Edqar Allan Po
vivo-book.com
Morq küçəsində qətl
vivo
Morq küçəsində qətl
4 |
s ə h i f ə
Edqar Allan Po
« Morq küçəsində qətl »
hekayə
PDF hazırladı - Nizami Əlisoy (lisoynizami@gmail.com)
©Vivo-Book.com |Bakı - 2015
vivo
Morq küçəsində qətl
5 |
s ə h i f ə
***
Dəniz pəriləri necə mahnılar oxudular, yaxud Axilles qadın-
lar arasında gizlənəndə özünə hansı adı uydurdu − bunlar dolaşıq
suallardır və burada nə isə bir müəmma var.
Ser Tomas Braun
İnsan zəkasının həyat hadisələrini təhlil etmək qabiliyyəti az
öyrənilir. Biz insanın qabiliyyətinə yalnız gördüyü işin nəticəsinə
görə qiymət veririk. Məlumdur ki, qeyri-adi istedadlı bir adam
üçün təhlil etmək bacarığı əsl həzz mənbəyidir. Güclü adam qüv-
vəsiylə qürrələnib, əzələlərini işlətməyə vadar edən təmrinlərdən
ləzzət aldığı kimi, analiz edən şəxs də mənəvi fəaliyyətində dolaşı-
qları açması ilə öyünür, onun istedadını fəaliyyətə gətirən ən əhə-
miyyətsiz məşğuliyyətindən həzz alır. O, tapmacalar, müəmmalar
və başsındırmaların vurğunudur. Çətin məsələlərin həllində müəy-
yən bacarıq nümayiş etdirir. Bu da adi zəka sahibi üçün az qala
qeyri-təbii görünür. Məhz müəyyən metod sayəsində bu cür key-
fiyyət başqalarına bəşər övladının duyma qabiliyyətinin möcüzəsi
təsirini bağışlayır.
Mühakimə etmə qabiliyyəti riyazi savadın, xüsusilə də onun
ali bölməsi sayəsində xeyli möhkəmlənir. Bu bölmə yalnış olaraq
əməliyyatın əks təsiri üzündən, necə deyərlər, “parexcellence”
analiz adlanır. Bununla belə, hesablamaq öz-özlüyündə analiz
etmək deyildir. Məsələn, şahmatçı analizə cəhd göstərməyərək,
hesablama aparır. Buradan belə bir nəticə çıxır ki, zehn üçün son
dərəcə xeyirli olan şahmat oyunu haqqında təsəvvür tam anlaşıl-
mazlıq üzərində dayanır. Mən heç də elmi əsər yazmıram, sadəcə
olaraq təsadüfi müşahidələrimin nəticəsində yazmaq istədiyim, bir
vivo
Morq küçəsində qətl
6 |
s ə h i f ə
qədər qeyri-adi görünən hekayətimə müqəddimə verirəm. Buna
görə də, fürsətdən istifadə edərək bildirirəm ki, çox da çətin olma-
yan dama oyunu daha dərindən düşünməyi tələb edir, zehni inkişaf
etdirmək üçün xəyali incəlikləri olan şahmat oyununa nisbətən
daha mürəkkəb və faydalı məsləhətlər verir. Şahmatda fiqurların
müxtəlif və qəribə gedişləri var. Bu mürəkkəblik (bildiyimiz kimi
tez-tez olur) səhvən dərinlik kimi qəbul edilir. Burada bütün diq-
qət oyuna yönəldilir. Diqqətin bir anlığa zəifləməsi səhvə gətirib
çıxarır və ya məğlubiyyətlə nəticələnir. Şahmatda münkün olan
müxtəlif gedişlər eyni dərəcədə qiymətlidir. Buna görə də səhvlər
getdikcə artır və on oyundan doqquzunda diqqətini daha yaxşı
cəmləşdirən şahmatçı qalib gəlir. Dama oyununda isə əksinə olur.
Burada gedişlərin məhdud və az variantı var. Səhv etmək
ehtimalı azalır, diqqət bir o qədər rol oynamır. Fərasətli oyunçu
müvəffəqiyyət qazanır. Əyanilik üçün gəlin bir dama oyununu tə-
səvvürümüzə gətirək. Burada damaların sayı dörddür və heç bir
diqqətsizliyə yol verilmir. Aydındır ki, burada qələbəni (oyunçular
bərabər səviyyəli olduğundan), beynini var qüvvəsi ilə işə salan
oyunçu incə bir gedişlə əldə edə bilər.
Adi imkanlardan məhrum olan şəxs çalışır ki, rəqibinin fi-
kirlərini öyrənsin, dərhal özünü onun yerində hesab edir, çox vaxt
bir baxışdan yeganə yolu (bəzən ən sadəsini) seçir, bu da onu səhv
hesablamaya sövq edir. Vist kart oyunudur, insanın hesablama
qabiliyyətinə onun təsiri çoxdan məlumdur; bu da məlumdur ki,
böyük zəka sahibləri vistə qarşı izaholunmaz dərəcədə meyl göstə-
riblər, şahmata isə əhəmiyyətsiz bir əyləncə kimi məhəl qoyma-
yıblar. Buna şübhə ola bilməz ki, heç bir başqa oyun analiz üçün
bu qədər qabiliyyət tələb etmir.
Dünyada ən yaxşı şahmatçı yalnız şahmatçı olaraq qalır,
halbuki vistdə məharətli oyun insan fəaliyyətinin daha vacib sahə-
lərində qələbə çalmaq bacarığı ilə birləşir, burada zəka ilə yarışır.
vivo
Morq küçəsində qətl
7 |
s ə h i f ə
“Məharətli oyun” dedikdə kamilliyin ali dərəcəsini nəzərdə tutu-
ram; bu vaxt, oyunçu qələbəyə gətirib çıxaran bütün fəndlərə yiyə-
lənmiş olur. Bu fəndlər nəinki saysız-hesabsızdır, eyni zamanda
rəngarəngdir, insan fkirlərinin elə dərinliklərində özünə məskən
salır ki, orta qabiliyyətli oyunçu üçün əlçatmaz olur. Kim diqqətlə
müşahidə edirsə, yaxşı da yadında saxlayır. Beləliklə də, diqqətini
bir yerə cəmləyən şahmatçı vist oyununda qələbəyə daha çox
ümid bəsləyə bilər, çünki Hoylun* təlimatı (sadə oyun mexaniz-
minə əsaslanır) hamı tərəfindən kifayət dərəcədə başa düşülür.
Möhkəm yaddaşı olmaq, təlimatda göstərilən qaydalara əməl et-
mək visti yaxşı oynamaq üçün hamının vacib hesab etdiyi məsələ-
lərdir. Ancaq analiz edən şəxsin bacarığı məhz təlimatda nəzərdə
tutulmayan hüdudlarda özünü büruzə verir. O, öz-özlüyündə say-
sız-hesabsız nəticələr çıxarır və müşahidələr aparır. Onun oyun-
daşı da, bəlkə belə hərəkət edir. Rəqiblərin bir-birini öyrəndikləri
müddətdə əldə edilmiş məlumatdakı müxtəliflik, çıxarılmış nəticə-
lərin doğruluğundan çox, aparılmış müşahidələrin keyfiyyətində
özünü göstərir. Əsas məsələ nəyi müşahidə etməkdir. Oyun əsas
məqsədi olmasına baxmayaraq özünü heç nə ilə məhdudlaşdırmır,
uzaq göstərişlərdən belə çəkinmir. O, rəqibinin üzünün ifadəsinə
fikir verir, kartları əlində necə tutmasına diqqət yetirir, kozırın
kozır və valetin valetdən sonra çıxmasını çox vaxt oyundaşının
baxışlarından başa düşür. Oyun davam etdikcə onun hərəkətlərini
izləyir, üzünün cizgilərində bir-birini əvəz edən peşmançılıq, ya
sevinc, əminlik, ya təəccüb ifadə edən dəyişiklik görür və saysız-
hesabsız nəticələr çıxarır. Rəqibin kartları stolun üstündən özünə
tərəf çəkdiyini görəndə onun sonrakı kartları da götürəcəyini anla-
yır, kartın necə atıldığından başa düşür ki, rəqibi hiylə işlədir və
gedişi gözdən pərdə asmaq üçün edib. Təsadüfi və ya diqqətsizlik
üzündən deyilmiş bir söz, təsadüfən düşmüş və ya açılmış kart (bir
qayda olaraq ehtiyatla və sakitcə gizlədilir), vurulmuş kartların he-
Dostları ilə paylaş: |