R
əyçilər:
S.N.Alimetov,
Ş.S.İbrahimova. Klinik kardiologiya. Dərs vəsaiti. Bakı.
2017 - ... s
əh.
D
ərs vəsaitində ürək-qan damar xəstəliklərinin əlamətləri, diaqnostikası,
diferensial diaqnostikası, müalicəsi əldə olunmuş nəzəriyyə və təcrübə
əsasında, proqramlaşdırılmış şəkildə,
böyük həcmdə, nozoloji və sindrom
prinsipi üzr
ə təsvir olunmuşdur. Burada həm də təcrübədə tam yarayacaq
halda elektrokardioqrafiya v
ə digər yardımçı hissələr verilmişdir. Kitab
t
ələbələr, rezidentlər, terapevtlər, kardioloqlar və digər mütəxəssislər
üçün d
ərc olunur.
2
GİRİŞ
Tibb elminin v
ə praktik təbabətin getdikcə inkişaf etməsinə
baxmayaraq, x
əstəliklərin və o cümlədən
ürək-qan damar sistemi
x
əstəlikləri əlamətlərinin, simptomlarının, təzahür formalarının, xüsusilə
d
ə erkən müəyyən olunması işinin, yəni propedevtika və diaqnostikanın
əhəmiyyəti daha da artmaqdadır. Daha doğrusu, xəstəliklərin sürətli
vizual diaqnostikası, klinik təzahürlərin qiymətləndirilməsi və
interpretasiyası, təbabətin özülü olaraq qalmaqdadır. Yeni
informasiyaların, yeni üsullarla alınmış nəticələrin ənənəvi təbabət və
x
əstələrin klinik müayinə nəticələri ilə üzvi şəkildə əlaqələndirilməsi,
diaqnostikanı xeyli yaxşılaşdırır. Heç də gizli deyildir ki, cari biliklərin
h
əcmi, tələbələrin və gənc həkimlərin, xəstəliklərin
çoxlu sayda olan
klinik t
əzahürlərin hamısını vaxtında və lazımi dərəcədə görüb başa
düşməsini təmin etmir.
Klinik kardiologiya adlı bu kitabın azərbaycan dilində tərtibi və
yazılışı zamanı biz, indiyə qədər mövcud dərslik və rəhbərliklərə istinad
ed
ərək, klinik kardiologiya, elektrokardioqrafiya, propedevtika,
diaqnostika, klinika v
ə müalicə prinspilərini, digər şöbələrlə əlaqəli
şəkildə vermişik. Ondan digər
dərsliklər, dərs vəsaitləri və kitablarla
birg
ə istifadə olunması vizual qavrama, diferensial diaqnostika, klinik
interpretasiya hesabına, diaqnozun erkən və düzgün qoyulmasına,
müalic
ənin effektiv aparılmasına şərait yaradacaqdır. Gizli, latent
gedişin, sönük simptomların vaxtında üzə çıxarılıb nəzərə alınması,
klinik müayin
ələrin və müasir texnikanın dəqiq nəticələrinə dinamik
olaraq
əsaslanması, böyük ustalıqla xəstəliyin proqnozunu müəyyən
etm
əyə və təhlükədən sovuşmağa imkan yaradacaqdır.
Cari kitabın çap olunması tələbələr, rezidentlər,
gənc həkimlər,
terapevtl
ər, kardioloqlar və digər tibb mütəxəssislər üçün nəzərdə
tutulmuşdur.
3
I f
əsil
ANAMNEZ
Anamnez yunan sözü olub, yadasalma, xatir
ə deməkdir. Ürək-qan
damar sistemi x
əstəliklərinin müəyyən
edilməsində onun məxsusi və
əhəmiyyətli rolu vardır.
Anamnezd
ə xəstə və ya pasiyentin adı, soyadı, atasının adı,
t
əvəllüdü, müayinə tarixi, ünvan və telefon nömrəsindən ibarət pasport
hiss
əsi ayırd edilir; sonra onun kardioloqa müraciət etmə motivi və kim
t
ərəfindən göndərildiyi aydınlaşdırılır; ailə vəziyyəti
və məşğuliyyəti
göst
ərilir; daha sonra şikayət və ya şikayətlər haqqında təfsilatlı qeydlər
olunur.
Ür
ək patalogiyası ilə olan bir çox pasiyentlər uzun illər ərzində,
onlarda inkişaf etməkdə olan xəstəliyin və müxtəlif patalogiyaların
simptomlarını, katastrofik nəticələrin təzahürlərinə kimi, demək olar ki,
ciddi bir şey hiss etmirlər. Belə hal çox vaxt tədricən inkişaf edən
aterosklerozda baş verir. Erkən aterosklerotik dəyişiklikər yeniyetmə və
g
ənc yaşlarda artıq qeyd edilidyi halda, miokard infarktı, insult, periferik
arteriyaların ağır dərəcəli
zədələnmələri, adətən orta və ahıl yaşlarda rast
g
əlinir. Anadangəlmə anomaliyalar, ürək qapaqlarının qüsürları,
hiperlipidemiya, arterial hipertenziya v
ə digər xəstəliklər uzun müddət
ərzində simptomlarsız gedişə malik ola bilər.
Cari zaman
ərzində ürək üzrə cərrahi əməliyyat keçirmiş xəstələrin
sayı artmaqda olduğundan, onlara əməliyyatdan sonrakı dövrdə diqqət
yetirm
ək gərəkdir. Burada əməliyyatın tipi, icra tarixi, yeri, icraçı
c
ərrahın kimliyi, fəsadlar, əməliyyatdan sonrakı dövrün dinamikası,
ür
əyin kateterizasiyası zamanı alınmış nəticələr və təyin olunmuş
medikamentoz müalic
ə nəzərə alınmalıdır.
Anamnez vasit
əsilə əldə olunan klinik məlumatların
sisteml
əşdirilməsi aşağıdakı patoloji kombinasiyaların mümkünlüyünü
üz
ə çıxarmışdır.
1.Ür
əyin sol mədəciyinin çatışmazlığı və ya ürəyin sol
qulaqcığında qan təzyiqinin yüksəlməsi:
-
tutma şəkilli təngənəfəslik və ya ortopnoyenin mövcudluğu;
- hamil
əliyin tövşümə ilə gedişinin müşahidə olunması;
-
diuretikoterapiyanın aparılması, pre və postyüklənməni
azaldan d
ərmanların verilməsi, əzələ zəifliyinin və
qıcolmaların qeyd edilməsi, β-adrenoblokator, kalsium
kanallarının blokatorları, dizopiramid kimi, ürəyin sol
m
ədəciyinin çatışmazlığını yaradan və ya gücləndirən,
4