Çuqunun modifisirlənməsində işlədilən materiallar



Yüklə 0,98 Mb.
tarix14.04.2023
ölçüsü0,98 Mb.
#105482
Çuqunun modifisirlənməsində işlədilən materiallar

Çuqunun modifisirlənməsində işlədilən materiallar

Həsənov V.H. Bayramova F.İ.

  • Maye çuquna az miqdarda müxtəlif elementlərin əlavə edilməsi ilə emal mexanizminin mahiyyəti ərintinin kristallaşması dövründə qrafitləşmə prosesinin tənzimlənməsindən ibarətdir. Evtektik kristallaşma dövründə maye çuqunda aktiv mərkəzlərin yaranması ilə əsaslandırılan qrafıtləşmənin sürətlənməsi və ya əlavənin oksigensizləşməsi təsiri çuqunda sementit strukturun yaranmasının qarşısını alır. Bu isə evtektoid arasında matrisanın ferritləşdirilməsinə gətirir. Qrafitləşmənin qarşısı bu intervallarda tormozlandıqda, məsələn austenitin dözümlülüyünün yüksəldilməsi ilə, perlitli struktur yaranır. Ayrı-ayrı elementlərin çuqunun maye halda evtektik və kritikdən yuxarı və evtektoid intervallarında qrafitləşdirilməsinə təsir dərəcəsini bilərək, tələb olunan çuqunun son strukturunu təmin edən əlavələrin tərkibini seçmək olar.

 
Şərti
qruplar

 
Elementlər

Qrafitləşməyə təsir

Maye halda

Evtektik intervalda

Kritik intervaldan
yuxarıda

Evtektoid intervalında

I

C, Sİ, Al, Ca

+

+

+

+

II

Cr,Te,Sb

_

_

_

_

III

Cu, Ni, As

+ və ya 0

+ və ya 0

+ və ya 0

_

IV

Ca, Pb

+

+

0 və ya zəif +

0 və ya zəif +

Qeyd: “+” qrafitləşdirici təsir; “_” antiqrafitləşdirici təsir; “0” təsir göstərmir. Cədvəldən görünür ki, evtektik kristallaşma dövründə çuquna ən güclü qrafıtləşdirici təsiri karbon, silisium, alüminium, kalsium kimi elementlər göstərirlər. Onların dalınca qurğuşun, nikel, mis, qalay və sink gəlir.
Nəzərə almaq lazımdır ki, evtektik intervalda qrafıtləşmənin sürətləndirilməsi çuquna təsir edən bu və ya digər elementin seçilməsi üçün lazımdır, lakin kifayət deyil. Məsələn, qurğuşun qrafıtləşməyə kömək edərək qrafıtin ilkin austenit dənələrinin sərhədlərində paylanması nəticəsində çuqunun mexaniki xassələrini pisləşdirir. Digər tərəfdən qeyd etmək olar ki, mis, nikel və arsen defisit elementlərdir və onların modifısirləşdiricilər kimi istifadəsi faydasızdır. Bu məqsədlə sinkin istifadəsi də istənilməzdir. Çünki, onun maye çuquna daxil edilməsi nəzərə çarpacaq dərəcədə qaz və buxarın ayrılması ilə müşahidə edilir. Ayrılmalar xoşagəlməz qoxuya malik olaraq, sexin atmosferini çirkləndirir və işçilərin səhətinə mənfı təsir göstərir.
Çuqunda aktiv mərkəzləri yaradan və oksigensizləşdirici təsir göstərən silisium adətən maye çuquna ferrosilisium və silikokalsium şəklində verilir. Lakin, [10, 16] əsasən töküklərdə optimal qrafıtləşdirici effekt və mexaniki xassələr yalnız 1400°C-dən yüksək temperaturlarda alınır. Bu zaman verilən ferrosilisiumun dispersiyası kifayət qədər yüksək olmalıdır (0,2-0,5 mm). Çünki, əks halda o maye çuqunla tam mənimsənilmir. Təxminən eyni şəkil silikokalsium, silikosirkonium və silikobariumdan istifadə edildikdə alınır. Onlar həm qrafitləşdirici həm də oksigensizləşdirici təsir göstərir. Bundan əlavə müəlliflər [15] göstərirlər ki, yüksək kristallaşma sürətlərində onlar çuqunun qrafıtləşməsinə mühüm təsir göstərir. Bu baxımdan töküklər su ilə soyudulan metal qəliblərdə alındıqda onların istifadəsi az səmərəli ola bilər.
Həmin işdə pilləvari nümunədə alınmış ağarma dərinliyi və çuqunun mikrostrukturunun xarakteri barəsində məlumatlar verilir. Tədqiqatlarda tərkibində 3,5% C və 1,4% Si olan və 0,9% Cu silikomis metalla emal olunmuş sintetik çuqun təhlil edilmişdir. Müxtəlif modifısirləşdirici əlavələr çalovdakı maye çuqunun kütləsinin 0,4%-i qədər verilirdi.
Bu baxımdan [14] işdə göstərilən müxtəlif elementlərin qrafıtləşməyə təsiri haqqında məlumatlar şübhəsiz maraq doğurur.
Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə