«Ş ə r q f ə L s ə f ə s I p r o b L e m L ə r i» b e y n ə L x a L q e L m I n ə z ə r I j u r n a L



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix26.10.2018
ölçüsü1,16 Mb.
#75722
  1   2   3   4   5   6   7   8


 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

48 



 

Ə K B Ə R        N Ə C Ə F



 



 

TƏSƏVVÜFDƏ ETİRAZ HƏRƏKATI. 

GİZLİ DƏRVİŞLİK – MƏLAMİLƏR 

 

Açar  Sözlər:  Məlamilik,  təsəvvüfdə  etiraz  fəaliyyəti,  gizli  dərvişlər, 



təriqətlər. 

Key  words:  Malamiyya,  Protest  Activity  in  Tasawwuf,  Secret 

Dervishism, Tarikats.     

Ключевые  слова:  Маламиты,  протестная  деятельность  в 

тасаввуфе, тайные дервиши, тарикаты. 

 

IX-X  əsrdə  İslam  bölgəsində  ortaya  çıxan,  Xorasanda  formalaşan, 



təsəvvüf  anlamı  çərçivəsində  əsas  ideyası  “yaxşını  gizlətmək,  pisi  ifşa  etmək” 

olan məlmiliyin özündən sonra ortaya çıxan qələndərilikheydərilik, qızılbaşlıq-

ələvilik,  səfəvilik,  bayramilik  kimi  təriqətlərin  formalaşmasında  böyük  rolu 

olmuşdur.  İlk  dövrlərdə  Xorasan  və  Azərbaycanda  fəaliyyət  göstərən 

Məlamiyyə cərəyanının üzvləri olan məlamilər, XIII əsrdən etibarən Anadoluda 

yayılaraq  bu  bölgədə  meydana  gələn  ələvi-bektaşı  təriqətlərinə  və  sufi 

cərəyanlarına  güclü  təsir  göstərmişlər.  Xorasanda  formalaşan  və  təsəvvüf 

cərəyanı  hesab  edilən  məlamilik  çox  dərin  və  geniş  təsiretmə  qabiliyyətinə 

malik olmuşdur.   

Məlamiliyin  yaranma  tarixi.  Cərəyanın  nə  vaxt  və  kim  tərəfindən 

yarandığı  dəqiq  deyil.  Ərəbcə  “ləvamə”  (مول)  felindən  törəyən  məlamiyyə   

(

  يملام


ة

)  “pisləmək,  danlamaq,  çirkin  hesab  etmək”  deməkdir.  Yarandığı  ilk 

dövrlərdə  davranış,  rəftar,  daha  sonra  qurum  və  təriqət  formasında  fəaliyyət 

göstərən məlamiyyə “insanların qınaq obyekti olmaqdan çəkinməmək, nəfsani 

istək  və  arzulara  tabe  olmamaq,  ruhi  halları  gizli  saxlamaq”  kimi  prinsiplərə 

əsaslanırdı.  İlk  məlamilərdən  hesab  olunan  Əbu  Həvs  əl-Həddad  məlamiliyi 

“Haqq-Təala ilə bərabər olmaq üçün sirrini açmamaq, yaxınlıq və qulluq adına 

özünü  qınaq  obyektinə  çevirmək,  xalqa  ancaq  səhvlərini  və  qəbahətlərini 

göstərib, yaxşılıqlarını gizlətmək şərti ilə cəmiyyət tərəfindən danlanmaq” kimi 

izah  etmişdi.  Bu  açıqlama  məlamilərin  gizli  dərvişlik  həyatı  yaşadıqlarını  və 

                                                           

 T.ü.f.d. Azərbaycan Milli Araşdırmalar Assosasiyası rəhbəri, tarixçi-tədqiqatçı, 



 

 

 



 

« Ş ə r q   F ə l s ə f ə s i   P r o b l e m l ə r i »   B e y n ə l x a l q   e l m i -   n ə z ə r i   j u r n a l  

©   B a k ı   /   №   1 .   2 0 1 4  

 

49 



özlərini  gizləttiklərini  deməyə  əsas  verir.  Məlamətiyyə  cərəyanı  Xorasanda 

geniş  fəaliyyət  göstərən  Kərramiyyəyə  etiraz  olaraq  ortaya  çıxması  barədə 

müxtəlif  tədqiqatlar  olsa  belə  əslində  əsasının  kimin  tərəfindən  qoyulduğu 

mübahisəlidir.  Təriqətin  formalaşmasında  Nişaburdan  olan  alim  Həmdun 

Qəssarın  (öl.  884)  böyük  rolu  olmuşdur.    Tarixçi  Əbülqasım  Əbdülkərim  ibn 

Həvazən əl-Qüşeyrinin qələmə aldığı “Qüşeyri risaləsi”nə görə, məlamətiyyə adı 

ilə  də  qeyd  edilən  bu  cərəyan,  “nişaburlu  Əbu  Saleh  Həmdun  ibn  Əhməd  ibn 

Ammar  əl-Qəssar  tərəfindən  yaradılmış    sufi  bir  cərəyandır”.  Ona  görə 

Nişabur məlamilərinin banisi şeyx Həmdün Qəssar    hesab olunur. Bu cərəyan 

bəzən  onun  adı  ilə  Qəssariyyə  kimi  də  adlandırılmışdır.  Zahidanə  ömür  sürən 

məlamilər İslam tarixində ilk sufi camaat kimi qəbul edilirlər (1). 

Anadolu  məlami  təriqətlərinin  bir  çoxu  özünü  Səfəvi  şeyxi  Sədrəddin 

vasitəsi  ilə  məlamiliklə  əlaqələndirmələrini nəzərə  alaraq  qeyd  etmək  olar  ki, 

Səfəvilik 

təriqətinin 

əsaslarının 

formalaşmasında 

məlamiliyin 

payı 


olmuşdur.Müsəlman  Şərqində  bir  sıra  sufi  cərəyanlarının  necə,  hansı  şəraitdə 

və  nə  vaxt  ortaya  çıxdığını  dəqiq  müəyyən  etmək  çətindir.  Bu  problemi 

öyrənmək  məqsədi  ilə  müxtəlif  mülahizələr  irəli  sürülmüş  və  çoxsaylı  əsərlər 

qələmə alınmışdır. 

Əməvilərin  son  50  ilində  daha  çox  nəzərə  çarpan  şüubiyyə,  məlamiyyə

zənadiqa,  (2)  mülhid  (3)  şəklində  bəzən  doğru,  bəzən  də  yanlış  adlarla  ifadə 

edilən  cərəyanlar  Abbasilərin  hakimiyyətə  gəlməsi  ilə  birlikdə  özlərinə  geniş 

fəaliyyət  sahəsi  yaratdılar  (4).  Bunun  nəticəsində  Xorasan,  Azərbaycan  və 

Mavəraünnəhrdə  ərəb  olmayan  müsəlmanlar  arasında  yeni  dini  anlayışlar  və 

təsəvvürlər  formalaşmağa  başladı.  Yeni  yaranan  bu  qruplar  Əməvilər 

dövründəki  ərəb  mərkəzli  qəlibləmiş  doqmatik  anlayışdan  (5)  daha  geniş  və 

nisbətən qlobal olan İslam dünyagörüşünü (6) əmələ gətirdilər (7). 

Ümumilikdə  İslam  bölgəsində  yaranan  təsəvvüf  Qurana  əsaslanırdı,  lakin 

sufi həyat tərzinin dərin izlərinə coğrafi məkan olaraq Xorasan bölgəsində rast 

gəlirik.  Xorasan  İslamın  yarandığı  dövrlərdə  sanki  xalqların  və  inancların 

mozaikasını  xatırladırdı.  Rey  şəhərindən  Fərqanəyə  (Mavəraünnəhrlə  birgə) 

qədər  uzanan  geniş  ərazini  əhatə  edən  Xorasan  bölgəsi  Abbasilər  dövründə 

İslam  Şərqinin  düşünən  beyni  rolunu  oynamağa  başlamışdı.  Türk  və  irani 

ünsürlərlə birlikdə şəriətdən kənar ərəb cərəyanlarına da qucaq açan Xorasan, 

xüsusilə X əsrdən etibarən ortaya çıxan sufi cərəyanların mərkəzi olmuşdur (8).   

Xorasan manixist, məzdəki və zərdüşti iman əsaslarına söykənən dini-sosial 

cərəyanların  də  mərkəzi  idi.  Bu  cəhətdən  Əməvi  və  Abbasi  dövlətini  qorxuya 

salan  Bihafərid,  Sindibad,  Ravəndiyyə,  Ustad    Sis,  İbn  Müqənna  kimi  geniş 

kütlələri öz ətrafında birləşdirən dini motivli siyasi-sosial hərəkatların liderləri 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə