59
№ 5 (47), 2010
Onun daşInI çOxdan atmIşam
Rəvayətə görə qədim zamanlarda Azərbaycanda belə bir
adət varmış: kişi evlənəndə gəlin evinin yaxınından bir daş
gətirər və həmin arvadı ilə yaşadığı müddət ərzində daşı
saxlayarmış. Kişi arvadı boşadıqda və ya arvad vəfat edəndə
dəfn etməyə apardıqda həmin daşı da onun ardınca atarlardı.
Sonralar bir şeyin “daşını atmaq” ifadəsi ilkin mənasını
dəyişib daha geniş məna kəsb etməyə başlamış, hazırda
ümumiyyətlə bir adamla və ya bir şeylə əlaqənin kəsildiyini
bildirir.
Qurdla QIyamətə QalmayacaQ kİ
Qiyamət əfsanəsinə görə nə vaxtsa dünya dağılacaq və bütün canlılar tələf
olacaq, bir tək qurd (canavar) sağ qalıb yaşayacaq.
Ona görə də bir adamın gec-tez dünyasını dəyişəcəyini bildirmək üçün “daha
qurd ilə qiyamətə qalmayacaq ki” ifadəsini işlədirlər.
dəmdəm halVasI deyİl kİ
Halva növləri arasında ən tez və asan bişən dəmdəm halvası hesab
olunur. Onu hazırlamaqdan ötrü unu dağ edilmiş yağın içində qovuraraq
odun üstündən götürür, içərisinə doşab, yaxud bal töküb qarışdırırlar. Bütün
bu işi görmək cüzi vaxt və zəhmət istəyir.
Çətin və çox vaxt sərf edilən hansısa işi təcili görməyi tələb etdikdə
adətən “dəmdəm halvası deyil ki, belə tezliklə mümkün olsun” deyirlər.
İz eşşəyİn, əməl gəlİnİn
Bir qayınana gəlinini çox incidir, döyür, söyür, ac saxlayırmış. Evdən
bir yerə gedəndə çörəyi taxçaya yığar və gəlinin oradan çörək götürüb-
götürmədiyini müəyyən etmək üçün taxçanın qabağına un səpərmiş.
Bir gün qayınana yerə un səpib qonşuya yasa gedir. Gəlin səhərdən
ac olduğundan və taxçadan çörək götürməkdən qorxduğundan bir hiylə
işlətmək fikrinə düşür. Bunun üçün həyətdə bağlanmış eşşəyin üstünə
minir, eşşəyi evin içinə, taxçanın qabağına sürür, aşağı düşmədən
taxçadan bir çörək götürür, sonra eşşəyi bayıra sürüb yerə düşür. Axşam
qayınana yasdan qayıdıb taxçanın qabağında eşşək izlərini görür. Tez
taxçaya baxıb bir çörəyin əskik olduğunu yəqin edir və öz-özünə deyir:
- İz eşşəyindirsə də, əməl gəlinindir.
Bir adamın gördüyü işdə başqasının barmağı olduqda, ya həmin iş
başqasının fitvası ilə görüldükdə bu məsəldən istifadə edirlər.
“Rəvayətli ifadələr”, Bakı, 1961
Nİyə belə deyİrİk?
A-PDF Split DEMO : Purchase from www.A-PDF.com to remove the watermark