Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
5
I. TARİXİN NƏZƏRİ PROBLEMLƏRİ
1. Tarix nədir?
Tarix tarixçi ilə faktlar arasında
baş verən proses, keçmişlə indinin
sonu görünməyən dialoqudur.
E.Karr
Tarixə dair ilk əsərlərin eramızdan çox-çox əvvəl yara-
dılmasına baxmayaraq, tarixin bir elm kimi formalaşması XIX
əsrə təsadüf edir. Məhz bu dövrdə tədqiqatçı-alimlər tarix nədir,
nə üçün
biz tarixi öyrənirik, nə üçün bizə tarixi biliklər lazımdır,
tarix keçmişi obyektiv əks etdirirmi, tarixi bilikləri necə əldə
edirik və s. kimi suallar üzərində düşünməyə başladılar.
“Tarix” qədim yunan sözü olub “tapmaq üçün axtarış”
mənasını verir. Tarix bilavasitə bəşəriyyət və cəmiyyətin
problemləri həllinin axtarışındadır.
Lakin cəmiyyətə aid prob-
lemlər konkretləşdirilsə, biz, insanlar, xalqlar və millətlər
haqqında “nəyi bilməliyik və nə yazmalıyıq” sualına
cavab verə
bilmərik.
Tarixin ilk yaradıcıları üçün tarixin tədqiqat obyekti
insanların qəhrəmanlığı ilə bağlı xatirələr idi. Çox zaman bu
xatirələr müharibə və döyüş meydanları ilə bağlı olurdu. Bu
əsərlərdə müəlliflər müharibələr nəticəsində möhkəmlənən,
şöhrətlənən, məğlub olan və darmadağın
edilən millətlərin
təsvirini verirdilər. Bu əsərlərdə xatırlanan xalqların, millətlərin
taleyi onları idarə edənlərin ambisiyaları, əhval-ruhiyyələri ilə
izah olunurdu. Cəmiyyətlərin və millətlərin tarixinə təsir
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
6
göstərən iqtisadiyyat,
coğrafi mövqe, iqlim və digər faktorlar
erkən tarixin yaradıcıları tərəfindən nəzərə alınmırdı. Herodotun
dövründən bu günə qədər davam edən 25 əsrlik bir dövrdə tarixi
əsərlərin yazılma üslubu və məzmununda
baş verən dəyişikliklər
o qədər də nəzərəçarpacaq deyil. Bu böyük dövr ərzində hərbi
və siyasi tarix öz birinciliyini qoruyub saxlamışdır.
Zaman keçdikcə tarixçilər malik olduqları mənbələrə daha
tənqidi yanaşmağa başlamış, tədqiqat metodlarını tək-
milləşdirmiş və genişləndirmiş, ətraf mühit və iqlimin insanlara
təsirini qeyd etmişdilər. İqlim və coğrafi faktorların millətlərin
həyat tərzi və siyasi şəraitinə təsir
göstərdiyini təsdiq etmək
üçün müasir tarixçilərə iki min ildən çox bir vaxt lazım
olmuşdur.
Qədim zamanlardan müasir dövrə qədər aparılmış tarixi
tədqiqatların mövzularının araşdırılması sübut edir ki, XYIII
əsrə qədər alimlər yalnız siyasi problemlərə diqqət yetirmişdilər.
Orta əsrlərin sonuna doğrü işçi qüvvəsinin sosial strukturunun
dəyişməsi Avropada baş verən sosial və iqtisadi dəyişikliklərə
marağı artırdı. Ticarət və sənaye tədricən tarixin tədqiqat
obyektinə çevrilməyə başladı. Lakin tənqidi teologiyanın elmə
ciddi təsiri bu problemləri milli tarixlə bağlamaq imkanı
vermirdi. Ötən iki əsr ərzində tarixçi-alimlərin tədqiqatlarında
sosial
problemlərə toxunmaq, iqtisadi, sosial və siyasi sahələri
parallel və əlaqəli tədqiq etmək cəhtləri yalnız demokratik
inkişaf hesabına mümkün olmuşdur.
XIX əsrin əvvəllərində tarixi əsərlərdə nəzərə çarpacaq
dəyişiklik sosial şəraitin təsviri cəhdləri oldu. Təxminən 150 il