“GEO Strategiya”.-2015.-№ 1 (25).-S.40-44.
DÖVLƏT - DİN MÜNASİBƏTLƏRİNİN HÜQUQİ NİZAMLANMA
TƏCRÜBƏSİ
Radif Mustafayev,
f. ü. f. d. AMEA Fəlsəfə və Hüquq İnstitutu Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin böyük elmi işçisi
Dövlət-din münasibətlərinin tarixi qədim olduğu qədər bu münasibətlərin inkişafında baş vermiş keyfiyyət
dəyişiklərinin müşahidə edilməsi bir о qədər həyati vacib və maraqlıdır. Xüsusən də, sözügedən dəyişmələrin
müxtəlif dövrlər üzrə tədqiqi maraq doğurduğu kimi, fərqli region mədəniyyətlərində təşəkkül tapmış dövlətlərin
dinə, о cümlədən də dinlərin dünyəvi idarəetməyə münasibətlərinin tədqiqi özünün aktuallığı ilə seçilir. Bu
baxımdan təqdim etdiyimiz məqalədə məqsəd dövlət - din münasibətlərinin hüquqi tənzimlənməsi mexanizmlərinin
tədqiqidir.
Məlum olduğu kimi, dövlət-din münasibətlərinin inkişaf tarixində dini institutlaşma prosesini yaşamamış
cəmiyyət göstərmək mümkün deyildir. Üstəlik, dövlət maraqlarına xidmət etmək baxımından dinin institutlaşması
ilə yanaşı ona dövlət statusunun verilməsi adi hallardan biri hesab edilə bilər. Elə bu anlamda tarixə müraciət
edərkən görürük ki, “Dövlət (burda söhbət Roma imperiyasından gedir -R.M.) milli dinləri (burada “dövlət dini”
statusu almış kultlardan söhbət gedir- R.M.) о qədər qoruyur ki, ona (dinə-R.M.) müdaxilə dövlətin bütövlüyünə
təhlükə ilə müşayiət olunmasın.
Çünki əslində məlum hüquqi rifah kimi din deyil, dövlətin bütövlüyü və təhlükəsizliyi qorunur” (1, s.15).
Odur ki, əksər dönəmlərdə rəsmiləşdirilmiş dindən çıxış edərək digər dini baxış və təsəvvürlər məhdudlaşdırılmış
və ya yeretik istiqamətlər kimi müxalif qüvvələr rədd edilmişlər. Buna görə də, dövlət-din münasibətlərində başqa
dinə etiqad etmək, əqidə azadlığı, daha sonralar din azadlığı və ya vicdan azadlığı kimi tanınmış hüquqi normaların
inkişaf tarixini izləmək olduqca vacibdir. Öz növbəmizdə biz bu məsələnin təfərrüatlarına varmadan başlıca
məqamlarına diqqət yetirmək istərdik.
Bildiyimiz kimi, Roma katolik kilsəsinə münasibətdə protestantizmin geniş vüsət aldığı Avropa ölkələri
İntibah dövründən başlayaraq etiqad azadlığı məsələsini daha çox önə çəkmişlər. Meydana gəlməkdə olan
“Millətlər bir birinin ardınca papalığın dünyəvi hakimiyyətə mötədil olmayan iddialarından müstəqilliklərini
müdafiə etməyə çalışdılar”.
(1, s.26). Bütün bunlar bu millətlər üzərində papaların siyasi hakimiyyətlərinin geriyə dönməzliyə gətirib
çıxartdığı, bu prosesin hüquqi təsbiti özünü Vestfal sülhü müqaviləsində (1648-ci il) tapmışdı. Buradan da kilsə
hakimiyyətinin dünyəvi hakimiyyətdən ayrılması prosesi qaynaqlanmışdır ki, biz bunun sonrakı inkişafını dövlət
idarə edilməsində sekulyarizm idarəetmə üsulu kimi və ya sekulyarizm ideologiyasıtək qiymətləndirə bilərik.
Halbuki, sözügedən idarəetmə və ideologiya meydana gəlməmişdən öncə onun ideya əsasları ictimai - fəlsəfi dünya
görüşdə və ya sekulyarlaşma prosesində qoyulmuşdur. Buna biz, ən azından Avropada vüsət almış maarifçilik
hərəkatını və onun müxtəlif ölkələrdən olmuş nümayəndələrinin baxışlarını misal göstərə bilərik. Sekulyarlaşma
prosesinin siyasi mərhələsi isə yuxarıda
[səh. 40-41]
qeyd etdiyimiz sekulyarizmi doğurduğutək, hüquq-
qanunverici bazada möhkəmlənib yeni tip mədəniyyət forması, sekulyar həyat tərzini doğurmuş oldu. Əlbəttə, Qərb
sivilizasiyasında bütün bunlar dinin, daha doğrusu rəsmi kilsənin dövlətdən ayrılması prosesindən qaynaqlandığı
kimi, bütövlükdə dinə münasibətdə müəyyən dövlət tədbirlərinin görülməsi ilə də müşayiət olunmuşdur.
Qeyd edək ki, bu cür tədbirlər görüldükdə belə, heç də Qərb mədəniyyəti cəmiyyət həyatında dini tamamilə
silib atmaq niyyətində olmamışdır. Bu xülyaya düşmüş tərəflər yalnız və yalnız dövlətin hüquqi müstəvisi ilə
rastlaşmış və tarazlaşdırılmışdır. Döyüşkən ateizm təmayüllərinə gəldikdə isə, onların baxışları günümüzə qədər
davam edən dövlətçilik ənənələri ilə tənzimlənməkdədir.
Üstəlik dini azadlıq dedikdə insanların həm iman, həm də inanmamaq azadlığının nəzərdə tutulması bu
cəmiyyətlərin hüquqi sistemlərinin əsaslarındandır.
Bütün bunları konkretləşdirərək qeyd edə bilərik ki, Qərb aləmində dövlət - din münasibətlərinin tarixən
formalaşmış milli modelləri mövcuddur. Başqa sözlə deyilərsə, “Dövlət-din münasibətlərinin tarixi təcrübəsi
deməyə əsas verir ki, dinin dövlətdən ayrılması prosesi mütləq xarakter daşıya bilməz, çünki, birincisi (din - R.M.)
özünün formalaşdırdığı aksioloji səciyyəsi və oriyentirləri ilə ikinciyə (dövlətə - R.M.) münasibətdə mühüm sistem
yaradıcı faktor qismində çıxış edir” (2, s. 415). Yeri gəlmişkən qeyd edək ki, dinin millətin inkişafında da müəyyən
təsirə malik olduğunu təsdiqləmiş S. Xəlilovdan oxuyuruq ki, “Bizcə, Azərbaycanda neçə əsrlərdən bəri yaşayan
xalqların ümumi mənəviyyat, adət-ənənə və həyat tərzi sayəsində vahid “azərbaycanlı” adı altında birləşməsində
İslam dininin rolu az olmamışdır” (3, s.85). Bu anlamlarda din və dövlətin vahid əsasdan ibarət olması barədə
görkəmli alman filosofu G.F. Hegelin “Dinin fəlsəfəsi üzrə mülahizələr” əsərindən də oxumaq mümkündür. Belə
ki, Flegelə görə, din və dövlət insanın əxlaqi azadlığının müxtəlif səviyyəli dərk edilməsi və təzahürləri olub,
onların tarixdəki ayrılmalarından sonra yeni eyniləşməyə can atırlar. “Din ali həqiqəti bilməkdir ki, bu həqiqət
özünün ən dəqiq müəyyənliklərində azad ruhdur; dində insan Tanrı qarşısında azaddır; çünki, о öz iradəsini ilahi
iradəyə uyğun həyata keçirir...Dövlət isə dünyada, reallıqdakı azadlıqdır.. .Tanrı haqqında pis anlayışı olan xalqın
pis dövləti, pis hökuməti və pis qanunları olur” (4, s.400) Yaxud da, özünün “Fəlsəfi elmlərin ensiklopediyası”
əsərində Hegel bildirirdi ki, “...əxlaqlığın və dövlətin substansiyalılığı dindir. Bu münasibətlərə uyğun olaraq dövlət
fikrin əxlaqi obrazında qərarlaşır ki, bu sonuncusu isə dinin üzərində qurulur” (5, s.373). Hegelə görə dövrünün ən
böyük səhvi bir-birindən ayrı olmayan bu tərəfləri bir-birə yad başlanğıclar kimi qəbul etmək və bundan da irəli
gedərək onların bir-birinə münasibətdə etinasız qəbul edilməsidir.
Bu cür yanlışlıqdan qurtulmaq üçün Hegel yazırdı ki, “Kilsə və dövlət həqiqət və ağıla uyğunluluğun
məzmununa görə deyil, forma müxtəlifliyinə görə bir-birinə əksdir” (6, s.302). Məlum olduğutək, Qərb
mədəniyyətində kilsə və din eyniləşdirildiyindən kilsənin və deməli dinin dövlətlə vəhdəti həqiqətin yeganəliyilə
əlaqədardır.
Amma istənilən halda din və dövlətin fərqli təbiətə sahib substansiyalar olduğunu iddia edənlərin sayı az
deyildir. Belələrinə görə bu özünü onların müxtəlif metodlarla və özlərinə xas olan məqsədlərlə bir-birindən
fərqlənmələrində göstərir. Odur ki, bu anlamda onlar bir-birindən ayrılmalıdır. Eyni zamanda da qeyd edilməlidir
ki, “...mahiyyət səviyyəsində onlar (din və dövlət - R.M.) vahid bir əsasdan qaynaqlandıqları tək, məhz din dövlətə
münasibətdə sistem əmələ gətirən faktor kimi çıxış edir” (2, s.418).
Bu sitatın müəllifi olan A.V. Loqinov istənilən halda din-dövlət münasibətlərinin mövcudluğu faktından çıxış
edərək vurğulayır ki, “Sekulyarlaşmanın özü ...öz son ifadəsini dini dünyagörüşün qeyri- dini olanlarla əvəzlənməsi
və sıxışdırılmasında deyil, yalnız dini paradiqmalar dəyişdirilməsində tapır ki, bu da dünyəvi ideya və dəyərlərin
kvazidini səciyyə əldə edib müvafiq rituallar meydana gətirməsidir” (2, s.418). Fikrimizcə, A.V. Loqinovun qeyd
etdiyi sekulyarlaşma prosesindəki dini paradiqmaların dəyişdirilməsi heç də müəllifin təsvir etdiyitək dini
çərçivədə deyil, elmi, xüsusən də fəlsəfi dünyagörüşü sayəsində baş verməsi mümkündür. Belə olduğu təqdirdə,
yalnız “dünyəvi ideya və dəyərlərin kvazidini səciyyə əldə etməsinə” imkan verən dünyagörüşü siyasiləşdikcə və
ya başqa sözlə desək sekulyarlaşma prosesi siyasi bir səviyyəyə yüksəldikdə, artıq A.V. Loqinovun vurğuladığı
“müvafiq ritualı’lı idarəetmə ideologiyası olan sekulyarizm meydana gəlmiş olur. Bu zaman yuxarida qeyd
edildiyitək, din sistem əmələ gətirici faktor kimi bir çox sosial, siyasi, mənəvi, tarixi, milli aspektləri
formalaşdırdığından onunla dövlətin münasibəti sekulyarizm idarə edilməsində heç də birmənalı olmur.
Belə ki, A.V. Loqinovun göstərdiyitək, “Qərbdə sekulyarlaşmaya (oxu, sekulayrizmin mövcudluğuna)
baxmayaraq dini təşkilatlarla dövlət arasındakı demokratik ittifaq mövcud olub, yüksək səviyyədə qorunmaqdadır”
(2, s.419). Belə ki, əhalinin dindar təbəqəsinin yüksək faizli (94-80%) olan ölkələr sırasında Polşa, İtaliya, İspaniya,
Fransa, Yunanıstan, nisbətən aşağı faizli (49-40%) ölkələr sırasında isə, Belçika, Böyük Britaniya, Almaniya misal
göstərib bilər. Amerika Birləşmiş Ştatlarına gəldikdə isə, A.V. Loqinov qeyd edir ki, “amerikalıların dini
təşkilatlara son illərdəki inam səviyyəsi 76% həndəvərində qalmaqdadır” (2, s.420). Bütün bu faktlar isə, bir daha
deməyə əsas verir ki, daha çox Şərq cəmiyyətlərini dindar və buna görə də geridə qalmış ölkələrtək təqdim etməyə
çalışan müəlliflər, problemin heç də dindən deyil, cəmiyyətdəki mövcud dini durumun, о cümlədən də bununla six
əlaqədar olan dövlət-din münasibətlərinin xarakteri və inkişaf səviyyəsindən qaynaqlanmasına diqqət etməlidirlər.
Dövlət-din münasibətlərinə gəldikdə isə sekulyarizm anlamında daha çox hüquqi nizamlanmanın universal
modelitək separatçı model nəzərdə tutulur. Çünki, bu modelə görə, həm dövlət din sferasından, həm də din dövlət
idarəetməsindən tamamilə uzaqlaşdırılır. Əlbəttə bu modelə sadiq dövlətlər kimi ABŞ və Fransa misal göstərilə
bilər. Lakin bu ölkələrin hər birində sözü gedən modelin öz tarixi inkişaf yolu olmuşdur. Belə ki, əgər ABŞ-da bu
[səh. 41-42]
çox konfessionallıq şəraitində gerçəkləşdirilmişdirsə, bütün Avropa ölkələrində olduğu kimi Fransada
sözügedən proses Maarifçilik dönəminin antiklerikal və sonrakı dönəmlərdə baş vermiş burjua-milli inqilabları
əsnasında baş vermişdir. Odur ki, ABŞ- da din-dövlət münasibətləri özünün tolerantlıq çağırışları ilə yadda qaldığı
təqdirdə, Avropada, xüsusən də, Fransada bu azadlıq, bərabərlik ideyalarının təsiri altında formalaşmışdır. Başqa
sözlə deyilərsə, əgər ABŞ-da din azadlığı dini istiqamətlər arasında və dövlət din arasındakı dözümlülük əsasında
formalaşmışdırsa, Avropada, xüsusən də, Fransada bu nəinki Roma kilsəsindən azad olmaq, bütövlükdə ruhaniyyət
üçün belə Vətəndaş konstitutsiyasını 1791-ci ildə elan edərək, yalnız 1905-ci il dekabrın 9-da qəbul edilmiş
“Kilsənin dövlətdən ayrılması haqqında” qərar konstitutsion xarakter almışdır, 1958-ci ildə isə Beşinci respublika
tərəfindən konstitutsiyada dövlətin dünyəviliyi vurğulanmış, dini azadlıq təsbitlənmişdir.
Bütövlükdə dövlət-din münasibətlərinin separatist modelinə dini azadlığın liberal standartlarını
gerçəkləşdirmək xasdır. Belə ki, “Bu cür sistemdə dövlət dini həyatı yalnız rəqabətlə tənzimlənən azad bazartək
nəzərdən keçirir” (2, s.425). Bu isə, bir çox axınların təsiri altında ənənəvi dindarlığın zəifləməsinə və ümumiyyətlə
ortalıqdan getməsinə gətirib çıxara bilər ki, nəticədə heç də dövləti təmin etməyən dini durumun yaranması
qaçılmaz olur. Sözügedən duruma düşməməkdən ötrü diqqət etdiyimiz Avropa ənənəsində “xüsusi növ
əməkdaşlıq” kimi qiymətləndirilən dövlət-din münasibətlərinin kooperasion modeli mövcuddur. Kooperasion
modelin tərkibində isə, dini təsisatların üç növ hüquqi vəziyyətləri olur. Bunlara dövlət Kilsəsi statusu, müqaviləli
(konsensual) status və rəsmi qəbul edilmiş (ənənəvi) konfessiya statusu aiddir.
Məlum olduğu kimi, Yunanıstanda Eliad Provaslav Kilsəsi, Böyük Britaniyada Anqlikan Kilsəsi, Danimarka,
Norveç, İsveç və İslandiyada yevangelik-lüteran Kilsəsi dövlət kilsəsi statusuna malikdirlər. О cümlədən də,
İrlandiyada da katoliklər əhalinin əksəriyyətinin təşkil etdiyindən Kilsə dövlət statusunu qoruyub saxlamışdır.
Amma əksər Avropa ölkələrində dövlət - din münasibətləri XX əsrdə dövlət Kilsəsi statusundan dini təsisatlarla
müqavilə (konsensuallıq) xeyrinə dəyişdirilmişdir. Bu zaman dövlət dini institutlarla qarşılıqlı münasibətlərini
tərəflərin bütün hüquq və vəzifələri dəqiq müəyyənləşdirilmiş ikitərəfli müqavilələrlə tənzimləyir. Lakin, “Dövlətin
müxtəlif etiqadlarla bu cür müqavilə əsasında təqdim etdiyi haqların həcmi fərqli ola bilər” (2, s.432). Buna ABŞ-
dakı tolerantlıq timsalı kimi baxmaq mümkün olduğutək, bu müqavilələrdəki başlıca məqsəd: “...dini təşkilatlara
kifayət qədər geniş sosial münasibətlər sferasında iştirak etmək imkanı vermək, ictimai və dövlət maraqlarına zidd
olmamaları və başqa konfessional birliklərin haqlarını pozmamaq”dır (2, s.432). Sözügedən müqavilələrin Avropa
ölkələri təcrübəsində hərtərəfli münasibətləri tənzimləyən kodifikasion və konkret məsələlər üzrə bağlanan xüsusi
növləri fərqləndirilir. Kodifikasion müqavilələrə ən bariz nümunə kimi papalığın Müqəddəs Taxtının simasında
Roma-katolik Kilsəsi ilə əhalisinin mütləq əksəriyyəti katolisizm nümayəndələri olan ölkələrlə və pravoslav Kilsəsi
ilə bağlanan konkordatlardır (latınca, concordatum - razılaşma sözündən götürülmüşdür). Əlbəttə, katolitsizmdə
ümumi tərəflər konkret olsa da, pravoslavlıqda bu bəzi hallarda, məsələn, Gürcüstanda yerli Provaslav Kilsəsidır.
Bütövlükdə isə, konkordat dövlət Kilsəsi statusundan daha da möhkəm hüquqi müdafiə və beynəlxalq- hüquqi
təminat versə də, dünyəvi hakimiyyəti həyata keçirən dövlətə müstəsna kompotensiyalılıq xasdır. Başqa sözlə
desək, bu dövlətlərin dünyəviliyinə heç bir şübhə yeri qalmır. Amma konkordat vasitəsib cəmiyyətin inkişaf
tarixində müstəsna rol oynamış dini etiqadla dövlətin münasibətləri dəqiqləşdirilir. Bu isə, öz növbəsində azlıqda
qalan digər dini istiqamətlərlə də müqavilə bağlanmasına imkan yaradır. Belə ki, Roma-katolik Kilsəsi ilə
konkardat bağlamış İspaniyada 1980-ci ilin 5 iyulunda qəbul edilmiş “Dini azadlıq haqqında” qanunda cəmiyyətdə
açıq-aşkar kök atmış dini icmalar da ölkənin “dini ictimaiyyət reestri”nə daxil edilmişbr. 1992- ildə qəbul edilmiş
qanunvericiliyə görə belələrdən üçü: yevangilist icması Federasiyası, israil (yəhudi) icması Federasiyası və İslam
komissiyası ilə razılaşmalar təsdiqlənmişdir. Bu baxımdan Almaniyadakı dini birliklərin konsensual hüquqi statusu
xüsusi xarakterə malikdir. Belə ki, qanunvericilikdə dövlətin etiqad və dünyagörüşü məsələlərində neytrallılığı
çərçivəsində dini etiqadların rəsmi statusu müəyyən edildiyi kimi, təşkilatın dini səciyyəsini müəyyən etmək üçün о
yevangilist və katolik Kilsə ilə müqayisə edilir. Dövlət-din münasibətlərində kooperasion modelin xüsusi
variantıtək qeyd edilmiş rəsmi tanınmış (ənənəvi) etiqad statusunun qəbul edilməsidir ki, “...dövlət Kilsəsindən
fərqli olaraq burada birbaşa dövlət dəstəyi yoxdur və konfessiyadaxili nizamlanma nəzərdə tutulmur” (2, s.436).
Dövlət tərəfindən ənənəvi konfessiyanın ayırd edilməsi ölkə xalqının həyatında onun keçmişdə və hal-hazırdakı
müstəsna rolunun qəbul edilməsi deməkdir. Öz növbəsində belə bir status almış dini birlik hüquqi şəxs haqqım əldə
edib, sosial xidmətlərdə, mədəniyyət və təhsil fəaliyyətində maddi yardım və vergi güzəştlərinə sahib olur. Amma
belə bir haqq rəsmi dövlət Kilsəsindən fərqli olaraq bir dini etiqadla deyil, bir-neçə dini inancın ənənəvi etiqad
statusu almasi ilə gerçəkləşir. Məsələn, 1995-ci il 4 oktyabrda qəbul edilmiş Litva Respublikasının “Dini icmalar
və birliklər haqqında” qanununa görə latin ayinli katoliklər, yunan ayinli katoliklər, yevangelist - ltiteranlar,
yevangelist- islahatçılar, ortodokslar (pravoslavlar), qədim ayinçilər, yəhudilər, müsəlman - sünnilər və qəraimlər
dövlətin tanıdığı doqquz ənənəvi dini icmalar və birliklərdir. Bütövlükdə dini etiqadların Litvada ənənəvi və qeyri -
ənənəvi olanlara bölünməsi mütləq səciyyə daşımayıb yeni konfessiyaların da zaman keçdikcə ənənəvi olub
müvafiq qanuni status əldə etmələrini də nəzərdə tutur.
Belçikada isə altı denominasiyanın ənənəvi etiqad statusu tanınaraq 1994-cü ildən onların bütün ruhaniyyəti
dövlət maaşı və təqaüdlə təmin edilirlər. Dövlət məktəblərinə, səhiyyə müəssisələrinə və silahlı qüvvələrə daxil
olmaq haqqını təsbitləyən dövlətlə müqaviləyə girən xüsusi statuslu dini təşkilat olmaq
[səh. 42-43]
üçün
Almaniyada belələrinin üzvlərinin sayı həmin ərazidə yaşayanların bir faizindən az olmamalıdır.
Beləliklə də, göstərilmiş nümunələrdən bir daha görünür ki Qərbdəki sekulyariznı donuq halda olmayıb
buradakı “...dini birliklərin statuslarının differensiallaşmış hüquqi nizamlanma tipinə əsaslanan dövlət-din
münasibətlərinin kooperasion modeli sekulyarlaşmanın və etiqad plüralizminin müasir şəraitlərində “dövlət-
cəmiyyət-din” konstruksiyasında daha çevik və optimal əlaqələrin yaranmasını, cəmiyyəti çoxəsrlik milli tarixi
axarında formalaşmış sivilizasiyalı dəyərlər sistemində saxlanmasını təmin edir” (2, s.438).
Sekulyarizmin klassik separatist modelinin, daha dəqiq desək “döyüşən ateizm” modelinin hökm sürdüyü
Sovet İttifaqının varisi kimi Rusiya Federasiyasındakı sekulyarlıqla əlaqədar proseslər maraq doğurmaqdadır. Belə
ki, Dövlət Dumasının 1997-ci ildə qəbul etdiyi “Vicdan azadlığı və dini birliklər haqqında” federal qanunda qanun
layihəsinə “ənənəvi din” anlayışının və dini qurumlara müvafiq güzəştlər gətirəcək dini təşkilat statusunu verən əlli
illik fəaliyyət müddətinin tələbinin daxil edilməsi böyük mübahisələrə səbəb oldu. Əlbəttə, çoxkonfessiyalı
Rusiyada dinlərin “ənənəvi” və “qeyri-ənənəvi” olanlara bölgüsünün qəbulu 90-cı illərin ikinci yarısında mövcud
duruma görə olduqca riskli idi. Halbuki, bunu təklif edənlər Rusiya Federasiyası prezidenti yanında dini birliklərlə
iş üzrə Komitənin cəmiyyət həyatında dərin tarixi köklərə malik 11 konfessiya ilə qarşılıqlı əlaqəni əldə rəhbər
tuturdular. Fbtta bu dini birliklər 1994-cü ilin mayında Kremldə bağlanmış ictimai həmrəylik haqqında müqaviləyə
qoşulmuşdular. Amma sözügedən 1997-ci il qanun layihəsində bəzi dini qurumları, məsələn, katolisizmin “ənənəvi
din”lər siyahısında sadalanmaması da bir sıra narazılıqlara səbəb olmuşdu. О cümlədən də, qanun layihəsində
vurğulanan əlli illik mövcudluq müddəti şərti yevangilist xristian- baptistlər İttifaqını, yeddinci günün adventistləri
Kilsəsi, Krişna şüuru cəmiyyətləri Mərkəzi və digərlərini tamin etmirdi. Üstəlik, bəzi mütəxəssislər qanunvericilik
aktına bu cür anlayışların daxil edilməsini heç də məqsədəuyğun saymırdılar. Məsələn, A. Sebençova görə,
“ənənəvilik” anlayışının “Birmənalı izahı olmayıb müəyyən konfessiyaların dövlət institutları ilə eyniləşdirilməsi
kimi də izah edilə bilər ki, bu da faktiki olaraq dünyəvi dövlətin konstitutsiya prinsipinə ziddir” (2, s.450). Yaxud
da, dini azlığın nümayəndəsi kimi, Rusiya yevangelist xristian-baptistlərin sədr müavini Y. Sipkoya görə, “...bu
vətəndaşların dini mənsubiyyətlərinə görə bir- birindən fərqləndirən dövlət siyasətinə aparıb çıxarır” (2, s.450).
İstinad etdiyimiz A.V. Loqinov qeyd edir ki, bu cür münasibətlərlə yanaşı diferensasiyalaşma mövqeyindən
çıxış edənlərin sayı da az deyildir. Belə ki, Rusiya Federasiyasında dini birliklərin hüquqi statusunu tədqiq etmiş İ.
Kuniçın bildirir ki, ölkə Konstitutsiyasının 2-ci fəslinin 14-cü maddəsində “dini birliklərin bərabər hüquqluğundan
deyil, qanun qarşısında bərabərliklərindən söhbət gedir...Qanun qarşısında. bərabərlik bütün dini – birliklərin
fəaliyyətlərinin onların konfessional mənsubiyyətlərindən asılı olmayaraq Rusiya Federasiyasının qanunvericilik
aktları əsasında və ona uyğun gerçəkləşdirməli olduğu deməkdir” (2, s.450).
İ. Kuniçin vurğulayır ki, dövlət-konfessional münasibətlər sistemi bütün ictimai sistemlərdən ayrı olmayıb,
onun tərkib hissəsi kimi cəmiyyətdə baş verən bir-çox proseslərdən təsirlənir. Odur ki, İ. Kuniçına görə, “Eyni
zamanda dini birliklər insanın vicdan azadlığına olan müqəddəs hüququnun kollektiv reallaşması olduğutək, heç də
bütün ölkələrdə eyni tip hüquqi nizamlanma və eyni məzmunlu dini birlik statusu elan edilmir”. Başqa sözlə,
tədqiqatçının fikrincə, “Hüquqi status dövlət- konfessional münasibətlər sistemi funksiyasının nəticəsi olaraq dini
birliklərin faktiki statuslarına uyğun olmalıdır” (2, s.451). Nəticədə, “dünyəvi dövlət qanunvericiliyində
təsbitlənmiş dini birliklərin sosial-adekvat hüquqi statusu vicdan azadlığı haqqının optimal reallaşdırılmasına
imkan verir” (2, s.451).
Yaxud da ekspert hüquqşünaslar kimi M. Kuznetsov və I. Ponkin müəyyən ediblər ki, “dini birliklərin
statusunun hüquqi tənzimlənməsitək
[səh. 43-44]
differensasiya tipi heç də onların qanun qarşısındakı bərabərliyini
nəzərdə tutan konstitutsiya normasına zidd deyildir. Belə ki, bunu, bu halda dini birliklər olan hüquq sübyektlərinin
fəaliyyətlərini, tarixi və sosial-mədəni aspektlərindən asılı olmadan nəzərdən keçirmək olmaz” (2, s.451). Bir sözlə
onlar ənənəvi dindarlığın qanunvericilik aktlarına daxil edilməsinin qeyri-qanuni olmadığını əsaslandıraraq
aşağıdakı nəticələrə gəlmişlər:
1. Dini birliklərin qanun qarşısındakı bərabərliyi prinsipi dini birliklərlə münasibətlər sahəsində dövlət
siyasətinin elementi olub bu və ya digər dini birliyə əlavə preferensiyalar (üstünlüklər) verilməsi imkanını istisna
etmir.
2. “Ənənəvi dini təşkilatlar” anlayışının qəbul edilməsi Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən
bütün dini birliklərin məcmusu ənənəvi dini təşkilatlara və Rusiya Federasiyası üçün ənənəvi olmayan dini
birliklərə bölünməklə məhdudiyyətin daxil edilməsidir. Halbuki, sonuncular (qeyri-ənənəvi dini birliklər, təşkilatlar
- R.M.) üçün onların ənənəvi olmamaları özündə diskriminasiya daşımayaraq aşağılayıcı yarlıq olmayıb, Rusiya
Federasiyasının Konstitutsiyasında və federal qanunvericilikdə müəyyən edilmiş və təsbitlənmiş hüquqlarına xələl
gətirməyərək onları [əhəmiyyətlərini] praktikada azaltmır.
3....dini birliklərin qanun qarşısında bərabərliyinin təsbitlənməsi dövlət tərəfindən müvafiq konstitusiyalı-
hüquqi status və onlarla geniş əməkdaşlığa üstünlük verdiyi ənənəvi dini təşkilatları ayırmasına mane olmur” (2,
s.451).
A.V. Loqinova görə də, Konstitutsiya hüququnda hüquqi bərabərlik anlayışı qanunvericinin məqsədlərindən,
hüquq sübyektlərindən və sosial şərtlərdən ayrı nəzərdən keçirilmir. Buna görə də, qanun qarşısında bütün dini
birliklərin bərabərliyindən bəhs edildikdə konstitusiya norması elə bir hüquqi bərabərlik nəzərdə tutur ki, bu faktiki
olanla üst-üstə düşməyə bilər” (2, s.451). Tədqiqatçının fikrincə, bu vəziyyət konstitusiyaya görə çoxmillətli
Rusiya xalqlarının müəyyən dini birliyi çox və ya az dərəcədə dəstəkləmək hüququnu istisna etmir. О cümlədən də,
“Hüquq subyektlərinin bərabərliyi haqqında konstitusiya normasının təsbitlənməsi heç də onların statusu və hüquq
qabiliyyətliliyin miqyasına differensasiyalaşdırılmış yanaşmanı istisna etmir...” (2, s.452). A.V. Loqinov qeyd edir
ki, elə bu cür yanaşma “...çevik dövlət siyasətini qurmaq üçün əsas ola bilər”.
Əlbəttə, A.V. Loqinov da etiraf edir ki, bu cür siyasətin dini birliklər arasında faktiki olaraq bərabərsizlik
ortaya çıxarır. Lakin “... onlardan (dini birliklərdən R.M.) hər-hansı birinin hüquq subyektivliyinin
genişləndirilməsi dövlətlə əməkdaşlıqda üstünlüyü nəzərdə tutaraq heç də onların hüquq bərabərliyi haqqında
konstitusiya normasına zidd olmayıb digər konfessiyaların haqlarının pozulması kimi qəbul edib bilməz” (2,452).
Üstəlik, tədqiqatçıya görə, “...differensiallaşdırılmış yanaşma əsasında dövlətin dini birliklərlə əməkdaşlığı
vətəndaş cəmiyyətinin institutlaşdırılmasının mühüm stimulu olur” (2, s.452).
Fikrimizcə, dinə münasibətdə vahid reallıqda inkişaf etmiş cəmiyyət tək dövlətimizin din siyasətinin daha da
çevik olması üçün oxşar addımların atılması zəruridir. Belə ki, 20 avqust 1992-ci ildə qəbul edilmiş və bir sıra
dəyişiklik və əlavələrlə təkmilləşdirilmiş Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununa bu
baxımdan müəyyən dəyişikliklər edilə bilər. Amma bu zaman qanunvericiliyin müəyyən etməli olduğu ən başlıca iş
“ənənəvi din və dini qurum” anlayışının dəqiqləşdirilməsidir.
ƏDƏBİYYAT:
1.
А.А. Мамедзаде. Свобода совести. Истоки, становление, правовая охрана. СПб.: Издательство
“Юридический центр - Пресс”, 2013
2.
Логинов А.В. Власть и вера. Государство и религиозные институты в истории и современности. Научное
издательство «Большая Российская Энциклопедия». Москва, 2005
3.
Xəlilov S.S. Sivilizasiyalar arası dialoq. Bakı, “Adiloğlu” nəşriyyatı, 2009
4.
Гегель Г.В.Ф. Философия религии. В 2 т. М.: Мысль, 1976, Т. 1
5.
Гегель Г.В.Ф. Энциклопедия философских наук. Т.З.М., 1977
6.
Гегель Г.В.Ф. Философия права. М., Мысль, 1990
РЕЗЮМЕ
Ссылаясь на идею, что религиозно - неинститулизированное общество не существовало, автор статьи дает
историческое развитие государственного правового регулирования религиозных объединений. В этом смысле можно
выделить различные модели сепарационного отношения к религии. Самый распространённый факт - это определение
правового статуса традиционных религий и религиозных организаций. Особенно отмечая законадательную практику
Российской Федерации, автор замечает важность вывода статуса традиционной религии и религиозного учреждения и
в нашем законодательстве.
В этом случае надо конкретизировать в вопросе государства список традиционных религий и религиозных
учреждений.
SUMMURY
Referring to idea that is religious - noninstituliationity society didn’t exist, the author of article gives historical
development of the state legal regulation of religious associations. In this sense it is possible to allocate various models
separation wievs to religion. The most widespread fact is a determination of legal status of traditional religions and the
religious organizations. Especially noting legislative practice of the Russian Federation, the author notices importance of a
conclusion of the status of traditional religion and religious orqanizations and in our legislation. In this case it is necessary to
concretize the list of traditional religions and religious orqanizations in a question of the state.
Dostları ilə paylaş: |