“ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI
__________________________________________________________________________
1
Zöhrə İsmayılova
Tükənməz sərvət
İştirak edirdilər:
Ulduz-ailənin kiçik qızı
Kazım-Ulduzun atası
Səriyyə-Ulduzun anası
Aygün-böyük bacı
Aytən-ortancıl bacı
Rəna-məktəbdə riyaziyyat müəlliməsi
Adil-universitetdə müəllim
Orxan-Xsaylı məktəbin ən dəcəl şagirdi
Sevda-sinif rəhbəri
Azər-Adil müəllimin dostu
Sahibkar-kitab mağazasının sahibi
Ulduz oyanır, dərsə hazırlaşır.
Kazım. Dərsdən tez gəl, bu gün sənin növbəndi, naxıra getməlisən.
Anası. Ay kişi, bu qədər zülmmü olar? O, oğlandırmmı?
Kazım. Sən kəs səsini, zəhmət çəkib oğlan doğaydın.
Ulduz. Narahat olma anacan, baş üstə ata gələrəm.
Məktəbə gəlir, hazırlığa gedən uşaqları görür kövrəlir. Lakin özü də savadlı
qızdır. Yoldaşlarına kömək edir. Amma paxıllığını çəkirlər onun. Sinif
rəhbəri yaltaq insandı. İmkanlı uşaqlara yaltaqlanır. Rəna müəllimə isə fərqli
insan idi. Mart ayıdır. İlk dərs Rəna müəllimənin dərsidir.
Rəna m. Salam uşaqlar.
Uşaqlar. Salam müəllim.
Müəllimə şagirdləri yoxlayır. Müəllimə yeni dərsi izah edir.
Rəna m. Kim başa düşdü? (Heç kim müəllimi dinləmir)
Ulduz. Mən başa düşdüm.
Uşaqlar. Sən başa düşsən bəsdir, biz onsuz da hazırlıqda öyrənirik (gülüşür).
Ulduz pis olur. Dərsdən sonra uşaqlar çölə qaçır. Hələ müəllimə sinifdən
çıxmayıb.
“ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI
__________________________________________________________________________
2
Rəna m. Sən niyə çölə çıxmırsan?
Ulduz. Mən də oxumaq istəyirəm, faydalı insan olum
(kövrəlibbaşınıaşağısalır).
Müəllimə. Sən savadlı qızsan, əsas hazırlığa getmək deyil, sən
çalışsan universitetə qəbul ola bilərsən.
Ulduz. Amma.. (Ulduz ağlayıb sinifdən çıxır)
Müəllimə çox pis olur. Nə deyəcəyini bilmir. Dərsdən sonra Ulduzgilə gedir.
Qapını döyür. Kazım. Nə lazımdır?
Rəna m.Ulduz evdədir?
Kazım. Xeyr, naxıra gedib (atasıgülməyəbaşlayır).
Müəllimə pis olur, Ulduzun kövrəlməyinin səbəbini anlayır bəlkə. Heç nə
demir, uzaqlaşır ordan. Fikirli halda evə gəlir və düşünür ”Ona necə kömək
edə bilərəm, sabah gərək özüm danışım onunla” Səhər2-ci dərs müəllimə
sinfə daxil olur. Dərs davam edir. Uşaqlar çölə çıxdıqdan sonra Ulduzda
çıxmaq istəyəndə müəllimə. Sənə necə kömək edə bilərəm?
Ulduz. Heç cür (Ulduz başını aşağı salır, getmək istəyəndə) müəllimə. Bax
sən savadlı qızsan. icazə ver mənə. Qızım da bu il imtahan verəcək. Razı
olsan səni özüm aparacam imtahana. Ulduz. Bəs valideynlərim? Anamdan
çox nigaran qalaram. Müəllimə Ulduza onlara getdiyini demək istəmirdi.
Lakin Ulduz getmək istəyəndə
Müəllimə. Dünən sizə getmişdim (sinfin qapısına çatanda Ulduz dayanır).
Mən hər şeyi bilirəm. İnan mənə peşman olmayacaqsan. O, müəlliməsini
qucaqlayıb öpür və otaqdan çıxır. Müəllimə göz yaşlarını saxlaya
bilmir”Yəqin bu razılıq əlamətidir” Səhər 4-cü dərs müəllimənin dərsidir.
Müəllimə. Sənəd verilən vaxt deyərsən sənin də ərizəni verərik (pıçıldayır).
Ulduz. Axı valideynlərim razı deyil. Onlar məni bağışlamazlar.
Müəllimə. Sən heç bir pis hərkət etmirsən, inan mənə. Aprel ayı ərizənin
verilməsi başlayır. Sabah qızım üçün ərizə yazacam. Sən də vəsiqəni
gətirərsən.
Ulduz. Axı.
Müəllimə. Heç nə eşitmək istəmirəm.
Səhər dərsin sonunda.
Müəllimə.Gətirmisən?
Ulduz. Bəli.
Müəllimə. Narahat olma ver, inan mənə hər şey yaxşı olacaq. İmtahana da
bizimlə gedərsən. Ulduz. Axı necə?
Müəllimə. Bir şey fikirləşərik.
Ulduz vəsiqəni müəlliməyə verir.
“ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI
__________________________________________________________________________
3
Müəllimə. Attestatlar verilən vaxt gəlmə məktəbə, özüm hər
şeyi həll edecem. Sən imtahanlara hazırlaş.
Ulduz.Sağ olun.Nə deyəcəyimi bilmirəm.(Ulduz otaqdan
çıxır).May ayıdır.Mayın 29-u kitablar yığılır. Ulduz sevinmirdi.
Tək ümidi bu kitablara idi. Uşaqlar son zəng üçün səhnəciklər
hazırlayıb məşq edir.
Ulduz. Mən tədbirə gələ bilməyəcəm. Bağışlayın məni.
Uşaqlar. Həmişəki kimi. Guya sən indiyədək hansı tədbirdə iştirak etmisən
(gülürlər).
Ulduz. Sizinlə görüşmək istəyirəm.
Sinif rəhbərindən başlayıb hamıyla görüşür.
Ulduz. Uğurlar arzulayıram.
Sinifdən çıxanda son dəfə sinfə baxıb kövrəlir.
Sinif rəhbəri. Fikir verməyin, qoy getsin.
Ulduz müəllimlər otağına qalxır. Bütün müəllimlərlə görüşüb, halallaşır.
Rəna müəllimə öz evində elekton ərizəni verir, attestatı alır, təsdiq etdirir.
Çox fikirləşir və sabah Ulduzgilə getmək istəyir. Səhər yolda Ulduzu görür.
Ulduz utandığından gizlənməyə çalışsa da
Müəllimə. Ulduz, sən burda nə edirsən, bəs imtahan?
Ulduz. Müəlimə əlimdə olanlarla çalışıram, amma bəs etmir. Kitablar da
yığılıb.
Müəllimə. Sabah bu vaxt burda görüşək, sənə 1 neçə kitab verməliyəm.
Ulduz.. Yaxşı.
Səhər açılır. Yemək yeməyə başalayanda
Atası. Tələs, dur. Onlardan sənə xeyir gəlmir elə bil.
Ulduz heç nə demir. Çantasını götürür və içinə 1 tikə çörək qoyur, çıxır.
Görür ki, müəllimə gözləyir.
Ulduz. Sabahınız xeyir.
Müəllimə. Sabahın xeyir. Buyur, bunlar sənə çox kömək edəcək.
Ulduz. Çox sağ olun müəllimə.
Müəllimə.Yaxşı oxu, çalış. İmtahanların da vaxtı bəlli olub. İyulun 21-i
imtahandır.
Ulduz həyəcanlanır. Onlar ayrılır. Ulduz kitabları çantaya yığır. Və daha
həvəslə oxumağa başlayır o gündən. Bu gün iyulun 18-dir. Müəllimə səhər
Ulduzla rastlaşır.
Müəllimə. Biz ayin 20-si yola düşürük. Sən də hazırlaş.
Ulduz. Bəs evdə nə deyib çıxacam?
“ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI
__________________________________________________________________________
4
Müəllimə. Onlarla 1 neçə dəfə görüşdüm. Yola gətirə bilmədim.
Tək çarən qalır (müəllimə başını aşağı salır). Bizimlə evdən
qaçmaq. Yaxşı fikirləş. Qorxma, mən səninləyəm. Gözləyəcəm
20-si. Vəsiqəni götürməyi unutma.
Ulduz evə gəlir. Bütün günü fikirləşir. ”OXUMALIYAM”. Ayın
20-ə keçən gecə hamı yatib, Ulduzsa düşünür ”Yazıq anam çox söz eşidəcək
mənə görə” Naxıra götürdüyü çantanı yığır. Anasının şəklini, 1 neçə paltar
və vəsiqəni götürür. Həyəcandan gözünə yuxu getmirdi. Səhər açılır. Hamı
oyanır. Ulduz heç nə yeməmiş geyinir və evdən çıxanda anasını öpür.
Anası. Nə olub, elə bil həmişəlik gedirsən?
Ulduz. Səni öpmək olmaz ana?
Ulduz kədərli halda atasına baxıb düşünür. ”Kaş səni də qucaqlayıb öpə
biləydim.Bağışla məni.”
Atası. Tez ol. Güngunorta oldu.
Ulduz evi tərk edir. Heyvanları yoldan naxıra qoşub müəlliməgilə gəlir.
Müəllimə. Bilirdim ki, düzgün qərar verəcəksən. Gəl.
Ulduz heç nə deməyib maşına əyləşir. Yolda atasını görür, gizlənir.
Müəllimə. Evdə nə deyib çıxdın?
Ulduz. Elə bilirlər örüşə getmişəm. Mən yalançıyam.
Müəllimə. Bəzən yalan yeganə çıxış yoludur. Bilirsənmi, təsadüfə bax, sən
qızımla eyni otaqda imtahan verəcəksiniz.
Onlar müəllimənin bacsıgilə gəlirlər. Evlərindən aydın olurdu ki, onlar kasıb
ailədirlər. Bacısı onları qarşılayır. Nə lazımdırsa edir və müəlliməni işarə ilə
mətbəxə çağırır.
Bacısı. Bu qız kim? Başına bəla açarsan.
Müəllimə. Uzun əhvalatdır (Müəllimə hər şeyi nağıl edir)
Bacısı. Bilirsən ki şəraitimiz yaxşı deyil, yoxsa ömrüm boyu himayə edərdim.
Müəllimə. Qoy imtahanlarını versinlər. Bir şey fikirləşərik.
Onlar otağa gəlir. Uşaqlar danışır, gülür. Ulduz da hərdən gülümsəyir.
Sabahkı imtahan haqqında düşünür. Hamı yatır. Ulduz yata bilmir. ”Mən
burda qala bilmərəm. Nə isə etməliyəm. Amma nə..” Anasının şəklini
çantadan götürüb öpüb ağlayır. ”Gözümün nuru, bağışla məni” Yerində
uzanır.
Müəllimə. Oyanın, imtahana gecikərik.
Həyəcandan Ulduz heç nə yeyə bilmirdi. Onlar evdən çıxırlar. Ulduz
çantasını da götürür. Gedirlər.
Ulduz. Müəllimə bu gecə yuxuda anamı gördüm. Mənə uğur arzuladı.
“ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI
__________________________________________________________________________
5
Müəllimə. Narahat olma, o, səni bağışlayacaq (müəllimə üzünü
yana çevirib göz yaşlarını gizlədir).
Onlar gəlib çatırlar imtahan verilən yerə. İmtahan saat 11-də
başlayacaq. Onlarsa artıq saat 10-da çatmışdılar. Həyətdə xeyli
adam vardı. Ulduz onlara baxıb düşünür ”kaş mənim də
valideynlərim yanımda olaydı” Saat 11-in yarısı uşaqlar içəri daxil olur.
Müəllimə. Uğur olsun əzizlərim.
Ulduz çantasını götürəndə.
Müəllimə. Qoy çantan qalsın.
Ulduz. Narahat olmayın, içəri qoyacam. Burda adam çoxdur.
Müəllimə. Yaxşı fikirdir, burda adam çoxdur. Özüm də çox həyəcanlıyam.
Birdən yaddan çıxar. Burda qoyub gedərəm harasa. Bir dəfə buna oxşar
hadisə gəlib başıma.
Ulduz (müəlliməni öpür). Bu gündən artıq həyatın imtahanı başlayır.
(kövrəlib gedir). Qızlar otağa daxil olur. Hər kəs öz yerində əyləşir. Sual
kitabçaları paylanır, uşaqlar çox həyəcanlıdır. İmtahan başlayır. İmtahan 3
saat olur, lakin
Ulduz (2 saatdan sonra) Baxa bilərsiniz? Mən bitirdim.
Nəzarətçi kağızı götürür.
Ulduz. Mən nəticəmi necə, nə vaxt öyrənə bilərəm?
Nəzarətçi. Görürsənmi bu şifrə və iş nömrəsinin köməyi ilə öyrənə bilərsən
(nəzarətçi kağızda göstərir)
Ulduz. Zəhmət olmasa gözləyin (tez şifrə və iş nömrəsini əlinə yazır).
Ulduz otaqdan çıxanda”Uğurlar” deyib çıxır. Aşağı enir. Müəllimənin
bacısıgilə getmək istəmirdi. ”Mən onlara yük ola bilmərəm” Nəzarətçiyə
yaxınlaşır.
Ulduz. Mənim çantamı verə bilərsiniz? Onu anam bura qoyub.
Nəzarətçi. Buyurun.
Ulduz. Bəs burda arxa qapı hardadır?
Nəzarətçi arxa qapını göstərdi. Ulduz arxa qapıdan çıxıb uzaqda
valideynlərlə söhbət edən müəlliməsini gördü. ”Bağışlayın məni” və ordan
uzaqlaşmağa başladı. Birdən yadına düşdü. ”Nə qədər əlimdəkilər
pozulmayıb qeyd edim”
İmtahan bitdi, uşaqlar çıxdı. Müəllimə qızları axtarır. Birdən müəllimənin
qızı göründü.
Müəllimə. Ulduz hanı? Necə yazıb?
Qızı. Ulduz sənin yanında yoxdur? O, 1 saat əvvəl çıxıb.
“ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI
__________________________________________________________________________
6
Müəllimə. Necə yəni, ola bilməz, bəlkə hələ içərdədir. Müəllimə
və qızı içəri daxil olur. Nəzarətçiyə yaxınlaşırlar.
Müəllimə. Bura çanta verən qızı görməmisiniz?
Nəzarətçi. Həə. O qız çoxdan gedib. Dedi anam məni gözləyir.
Müəllimə və qızı xeyli axtardılar. Müəllimə düşünür ”Niyə belə
etsin axı” Ağlayır. Qorxudan heç nə deyə bilmir, çünki onun özünü iddiham
edərdilər. Bu an Ulduzgilin ailəsində vəziyyət çox pisdir. Ana ağlayır.
Ata. Allah bilsin harda kiminlə kef edir. Onu bağışlamayacam.
Anası. Ay kişi bəsdir. Evdən qaçmasına biz səbəbkarıq. Onu başa düşə
bilmədik. Yazıq balam hardadır, indi nə edir?
Qızsa küçələri gəzir. Birdən qarşısına mağaza çıxır. Üzərindəki yazı onu cəlb
edir ”Satıcı tələb olunur” İçəri daxil olur.
Ulduz. Salam. Bağışlayın mən elana görə gəldim.
Sahibkar. Buyurun. Amma əvvəlcə deyin görüm kitablarla aran necedir?
Ulduz. Kitabları çox sevirəm.
Sahibkar. Kitabları sevirsənsə burda işləmək çətin olmaycaq.
Ulduz. Əlbəttə.
Sahibkar. Bəs nə üçün soruşmadın ki, iş vaxtı necedir?
Ulduz. Buna ehtiyac yoxdur (Ulduz gözlərini yerə dikdi).
Sahibkar. Niyə?
Ulduz. Çünki mənim başqa gedəcək yerim yoxdur.
Sahibkar xeyirxah insandi. O, çox pis oldu.
Sahibkar. Hələlik qonşu otaqda qalarsan, sonra bir şey fikirləşərik. Orda o
qədər də rahat olmasa da yataq da var.
Ulduz. Narahat olmayın.
Sahibkar düşünür ”mən doğrumu etdim ona inanmaqda. Bəs insanlıq. Mən
ondan imtina etsəm kim kömək edəcək. Görəsən o, burda tək qorxmaz.
Bilmirəm nə edim” Ulduz da kitablara baxır.
Ulduz. Mən burda qorxmaram, darıxmaram. Məndən narahat olmayın.
Adam heç bu kitablarla qorxar?
Sahibkar. Burda çay hazırlamaq və içmək üçün hər nə desən var.
Axşam saat9-getmək istəyəndə. Qızım bəs sənin evin niyə yoxdur?
Ulduz. Mən evdən qaçmışam (Qız hər şeyi sahibkara danışır)
Sahibkar. Bilmirəm doğru etmisən ya yox, amma sevinirəm ki, oxumaq üçün
necə əzabalara qatlanmısan. Narahat olma, bəlkə də buna dəyər. İndi
yorğunsan, yat dincəl. Qapını mən bağlayacam.
Sahibkar gedir, qız da anasının şəklini götürüb uzanır.
“ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI
__________________________________________________________________________
7
Ulduz. Bilirsənmi ana, bu gün hamı övladını imtahana yola
salanda uğur arzulayırdı (qız ağlayır). Sən də mənə yuxuda
uğur arzuladın. Nə olardı bu həqiqət olardı (Ağlayıb anasının
şəklini öpür, onu yuxu tutur)
Səhər sahibkarın səsinə oyanır.
Ulduz. Çoxdan gəlmisiniz?
Sahibkar. Bir az olar, çay hazırlamışam. Qalx. Çay iç.
Gün öz axarı ilə davam edir. Ulduz işə başlayır
.Sahibkar. Bəs imtahanın nəticləri nə zaman bəlli olacaq?
Ulduz. Mənə sabaha deyiblər.
Sahibkar. O zaman sabah xoş xəbər eşidərik.
Sahibkar gedir. Yenə qız qalır tək, anasının şəkli ilə söhbət edir. Yatır. Səhər
açılır. Bu gün tez oyanıb, çay hazırlamışdı. Sahibkar da gəldi.
Sahibkar. Deməli bu gun cavablar məlum olacaq.
Ulduz. Bəli. Elə özüm də çox həyəcanlıyam.
Sahibkar. Səbr et, az qalıb. Axşam yadıma sal baxaq.
Axşam üstü sahibkar. Gətir şifrəni nəticələrə baxaq.
Ulduz. Bu dəqiqə.
Ulduz həyəcanlı halda dəftərdən şifrəni götürmək istəyəndə pul da gördü.
Heç nə demdi artıq.
Ulduz. Alın əmi.
Sahibkar gözlərini ekrana dikib cavabı gözləyir. Ulduz həm həyəcanlanır,
həm utanır. Cavab ekrana çıxır. Sahibkar təəccüblənir, dili tutulur. Ulduz
dayana bilməyib özü cavaba baxır. Bilmir sevinsin, yoxsa ağlasın. O, ekranda
700 bal görür. Həyəcandan sahibkarın boynuna sarıldı. Ağlayır.
Ulduz. Əmican qucaqla məni, indi buna çox ehtiyacım var.
Sahibkar. Ağlama qızım. Bax indi mən də ağlayacam. Bu böyük uğurdur.
Səni təbrik edirəm. Yəqin indi sənin yerində oxumaq istəyən hər bir
abituriyent olmaq istərdi.
Onlar ayrılır, Ulduz göz yaşlarını silir.
Ulduz. Qəbul oldum. Bəs sonra? Çox qorxuram. Bacararammı?
Sahibkar. Mən yanındayam qızım, narahat olma.
Avqust ayıdır. Qeydiyyat başlanıb.
Sahibkar. Gedek
Ulduz. Qeydiyyat başlayıb artıq.
Onlar gəlir universitetə. Ulduz qeydiyyatdan keçir. Amma yenə valideynsiz.
Onlar mağazaya gəlir. Sonra sahibkar qonşu mağazaların birindən kiçik tort
alır.
“ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI
__________________________________________________________________________
8
Sahibkar. Qızım gəl bunu qeyd edək.
Ulduz. Çox sağ olun. Həyatda sizin kimi insanlar olmasa mən
indi kim bilir harda idim.
Sahibkar. Bu haqda danışma qızım ye.
Axşam sahibkar yenə gedir evə. Qız yerinə uzanıb adəti üzrə
anasının şəklini qucaqlayıb danışır. Bilirsənmi ana, bu gün mən
universitetlərin birində qeydiyyatdan keçdim (ağlayır). Hamı ora
valideynləri ilə gəlmişdi. Mən isə..(ağlayır).
Ağlayır və yatır.
Artıq sentyabrın 15-dir. Bu gün başqa günlərdən çox fərqlidir.
Həyəcanlanırdı. O, qəbul olduğu universiteti tanıyırdı. Tezdən oyanıb
hazırlaşır və sahibkar da gəlib çıxır.
Sahibkar. Gəl gedək, qızım. Səni özüm aparacam.
Ulduz. Narahat olmayın əmican, mən oranı tanıyıram. Bu günə qədər çox
kömək etdiniz. Haqqınız çoxdur boynumda.
Sahibkar. Səni tək qoya bilmərəm.
Ulduz. Siz işinizdə olun. Mən bacararam.
O, tək gedir universitetə. Hələ heç kim yoxdur. Oturur skamyada. Yavaş-
yavaş hamı gəlir, valideynləri ilə birgə. Hamı deyir-gülür, sevinir. Ulduzun
gözü kənarda tək dayanmış qıza sataşır. Ona yaxınlaşır.
Ulduz. Bağışlayın, olar 1 söz soruşum?
Qız fikirdən səksəndi.
Buyurun, necə kömək edə bilərəm?
Ulduz.Mən1-ci kursam, nə edim bilmirəm?
Qız. Sən təksən? Yoxsa.
Ulduz. Xeyr təkəm. Valideynlərim işdədir. Onlar gələ bilmədilər. Yoxsa məni
tək qoymazdılar.
Qız. Belə gündə övladı təkmi qoymaq olar? Neçə bal toplamısan?
Ulduz. 700 bal.
Qız. Onda sən burda nə edirsən, indi səni yuxarı çağıracaqlar tələbə bileti
verməyə. Tez ol get. Elə bu vaxt Ulduz öz adını eşitdi.
Ulduz Məmmədova. 700 bal. Tətbiqi riyaziyyat və kibernetika fakultəsi.
Alqışlar başladı. Ulduz qaça-qaça qışqırır.
Mən burdayam, mən burdayam.
Hamı onun yuxarı qalxmasına kömək etdi. O,çox sevinirdi. Tələbə biletini
aldı. Və danışdı.
Bütün tələbələrə uğurlu yol diləyirəm.
“ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI
__________________________________________________________________________
9
Kövrəlib aşağı endi. Tələbələrdən soruşa-soruşa fakultəsini
tapdı. Fakultənin qarşısında hamı elində qələm-dəftər nə isə
yazırlar divardan asılmış lövhədən. Ulduz da yaxınlaşır. Görür
bu dərs cədvəli. O, da çantasından qələm-dəftər götürüb qeyd
edir. Sonra 1-ci kursların arxasınca gedir. Onlar böyük bir otağa
daxil olurlar. Hamı əyləşir. İçəri fakultənin heyəti rəhbər başda olmaqla gəlir.
Uşaqları təbrik edir. Qız evə gəlir.
Sahibkar. Necə keçdi ilk günün?
Ulduz. Hər şey yaxşı idi, sağ olun.
Axşam yenə anasının şəkli ilə danışmağa başlayır.
Bilirsənmi ana, bu gün mənim ilk günüm idi. Hamı valideynləri ilə idi. Kaş
sən də yanımda olaydın. Elə darıxmışam ki səninçün. (Kövrəlir).
Artıq bir neçə gündür dərslər başlayıb. Bir gün ciddi görkəmli bir müəllim
auditoriyaya daxil olur. Dərs başlayır. Günahı olmasa belə Ulduzu danlayır:
Ay qız, sakit qal.
Ulduz ağlayır.
Müəllim. Özünü artistliyə vurma, gözünün yaşını sil.
Ulduz heç nə demir. Dərs qurtarır. Ulduz mağazaya gəlir. Axşamüstü Ulduz
mağazada kitabları səliqəyə salanda birdən səs eşidir.
Salam.
Ulduz üzünü çevirir və təəccüblənir.
Siz?.
Müəllim də təəccüblənir.
Sən? Sən burda nə gəzirsən?
Bu vaxt sahibkar gəlir.
Siz tanışsınız?
Müəllim. Bu qızı universitetdə gördüm, dərsdə.
Ulduz. Bu bizim müəllimdir.
Sahibkar. Bilirsənmi Ulduz, bu bizim daimi müştərimizdir, çox gözəl
insandır.
Ulduz heç nə demədi.
Müəllim. Bu qız burda nə gəzir?
Sahibkar müəllimi kənara çəkib olanları danışır. Müəllim çox peşman olur
bugünkü hadisəyə görə.
Müəllim. Bilirsən mən tək yaşayıram, qoy mənimlə qalsın.
Sahibkar. Bu müddət ərzində neçə dəfə dedim gedək mənim evimə, sənə
çətin olar, razılaşmadı.
Müəllim. Sən məni yaxşı tanıyırsan. Çalış razı sal bu işə.
“ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI
__________________________________________________________________________
10
Sahibkar Ulduzla danışdı, Ulduz razı olmasa da
Müəllim. Qorxma, bilirəm bu günkü hadisəyə görə məndən
qorxursan.. Məni tanısan görərsən ki, mən tamam başqa
insanam. (Sahibkardatəsdiqedir). Qız sahibkara inanırdı.
Razılaşır. Həmin an yığışır müəlliminin evinə. Müəllimi ilə
ünsiyyət qurmğa çətinlik çəkir.
Müəllim. Qorxma qızım, hamı məni qəddar kimi tanıyır. Mənim belə
olmağımın öz səbəbləri var, lakin səni ilk görəndən mənə çox güclü təsir
etmisən. Səni çox istəyirəm, əgər qızım olsan bundan az istəməzdim
(müəllim kövrəlir).
Ulduz. Qızınız, ailəniz yoxdur?
Müəllim. Uzun əhvalatdır. Sonra danışaram.
Müəllim qalxıb evlə tanış edir Ulduzu. Hər şeyin yerini göstərir. Artıq Ulduz
gələni bir neçə gündür ki, Adil müəllimdə qəribə dəyişiklik var. Bunu hətta
universitetdə də hiss ediblər. O, çox mehriban və gözəl insan olmağa
başlayıb. Yəqin onu belə dəyişən Ulduz idi.
Müəllim. Mənim həyatda heç kimim yoxdur. İstəyirəm səni övladlığa
götürüm.
Ulduz. Axı mənim..
Müəllim. Bilirəm valideynlərin var. Amma onlar səni axtarmayıblar (susur).
Uzun sükutdan sonra
Ulduz. Razıyam.
Müəllim Ulduzu qucaqlayır.
Müəllim. Amma istəyirəm adını Günəş qoyum. Çünki qaranlıq ömrümə
Günəş kimi nur saçdın.
Ulduz. Sizə necə xoşdur elə olsun.
Amma hələ Ulduz ona ”Ata” demirdi. Birinci kursu əla qiymətlərlə bitirib
ikinci kursa keçir. Hələ valideynlərdən xəbər yoxdur.
Müəllim. Görürəm dərslər çətinləşib, ev işləri ilə çatdıra bilmirsən. İstəyirəm
sənin üçün bir köməkçi tapım.
Ulduz razılaşır. Müəllim yaxınlarına və tanışlarına etibarlı adam axtardığını
deyir. Bir gün müəllimin dostlarından biri.
Bir qadın var. Artıq 3 gündür onu eyni yerdə oturmuş halda görürəm. Hiss
etmişəm ki, köməyə ehtiyacı var, lakin pul verdim almadı. Dilənçiyə oxşamır.
Onunla uzun söhbətdən sonra dedi ki, işləmək istəyirəm. İş təklif etdim,
söylədi heç bir təhsilim yoxdur. Tək yaxşı bacardığım ev işləridir. Birdən sən
yadıma düşdün.
“ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI
__________________________________________________________________________
11
Müəllim. Götür gəl bizə. Bununla həm qıza, həm o qadına
yardım etmiş olarıq.
Səhər Adil müəllimin dostu qadını Adil müəllimgilə gətirir.
Qadın içəri daxil olur. Gözləri Ulduzun gözlərinə sataşır. Çaşıb
qalır və düşünür ”Ulduzuma necə bənzəyir. Amma o, bu qədər
dəyişməz axı. Ola bilər Allah insanı eyni yaradır. nə bilim.” Ulduz düşünür
”Bu mənim anam ola bilməz. O, tək bura gələ bilməz. Yəqin mən
bənzədirəm. Ya da darıxdğım üçün belə düşündüm” Qadın içəri daxil olub
əyləşir. Lakin gözlərini Ulduzdan çəkmir. Elə Ulduz da ona baxır. Ulduz
gələnlərə çay gətirir.
Qadın. Adın nədir qızım?
Ulduz. Günəş.
Qadın. Gözəl adın var. Mənim qızıma bənzəyirsən (ah çəkir)
Ulduz. Qızınıza nə olub? (Ulduz həyəcanlanır).
Qadın. Uzun əhvalatdır.
Hamı dağılır. Qadın və Ulduz fikirli evdə bir-birlərinə baxa-baxa gəzirlər.
Axşam düşür.
Adil m. Sizi evinizə ötürüm izninizlə.
Qadın. Mənim evim yoxdur.
Ulduz. Qoy bizdə qalsın.
Müəllim Ulduzu kənara çəkir.
M. Biz hər adama izn verə bilmərik bizdə qalsın. Axı biz onu tanımırıq.
Ulduz. Görün necə qəmlidir? Anama oxşayır. Yəqin tənha qalıb.
Müəllim. Yaxşı nə deyim daha. Qonşu otaqda yatar.
Ulduz sevinir.
Ulduz. Xala gedək sizə yerinizi göstərim. Bu gündən bizimlə yaşayacaqsınız.
Qadın. Narahat olmayın mənə görə.
Ulduz. Nə narahat olmaq. Bizim heç kimimiz yoxdur. Biz tək qalırıq. Qalın
burda (Ulduz təkid edib qadını razlığa gətirir).
Ona evi və qadının öz otağını göstərir. Hamı otağına keçir, uzanır yatağına.
Ulduz anasının şəklini götürür “Qonşu otaqda bir qadın var, tamamilə sənin
kimidir. Lap çaşıb qalmışam. Doğurdanmı bu sənsən? Onu soruşmağa
utanıram. Nə isə düzgün anlamaz. Həm qızına nə isə olub. Sabah mütləq
öyrənəcəm. Bəlkə kömək edə bildim”. Qadın da qızının köynəyini
qoxlayaraq yerində düşünür ”Sən getdiyin gündən qoxunu bundan alıram
qızım. Axı indi sən hardasan, nə edirsən? İndi mən bir evdəyəm. Qonşu
otaqda bir qız var, sənə bənzəyir, mənim şıltaq qızım. Hansısa qüvvə məni
“ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI
__________________________________________________________________________
12
cəzb edirdi onda. Amma inanmıram o qız sənsən. Axı onun adı
Günəşdir (qadın ağlayır).
Səhər açılır. İstirahət günüdür. Qadın erkən oyanıb səhər
yeməyi hazırlayır. Ulduz oyanır, lakin balıncın altından
anasının şəklini götürməyi unudur. Hamam otağına keçir.
Qadın bu an onun otağını səliqəyə salmağa gedir. Balıncı götürəndə yerə
şəkil düşür arxası yuxarı. Qadın şəkli götürüb baxmaq istəyəndə qız içəri
daxil olur.
Ulduz. Zəhmət olmasa verin. Anamın şəklidir. Ayrılıqdan bəri yeganə
təsəllim olub bu şəkil. Hər gecə onunla danışıram. Öpürəm, ağlayıram. Kaş
özü də yanımda olaydı. Elə darıxmışam ki səsi üçün, qoxusu üçün. Çox gözəl
qadındır.
Qadın. İcazə verərsənmi baxım şəklə?
Ulduz. Əlbəttə, buyurun.
Qadın şəkli alıb baxanda dünya başına fırlanır sanki. Qızın boynunu
qucaqlayıb ağlayır.
Qadın. Axı niyə səni ilk görəndə..(ağlayır). (Qız çaşıb qalıb).
Ulduz. Xala sizə nə oldu, siz anamı tanıyırsınız? Elə mən də sizi kiməsə
bənzətdim. Anam necedir?
Qadın. Qızım görürsənmi necə dəyişmişəm ananı tanıya bilmədin. Bağışla
məni. Mən də sənin üçün darıxmışam. Sən getdiyin gündən qoxunu
paltarlarından alıram. Hər gecə yuxuma gəlib məni öpürdün.
Ulduz. Sən də mənim yuxuma gəldin, ana. O qədər ağladım ki sənin üçün
(Qız-ana bir-birinə sarılır. Bu zaman Adil m. otağa daxil olur).
Adilm. Necə? Siz.. (kövrəlir). Sən necə anasan, siz necə valideynsiniz? Qızının
ən mühüm anında yanında ola bilmədiniz. Sevincini, uğurunu, həyəcanını
onunla bölüşə bilmədiniz.
Sonra qız atasını soruşur.
Ana. Sən gedəndən içir. Bir gün ağır xəstəliyə tutulacaq. Səni axtarmaq
haqqında deyəndə getsən qayıtma söylədi. Dözə bilməyib çıxdım evdən.
Ulduz. Can ana, necə qocalmısansa tanıya bilmədim. Saçlarının ağına qurban
olum. Müəllimə necədir?
Anası. Sən itdiyin gündən qəribə olub. Ağlayır, darıxır.
Ulduz. Mənim üçün də çox çətin oldu. Amma həyatda yaxşı insanlar var.
Mənə çox kömək etdilər.
Anası. Bəs sən bura necə gəldin?
Ulduz. İndi bunun əhəmiyyəti yoxdur. Əsas odur ki, indi mən istədiyimə nail
olmuşam.
“ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI
__________________________________________________________________________
13
Onlar bu evdə yaşamağa başlayır. Qız artıq 4-cü kursda oxuyur.
Dərsin sonunda fakultə rəhbərinin iştirakı ilə iclas təşkil olunur.
İclas saat 14:00-da başlanır.
Rəhbər. Bizim universitetin bir neçə şirkətlərlə əlaqələri var. Hər
il əlaçı məzunlarımızı onlar işə qəbul edir. Bu il də bir neçə
tələbə namizədlər var. Onlardan biri də Günəş İbrahimlidir (Günəş çox
sevinir, nə deyəcəyini bilmir). Razısanmmı Günəş?
Günəş. Əlbəttə razıyam. Amma bilmirəm mən bunu bacara bilərəmmi?
Dekan. Əlbəttə bacararsan. Sənə uğur diləyirik.
Günəş sevinərək evə gəlir. Olanları olduğu kimi danışır. Müəllim və anası
çox sevinir. Onu təbrik edirlər.
Ulduz. Bir həftədən sonra işə başlayıram.
Adilm. Yaxşı edirsən. Uğurların davamlı olsun.
Ulduz. Sağ olun. Sizə borcluyam (öpür).
Ulduz işə çıxır. Çox iri və inkişaf etmiş bir şirkətdir. İşçi heyəti savadlı
insanlardır. Ulduz məsuliyyətli olmasına görə burda da fərqlənir. Az keçmir
ki, rəhbər vəzifələrdən birini tutur. Bir gün iş yoldaşlarının söhbətini eşidir.
1-ciadam. Nə edirəmsə uşağım oxumaq istəmir.
2-ciadam. Bizdə də vəziyyət eynidir. Görəsən, harda səhv etmişik?
3-cüadam. Uşaqlara istədiyi həyatı yaşatmaq üçün çox əziyyət çəkmişik.
Oxumaq istmir övladım. Anlamaq istəmir ki, heç mənimçün oxumur axı.
Ulduz söhbəti eşidib yaxınlaşır.
Ulduz. İstəmədən eşitdim söhbətinizi. Övladlarınız hansı məktəbdə oxuyur?.
Hamısı. X nömrəli məktəbdə.
Ulduz. Anladım. Kərimə deyin yanıma gəlsin.
1-ci adam. Oldu.
Ulduz otağına keçdi. Bir anlıq öz həyatını və oxumaq istəməyən uşaqları
düşündü. Bu an Kərim otağa daxil oldu.
Kərim. Məni çağırmısınız?
Ulduz. Bəli Kərim, çox vacib işlərim var. Burdakı işlərdə mənə kömək et. Ola
bilsin işə də gələ bilmədim.
Kərim. Narahat olmayın, mənə güvənə bilərsiniz.
Ulduz evə gəlir və elə həmin gecə öz həyatını əks etdirən kiçik bir hekayə
yazır, adı ”Tükənməz sərvət” Səhər hekayəni çıxartdırır,gətirir məktəbə. X
nömrəli məktəbə gəlir. Direktorun otağını soruşur. Göstərirlər. Qapını döyüb
otağa daxil olur.
Ulduz. Salam. Mənim bir layihəm var. İstəyirəm bu məktəbdə həyata
keçirim.
“ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI
__________________________________________________________________________
14
Direktor. O nə layihəsidir? Niyə bizim məktəbi seçmisiniz?
Ulduz.. Bir yarışdır. Kiçik bir hekayə var. Onu təhlil edəcəklər.
Ən yaxşı təhlilin sahibi mükafatlanacaq.
Direktor. Özünüzü yormayın. Bizim uşaqlar inanmıram
razılaşar. İnanmıram faydası olar.
Ulduz. Gəlin bir cəhd edək. Ümidinizi üzməyin. Nə lazımdırsa edin,
uşaqlarla bu yarış baş tutsun. Direktor razılaşır. Yarış təşkil olunur. Bir həftə
sonra qalibə hədiyyəni təqdim etmə mərasimi akt zalında təşkil olunur. Belə
tədbirin olacağını Adil müəllim də bilir və düşünür ”Əsl fürsətdir bir ata və
balanı barışdırmaq üçün” Adil müəllim Ulduzgilin rayondakı evinə gedir.
Kənddə soruşa-soruşa evi tapır. İçəri daxil olur.
Adil m. Salam.
Kazım. Salam nə lazımdır? (yataqda uzanıb,qalxmağa cəhd edir).
Adilm. Narahat olmayın, uzanın. Mən bura bir məsələ üçün gəlmişəm.
Kazım. Buyurun eşidirəm.
Adilm. Sizin qızınız Ulduz.
Kazım. Mənim o adda qızım yoxdur (üzünü yana çevirir)
Adil m. Qulaq asın mənə. Mənim övladım yoxdur. Daim arzuladım şikəst
olsa belə bir övladım olsun. Amma siz sağlam, ağıllı bir övladdan imtina
edirsiniz. Nə sizin, nə mənim haqqımız yoxdur kiminsə arzusunu, sevgisini
boğaq. O, çox ağıllıdır. Oxumaq üçün qaçdı. Namusuyla çalışdı. Zəhmət
çəkdi (Ata ağlayır, göz yaşlarını gizlədir). Onun heç bir şad günündə yanında
ola bilmədiniz. Heç olmasa indi gəlin. Allah bir övlad qazanmaq üçün sizə
şans verir. O, mənim övladdımdır. Lakin onun hər şeyi olsa da atasızlıq
boşluğunu doldura bilmirəm. Onun hekayəsinin təqdimatı olacaq. Siz də
gəlin. Ünvan burdadır. Sabaha qədər vaxtınız var. Mən gedirəm.
Kazım. Çıxın evimdən.
Adil müəllim çıxıb gedir.
Məktəbin bütün heyəti, valideynlər və şagirdlər yığışdılar. Bu tədbirə
sahibkar, Azər müəllim, Ulduzun anası da gəldi. Adil müəllim hələ yox idi.
Gecikirdi. Günəş fikirləşir ”O, məni tək qoymaz axı”
Ulduz. Qalibi təqdim etməmişdən öncə kiminsə sualı varmı əsər haqqında?
1-ci şagird. Bu olmuş hadisədirmi?
Ulduz. Bəli. Çox təəssüf hissiylə deyirəm ki, XXI əsrdə yaşasaq da hələ belə
ailələr var.
II şagird. Bu qızı tanıyırsınız?
Ulduz. Bəli.
III şagird. Bəlkə bir gün təşkil edəsiniz biz də görək o qızı?
“ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI
__________________________________________________________________________
15
Ulduz. O, burdadır. Siz onu görürsünüz (hamı təəccüblənir).
IV şagird. Bəs o qızın yerinə olsanız bağışlayardınız
valideynlərinizi?
Ulduzun gözü qapıdadır. Kimisə gözləyir sanki. Adil müəllim
hələ gecikir.
Ulduz. Üzr istəyirəm sualı təkrar edin (Sual təkrar olunur).
Adil m. Onun böyük ürəyi var. O, bağışlayar (zala daxil olur).
Hamı. Bu kimdir?.
Ulduz. Atamdır. (Adil müəllim kövrəlir).
Ulduz. Bağışla sizin sualınıza cavab vermədim. Bağışlayardım. Onları çox
sevirəm. Amma mənim üçün də maraqlıdır bəs onlar bağışlayardımı
övladlarını?
Kazım. Bağışlayar (zala daxil olur. Rəna müəllimə də yanında). Ulduz və
hamı çox təəccüblənir. O, səhnədən enərək ilk olaraq müəlliməsinin əlindən
öpür və ağlayır. Hamı təəcüblə baxır.
Ulduz. O qız mənəm (üzünü zala tutur).
Rəna müəllimə. Atanı qucaqla.
Bəlkə həyatında ilk dəfə atasını qucaqlayır. Atasını və müəlliməsini
əyləşdirir. Qalxır səhnəyə.
Ulduz. İndi isə qalibi elan edək.
Qalib..(sükut) Orxan Hüseynovdur. (Hamı təəccüblənir).
Şagirdlər. O, məktəbin ən pis oxuyan şagirdidir. O, heç nə bilmir.
Orxan səliqəsiz geyimdə, utana-utana səhnəyə gəlir.
Ulduz. Sakit olun. Al özün oxu Orxan.
Orxan. Zəhmət olmasa siz oxuyun.
Ulduz oxuyur “Valideynlərimə inad edərək dərs oxumurdum. Düşünürdüm
ki, valideynlərim məni sevmirsə mən də oxumayacam. O qızı özümün
halımla müqayisə etdim. O zəif dediyimiz qız oxumaq üçün nələr edir, amma
biz hər şəraitimiz olduğumuz halda oxumadıq. Bu günə qədər itirdiyim
zamana görə çox peşmanam. Amma söz verirəm ki, oxuyacam (məktubu
qatlayır). Əziz uşaqlar 1 həqiqət var ki, arzu olmasa yaşamağa dəyməz.
Valideyn öz övladının bütün arzularını yerinə yetirməklə onu arzusuz qoyur
və yaşamaqdan məhrum edir. Çalışın arzularınızı öz zəhmətinizlə
reallaşdırın. İndi isə mükafatı təqdim edim. Buyur Orxan.
Orxan. Düşünmürdüm qalib olacam. Düşünürdüm ki, siz də yazdıqlarıma
baxıb mənə axmaq kimi baxacaq və mənə dəyər verməyəcəksiniz. Bir halda
ki qalibəm. Mükafatımı uşaqlar evinə hədiyyə edirəm (Orxan zaldan çıxır.
Hamı onu alqışlayır). İclas bitir. Hamı zaldan çıxır.
“ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI
__________________________________________________________________________
16
Kazım. Məni bağışlayarsanmı qızım?
Ulduz. Bu nə sözdür ata? Hər zaman qucaqlamaq istədim səni.
Zaldan çıxanda
Kazım. Özümü pis hiss edirəm. Bəlkə bu son sözümdür. Sənə
xoşbəxtlik arzulayıram (gözünü əbədi yumur). Ulduz da
ağlayır. Bu hadisədən 2 ay sonra Ulduz atasının adına xeyriyyə fondu açdırır.
Həmin il X nömrəli məktəb gözəl nəticəyə görə 1-ci yerə çıxır. Orxan
Hüseynovun isə 700 bal toplayır.
Dostları ilə paylaş: |