|
Riyaziyyat ksq hesablama addımları hansı fərqə uyğundur?
|
tarix | 19.01.2022 | ölçüsü | 23,84 Kb. | | #82966 |
| 3.Riy ksq3
Şagirdin soyadı,adı________________________________ Tarix____________
RİYAZİYYAT_ KSQ 3
1_Hesablama addımları hansı fərqə uyğundur?(9 bal)
347-200=147
147-10=137
137-8=129
2_A>299 olarsa,A-nın yerindəki ən kiçik tək ədəd neçə olar?( 7bal)
A)297
B)298
C)301
3_50 qəpiyə meyvə şirəsi,1 manata 3 buterbrod alan alıcı kassaya 5 manat pul verdi.Kassir alıcıya nə qədər pul qaytarmalıdır? (11bal)
A)4 manat
B)1 manat 50 qəpik
C)3manat 50 qəpik
4_2 dənə 1manatlıq və 4 dənə 5 manatlıq edər?(5 bal)
A)21manat
B)22 manat
C)25manat
5_Qəmər həyətdə 8 ağ və bundan 3 dəfə çox xallı göyərçin saydı.Aşağıdakı suallardan hansına bu məlumata görə cavab vermək mümkün deyil? (12bal)
A)Qəmər cəmi neçə göyərçin saydı?
B)Ağ göyərçinlərin sayı xallı göyərçinlərdən neçə dənə çoxdur?
C)Ağ göyərçinlərin neçəsi ana göyərçindir?
6_Verilmiş məsələnin şərtində çatışmayan məlumat hansı ola bilər? (10bal)
Bir ağacdan 55kq alma yığıldı.İki ağacdan cəmi neçə kiloqram akma yığıldı?
A)Digər ağacdan isə 2 dəfə çox alma yığıldı.
B)Almaların 23kq-ı satıldı.
C)Bir ağacdan isə 30kq heyva yığıldı.
7_347-299 fərqini sütunla yazmaqla və tez hesablama yolu ilə tapın.(6bal)
8_499+133 cəmini sütunla yazmaqla və tez hesablama yolu ilə həll edin.(6 bal)
9_Samir və Aydan birlikdə 18göbələk topladı. Aydan Samirdən 2 dəfə az göbələk yığmışsa, onların hər biri ayrılıqda neçə göbələk yığmışdır?(8 bal)
____________________________________________________________________________________________________________________________________________________________
10_Elvin 3 manata kitab,50 qəpiyə dəftər,50 qəpiyə bir qutu karandaş aldı.Elvinin 2 manat pulu qaldı.Əvvəlcə Elvinin nə qədər pulu var idi?Həll addımlarınızı sxematik təsvirə əlavə edin.(10bal)
11_Torbada iki rəngdə olmaqla cəmi 43 şar var.Şarlardan ______ dənəsi qırmızı, _____ dənəsi yaşıldır.Boşluqların yerinə hansı ədədlər yazıla bilər?(7bal)
____________________________________
12.Valehin Bazar ertəsi 15manat pulu var idi.O hər gün 2manat pul xərclədi.Bazar günü onun neçə manat pulu qaldı?Cədvəli məsələyə uyğun tamamlayın(9bal)
Günlər
|
B.e
|
Ç.a
|
Ç.
|
C.a
|
C
|
Ş.
|
B.
|
Pul
|
15
|
|
|
|
|
|
|
Cavab:________________________________
Dostları ilə paylaş: |
|
|