R.M.Məmmədov, B.M.Həmzəyev. Parodont xəstəlikləri.
Bakı, “Şərq-Qərb”
Nəşriyyat Evi, 2011, 136 səh.
ISBN 978-9952-34-755-5
© R.M.Məmmədov, B.M.Həmzəyev, 2011
©
“Şərq-Qərb”
Nəşriyyat Evi
, 2011
4
Parodontdakı iltihabın ikili əhəmiyyəti ..........................................86
Diş daşlarının əmələ gəlməsi .........................................................89
Parodont toxumalarındakı iltihabi proseslərin dinamikası ............90
Parodontun iltihabi
xəstəliklərinin patogenetik
və morfofunksional əsasları ......................................................92
Diaqnostikanın nəzəri əsasları. Semiotika .....................................95
IV FƏSİL. PARODONT XƏSTƏLİKLƏRİNİN MÜALİCƏ
VƏ PROFİLAKTİKASI
Parodont xəstəliklərinin
əmələ gəlməsində yerli
faktorların rolu ..........................................................................98
Parodont xəstəliklərinin
əmələ gəlməsində sistem
faktorlarının rolu .......................................................................98
Parodont xəstəlikləri zamanı
müalicə tədbirlərinin
planlaşdırılması ......................................................................102
Parodont xəstəliklərinin müalicə prinsipləri ...............................103
Müalicənin ümumi prinsipləri ......................................................106
Yerli müalicə ................................................................................107
Başlanğıc müalicə və diş daşlarının təmizlənməsi .......................108
Gingivit, parodontit və parodontozun müalicəsi .......................... 116
Parodontal sarğılar ...................................................................... 118
Cərrahi müalicə ............................................................................120
Yardımçı müalicə .........................................................................122
Parodont xəstəliklərinin profilaktika metodları ...........................124
Ağız boşluğunun gigiyenası .........................................................125
Yerli zədələyici faktorların profilaktikası.....................................128
Yerli qıcıqlandırıcı təsirə malik faktorların aradan qaldırılması ..129
Ədəbiyyat .....................................................................................134
5
I F Ə S İ L
PARODONTUN ANATOMİYA
VƏ FİZİOLOGİYASI
PARODONTUN İNKİŞAFI
Dişlərin və parodontun formalaşmasında ektodermal epiteli
və ilkin ağız boşluğu mezenximi əsas rol oynayır. Epiteliyə da-
xil olan bu törəmələr dodaq və diş lövhəciklərini əmələ gətirir.
Diş lövhəciyinin yanaq-dodaq səthində epitelinin qeyri-bərabər
böyüməsi sayəsində dişlərin sayına müvafiq miqdarda, zəng for-
masında hündürlüklər yaranır ki, bunlar da sonralar mina orqa-
nına çevrilir.
Epiteli hündürlüyünün əsasında yerləşən mezenxim diş mə-
məciyinə differensiasiya olunur ki, bundan da əvvəlcə pulpa,
sonra isə dentin əmələ gəlir.
İçərisində diş məməcikləri olan və epiteli mayanı əhatə edən
birləşdirici toxuma mənşəli törəmə diş kisəciyini əmələ gətirir.
Diş kisəciyindən isə kökün sementi, bağ aparatı və alveolyar çı-
xıntının sümük hissəsi əmələ gəlir. Bununla da diş mayalarının
əmələgəlmə mərhələsi başa çatmış olur.
Diş toxumalarının differensiasiya mərhələsində dişlərin və
parodontun
1
formalaşması başlayır. Mina orqanının xarici epi-
teli hüceyrələri minanın xarici qatını təşkil edir. Dişlərin çıxma
dövründə epiteli hüceyrələri əhəmiyyətli dərəcədə dəyişikliyə
məruz qalır, nüvələrini itirir, qalınlaşır və birləşdirici toxuma
epitelisinə çevrilir (şəkil 1).
Dişlər çıxdıqdan sonra süd dişlərinin kökləri 2,5 il, daimi
dişlərin kökləri isə 3 il müddətində tam formalaşmış olur.
Sementin inkişafı diş köklərinin formalaşması ilə eyni vaxt-
da, xüsusi hüceyrələrin – sementoblastların hesabına baş verir.
Alveol sümüyü diş kisəciyinin birləşdirici toxuma hücey-
rələrindən inkişaf edir. Əvvəlcə həmin
hüceyrələr osteoblastlara,
1
Bir çox ölkələrdə bizim qəbul etdiyimiz “Parodont” anlayışı “Periodont”
termini kimi tanınır.