RadiOQƏbulediCİLƏr haqqinda ümumi MƏlumat



Yüklə 364,58 Kb.
səhifə1/4
tarix30.12.2023
ölçüsü364,58 Kb.
#164714
  1   2   3   4
RADİOQƏBULEDİCİLƏR


RADİOQƏBULEDİCİLƏR HAQQINDA ÜMUMİ MƏLUMAT

Biz hamımız elektromaqnit dalğalarının qəbulu qurğularından istifadə edirik, lakin çoz az hallarda onun iş prinsipi ilə maraqlanırıq. Təcrübə göstərir ki, elektromaqnit dalğalarını tutmaq üçün adi məftil (naqil) parçası kifayətdir. Lakin naqil yalnız siqnalı təyin etməyə imkan verir. Bu siqnalı naqildə yaranan çoxlu sayda müxtəlif siqnallardan ayırmaq və canlandırmaq üçün mürəkkəb qurğu tələb olunur.


Popov və Markoni tərəfindən yaradılmış ilk qəbuledici teleqraf siqnallarını (Morze kodu olan nöqtə və tireləri) qəbul edirdi. O zamanlar efir boş olduğuna görə qurğunun seçiçiliyinə tələbat yox idi. Əsas məsələ nöqtəni tiredən ayırd etmək idi. Rabitənin uzaqlığı isə əsasən vericinin gücündən və antenanın effektivliyindən (qabaritindən) asılı idi.
Müasir dövrdə çoxlu sayda radiostansiyaların efirdə biri-birinə maneəsiz işləməsi üçün onların hər birinə ayrıca (məxsusi) tezlik ayrılır. Öz növbəsində radioqəbuledici də bu tezliklərə köklənə bilməlidir. Bu məqsədlə bütün qəbuledici qurğularda induktiv və tutumdan ibarət, qapalı dövrə olan, xüsusi qurğudan – rəqs konturundan (şəkil 1.4) istifadə olunur.
Əgər kontura təsir edən siqnalın tezliyi rəqs konturunun tezliyi ilə üst-üstə düşərsə, bu halda, rezonans hadisəsi baş verir, yəni rəqsin amplitudu maksimal qiymət alır.



Şəkil 1.4. Rəqs konturunun iş prinsipi

Məhz bu xüsusiyyət qəbuledicini müxtəlif tezliyə kökləməyə və lazım olan radiostansiyanı çoxlu sayda digər radiostansiyalardan ayırmağa (seçməyə) imkan verir.


Rəqs konturunu rezonansa kökləmək üçün onun tezliyini dəyişdirmək lazımdır. Beləliklə efirdə mövcud olan tezliklər xaosundan lazım olan tezliyi ayırmaq mümkündür. Bəs sonra? Axı bu üsulla tutulmuş siqnal yüksək tezliklidir. Faydalı məlumat isə alçaqtezlikli səs siqnallarıdır. Adətən antennaya da açılmış rəqs konturu kimi baxırlar. Burada antenanın gövdəsi induktivlik, kondensatorun lövhələrindən biri fəzada asılı qalır, digəri isə yerə birləşmiş olur. Antenanın induktivliyi və tutumu onun həndəsi ölçüləri, konstruksiyası, antenanın materialı və s. ilə təyin edilir. Adi rəqs konturuna nisbətən antenanın hesablanması çox mürəkkəbdir. Radionun kəşfindən sonra alimlər ideal maksimal effektivli və minimal ölçülü antenna yaratmaq problemi üzərində çalışırlar. Bu məsələ indi də aktual olaraq qalmaqdadır.
Ümumi halda siqnalların qəbulu prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
1.Elektromaqnit dalğaları antennada yüksək tezlikli cərəyan yaradır.
2.Bu cərəyanlar giriş dövrəsinə daxil olur.
3.Kontur tezliklər çoxluğundan kökləndiyi dar tezlik zolağını ayırır.
4.Ayrılmış yüksək tezlikli siqnaldan faydalı məlumat olan səs tezliyi ayrılır.
5.Ayrılmış səs tezliyi eşidilə bilən akustik dalğaya çevrilir.
Detektor qəbuledicisi. Yüksək tezlikli siqnaldan səsin ayrılması prosesinə demodulyasiya və ya detektorlama deyilir. Demodulyasiya detektorun köməyi ilə əldə edilir. Radionun inkişafı tarixində detektor olaraq müxtəlif qurğulardan istifadə edilmişdir. İlk olaraq kristallik, maye və ya maqnit detektorlarından, sonralar vakuum diodları və nəhayət yarımkeçirici elementlərdən istifadə olunur. Amplitud detektorunun məqsədi dəyişən cərəyanı sabit cərəyana çevirməkdir.
Yüksəktezlikli siqnalların emalı prosesini müasir qəbuledicilərin ilkin nümuməsi olan detektor qəbuledicilərində öyrənək (şəkil 1.5).

Şəkil 1.5. Detektor qəbuledicisi və onun müxtəlif nöqtələrdə siqnalın forması

Antenna tərəfindən tutulmuş yüksəktezlikli siqnallardan yalnız rəqs konturunun rezonans tezliyinə uyğun olan rəqslər qəbul olunur. (1) nöqtəsində amplitud modulyasiyalı ayrılmış yüksək tezlikli siqnalın forması göstərilmişdir. Detektorun vəzifəsi bu siqnalın müsbət yarımdalğasını (2) ayırmaqdır. Göründüyü kimi həmin hissədə də faydalı məlumat mövcuddur. Burada faydalı məlumat qırıq-qırıq xətlərlə göstərilmişdir və o yüksək tezlikli siqnalın bürüyənini (qurşağını) təşkil edir. Lakin yüksək tezlikli siqnalı ucadan danışanda eşitmək mümkün olmadığından ayrılmış siqnaldan onu ayırmaq (təmizləmək) lazımdır. Yüksək tezlikli siqnalı ayırmaq üçün dioddan sonra yükə paralel olaraq kondensator qoşulmuşdur. Kondensatorun qiyməti elə seçilir ki, o yalnız yüksək tezlikli siqnalı buraxır – necə deyərlər onu yerə verir. Beləliklə ayrılmış faydalı siqnal ucadanışanın girişində (3) yaranır.


Detektor qəbuledicilərinin mənfi cəhəti – həssaslığının və seçiciliyin aşağı olması, siqnalın gücünün azlığıdır. Sxemdən göründüyü kimi qəbuledicidə qida mənbəyi yoxdur və o elektromaqnit dalğasının enerjisi hesabına işləyir. Buna görə də siqnal çox zəif canlandırılır. Detektorlu qəbuledicinin köməyi ilə yalnız güclü radiostansiyaları dinləmək mümkündür. Siqnalı gücləndirmək üçün xüsusi gücləndiricilərdən istifadə edilir ki, bu da sxemi mürəkəbləşdirir.
Detektor qəbuledicilərin köməyi ilə yalnız amplitud modullanmış (AM) siqnalları qəbul etmək mümkündür ki, bu da, müasir dövrdə yalnız radioyayımda istifadə olunur. Hərəkət edən obyektlərlə rabitədə adətən tezlik modullanmış siqnallar və ya bir yanzolaqlı modullanmış siqnallar qəbul edilir. Bütün bu çatışmamazlıqlara baxmayaraq detektorlu qəbuledicilərdən XX əsrin əvvələrinə qədər istifadə edilmişdir.

Yüklə 364,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə