.Yusifov C.R. (2013). “Azərbaycanın vergi təhlükəsizliyinin milli iqtisadiyyatın
rəqabətqabiliyyətliliyində rolu”, “Azərbaycanın vergi jurnalı”, №1, s. 97-108.
Юсифов Джейхун Рамиз оглы
д.ф.э.,
Учебный Центр Министерства Налогов Азербайджанской Республики
Роль налоговой системы в привлечении инновационной деятельности
транснациональных компаний в Азербайджанскую экономику
Аннотация
Цель исследования – исследование опыта транснациональных компаний по разме-
щению инновационной деятельности, а также рассмотрение вопросов налогообложе-
ния, связанного с привлечением в национальную экономику их инновационных
центров.
Методология исследования – системный подход и анализ.
Выводы исследования – с точки зрения повышения конкурентноспособности вы-
двинуты обоснованные предложения по привлечению инновационной деятельности
транснациональных компаний в нашу страну.
Ограничения исследования – ограниченность возможностей изучения процесса
принятия решений крупными компаниями по инновационным инвестициям.
Практическая значимость исследования – возможность использования в качестве
научного источника при разработках мер по привлечению инновационной деятельнос -
ти крупных компаний в нашу страну.
Оригинальность и научная новизна – проведено обобщение опыта транснацио-
нальных компаний по размещению инновационной деятельности, а также рассмот-
рены вопросы привлечения их в национальную экономику.
Ключевые слова: транснациональные компании, инновации, конкурентоспособ-
ность страны.
c.Yusifov
TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...
5/2013
71
yusifov ceyhun ramiz oglu
PhD in economics,
Training Center of the Ministry of Taxes of Azerbaijan Republic
The role of the tax system to attract innovation activities of multinational companies
in azerbaijan's economy
abstract
Purpose – study experience of multinational companies to place innovation activities
and taxes issues bringing innovative units of TNCs in the national economy.
Design/methodology – a systematic approach and analysis.
Findings – put forward reasonable proposals to raise the innovation activities of multi-
national companies in our country.
Research limitations – the lack of research opportunities decision-making processes of
large companies on innovation investment.
Practical implications – the ability to use as a research source for the development of
measures to attract innovative activities of TNCs in our country.
Originality/value – the generalization of the experience of multinational companies to
deploy innovation.
Keywords: multinational companies, innovation, competitiveness.
JeL classification codes: E62, O23
Məqalə redaksiyaya daxil olmuşdur: 05.08.13.
Təkrar işlə
nməyə göndərilmişdir: 12.08.13.
Çapa qəbul olunmuşdur: 17.10.13.
c.Yusifov
TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...
5/2013
72
Dostları ilə paylaş: |