MÖVZU. REPRODUKTİV SAĞLAMLIQ PROBLEMLƏRİ
QENDER VƏ DEMOQRAFİK PROBLEMLƏR
▪
Reproduktiv sağlamlığın sosial-tibbi və ekoloji problemləri
▪
Ekoloji cəhətdən təmiz qida məhsulları. Təmiz su ilə təchizat problemi
▪
Müxtəlif ölkələrdə ailə planlaşdırılması proqramları. Kişi və qadınların asudə vaxtının təşkili
Reproduktiv sağlamlığın sosial-tibbi və ekoloji problemləri
Elmi cəhətdən cins-insan biologiyasının amilidir. Hər bir insan anadan olarkən bioloji cəhətdən
kişi və ya qadın cinsinə mənsub olur. Kişilər mayalandırır, qadınlar isə hamilə olur, öz uşaqlarını
bətnində bəsləyir, dünyaya gətirir və süd verir. Sosial əlaqələr və münasibətlər, davranış və fəaliyyət
sistemləri məhz bu bioloji fərq üzərində qurulur. Cinslərarası münasibətlərin geniş xarakterinin tədricən
təkmilləşməsi – cəmiyyətin inkişaf yollarından biridir. Qender tədqiqatları ilkin formalaşma
mərhələlərində fərdi və cinsi fərq problemlərinin gündəmə gətirilməsi ilə inkişaf edirdi. Qenderin
“bioloji” və “sosial” şərhi uzun müddət bir-birinə qarşı qoyulurdu. Əgər bioloji cins məfhumu altında
instinkt və reproduktiv seksuallıq başa düşülürdüsə, sosial cins konkret cinsə mənsub olan (qender)
qrupun sosial statusunu göstərirdi.
Qərb ölkələrində qadın azadlığına doğru ilkin feminist meyl, təbii olaraq, “bioloji” anlamdan
(“təbiilik” funksiyası) xilas olmaq və “sosial” anlama (cəmiyyətdə yeni, sosial qadın reallığı) can atmaq
arzusu ilə bağlı olmuşdur. Kifayət qədər tez-tez “bioloji” səciyyə ideoloji simvollarla əvəz olunurdu,
reproduktiv bioloji model isə “sosial təkrar istehsal” modeli arxasında gizlədilirdi.
Cinsin bioloji aspektindən fərqli olaraq, onun digər təbəqələrində – sosial və mədəni təbəqələrdə –
digər orientasiyalar və məqsədlər ehtiva olunur. Bu elə təşkil edilmişdir ki, “kişi” və ya onun eyniliyi
kimi müəyyən edilən hər şey pozitiv, deməli, həm də əhəmiyyətli və üstün sayılır. “Qadın” isə birmənalı
şəkildə neqativ, ikinci dərəcəli və tabe olandır. Bu, heç də yalnız kişinin və kişi predikatının cəmiyyətdə
hakim mövqe tutmasında təzahür etmir. Cinsi fenomen və anlayışla bağlı olmayan bir çox şeylər (təbiət
və mədəniyyət, duyğu və rasionallıq, ilahilik və dünyəvilik) mövcud mədəni-simvolik sıra vasitəsi ilə
“kişi” və “qadın” anlamlarına eyniləşdirilir. Beləliklə, cinsdən kənar anlayışlar içərisində ierarxiya,
tabeçilik yaranır. Bununla, bir çox hadisə və anlayışlar “cins” və ya qender ahəngini alır.
İctimai hadisələrin həqiqi başlanğıcının və ictimai hadisələrin sürətlə bir-birini əvəzlənməsinin
qarşılıqlı təsirinin müasir formalarından biri cinsin mədəni-simvolik aspekti, daha doğrusu, kişi və qadın
anlamlarının qarşılıqlı əlaqəsidir. Millətin kişi və qadın komponentlərinin təsvir edilməsi insanın
şəxsiyyət kimi özünü onunla identifikasiya etməsinə, yəni dinamik komponent olmasına ciddi təsir
göstərir. Milləti öz ailəsi kimi anlayan insan ona olan münasibətlərini valideynlərinə bəslədiyi hisslərlə
eyniləşdirir. İnsanın harmoniya duyğusu, ata və ana başlanğıcının sintezi onun özü tərəfindən şərti
olaraq qəbul edilirsə, ana təmələ olan münasibət labüddür. Birinci sevgi – heç də həmişə mərhəmətli
olmayan ədalətdir, ikinci sevgi - heç də həmişə ədalətli olmayan mərhəmətdir. Bu iki növ sevgi modeli
şəxsiyyət və millətin əlaqəsinə bağlanır. Bu isə, öz növbəsində, ixtiyari bir mədəniyyətin eyniliyini şərh
etmək üçün böyük əhəmiyyət daşıyır.
Milli eyniliyin əsasında zaman-məkan yanaşmasının müxtəlif anlayışları seçilə bilər, «kişi-qadın»
müxalifətinin qütblərinin cazibəsi milli eyniliyin əsasının müxtəlif elementləri kimi nəzərdən keçirilir.
Məkan maddiyyatla, təbiətlə, torpaqla, doğuluşla, «millətin beşiyi» ilə əlaqəsi olan qadın kimi təqdim
olnuur. Zaman – bu kişi anlayışıdır. Sosial-mədəni cinslə əlaqə milli eyniliyin strukturunun digər
elementini – «Biz» obrazını üzə çıxarır və bu hadisədə bu və ya digər millətin qadın qəlbi və kişi ruhu
haqqında danışılır. Millətin yaşayış tərzinin hüdudunu qender koordinat müstəvisi ilə əlaqələndirsək
onda onlar femin və maskulin kimi şərh oluna bilər. Milli xarakterdə qender aspekti təsəvvürlərini
anlamaq üçün androsentrizm mədəniyyətin milli tipik nümayəndəsi kimi çox vaxt kişinin nəzərdə
tutulması böyük əhəmiyyət kəsb edir: alman sistemliliyi, fransız zərifliyi, ingilis «sərtliyi» və s. Bütün
bunlar qadın əlamətlərindən çox, kişi xüsusiyyətlərinin milli atributlarına aiddir. Daha bir aspekt bu və
ya digər millətin eyniliyində qender xarakteristikasından istifadəsində onun Başqaları ilə qarşılıqlı
münasibəti formasında təqdim olunur. Biz tez-tez «kişi Britaniyası» və ya «qadın Fransası» kimi
müəyyənlikləri ilə qarşılaşırıq. Beləliklə, dünya cəmiyyətində millətin tarixində onun üçün müəyyən
olunmuş missiyası, yeri, sosial-mədəni cinslə əlaqəsi onun mövcudluğunun mənası kimi başa düşülür.
Qender insan və onun mənsub olduğu konkret cəmiyyətin mədəniyyəti vasitəsi ilə sosiallaşması
prosesində aşılanır. Bir çox mədəniyyətlərdə oğlanlarda tərbiyə olunan kişi keyfiyyətlərinin təzahürü
onları kobud, qaba davranışa sövq edir. Eyni zamanda, qızlara özlərini yetkin qadın kimi aparmaq
tövsiyə edilir. Uşaqlar anadan olduğu vaxtdan qenderə müraciət edir. Uşaqlar öz mühiti hüdudlarında
qəbul edilmək, öz mühitinin bərabərhüquqlu üzvü olmaq üçün cəmiyyətdə özlərini necə aparmağı
həyatlarının ilk məqamından başlayaraq öyrənirlər.
Bu gün qender tədqiqatları həm kişilərin, həm də qadınların təbii təməlini təkzib etmir. Millətin
sağlam genofondu – sivilizasiyanın qender gələcəyidir. Genofond – irsi kodların daşıyıcıları olan, bir-
birindən fərqlənən genlərin müxtəlif formalarının (allel) nisbi kəmiyyət və keyfiyyət göstəricilərinin
məcmusudur.
Etnoslar və onların tarixi baxımdan bərpa edilməsi, yeni insan nəsillərinin yaranması yönümündə
və elmin bir çox digər sahələrində aparılan elmi tədqiqatlar müxtəlif sosial və ekoloji situasiyalarda
cəmiyyətin inkişafına yönəlmişdir. Bu gün məskunlaşma problemi ilə bağlı olan məsələlərin geniş
spektri qender aspektində nəzərdən keçirilməlidir. 1974-cü ildə Buxarestdə (Rumıniya) dünyanın 140-
dan çox ölkəsinin iştirakı ilə BMT-nin təşkil etdiyi məskunlaşmaya dair ümumdünya konfransı
keçirilmişdir. Konfransın yekun sənədləri əsasında əhali artımı sahəsində Ümumdünya fəaliyyət planı
qəbul edilmişdir. Konfransda nəzərdən keçirilən əsas problemlər aşağıdakılar idi: əhali və ailə
planlaşdırılması problemləri, sabit iqtisadi və sosial inkişaf, gələcəyə dair fikir və perspektivlər, resurslar
və ətraf mühit. Bu sahədə atılmış ən mühüm addımlardan biri 1997-ci ildə İstanbulda keçirilən “Habitat”
Beynəlxalq konfransı olmuşdur. Bu forumda məskunlaşmanın müasir aspektləri, o cümlədən yaş
strukturu ilə bağlı olan geniş problemlər dairəsi diqqət mərkəzində olmuşdur. Demoqrafların fikrincə,
yaş meyarı əhalinin təkrar istehsalının xüsusiyyət və dinamikasından birbaşa asılıdır. Müharibələr, etnik
münaqişələr və miqrasiyalar buna ciddi təsir göstərir. Müasir demoqrafiya həm də qender aspektindən
əhalinin cins tərkibi problemini də nəzərdən keçirir.
Son 50 ildə sosial cəmiyyətin demoqrafik strukturunda ciddi dəyişikliklər baş vermişdir. Tibbi
texnika və texnologiyanın gur inkişafı ilə bərabər insanların şüurunda müsbət irəliləyişlər də nəzərə
çarpır. Bu addımlar fəal olduqca, bəşəriyyət özünün uzunömürlülüyü haqqında düşünür. Demoqrafların
tədqiqatları bizim müasirlərimizin bəşər tarixində ən uzunömürlü sivilizasiya olduğunu göstərir.
Müxtəlif xəstəlik və epidemiyalar tədricən arxada qalmış, insanlar ən müxtəlif müalicə üsulları əldə
etmişlər. Bir çox xəstəlikləri, o cümlədən qadın xəstəliklərini müəyyən etməyə imkan verən elmi-tibbi
metodikalar həkimlərin tədqiqat obyektinə çevrilmişdir.
Eyni zamanda, qadın ailənin həyat strukturunda yeniliklərlə qarşılaşmışdır. Ənənəvi çoxuşaqlı
ailələr azsaylı ailələr ilə əvəz olunmuşdur ki, burada həm ata, həm də ana ailənin təminatçısı rolunda
çıxış edir. Müasir qadın sabit, inkişaf etmiş cəmiyyətin fəal qurucusudur. Nəticədə, üzərinə düşən
məsuliyyət çoxaldıqca, qadının sağlamlığı üçün risk potensialı artır.
Müasir qadın öz cəmiyyətində yeni keyfiyyətləri ilə təmsil edilir. O, bütün ictimai proseslərdə və
siyasi fəaliyyətdə iştirak edir. Məhz buna görə onun mövcud dəyişikliklərə yaradıcı adaptasiyası bir çox
dəyərlərin yeniləşməsinə gətirib çıxarır. Qadın öz sağlamlığı, öz anatomiya və fiziologiyası haqqında
geniş məlumatlı olduqca, o, “həkim-pasient” mütərəqqi dialoqunda daha tələbkar olur. Müasir qadın öz
sağlamlığına aid olan müəmmaları aydınlaşdırmaq istəyir. O, Yaradan tərəfindən ona bəxş edilmiş
xüsusiyyətləri daha çox dərk edir. Bu gün qadın həkimə kor-koranə tabe olmaq istəmir. O, həkimə
məsləhətçi, müəllim, hətta detektiv kimi yanaşır, lakin son qəti sözünü o özü deməyə çalışır. Qadının
özünə belə əminliyinin səbəbi – yüksək texnologiyalar və elmin nailiyyətləri barədə əldə etdiyi biliklər,
tibbi preparatlar, mammoqrafiya, ultrasəs müayinəsi, exoqrafiya və bir sıra başqa mükəmməl
aparatlardır. Bütün bunlar qadına yalnız öz sağlamlığı barədə deyil, həm də dünyaya gətirməli olduğu
uşağın sağlamlığı haqqında düşünməyə imkan verir.
Qadınların və bütövlükdə cəmiyyətin sağlamlıq göstəricilərindən biri olan reproduktiv sistemin
normal funksional vəziyyətini nəzərdən keçirərkən, ictimai münasibətlərin müasir səviyyəsində
reproduksiyanın pozulmasını təhlükə hesab etmək lazımdır, çünki bunu bilmədən sağlam nəsillərin
yaranması mümkün deyil. İnsanın reproduktiv funksiyası həyatın intim tərəfi ilə bağlıdır ki, bunun da
xarakteri həm orqanizmin anadangəlmə xüsusiyyətləri, həm də milli, mədəni və dini adətlərin, həmçinin
sosial-iqtisadi amillərin təsiri altında formalaşan və sonradan qazanılmış əlamətlərlə müəyyən edilir.
Məhz onlar, reproduksiyanın effektlivliyini şərtləndirir, bunun əhəmiyyəti populyasiya və genefondun
qorunub saxlanılmasındadır.
Qadınların reproduktiv sağlamlığı onların reproduktiv yaşı ilə müəyyən edilir, çünki qadınların
reproduktiv yaşı, doğulan uşaqlar və doğum əmsalı arasında müəyyən uyğunluq yaradır. Jəmiyyətdə
reproduktiv yaşlı qadınlar çox olduqca, gələcəyə və cəmiyyətin məhsuldar qüvvələrinin inkişafına inam
artır. Bu gün dünyanın bir çox ölkələrində qadınların sağlamlığının qorunması problemi sabit inkişafın
prioritet istiqamətidir. Məsələn, ABŞ-da 2 il ərzində reproduktiv əməliyyatların göstəricisi 27%
artmışdır. ABŞ-ın xəstəlikləri müşahidə və profilaktika Mərkəzinin məlumatına görə bu ölkədə
reproduktiv texnologiyaların miqdarının artmasına çoxsaylı tibbi müəssisələrinin nailiyyəti kimi baxmaq
olar. Əgər 1996-cı ildə ABŞ-da bu profil üzrə 330 tibb mərkəzi var idisə, 1998-ci ildə bu göstərici 390-a
qədər artmışdır, bununla da artım tendensiyası müşahidə olunmuşdur. ABŞ Reproduktiv
Texnologiyalar Jəmiyyətinin prezidenti Jem Qrifonun fikrincə, “…onların çox sürətlə artan populyarlığı
daha çox sayda insanların valideyn olmaq arzusu ilə bağlıdır. Bir çoxları riskə getməyə belə razıdırlar”.
Müasir dövrün artım tendensiyalarından biri də ekstrakorporal metodun tətbiq edilməsidir. İki və
daha çox uşaq istəyən amerikalıların da sayı artır. 2000-ci ildə ABŞ-da doğum sayının göstəricisi 3%
artmışdır. Bununla yanaşı, risk qrupuna aid olan pasiyentlərdə siqaret, alkoqol və narkotik maddələr
kimi atributların istifadəsi azalmışdır.
Müasir dövrdə dünyanın demoqrafik vəziyyət mürəkkəb ikili xarakter ilə izah edilir:
▪
Avropa və Şimali Amerika ölkələrində doğum sayının və əhalinin artım tempinin kəskin şəkildə aşağı
düşməsi və əhalinin qocalması;
▪
Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrində əhali “sayının” sürətlə artması,
ana və uşaqların xəstəlik və ölüm göstəricilərinin yüksək olması.
İnkişaf etməkdə olan ölkələrdə yüksək fertillik, doğum sayı və bununla yanaşı xüsusilə
yeniyetmələr arasında ana və perinatal xəstəlik və ölüm hallarının yüksək göstəriciləri, həmçinin
somatik, ginekoloji və cinsi yolla ötürülən xəstəliklərin yoluxma göstəricinin yüksək olmasına təsir edən
reproduktiv sağlamlığın aşağı səviyyəsi gənc nəslin reproduktiv sağlamlığının yaxşılaşdırılmasını
prioritet problem kimi əvvəlcədən müəyyən edir.
Asiya, Afrika, Latın Amerikasının inkişaf etməkdə olan ölkələrində, həmçinin MDB məkanında və
Şərqi Avropa dövlətlərində gənc əhalinin reproduktiv sağlamlıqla bağlı informasiya sahəsində
tələbatlarının ödənilməsi labüddür. Mövcud sosial-iqtisadi şərait onları daha da ciddiləşdirir, bu isə
yeniyetmə fertilliyi, ana və perinatal ölümün, cinsi yolla ötürülən xəstəliklərin, ginekoloji və somatik
xəstələnmələrin, zərərli vərdişlərin səviyyəsinin aşağı salınması və profilaktikası üzrə təcili tədbirlərin
görülməsini tələb edir.
Digər regionlara nisbətən seksual inqilabın daha erkən baş verdiyi Qərbi Avropa ölkələrində gənc
əhalinin müasir nəsli yalnız inkişaf etməkdə olan ölkələrdə yaşayan həmyaşıdları ilə deyil, həm də öz
valideynləri ilə müqayisədə reproduktiv sağlamlıq baxımından daha yüksək fəallığı ilə xarakterizə
edilir. Bu, həmin ölkələrdə dövlət səviyyəsində müvafiq problemlərin effektiv həlli strategiyasının
işlənib hazırlanması ilə, ailə planlaşdırılması xidməti üzrə təşkilatların yalnız tədris müəssisələrində
deyil, həm də kütləvi informasiya vasitəsində mütəmadi fəaliyyəti ilə, seksual maarifləndirmənin
yüksək keyfiyyətinin təmin olunması ilə izah edilir. Aparılan iş nəticəsində Qərbi Avropa ölkələrində
doğum sayının tənzim edilməsi metodlarından istifadə səviyyəsi 52-75% arasında tərəddüd edir,
yeniyetmə fertilliyinin və cinsi yolla ötürülən xəstəliklərin səviyyəsi isə ildən-ilə azalır. Buna görə də,
seksual maarifləndirmə və ailə planlaşdırılması sosial inkişafın, insan amilinin və təbiət resurslarının
yaxşı vəziyyətinin ən mühüm elementidir.
Reproduktiv sağlamlıq – cinsi inkişaf və ginekoloji inkişaf məfhumlarından daha geniş anlayışdır.
O, cinsi, fiziki, psixoseksual, psixososial inkişafın somatik və psixoloji sağlamlığının ahəngini və
tarazlığını ehtiva edir. Cinsindən, irqindən, yaşından və dinindən asılı olmayaraq, hər bir insanın
reproduktiv və sosial sağlamlıq hüququ var. Bizim respublikamızda da, əhalinin reproduktiv
sağlamlığının müdafiəsi üzrə 24 mərkəz fəaliyyət göstərir ki, burada qadın orqanizminə ekoloji amillərin
təsiri öyrənilir. Bu mərkəzlər BMT-nin Əhali fondunun maliyyə yardımı ilə həyata keçirilən
Azərbaycanın Səhiyyə Nazirliyinin ailə və reproduktiv sağlamlığın planldaşdırılması üzrə proqramı
çərçivəsində yaradılmışlar. 26 iyul 1997-ci ildə qəbul edilmiş “Əhalinin sağlamlığının qorunması
haqqında” Qanunun qəbul edilməsi bu istiqamətdə atılmış mühüm addım oldu. Əhalinin sağlamlığının
qorunması siyasi, iqtisadi, hüquqi, tibbi və sanitariya-gigiyena tədbirləri kompleksindən ibarətdir. Bu
qanuna əsasən, cinsi mənsubiyyətindən asılı olmayaraq, respublikamızın hər bir vətəndaşı öz
sağlamlığının qayğısına qalmaq hüququnu qazanır. Həmçinin bu qanunda əhalinin reproduktiv
sağlamlığı probleminə həsr olunmuş xüsusi bölmələr var.
Əhalinin reproduktiv sağlamlığı ilə bağlı bir çox məsələlər beynəlxalq hüquq normalarına və
respublika konstitusiyasına əsasən 6 mart 2000-ci il tarixində qəbul edildmiş və ailədə bərabərliyi təmin
edən Azərbaycan respublikasının ailə-nigah məsəlləsində işıqlandırılmışdır.
Bu gün Azərbaycanda qadınların sağlamlığı ilə bağlı olan bir sıra problemlər mövcuddur. Çətin
həyat şəraiti, həddindən artıq məşğulluq və digər hadisələr nəticəsində qadınların orqanizmində
zəifləmə müşahidə olunur ki, bu da bədxassəli şişlərin yaranmasına gətirib çıxarır, uşaq doğmaq
qabiliyyətini aşağı salır, bəzən əlil və xəstə uşaqlar dünyaya gəlir. Uşaq salma, sonsuzluq, xəstə uşaqların
doğulması ər və onun qohumları tərəfindən qadının ittiham olunmasına səbəb olur, bu isə psixoloji
stresslərə, depressiyalara gətirib çıxarır. Nəticədə, qender assimetriyası güclənir. Bu gün bizim ölkədə
tibbi-ekoloji vəziyyətdən danışarkən respublikada yaranmış situasiyaya əsas təsir göstərən amilləri qeyd
etmək lazımdır. Bu, hər şeydən əvvəl, Qarabağ ətrafında 1988-ci ildən cərəyan edən hərbi-siyasi
hadisələrdir. Reproduktiv yaşlı kişi əhalisinin çoxsaylı itkisi və əlil olması Azərbaycanda təbii artım
göstəricilərinin azalmasına təsir etmişdir.
Qərb bölgələrindən olan miqrantların böyük axını, keçid dövrünün iqtisadi çətinlikləri, kişilərin iş
axtarmaq məqsədi ilə xaricə getməsi qadınları cəmiyyətin əsas işçi qüvvəsinə çevirmişdir. Üstəlik ailə
ocağının qorunub saxlanılması və uşaqların tərbiyəsi üçün ənənəvi məsuliyyət qadınların sosial
vəziyyətini ağırlaşdırır. Bu gün azərbaycanlı qadın yalnız çoxəsrlik adətləri qoruyub saxlamır, o həm də
xarici dillərdə sərbəst danışır, ən müasir texnologiyalardan istifadə edir, öz uşaqlarını Qərb
mədəniyyətinə cəlb edir. Bununla belə, sosial və mədəni xidmət sferası həmişə onun intellektual
səviyyəsinə uyğun gəlmir və o, bəzən adi təsadüflərdən mühafizə edilmir. Daim artan psixo-emosional
pressinq və fiziki gərginlik şəraitində qadın orqanizmi həm də zərərli ekoloji amillərin mənfi təsirinə
məruz qalır.
Azərbaycan Respublikasının Konstitusiyasına (41-ci maddə) əsasən, hər bir vətəndaşa öz
sağlamlığını qorumaq və tibbi yardım almaq huququ verilmişdir. Bundan başqa, hər bir qadının
dünyaya uşaq gətirməsi ilə əlaqədar olaraq öz sağlamlığını qorumaq hüququ var. Əsas Qanuna əsasən
hər bir vətəndaşa pulsuz tibbi yardım göstərmək məqsədi ilə respublikada xəstəxana və müalicə ocaqları
sistemi yaradılmışdır, uşaq və qadın müalicə mərkəzləri fəaliyyət göstərir.
Qeyd etmək lazımdır ki, tibbi müəssisələrin heyətinin 2/3 hissəsini qadınlar təşkil edir.
Azərbaycanda dünya şöhrətli həkimlər – akademik Zərifə xanım Əliyeva, professorlar Minə xanım
Davatdarova, Umnisə xanım Musabəyova, Səyalı xanım Tağıyeva və başqaları öz dövrünün ən görkəmli
səhiyyə xadimləri olmuşlar. Onlar Azərbaycanın elmi elitasının parlaq nümayəndələri olmaqla yanaşı,
öz akademik məktəbələrini yaratmışlar.
Bizim ölkəmizdə səhiyyə iqtisadiyyatın elə bir sahəsidir ki, burada qadınların üstünlüyü, müəyyən
mənada, qender asimmetriyası kimi xarakterizə olunur: respublikanın tibb heyətinin 74,4%-i qadınlardır.
Respublikamızda 30 min ixtisaslı həkimdən 56,2%-i qadındır. Orta tibb heyəti işçiləri arasında bu
göstərici daha yüksəkdir – 90%. Adı çəkilən sahədə rəhbər işçilərin də göstəricisi yüksəkdir – 30%-dən
çox. Bu səbəbdən qender icmalı iki aspektdə aparılır – qadın – səhiyyə tədqiqatlarının obyekti kimi,
qadın – səhiyyə tədqiqatlarının subyekti kimi (qadınların fəaliyyət sferası). Bütövlükdə, respublikanın
hər 10 min sakininə 36 həkim və 90 xəstəxana çarpayısı düşür. Müasir vaxtda Azərbaycan Səhiyyə
Nazirliyi UNİSEF ilə birlikdə ilkin tibbi islahat aparır. Dünya Bankının böyük köməyi çox
əhəmiyyətlidir. Mütəmadi olaraq, malyariya və zoba qarşı profilaktik aksiyalar keçirilir, QİÇS-lə
mübarizə sahəsində təşviqat işi aparılır. (B., UNDP, 1999)
Əhalinin sağlamlığının tibbi-ekoloji aspektlərinin müəyyənləşdirilməsi və orta xronoloji
göstəricilərinin nəzərdən keçirilməsi zamanı aşkar edilmişdir ki, Azərbaycanda ümumi xəstələnmə
dərəcəsinin ən az miqdarı Abşeron yarımadasının və Mərkəzi Aranın, həmçinin Quba-Xaçmaz
regionunun payına düşür. Tənəffüs orqanlarının xəstəlikləri (xüsusilə, respublikanın ən iri sənaye
mərkəzləri olan Bakı və Sumqayıtda), zədələnmə və zəhərlənmə, anadangəlmə anomaliyalar, dəri və
dərialtı hüceyrələrin xəstəliyi daha geniş yayılmışdır. Hemofiliya və talassemiya kimi qan xəstəlikləri
qohumlararası nigahların ənənəvi olması ilə izah olunur.
Ətraf mühitin vəziyyətinin gərginləşməsi kontakt reaksiyalardan (allergiya, zəhərlənmə) əlavə,
qadınların immun sisteminə təsir edir, onların sağlamlığını zəiflədir və reproduktiv fəaliyyətində
əvvəlcədən bilinməyən nəticələrə gətirib çıxarır.
Zərərli ekoloji amillər (radioaktiv maddələr, bioloji sintez maddələri ayrılııb atmosferə daxil olan
kimyəvi birləşmələri, qida əlavələri və s.) təbiətə kanserogen, mutagen və teratogen təsir göstərirlər.
Kimyəvi reagentlərdən, xüsusilə məişətdə sintetik aktiv maddələrdən həddindən artıq istifadə edilməsi
ciddi məsələdir. Məişət kimyasının bu maddələr kateqoriyası aller-gik təsirdən başqa, müxtəlif sahələrdə
təzahür edir. Bu yalnız bizim respublikamızda deyil, dünyanın başqa yerlərində də müşahidə edilir.
Kimyəvi preparatlar və onların törəmələri çox vaxt, sahillərində iri urbanizasiya regionları yerləşən
hövzələrə axıdılır. Əksər hallarda, kimyəvi təsirlər mikrobioloji səviyyədə üzvi çirkləndiricilərlə də
əlaqələnə bilər. Bir çox hallarda, bu, gündəlik su təminatı problemi ilə bağlıdır. Məlum olduğu kimi,
Avropanın ən “qaynar” nöqtələri Aralıq dənizinin sahillərində yerləşir. Onların ərazisi əksər hallarda
daha çox çirklənmiş sahələrə təsadüf edir. Müasir problemlərin xeyli hissəsi patogen və digər xəstəlik
törədən mikroorqanizmlərlə bağlıdır. Onlar kanalizasiya sistemləri vasitəsi ilə suya düşərək, əhalinin
xəstələnmə riskinin artmasına şərait yaradır. İqlim şəraitinin komfortluğu burada dünya turizminin 1/3
hissənin cəmləşməsinə zəmin yaradır. Çimərlik mövsümünün uzunmüddətli olması və çimərliklərdə
həddindən artıq rekreantın istirahət etməsi, Şərqi Avropa kurortları ilə müqayisədə burada xəstəliklərin
daha geniş yayılmasına gətirib çıxarır. Ağır metalları və kimyəvi preparatları bioakkumulyasiya edən
balıq və dəniz bitkiləri ilə zəhərlənmələr də az əhəmiyyət daşımır. Dünya praktikasında Yaponiya
şəhərlərinin faciəsi məlumdur ki, burada ağır metallar, xüsusilə civə və qur-ğuşun Minimata buxtasında
həddindən artıq toplanan vaxt yalnız bu su hövzəsinin canlıları ilə qidalanan əhali kütləvi zəhərlənməyə
məruz qalmışdır.
Bizim respublikanın Simqayıt zonası xüsusi təhlükə obyekti sayılır ki, onun da akvatoriyası yaxın
zamanlara qədər ağır metalların, xüsusilə civənin rekord göstəricisi ilə fərqlənirdi. Son illər Sumqayıtın
ekoloji reabilitasiyası proqramı səmərəli şəkildə həyata keçirilir ki, burada qadınlar – öz şəhərinin sabit
gələcəyində maraqlı olan ekoloqlar, kimyaçılar, həkimlər, pedaqoqlar da iştirak edirlər (B., UNDP, 1999).
Bütövlükdə, ətraf mühitin zərərli amilləri ikili təzahür edə bilər: bir tərəfdən, onlar mutasiyaların
yaranmasına səbəb olur (mutagen effekt), digər tərəfdən, onlar irsiyyəti dəyişdirə bilirlər (ekogenetik
effekt). Bəzən mutasiya proseslərinin dərhal meydana çıxması və aşkarlanması uzun müddət davam
edir. Övladsız nigahlar, ağır keçən hamiləlik, spontan abortlar, ölü doğulmuş uşaqlar və anadangəlmə
qüsurlara malik uşaqların doğulması bunun nəticəsidir. Məsələn, 1999-cu ildə kimya sənayesinin
mərkəzi olan Sumqayıtda perinatal ölüm hallarının, anensefaliya, çənə-üz uyğunsuzluğu və digər
çoxsaylı pozuntuların 50%-ni inkişaf qüsurları təşkil edir. Aparılan tədqiqatlarda bir il ərzində doğulan
uşaqlarda anadangəlmə qüsurların müəyyən faizi göstərilmişdir (3%-dən çox).
Ərazisində indiyə kimi Sovet dövrünün qapalı hərbi obyekti yerləşən Qəbələ rayonu ekoloji
cəhətdən əlverişsiz region hesab edilir (radiolokasiya qurğusunun mövcudluğu səbəbindən). Perinatal
ölüm, uşaqlarda anadangəlmə qüsurların olması, bir yaşına kimi uşaqların yüksək xəstələnmə
göstəriciləri bunu sübut edir. Ölkənin yod kəsiri hiss olunan bəzi regionlarında qadın orqanizminə və
gələcək uşaqların sağlamlığına mənfi təsir müşahidə edilir. Bundan başqa, yodun çatışmazlığı
qadınlarda hamiləliyin çətinləşməsinə, doğuş vaxtı uşaqlarda endemik kretinizmin yaranmasına, fiziki
və əqli cəhətdən zəif inkişaf etmiş uşaqların doğulmasına səbəb olur. Başqa bir misal. Jivənin alkil
birləşmələri dəniz heyvanlarının orqanizmində toplanır ki, bu da qida məhsulu kimi onlardan istifadə
edən insanların zəhərlənməsinə gətirib çıxarır. Digər ağır metalların (qurğuşun, sink) da qadın
orqanizminə mənfi təsirinə dair faktlar var. Neft-qaz istehsalının inkişaf etdiyi regionlarda səciyyəvi olan
“çirkli” gölməçələri, həmçinin onların səthində qabarcıqların və dibində çöküntülərin yaranmasını ən
ağır ekoloji problemlərə aid etmək olar. Belə ki, neft-qaz “qabarcıqlarında” radionukleidlərin
mövcudluğu suyun radioaktivliyini artırır.
Ekoloji tarazlığın saxlanılmasına dair problemlər aktual məsələlər kateqoriyasına aiddir. Neft və
qaz yataqlarının axtarışı ilə bağlı bir sıra məsələlərdən əlavə, Xəzər dənizinin səviyyə tərəddüdlərinin
nəticəsi olan sosial və təsərrüfat problemlər də yaranır. Məsələn, Lənkəran və Salyan rayonlarında Xəzər
dənizinin səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar sahə su altında qalmışdır. Bu zaman ətraf
ərazilərdə suyun kimyəvi tərkibi kəskin dəyişmiş, səthi buxarlanma artmış, rütubətlik çoxalmış, bu isə,
insanların sağlamlığına ziyanlı təsir göstərmişdir.
Reproduktiv sağlamlıq problemləri insan ekologiyası anlayışı ilə sıx bağlıdır. İnsan ekologiyası
haqqında tezis təbiətdə bioloji başlanğıc ideyasından götürülmüşdür. Təbiət və cəmiyyət bir-biri ilə sıx
surətdə qarşılıqı əlaqədədir. Onlar qarşılıqlı şəkildə bir-birindən asılıdırsa, onda insanın ekoloji
problemləri, əhalinin sağlamlıq, o cümlədən, reproduktiv sağlamlıq problemləri davamlı inkişafın
prioritet istiqamətləridir.
Ekoloji cəhətdən təmiz qida məhsulları. Təmiz su ilə təchizat problemi
Qidalanma hüququ – insan hüquqlarının tərkib hissəsidir. Hər şeydən əvvəl, planet əhalisinin ən
kasıb təbəqələri üçün insaflı və sabit inkişafın təmin edilməsi davamlı inkişafa dair ideyanın müəllifi
kimi bütün dünyada məşhur olan xanım Qru Harlem Brundtlandın rəhbərlik etdiyi Ümumdünya
səhiyyə təşkilatında keçirilən debatlarda əsas yer tutur. Brundtlandın fikrincə, “…. bu sferada nəyinsə
dəyişilməsinin zəruri olmasına dair inkişaf edən “dərketmə” yaranmışdır. Beləliklə, qəbul edilməzdir ki,
aradan qaldırılması mümkün olan xəstəliklərə görə milyardlarla insan yoxsulluq vəziyyətində yaşasın.
Şübhəsizdir ki, sağlamlıq iqtisadi tərəqqini sürətləndirir, belə bir inkişafın mənfəəti insafla
paylaşdırılırsa, bu, yoxsulluğu azaldar. Lakin istixana effektinin, qlobal miqyasda havanın və suyun
çirklənməsinin nəticələri, həmçinin ərzaq məhsullarının kimyəvi və bioloji tərkibi insanların
sağlamlığına mənfi təsir göstərir. Buna görə də, ətraf mühit və sağlamlıq bilavasitə davamlı inkişaf
problemləri ilə əlaqədardır”.
Son on ildə qida məhsulları istehsalının artmasına baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə,
bütövlükdə dünyanın 86 ölkəsində, təqribən bir milyard insanın hələ də doyunca yeməməkdən, 2
milyard insanın qismən həyat üçün təhlükəli olan distrofiyadan əziyyət çəkməsi müşahidə edilmişdir.
Səbəb – orqanizmin A vitamini, yod və dəmir kimi mikroelementlərlə kifayət qədər təmin
edilməməsidir. Bu, hər şeydən əvvəl uşaqlara aiddir: onlardan təxminən 200 milyonu protein
çatışmamazlığından əziyyət çəkir. Bununla yanaşı, həyat səviyyəsi yüksək olan ölkələrdə bolluq hökm
sürür. Məsələn, Almaniyanın hər bir vətəndaşı Syerra-Leone sakininə nisbətən orta hesabla 50% çox
kalori, 2 dəfə çox protein və 2 dəfə çox yağ istehlak edir. Həm də nəzərə almaq lazımdır ki, insanlar
kalorinin 32%-ni və yağın 57%-ni ət və digər heyvan mənşəli məhsullardan alır. Syerra-Leonedə bu
komponentlərin payı 4% və 6%-dir. Beləliklə, yüksək inkişaf etmiş ölkələrdə düzgün qidalanmanın
tərbiyə edilməsi vasitəsi ilə sabit qidalanmaya birbaşa yol müəyyən edilir. İnkişaf etmiş ölkələrdə
qadınlar öz qidalarına xüsusi diqqət yetirirlər: ət əvəzinə meyvə və tərəvəzə, şokolad əvəzinə taxıl və
süd məhsullarına üstünlük verən və düzgün qidalanmaqla sağlamlığa dəyən ziyanın qarşısını almağa
çalışırlar. Onların qənaətinə görə, sağlam davamlı qidalanmaya ekoloji cəhətdən təmiz qidalanma
proqramının köməyi ilə nail olmaq olar.
Lakin davamlı inkişaf özündə yalnız insanları zəruri qida məhsulları ilə təmin etməyi deyil, həm
də onların istehsalı zamanı ətraf mühitin qorunmasını da ehtiva edir. Bu səbəbdən, dünya səviyyəsində
ətdən istifadəni azaltmaq lazımdır. Belə ki, Jənubi Amerikada bir inəyi bəsləmək üçün orta hesabla 18
min kv. m. tropik meşəni otlağa çevirmək lazımdır. Bir inək ömür müddətində 200 mln. metan qazı ifraz
edir ki, bu da istixana effekti yaradır. Bir heyvana yem hazırlamaq üçün 600 min litr su sərf olunur (1999-
cu ildə dünyada rekord göstərici qeydə alınmışdır – 56 mln. ton dana və mal əti).
Bu gün dünyada qaramalın sayı 1,3 mlrd. baş artmışdır. Bu, ekoloji ziyanın əvvəllər görünməyən
xarakter aldığını təsdiq edir.
Analoji problemi bütün dünyada zərif və ləzzətli yeməkləri həddindən çox sevən insanlar üçün
delikates olan krevetlərin (xırda dəniz xərçəngi) istehsalı yaradır. Tailandda 30 il ərzində krevet
fermaların təlabatını ödəmək üçün manqr meşələrinin yarısı məhv edilmişdi. Ölkədə istehsal edilən 200
min ton krevetdən 95%-i ixrac edilir. Krevetlər dünya bazarındakı balıq məhsullarının ümumi çəkisinin
cəmi 3%-ni, dəyər baxımından isə 20%-ni təşkil edir. Bu fakt istehsalın davamlı inkişaf istiqamətində
yeni oriyentasiyanın aktuallığını təsdiq edir.
XX əsrin axırlarından başlayaraq Hissen, Kassel və Fuld şəhərlərinin (AFR) universitetlərində
tələbələrə yeni fənnin - qida ekologiyasının tədris edilməsi fərdin ətraf mühitlə, iqtisadiyyat və
cəmiyyətin bu və ya digər qidalanma sistemi ilə, məsələn, qida məhsullarının istehsalı və onların
istehlakı ilə əlaqəsinin tədqiqinə kömək edir.
Bu gün dünya əhalisinin sağlamlığına təsir edən ən ciddi müasir problemlərdən biri içmək üçün
yararlı su ilə təmin edilməsi problemidir. Təmiz içməli su ilə təminat məsələsi əhalinin sağlamlığının
əsaslarından biridir. Əgər içmək üçün yararlı suyun 60%-nin 10 dövlətdə – əsasən ABŞ, Rusiya, Braziliya
və İndoneziyada olduğunu, İordaniya, Sinqapur və Liviya kimi ölkələrin isə, ümumiyyətlə, su
ehtiyatlarının olmamasını nəzərə alsaq, onda bu problemin qloballığını anlamaq olar. Su – arzu edilən
iqtisadi inkişafın açarıdır ki, bunun da köməyi ilə yoxsulluğu aradan qaldırmaq olar. Lakin suyun əldə
edilməsinin həm də mühüm sosial nəticələri var: dünyanın bəzi yoxsul ölkələrində suyu əldə etmək
üçün qadınlar çox zaman 10 kilometrdən artıq məsafəni piyada qət etməli olurlar. Bu, övlad tərbiyə
etmək və ya digər ev işlərini görmək üçün onların vaxtının az qalması deməkdir. Su – sosial ədalət, ətraf
mühitin stabilliyi və mədəni müxtəliflik açarıdır. Qədim mədəniyyətlərə, bütün dünya dinlərinə nəzər
salsaq, suyun sadəcə iqtisadi amil olmadığını görmək olar. Su mənəvi dəyərlərlə, insanın təbiətə
ehtiramı ilə birbaşa bağlıdır.
Bizim respublikamızda keçirilən sosioloji sorğu nəticəsində müəyyən edilmişdir ki,
respondentlərin 90%-dən çoxu yalnız bulaq suyunu təmiz su sayırlar (lakin respodentlərin yalnız 7,4%-i
bu sudan istifadə edirlər). Əhalinin məişətdə istifadə etdiyi su çox zaman quyulardan, bəzən çaylardan
əldə edilir və ya digər ərazilərdən gətirilir. Bu su xüsusi sanitar nəzarətdən keçmir. Azərbaycanın
şəhərlərində əhalinin su ilə təminat problemi nisbətən nikbin görünür. Şəhər əhalisinin 95,2%-dən çoxu
su kəmərindən istifadə edir. Qeyd etmək lazımdır ki, bu kommunal xidmət növünün dəyəri nisbətən
ucuzdur (suyun hər 5 min litrinə 8-10 ABŞ dolları ödənilir). Lakin suyun sanitar qiymətləndirilməsinin
səviyyəsi, artıq qeyd etdiyimiz kimi, heç də həmişə beynəlxalq standartlara uyğun gəlmir.
Kənd yerlərində su ilə təminat problemi daha dramatik şəkil alır. Belə ki, kənd əhalisinin yalnız
10%-ə qədərinin nisbətən rahat su təminatı var. Qalan 90% fiziki xarakterli daimi çətinliklərlə (onlar
artezian quyularının, bulaqların, çay və göllərin suyunu işlədirlər) və ya əlavə xərc ilə (suyu başqa
yerlərdən gətirirlər, elektrik nasoslarından istifadə edirlər və s.) üzləşir. Bir qayda olaraq, bütün ailəni su
ilə təmin etmək vəzifəsi qadın və uşaqların öhdəsinə düşür. Qadının öz ərini itirdiyi və tək qaldığı
ailələrdə birmənalı olaraq, bu problemin alternativ həlli yoxdur (Xalilov, 2003).
2001-ci ildə Bonnda şirin su ilə bağlı problemlər üzrə keçirilən Beynəlxalq konfransda 118 dövlətin,
47 Beynəxalq təşkilatın və 73 müxtəlif ictimai təşkilatın nümayəndələri görüşmüşlər. Azərbaycanın da
nümayəndə heyətinin iştirak etdiyi bu konfransda su ilə təminat və su axımı probleminin həlli üçün
konkret yollar tapıldı, suyun sabit istifadəsi və ədalətli bölgüsü üzrə əməli addımlar atıldı. Demoqraflar
2025-ci ilə qədər Yer kürəsi əhalisinin 8 mlrd.-a qədər artacağını proqnozlaşdırırlar ki, bunların da 5
mlrd. nəfəri içməli su qıtlığından əziyyət çəkən sahələrdə yaşayacaqdır.
Müxtəlif ölkələrdə ailə planlaşdırılması proqramları. Kişilərin və qadınların asudə vaxtının
təşkili
Bütövlükdə, istənilən cəmiyyətdə mövcud olan əhalinin sağlamlıq problemləri iqtisadi, sosial və
demoqrafik problemlərin geniş spektri ilə sıx surətdə əlaqəli olur. Müasir dövrün belə aktual
problemlərindən biri ailə planlaşdırılmasıdır. Ailələrin planlaşdırılması və ya ailədaxili uşaq
doğumunun tənzim edilməsi bu və ya digər ölkənin demoqrafik mənzərəsinə uyğun gəlir.
Ailənin planlaşdırılması adı altında ər-arvad (fərd) tərəfindən ailənin tərkibi, xüsusilə orada
uşaqların sayına dair könüllü qərarların qəbul edilməsi və belə qərarların reallaşdırılmasına səbəb olan
fəaliyyət başa düşülür. Ailə planlaşdırılmasının mənəvi-etik və hüquqi əsası, yəni şüurlu valideynlik
(analıq və ya atalıq) hüququ, daha doğrusu, uşaqların sayının və onların doğulması arasında fasilənin
özü üçün arzu olunan şəkildə təyin edilməsi hüququ hər bir ailənin özünə məxsusdur. Ailə
planlaşdırılması ailədaxili uşaq doğumunun tənzim edilməsi vasitəsi ilə həyata keçirilir ki, bu da
mayalanma, dölün saxlanılması, həmçinin hamiləliyin qarşısının alınması və dayandırılması ilə bağlı
olan reproduktiv fəaliyyətə nəzarət yolu ilə baş verir. Ailə planlaşdırılması uşaq ölümünün aşağı
düşməsinə, ana və uşağın sağlamlığının möhkəmlənməsinə, təkrar sonsuzluğun azalmasına səbəb olur.
Dünyanın bəzi ölkələrində və beynəlxalq təşkilatların fəaliyyətində ailə planlaşdırılması adı
altında ailənin planlaşdırılması proqramı başa düşülür ki, bu da bəzən “doğum sayına nəzarət”
proqramı, daha doğrusu ailələrdə uşaq doğumunun stimullaşdırılması və məhdudlaşdırılmasına
yönəlmiş tədbirlər kompleksi adlandırılır.
Ailə planlaşdırılması proqramının həyata keçirilməsi üzrə ilk təcrübə Hindistanla bağlıdır ki,
burada “iki nəfərə – iki nəfər” sosial şüarı fəaliyyət göstərir. XX əsrin 70-ci illərin ortalarında bir sıra
Asiya, Afrika və Latın Amerikası ölkələrində uşaq doğumunun məhdudlaşdırılması praktikasının
aktivləşməsinə səbəb olan dövlət proqramları fəaliyyət göstərməyə başladı. Qəbul edilmiş proqramlar
sanitar maariflənməni və ailə planlaşdırılması praktikası məsələləri üzrə məsləhətləşmələri, əhalinin
hamiləliyin qarşısını alan vasitələrlə təminatını, az uşaqlı ailələrin üstünlüyünə dair təbliğatını
populyarlaşdırır.
Respublikamızda yaranmış sosial-siyasi şəraiti nəzərə alaraq, bizim ölkəmizdə ailə
planlaşdırılması proqramlarının özünəməxsus istiqaməti var. Qohumlararası nigah, erkən nigah və
respublikada demoqrafik situasiyanın digər spesifik xüsusiyyətləri əleyhinə fəal təbliğat aparılır. Qender
problemlərinin geniş araşdırıldığı ailə planlaşdırılması mərkəzləri fəaliyyət göstərir. Azərbaycanın
rayonlarında çox vaxt aydın təzahür edən qender asimmetriyası müşahidə edilir. Azərbaycan Qender
Assosiasiyası “Simmetriya” tərəfindən aparılan tədqiqatlara istinadən çəkilmiş, selektiv abort və digər
səciyyəvi xüsusiyyətlərin açıqlandığı “Yeddi oğul və bir qız istərəm” sənədli filmi bu problemə həsr
olunmuşdur.
Biz ailədə və cəmiyyətdə qadınlar və kişilər arasında ahəngdarlığın yaranmasına və əməkdaşlığa
kömək edən, işdə və ailədə vəzifə bölgüsünü təsdiq edən, sosial təminat proqramını qadın sağlamlığını
mühafizə etmək məqsədilə ictimai həyatın digər sahələrinə də uyğunlaşdıran proqramın işlənib
hazırlanmasını təklif edirik. Azərbaycan Qender Assosiasiyası “Simmetriya”nın fəal üzvlərinin apardığı
tədqiqatlar, sosioloji sorğular və əməli tədbirlər sayəsində respublikamızın bölgələrində qadınların
reproduktiv hüquqları probleminə həsr olunmuş “Nigah sirləri” adlı sənədli film mütəxəssislərin
marağına səbəb olmuşdur.
Jəmiyyətin təbii mühitə təzyiqinin miqyasları bəşəriyyətin artım dinamikası, ETİ dövründə
məhsuldar qüvvələrin inkişafı, sənaye və məişət tullantılarının çoxluğu ilə müəyyən olunur. Məsələn,
əgər 1970-ci ildə çirkləndiricilərin ümumi həcmi 40 mlrd. ton idisə, 2000-ci ildə bu göstərici 100 mlrd. ton
olmuş, daha doğrusu 2,5 dəfə artmışdır. Bu, iqlim, torpaq, su balansı, atmosfer üçün bərpa olunmaz
nəticələr yaradır.
Bu şəraitdə rekreasiya – əhalinin qüvvə və sağlamlığının bərpasına yönəlmiş proqramları lehinə
mülahizələr daha çoxdur. Təbiət insanın mənəvi aləminə böyük təsir göstərir. Təbiət – pozulmuş mənəvi
tarazlığın bərpası, şəxsiyyətin mənəvi kamilləşməsinin mənbəyidir. Təsadüfi deyil ki, əksər insanlar öz
istirahətlərini təbiətlə bağlayırlar. Təbiətin insana estetik təsiri – təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsinin
bir aspekti olmaqla, təbiətə qayğı ilə yanaşılmanın, onun landşaftlarının gözəlliyinə milli sərvət kimi
baxmağın, onların təkrarsız özəlliklərini məhv etməməyin və qoruyub saxlamağın zəruriliyini
şərtləndirir…
Təbii şərait, praktiki olaraq, əhalinin gündəlik həyatının bütün cəhətlərinə, xüsusilə onun əməyinə,
istirahətinə və məişətinə, insanların sağlamlığına və onların yeni, adət edilməmiş şəraitə uyğunlaşmaq
imkanlarına təsir göstərir. Təbii şəraitin ümumi dəyəri onun insan üçün komfortluluq səviyyəsi ilə
müyyən olunur. Təbii şəraitin qiymətləndirilməsi üçün 30-a yaxın parametrdən istifadə edilir (iqlim
dövrlərinin davamlılığı, temperatur fərqləri, iqlimin rütubətliyi, külək rejimi, infeksion xəstəliklərin təbii
ocaqlarının mövcudluğu və s.).
Mədəniyyət sahəsinin və asudə vaxt sferasının inkişafına dair baxışlar, son illər insanların
həyatında baş vermiş dəyişikliklərin dinamikasının qiymətləndirilməsi onların öz asudə vaxtlarından
istifadə etmək spesifikası, mədəni təbəlatlarının müəyyən xarakteri və intensivlik dərəcəsi ilə sıx
bağlıdır. Lakin asudə vaxtın təşkilində bəzi ümumi tendensiyalar da mövcuddur.
İnsanların asudə vaxtlarında tez-tez toplaşdıqları yerlər (teatr, kino-teatr, sərgi zalı, muzey,
kitabxana, klub və mədəniyyət evi), asudə vaxta aid olan tədbirlər, insanların kütləvi informasiya
vasitələrindən istifadəetmə intensivliyi xalqın mədəni simasını müəyyən edir. Dünyanın bir sıra
ölkələrində keçirilən təntənəli küçə nümayişləri bayram ab-havası yaradır. Bütöv şəhərlər teatr və
konsert meydanlarına çevrilir. Nəfəsli alətlər orkestrinin çıxışları və festivallar əhalinin ənənəvi
tədbirlərinə aiddir. Bizim respublikamızda da kütləvi bayram tamaşaları keçirilir. Belə ki, Novruz
bayramında küçələrdə tonqallar qalanır, kütləvi gəzintilər təşkil edilir, bədii özfəaliyyət qruplarının
çıxışları və xalq yaradıcılığı yarmarkaları keçirilir. Güləş, kəndirbazlıq və s. kimi milli idman növləri
əsrlər boyu kişi atributu olmuşdur. Xalq yaradıcılığının xalça, toxunma əşyalar, kulinariya və evdə
bişirilmiş təamların ən yaxşı nümunələrinin sərgisi təşkil edilir ki, bunlar da, bayramların xüsusi qadın
atributlarıdır.
Mədəniyyət və asudə vaxt sferasında baş verən dəyişikliklərin dəyərinin müəyyən edilməsi və
əhalinin geniş təbəqələrində bu sahəyə aid təsəvvürlərin genişlənməsi bu məsələlərin həllolunma
dərəcəsində mədəniyyətin inkişafının önəmli olmasına təminat verir. Demoqraflar müəyyən etmişlər ki,
əhalinin maddi tələbatı və asudə vaxtın keçirilməsi arasında düz mütənasiblik mövcuddur. İnsanların
təminat səviyyəsi yüksək olduqca, onların öz asudə vaxtlarına yanaşma tələbatları da artır. Asudə vaxtın
təşkili nəqliyyat vasitələri (avtomobil, yaxta və b.) ilə də bağlıdır. Bu, istirahətin arealını genişləndirməyə
imkan verir. Müəyyən edilmişdir ki, planetin ən aktiv sakinləri sırasına ispanlar, ingilislər, fransızlar və
amerikalılar aiddir. Onlar beynəlxalq turizmə üstünlük verirlər ki, bu da dünyagörüşünün əhəmiyyətli
dərəcədə genişləndirilməsinə imkan yaradır.
Şəxsi kitabxanaya malik olmaq göstəricisinə görə də əhalini qruplara ayırırlar. Fərdi gəlirinə görə
fərqlənən qruplarda Ümumdünya İNTERNET şəbəkəsindən istifadə etmək üçün geniş imkanlar açan
şəxsi kompüter sahiblərinin payları fərqləndirilir. Müasir şəraitdə insanların mədəniyyət göstəricisinə və
əhalinin asudə vaxt sferasını təşkil edən əsas aspektlərinə, bir qayda olaraq, kütləvi informasiya
vasitələri – mətbuat, müxtəlif nəşrlər və televiziya da aiddir. Tədqiqatçılar məhz onları boş vaxtlarda
əhalinin tipik məşğuliyyət növü kimi xarakterizə edirlər. Bütün dünya ölkələrində əhalinin təqribən
90%-i asudə vaxtda qəzet və dərgilər oxuyur.
Bəzi ölkələrdə tez-tez uşaq idmanının, uşaq yaradıcı birliklərinin və maraq dairəsi klublarının
inkişafına yetərincə diqqət verilməməsinə dair kəskin məsələlər qaldırılır. Azərbaycanda böyüyən nəsli
geniş maraqlar spektri üzrə birləşdirən uşaq istirahət ocaqları və asudə vaxt mərkəzlərinin geniş
şəbəkəsi mövcuddur.
Reabilitasiya mərkəzlərinin, ailələrə, qadın və uşaqlara sosial kömək mərkəzlərinin yaradılması bu
gün aktuallıq kəsb edir. Belə psixoloji mərkəzlər ABŞ-da, Qərbi Avropa ölkələrində, Rusiyada fəaliyyət
göstərir. Bizim ölkəmizdə də əhalinin həssas təbəqələrinə, xüsusilə, müxtəlif həyat vəziyyətlərindən
ziyan çəkən qadın və uşaqlara kömək göstərən psixo-sosioloji xidmət məsləhətxanaları var.
Bizim fikrimizcə, şəhərlərin kifayət qədər yaşıllaşdırılmaması, qeyri-sabit ekoloji vəziyyətə dair
məsələlər də aktualdır. Bu gün ekoloji şəraitlə əhalinin, o cümlədən qadınların psixokomfort vəziyyəti
arasında birbaşa asılılıq müəyyən edilmişdir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə ekoloji “təmiz”
yerlərin böyük hissəsi millətin sağlamlaşdırılmasına və əhalinin iş qabiliyyətinin artmasına yardım edir.
Azərbaycanda təbiətin mühafizəsi və yaşayış məntəqələrinin yaşıllaşdırma işi fəal gedir. Ekologiya və
Təbii Sərvətlər nazirliyinin təşəbbüsü ilə respublikanın bir çox regionlarında, o cümlədən Jənqi və Giləzı
bölgələrində, həmçinin Qaradağ rayonunun ərazisində 90 mln. ədəddən çox əkin üçün materialı
basdırılmışdır. Respublikanın paytaxtında park və istirahət zonaları əsaslı şəkildə yenidən qurulmuşdur.
Mədəni məhsula aşağı tələbat, mədəniyyət təsisatlarından və asudə vaxtdan istifadə planında
passivliyin əsas səbəblərindən biri maddi təminatın aşağı səviyyəsidir. Mənzil, nəqliyyat, teatr və
sərgilərə biletlərin qiymətlərinin daim artması şəraitində insanların əksər hissəsi mədəni asudə vaxt
haqqında düşünmək iqtidarında deyildir.
Maddi təminatın səviyyəsi asudə vaxtdan istifadə etmək yollarını əhəmiyyətli dərəcədə dəyişdirir.
Maddi təminat səviyyəsinin aşağı düşməsi asudə vaxtın keçirilməsi forması kimi, televiziyaya baxmaq,
gəzintilərə çıxmaq, İNTERNETə müraciət etmək, kompüter oyunlarından istifadə etmək, teatr və
konseprtlərə getmək, qonaq qəbul etmək (getmək), idmanla məşğul olmaq imkanlarını azaldır. Əhalinin
maddi təminatının aşağı səviyyəsi ilə bağlı olaraq asudə vaxt məşğuliyyətləri spektrinin kəskin
daralması əhəmiyyətli dərəcədə mədəni inkişafı ləngidir.
Qeyd etmək lazımdır ki, bizim ölkəmizdə vətəndaşın istirahət hüququ Azərbaycan
Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. İşləyənlər üçün, Əmək kodeksinə əsasən, 8
saatlıq iş günü, bazar və bayram günlərində haqqı ödənilən məzuniyyət müəyyən edilmişdir. Əməyin
təşkili üzrə Beynəlxalq Konvensiyaya uyğun olaraq, Azərbaycan Respublikasında 1994-cü ildən
“Məzuniyyət haqqında” qanun qəbul edilmişdir. Qanunda, əmək stacına uyğun olaraq uşaqlı qadınlara
əlavə məzuniyyətin verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, qanun aylıq əmək haqqını
saxlamaqla, sosial məzuniyyətləri də nəzərdən keçirmişdir.
MÜZAKİRƏ ÜÇÜN SUALLAR
▪
Müasir səhiyyə və reproduktiv sağlamlıq sahəsində nailiyyətlər.
▪
Dünyanın müxtəlif ölkələrində əhalinin ekoloji cəhətdən təmiz qida məhsulları ilə təminatı. Təmiz
içməli su ilə təminat problemi.
▪
Müxtəlif ölkələrdə ailə planlaşdıılması. Əhalinin asudə vaxtının təşkili.
İş üsulları – Şəhər klinikalarının birində tədrislə bağlı görüşün keçirilməsi və ya qeyri-hökumət
təşkilatlarından birinin işi ilə tanışlıq. “Yeddi oğul və bir qız istərəm” və “Nigah sirləri” sənədli
filmlərinə baxış və onların müzakirəsi.
ƏDƏBİYYAT
Azərbaycan Respublikasının Əsas Qanunu (Konstitusiyası). B., 2003
Azərbaycan Respublikasının “Səhiyyənin qorunması haqqında” Qanunu. – B., 1998
Azərbaycan Respublikasında Qadınların Vəziyyəti haqqında Hesabat. B., UNDP, 1999
Байрамова Л.А. Проблемы репродуктивного здоровья женщин (в рамках региональных экологических
исследований). Материалы научно-практической конференции “Теоретико-методологические аспекты
проблем гендерного обучения в системе высшего образования”. – Б., 2002
Брундтланд Гру Харлем. Ежегодный отчет Всемирной Организации Здравоохранения за 2002 год.
Закон Азербайджанской Республики “Об охране окружающей среды”. – Б., 1999
Закон Азербайджанской Республики “Об охране природы и природопользовании”. – Б., 1999
Костин И.Н., Хахва Н.Т., Гаскина О.Б. Социально-медицинские аспекты становления репродуктивного
здоровья в подростковом возрасте. – М., 2002
Материалы Всемирной конференции ООН по народонаселению. Бухарест (Румыния), 1974
Материалы Регионального семинара “Репродуктивные права и здоровье женщин в Восточной и
Центральной Европе”. – Варшава, 1999
Материалы конференции “Репродуктивное здоровье и концентрация в XXI веке”. – М., 2000
Мерчант Кэролин. Смерть природы. Женщина, экология и научная революция.- Сан-Франциско, 1990
Положение об оценке воздействия на окружающую среду (ОВОС) в Азербайджане. – Б., 1996
Democracy and equality between women and men. Declaration and Resolutions. – Istanbul, 1997
Federal Environmental Agency. Annual Report 2001. – Berlin, 2001
http://www.uni-bielefeld.de/IFF/
Dostları ilə paylaş: |