böyük əhəmiyyəti aydın olur.
Bütün bu vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olaraq neft və qaz
quyularının qazılması sahəsində çalışan mühəndislər və texniki işçilər, eləcə də ali
məktəb tələbələri üçün Azərbaycan dilində dağ süxurlarının qazılmasına dair müasir
kitabın olması zərurəti yaranır. Odur ki, həmin kitabda ali məktəblərdə keçilən kurs
proqramına müvafiq olaraq, əsasən neft və qaz quyularının qazılması ixtisası alan
tələbələrin təhsilinin xüsusiyyətləri də nəzərdə tutulmuşdur.
Quyuların qazılması haqqında ümumi məlumat
Neft və qaz quyularının qazılması üsulları
Qazıma işləri neft və qaz sənayesində böyük əhəmiyyət kəsb
etməklə bərabər xalq
təsərrüfatının başqa sahələrində də geniş tətbiq edilir. Buna görə də xalq təsərrüfatının
inkişafı ilə əlaqədar olaraq, qazıma işləri də inkişaf etdirilir. Neft və qaz hasilatının
inkişafı ilk növbədə qazıma işlərinin inkişafından asılıdır. Bu gün qazılan quyu sabah
üçün neft və ya qaz deməkdir.
Neft və
qaz sənayesindən başqa, xalq təsərrüfatının bir sıra müxtəlif sahələrində də
qazıma işləri aparılır. Ən çox qazıma
işləri xüsusilə, dağ, metallurgiya, daş kömür
sənayelərində, kənd təsərrüfatında və kurortologiyada tətbiq edilir. Xalq təsərrüfatının
müxtəlif sahələrində aşağıda göstərilən quyular qazılır:
1)
yerin dərinliklərindən neft, qaz, duz məhlulları, mineral və müalicə sularının
çıxarılması üçün qazılan quyular;
2)
bərk faydalı qazıntıların çıxarılmasında havadəyişdirici boruların, yeraltı
hava xətərinin, kabellərin və s. çəkilməsi üçün qazılan quyular.
3)
Yeraltı məsaməli laylarda təbii qaz ehtiyyatını saxlamaq məqsədi ilə qazılan
quyular;
4)
Kömür sənayesində şaxtaların tikilməsi, güclü sulu layların qurudulması və
dondurulması məqsədi ilə qazılan quyular;
5)
Tikiləcək binaların özüllərinin qoyulması üçün süxurların tədqiq
edilməsindən ötrü qazılan dayaz quyuylar;
6)
Yaşayış məntəqələrinin, kənd təsərrüfatının su ilə təchiz olunması üçün
qazılan su quyuları;
7)
Yataqların seysmik üsulla kəşfiyyatı zamanı partlayış aparmaq məqsədi ilə
qazılan quyular;
8)
Geoloji axtarış və xəritə alma məqsədi ilə qazılan quyular;
9)
Dağ-mədən sənayesində tunellərin və şəhərlərdə yerləşən metro yollarının
çəkilməsi, karxanaların tədqiq edilib istismara hazırlanması və s.
işlərdə
köməkçi məqsədlərlə qazılan quyular;
Qazıma quyusu hansı üsulla qazılmasından asılı olmayaraq yerin müəyyən
dərinliyindəki laya qazılmış silindirik lülədir. Bu lülənin uçulmadan qorunması
üçün araya salınmış boru kəmərinə qoruyucu kəmər deyilir.Lülənin yer səthindəki
başlanğıcına quyunun ağzı, yer altındakı qurtaracağına isə quyunun dibi deyilir.
Quyular qazıma məqsədlərindən asılı olaraq aşağıdakı növlərə ayrılır: