1
PEYĞƏMBƏRLƏRĠN
HƏYATI
MÜƏLLĠF: SEYYĠD KAMAL
TƏRCÜMƏ EDƏN: VÜSAL HÜSEYNZADƏ
2
Kitabın adı:..............................Peyğəmbərlərin həyatı
Müəllif:...................................................Seyyid Kamal
Tərcümə edən:................................Vüsal Hüseynzadə
NəĢr edən:...............................................................Faiz
Çap tarixi:..............................................................2004
Çap növbəsi:.......................................................Birinci
Tiraj:......................................................................3000
3
ATA VƏ ANAMIZ ADƏM VƏ HƏVVA
«Ġlahi! Məhəmməd (s) və onun ailəsinə və bizim ata-anamız olan Adəm və
Həvvaya salavat və salam göndər!»
Fatimeyi-zəhra (s)
Allah-təala milyon illər bundan əvvəl dünyanı, ulduzları və göyləri yaratdı; mələkləri
nurdan, cinləri isə oddan xəlq etdi. Yer bu vəziyyətdə deyildi. Dənizlər onu
bürümüĢdü. Dalğalar çırpınır, güclü küləklər əsir, vulkanlar püskürürdü. Böyük səma
daĢları və kometalar yeri həmiĢə hücuma mə’ruz qoyurdu. Yerdə heç cür həyat
niĢanəsi yox idi; nə dənizlərdə nə də quruda yaĢayıĢ əlaməti hiss olunmurdu.
Milyonlarla il öncə dənizdə kiçik balıqlar göründü. Yerdə azca otlar əmələ gəldi. Sonra
həyat get-gedə kamilləĢdi, yerdə müxtəlif növlü sürünənlər və dinozavr kimi heyvanlar
peyda oldular. Buz qatları yeri örtmüĢdü. Bitki və heyvanlar tələf olur, onların yerinə
yeni məxluqlar yaranırdı. Bə’zən buzlar əriyir və yenidən canlanma baĢlayırdı. Həmin
zamanlarda yerin heç vaxt vulkan, zəlzələ, güclü tufan və möhkəm dalğalar əlindən
rahatlığı yox idi. Hələ buzlar əriməmiĢdi. O uzaq keçmiĢlərdə Allah-təala yerin
hündürlüklərindən, düzənliklərindən, Ģoranlıqlarından və məhsuldar yerlərindən bir
torpaq seçdi. Bu torpaq su ilə qarıĢdı və yapıĢqan palçıq formasına düĢdü. Beləcə Allah
o palçıqdan insana bənzər bir mövcud yaratdı; bir baĢ, iki göz, iki qulaq, iki əl, iki
ayaq, bir burun, ürək və sinəli bir varlıq. Palçığın suyu buxarlandı və insanın qəlibi daĢ
kimi bərkidi. Külək əsdikcə ondan eĢidilən səslər onun möhkəmlənməsindən xəbər
verirdi. Allahdan baĢqa heç kimin xəbərdar olmadığı bu heykəl uzun müddət həmin
formada eləcə yuxuda idi.
YER
Həmin müddətdə yerdə olan dəniz dalğaları və tufanlar sakitləĢdi. Vulkanların çoxu
söndü. MeĢələr böyüdü, sıxlaĢaraq heyvan və quĢlarla doldu. Bulaqlar saf su ilə
qaynadı, çaylar axdı. ġimal küləkləri buludları susuz yerlərə tərəf çəkirdi və sel
yağıĢları susuz və otsuz səhraları diriltmək üçün yağırdı.
Uzaq məsafədən yerə baxdıqda fəzada günəĢin ətrafına fırlanan və bunun nəticəsində
də fəsillər əmələ gələn kürə Ģəklində yer görünür. Yayın ardınca payız, payızın ardınca
qıĢ, qıĢdan sonra isə bahar gəlir. Yer yaĢıllaĢır, bitkilər və meĢələr daha təravətli və
yaĢıl olurlar. Gözəl çaylar axır, bulaqlar saf və sərin sularla qaynayır. Yer öz ətrafına
fırlanır, gecə və gündüz yaranır.
Gündüzlər quĢ və heyvanlar yuxudan oyanır və hər biri öz yeminin ardınca gedirdi.
Ceyranlar meĢələrdə qaçıĢırdı, dağ keçiləri isə dağların baĢında. Kəpənəklər bağ və
bostanlarda qanad açır gül və gül-çiçəklər axtarırdılar. Yırtıcı heyvanlar meĢələrdə
nə’rə çəkirdilər.
Bitkilər inkiĢaf edərək artırdı. Buna görə də yer həyat və yaĢıllıqla dolu olurdu.
Ağaclar meyvə ilə dolurdu.
Qoyun və çəpiĢlər yırtıcılardan qorunmaq üçün mağaralara çəkilirdilər. Hər Ģey
Allahın yaratdığı kimi öz xətti ilə gedirdi.
Yer çox gözəl görünürdü; rəngarəng, dənizin mavi rəngi, otlarla örtülmüĢ meĢə və
təpələrin yaĢıllığı, səhraların qəhveyi və buğdayı rəngi, qarların ağlığı və səhər vaxtı
günəĢin qırmızı rəngli Ģəfəqləri.
4
Yer həyatla, quĢ və heyvanlarla, meĢə və bitkilərlə, gül və kəpənəklərlə dolu idi.
Amma, hələ insandan bir xəbər yox idi.
ĠLK ĠNSAN - ADƏM (Ə)
Allah öz rəhmət və lütf anlarının birində qurumuĢ heykələ ruh üfürdü. Heykəl
asqırdı və dedi: «Əlhəmdu lillah».
Adəm (ə) ayağa qalxdı. Artıq ona ruh üfürülmüĢ və kamil insan formasına
düĢmüĢdü. O, nəfəs alır, o tərəf bu tərəfə baxırdı. DüĢünən və diqqət edən bir
insan yaranmıĢdı. Əllərini tərpədərək yol gedirdi. Gözəllikləri tanıyır, pislikləri
dərk edirdi. Həqiqət ona tanıĢ idi. Haqqı və batili, xeyir və Ģəri, səadət və
bədbəxtliyi ayıra bilirdi.
Allah mələklərə əmr etdi ki, Adəmə (ə) səcdə etsinlər. Allahın öz qüdrət əli ilə
yaratdığı bir məxluqa səcdə etsinlər. Bütün mələklər səcdə etdilər. Mələklər
Allaha itaətdən baĢqa bir Ģeylə tanıĢ deyildilər. Onlar həmiĢə Allaha zikr
edirdilər, həmiĢə Allahın qarĢısında təslim idilər.
Onlar insana səcdə etdilər, çünki, Allah onu yerdə öz caniĢini və nümayəndəsi
kimi seçmiĢdi. Çünki, Allah onu xəlifə və caniĢin olaraq bəyənmiĢdi. Onun
məqamı mələklərdən üstün idi. Amma, baĢqa bir yaranmıĢ ona səcdə etmədi. O,
Allahın Adəmdən (ə) altı min il öncə yaratdığı cin tayfasından olan bir məxluq
idi. Heç kim bilmir ki, bu altı min il yer illəri kimidir, yoxsa hələlik heç kimin
anlamadığı digər səma ulduzları illərindən.
Allah-təala cini oddan yaratmıĢdı. ġeytan Adəmə (ə) səcdə etmədi. Allahın
əmrindən boyun qaçırdı. ġeytan təkəbbür və lovğalıq etdi, palçıqdan yaranmıĢ
Adəmə (ə) səcdə etməkdən boyun qaçırdı.
Bütün mələklər səcdə etdilər. Mələklər hamısı Allaha itaət edirlər. Ona təsbih
deyirlər və müqəddəs Zatını hörmətlə yad edirlər. ġeytan cin tayfasındandır. O,
Allaha itaətsizlik etdi, Adəmə (ə) səcdə etmədi. Allah-təala buyurdu:
-Ey ġeytan, niyə Adəmə səcdə etmədin?
ġeytan dedi:
-Mən ondan üstünəm. Məni oddan yaratmısan, Adəm isə palçıqdan
yaranmıĢdır. Od palçıqdan üstündür.
Allah təkəbbürlü ġeytanı yanından qovdu. Onu öz rəhmətindən uzaqlaĢdırdı
və həmin vaxtdan da ġeytan Adəmə (ə) kin bəsləyərək düĢmən kəsildi.
ġeytan təkəbbürlü, həsədli, kinli və özünübəyənən bir yaranmıĢ idi. HəmiĢə
bu fikirdə idi ki, Adəmi (ə) necə məhvə doğru çəksin, onu necə aldadıb,
yolundan azdırsın.
Allah ġeytanı öz rəhmətindən uzaqlaĢdırdı. Ona buyurdu:
-Rədd ol get! Sən qovulmuĢsan və qiyamətə qədər mənim lə’nətim olsun
sənə.
ġeytan dedi:
-Ey Allah, mənə qiyamətə qədər fürsət ver.
Allah-təala buyurdu:
-Qiyamətə qədər sənə fürsət verildi: müəyyən zamana qədər.
Dostları ilə paylaş: |