Motif Akademi Halkbilimi Dergisi / 2011-2 (Temmuz-
Aralık) (Azerbaycan Özel Sayısı
-II), s.180-186
Türk Mifoloji Düşüncə
sind
ə
Dünyanın Yaradılışı (Monomifolojı Baxımdan Xaos
-Kosmos)/ S.Q. AMEA
180
TÜRK Mİ
FOLOJ
İ
DÜŞÜNCƏSİNDƏ DÜNYANIN YARADILIŞI
(MONOM
İ
FOLOJI BAXIMDAN XAOS-KOSMOS)
Model of Occurrence of Space From Chaos in Turkic Mythological
Thought (The Chaos in the Context of Monomythology)
Səfa Qarayev AMEA
*
Özet: Türk mitoloji düşüncesinde dünyanın yaratılışı (monomitoloji açıdan kaos –
kosmos). Makalede türk mitoloji düşüncesinde kaostan uzaya türeyiş araştırılmıştır. Diğer
mitoloji sistemlerde olduğu gibi türk mitoloji sisteminde de dünya kaos şeklinde tasvir
olunuyor. Daha sonra bu düzenli bir dünyaya dönüşüyor.
Anahtar kelimeler: mit, türk mitolojisinde dünyanın yaratılışı, monomit, kaos,
kosmos.
Abstract: In the article is investigated transition from chaos to space in Turkic
mythology. It is underlined, that, as well as in other mythological systems, in Turkic
mythology the world originally as consisted of chaos. Subsequently this condition has been
replaced by space order.
Key words: myth, Turkic mythological thought, chaos, monomythology, cosmos
Məlum olduğu kimi, mif termini elmdə əsasən iki mənada başa düşülür:
1) Mif şüur tipi kimi
2) Mif mətn kimi.
Şüur tipi kimi “mif toplum üçün davranış modelidir”(1). Bu mənada mif
ibtidai mədəniyyətdə reallıq idi. Amma bu reallıq “destruktiv reallıq idi”. (Alan
Dandes bu termini mifolji şüur faktına bu günün prizmasından yanaşarkən işlədir).
Yəni mifoloji şurla yaşayanlar üçün bu şüurdan kənar heç nə yox idi. Dünyanın -
kosmoqoniyanın dərki yalnız bu şüur müstəvisində mümkün olurdu.
*
Folklor İnstitutu
Motif Akademi Halkbilimi Dergisi / 2011-2 (Temmuz-
Aralık) (Azerbaycan Özel Sayısı
-II)
181
Bəllidir ki, “mifin mübahisəsiz qəbul olunan finksiyasından biri də kinatın
kosmoslaşdırılmasıdır.
Bundan
əlavə
demək
lazımdır
ki,
kaintaın
kosmoslaşdırılması mifoloji dixotomiya – “biz və onlar vasitəsi ilə baş verir”(2) .
Mifoloji şüurun əsasını kainat və onunla bağlı olan düşüncələr təşkil edir. Bunun
nəticəsində də əlimizdə olan mioloji mətnlərin demək olar ki, hamısında
dünyanının yaranmsı - xaosdan – kosmosa keçid barədə düşüncələr əks
olunmuşdur. Bununla bağlı mifoloq C. Məmmədov yazır: “Hər hansı mifoloji
sistemin özülündə dayanan kosmoqonik miflərdə, yaradılış aktı, dünyanın necə
yaranması təsvir olunur. Bütün etnik mədəni sistemlərdə, etnosların yaratdıqları
kosmoqonik miflərdə bir ilkin baçlanğıc kimi xaos götürülmüşdür. Bir etnos üçün
həmin başlanğıc boşluq olmuş, digər biri üçün qaranlıq zülmət, bir başqa ənənə
üçün isə strukturyaradıcı sayılan su olmuşdur. İlkin su xaosla eyniləşdirilir”(3, 81).
Dünyanın sonu barədə olan düşüncələr isə esxotoloji miflərdə öz əkini
tapmışdır. Amma kosmosun xaosdan törəməsini ifadə dən hər bir mətn aid olduğu
etnosun düşüncələrinin spesifikasını da əks etdirməmiş deyildir. Yəni hər bir
mifologiyada dünyanın yaranmasına təkan həmin xalqın mifolji şüurunda olan
tanrılar tərəfindən edilir. Demək olar ki, bütün mifologiyalarda xaosdan kosmosun
törəyişi tanrıların iradəsi ilə həyata keçirilir.
Türk mifogiyasında xaos kimi su təvir olunur. Bu zaman yaradandan başqa
heç bir varlğın olmaması vurğulanır. Türk mifolgiyasında xaosdan kosmik nizama
keçidi təsvir edən ən bütöv və bitkin məlumatlar Yakut və Altay mifologiyasında
əks olunmuşdur. Verbitskinin topladığı Altay yaradılış dastanlarında bu mənzərə
belə tsvir olunur:
Dünya bir dəniz idi nə bir yer var idi, nə bir göy
Ucsuz-bucaqsız, sonsuz sular içrəydi hər şey.
Tanrı Ülgen uçurdu, yoxdu bir yer qonmağa,
Uçurdu, axtarırdı bərk bir yer, sığınmağa. (5, 228).
Göründüyü kimi, bu infomasiyada kainatın, kosmik nizamın
mövcudluğundan əvvəliki vəziyyət bütöv su şəkilində təsvir olunur. Həmin
informasiya kiçik fərqlərlə Radlovun topladlğı Altay yaradılış dastanında əks
olnmuşdur:
Yerin yer olduğu vaxt suyla doluydu hər yer,
Nə göy vardı, nə də ay, nə günəş, nə də bir yer.
Türk Mifoloji Düşüncə
sind
ə
Dünyanın Yaradılışı (Monomifolojı Baxımdan Xaos
-Kosmos)/ S.Q. AMEA
182
Radlov tərəfindən toplanılan Altay yaradılış dastanının bu semiotik
mahiyyəti türk mifolgiyasında xaos təsviri ilə bağlı məlumatımızı dərinləşdirməyə
imkan verir. Ümumiyyətlə, burada dünyanın başdan-başa su olması yerin, torpağın
olmaması göstərilməklə yanaşı günəş və ayın olmaması da təsvir olunur. Bax bu
informasiyasnın semantik məzmunu bizə görə türk mifoloji düşüncəsində xaosun
eyni zamanda qaranlıq, zümətdən ibarət olmasına işarə edir. Yəni yeni yaradılış ilə
sudan (dəryadan) torpağın (yerin), qaranlıqdan işığın (bu mətndə Günəşin)
yaradılmasına işarə edilir. Əslində, bu yeni yaradılış qarşıdurmanın, oppozisiyanın
doğulmasıdır: sudan-torpaq, qaranlıqdan-işıq. Amma bəzən dini dünya görüşünün
təsiri ilə dünyanın yaradılışdan əvvəlki vəziyyəti barədə olan informasiyada belə
yaradılış aktı əvvəlki vəziyyəti, şəraiti bərpa etməyə imkan verir. Məsələn, Mikayıl
Baştunun “Şan qızı” dastanında yaradılış aktı belə təsvir olunur:
Hələ Yer üzündə insanların olmadığı
Əski zamanlarda
Uca tanrı
Alp-Divləri yaratmış
Əvvəl üst alpları
Günəş və Ayı yaratmış
Sonra digər
Alp-divləri yaratmış (5, 412).
Göründüyü kimi, burada yaradılışdan əvvəlki vəziyyət təsvir olunmasa belə
Günəş və Ayın yaradılması onun digər oppozisiyasının qaranlıq, zülmət olması
təsəvvürünü yaradır. Belə ki, yuxarıda dediyimiz kimi, xaosdan kosmosun yaranması
elə oppozisiyanın doğmasıdır. Əgər Günəş yaradılıbsa, bu hökmən oppozisiyanın bir
tərəfi kimi meydana çıxmalıdır. Günəşə - isti, həm su (soyuqluq semantikası ilə
əlaqədar) həm də qaranlıq oppozisiyanın bir tərəfini təşkil edə bilər. Deməli, türklərdə
xaosun həm su, həm də qaranlıq zülmət ilə işarələnməsi qənaətinə gələ bilərik.
Azərbaycan ərazisindən toplanmış mətnlərdə də dünyanın sudan
yaranmasına işarə vardır. Mətnlərdən birində deyilir: “Lap qabaxlar Allahdan
başqa heç kim yox imiş. Yer üzü də başdan ayağa su imiş. Allah bu suyu lil eləyir.
Sonra bu lili qurudub torpaq eləyir. Sonra torpaqdan bitkiləri cücərdir. Ondan sonra
da torpaqdan palçıq qayırıb insanları yaradır” (7, 26).
Dünya xalqlarında, həmçinin türk xalqları içərisində dünya daşqını ilə bağlı
inamlar yaşamaqdadır. Azərbaycan ərazisindən tolanmış bir çox rəvayətlərdə
dünya daşqınından bəhs olunur. Ceyms Corc Freyzer bu faktın dünyanın bir-
birindən uzaq bir çox xalqlarında təxminən oxşar olmasının səbəbinin iki nəzəriyyə
Motif Akademi Halkbilimi Dergisi / 2011-2 (Temmuz-
Aralık) (Azerbaycan Özel Sayısı
-II)
183
ilə izah oluna biləcəyini vurğulayır: 1) qarşılıqlı əlaqə 2) müstəqil (8, 65). Biz görə,
xaosdan (boşluq və sudan) kosmosun yaranması daha sonra yenidən su (daşqın
vasitəsi ilə) vasitəsi ilə xaosa dönməsi arxetip şüur müstəvisində izah olunmalıdır.
Karl Qustav Yunq Maks Millerin görüşlərini təhlil edərkən ondan belə bir
sitat gətirir: “Xatırlatmaq maraqlı olardı ki, Aneksaqor xaosdan kosmosun
meydana gəlməsini tufan vasitəsi ilə izah edir, amma ümumiyyətlə, bunun səssiz
baş vermədiyini də unutmaq olmaz” (9, 415).
Mifoloji mətnlərə nəzər salanda aydın olur ki, kosmik nizamı hərəkət və
səs yaratdığı kimi, onun sonunun çatdığını da elə həmin təsvirlər müşayət edir.
Dünyanın sonunun çatdığını göstərən İsrafilin suru çalınması, tufan nəticəsində yer
üzünü su alması faktı bizcə elə xaos-kosmos-xaosa çevrilmə modelinin
vahidliyindən xəbər verir.
Monomif baxımından xaos və kosmos.
Miriçe Eliade “Əbədi dönüş mifi” adlı əsərində insanın göyü müşahidə edərək
oradakı qanunauyğunluqları öz yaşantısında təkrar etdiyi qənaətinə gəlmiş və bu
məsələyə belə münasibət bildirmişdir: “Yaşadığımız dünya bir göksel dünyaya tekabül
eder. Aşağıda uygulanan her edimin bir de yukarıda, asıl gerçekliği temsil eden göksel
bir karşılığı bulunmaktadır”. Və alimin fikirinə görə insanlar arsında baş verən bütün
davranışların göydə prototipi vardır. (6, 23-24) Göründüyü kimi alim cəmiyyətdə baş
verən hadisələrə göyün “səma” qanunauyğunluqlarının proyeksiyası kimi baxmışdır.
Əslində bu məsələ sadəcə müşahidə olunmaqla proyeksiyalandığı qənaətinə gəlmək
düzgün olmaz. Bu proyeksiyalanma müşahidə edib təkrar modelləşdirmə kimi deyil,
üzvi bağlılıq kontekstində izah olunmalıdır. Kosmoqoniyanın bir vahdi olan insan üzvi
şəkildə bağlı olduğu bütövün qanunauyğunluqlarını imitasiya etmir əslində yaşdır.
Başqa sözlə, insanın öz həyatı, bütün səviyyələrdə bəşəriyyətin həyatına bənzəmir
onun bir hissəsi kimi onun qanunauyğunluqlarını daşıyır. Bu zaman “müşahidə”dən
daha dərin məna kəsb edən “daşıyıcılıq” semanteminə üstünlük verilməlidir. Təsadüfi
deyildir ki, K. Q. Yunq dünyaya gələn insanın ənənəvi obrazlarla doğulduğunu irəli
sürməklə C. Lokkun “ağ lövhə” nəzəriyyəsində irəli sürülən müddüəaları inkar etmiş
oldu. Yunq insanın təmiz, ağ lövhə kimi dünyaya gəlməsinə münasibət bildirərkən
bildirir ki, insanın bütün ruhunun kənardan verilməsini, onun ağ kağız kimi dünyaya
gəlməsini idia etmək yanlış bir fikirdir çünki normal şəraitdə insan psixikası tam
şəkildə nizamda ortaya çıxır (10). Bu nizamın da konkret olaraq arxetiplər olaraq
ortaya çıxdığını isə o müxtəlif əsərlərində dönədönə vurğulamışdır. Beləliklə insann
davranışlarının səma hadisələrinə uyğun gəlməsi məsələsinin əsas mahiyyəti arxetiplər
Türk Mifoloji Düşüncə
sind
ə
Dünyanın Yaradılışı (Monomifolojı Baxımdan Xaos
-Kosmos)/ S.Q. AMEA
184
nəzəriyyəsi kontekstində izah olunmalıdır. İnsan təbiətə üzvü sürətdə bağlı olmaqla
onun fizialoji həyatı, həmin qanunauyğunluqların daşıyıcısı olduğu kimi onun
psixologiyası da həmin ritimlərə uyğundur. Bu zaman səma qanunauyğunluqları
kollektiv təhtəlşüur faktı kimi ortaya çıxır. Beləliklə hər bir insan özündən asılı
olmayaraq səma və ya təbiət qanunauyğunluqlarının daşıycısı kimi ortaya çıxır. Bu
qanunauyğunluq hər dəfə fərdi şüur müşahidəsi məsulu kimi deyil ritim olaraq özünü
büruzə verməklə bütün insan psixologiyasın mahiyyətinə çevrilmişdir. Təsadüfi
deyildir ki, bu təbiət qanunauyğunluğunun ümumi modeli bütün yaradıcılığım
mahiyyətinə hopmuş və bu da öz növbəsində tədqiqatçıların diqqətindən yayınmamış
və bu monomif modelinin törədicisi kimi izah olunmuşdur: “Həyatın təkrarlanması
olaraq görünən monomif Günəşin və dünyanın orbit üzrə hərəkətlərindən qaynaqlanan
mövsümlərin müşahidə edilməsi ilə inkişaf etmiş, bitkilərin və dolayısı ilə
insanoğlunun yenidən doğumunu işarələyən bahar gəncliyə, yaz yetkinliyə, payız
qocalığa və enişə, qış isə ölümə ekvivalent mövqeyə gəlmişdir.” (4, 65) Göründüyü
kimi burada da insan və təbiət arasında olan oxşarlıq diqqət önünə gətirilmişdir.
Beləliklə monomif kəmiyyətinə baxmayraq bütün məzmunlarda olan eyni modeli ifadə
edir. Bu model Joseph Campbell tərəfində irəli sürülmüşdür. Folklorda olan bu modeli
Campbel “Qəhrəmanın sonsuz yolçuluğu” (əsərin orjinalda adı “The Hero with A
Thousand Faces” – “Min üzlü qəhrəman”) adlı əsərində kitabının ayrı-ayrı üç
bölümündə belə ifadə edir:
YOLA ÇIXMAQ- bu hissə öz növbəsində aşağıdakı yarımbaşlıqları
özündə ehtiva edir:
1. Macəraya çağırış.
2. Çağırışın rəddedilməsi
3. İlahi yardım
4. İlk sınağın keçilməsi
5. Balinanın qarnı
YETKİNLƏŞMƏ
1. Sınaqlar yolu
2. Tanrıçayla qarşılaşma
3. Başdançıxardıcı qadın
4. Atanın könlünü alma
Motif Akademi Halkbilimi Dergisi / 2011-2 (Temmuz-
Aralık) (Azerbaycan Özel Sayısı
-II)
185
5. Tanrılaşdırma
6. Ən son mükafat
DÖNÜŞ
1. Dönüşün rəddedilməsi
2. Sehirli qaçış
3. Kənardan gələn qurtuluş
4. Dönüş sınağının keçilməsi.
5. İki dünyanın ustası
6. Yaşama azadlığı (7)
Belə ki, Campbell xalq söyləmərində olan mifoloji macəranın ayrılma-
yetkinləşmə-dönüş kimi əsas üç mərhələni özündə ehtiva etməklə monomif
yaratması fikirini irəli sürmüşdür. Digər bütün macəralar bu monomifin bu və ya
digər dərəcədə genişlənməsindən ortaya çıxmışdır.
Biz bu xüsusiyyəti dünyayanın qanunauyğunluqlarını ifadə edən xaos-
kosmos-xaos modelində də görə bilərik. Əslində dünya bir obraz kimi Campbellin
irəli sürdüyü üç mərhələ çərçivəsində xaos-kosmos yenidən xaosa dönmə kimi üç
mərhələdə öz mövcudluğunu yaşadır. Bu keçidlərin hər biri müəyyə inisiasiya
mərasimləri ilə reallaşır. Monomifin təkib hissəsi kimi xaosdan kosmosa keçid və
yenidən xaosa dönmə modeli makro fakt üçün keçərli olduğu kimi, onun tərkib
hissəsi olan mikrofakt üçün də keçərlidir. Çünki bu model düşüncədə
mövcudolama modelidir. O heç nədən kənarda olmadığı kimi, ondan da kənarda
heç nə yoxdur. Fikirmizi konkret nümunə əsasında sübut edək. Dünya –
makromodel, İnsan- mikromodel. İnsan dünya daxilində reallaşır. Dünyanın özü də
xaos-kosmos-xaos modeli ilə yaşayır onun faktı olan insan da.
-
Xaosdan kosmosun yaranmasını ifadə edən mətnlərədə dünyanın sudan,
sonsuz qaranlıqdan yaranması və nizamlı şəkilə düşməsi daha sonra yenidən bir
səbəblə əbədi suya və qaranlığa qərq olacağından bəhs edilir.
-
İnsanın (folklorda qəhrəmanın) doğulması xaosdan kosmosa keçməni,
ölümü isə yenidən xaosa qayıtmanı işarələyir
-
İnsanın canlı həyatı (bu keyfiyyət mifoloji obazlarla da bağlıdır) xaos-
kosmos-xoas keçidlərindən ibarətdir. İnsan müxtəlif rituallar vasitəsilə bu dünyalar
Türk Mifoloji Düşüncə
sind
ə
Dünyanın Yaradılışı (Monomifolojı Baxımdan Xaos
-Kosmos)/ S.Q. AMEA
186
arasında hərəkət edir. Məsələn, qəhrəmanın adı yoxdur bu onun xaos dünyasında
olmasına işarədir. Ad almaq ilə cəmiyyətdə öz yerini təyin etmiş olur və Kosmosa
keçir. Sonrada mifoloji qəhrəmanın zindana düşməsi və ya divlər məmləkətinə
getməsi ilə yenidən xaos ortaya çıxır. Onun oradan çıxması ilə yenidən kosmik
nizam bərpa olunur.
Göründüyü kimi, xaos-kosmos-xaos, monomif modelinə uyğun olmaqla
makro və mikro modelin bütövlükdə hərəkətverici qüvvəsidir. Bu şüurda var olma
modelidir. Düşüncənin makro modeli (dünya) mikro modeli (insan) və onun
tərkibinə daxil olan bütün faktlar bu qanunauyğunluq çərçivəsində mövcud olurlar.
ƏDƏBİYYAT
1.
Кабo В. Симвoлика пeрвoбытнoгo oбряда и мифа. aboriginals.
narod. ru/cc15. htm
2.
Юлия Чeрнявская Идeнтичнoсть на фoнe мифа. anthropologie.
kunstkamera. ru/files/pdf/008/08_03_cherniavskaya_k. pdf
3.
Bəydili C. Xaos anlayışı mifologiyada. Ortaq türk keçmişindən Ortaq
türk gələcəyinə II Uluslararası Folklor Konfransının materialları, 407 s.
4.
Burrows, J. David, Frederic R. Lapides and John T. Shawcross. Myths
and Motifs in Literature. NY: The Free Press 1973, 496
5.
Bahəddin Ögəl Türk mifologiyası. I cild, Bakı, “MBM”, 2006, 626 s.
6.
Eliade Mircea, Ebedi Dönüş Mitosu, İmge Yay. Ankara 1994, 189 s
7.
Campbell, Joseph, Kahramanın Sonsuz Yolculuğu, Kabalcı Yay.
İstanbul 2000, 465
8.
Baştu M. Şan Kızı Destanı. İstanbul, Acar Matbaacılık A. Ş. 1991, 412 s.
9.
Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, Şərq- Qərb, 2005, 304 s.
10.
Фрeзeр Дж. Дж. Фoлъклoр в вeтхoм завeтe. Мoсква, Издатeльствo
пoлитичeский литeратура, 1985, 511 стр.
11.
Юнг К. Г. Либидo, eгo мeтамoрфoз и симвoлы. Вoстoчнo-
Eврoпeйский Институт Психoанализа Санкт-Пeтeрбург. S.63 415).
12.
Юнг К. Г. Oб архeтипe Триксneра http: // majorov. ru/analytical-
psychologhy/ trickster/6/
Dostları ilə paylaş: |