© 2016 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
İqtisadi Təhlil və Analitik-İnformasiya Departamenti
“2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq!”
Azərbaycan Respublikası Prezidenti
cənab İlham Əliyev
Vusal Musayev
Dekabr 2016
Təqdim edilmiş hesabat üzrə mövcud ola biləcək hər hansı məlumat uyğunsuzluğu, fikirlər, yalnış informasiya və ya
səhvə görə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məsuliyyət daşımır və potensial səhvlər yalnız
müəllif(lər)ə məxsus olmaqla şəxsi mövqenin əks etdirilməsinə xidmət edir.
Aidiyyəti şəxs: Dr. Vusal Musayev (İqtisad Elmləri Doktoru/London Universiteti), İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzi, İqtisadi Təhlil və Analitik-İnformasiya Departamenti; Email:
Dr.Vusal.Musayev@ereforms.org
Minnətdarlıq
Hesabat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi Təhlil və Analitik-İnformasiya
Departamenti tərəfindən hazırlanmışdır. Hesabatın hazırlanması zamanı nümayiş etdirdikləri dəstəyə görə
müəllif(lər) bu prosesdə iştirak etmiş şəxslərə öz minnətdarlığını bildirir(lər). Xüsusi minnətdarlıq İİTKM-nın Təcrübə
Proqramının iştirakçıları Nərgiz Muradova, Çilənay Cəfərova və Cavid Yusifova ünvanlanır.
2
1.
Giriş
Dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes
mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq sektorunun genişləndirilməsi üçün əlverişli
imkanların yaradılması, qeyri-neft sektoru üzrə ixrac potensialının artırılması, idxalın
əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində
2016-cı ildə bir sıra mühüm qərarlar qəbul edilib. Bu qərarlar üç əsas prioritet üzrə müəyyən
edilmişdir:
1.
İnstitusional islahat tədbirləri;
2.
Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin
mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı islahat tədbirləri;
3.
İnvestisiyaların təşviq edilməsi istiqamətində islahat tədbirləri.
Təqdim edilmiş hesabat 2016-cı il üzrə həyata keçirilmiş bir sıra mühüm iqtisadi islahat
tədbirlərinin qruplaşdırılaraq əks etdirilməsini özündə ehtiva etməkdədir.
2.
Əsas İslahat Tədbirləri
2.1.
İnstitusional İslahatlar
Maliyyə Bazarlarına Nəzarət Palatası. Azərbaycan Respublikası Prezidentinin 3 Fevral,
2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya
fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin
operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti,
habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və
terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin
təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik
hüquqi şəxsi yaradılmışdır. Ölkənin maliyyə sisteminin daha da sabit və dayanıqlı,
rəqabətqabiliyyətliliyinin isə daha yüksək olması üçün maliyyə bazarlarının fəaliyyətinin
səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların
hüquqlarının qorunması tələbi Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasının əsas
məqsədlərindəndir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi. Azərbaycan Respublikası Prezidentinin 16
Fevral, 2016–cı il tarixli fərmanı ilə icbari tibbi sığortanın tətbiqini təmin edən, baza (əsas
xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə
cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini
təmin edən icra hakimiyyəti orqanı olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılmışdır.
3
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA). Azərbaycan Respublikası Prezidentinin 11 Aprel,
2016–cı il tarixli fərmanı ilə Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan
ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda
ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin
etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini
təkmilləşdirmək məqsədi ilə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmışdır. Azərbaycan
Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi Azərbaycan Respublikasında
çoxmənzilli yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil edən, Azərbaycan
Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradan, çoxmənzilli yaşayış
binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və
təmin edən, habelə bununla əlaqədar şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və
arxitektura sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra
hakimiyyəti orqanıdır.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti. Azərbaycan
Respublikası Prezidentinin 11 aprel, 2016-cı il tarixli sərəncamı ilə Kənd təsərrüfatı
məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları
istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq,
dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul
olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq
məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək
məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Ərzaq
məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin əsas
məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulları almaq və
tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir.
Dövlət İmtahan Mərkəzi. Azərbaycan Respublikası Prezidentinin 11 Aprel, 2016-cı il
tarixli fərmanı əsasında Azərbaycan Respublikasında dövlət qulluğu üçün kadrların müsabiqə
əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini
(attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin
bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə,
Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul
imtahanlarının keçirilməsini təşkil etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət
İmtahan Mərkəzi publik hüquqi şəxsi yaradılmışdır. Bununla yanaşı, mərkəzin yaradılmasının
əsas məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na
əsaslanaraq, təhsil müəssisələrinə tələbə qəbulunu beynəlxalq təcrübəyə uyğunlaşdırmaqdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi. Azərbaycan Respublikası
Prezidentinin 20 Aprel, 2016-cı il 879 nömrəli fərmanı əsasında aparılan iqtisadi islahatların
4
əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin
etmək məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılmışdır. İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı
iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və
tədqiqatlar aparmaqdır. Qurum analitik məlumatlar əsasında iqtisadi islahatların həyata
keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlayır, dövlət
orqanlarını və qurumlarını həmin proqnozlarla təmin edir, həmçinin iqtisadiyyatın müxtəlif
sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil edir.
Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin
mövqeyinin daha da yaxşılaşdırılması üzrə Dövlət Komissiya. Azərbaycan Respublikası
Prezidentinin 13 İyul, 2016 tarixli sərəncamı ilə ölkənin biznes və investisiya mühitinin
əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, sahibkarlıq
sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlığını təmin etmək və rəqabət
qabiliyyətini möhkəmləndirməklə, biznes mühitinin daha da yaxşılaşdırılması üçün Komissiya
yaradılmışdır. Komissiyanın yaradılma məqsədi göstərilən hədəflərə nail olmaq üçün dövlət
tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq
fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, rəqabət
qabiliyyətliyinin və ixrac imkanlarının genişləndirilməsi, sahibkarlara dövlət dəstəyi və təşviq
mexanizmlərinin formalaşdırılması, beynəlxalq standartlara uyğun elektron dövlət xidmətlərin
göstərilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsidir.
Maliyyə Sabitliyi Şurası. Azərbaycan Respublikası Prezidentinin 15 İyul, 2016-cı il tarixli
fərmanı əsasında ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə
dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi,
habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması, o cümlədən
makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə
Sabitliyi Şurası yaradılmışdır. Maliyyə və fiskal siyasətlərin uzlaşdırılması üçün daha çevik vahid
plaforma yaratmaq məqsədilə şuranın tərkibinə həm maliyyə, həm də fiskal siyasətə cavabdeh
olan qurumların rəhbərləri daxil edilib. Maliyyə Sabitliyi Şurası bütün resursları mobilizasiya
edərək makro çərçivəni daha dəqiq müəyyənləşdirməyə, həmçinin fiskal və maliyyə
siyasətlərinin bir-birini tamamlamasına zəmin hazırlayır.
Azərbaycan Respublikası Turizm Şurası. Azərbaycan Respublikası Prezidentinin 1
Sentyabr, 2016 -cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında turizm sahəsində mövcud
vəziyyəti təhlil etmək, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirləri
həyata keçirmək, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasını
əlaqələndirmək məqsədilə Azərbaycan Respublikası Turizm Şurası yaradılmışdır. Şura
funksiyaların həyata keçirilməsi üçün müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər,
5
habelə işçi qruplar yaratmaq səlahiyyətinə malikdir. Ölkədə turizm infrastrukturunun inkişaf
etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması bu
sahənin qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi,
mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, regionlarda turizm
fəaliyyətinin stimullaşdırılması, yeni turizm marşrutlarının yaradılması, habelə rəqabətədavamlı
qiymət təklifinin təmin edilməsi zərurəti şuranın yaradılmasının başlıca səbəblərindəndir.
Bundan başqa, ölkənin turizm potensialının daha da artırılmasını və beynəlxalq səviyyədə
tanıdılmasını təmin etmək məqsədilə “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsi
yaradılmışdır.
“ABAD” (Ailə Biznesinə ASAN Dəstək). Azərbaycan Respublikası Prezidentinin 23
Sentyabr, 2016–cı il tarixli fərmanı əsasında Azərbaycan Respublikası Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik
hüquqi şəxsi yaradılmışdır. ABAD – ailə bizneslərinin formalaşdırılması, bu təsərrüfatlar
vasitəsilə məhsulların istehsalı, xidmətlərin göstərilməsi və brendləşdirilməsi, istehsalçıya və
tələbata uyğun keyfiyyətli məhsulların istehsal və istehlakının təşviq edilməsi, bütün
proseslərdə peşəkar yanaşma və innovativ üsullar tətbiq edilməklə müxtəlif təsərrüfat sahələri
üzrə fəaliyyətin istiqamətləndirilməsini həyata keçirən mərkəzdir. Mərkəzin yaradılmasının əsas
məqsədləri regionların sosial iqtisadi inkişafına dəstək olmaq, regional inkişafda vətəndaş
iştirakını təmin etmək, bölgə əhalisinin məşğulluq səviyyəsinin artırılmasına nail olmaq, ölkə
daxilində rəqabət qabiliyyətli fərdi ailə bizneslərinin formalaşdırılmasına dəstək verməkdir.
Milli Əlaqələndirmə Şurası. Azərbaycan Respublikası Prezidentinin 6 Oktyabr, 2016–cı il
tarixli fərmanı əsasında “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf
sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən
vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf
üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdır. Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə
Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb
edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən
etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların
Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf
Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabatlar hazırlamaqdan ibarətdir. Şura
funksiyaların həyata keçirilməsi üçün yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq
təşkilatları və elm müəssisələrini, habelə ayrı-ayrı istiqamətlər üzrə işçi qruplarını cəlb etmək
səlahiyyətinə malikdir.
Kredit büroları. Azərbaycan Respublikası Prezidentinin 7 Dekabr, 2016–cı il tarixli
fərmanı əsasında “Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr
tarixli Qanunu təsdiq edilmişdir. Bu Qanunun məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə
6
öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə
xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının
möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək
verilməsidir. Kredit büroları məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında
yaradılır. Kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları
toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarının hazırlanmasının həyata keçirir.
2.2.
Biznes və İnvestisiya Mühitinin İnkişaf Etdirilməsi ilə bağlı İslahat Tədbirləri
Başa vurduğumuz 2016–cı ildə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq
reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması və investisiyaların təşviq edilməsi
istiqamətində də bir sıra mühüm tədbirlər planı hazırlanmış və tətbiqi həyata keçirilmişdir.
Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini
artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını
təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini
zəruri edir.
Azərbaycan Respublikası Prezidentinin 16 mart, 2016–cı il tarixli sərəncamı ilə “Milli
iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”
təsdiq edilmiş və müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədi ilə İşçi qrupu
yaradılmışdır. Strateji yol xəritəsi Azərbaycan iqtisadiyyatını iterasiya metodu ilə hərtərəfli
şəkildə - həm makro (milli iqtisadiyyat), həm də mikro (sektorlar) səviyyədə əhatə edəcək
şəkildə hazırlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı
əsasında Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri aşağıda
göstərilmiş perspektivlər üzrə təsdiq edilmişdir:
1. "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi";
2. "Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla)
inkişafına dair Strateji Yol Xəritəsi";
3."Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına
dair Strateji Yol Xəritəsi";
4. "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının
istehsalına dair Strateji Yol Xəritəsi";
5. "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji
Yol Xəritəsi";
7
6. "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji
Yol Xəritəsi";
7. "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi";
8. "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair
Strateji Yol Xəritəsi";
9. "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol
Xəritəsi";
10. "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol
Xəritəsi";
11. "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının
inkişafına dair Strateji Yol Xəritəsi";
12. "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və
qaz) inkişafına dair Strateji Yol Xəritəsi".
Təsdiq edilən strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq,
qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin 21 may, 2016–cı il tarixli fərmanı əsasında
“Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və
digər buraxılış sistemlərindən istifadə Qaydaları” təsdiq edilmişdir.
Fərmana əsasən malların və
nəqliyyat vasitələrinin gömrük sərhədindən keçməsi üçün aşağıdakı buraxılış sistemləri tətbiq
ediləcək: yaşıl, mavi, sarı və qırmızı dəhlizlər. Belə ki, malın hansı dəhlizdən keçməsi
avtomatlaşdırılmış elektron informasiya sistemi vasitəsilə risk qiymətləndirilməsi əsasında
həyata keçirəcəkdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 26 may, 2016-cı il tarixində "Vergi
Məcəlləsində dəyişiklik edilməsi haqqında" və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikasının Qanunlarını imzalanmışdır.
Dəyişikliklərə əsasən
dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki son dəmiryolu stansiyasında xarici
dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq
ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda və
əksinə iyunun 1-dən 3 il müddətində yol vergisi və dövlət rüsumundan azad edilmişdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 1 iyun 2016-cı il tarixində “Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan
8
Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Sosial sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və“Gömrük
tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun
imzalanmışdır. Ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın
dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili
sahəsində fəaliyyət göstərən sahibkarlara güzəştlərin tətbiqi, onların inzibati yükünün
azaldılması, bu sahənin inkişafının stimullaşdırılmasına dövlət dəstəyini göstərilməsi qanunların
qəbul olunmasının əsas məqsədi olaraq çıxış etmişdir.
Konkret olaraq, bu dəyişikliklər Qaradağ
Sənaye Parkında gəmiqayırma fəaliyyətinin təşkilinə dövlət tərəfindən verilən böyük islahat
dəstəyi kimi qəbul edilə bilər. Beləliklə, Qaradağ Sənaye Parkının ilk rezidenti statusu almış "Bakı
Gəmiqayırma Zavodu" MMC-nin fəaliyyətinə hərtərəfli şərait yaradılmışdır.
Azərbaycan Respublikası Prezidenti 13 İyul, 2016–ci il tarixində Azərbaycan
Respublikasında aparılan iqtisadi islahatların sürətləndirilməsi, ölkənin metallurgiya
kompleksinin sağlamlaşdırılması və restruktizasiyası, bu sahəyə investisiyaların cəlb edilməsi
məqsədi ilə Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və
restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında sərəncam imzalamışdır.
Azərbaycan Respublikası Prezidenti 4 avqust 2016-cı ildə “2016-cı ildə vergi sahəsində
aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi
haqqında sərəncam imzalamışdır. Sərəncam vergi ödəyiciləri ilə vergi orqanları arasında
qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və
ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən
edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da
təkmilləşdirilməsini təmin edəcəkdir. Vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa
təmasın minimuma endirilməsi məqsədilə elektron auditin tətbiq dairəsi genişlənəcək, Vergilər
Nazirliyinin Çağrı Mərkəzində beynəlxalq təcrübədə tətbiq olunan “Outbound Call Centre”
(geriyə - müştəriyə zəng xidməti) funksiyası tətbiq olunacaqdır.
Azərbaycan Respublikası Prezidentinin " Azərbaycan Respublikasında istehsal olunan
malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı il Sərəncamıyla
“Azexport.az” portalı yaradılmışdır. “Azexport.az” Azərbaycan məhsullarını dünyanın istənilən
nöqtəsində potensial alıcılar üçün əlçatan edir. Bu missiyanın həyata keçirilməsi üçün aparıcı
dünya və yerli nəqliyyat-logistika şirkətləri “Azexport.az” ilə inteqrasiya edilmişdir.
“Azexport.az” portalı VISA, Master Card və American Express kart sahibləri üçün ödənişin sürətli
və təhlükəsiz şəkildə həyata keçirilməsini təmin edir.
Azərbaycan Respublikasının Prezidentinin 5 oktyabr 2016-cı il tarixli fərmanı əsasında
“Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq
9
fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla
bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və
layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi
və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”ı təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 21 oktyabr 2016-cı il tarixində
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 30 sentyabr tarixli 318-VQD nömrəli Qanununun tətbiqi barədə
Sərəncam imzalamışdır. Ölkə iqtisadiyyatının bütün sferaları üzrə həyata keçirilən islahatların
səmərəliliyinin, biznes mühitinin həm yerli, həm də xarici sahibkarlar üçün əlverişliliyinin təmin
edilməsi məqsədilə vergi sistemində dövrün tələbinə uyğun bir sıra zəruri dəyişikliklər həyata
keçirilmişdir. Dəyişikliklərin həyata keçirilməsi ölkədə biznes mühitinin əlverişliliyi, optimal vergi
dərəcələrinin tətbiqi, tranzit yük daşınma sahəsində bəzi yeniliklər baxımından da faydalı
olacaq. Dəyişiklik həm avtomobil, həm də gəmi ilə tranzit yükdaşımalarının, həcminin,
sahibkarlar üçün gəlirlərin artması üçün münbit şərait yaradacaqdır.
Azərbaycan Respublikası Prezidenti 9 Noyabr, 2016–cı il tarixində Milli Elmlər
Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Sərəncam
imzalayıb. Adıçəkilən parkda həyata keçirilən tədqiqatların nəticələrinin istehsal və xidmət
sahələrində tətbiqi üçün lazım olan infrastruktur və maddi-texniki bazanın yaradılması
planlaşdırılmaqdadır. Yaradılan yüksək texnologiyalar parkı innovasiya məhsulunun və yüksək
texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların
və təcrübə-konstruktor işlərinin aparılmasına töhfə verəcək. Bu sahədə səlahiyyətli orqan olan
AMEA parkın ərazisində sahibkarlıq fəaliyyətinin səmərəliliyini təmin etmək üçün digər
xidmətlərin göstərilməsini də təmin edəcək. Qanunda nəzərdə tutulan dəyişikliklərin həyata
keçirilməsi ölkədə biznes mühitinin əlverişliliyi, optimal vergi dərəcələrinin tətbiqi, tranzit yük
daşınma sahəsində bəzi yeniliklər baxımından da faydalı olacaq. Dəyişiklik həm avtomobil, həm
də gəmi ilə tranzit yükdaşımalarının həcminin, eyni zamanda sahibkarlar üçün gəlirlərin atması
deməkdir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr, 2016-cı il tarixli sərəncamı ilə ölkədə
kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin və fındıqçılığın inkişafının
sürətləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi və məhsul
istehsalına əhalinin marağının artırılması məqsədi ilə “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət
dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər” planı hazırlanmışdır. Sərəncama əsasən
tədarük olunan barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin şəhər və
rayonların tələbatı nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını,
həmin sahə ilə məşğul olan istehsalçılar, habelə şəhər və rayonların tələbatı barədə məlumatı
Azərbaycan Respublikasının Prezidentinə Kənd Təsərrüfatı Nazirliyi təqdim edəcək.
Bununla
10
yanaşı 14 yanvar, 2016–cı il tarixində
“Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə qanun qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 noyabr, 2016-cı il tarixli fərmanı əsasında
“Elektron ipoteka” sistemi haqqında əsasnamə təsdiq edilmişdir. Elektron sistem “Elektron
hökumət portalı”nda yaradılır və ona inteqrasiya edilir. Elektron sistemin tətbiqinin məqsədi
ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsindən, ipoteka krediti almaq istəyən
şəxslər üçün bərabər şəraitin yaradılmasından, müraciətlərə baxılma zamanı şəffaflığın və
operativliyin təmin edilməsindən, habelə informasiya-kommunikasiya texnologiyalarının
imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf
olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və
səmərəliliyinin artırılmasına nail olmaqdan ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr, 2016-cı il tarixli fərmanı əsasında
“Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən
“Tik – idarə et – təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və
infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər,
bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə
olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”ı təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 21 dekabr, 2016-cı il tarixində “Elektron
imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 400-VQD nömrəli
Qanununun tətbiqi haqqında fərman imzalanmışdır.
İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin inkişaf etdirilməsi, sənaye
istehsalının artırılması və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci
illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planınına uyğun olaraq
investisiyaların təşviqi ilə bağlı mexanizmin təkmilləşdirilməsi məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə
tədbirlər haqqında” fərmanı əsasında “investisiya təşviqi sənədi”nin verilməsi qaydaları
təsdiqlənib.
İnvestisiya təşviqi sənədi - sahibkarlara Azərbaycan Respublikasının Vergi Məcəlləsində və
“Gömrük tarifi haqqında” Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən
sənəddir. Gömrük tarifi haqqında” Qanunda müəyyən edilmiş güzəşt idxal edilən texnika,
texnoloji avadanlıq və qurğuların gömrük rüsumundan azad olunmasını nəzərdə tutur. Vergi
Məcəlləsində müəyyən edilmiş güzəştlər hüquqi şəxslərin mənfəət vergisinin və (və ya) fiziki
şəxslərin gəlir vergisinin 50% güzəştlə ödənilməsi; hüquqi şəxslərin və fərdi sahibkarların torpaq
11
və əmlak vergisindən azad olunması; texnika, texnoloji avadanlıq və qurğuların idxalda ƏDV-dən
azad olunması ilə əlaqədardır. Təsdiqedici sənədi almaq üçün sahibkar “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikası Qanunununa uyğun olaraq, Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etməsi nəzərdə tutulur.
Habelə, ölkədə dayanıqlı iqtisadi inkişafın təmin edilməsinin əsas şərtlərindən biri olaraq
qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının ərazisində yaradılan
qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların
növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə
məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilməsini nəzərdə
tutan 1 Mart, 2016-cı il tarixli fərman imzalanmışdır. Eyni zamanda, Fərmanla müəyyən
edilmşdir ki, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac
olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil
edir.
Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət
Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında 16 Noyabr, 2016-cı il tarixli Fərmanına
əsasən “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılmalı və 2017-ci il mayın
1-dən tətbiq edilməlidir. “Güzəştli mənzil” sistemi, cəmiyyətin sərəncamında olan mənzillərin
güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın
mövcudluğunu, mənzilləri güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətinin real vaxt
rejimində qeydiyyata alınaraq göndərilməsini, mənzillərin güzəştlə əldə edilməsi üçün tələb
olunan, istəyənin şəxsiyyətini təsdiq edən sənəd üzrə eləcə də ailə tərkibi barədə məlumatların
alınmasını, mənzilləri güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxslərin Cəmiyyət
tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını, mənzili güzəştlə əldə
etmək məqsədi ilə müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılmasını təmin edir.
3.
Yekun
Aparılan iqtisadi islahatların əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin
yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla,
uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin
etməkdən ibarətdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış fərmanlarda,
təsdiq edilmiş iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri
olan vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın
gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-
neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli
istifadə olunması və onların inkişafının tarazlaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial
12
xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması,
yoxsulluğun azaldılması kimi vəzifələri aid etmək olar.
Azərbaycan Respublikası Prezidentinin çıxış nitqində də qeyd edildiyi kimi,
başa vurduğumuz
2016–cı ildə
tətbiq edilən iqtisadi siyasət və həyata keçirilmiş iqtisadi islahatlar vasitəsilə
Azərbaycan
iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilmiş və iqtisadi sabitlik təmin edilmişdir. Bununla yanaşı,
bu il aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar ölkənin gələcək inkişafı üçün həyata
keçirələcək davamlı iqtisadi islahatlar prosesi üzrə münbit şərait yaradaraq geniş spektrli iqtisadi
perspektivlərin yaranmasına xidmət edəcəkdir.
Dostları ilə paylaş: |