Şiələrin Mehdi haqqında fikirləri.
ر ﻮﺘﻛد
ﻢﯿھاﺮﺑإ ﺰﯾﺰﻌﻟا ﺪﺒﻋ
“Əfkəru-l-əşyəi an Mehdi”
1429
2008
DOKTOR ƏBDÜL ƏZİZ İBRAHİMİ.
ِﻢﯿِﺣﱠﺮﻟا ِﻦﻤْﺣﱠﺮﻟا ِﮫّﻠﻟا ِﻢْﺴِﺑ
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Ön söz.
Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona şükür və tərif edirik, Onu
köməyə çağırırıq. Ondan bağışlanmağı və bizi haqq yoluna yönəltməyi diləyirik. Nəfslərimizin
şərrindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət
versə, o, haqq yolunda olar və kimi də azdırsa onu haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik
edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik
edirəm ki, Məhəmməd Onun qulu və elçisidir. Əziz oxucular mənim qeyd edəcəyimdə
məqsədim heç də şiələri təhqir etmək deyil, lakin haqqı bəyan edib və onların batil fikirlərini üzə
çıxartmaqdır. Bu isə onların xoşuna gəlməsə də, haqqı inkar etmək olmaz. Mənim bu kitabda
hekayətləri qeyd etdiklərimi şiələr tərəfindən düşmənçilik, kin və yalan və yaxud da uydurma
elan edəcəklər. Eləcə də məni İsrail və ya Amerika dövlətinə işləməkdə ittiham edəcəklər. Lakin
onlar Əbul-Həsən İsfahani, Əhməd əl-Kisravi və ya seyyid Hüseyn Müsavi və başqaları haqında
da belə demişlər. Amma bu məni qətiyyən narahat etmir, çünki bütün bu cür nəticələr olacağını
çoxdan təcrübədən keçirtmişəm. Mən bu kitabda müəyyən mövzular açmışam. Hansı ki, mənim
qardaşlarım məndən qabaq bu haqda qeyd etmişlər. Kim müsəlmanlar arasında haqqı axtarırsa
ümid edirəm ki, qeyd etdiklərim hekayətləri yaxşı qarşılayacaqlar. Beləliklə də mən şiələrin əhli-
beyt məktəbinin mənbələrinə istinad edərək onların fikirlərinin necə batil olduğunu qeyd
edəcəyəm. Sonda bunu yenə qeyd edim ki, bunu bəyan etməkdə heç də şiələri təhqir etmək deyil,
yalnız tənqid etməkdir. Eləcə də Allahdan müsəlmanlar üçün bu kitab vasitəsi ilə oxuyub
faydalanmağını diləyirəm. “Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə edildiyi zaman
bütün varlığı ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!”
(Qaf, 37)
Abuseyid@hotmail.com
1
Şiələrin və Yəhudilərin zənn etdikləri.
Yəhudilərin fikrinə əsasən Məsihi Davud (yəni Dəccal-xilaskar) zühur etdiyi zaman Davud (ə)
və Süleymanın (ə) hökmü ilə hökm verəcəkdir. Şiələrdə də eyni ideologiyadır. Çünki onların
mötəbər hədis alimlərindən sayılan Məhəmməd Yə”qub ibn Kuleyni öz “Usuli kafi” kitabında bu
məsələ ilə bağlı belə qeyd edir: “Əbu Cəfər (Məhəmməd Baqir əleyhissalam) belə buyurdu:
“Ey Əbu Ubeydə! Məhəmmədin (s)ın nəslindən bir (Mehdi) imam qalxdığı (zaman) və
Davud Süleymanın hökmü ilə hökm verdiyi zaman, ondan qətiyyən dəlil istənilməz ”.
(Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1 ci cild, səh 694, hədis № 1033). Həmçinin
eyni kitabda başqa bir rəvayətdə belə qeyd olunur: “Əban belə rəvayət etmişdir: Əbu
Abdullahın (Cəfəri Sadiq əleyhissalam): “Mənim nəslimdən bir adam (Mehdi) gəlib, Davud
oğullarının hökmü ilə hökm verib, özündən hər hansı bir dəlil istəməyərək hər kəsə
haqqını vermədən qiyamət qopmaz” dediyini eşitdim”. (Müqayisə üçün Azərbaycan dilində,
“Üsuli kafi” 1 ci cild, səh 694, hədis № 1034). Bu yalnız yəhudilik anarxiyasıdır və yəhudiliyi
müsəlman adı altında təbliğ etməkdir. Bunu da qeyd edim ki, İsrail dövlətinin ölkə qanunu
məcəlləsində Məsihi Davud (yəni Dəccal-xilaskar) zühur etdikdə ona tabe olmağı göstərilir və
İran İslam respublikasının ölkə qanunun məcəlləsində də Mehdi zühur etdikdə ona tabe olmağı
göstərilir. (mənim bu məsələ ilə bağlı qeyd etdiklərim heç də siyasi məqsəd daşımır). Beləliklə
də yəhudilərin gözlədikləri Məsihi Davud (yəni Dəccal-xilaskar) məhz şiələrin Mehdisidir.
Bunu qeyd edim ki, Davud ilə Süleyman (ə) İslam ümməti üçün peyğəmbər göndərilməmişdir və
Mehdi (ə) Davud ilə Süleymanın (ə) hökmü ilə hökm verə bilməz. Mehdi (ə) yalnız Quran ilə
Məhəmmədin (s.ə.s) hökmü ilə hökm verə bilər və verəcəkdir. Çünki Uca Allah Qurani Kərimdə
din olaraq İslam dininin hökmlərini bəyənib seçmişdir: “Sizin üçün din olaraq islamı bəyənib
seçdim.” (Maidə, 3). Bu məslə ilə bağlı şiələrə sual olaraq deyirəm: Yaxşı bəs onda Quran ilə
Məhəmmədin (s.ə.s) hökmü harada qaldı?
Tarixin təhrif olunmuş səhifələri.
Şiələr etiqad edirlər ki, imam Mehdi doğulub və beş yaşında ikən İraqın Samerra şəhərində
mağarada qeybə çəkilmişdir. Lakin şiə kitablarına istinadən müraciət etdikdə heç də 11-ci İmam
Həsən əl-Əsgərinin heç bir qadınlarından övladı olmayıb və dünyasını dəyişdikdən sonra da
olmamışdır. Qeyd edəcəyim hədisə əsasən şiələr inanırlar ki, Mehdi doğulmuşdur. Gəlin daha
ətraflı mənim ilə bərabər müşahidə edək. “Əliyyən-Nəqinin (ə) bacısı Həkimə xanım belə
rəvayət edir: “(Mehdinin anası sayılan) Nərgizin heç bir hamiləlik əlamətləri yox idi. Bu
məsələ ilə bağlı mən İmam Həsən Əsgəriyə müraciət edərək: “Ey mənim ağam uşaq hansı
qadından anadan olacaqdır? Çünki mən Nərgizdə hamiləlik əlamətlərini görmürəm. İmam
Həsən əl-Əsgəri: “Mehdi, Nərgizdən anadan olacaqdır.” cavab olaraq verdi. Lakin mən
ayağa qalxıb yenə diqqət ilə Nərgizə baxmağa başladım. Amma onda hamiləlik
əlamətlərini görmədim. İmama bu haqda yenə də məlumat verdim. O, (ə) gülərək: “Səhər
sənə bəlli olacaq ki, onun (Nərgizin) uşağı var. Çünki O, Musanın (ə) anasına bənzəyir.
Çünki Musa (ə) anasının bətnində nə vaxt anadan olacağını gizli qalaraq heç kəs bilmirdi.
Bu gecə doğulacaq uşaq da Musaya (ə) bənzəyir.” dedi.” (Biharul-ənvar, 5-ci cild, səh 12-
14, Kəmalüddin, 2-ci cild, səh 100 – 102). Bununla da belə şiə məzhəbinin adət ənənəsinə görə
Mehdinin anasının hamiləlik əlamətləri qeyd olunmamışdır.
1) Mehdinin anası sayılan Nərgizin heç bir hamiləlik əlamətləri olmayıb.
2) Musanı (ə) anası dünya gətirməmişdən qabaq onun hamiləlik əlamətləri qeyd olunmuşdur.
2
3) Musanı (ə) Mehdidən fərli olaraq bütün İsrail oğulları görmüşdülər. Lakin şiələrə görə
Mehdini demək olar cüzi insanlar görmüşdülər.
4) Musa Mehdi (ə) kimi qeybə çəkilməmişdir.
5) Şübhəsiz ki, Musanın (ə) doğulmasında heç kim şübhə içində olmayıb. Lakin. Mehdinin
doğulmasında hətta bəzi şiələr də şübhə içində olmuşlar. Imamiyyə şiələri iddia edir ki, Həsən
əl-Əsgəri öz əcəli ilə deyil məhz onu zəhərləyərək ölmüşdürlər. Lakin həqiqətən Həsən əl-
Əsgərini nə zəhərləmişlər nə də onun övladı olmamışdır. Mən Kuleynin əl-Kafi əsərinə istinadən
qeyd edirəm: “Məhəmməd b. Yəhya və başqaları belə rəvayət edirlər: “Bu, Həsən əl-
Əsgəridir. Öz əcəli ilə və yatağında ölmüşdür. Öldüyü zaman, yanında Əmirul –
mömininin xidmətçilərindən və güvənilən adamlarından filankəs və filankəs, qazilərdən
filankəs və filankəs, təbiblərdən filankəs və filankəs var idi. Sonra (Həsən əl-Əsgərinin)
üzünü örtdülər və cənazəni qaldırdılar. Cənazə evin ortasından götürüb atasının dəfn
edildiyi otağa basdırıldı. Dəfn etdikdən sonra bir müddət mirasın paylaşdırılmasına da ara
verdilər. (Çünki) Hamilə olduğu zənn edilən cariyənin (Nərgizin) başında dayananlar, hələ
də gözləməkdə idilər. Lakin cariyənin (Nərgizin) hamilə olmadığı bilindi. Onun hamilə
olmadığını başa düşəndə, (Həsən əl-Əsgərinin) mirası anası və qardaşı arasında
paylaşdırıldı.” (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1-ci cild, səh 900, hədis №
1323). Şiələrin əhli-beyt adlandırdığı məktəbin kitablarında səkkiz belə rəvayətə rast gəlmək olar
ki, Mehdi doğulmamışdır. Kiminsə bu məsələ ilə bağlı şübhəsi olsa şiələrin bu kitablarına
müraciət edə bilərlər. (“Əl-Qeybət” ət-Tusi, səh, 74. “Əl-İrşad” əl-Müfid səh, 345.
“Ə’lamül-vəra” əl-Fədlə ət-Təbərsi, səh, 380. “Əl-Məqalət vəl firəq” Əl- Əş`əri, əl-Qummi
səh, 102).
Bunu da qeyd edim ki, Əlidən (r.a) Mehdinin qeyb müddəti barəsində soruşanda O, belə
buyurmuşdur: “Altı gün, altı ay və yaxud altı il.” (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli
kafi” 1 ci cild, səh 578, hədis № 890). Lakin şiələrin iddia etdiklərinə görə Mehdi hicri 260-cı
ilində qeybə çəkilmişdir. Lakin Əli (r.a) isə qeybin müddətini 6 il olduğunu qeyd edir. Nəticədə
qeyd olunur ki, Mehdi (ə) doğulmamışdır. Gəlin mənim ilə bərabər müşahidə edərək baxaq gərək
şiələr arasında “Qaim” (yəni öndə gedən rəhbər) ləqəbi ilə məşhur olan imam Mehdi zühur
etdikdə nələr edəcəkdir?
Mehdi Ərəblərə qarşı qılınc qaldıracaq.
Məclisi nəql edir ki: “Mehdi bükülmüş qırmızı kağız ilə ərəblərin arasından keçəcək bu
onların ölümü ilə nəticələnəcəkdir.” (Biharul-ənvar, 52 ci cild, səh 318).
Eləcə də xəbər verilir ki, “Bizimlə ərəblərin arasında ölüm qırğınından başqa heç nə
qalmayıb”. (Biharül-ənvar, 62 ci cild, səh 349). Cəfər Sadiq (ə) belə buyurur: “Qaim (Mehdi)
zühur edən zaman onunla Ərəblər və Qüreyş arasında qılıncdan başqa heç bir şey hakim
olmayacaqdır”. (Biharül-ənvar, 52 ci cild, səh 355). Hədislərin mətini dəlalət edir ki, şiələrin
gözlədikləri Mehdi ərəblərə qarşı qılınc qaldırıb və müsəlmanları qıracaqdır. Bəllidir ki,
müsəlmanlara qarşı məhz Dəccal savaşacaqdır. Fars yəhudilərinin ərəblərə qarşı etdiyi kinlik və
düşmənçilik nəticəsində belə fikirlər meydana gəlir. Bunu da qeyd edim ki, məgər Quran ərəb
dilində deyilmi? Məgər Allahın rəsulu (s.əs) özü ərəb olmayıbmı? Məgər İmamlar ərəblərdən
törəmə deyildirmi? Mehdi özü ərəb olmayacaqmı?
Məclisi dəhşətli bir xəbəri nəql edir: “Əgər insanlar bilsəydilər Qaim (Mehdi) zühur etdikdə
nələr törədib neçə-neçə insanları öldürəcəkdir, o zaman onu (Mehdini) görmək
istəməzdilər. Beləliklə insanlar deyəcəklər: O, (Mehdi) Məhəmmədin ailəsindən deyil. Əgər
Məhəmmədin ailəsindən olsa idi o, bağışlamağı bacarardı.” (Biharül-ənvar, 52 ci cild, səh
Guya Cəfəri Sadiq (ə) belə buyurmuşdur: “Qiyam zamanı Qaimin (Mehdinin) cahillərdən
3
(Əhli-sünnilərdən) çəkdiyi əziyyət peyğəmbərin cahil xalqdan çəkdiyi əziyyətdən ağırdır.
Peyğəmbər zühur edən vaxt xalq daşa-taxtaya pərəstiş edirdi. Lakin Qaim zühur etdikdə
isə insanlar (Əhli-sünnilər) öz mövqelərini Quran ayələrini sübut etmək üçün (Mehdidən)
dəlil istəyəcəklər.” (Nömani, “Əl-ğeybət”, səh. 297). Hədisin mətni dəlalət edir ki, şiələrin
gözlədiyi Mehdi yəni bəlli olmuş Dəccal Quran ilə hökm verməyəcəkdir. Məhz bu səbəbdən
Əhli-sunnə val-caamat Qurandan hökm vermək üçün Mehdi sayılan Dəccaldan bunu tələb
edəcəklər. Amma bəlli olmuş Dəccal isə qeyd etdiyim kimi Davudun (ə) hökmü ilə hökm
verəcəkdir. Buna oxşar məsələ ilə bağlı yəhudilərin tarixində vəd olunmuş Dəccal xilaskarın
zühuru ilə bağlı məlumatlar var. Çünki yəhudilərin müqəddəs kitablarında belə qeyd olunur
“Şər adamların və zalımların varlığı Məsihi Dəccal-xilaskarı məyus etməz. Çünki
zalımların nəsli yer üzündən kəsiləcəkdir. Allahın ədalətinin intizarında olanlar yer üzünə
varis olacaqdır.” (Əhdi-Davudun 37-ci nəğmələr səhifəsi).
Mehdi Kəbə evini və peyğəmbər məscidini dağıdacaqdır.
Belə bir sual ortaya çıxır: Mehdi nəyə görə Kəbə evi ilə peyğəmbər məscidini bünövrəsindən
sökəcəkdir? Cavab: Bu məsələ ilə bağlı Tusi belə izah edir: “Müsəlmanların onda bir hissəsi
yox olmayınca bu olmayacaq “.(əl-Qeybə, ət-Tusi, səh 146).
İlk öncə istəyirəm aşağıda qeyd olunan hədisi isbat etmək üçün bunu ərəbcə qeyd edim:
ﷲا ﻰﻠﺻ لﻮﺳﺮﻟا ﺪﺠﺴﻣو ، ﮫﺳﺎﺳأ ﻰﻟإ هدﺮﯾ ﻰﺘﺣ ماﺮﺤﻟا ﺪﺠﺴﻤﻟا مﺪﮭﯾ ﻢﺋﺎﻘﻟا : لﺎﻗ مﻼﺴﻟا ﮫﯿﻠﻋ ﷲاﺪﺒﻋ ﻲﺑأ ﻦﻋ ، ﺮﯿﺼﺑ ﻲﺑأ)
(282 ﻲﺳﻮﻄﻠﻟ ﺔﺒﯿﻐﻟا) ،(332/52 راﻮﻧﻷا رﺎﺤﺑ) (ﮫﺳﺎﺳأ ﻰﻟإ ﮫﻟاو ﮫﯿﻠﻋ
“Əbu Bəsir nəql edir ki, Cəfəri Sadiq (ə) belə buyurdu: “Qaim (Mehdi) Məscdul-həram ilə
peyğəmbər məscidini tamamilə başdan-ayağa bünövrəsindən dağıdacaqdır ”. (Biharul-
ənvar, 52 ci cild, səh 332, hədis № 57, “əl-Qeybə” ət-Tusi, səh 282). Məclisi bu hədis ilə bağlı
istinad etdiyi ravi “Abdul Rəhman” olan ravidir. Eləcə də şiələri rical kitablarında çox
güvənilən ravi sayılır. Bununla belə hədis doğru səhihdir.
Məclisi izah edir ki: “Qaim (Mehdi) ilk öncə qisas almaq üçün iki nəfərdən (yəni Əbu Bəkir
ilə Ömərdən) başlayacaqdır. Onları dirildib sağlam bədənləri ilə edam edəcəkdir. Və (Mehdi
peyğəmbər) məscidini sökəcəkdir.” (Biharul-ənvar, 52 ci cild, səh 386). Hədisin şərhi ilə bağlı
şiələr belə izah edirlər ki: “Əbu Bəkir ilə Ömər ibn Xattabın, vəsiyyətinə uyğun olaraq
Peyğəmbərin (ə) qəbri yanında dəfn olduqları üçün Mehdi (ə) onlardan (düzgün vəsiyyət
etmədikləri üçün) qisas alacaqdır.” Bununla da şiələr gördüyünüz kimi hədisi səhih qeyd
edirlər. Bunu da qeyd edim ki, şiə alimlərinin icma ilə yekdil rəyinə əsasən: “Peyğəmbərin (s)
qəbiri yanında Əbu Bəkir ilə Ömər ibn Xattabın dəfn olunmağı düzgün hesab olunmur”.
Lakin yaddan çıxartmaq lazım deyil ki, hədisin ardınca belə qeyd olunur: “Və (Mehdi
peyğəmbər) məscidini sökəcəkdir.” (Biharul-ənvar, 52 ci cild, səh 386). Məhəmməd Təqi əl-
Məclisinin Biharul-ənvar kitabının müəllifi istinad etdiyi hədisi “Bəşir Nəbbal” adlı ravidir.
Şiələrin rical hədis rəvayətçilərinin kitablarında mötəbər və etibarlı sayılmamışdır. Buna görə də
onlar hədisi düzgün səhih hesab edirlər.
“Əbu-Bəsir, Cəfəri Sadiqdən (ə) belə nəql edir: “Qaim (Mehdi) qiyam edən zaman
Məscidül-həram ilə Məscidun-nəbiyyəni əvvəlki görkəminə qaytaracaqdır.” (Kafi, 4 cild,
səh 543). Şiələrə görə bu hədis səhihdir çünki ravilər arasında “Əhməd ibn Məhəmməd” adlı
ravi mövcuddur O, isə onların rical kitablarında mötəbər və güvənilən ravi olduğunu qeyd
olunur. Bunu qeyd edim ki, mən araşdırma apararkən sübut kimi şiələrin online
saytına daxil olaraq “Bəşir Nəbbal” adlı ravini etibarlığını qeyd etdiklərini gördüm.
“ƏSRİN İMAMI MEHDİ SAHİBƏZ-ZAMANLA (Ə) TANIŞLIQ” kitabına müraciət edə
bilərsiniz. Sual: 495 bax.
(http://www.nurulhoda.com/latin/latinja_ketabkhana/asrin%20imami%20mahdi%20sahibazzama
nl(s)%20tanishliq.htm)
4
Lakin şiələr “Təqiyyə” edib yuxarıda qeyd olunan online saytında yalan danışaraq hədisin ardıcıl
rəvayətinin tam orijinal formasında qeyd etməyiblər. Amma mən onların iç üzlərini açaraq isbat
etmək üçün hədisin rəvayətini ərəbcə tam şəkildə olduğu kimi verirəm:
(386/52 راﻮﻧﻷا رﺎﺤﺑ) (ﺪﺠﺴﻤﻟا ﺮﺴﻜﯾو ، ﺢﯾﺮﻟا ﻲﻓ ﺎﻤﮭﯾرﺬﯾو ﺎﻤﮭﻗ ﺮﺤﯿﻓ ﻦﯿﻀﻏ ﻦﯿﺒﻃر (ﺮﻤﻋو ﺮﻜﺑ ﺎﺑأ ﻲﻨﻌﯾ) ﻦﯾﺬھ جﺮﺨﯾ)
“Bəşir Nəbbal nəql edir ki, Cəfəri Sadiq (ə) belə buyurdu: Qaim (Mehdi) ilk öncə qisas
almaq üçün iki nəfərdən (yəni Əbu Bəkir ilə Ömərdən) başlayacaqdır. Onları dirildib
sağlam bədənləri ilə edam edəcək, və (Mehdi peyğəmbər) məscidi sökəcəkdir”. (Biharul-
ənvar, 52 ci cild, səh 386, hədis № 200). Şiələr hədisin mətni ilə əlaqədar olaraq özlərinə bəraət
qazandırmaq üçün 1-ci rəylərinə görə rədd cavabları: Səhih Müslimdən bir neçə sitat gətirirlər:
1). “Səhih-Müslimdə nəql olunmuş rəvayətə əsasən həzrət peyğəmbər (s) Kəbə evini
yenidən bina etmək istəmişdir. Amma insanlar İslamı təzəcə qəbul etdiyindən bu fikrindən
daşınmışdır.”
1). Bu məsələ ilə bağlı şiələrə rədd cavabı olaraq deyirəm: Əvvəla Allah rəsulu (s.ə.s) Kəbə
evinin yenidən bina edilməsi üçün yox məhz Kəbə evinə iki tərəfdən qapı qoyulmasını məsləhət
görmüşdür.
2) Şiələr “Təqiyyə ” edərək yəni müsəlmanlardan haqqı gizlədərək hədisin mətni ilə əlaqədar
özlərinə bəraət qazandırmaq üçün 2-ci rəylərinə görə belə izah edirlər: “Mehdi məscidül-haram
ilə Məscidun-nəbiyyəni ona görə əvvəlki vəziyyətinə qaytaracaqdır ki, onu köhnə
vəziyyətinə qaytarsın”.
2) Cavab: Lakin bu heç də belə deyil. Çünki ərəbcə hədisin orijinal mətninə diqqət yetirsək:
(332/52 راﻮﻧﻷا رﺎﺤﺑ) (ﮫﺳﺎﺳأ ﻰﻟإ ﮫﻟاو ﮫﯿﻠﻋ ﷲا ﻰﻠﺻ لﻮﺳﺮﻟا ﺪﺠﺴﻣو ، ﮫﺳﺎﺳأ ﻰﻟإ هدﺮﯾ ﻰﺘﺣ ماﺮﺤﻟا ﺪﺠﺴﻤﻟا مﺪﮭﯾ ﻢﺋﺎﻘﻟا)
“Mehdi məscidül-haram ilə Məscidun-nəbiyyəni bünövrədən (yəni əsas) kökündən
dağıdacaqdır.” (Biharul-ənvar, 52 ci cild, səh 332, hədis № 57). Məhz yerlə bərabər
edəcəkdir, çünki şiələrə görə Mehdi qibləgahı Kufəyə tərəf çevirəcəkdir. “Həcər-əl-Əsvad” yəni
müqəddəs cənnətdən düşməsinə inanılan qara daşı Kufə şəhəri istiqaməti tərəfinə
yollandıracaqdır. Məkkədən Kufə şəhərinə cənnətdən gəlmiş qara daşı Mehdinin köçürtməyinin
səbəbi budur ki, Adəmin, Nuhun, İdrisin, İbrahim məqamının qibləgahını Kərbəlaya tərəf
çevirsin. Yəni müsəlmanlar namaz qıldıqları zaman üzlərini Məkkəyə tərəf yox məhz Kufə
şəhərinə tutsunlar. Çünki həqiqətən şiələr üçün Məkkə şəhərində yerləşən məscidül-həram yəni
Kəbə evi böyük əhəmiyyət daşımır. Bu məsələ ilə bağlı Kuleyni öz “Furu-ul-kafi” kitabında
belə qeyd edir: “Kim Hüseynin qəbrini ziyarət edərsə, 20 dəfə Həccə və ya 20 dəfə Ümrəyə
bərabər savabı olar”. (Kuleyni, “Furu-ul-kafi”, səh 59). Cəfər Sadiqdən (ə) gələn rəvayətə
görə: “Kim Aşura günü Hüseyni (ə) ziyarət edərsə, cənnət ona vacib olur.” (İqbalul-ə’mal,
səh 568.) Axı necə ola bilər ki, Mehdi məscidül-həram ilə peyğəmbərin məscidini dağıtsınmı?
Axı orada imamlar özləri də ibadət ediblər. Bunu da qeyd edim ki, neçə əsirlər boyu yəhudilərin
arzularıdır ki, Məscidül-həramı yəni Məkkə şəhərində yerləşən Kəbə evini və Məscidun-
nəbiyyəni kökündən Dəccal dağıtsın. Eləcə də şiələr Mehdi haqda belə zənn edirlər.
Mehdi, Davud ailəsinin şəriəti ilə ittiham edəcəkdir.
Kuleyni xüsusən bu məsələ ilə bağlı “İmamlar Davud peyğəmbərin və onun nəslinin hökmü
ilə hökm edərlər” fəslində belə qeyd edir: “Məhəmməd Baqir (ə) Xəttab ibn Əba-Übeydəyə
belə buyurmuşdur: “Ey Əba-Übeydə! Qaim (Mehdi) qiyam edən zaman Davud və
Süleymanın hökmü ilə hökm verəcək. Bu səbəbdən də dəlil və şahid istəməyəcəkdir.”
(Usuli-Kafi, 1 cild. , səh 397, Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1 ci cild, səh
694, hədis № 1033). Belə nəticəyə gəlmək olar ki, “Qaim” (Mehdi) İsrail dövlətinin “Qıyam”
və yaxud Məsihi-Dəccal nümunəsidir. Çünki şiələrin bəzi rəvayətlərinə görə 11-ci, imamın
övladı olmamışdır.
5
Məclisi nəql edir: “Qaimin (Mehdinin) yeni işləri, təzə kitabı (Quranı) və yeni hüquq
mühakimə üsulu olacaqdır. (Biharul-ənvar, 52 ci cild, səh 354, Qeybətun-Nö’məni, səh
154).
Cəfər Sadiq (ə) buyurur: “Mən sanki Kəbənin küncündə İbrahim məqamında insanların
yeni kitaba (Mehdiyə) and içdiyini görürəm”. (Biharul-ənvar, 52 ci cild, səh 135,
Qeybətun-Nö’məni, səh 172). Şiələr inanırlar ki, Mehdi qana batmış səhifələr ilə yeni Quranla
gələcəkdir.
Əli (ə) belə buyurduğu nəql olunur: “O, Həzrətin müəyyən əlamət nişanələri vardır: “Mehdi
qarışmış saçlarla gələcək, üzündə bir xalı vardır”. (Qeybəti Nö”mani”, səh.163). Bu mətndə
isə gizli və maraqlı faktlar var. Çünki izah edirəm: “İbn Ömər (r.a)
rəvayət edir ki, Allah rəsulu
(s.ə.s) belə buyurdu: “Şübhəsiz ki, Dəccal qıvrım saçlı tək gözlü bir kimsədir. ” (Buxari.
3/1270,6/2577,2607. Müslim.1/156, Muvatta, 2/920). Məhz həmin qarışmış saçlarla üzündə bir
xalı olan qıvrım saçlı tək gözlü Dəccaldır.
Bu uydurulmuş saxta hədisə diqqət yetirək. “İbn Abbasdan (r.a) nəql olunur ki, Peyğəmbər
(s.a.v) buyurdu: “Mehdi zühur etdiyi zaman onun 70.000 mələk ordusu olacaqdır.”
(Biharül -ənvar, 43-ci cild, səh. 24). Lakin: “Osman ibn Əbil əs (r.a) deyir ki, Allah rəsulu
(s.ə.s) belə buyurduğunu eşitdim: “Dəccalın 70.000 ordusu olacaq. ” (Ahmed. 4/216, Taberani.
9/60, ibn Mace. 4077). Ustadımız Hafiz ibn Kəsirə görə: Dəccalın zühur etdiyi zaman 70.000
əsgəri olacaq və Xorasan əhli bir çoxu ona dəstək verəcəkdir. (İbn Kəsir, ən-Nihayə. 1/174).
Qeyd edim ki, 70.000 mələk altında nəzərdə tutulan məhz Dəccalın ordusudur. Belə bir sual
ortaya çıxır: Dəccalın ordusu kimlərdirmi? Lakin Cəfər Sadiqdən (ə) gələn rəvayət bunu çox
gözəl açıqlayır: “Allaha and olsun ki, Qum əhlidir! üç dəfə dedi ” (Biharül -ənvar, 60 ci cild,
səh. 216). Çünki Qum əhli dedikdə İran əhli, Mehdinin yəni bəlli olmuş Dəccalın köməkçiləri
nəzərdə tutulur.
Əli (ə) belə buyurmuşdur: “Mehdi şərqdən zühur edəcəkdir. ” (Biharül-ənvar, 52 cild, səh
217). Şiə alimlərinin yekdil fikirlərinə görə “şərq” sözü mənası məhz İran nəzərdə tutulur yəni
Mehdinin ilk zühur etdiyi yer məhz İran olacaqdır.
Saxta hədislərə diqqət yetirək: “Peyğəmbər (s.a.v) buyurdu: “Quma ona görə “Qum” adı
verilmişdir ki, oranın əhalisi Həzrət Qaimin (Mehdinin) ətrafına yığışacaq, onunla birlikdə
qiyam edəcək və ətrafında sabitqədəm qalaraq ona kömək edəcəklər. ” (Biharül-ənvar. 60,
cild. səh.216).
Bu saxta hədisdə sirr olan faktlar var. Gəlin mənimlə birlikdə müşahidə edərək mətində nə gizli
səbəblər ola bilər? “Məclisi nəql edir ki: “Xorasandan qiyam edən qara bayraqlılar Kufəyə
doğru hərəkət edən zaman Mehdini görməsi ilə bey’ət etmək üçün onun hüzuruna
gələcəklər.” (Biharül-ənvar, 52-ci cild, səh. 217).
“Əbu Bəkir (r.a)
rəvayət edir ki, Allah rəsulu (s.ə.s) buyurdu: “Şübhəsiz ki, Dəccalın çıxdığı yer
Xorasan olacaqdır və o, xalq ona itaət edəcəkdir. ( Taberani Evsat 1/195. Ahmed, 1/4,7. bni
Mace (4072). Tirmizi, 2237).
Dəhşətli iyrənc bir xəbəri Məclisi öz “Haqqul-yəqin” kitabında belə rəvayət edir: “İmam Mehdi
gələndə o lüt olacaq və ona ilk beyət edən Məhəmməd (s.ə.s) olacaqdır.” (Məhəmməd Bağır
Məclisi. Haqqul-yəqin, səh 347).
Mehdi (ivrit) yəhudi dilində danışacaqdır: “Cəfər Sadiq (ə) belə buyurur: “ Qaimizmiz
(Mehdi) zühur etdiyi zaman, Allaha yəhudi (ivrit) dilində dua edəcəkdir.” (Qeybətun-
Nö’məni, səh. 326).
Bu saxta rəvayətə diqqət yetirin mətnlərdə maraqlı faktlar var. “Peyğəmbərdən (s.ə.v) belə nəql
olunur: “Yəhudilər onu (Mehdini) müşahidə etdikdə az miqdar istisna olmaqla, hamısı
(Mehdiyə) iman gətirəcəklər ”. (Əl-mələhimu vəl-fitən, səh.57). Bunu da qeyd edim ki,
yəhudilər həmişə haqqı bilə-bilə inkar ediblər. Allah tərəfindən göndərilmiş elçilərin heç birini
6
qəbul etməyiblər. Onlar Allah tərəfindən açıq-aşkar göndərilmiş sübutla Məhəmmədi (s.ə.s)
inkar ediblər. O ki qaldı Mehdiyə necə iman gətirsinlər? Nə vaxtdan yəhudilər iman
gətirənlərdən olublar? Yəhudilər yalnız Dəccala iman gətirəcəklər. Şübhəsiz ki, şiələrin
gözlədikləri Mehdiyə.
Yəhudilər siələr kimi tarix boyu ümid etmişlər ki, bir gün Məsihi Dəccal gəlib, dünyaya hakim
olub onları xilas edəcəkdir. Bu haqda yəhudi müqəddəs kitablarında belə qeyd olunur: “Bir gün
Məsihi Dəccal-xilaskar dünyaya gəlib hakim olacaqdır. Bizləri zillət girdabından xilas
edəcəkdir.” (Yəhudi dinin Məsihi-xilaskar intizarı, səh. 65). Əgər şiələr desələr ki, yəhudi
kitablarında qeyd olunan Məsihi İsa, nəzərdə tutulur Dəccal isə yox. Mən bu məsələ ilə bağlı
deyirəm: Bu təmiz yalandır, çünki hamıya bəllidir ki, yəhudilər İsanın zühurunu yox məhz
Məsihi Dəccalın gəlişini gözləyirlər.
Yəhudilərin Məsihi Dəccal haqqında inanc əsasları şiələrin Mehdi haqqında düşündükləri ilə tam
şəkildə uyğundur. Budur: “Məsih Dəccal-xilaskar, Davud səltənətindən olan bir şəxsdir.
Onun müqəddəsliyi yalnız təbii bəxşişləri səbəbindəndir. Müşrik ümmətlər onun əli ilə
məhv ediləcək, İsrail oğulları öz istəklərinə çatacaqdır.” (Yəhudi dinin Məsihi-xilaskar
intizarı, səh 65). Şiələrin mötəbər kitabı sayılan Kuleynidən qeyd etdiyim kimi: “Mehdi
Davudun (ə) hökmü ilə hökm verəcəkdir.” (Üsuli Kafi, 1-ci cild, səh 694. Mubahilə çapı).
Müqəddəs yəhudi kitablarında belə qeyd olunur: “Rəbb bunu söylədi: “Davud da onların
içində rəhbər olacaqdır”. (Yəhudi kitabı, Azərbaycan dilində “Əhdi-Ətiq” Vəhy 37:24).
Müqəddəs yəhudi kitabı digər vəhy: “Rəbb mənə dedi: “Qulum Davud onların padşahı
olacaq, onların hamısına vahid rəhbər olacaq. Onlar Mənim hökmlərimə görə rəftar
edəcək, qaydalarımı saxlayıb yerinə yetirəcəkdir.” (Yəhudi kitabı Azərbaycan dilində
“Əhdi-Ətiq”, Vəhy 34:24)
Yəhudilərin kitablarına əsasən qeyd olunur ki, Məsihi Dəccal-xilaskar məhz şiələrin gözlədiyi
Mehdidir. Gəlin ətraflı mənim ilə yəhudilərin kitablarından birini müşahidə edək: “Bizim
nəzərdə tutuğumuz Məsih Dəccal-xilaskar İslamda məşhur adı ilə tanınan Mehdidir. Çünki
uyğun mənbələrdə Dəccal-xilaskar haqqında belə deyilir: “O təkcə eşitməklə
cəzalandırmır.” Bu məlumat müsəlman sayılan İmamiyyə şiələrin mövqeyi ilə uyğundur.
Onlar deyirlər ki: “Bu sifət Mehdinin (ə) xüsusiyyətlərindəndir.” (Əlbərahinus-Sabatiyyə,
səh 207-208). Yəhudi kitablarına istinadən belə nəticəyə gəlmək olar ki, həqiqətən də Məsih
Dəccal-xilaskar yəhudilər ilə şiələrin gözlədikləri Mehdisidir. Çünki Dəccal üçün yəhudilər nəyi
iddia edirlərsə Mehdi üçün şiələrdə bu cür iddia edirlər. Şiə alimlərindən sayılan Məhəmməd
Sadiq Fəxrul-İslam – Bu şəxs yəhudi olaraq əvvəllər məsihi Dəccalın zühuruna etiqad edirdi.
Lakin sonralar uzun araşdırmalar apararaq müsəlmanlığın şiə məzhəbini qəbul etmişdir. O,
yəhudi məsihilərə qarşı yazdığı “Ənisul-İslam” kitabında bütün müjdələrin Məsihi Dəccalın
məhz Mehdinin (ə) zühuruna aid olduğunu bildirirdi. Həmçinin Məhəmməd Riza Rizai – Bu
şəxs öncə yəhudi olmuş, sonradan şiə məzhəbini qəbul etmişdir. O, öz “Mənqule-Rizai”
kitabında Məsihi Dəccal xilaskarın məhz Mehdi olduğunu bildirmişdir. Əhli-Sunnə alimlərindən
Şeyx Saih Əli Huseyn Məğribi belə deyir: “Dəccalın qeyb və qayıdış əqidəsi ilə yəhudilər və
məsihilər arasında əqidə barəsində həmfikirdirlər. Eləcə də şiə məzhəbi yalnız bu iki mənbədən
istinad edir.” (Tərasəna və məvazinul-nəqd, səh 184).
“Mufədəl ibn Ömər, Əbu Abdullah (Cəfəri Sadiq əleyhissalamdan) belə nəql edir: “Mehdi
(ə) ilə bərabər Musanın (ə) ümmətindən 27 nəfər və eləcə də əhli-mağaradan yeddi nəfər
Kufə şəhərinə zühur edəcəklər. Yuşə ibn Nun, Suleyman Əbu Ducani əl Ənsari, Miqdad,
Malik Əştar. Onlar hamısı Mehdinin (ə) köməkçiləri olacaqdır. ” (Şeyx Müfid, əl-İrşad səh.
402).
Məhəmməd Bağır (ə) belə buyurmuşdur: “Qaim (Mehdi) şənbə günü, İman Hüseynin
şəhadətə çatdığı gün (Aşura günü) zühur edəcəkdir.” (Biharul-ənvar, 52-ci cild, səh 285).
7
Bəllidir ki, yəhudilərin bayramı şənbə günüdür. Məhz o gün Dəccal zühur edəcəkdir.
Cəfər Sadiq (ə) belə buyurur: “Qaimiz (Mehdi) qiyam edən zaman Allah-taala şiələrimizin
qulaq və gözlərini o qədər iti edəcəkdir ki, onlarla Mehdi arasında heç bir poçt (və rabitə)
olmayacaqdır. Belə ki, İmam onlarla danışdığı zaman onları eşidəcək və onu görəcəklər,
halbuki İmam öz yerində olacaqdır.” (Biharul-ənvar, 52-ci cild, səh.363). Onu da qeyd
edim ki, Xüsusən Dəccal öz tərəfdarı ilə sehr, cadu, hipnoz seansları ilə təmasda olacaqdır.”
(Mehdi və Dəccal, Şaban Dogən, səh. 74-75).
Məclisi öz “Haqqul-Yəqin” kitabında ağlasığmaz rəvayəti Məhəmməd Baqirdən (ə) nəql edir:
“Mehdi zühur etdiyi zaman, möminlərin anası sayılan Humeyranı (Aişəni) dirildib və onu
edam edib cəzalandıracaqdır.” (Məhəmməd Bağır əl-Məclisi, Haqqul-Yəqin, səh. 347. İran
çapı).
Cəfəri Sadiqdən (ə) belə rəvayət olunur: “Höccətin (Mehdinin) ölümü çatar, onun qüsl,
kəfənləmə, dəfnini imam Hüseyn (ə) öhdəsinə götürər...” ( Biharul-ənvar, 51-ci cild, səh 56).
Çox gülməli və ağlamalı bir xəbərdir. Çünki hədisin mətnindən belə izah olunur ki: Mehdinin
dəfin mərasimini Hüseyn ibn Əli (ə) keçirdəcəkdir. Yəni İmam Hüseyn (ə) qəbrindən duraraq öz
öhdəsinə götürəcəkdir? Nəuzubilləh. Həqiqətən çox ağılasığmaz hekayədir. Lakin dərd odur ki,
şiə məzhəbindən inanan insanlar bu nağıllara inanırlar.
Mehdi Kufə şəhərini paytaxt və qibləgah edəcəkdir.
Mehdi Zühurdan sonra hara mərkəzləşəcəkdir? Şiələrin rəvayətinə əsasən, paytaxt Kufə şəhəri
olacaqdır. Çünki Cəfəri Sadiqdən (ə) belə nəql olunur: “Mehdi Səhlə məscidində
məskunlaşacağıqdır. (Kafi, 3 cild, səh 495).
Cəfəri Sadiqdən (ə) belə rəvayət olunur: “ Qaim (Mehdi) Kufəyə gələcək və Allahın istədiyi
vaxta qədər orada qalacaq, nəhayət oranı öz ixtiyarına keçirəcək.” (Biharül -ənvar, 52-ci
cild, səh. 224).
Molla Muhsin Feyz Kaşani belə nəql edir: “Ey Kufə əhli Allah (böyük və Ucadır) elə bir Uca
Allah rəhmət endirib ki, heç kəsə belə rəhmət endirilməmişdir. Sizin ibadət etdiyiniz yeri –
Adəmin, Nuhun, İdrisin evini və eləcə də İbrahim məqamını çox keçməz ki, Qaim (Mehdi)
(Həcər-əl-Əsvadi) cənnətdən gəlmiş qara daşı Kufə şəhərinə yerləşdirəcəkdir”. (Əllamə
Muhsin Feyz Kaşani, əl-Vafi, 1-ci cild, səh 215).
Cəfər Sadiq (ə) belə buyurur: “Allah Kərbəlanı səngər və qərargah qərar vermişdir, ora
mələklərin və möminlərin gediş-gəliş yeri olacaq, özünün ən yüksək məqam və mərtəbəsinə
çatacaqdır.” (Biharül -ənvar, 53-cü cild, səh.13).
“Abdullah Bin Mutim (r.a)
rəvayət edir ki, Allah rəsulu (s.ə.s) buyurdu: “Dəccal çıxdığı zaman
Kufə'yə gəlib peyğəmbərliyə (İmamlığa) iddia edəcəkdir. Bunu görən ağıl sahibi olan insanlar
ondan ayrılacaqlar.” (Nesai Duafa, s.53. Buxari Tarixul-Kəbir, 3/515).
Cəfər Sadiq (ə) belə buyurmuşdur: “Qaimin (Mehdinin) hakimiyyət yeri Kufə, şəhəri və
böyük məscidi orda olacaqdır ”. (Biharül -ənvar, 52 ci cild, səh. 11-12).
“Abdullah inb Məsud (r.a) rəvayət edir ki
:
“Şübhəsiz ki, Dəccalın köməkçiləri mən bilirəm
kimlər olacaq.” İnsanlar: “Ey ibn Məsud onlar kimlərdir?” dedilər. Buyurdu ki: Kufə -
əhldirir.” (Mecmauz Zevaid (7/351) Taberani (9/93) Nuaym Bin Hammad Fiten (2/534).
Cəfər Sadiq (ə) belə buyurur: “Qaim (Mehdi) Kufənin arxasında min qapısı olan bir məscid
tikər. O məscid bir tərəfdən Kufənin evlərinə, diqər tərəfdən isə Kərbəla və iki tərəfəni
qibləgah edəcəkdir.” (Əl-Qeybət, ət-Tusi, səh. 280).
Əli (ə) Mehdinin qiyamına işarə edərək belə buyurur: “Əhli beyt şiələrini görürəm ki, Kufə
məscidinə yığışıb xeymələr qurmuşlar və orada Qurani Kərim peyğəmbərə necə nazil
olmuşdusa elə o cür başqalarına öyrədirlər.” (Biharül-ənvar, 52-ci cild, səh. 366).
8
“Allah rəsulu (s.ə.s) buyurdu: “Onun (Dəccalın) çıxdığı zaman bir iddiası olacaq: “Mən bir
peyğəmbərəm” deyəcəkdir. Halbuki məndən sonra heç bir peyğəmbər yoxdur. Sonra ikinci bir
iddiası olacaq: “Mən Rəbbinizəm” deyəcəkdir. Halbuki siz ölüncəyə (qiyamət gününə) qədər
Rəbbinizi görməzsiniz.” (Sünen-i İbni Mace, 4077).
Çox maraqlısı budur ki, ortaya belə bir sual çıxır: Dəccalın Kufə şəhərinə getməyinin səbəbi
nədir? Bir halda ki, Kufə şəhəri şiələrin müqəddəs torpağıdır. Amma yəhudilərin bu torpaqda nə
işləri ola bilər? Həqiqətən bu təsadüfdürmü?
Cavab: Şiələrin iddialarına görə Mehdini Uca Allah mağarada qeybə çəkib və oradan da zühur
edəcəyi xəbər verilir. (Biharül-ənvar, 52-ci cild, səh. 390).
Məhəmməd Baqir (ə) belə buyurdu: “Həzrət Qaim (ə) ona görə Mehdi adlandırılır ki,
Tövratı və incilin səhifələrini Antakiyadakı mağaradan çıxarıb onun vasitəsi ilə yəhudilərə
dəlil sübut gətirəcək, nəticədə onların böyük bir hissəsi İslamı qəbul edəcəkdir.”
(Qeybətun-Nö’məni, səh 125, Muntəxəbul-əsər, səh 309).
Hamıya məlundur ki, səhabələr bir adada Dəccalı zəncirlər ilə bağlanmış halda qapalı mağarada
görmüşlər. Bu haqda Allah rəsulu (s.ə.s) belə buyurmuşdur: “Dəccal oradan (mağaradan)
zühur edəcəkdir.” (Səhih Müslim, Fitən 119, (2942); Əbu Davud, Melahim 15, (4326); Tirmizi,
Fitən 66, (2253).
Beləliklə də şiələrin 12-ci imamı sayılan Mehdinin bu cür nəticələrdən sonra əlamətlər bunlardır:
1). Mehdinin danışacaq dili “ivrit” yəni yəhudi dilində danışacaqdır.
2). Mehdi, Davud və Süleymanın hökmü ilə ittiham edəcəkdir. Çünki onun yeni mühakimə üsulu
kitabı olacaqdır.
3). Bütün yəhudi diasporları Dəccal zühur etdiyi zaman müqəddəs Qüds şəhərinə toplaşacaqlar –
Eləcə də bütün şiələr Mehdi zühur etdiyi zaman müqəddəs saydıqları Kufə şəhərinə
toplaşacaqlar.
4). Dəccal zühur etdiyi zaman yəhudi xalqın düşmənlərini cəzalandıracaqdır – Həmçinin Mehdi
zühur etdiyi zaman Peyğəmbərin (s.ə.s) əshabələrini cəzalandıracaqdır. Yəni Əbu Bəkir ilə
Öməri (r.a)
5). Dəccal zühur etdiyi zaman yəhudilərə qarşı kim haqsızdıq edib yəhudi xalqına zülm veribsə
onları məhv edəcəkdir - Həmçinin şiələrə qarşı kim haqsızdıq edibsə Mehdi zühur etdiyi zaman
onları məhv edəcəkdir.
6). Dəccal dünyanın əhalisinin üçdə bir hissəsini öldürəcəkdir – Buna Uyğun olaraq şiələrin
Mehdisi dünya əhalisinin üçdə bir hissəsini öldürəcəkdir.
7). Dəccal zühur etdiyi zaman yəhudi xalqı üçün nemət olaraq dağlar süd halına çevriləcəklər. -
Həmçinin Mehdi zühur etdiyi zaman şiələr üçün gəlir olaraq çaylar süd halında daşacaqdır.
8). Çox maraqlı və aktual məsələlərdən biridə budur ki, Peyğəmbərin (s.ə.s) əshabələrini Dəccalı
bağlanmış qapalı bir mağarada görmüşlər – Mehdi isə mağarada qeybə çəkilmişdir.
Sonda buna da qeyd edim ki, əgər şiələr desələr ki: “Siz Mehdinin (ə) gəlişinin zühurunu
qəbul etmirsiniz” deyə müraciət etsələr. Cavab olaraq onlara deyirəm: Bu açıq aşkar böhtandan
başqa bir şey deyil. Çünki İmam Mehdinin (ə) zühuru ilə yəni doğulacağı ilə bağlı bunu kim
inkar edirsə o, artıq küfr etmiş olur. Eləcə də Əhli–sünnə vəl-camaatın fikrinə görə Mehdiyə
beyət edib iman gətirmək vacibdir. (Sünnən ibn Macə, kitabul-fitən, bəb xurucul Mehdi, 2/1376,
səhih istinadla). Şiələr oxuyucuları çaşdırmasın deyə qeyd edim ki, əhli-sunnə val camaatın çox
saylı gələn hədislərində İmam Mehdi (r.a) nə Kəbə evi ilə Peyğəmbər məscidini dağıdacaqdır, nə
də Davud peyğəmbərin (ə) hökmü ilə hökm verəcəkdir. Şübhəsiz ki, şiələrin gözlədikləri
Mehdisi elə məhz Dəccalın özüdür. Həqiqətən İmam Mehdi (ə) zühur etdiyi zaman şiələr onu
inkar edəcəklər, çünki onlar yalnız Dəccala iman gətirəcəklər.
Uca Allahdan bu kitabı məndən qəbul edib zəlalət-əhli olan insanlar üçün bu kitabı oxuyub
haqqa gəlməsini diləyirəm. Amin.
9
Allahın salat və salamı onun Peyğəmbəri Məhəmməd – sallallahu aleyhi və səlləm – ə, onun ailə
üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərinin üzərinə
olsun.
Şiələrin Mehdi haqqında fikirləri.
Şiələrin və Yəhudilərin zənn etdikləri........................................................................................................................... 2
Tarixin təhrif olunmuş səhifələri................................................................................................................................... 2
Mehdi Ərəblərə qarşı qılınc qaldıracaq......................................................................................................................... 3
Mehdi Kəbə evini və peyğəmbər məscidini dağıdacaqdır............................................................................................. 4
Mehdi, Davud ailəsinin şəriəti ilə ittiham edəcəkdir..................................................................................................... 5
Mehdi Kufə şəhərini paytaxt və qibləgah edəcəkdir...................................................................................................... 8
Kitabın müəllifi Doktor Əbdül Əziz İbrahimi.
10
Dostları ilə paylaş: |