Свойства твердых тел и жидкостей
С.Агакишиев
1
Mayenin s
əthi gərilməsi
Maye daxilində
olan hər bir molekula qonşu
molekullar tərəfindən itələmə və cəzb etmə qüvvələri təsir
edir. Molekulun yerləşməsindən asılı
olaraq molekula təsir
edən yekun əvəzləyici qüvvə müxtəlif olacaq.
Molekul mayenin daxilində yerləşir.
Qonşu molekullar tərəfindən molekula təsir edən
qüvvələr bir birini tarazlaşdırır və, deməli, əvəzləyici qüvvə
sıfıra bərabər olur.
Molekul mayenin səthində yerləşir.
Maye səthində
olan molekula təsir edən
molekullararası qüvvələr molekulun
bir tərəfindən təsir
edir. Bu molekula təsir edən əvəzləyici qüvvə sıfıra bərabər
deyil və maye daxilinə yönəlib. Beləliklə səthə yaxın olan
hər bir molekul maye daxilinə nüfuz etməyə “çalışır”.
Maye səthində olan bütün
molekullara təsir edən
əvəzləyici qüvvələr ümumi olaraq maye daxilinə yönəlib və birlikdə mayenin səthi gərilmə qüvəsini təşkil edir.
Sabun köpüklərinin yaranması və su damcılarının sferik şəkildə olması mayedə
səthi gərilmə qüvvəsinin
təsirinə nümunədir. Üfüqi müstəvi üzərində olan kiçik civə damcıları kürə formasında olur. Maye öz sərbəst səthinin
sahəsini azaltmağa “çalışır”. Həcmi eyni olan fiqurlardan ən kiçik səthin sahəsinə malik olan fiqur – kürədir.
Mayenin səthi gərilmə qüvvəsi mayeni səthinə toxunan kimi yönəlib və maye səthinin sərhədinin uzunluğuna
düz mütənasibdir:
F
səthi gərilmə
= σ ∙ l
,
burada
σ
– səthi gərilmə əmsalıdır.
l
– maye səthinin sərhədinin uzunluğudur. Dairəvi boruda olan maye üçün:
l =
2πr
, en kəsiyi kvadrat olan borudakı maye üçün:
l = 4a
.
Mayenin