« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l
© B a k ı / № 1 . 2 0 1 4
48
Ə K B Ə R N Ə C Ə F
TƏSƏVVÜFDƏ ETİRAZ HƏRƏKATI.
GİZLİ DƏRVİŞLİK – MƏLAMİLƏR
Açar Sözlər: Məlamilik, təsəvvüfdə etiraz fəaliyyəti, gizli dərvişlər,
təriqətlər.
Key words: Malamiyya, Protest Activity in Tasawwuf, Secret
Dervishism, Tarikats.
Ключевые слова: Маламиты, протестная деятельность в
тасаввуфе, тайные дервиши, тарикаты.
IX-X əsrdə İslam bölgəsində ortaya çıxan, Xorasanda formalaşan,
təsəvvüf anlamı çərçivəsində əsas ideyası “yaxşını gizlətmək, pisi ifşa etmək”
olan məlmiliyin özündən sonra ortaya çıxan qələndərilik, heydərilik, qızılbaşlıq-
ələvilik, səfəvilik, bayramilik kimi təriqətlərin formalaşmasında böyük rolu
olmuşdur. İlk dövrlərdə Xorasan və Azərbaycanda fəaliyyət göstərən
Məlamiyyə cərəyanının üzvləri olan məlamilər, XIII əsrdən etibarən Anadoluda
yayılaraq bu bölgədə meydana gələn ələvi-bektaşı təriqətlərinə və sufi
cərəyanlarına güclü təsir göstərmişlər. Xorasanda formalaşan və təsəvvüf
cərəyanı hesab edilən məlamilik çox dərin və geniş təsiretmə qabiliyyətinə
malik olmuşdur.
Məlamiliyin yaranma tarixi. Cərəyanın nə vaxt və kim tərəfindən
yarandığı dəqiq deyil. Ərəbcə “ləvamə” (مول) felindən törəyən məlamiyyə
(
يملام
ة
) “pisləmək, danlamaq, çirkin hesab etmək” deməkdir. Yarandığı ilk
dövrlərdə davranış, rəftar, daha sonra qurum və təriqət formasında fəaliyyət
göstərən məlamiyyə “insanların qınaq obyekti olmaqdan çəkinməmək, nəfsani
istək və arzulara tabe olmamaq, ruhi halları gizli saxlamaq” kimi prinsiplərə
əsaslanırdı. İlk məlamilərdən hesab olunan Əbu Həvs əl-Həddad məlamiliyi
“Haqq-Təala ilə bərabər olmaq üçün sirrini açmamaq, yaxınlıq və qulluq adına
özünü qınaq obyektinə çevirmək, xalqa ancaq səhvlərini və qəbahətlərini
göstərib, yaxşılıqlarını gizlətmək şərti ilə cəmiyyət tərəfindən danlanmaq” kimi
izah etmişdi. Bu açıqlama məlamilərin gizli dərvişlik həyatı yaşadıqlarını və
T.ü.f.d. Azərbaycan Milli Araşdırmalar Assosasiyası rəhbəri, tarixçi-tədqiqatçı,
« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l
© B a k ı / № 1 . 2 0 1 4
49
özlərini gizləttiklərini deməyə əsas verir. Məlamətiyyə cərəyanı Xorasanda
geniş fəaliyyət göstərən Kərramiyyəyə etiraz olaraq ortaya çıxması barədə
müxtəlif tədqiqatlar olsa belə əslində əsasının kimin tərəfindən qoyulduğu
mübahisəlidir. Təriqətin formalaşmasında Nişaburdan olan alim Həmdun
Qəssarın (öl. 884) böyük rolu olmuşdur. Tarixçi Əbülqasım Əbdülkərim ibn
Həvazən əl-Qüşeyrinin qələmə aldığı “Qüşeyri risaləsi”nə görə, məlamətiyyə adı
ilə də qeyd edilən bu cərəyan, “nişaburlu Əbu Saleh Həmdun ibn Əhməd ibn
Ammar əl-Qəssar tərəfindən yaradılmış sufi bir cərəyandır”. Ona görə
Nişabur məlamilərinin banisi şeyx Həmdün Qəssar hesab olunur. Bu cərəyan
bəzən onun adı ilə Qəssariyyə kimi də adlandırılmışdır. Zahidanə ömür sürən
məlamilər İslam tarixində ilk sufi camaat kimi qəbul edilirlər (1).
Anadolu məlami təriqətlərinin bir çoxu özünü Səfəvi şeyxi Sədrəddin
vasitəsi ilə məlamiliklə əlaqələndirmələrini nəzərə alaraq qeyd etmək olar ki,
Səfəvilik
təriqətinin
əsaslarının
formalaşmasında
məlamiliyin
payı
olmuşdur.Müsəlman Şərqində bir sıra sufi cərəyanlarının necə, hansı şəraitdə
və nə vaxt ortaya çıxdığını dəqiq müəyyən etmək çətindir. Bu problemi
öyrənmək məqsədi ilə müxtəlif mülahizələr irəli sürülmüş və çoxsaylı əsərlər
qələmə alınmışdır.
Əməvilərin son 50 ilində daha çox nəzərə çarpan şüubiyyə, məlamiyyə,
zənadiqa, (2) mülhid (3) şəklində bəzən doğru, bəzən də yanlış adlarla ifadə
edilən cərəyanlar Abbasilərin hakimiyyətə gəlməsi ilə birlikdə özlərinə geniş
fəaliyyət sahəsi yaratdılar (4). Bunun nəticəsində Xorasan, Azərbaycan və
Mavəraünnəhrdə ərəb olmayan müsəlmanlar arasında yeni dini anlayışlar və
təsəvvürlər formalaşmağa başladı. Yeni yaranan bu qruplar Əməvilər
dövründəki ərəb mərkəzli qəlibləmiş doqmatik anlayışdan (5) daha geniş və
nisbətən qlobal olan İslam dünyagörüşünü (6) əmələ gətirdilər (7).
Ümumilikdə İslam bölgəsində yaranan təsəvvüf Qurana əsaslanırdı, lakin
sufi həyat tərzinin dərin izlərinə coğrafi məkan olaraq Xorasan bölgəsində rast
gəlirik. Xorasan İslamın yarandığı dövrlərdə sanki xalqların və inancların
mozaikasını xatırladırdı. Rey şəhərindən Fərqanəyə (Mavəraünnəhrlə birgə)
qədər uzanan geniş ərazini əhatə edən Xorasan bölgəsi Abbasilər dövründə
İslam Şərqinin düşünən beyni rolunu oynamağa başlamışdı. Türk və irani
ünsürlərlə birlikdə şəriətdən kənar ərəb cərəyanlarına da qucaq açan Xorasan,
xüsusilə X əsrdən etibarən ortaya çıxan sufi cərəyanların mərkəzi olmuşdur (8).
Xorasan manixist, məzdəki və zərdüşti iman əsaslarına söykənən dini-sosial
cərəyanların də mərkəzi idi. Bu cəhətdən Əməvi və Abbasi dövlətini qorxuya
salan Bihafərid, Sindibad, Ravəndiyyə, Ustad Sis, İbn Müqənna kimi geniş
kütlələri öz ətrafında birləşdirən dini motivli siyasi-sosial hərəkatların liderləri