Sintaktik əlaqələr
Söz birləşmələri ayrı-ayrı sözlərin təsadüfi birləşməsi deyil. Birləşməni təşkil edən sözlər
müxtəlif məna münasibətlərində olur, sözlər müəyyən məntiqi ardıcıllıqla, qanunauyğun şəkildə
düzülür, onlar arasında sintaktik əlaqələr yaranır. Sözlər arasında sintaktik əlaqənin iki növü
vardır:
1.
Tabesizlik əlaqəsi
2.
Tabelilik əlaqəsi
Tabesizlik əlaqəsi sözlərin bərabərhüquqlu olmasına əsaslanır, yəni söz birləşməsini
əmələ gətirən sözlər biri digərinə tabe olmur və ya biri digərindən asılı deyil, tərəflərdən biri
digərini aydınlaşdırmır.
Həmcins üzvlər arasında və tabesiz mürəkkəb cümlələr arasındakı əlaqə tabesizlik yolu ilə
düzəlir.
Məsələn, Milli Parkda parıldayan qırmızı, sarı, yaşıl lampalar ətrafa xüsusi gözəllik
verir. Şiddətli külək əsdi, qumlu küçələrdə toz ətrafı bürüdü.
Tabelilik əlaqəsi ilə bağlanan birləşmələrdə isə sözlərdən biri müstəqil, digəri isə asılı olur.
Müstəqil söz asılı sözü özünə tabe edir. Asılı söz isə müstəqil sözə tabe olur və onu müəyyən
cəhətdən izah edir.
Əlaqə
Sintaktik əlaqə
Tabelilik əlaqəsi
Tabesizlik əlaqəsi
Məna əlaqəsi
Y
A
N
A
Ş
M
A
İ
D
A
R
Ə
U
Z
L
A
Ş
M
A
Müstəqil sözə tabeedici söz, asılı sözə isə tabe söz deyilir. Tabelilik əlaqəsi cümlənin ayrı-
ayrı üzvləri, söz birləşmələrinin, tabeli mürəkkəb cümlənin tərəfləri arasında, o cümlədən,
mübtəda ilə xəbər, təyinlə təyinolunan, tamamlıqla xəbər və zərfliklə xəbər arasında olur.
Qoşmalarla onun qoşulduğu sözlər arasında da tabelilik əlaqəsi olur.
Azərbaycan dilində tabelilik əlaqələsiin üç növü vardır:
1.
Uzlaşma
2.
İdarə
3.
Yanaşma
Uzlaşma
Uzlaşma əlaqəsi sintaktik əlaqənin elə bir formasıdır ki, bu zaman tabe söz tabeedici
sözün qrammatik əlaqələrini qəbul edir, onun formasına düşür. Bu əlaqə növü ilə bağlanan
sözlərin hər ikisi eyni qrammatik formada olur. Əsas tərəfin tələbi ilə asılı tərəfin şəxsə və
kəmiyyətə görə uyğunlaşmasına uzlaşma əlaqəsi deyilir. Uzalşma əlaqəsi aşağıdakı hallarda
özünü göstərir:
Mübtəda xəbər:
Biz gəldi-gedərik, sən yaşa dünya...(
S.V.)
II növ təyini söz birləşmələrinin tərəfləri arasında: elektrik sobası, qəbul otağı və s.
III növ təyini söz birləşmələrinin tərəfləri arasında:
sərginin eksponatları, Xatirənin arzusu
və s.
Uzlaşma əlaqəsində əsas söz birinci, asılı söz ikinci olur. Mənsubiyyət və şəxs şəkilçiləri
uzlaşma əlaqəsinin əsas göstəriciləridir. Azərbaycan dilində mübtəda ilə xəbər arasında şəxsə
görə uzlaşma həmişə gözlənilir, lakin kəmiyyətə görə uzlaşma pozula da bilər.
Xəbərin mübtəda ilə kəmiyyətə görə uzlaşması birinci və ikinci şəxsin tək və cəmində
həmişə gözlənilir:
Mən yazıram, sən yazırsan, biz yazırıq, siz yazırsınız.
Yəni mübtəda təkdə
olursa, xəbər də təkdə olur, mübtəda cəmdə olursa, xəbər də cəmdə olur.
Azərbaycan dilində üçüncü şəxsdə xəbər mübtəda ilə kəmiyyətə görə uzlaşa da bilər,
uzlaşmaya da bilər. Bu, aşağıdakı qaydada olur:
1.
İnsan anlayışı bildirən mübtəda üçüncü şəxsin təki ilə ifadə olunduqda xəbər həmişə üçüncü
şəxsin təkində olur:
Tahir soruşdu,
Gülşən cavab verdi
.
2.
İnsan anlayışı bildirən mübtəda üçüncü şəxsin cəmi ilə ifadə olunduqda xəbər mübtəda ilə
kəmiyyətə görə uzlaşa da bilər, uzlaşmaya da bilər: Qızlar rəqs edir. Qızlar rəqs edirlər.
3.
Mübtəda digər canlı varlıqlara aid sözlə ifadə olunduqda xəbər mübtəda ilə uzlaşa da bilər,
uzlaşmaya da bilər:
Atlar, öküzlər kotana güc vurur,
Gah yeriyir, gah yıxılır, gah durur. (M.Ə. Sabir)
Quşlar uçub dəstə-dəstə gedirlər.
Mübtəda cansız əşyalara aid sözlə ifadə olunduqda xəbər mübtəda ilə kəmiyyətə görə
uzlaşmır:
Çiçəklər saraldı. Bütün qəzetlər “Xocalı soyqırımı”ndan yazırdı.
Uzlaşma əlaqəsi II növ təyini söz birləşmələrinin tərəfləri arasında yalnız üçüncü şəxsdə
olur:
Sinif otağı, pəncərə şüşəsi, dərs jurnalı və s.
III növ təyini söz birləşmələrinin tərəfləri
arasında bütün şəxslərə
görə uzlaşma olur:
Mənim gələcəyim
Bizim gələcəyimiz
Sənin gələcəyin
Sizin gələcəyiniz
Onun gələcəyi
Onların gələcəyi
Yuxarıda qeyd olunduğu kimi, mübtəda ilə xəbər arasında şəxsə görə uzlaşma daimidir.
Lakin istisnalar da var. Xəbər şəxs əvəzlikləri ilə ifadə olunduqda şəxsə görə uzlaşma pozula
bilər:
Oxuyan mənəm, danışan bizik, bu mənəm, o sənsən və s.
Xəbərin həmcins mübtədalarla şəxsə və kəmiyyətə görə uzlaşması
Xəbərin həmcins mübtədalarla şəxsə və kəmiyyətə görə uzlaşması aşağıdakı şəkildə olur:
1.
Həmcins mübtədaların biri birinci şəxs (mən, biz), digəri ikinci (sən, siz) şəxs əvəzliyi ilə
ifadə olunarsa, xəbər birinci şəxsin cəmində
olur:
Sən də, mən də bu işin içindəyik
.
2.
Həmcins mübtədaların biri birinci (mən, biz), digəri isə üçüncü şəxs əvəzliyi ilə (o, onlar)
ifadə olunarsa, xəbər birinci şəxsin cəmində olur:
3.
Həmcins mübtədaların biri birinci (mən, biz), digəri isə ikinci (sən, siz) və üçüncü şəxs
əvəzliyi ilə (o, onlar) ifadə olunarsa, xəbər birinci şəxsin cəmində olur:
Sən, mən və o bu işə
tam cavabdehik.
4.
Həmcins mübtədaların biri ikinci (sən, siz), digəri üçüncü şəxs əvəzliyi ilə (o, onlar) ifadə
olunarsa, xəbər ikinci şəxsin cəmində olur:
Sən və Gülçin bu məsələdə haqlı deyilsiniz.
I şəxs + II şəxs = I şəxs cəm
I şəxs + III şəxs = I şəxs cəm
I şəxs + II şəxs + III şəxs = I şəxs cəm
II şəxs + III şəxs = II şəxs cəm
5.
Həmcins mübtədalar yalnız üçüncü şəxslərdən ibarət olarsa, xəbər həmişə üçüncü şəxsdə
olur:
Kərim, Şəfaqət, Arzu tələbədirlər.
Həmcins xəbərlərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması
Həmcins xəbərlərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması aşağıdakı kimidir:
1.
Həmcins feili xəbərlər birinci və ya ikinci şəxsdə olan (tək və cəm) mübtədaya aiddirsə,
əvvəlinci xəbərlərdə bu əlamətlər atılır, sonuncu xəbərdə isə şəxsə və kəmiyyətə görə
uzlaşma qalır:
Mən həm oxuyur, həm də işləyirdim.
2.
Mübtəda üçüncü şəxsin cəmi ilə ifadə olunarsa, həmcins feili xəbərlər mübtəda ilə şəxsə
görə həmişə uzlaşır, kəmiyyətə görə isə yalnız sonuncu həmcins xəbər uzlaşır:
Onlar səliqə
ilə ölçür, biçir, sonra kəsirdilər.
3.
Həmcins ismi xəbərlərdə bütün şəxslər üzrə şəxs və kəmiyyət şəkilçiləri yalnız sonuncuda
saxlanılır:
Fidan çox yaraşıqlı, gözəl və nəzakətlidir.
İdarə əlaqəsi
Əsas sözün tələbi ilə asılı sözün ismin adlıq halından başqa digər hallarına düşməsinə
idarə əlaqəsi deyilir. Uzlaşma əlaqəsindən fərqli olaraq, burada əsas tərəf asılı tərəfi öz formasına
uyğunlaşdırmır, yəni birləşmənin tərəfləri eyni qrammatik formada olmur. Dilimizdə idarə
əlaqəsi, əsasən, hal şəkilçiləri vasitəsilə yaradılır.
Asılı tərəf hal şəkilçisi qəbul etmiş hər hansı bir nitq hissəsi ilə ifadə olunur:
şəhərə çıxış,
gəmidə hadisə, jurnaldan oxumaq, kitabları sevən, yuvadan çıxaraq və s.
Buraya substantivləşmiş sözlər də daxildir:
gözələ baxmaq, şücaətlisini mükafatlandırmaq və
s.
Birləşmənin əsas tərəfi isə əsasən fel və qoşmadan ibarət olur:
kəndə gələndə, buna əsasən,
sənə görə və s.
İdarə əlaqəsi digər sintaktik əlaqələrə nisbətən daha geniş yayılıb. İdarəedici sözlər
cümlədəki digər sözlərin əksəriyyətini öz ətrafına toplaya bildiyi üçün idarə əlaqəsi sözlərin
və söz birləşmələrinin bir-birinə bağlanmasında mühüm rol oynayır.
İdarə əlaqəsinin iki növü var:
1.
Feillərlə idarə.
2.
Adlarla idarə.
Feillər adlıq haldan başqa ismin bütün hallarını idarə edir. Adlarla idarə zamanı isimlər
isim, sifət, say, əvəzlik, zərf və qoşmalarla idarə oluna bilir.
Adlıq hal yalnız qoşmalarla idarə olunur:
müəllim kimi, tələbə üçün, Şərif qədər və s.
Yiyəlik hal isim, əvəzlik, məsdər və substantivləşmiş hər hansı sözün tələbinə görə işlənir:
sənin masan, çörəyin hamısı, qızın oxumağı, sümüyün sınığı, dabankeşin ikisi və s.
Yönlük hal, əsasən feil, bəzən isim, sifət, say və zərflərin tələbinə görə işlənə bilir:
yaylağa
çıxdı, yerə düşmək, şəhərə gələn, yuxuya gedib, insana sevgi, həyata bağlı, ona istidir, bizə yaxın
və s.
Təsirlik hal yalnız feil və feildən əmələ gəlmiş sözlərlə əlaqə yaradır:
sərəncamı imzaladı,
suyu içmək, kitabı oxuyan, qapını açanda və s.
Yerlik hal başqa hallara nisbətən zəif idarə olunur, feil, isim, sifət, sayların tələbinə görə
işlənə bilir::
dükanda işləyir, çayda çimmək, kənarda dayanan, yerdə oturu, məktəbdə tədbir,
kənddə çoxdur və s.
Çıxışlıq hal əsasən feil, bəzən isim, sifət, sayların tələbinə görə işlənə bilir:
yoldan çıxdı,
kənddən gəlmək, kitab alan, küçədən keçəndə, Səlimədən məktub, səndən xəbərsiz, ondan bilikli,
beşdən üçü, ondan uzaq və s.
İdarə əlaqəsi II və III növ təyini söz birləşmələrinin tərəfləri arasında da qeyd olunur.
II növ
təyini söz birləşmələrinin tərəfləri arasında həm uzlaşma, həm də idarə əlaqəsi vardır.
Bu
birləşmələrində idarə əlaqəsi ikinci tərəfin birinci tərəfi özünə tabe etməsi və birinci tərəfin
qeyri-müəyyən yiyəlik halda işlənməsi ilə izah olunur:
Kənd uşaqları bulaqdan su gətirmək
üçün tələsirdilər.
III növ təyini söz birləşmələrinin tərəfləri arasında da həm uzlaşma, həm də idarə əlaqəsi
vardır. Uzlaşma əlaqəsinə görə hər iki tərəf eyni qrammatik formada olur. İdarə əlaqəsində isə
ikinci tərəf birinci tərəfi özündən asılı edir, onun müəyyən yiyəlik halda işlənməsini tələb edir:
Azərbaycan dilində qoşmalar da idarə edir. Onlar isim, əvəzlik, məsdər və substantivləşmiş
sözlərlə işlənərək qoşulduqları sözləri ismin bu və ya digər halında olmasını tələb edir. Qoşmalar
ismin təsirlik və yerlik hallarından başqa digər (adlıq, yiyəlik, yönlük və çıxışlıq) hallarında
olan sözlərlə əlaqəyə girir:
Aydın kimi, Şərəf üçün, Solmaz qədər, sənin kimi, bizim üçün, onlar
qədər, evə kimi, məktəbə qədər, şəhərəcən, bundan başqa, sizdən savayı, ikisindən qeyri, bizdən
ötrü, şənlikdən sonra və s.
Yanaşma əlaqəsi
Yanaşma tabelilik əlaqəsinin ən sadə formasıdır. Bu əlaqə formasında sözlər arasında
sintaktik əlaqə heç bir şəkli əlamətlərin iştirakı olmadan yaranır, yəni birinci tərəf öz şəklini
dəyişmədən ( heç bir qrammatik şəkilçi qəbul etmədən) ikinci - əsas tərəfə yanaşır. Asılı tərəf
yanaşdığı əsas tərəfdən əvvəl gələrək onu müxtəlif cəhətdən izah edir. Əsas tərəf də birinci tərəfi
özünə tabe edərək onu heç bir dəyişikliyə uğramağa qoymur:
yaxşı müəllim, çalışqan tələbə,
qayğıkeş insan və s.
I tərəfi ismin
halları
Birləşmənin növü
Sintaktik əlaqə növü
1.
Adlıq hal
I növ TSB
Feli birləşmələr
yanaşma
2.
Yiyəlik hal
II növ TSB, III TSB
idarə
,
uzlaşma
3.
Yönlük hal
Qeyri-təyini s.b
Feli birləşmələr
idarə
4.
Təsirlik hal
Feli birləşmələr
idarə
5.
Yerlik hal
Qeyri-təyini s.b
Feli birləşmələr
idarə
6.
Çıxışlıq hal
Qeyri-təyini s.b
Feli birləşmələr
idarə
Yanaşma əlaqəsi ilə düzələn birləşmələrdə əsas tərəf başqa sözlərlə əlaqə girir və dəyişə
bilir:
yaxşı müəllimin tələbəsi , çalışqan tələbəyə diqqət , igid döyüşçünü qarşılamaq və s.
Yanaşma əlaqəsi intonasiya və sözlərin sırası ilə ifadə olunur. Yanaşma əlaqəsi təyinlə
təyinolunan və zərfliklə xəbər arasında olur:
Təyin mübtəda:
Gənc qadın otağı səliqəyə saldı.
Təyin tamamlıq:
Səlimə bütün qonaqları qarşıladı.
Təyin təyin:
Onun çox səliqəli geyimi, səliqəli daran
mış saçları hamının diqqətini çəkdi.
Təyin zərflik:
Böyük Amerikaya yolu açıq idi.
Təyin ismi xəbər:
Bu, çox ibrətamiz məsəldir.
Təyin feili xəbər:
Savadlı mühəndis ol,elinə xidmət et.
Zərflik feili xəbər:
Aşıq ucadan söylədi. Arif xeyli danışdı. Zərifə axşam gəldi və
içəridə dincəldi.
Feli birləşmələrdə asılı tərəflə əsas tərəf arasında:
sən güləndə
III növ təyini söz birləşmələrində tərəflər arasına daxil olan sözlə əsas tərəf arasında:
şagirdin təzə çantası və s.
CÜMLƏ
Cümlə nitqin əsas vahididir. Biz öz fikirlərimizi söz və söz birləşmələri ilə deyil,
cümlələr vasitəsilə ifadə edirik. Cümlə insanlar arasında fikir mübadiləsi vasitəsi olub bitmiş
fikir ifadə edir. Cümlə vasitəsilə iş və hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə
təhrik edilir. Cümlə sözlərdən və söz birləşmələrindən təşkil olunur. Sözlər qrammatik vasitələrlə
sintaktik əlaqə yolu ilə cümləni əmələ gətirir. Modallıq, intonasiya və predikativlik cümlənin
əsas əlamətləridir.
Modallıq cümlədə danışanın söylənilən fikrə, gerçəkliyə münasibəti, cümlədə ifadə edilən
məzmundur. Modallıq əşya, əlamət, keyfiyyət və s. haqqında məlumat verilməsidir.
İntonasiya sayəsində cümlədəki bütün sözlər vahid intonasiyaya tabe olur və cümlədəki
fikrin mənaca bitkinliyini təmin edir. İntonasiyadan asılı olaraq cümlənin məqsədə görə növləri
fərqləndirilir.
Predikativlik cümlənin əsasını təşkil edir. Predikativlik (xəbərlik) mübtəda ilə xəbər
arasındakı əlaqənin ifadəsidir. Predikativlik sözlərin müəyyən qayda ilə düzülüşündən və
qrammatik üsullarla əlaqələnməsindən meydana gəlir. Mübtəda ilə xəbər arasındakı qrammatik
əlaqə feili cümlələrdə şəxs, zaman, şəkil əlamətləri ilə, ismi cümlələrdə şəxs şəkilçiləri ilə ifadə
olunur. Təktərkibli cümlələrdə ayrıca mübtəda və xəbər olmur. Buna görə də belə cümlələrdə
predikativlik təktərkibli cümləni təşkil edən baş üzvdə ( ya mübtəda, ya da xəbərdə)ifadə olunur.
Cümlənin əsas xüsusiyyətləri:
Cümlənin baş üzvlərdən (mübtəda və xəbər) ibarət qrammatik əsası olur.
Cümlələr quruluşca sadə
və mürəkkəb olur.
Sadə cümlələrin yalnız bir qrammatik əsası olur. Məsələn:
Ailə cəmiy yətin kiçik formasıdır.
Mürəkkəb cümlələrin iki və daha çox qrammatik əsası olur. Məsələn:
Əli onları xoş dindirir,
Nazlı mərhəmət göstərir, Fateh onlara dərslərində kömək edirdi.
Cümlə yalnız bir sözdən də ibarət ola bilər:
Qəribədir. Səhərdir. Bu rəsmi Aytən çəkib? –
Əlbəttə.
Cümlənin məqsəd və intonasiyaya görə növləri
Hər bir cümlə müəyyən məqsədlə söylənilir:
•
Məlumat vermək məqsədilə.
•
Məlumat almaq məqsədilə.
•
Bir şeyin tələb olunması məqsədilə.
Cümlələrin yaranmasında intonasiyanın rolu böyükdür. İntonasiya cümlədə rəngarənglik
yaradaraq məqsədi aydınlaşdırır. Bu cəhətdən cümlələr üç qrupa ayrılır:
•
Nəqli cümlə
•
Sual cümləsi
•
Əmr cümləsi
Cümlənin məqsəd və intonasiyaya görə
növləri
Nəqli
cümlə
Sual
cümləsi
Əmr
cümləsi
Nəqli cümlə
Nəqli cümlələr əşya, hadisə, əlamət və s. haqqında məlumat vermək məqsədilə işlənir:
Sevgidən şəfqət doğar. Günəş yavaş-yavaş qalxır. Hamı Əhmədi qorxaq tanıyırdı.
•
Nəqli cümlələr adi intonasiya ilə tələffüz edilir. Xəbərdən əvvəlki sözün üzərində səs tonu bir
qədər yüksəlir. Məsələn:
Gülər özünü bulağa yetirdi. Qorxu insanı yalançılığa sövq edir.
•
Yazıda nəqli cümlələrin sonunda nöqtə (bəzən qoşa nöqtə, üç nöqtə, nöqtəli vergül) qoyulur.
•
Nəqli cümlə digər cümlə növlərinə nisbətən daha çox işlənir. Çünki insanlar öz fikirlərini
nəqli cümlələr vasitəsilə ifadə edirlər.
•
Nəqli cümlələr hiss-həyəcanla tələffüz edildikdə nida cümləsinə çevrilir və yazıda nida
işarəsindən ( ! ) istifadə edilir:
Ana torpağım, Azərbaycan!
Sual cümləsi
Sual məqsədilə işlədilən cümləyə sual cümləsi deyilir: Nə xəbər var ? Hardan gəlirsən?
•
Sual cümlələri məlumat almaq və məlumatı dəqiqləşdirmək məqsədilə işlədilir: Sən bu
barədə bilmirdin?
•
Bəzi sual cümlələri cavab tələb etmir.
Sözü neçə dəfə deyərlər?
Bu tipli cümlələr ritorik sual
adlanır.
•
Yazıda sual cümləsinin sonunda sual işarəsi ( ? ) qoyulur. Məsələn:
“Həqiqət” qəzetinin
redaktoru kim olub?
Sual cümlələri üç yolla yaranır:
1. Sual əvəzliklərinin köməyi ilə. Belə cümlələrin əmələ gəlməsində sual əvəzlikləri iştirak edir.
Məsələn:
Ölkəmizin paytaxtı hansı şəhərdir? Nadir şah haqqında nə bilirsiniz? Mehribanlıq
nədir?
2. Sual ədatla
rının
(
bəs, məgər, yəni, -mı
) köməyi ilə. Məsələn:
Bəs siz bu barədə bilirsiniz?
Məgər xəbərin yoxdur? Yəni bu belə vacibdir? Günəşin batmasını seyr etmisənmi? Bilmək
istəmirsən ki?
3. Sual intonasiyası ilə. Belə cümlələrin xəbərinin son hecası bir qədər uzun tələffüz olunur.
Məsələn:
Yarışda iştirak edəcəksən? Oxumağı bilirsən? Kəndə gedəcəksən?
Ədatla və intonasiya ilə əmələ gələn sual cümlələrinin cavabında həmin cümlələri tam və ya
bir hissəsini təkrar etməklə, yaxud da
bəli, hə, yox, xeyr, heç, əsla
kimi təsdiq və inkar ədatları ilə
cavab vermək olar. Məsələn:
Bu sənin kitabındır?
sualına:
Bu mənim kitabımdır.
Mənim
kitabımdır. Bəli. Xeyir. Hə. Yox
və s. cavablarını vermək olar.
Hüseyn Cavid “Qız məktəbində”
-
Quzum, yavrum! Adın nədir?
-
Gülbahar.
-
Pəki,sənin anan, baban varmı?
-
Var.
-
Nasıl, zənginmidir baban?
-
Əvət, zəngin, bəyzadə...
-
Öylə isə, geydiyin geyim neyçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
-
Var, efendim, var... Lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
-
Çox doğru söz...
Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
-
Ən çox sevdiyim ilkin
O ALLAH ki, yeri-göyü, insanları xəlq eylər.
-
Sonra kimlər?
-
Sonra ONUN göndərdiyi elçilər.
-
Başqa sevdiklərin nasıl, yoxmu?
-
Var...
-
Kimdir onlar?
-
Anam, babam, müəlliməm, bir də bütün insanlar...
Əmr cümləsi
Əmr cümlələri əmr, istək, arzu, xahiş, öyüd, məsləhət və s. kimi mənalar ifadə edir:
Şəhidlərin qanı yerdə qalmayacaq.
Əmr cümləsinin xəbəri feilin əmr şəkli ilə ifadə olunur. Bu, əmr cümləsi üçün qrammatik
göstərici hesab olunur.
•
Adi tonla tələffüz olunan əmr cümlələrinin sonunda yazıda nöqtə qoyulur.
•
Yüksək tonla tələffüz edilən əmr cümlələrindən sonra nida işarəsi qoyulur. Məsələn, adi
tonla:
Yaxın gəl. Dayan
. Yüksək tonla:
Yaxın gəl! Dayan!
Nida cümləsi
Yüksək hiss-həyəcanla tələffüz edilən cümlələrə nida cümləsi deyilir. Məsələn:
Azərbaycan!
Doğma Vətən!
Nida cümlələri ayrıca cümlə növü deyil. Nəqli, sual və əmr cümlələri yüksək hiss və
həyəcanla tələffüz edildikdə nida cümləsi yaranır.
Nida cümlələri əsasən iki yolla əmələ gəlir:
1. Yalnız intonasiya vasitəsilə əmələ gələnlər. Məsələn:
Yalan danışmaq olmaz!
2. Nidaların köməyilə əmələ gələnlər. Məsələn:
Bəh-bəh, nə gözəl oxuyur!
Dostları ilə paylaş: |