7
şəklində ifadə edilir. Hökm bizi əhatə edən cism və hadisələrin
bir-biri ilə əlaqəsinin olub- olmamasını əks etdirən fikir
formasıdır. Bir cism və hadisənin digər cism və hadisə ilə
əlaqəli olması iqrari hökm çıxarmağa əsas verir. Hüquqi
təfəkkürün formalarından biri olan əqli nəticə isə idraki
yaradıcılıq əsasında, insanın biliyinin artırılması və
dərinləşməsi əsasında meydana gəlir. Elmi fəaliyyətin yaradıcı,
həqiqi mahiyyəti məhz əqli nəticədə öz əksini tapmış olur. Əqli
nəticə özünü induksiya, deduksiya və analogiya kimi
metodlarda tapır. Beləliklə, hüquqi təfəkkürün, başqa sözlə
anlayış, hökm və əqli nəticənin bir-biri ilə əlaqəsi nəzəri idrak
prosesinin əsasını təşkil edir.
1
Hüquqi təfəkkürün öyrənilməsi ilə məşğul olan
tədqiqatçılar hüququn eyni zamanda hüquqi ideologiya və
hüquqi psixologiyaya bölündüyünü qeyd edirlər.
Qeyd edilməlidir ki, hüquqi psixologiya hüquqi
hadisələrin zahiri tərəfini səciyyələndirir. Psixologiyada bu
stereotiplərdən asılı olaraq təhqiq edilir. Vərdişlərə və
emosional hisslərə əsaslanan hüquqi hadisələrin, neqativ
halların əsasında hadisəyə qiymət verilir. Belə hallarda
cəmiyyətdə qanunun roluna, onun tətbiqinə o qədər əhə-
miyyət verilmir. Bir çox hallarda hüquq mühafizə orqanla-
rının fəaliyyəti şişirdilir, cinayətkarlığın qarşısının alınma-
sına dair onların fəaliyyəti ilə bağlı mülahizələr əsas kimi
qəbul edilir, tətbiq edilən cəzaların yumşaqlığı barədə fikir-
lər yaranır. Hüssi təəssürat ön plana keçdiyindən o qədər də
düzgün olmayan konkret faktlara əsasən ümumiləşdirmələr
aparılır ki, bu da reallığı əks etdirə bilmir. Beləliklə, hüquqi
psixologiya hüquqi biliklərin və hadisələrin mahiyyətini
açmaq səviyyəsində deyildir. Hüquqi ideologiya insanların
fəaliyyət istiqamətini müəyyən edir və hüquqi yaradıcılıq işi-
1
Nəbiyev F.H. Hüquqi təfəkkürün determinantları: təşəkkülü və nəzəri
konsepsiyaları. Bakı –Təknur-2012. Səh. 7-19.
8
ni həyata keçirir. Hüquqi ideologiya, yəni hüquqi şüur
hüquqi təfəkkürün sözlə ifadə edilə bilən forması olub
hüquq yaradıcılığına doğru istiqamətlənir. Hüquqi şüurun
hüquqi ideologiya və hüquqi psixologiya, ictimai və fərdi,
adi və nəzəri şüur növləri, hüquqi hisslər, emosiyalar və
hüquqi iradə kimi daxili ünsürləri arasında əlaqə və təsir
vardır. Hüquqi şüur ictimai varlığı qavrayır, onunla seçici
münasibətdə olur, ictimai proseslərin neqativ xüsusiyyət-
lərini müəyyən edir. İctimai münasibətlərin mühafizəsi üçün
hüquqi şüurda müəyyən hüquqi normalar müəyyənləşdirir.
Hüquqi şüur hüquqi hadisələrin, məsələn törədilən cinayət-
lərin, qanunların tədbiqindən yaranan ideyalar əsasında qa-
nunvericiliyin təkmilləşdirilməsini təmin edir. Hüquqi şüur
sanksiyalaşdırılan normativ aktlar vasitəsilə fərdi şüura təsir
göstərməklə onu arzu olunan davranış istiqamətinə
yönəldir. Biz hüquq yaradıcılığını ancaq hüquqi ideologiya
ilə bağlayan, ictimai psixologiyanın rolunu inkar edən
fikirlə razılaşmırıq. Belə ki, sovet hüquq sistemində hüquq
yaradıcılığı hüquqi ideologiya ilə məhdudlaşdırılırdı.
Hüquq yaradıcılığında iki cür istiqamətdə ifratçılıqı qəbul
etmək olmaz. Birincisi, hüquq yaradıcılığında ictimai
psixologiyanı nəzərə almadan ancaq hüquqi ideologiya
əsasında həyata keçirilən istiqamətdir. Bu cür istiqamətli
qanunlar xalqın həyatından uzaq düşmüş hüquq normaları-
dır. Əgər hüquq norması ictimai hüquqi şüurda qəbul
edilmirsə, o tənzimləmə funksiyasını həyata keçirə bilməz.
Digər tərəfdən hüquq yaradıcılığı yalnız psixologiyaya
əsaslanmamalıdır. Praktikaya əsasən qeyd edə bilərik ki,
adi şüurda, kütləvi psixikada hissi idraka əsaslanan biliklər
sosial varlığın tipik cəhətlərini əhatə edə bilməz. Çünki, hü-
quqi psixikada ayrı-ayrı təsadüfi baş verən hallar ictimai
təhlükəli əməllərin əsası kimi ümumiləşdirilir. Sosial
9
nəzarətin həyata keçirilməsi üçün ictimai təhlükəli əməllər
hüquqi şüurda qeyri əxlaqi əməl kimi qəbul edilməlidir.
2
Hüquq düşüncəsi insanların hüquqa olan münasibəti,
onların bütünlükdə hüquq və ya ayrılıqda hüquq norması
haqqında görüşləri, təsəvvürləri, emosiya və hisslərindən
ibarətdir. İnsanlar öz hüquq düşüncələri əsasında qanuna
qiymət verərkən onun ədalətli və ya ədalətsiz olması haqqında,
həmçinin müəyyən hüquqi tələblər- qanun qəbul etmək, onu
dəyişdirmək və yaxud qanun ictimai gerçəkliyə uyğun
gəlmədikdə onu ləğv etmək kimi tələblər irəli sürür.
3
Hüquqi təfəkkür mühüm qanunauyğunluqların
axtarılmasına və kəşf edilməsinə yönəldilmiş, sosial hüquqi
mahiyyət kəsb edən, nitq ilə bağlı olan psixi prosesdir. Bu
proses özündən əvvəl baş vermiş psixi proseslərin
müəyyənləşdirdiyi məlumatlara əsaslanır. Hüquqi təfəkkürün
yaradıcı olması üçün hissi idrak prosesində əldə edilmiş
materiallara istinad edilməlidir. Eyni zamanda hüquqi
təfəkkürün məhsuldar olması üçün determinizm prinsipinə
əsaslanmaq lazımdır.
2
Nəbiyev F.H. Hüquqi təfəkkürün determinantları: təşəkkülü və nəzəri
konsepsiyaları. Bakı –Təknur-2012. Səh. 77-119.
3
M. Məlikova. Dövlət və hüquq nəzəriyyəsi. Dərslik. 1978.
10
I FƏSİL
HÜQUQİ TƏFƏKKÜRÜN SOSİAL
DETERMİNANTLARI
1.1. Hüquqi təfəkkürün əxlaqi münasibətlərdən irəli
gələn sosial determinantları
Əxlaq və hüquq normaları insanların ideal və məqsədli
formada əldə etməyə çalışdıqları mənəvi keyfiyyətlərlə
bağlıdır. Mənəvi keyfiyyətlər insanların ictimai və şəxsi
həyatını zənginləşdirir. Əxlaq normalarına düzlük və doğruluq,
sadəlik və təvazökarlıq, mənəvi saflıq, nəzakət, prinsipallıq və
bu kimi birgəyaşayış qaydaları aid edilir. Əxlaq normaları min
illər boyu mövcuddur və cəmiyyətdə insanların birgəyaşayış
tələblərindən yaranmış, nəsildən-nəslə keçərək mənəvi sərvət
şəklini almışdır. Ona görə də əxlaq normaları insanlar
tərəfindən qorunub saxlanılır və onların iradəsindən asılı
olmayaraq yeni nəsillərə verilir. Mənəvi sərvətlər maddi
sərvətlərdən yaranmış olsa da, cəmiyyətin həyatında və tarixi
inkişafında böyük rol oynayır. Əxlaqi normalar və ya mənəvi
sərvətlər ictimai normaların ümumi sistemində insanların
fəaliyyətini tənzim edir.
Əxlaqi normalar öz xarakterinə görə müsbət və mənfi
yaxud, tələb olunan və qadağan olunan formalarda ola bilər.
İnkişafda olan cəmiyyətlərdə qadağanedici normalar tələbedici
normalara çevrilir və şəxsiyyətin hərtərəfli inkişafı üçün şərait
yaradır. Məsələn, kommunist təfəkkür tərzinə əsaslanan əxlaq
kodeksində təcəssüm olunan əxlaqi prinsiplər bir sıra ölkələrin,
o cümlədən hazırkı dövrdə bizim Respublikanın əxlaqi
prinsiplərinə uyğundur. Bir çox idealist filosoflar əxlaqa əbədi
ideyaların, əbədi əxlaqi qanunların, ilahi mənşəyə malik olan
mütləq nəzəri müddəaların məhsulu kimi baxmışlar.
Bəzi müəlliflərə görə, əxlaq tarixi inkişafın, ictimai
şəraitin məhsulu deyildir. Platona görə, əxlaq transsendental
Dostları ilə paylaş: |