Demokratikl
Demokratikl
Demokratikl
Demokratikləşm
şm
şm
şmənin
nin
nin
nin probleml
probleml
probleml
problemləri
ri
ri
ri
Doktor
Doktor
Doktor
Doktor Tom G. Palmer
Tom G. Palmer
Tom G. Palmer
Tom G. Palmer
Baş tədqiqatçı
Kato institutu
Tərcümə edib: Tural Vəliyev, Azad Düşüncələr Assosiasiyası
Önsöz Ə və zi:
Demokratiya bir məktəbdir: həyat, əqidə, mücadilə məktəbi. Dərsləri nə qədər ağır,
dəyərlərinin oturuşması nə qədər böyük imtahanlardan keçməli olsa da, bu məktəb
bəşəriyyətin min illər boyunca tanıdığı ən böyük ədalət sistemi, birgəyaşayışın, sosial
tarazlığın, hüququn təminatıdır.
Demokratiya dərsləri demokratiya astanasında dayanmış xalqlar və dövlətlər üçün
zəruridir. Bu dərslər diktaturadan demokratiyaya yolu aydınladır və insanları (o cümlədən
toplumları və dövlətləri) psixoloji, taktiki və strateji baxımlardan bu ağır və mürəkkəb
yola hazırlayır. Qlobal ölkələrin demokratiya təcrübəsi və ümumən, demokratiya yatırımı
bu baxımdan çox böyük əhəmiyyət kəsb edir. Qloballaşan dünyada problemlərin həlli
metod və prinsipləri də, sözün müəyyən mənasında universal xarakter daşıyır. ABŞ-ın,
Qərbi Avropa ölkələrinin, eləcə də Yaponiyanın zəngin demokratiya təcrübəsi həm də
ibrət dolu tarixi dərslərdir.
Demokratiyanın bərqərar olması, onun möhkəmləndirilməsi və mühafizə edilməsi asan
vəzifə deyil. Həyatdakı bütün yaxşı işlər kimi, demokratiya da bir çox problemlərlə
üzləşir. Bu problemlərin öhdəsindən gəlmək mümkündür. Ən vacibi isə odur ki, biz
qanunlara məhəl qoymayan diktatorluq və istibdaddan konstitusiyalı demokratiyaya
aparan yolu keçmiş ölkələrin təcrübəsindən öyrənə bilərik.
Demokratiya nəzəriyyəçilərinin bu istiqamətdə yazdıqları əsərlər böyük önəm daşıyır.
Bu baxımdan biz ABŞ Kato institutunun baş tədqiqatçısısı doktor Tom G. Palmerin
“Demokratikləşmənin problemləri” yazısı diqqəti cəlb edir. Azərbaycan oxucusu,
xüsusilə gəncləri üçün maraqlı olacaq bu yazını ingiliscədən tərcüməsini təqdim edirik.
1. Gözlənilənlər üzrə problemlər
Ehtimalı böyük gözlənilənlər: Əgər gözlənilən nəticələr reallıqdan uzaq şəkildə
yüksəkdirsə və insanlar demokratiyanın bərqərar olması ilə avtomatik olaraq rifah,
sağlamlıq, təhsil və həyatın digər nemətlərinin yaranacağını düşünürlərsə, onlar məyus
olacaqlar və demokratiyaya verdikləri dəstəyə son verəcəklər. Demokratiya sehrbazlıq
deyil. Demokratiyanın bərqərar olması “xoşbəxtliyin arxasınca qaçmaq” hüququna
zəmanət vermir. O, səadət və ya yaxşı taleyə nail olmaq üçün təminat deyil, qanunla
qorunan səylərin güclünün ədalətsiz hərəkəti ilə müsadirəsi yox, mükafatlandırmanı
təmin edən hüquqi və ədalətli cəmiyyətdə görülən işlər təbii nəticəsidir.
Ehtimalı az olan gözlə nilə nlə r: Əgər gözlənilən nəticələr həddindən artıq
aşağıdırsa və xalq ədalətsiz seçkilərin baş tutmasını gözləyirsə və onları qəbul edirsə,
hökumət rəsmilərinin qeyri-qanuni və qeyri-düzgün hərəkəti ilə, eləcə də polisin zorakı
münasibəti ilə razılaşırsa, onda vətəndaşlar ölkədən kənarda mövcud olan demokratiya
çətiri altında yaşasalar belə əsl mənasından özlərini ondan məhrum edəcəklər.
Demokratiyanın uğurlu olması üçün vətəndaşlar birmənalı şəkildə hakimlərdən,
qubernatorlardan, şəhər şuralarının sədrlərindən, merlərdən, parlamentarlardan,
prezidentlərdən, nazirlərdən və polis əməkdaşlarından qanuna uyğun hərəkətlər tələb
etməlidirlər. Korrupsiyaya uğramış və qeyri-demokratik dövlətdə, hökumət üzvləri
özlərini qanunun tələblərinə uyğun şəkildə aparanda vətəndaşlar təəccüblənirlər. Hüquqi
və demokratik dövlətdə isə hökumət üzvlərinin qeyri-qanuni davranışı vətəndaşları
heyrətləndirir.
Real şə kildə gözlə nilə n nə ticə lə r demokratiyanın möhkə mlə ndirilmə si və
bə rqə rar olması üçün ə sas elementdir. Ə gə r insanlar möcüzə li sonluq gözlə yirlə rsə ,
onlar nə ticə də mə yus qalacaq və demokratiyadan imtina edə cə klə r. Digə r tə rə fdə n,
ə
gər onlar hökumət rəsmilərindən düzgün davranış və ədalətli seçkilər
gözlə mirlə rsə , onlar mə yus olacaqlar və uzun illə r boyu demokratiyadan mə hrum
olacaqlar.
2. Şərəf problemi
Vacibdir ki, hörmətli xanımlar və cənablar anlasınlar ki, qanunun aliliyi mövcud
olan demokratik dövlətdə ədalətli seçkilər keçirməklə məğlubiyyəti qəbul etmək, seçki
nəticələrini qəbul etməkdən imtina olunması və ya ona qarşı güc problemi yaramaqdan
daha şərəflidir. Demokratiyaya qədəm qoyan bir çox cəmiyyətlər daxilində opponent
rolunda çıxış edən və ya öz ideyalarına qəti şəkildə inanan şəxslər üçün digər şəxslərin
seçkilərdə ədalətli şəkildə qalib gəlməsi ehtimalını qəbul etmək çətin məsələdir.
Konstitusional prosesin nəticələrini qəbul etmək və ona qarşı güc problemi yaratmamaq
mədəniyyətinin daha şərəfli olmasını anlamaq müşkül ola bilər. “Loyal müxalifət”
statusu şərəfli işdir. Loyal müxalifət günlərin bir günündə hökumətə çevrilə bilər və bu
hadisə baş verdikdə, hakimiyyətdə olan hökumət loyal müxalifətin yerini tutaraq, şərəfli
öhdəliyinə sadiq olduğunu nümayiş etdirəcək. Şərəfsiz iş konstitusion demokratik
dövlətdə ədalətli seçkilərin nəticələrini inkar etməkdir.
Demokratiyanın şə rə fli olması yaş amaq, azad olmaq və mülkiyyə tə sahib
çıxmaq hüququnun konstitusion demokratiya tə rə fində n qorunduğ unu və bu günün
nüfuzlu və loyal müxalifə tin gə lə cə k seçkilə rdə hökumə tə çevrilmə si imkanının
yaranmasını nə zə rə alaraq, “seçkidə məğ lub olmanın hə r ş eyi itirmə k demə k deyil”
mə ntiqini geniş şə kildə anlaş ıldığ ı tə qdirdə daha asan formada ə ldə olunur.
3. Plüralizm problemi
Xalqın iradəsi ilə bağlı iddialara əsaslanan demokratiya haqqında nəzəriyyələr
demək olar ki, hər zaman uğursuzluğa düçardır. Bir xalq bir çox fərdlər, ailələr, tayfalar,
dini icmalar, şəhərlər, rayonlar və etnik qruplardan təşkil oluna bilər. Xalq müəyyən bir
məsələ barədə birdəfəlik rəy bildirən insan kimi deyil. Xalqın daxilində bir çox vacib
məsələlər üzrə olduqca çox sayda rəylər mövcuddur və onların hamısı bir-biri ilə
uzlaşmaya da bilər. Əgər demokratik dövlət həddindən artıq məsələlərdə yeknəsəqliyi
israrla qoruyub saxlamağa çalışırsa, onda o, öz-özünə qarşı çıxış edəcək. Bu halda,
münaqişə olacaq və o, hətta zorakılıq forması ortaya çixacaq.
Demokratiyanın ahəngdar və sabit olması üçün demokratik proseslər əsasında həll
olunmalı məsələlərin məhdud xarakter daşıması önəmlidir. Sabit və konstitusion
demokratiyada bir çox məsələlər demokratik seçkilərlə həll olunmur, onların hüquqları
konstitusiya ilə qorunan fərdlər və qrupların azad seçiminə verilir.
Konstitusion qaydada qorunan azadlıqlar kiçik etnik və ya dini qruplar kimi
“daimi azlıqlar” ilə seçilən dövlətlərdə xüsusən vacibdir. Əgər həmin azlıqlar hesab
edirlər ki, onlar heç vaxt seçkilərdən qalib çıxacaq çoxluq ola bilməyəcəklər və azlıqda
olduqları təqdirdə onların bir çox əsas hüquqlarının əllərindən alınacağı barədə
düşünürlərsə, onda həmin qruplar demokratik prosesdən əsaslı şəkildə kənarda qala bilər,
zorakılığa əl ata bilər. Dini azadlıq, başı yaylıqla örtmək və ya örtməmək seçimində
azadlıq, seçdiyin dildə danışmaq azadlığı və həbs, qorxutma hədəsi olmadan digər şəxslər
ilə yığıncaq keçirmək azadlığı- bütün bunlar demokratik dövlətin konstitusiyası ilə
qorunur və çoxluğun qəbul etdiyi qərarların dəyişən nəticələrinin təsiri altına düşmür.
Yəni, “xalqın yeganə iradəsi” mövcud deyil, əksinə, bir çox müxtəlif iradələr,
fikirlər, maraqlar və rəylər var. Xalqın iradəsinin olduğunu iddia edən və özünü
xalqın yeganə legitim nümayəndəsi adlandıran siyasətçidən xilas olmaq lazımdır.
Ə
gər hətta “xalqın iradəsi” barədə danışmaq məqsədəuyğun olsaydı belə, bu cür
yanaş ma hə r hansı ayrı lider və ya siyasə tlə bağ lı istə nilə n xüsusi qə rara yox, yalnız
konstitusiyaya istinadə n formalaş malıdır. Konstitusiyanın özü, o cümlə də n
hüquqların qorunması ilə bağ lı onun müddə aları millə tin hə mrə yliyinin
tə zahürüdür.
4. Ədalət problemi
Xüsusən də güclü etnik, dini, ailəvi, tayfa törəsi və ya dil müxtəlifliyi ilə seçilən
plüralist cəmiyyətlərdə demokratiyanın ədalətsizlik alətinə çevrilməsi qorxusu var. Bəzi
siyasətçilər milli problemləri digər qruplara, tez-tez rast gəlinən azlıqların üzərinə yıxa
bilər və sonra isə, dövlət tərəfindən onların sərvətinin müsadirəsini və onların
cəzalandırılmasını tələb edə bilir. Opportunist və ədalətsiz siyasətçilər bəzi dairələrin
varının öz tərəfdaşlarının xeyrinə paylaşdırılmasını tələb kimi irəli sürə bilər. Bu halda
dövlət adi qarət alətinə çevrilməklə kifayətlənəcək. Bu cür dövlətdə, heç kimin həyatı,
azadlığı və ya mülkiyyəti təhlükəsiz olmayacaq; bu gün qələbə çalan və digərlərini qarət
edən bir qrup sabah bu imkanı itirə bilər və əldə etdiyinin hamısından və bəlkə də ondan
da çox sərvətlərdən məhrum ola bilər. Hər kəs uzun perspektivdə itirir. Dövlətin gördüyü
tədbirləri ədalət meyarı ilə məhdudlaşdıraraq və dövlət siyasətini siyasi dəstəyə görə
mükafatlandıran və müxalifətin cəzalandırılma aləti kimi qəbul etməyən, konstitusion
demokratik dövlət hamı üçün bərabər şəkildə rifah şəraiti yaradır.
Bir qrup şə xslə rdə n sə rvə ti oğ urlayıb digə r şə xslə rə vermə yə çalış an dövlə t
sadə cə bütün ölkə də yoxsulluq yaradır, tə bii ki, yüksə k və zifə ə lə keçirmiş və heç
vaxt imarə t və bahalı avtomaş ınlardan korluq çə kmə yə n şə xslə r istisna təş kil edir.
Tə cavüz və zorakılıq qarş ısında ə dalə tin qorunması dövlə tin ə n ümdə və zifə si
olmalıdır. Ə gə r dövlə tin özü tə cavüz və zorakılıq mexanizminə çevrilirsə ,
demokratiya tə hlükə altına düş ür.
Dostları ilə paylaş: |