10049
YUSİF SƏFƏROV
NAXÇIVAN AŞIQLARI
VƏ
EL ŞAİRLƏRİ
Naxçıvan -2011
Elmi redaktoru:
Rəyçilər:
İsa Həbibbəyli,
%
AMEA-nın həqiqi üzvü
Əməkdar elm xadimi
Məhərrəm Qasımlı,
filologiya elmləri doktoru,
professor
Məhərrəm Cəfərli,
filologiya elmləri doktoru,
professor
Tərtib edən, ön sözün,
aşıq və el şairləri haqqında
məlumat və qeydlərin müəllifi:
Yusif Səfərov,
filologiya elmləri doktoru,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü
Yusif Səfərov,
Naxçıvan aşıqları və el şairləri.
Naxçıvan-
2011, “Əcəmi”Nəşriyyat-Poliqrafiya Birliyi, 152 səh.
XVII-XIX əsrlərdə və XX yüzillikdə Azərbaycanın Naxçıvan
bölgəsində yaşayıb-yaratmış yaradıcı-ifaçı aşıqların və el şairlə
rinin şeirlərindən seçmə nümunələrin daxil edildiyi bu kitabda
müəyyən dövrlərdən keçərək dəyərli poetik irsə çevrilmiş, insanla
rın mənəvi aləminin, bədii təfəkkür və estetik zövqünün zənginləş
məsinə xidmət etmiş lirik örnəklər toplanmışdır. Ozan-aşıq sənəti
nin regional ənənə və əlaqələrini, ideya-bədii dəyərini qorumuş bu
qiymətli irs Naxçıvan aşıq mühitinin özəlliklərini, didaktik və
tərbiyəvi siqlətini özündə yaşatmaqdadır.
4700000000
053-2011
© “Əcəmi” 2011.
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA
XALQ YARADICILIĞI GÜNLƏRİNİN KEÇİRİLMƏSİ
HAQQINDA
NAXÇIVAN MUXTAR RESPUBLİKASI
ALİ MƏCLİSİ SƏDRİNİN
SƏRƏNCAMI
Hər bir xalqın tarixində xalq yaradıcılığı onun milli-mə-
nəvi dəyərlərinin və dünyagörüşünün, təşəbbüskarlıq və nova-
torluğunun təzahür 'formalarından biridir. Tarixi-mədəni və
bədii irsimizin daşıyıcısı olan Azərbaycan xalq yaradıcılığı əsr
lər boyıı formalaşaraq və inkişaf edərək günümüzədək gəlib
çatmışdır.
Azərbaycanın qədim Naxçıvan torpağında yayılmış el
sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni
inkişaf dövrünü əhatə edir. Qədim sivilizasiyaya və müasir
mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq nümunələri
xalqımıza xas milli xüsusiyyətləri və xarakteri, adət-ənənələri,
həyat və məişət tərzini özündə cəmləşdirərək müasir dövrdə
parlaq şəkildə nümayiş etdirir.
Xalq yaradıcılığımız öz kökünü ən qədim dövrlərdən gö
türür. Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış ar
xeoloji qazıntılar xalq yaradıcılığının mühüm qolu olan el sə
nətkarlığının 5-7 min illik inkişaf dövrü kepdiyini sübuta yeti
rir. Qədim xalq sənəti sahələri olan dulusçuluq və daşişləmə
Neolit, metalişləmə isə Eneolit dövründən məlum idi. Naxçı
vanda əkinçiliyin və maldarlığın intensiv inkişafı sənətkarlığın
da inkişafına təsir göstərmiş, mədəni tələbatın artması müxtəlif
bəzək əşyalarının düzəldilməsi, hətta əmək alətlərinin, məişət
avadanlıqlarının, silahların müəyyən hissələrinin gözəl bədii
tərtibatla hazırlanması ilə nəticələnmişdir. Naxçıvan Muxtar
Respublikasının indiki və tarixi ərazilərində yaşamış əcdadla
3
rımızın sosial həyat tərzi, dini-ideoloji baxışları, inamları və
adət-ənənələri bu dövrün sənətkarlığında öz əksini tapmışdır.
Qədim xalq sənətkarlığının mühüm sahələrindən olan du
lusçuluq Naxçıvan ərazisində eradan əvvəl 7-ci-6-cı minillik
lərdə yaranmış, Eneolit dövründən başlayaraq dulus çarxların
da gil qab hazırlanması və xüsusi kürələrdə bişirilməsi geniş
yayılmışdır.
Naxçıvan, eyni zamanda, dünyanın ilk metalişlətmə
ocaqlarından biri olmuşdur. I Kültəpənin ən qədim mədəni
təbəqəsindən müxtəlif mis-mərgümüş, nikel-mərgümiiş qatışığı
olan alətlər və bəzək nümunələri əldə edilmişdir. Ordubad ra
yonunun Plovdağ nekropolundan tuncdan hazırlanmış sancaq
lar, I Kültəpədən isə tunc dövrünə aid bıçaq və sancaqlar tapıl
mışdır. Arxeoloji qazıntılar nəticəsində əldə olunmuş material
lar Naxçıvanın qədim sakinlərinin sümükdən və daşdan da
əmək və bəzək alətləri hazırladıqlarını göstərir. Sonrakı dövr
lərdə sənətkarlıq daha da inkişaf etmiş, xalq sənətinin ağaciş-
ləmə, misgərlik, zərgərlik, ipəkçilik, boyaqçılıq, papaqçılıq,
dabbaqlıq, dülgərlik, toxuculuq, xüsusilə də xalçaçılıq kimi sa
hələri genişlənmiş, Naxçıvanın zövqlə hazırlanmış müxtəlif
məişət əşyaları və zərgərlik məmulatları böyük şöhrət qazan
mışdır.
Naxçıvanda toxuculuğun, boyaqçılığın və ipəkçiliyin
inkişafı tarixən milli geyim mədəniyyətinin də formalaşmasına
şərait yaratmışdır. Milli geyim və milli mətbəx xalq yaradıcı
lığının ən mühüm sahələrindən biridir. Naxçıvanda bu sahələr
daha qədim dövrlərdən yaranmış, təbii-coğrafi şəraitə uyğun
olaraq formalaşmış, inkişaf etmiş, hər əsrdə özünəməxsus milli
cəhətlərlə daha da zənginləşmişdir. Xalqın tarixini, etnoqrafik
və bədii xüsusiyyətlərini özündə cəmləşdirən milli geyimlər və
mətbəx nümunələri bu gün maddi və mənəvi mədəniyyətimizin
qaynaqları kimi qorunur və inkişaf etdirilir. Təkrarsız milli ya
radıcılığımızın nəticəsi olan Azərbaycan geyimlərini muzey
lərimizdə, ayrı-ayrı tarixi teatr tamaşalarında və filmlərdə görə
4
Dostları ilə paylaş: |