Bu materiallardan təhsil məqsədləri üçün istifadə
olunmasına icazə verilir. Bunu edərkən, lütfən
Conciliation Resources-in adını çəkin və ona
xəbər verin.
3
Mündərİcat
1-cİ hİssə
“kİno dİaloqları”
haqqında
Giriş
6
Dağlıq Qarabağ münaqişəsi
7
Kino dialoqları təşəbbüsü
8
Kino dialoqlarının təşkilatçıları
9
Filmlər üzrə bələdçi
11
kİno dİaloqları təşəbbüsünün İştİrakçıları
Nailə Babayeva
14
Armine Martirosyan
16
Jonathan Cohen
17
Lusine Musaelyan
18
Xalidə Arzumanyan
20
Rəhim Hacılı
21
Əvəz Həsənov
22
Albert Voskanyan
23
2-cİ hİssə
FİlMlərİn nüMayİşİnİn
təşkılı
Texniki aspektlər
26
Müzakirələrin təşkili
27
Hər filmlə bağlı müzakirə edilən suallar
30
Kino dialoqları ilə bağlı müzakirələrin
40
moderatorluğuna münasibət
3-cü hİssə
MəluMat Mənbələrİ
Lüğət 50
Tez-tez verilən suallar
52
Onlayn resurslar
54
Təşkilatların siyahısı
55
1-cİ hİssə
kİno dİaloqları haqda
‘ GƏNCLƏRƏ ... İMKAN yARADıLıR
Kİ, BİR-BİRLƏRİ İLƏ yeNİ DİLDƏ
– DİNAMİK TƏsVİR DİLİNDƏ HƏM
eMOsıONAL, HƏM DƏ DƏyİşƏN
ANLAyİşLAR BAXıMıNDAN
üNsİyyƏT QuRsuNLAR.
“Kino dialoqları” Dağlıq Qarabağda
yaşayan gənc erməniləri və
azərbaycanlıları onları bir-birindən
ayıran münaqişə haqqında qısametrajlı
film çəkmək məqsədilə bir araya
gətirən unikal təşəbbüsdür. Otuzdan
artıq gənc kinematoqrafçı layihədə
iştirak etmişdir, minlərlə erməni və
azərbaycanlı onların çəkdiyi filmləri
seyr etmişdir. Bu kitabça sizə həmin
filmləri nəzərdən keçirmək və
müzakirələr aparmaq üçün məlumat,
təlimat və resurslar təklif edir. Bizim
məqsədimiz erməni və Azərbaycan
cəmiyyətlərində qarşı tərəf, Dağlıq
Qarabağ münaqişəsi, ermənistan və
Azərbaycan arasında sülhün əldə
olunmasına maneə yaradan bir sıra
çətinliklər, habelə münaqişənin sülh
yolu ilə həll olunması haqqında müstəqil
debatların aparılmasını təşviq etmək və
asanlaşdırmaqdır.
kİtabçadan İstİFadə qaydası
Bu məlumat kitabçası üç hissədən
ibarətdir. birinci hissədə siz “Kino
dialoqları” təşəbbüsü barədə ümumi
məlumatlar əldə edə bilərsiniz. Bunda
əlavə, filmlər haqqında ümumi məlumat
alıb, bu filmlərin müəllifləri ilə tanış ola
bilərsiniz.
İkinci hissədə biz filmlər haqqında
ictimai müzakirələr aparmaq və bu
müzakirələrdə vasitəçilik etməyinizə
kömək məqsədilə silsiləvi müzakirə
mövzuları və suallar təklif etmişik.
Burada həmçinin ermənistan və
Azərbaycan cəmiyyətlərində filmlərin
ilkin nümayişi zamanı “Kino dialoqları”
ətrafında gedən müzakirələrə olan
münasibətlər əks olunmuşdur.
Bu məlumat kitabçası bir-birindən fərqli
düşünən cəmiyyətlərin geniş auditoriyası
üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən,
sizə məsləhət görürük ki, özünüzə və
cəmiyyətinizə uyğun gələn materialları
və ya müzakirə etmək istədiyiniz xüsusi
mövzuları seçəsiniz. Belə ki, filmlərə
baxmaq və onlardan faydalanmaq üçün
bu kitabdakı bütün resurslardan istifadə
etməyə ehtiyac yoxdur. İkinci hissədə
həmçinin filmlərin nümayişi üçün texniki
məsləhətlər yer almışdır.
üçüncü hissəyə Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həll
olunması səyləri ilə daha çox
maraqlanan və bu barədə ətraflı
məlumat əldə etmək istəyən oxucular
üçün əlavə resurslar daxil edilmişdir.
Bura terminlərin izahlı lüğəti, onlayn
resursların siyahısı və münaqişənin
dinc yolla həllinə səy göstərən
ermənistan və Azərbaycan təşkilatları,
o cümlədən beynəlxalq təşkilatların
kataloqu daxildir. Nəhayət, “Kino
dialoqları” layihəsi çərçivəsində indiyə
qədər çəkilmiş 20 filmə kitabçanın
arxasında yerləşdirilmiş dörd DVD
diskdə baxa bilərsiniz.
Gİrİş
Kİno dİaloqları
6
1980-ci illərin sonlarında, Mixail
Qorbaçovun sovet İttifaqında islahatlar
aparmağa cəhd etdiyi bir vaxtda Dağlıq
Qarabağa (DQ) nəzarət uğrunda
ermənilər və azərbaycanlılar arasında
münaqişə başladı. Dağlıq Qarabağ sovet
Azərbaycanının sərhədləri daxilində
əhalisinin əksəriyyəti ermənistanla
birləşməyə cəhd edən ermənilərdən
ibarət bir ərazi idi. 1988-ci ilin fevral
ayından etibarən bu uzaq sovet
əyalətindəki mübahisə tezliklə
kəskinləşərək əhalinin – ermənilərin
Azərbaycandan və azərbaycanlıların
ermənistandan qarşılıqlı olaraq kütləvi
şəkildə qovulmasına səbəb oldu.
Moskvanın ərazidə nəzarəti bərpa
etmək və vasitəçilik cəhdləri nəticəsiz
qaldı, beləliklə, Qarabağ problemi
1991-ci ildə sovet İttifaqının çökməsinə
böyük təkan verdi.
ermənistan və Azərbaycan silahlı
qüvvələri arasında baş vermiş geniş
miqyaslı silahlı toqquşma 1994-cü ildə
ermənistan qoşunlarının təkcə Dağlıq
Qarabağı deyil, həmçinin muxtar vilayət
ətrafındakı Azərbaycana məxsus 7
rayonun (tamamilə və ya qismən) işğalı
ilə nəticələndi. silahlı münaqişə zamanı
25.000–dən artıq insan həlak oldu.
ermənistan və Azərbaycana yüz
minlərlə erməni və azərbaycanlı
qaçqınların axınına əlavə olaraq, eyni
sayda azərbaycanlı Dağlıq Qarabağdan
və onun ətrafındakı rayonlardan
məcburi köç etdi. ümumilikdə, bir
milyondan artıq insan öz doğma
evlərindən məhrum oldu.
1994-cü ildə atəşkəsin əldə
olunmasından sonra beynəlxalq
vasitəçilərin iştirakı ilə sülh prosesi
başladı. Bu prosesə Fransa, Rusiya və
Amerika Birləşmiş ştatlarının rəhbərlik
etdiyi Minsk Qrupu nəzarət edir. 1990-cı
illərin sonlarından etibarən və 2000-ci
illər ərzində Minsk qrupu münaqişənin
həll olunması üçün bir neçə dəfə
təkliflər irəli sürsə də, hər iki münaqişə
tərəfi onları məqbul hesab etməmişdir.
2007-ci ildən etibarən “Madrid
Prinsipləri” kimi tanınan təkliflər paketi
ermənistanla Azərbaycan arasında
gedən sülh danışıqlarının əsasını təşkil
edir. Madrid Prinsiplərində qeyd olunan
bəzi fikirlərlə bağlı müxtəlif vaxtlarda
tərəflər sanki razılığa gəlsələr də,
ümumilikdə ermənistan və
Azərbaycan arasında yekun sülh
razılaşmasının nə vaxt əldə
olunacağı qeyri – müəyyən olaraq
qalır. Nəticədə, tərəflər
arasındakı cəbhə xətti boyunca
həm ermənilərin, həm
azərbaycanlıların arası
kəsilmədən ölüm xəbəri gəlir.
dağlıq qarabağ Münaqİşəsİ
HƏM eRMƏNİLƏRİN,
HƏM
AzƏRBAyCANLıLARıN
ARAsı KƏsıLMƏDƏN
öLüM XƏBƏRİ GƏLİR.
Ruben Manqasaryan Xatirə Fondunun
icazəsi ilə istifadə edilmişdir.
1-cİ hİssə
7