Mövzu 15. Ünsiyyət prosesində psixoloji təsir vasitələri



Yüklə 76,5 Kb.
səhifə1/3
tarix28.12.2022
ölçüsü76,5 Kb.
#97967
  1   2   3

Mövzu 15. Ünsiyyət prosesində psixoloji təsir vasitələri
Ünsiyyət prosesində insanlar bir-biri ilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstərir, bir-birlərini qavrayır və anlayırlar. Bütün bunlar başlıca olaraq birgə qrup fəaliyyəti prosesində baş verir. Bu zaman istər-istəməz ünsiyyət prosesi üçün determinant rolunu birgə qrup fəaliyyəti oynayır və insanların bir-birlərinə psixoloji təsir vasitəsi həmin fəaliyyətinin məzmunu, məqsədi ilə şərtlənir. Lakin təcrübə göstərir ki, bir çox hallarda təsadüfi, kor-koranə qruplarda da ümumi fəaliyyətlə əlaqədar olmayan müxtəlif formalı ünsiyyət də özünü göstərə bilir. Bu prosesdə özünəməxsus psixoloji təsir vasitələri təzahür edir. Həmin psixoloji təsir vasitələri təkcə kor-koranə yaranan, təsadüfi təmasda olan adamlara deyil, ümumiyyətlə ünsiyyətin bütün formalarında öz rollarını oynaya bilirlər.
Ünsiyyət prosesində özünü göstərən bu cür psixoloji təsir vasitələri çoxcəhətlidir. Psixolji ədəbiyyatda bu cür psixoloji təsir vasitələrinə andlar, alqışlar və qarğışları, psixoloji sirayəti, təlqin və təqlidi, şayiələri, modanı aid edirlər.
And, alqış və qarğış. insan münasibətlərində mühüm yeri var. Ata-babalarımız anda inanırdılar, andı pozan, əmanədə xəyanət edən. Yalançı adamlara bel bağlamırdılar, onlardan çox vaxt döndərir, onlarla çörək kəsmirdilər. Güzəran psixologiyasında andın 2 forması vardır: and icmə və and vermə. Andın kökləri inanclara bağlıdır. Müşahidələr göstərir ki, başa, ana südün, çörəyə, qılınca and içərdilər. Andların təsir gücü böyük idi. Anda baxmayan, öz əməllərindən çəkinməyən adamlar el-obanın gözündə hörmətdən düşürdü. Andın sosial-psixoloji baxımdan son dərəcə maraqlı bir forması vardır. Alqışlar və qarğışlar öz kökü ilə əski etiqadlar və bədii anlamlarla sıx əlaqədardır. Ta qədim zamanlardan insanlar sözün sehrli qüvvəsinə inanmış və başqalarına xoş və ya pis arzularını alqış və qarğışlarda ifadə etməyə çalışmışlar.
Psixoloqlar psixoloji yönümdə alqışların və qarğışların 3 tipini qeyd edirlər:
1)Müxtəlif həyati situasiyalarda ratlaşmış adamların bir-birini alqışlaması və qarğışlaması;
2)Doğma və yaxın adamların bir-birini alqışlaması və qarğışlaası;
3)Ayrı-ayrılıqda adamların özlərini alqışlaması və qarğışlaması.
Psixoloji sirayət. Psixoloji şirayət (və y yoluxma) effekti kiçik qruplarda müşahidə olunur. İnsanlar kütlə daxilində psixoloji şirayətə daha asanlıqla məruz qalırlar. Müxtəlif kütləvi psixoz hadisələr, ritual rəqslər, idmaq yarışları və panika (küyə düşmə) şəraitində adamlarn davranış və rəftarı zamanı insanlarda müəyyən psixi halətlər yaranır. Məsələn, stadionda tamaşaçı belə asanlıqla kütləyə qoşulub qışqırmağa, yersiz hərəkətlər etməyə başlayır. Bu proses şüursuz, qeyri ixtiyari xarakter daşıyır. Psixoloji şəraitin xarakteri və səviyyəsi müxtəlif amillərlə şərtlənir. Təsadüfi (yanğın zamanı küçəyə yığılmış camaat) ekspressiv (dəfn mərasimi), konvensial (futbol oyunu tamaşaları) və ya fəal kütlədə (məsələn, təbii fəlakət zamanı xilas olan kənd camaatı) psixoloji sirayət spesifik xüsusiyyətlərlə meydana çıxır. Auditoriyanın yaş və cins xarakteristikası psixoloji şəraitin dinamikasına mühüm təsir göstərir. Şəxsiyyətin ümumi inkişaf səviyyəsi, xüsusilə onların mənlik və əxlaqi şüurun rolunu da bu baxımdan ayrıca qeyd olunmalıdır. Təcrübə göstərir ki, psixoloji şərait bir çox hallarda çaxnaşma, vahimə (panika) şəklində təzahür edir. Çaxnaşma, vahimə insan kütləsi arasında müəyyən emosional halət kimi yaranır. Onun başlıca səbəbi hər hansı bir qorxulu və ya başa düşülməyən yenilik haqqında məlumatsızlıq, ya da məlumatın həddindən çoxluğu ola bilər. Bu baxımdan vahimə (panika) halları psixoloji cəhətdən qorxulu halətləri ilə xarakterizə olunur.
Ünsiyyət zamanı insanlar bir-birləi ilə təkcə informasiya mübadiləsi aparmaqla və bir-birlərini qavramaqla, anlamaqla kifayətlənmirlər. Onlar bir-birlərinə psixoloji təsir də göstərir, bir-birinin davranışını istiqamətləndirə, idarə edə də bilirlər. Bunun üçün ən səmərəli sosial-psixoloji təsir vasitəsi kimi təlqin və təqlidi də qeyd edirlər.

Yüklə 76,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə