AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
FİLOLOGİYA FAKÜLTƏSİ
TƏLƏBƏ ELMİ BİRLİYİNİN
2017-Cİ İL ÜZRƏ İLLİK HESABATI
Filologiya fakültəsinin dekanı: Dos. ELÇİN MƏMMƏDOV
TEB-in Elmi rəhbəri: PƏRVİN EYVAZOV
B A K I – 2 0 1 7
Filologiya fakültəsi Tələbə Elmi Biriyi tələbələrin elmi fəaliyyətini gücləndirmək və
onlara stimul vermək məqsədilə 2017-cı ildə bir sıra işlər həyata keçirmişdir. Filologiya
fakültəsi Elmi Şurasının 15 fevral 2017-ci il tarixli 04 saylı iclasında ənənəvi adla Tələbə
Elmi Cəmiyyəti ifadəsində cəmiyyət sözünün birlik söz ilə əvəz olunması məqsədəuyğun
hesab olunmuş və Tələbə Elmi Birliyinin əsasnaməsi təsdiq edilmişdir.
Tələbələrin elmə olan marağını artırmaq üçün dekanlığın göstərişi ilə maarifləndirmə
işləri aparılmış, TEB-in strukturunda bir sıra yeniliklərlə bağlı müzakirələr təşkil edilmiş,
tələbə və magistrantların respublika və beynəlxalq səviyyəli elmi tədbirlərdə iştirakı təmin
olunmuşdur.
2017-ci il martın 1-də TEB-in ilk genişləndirilmiş iclası keçirilmiş və tərkibi yenidən
formalaşdırılmışdır. Təbliğat məqsədilə Filologiya fakültəsinin saytında TEB üçün ayrıca
link, feysbuk sosial şəbəkəsində səhifə və yutub kanalı yaradılmışdır.
Bu il TEB-i yeni tərkibdə formalaşdırmaq və fəaliyyətini gücləndirmək üçün
fakültəyə yüksək balla qəbul olan tələbələrlə yanaşı, elmə marağı olan digər I kurs
tələbələri ilə də söhbətlər aparılmış, onların elmi fəaliyyətə cəlb olunması istiqamətində
maarifləndirmə işləri görülmüşdür. Tələbələrə elmi rəhbərlər təyin olunmuş, eləcə də elmi
fəaliyyətin istiqamətləri və elmi tədbirlərin məzmun və mahiyyəti haqqında ətraflı məlumat
verilmişdir. Sevindirici haldır ki, təkcə 2017-2018-ci tədris ilinin ilk semestrində 50
nəfərdən çox I kurs tələbəsi elmi tədbirlərdə iştirak etmək və elmi fəaliyyətlə məşğul olmaq
üçün TEB-ə müraciət etmişdir. Onların hər biri ilə söhbətlər aparılmış, TEB-in işləri və
fəaliyyət istiqamətləri haqqında məlumat verilmişdir.
2017-2018-ci tədris ilində 600-dən yuxarı bal toplamış aşağıda adları qeyd olunan I
kurs tələbələri elmi fəaliyyətə cəlb olunaraq kafedralara təhkim edilmişdir:
№
Kafedra (ixtisas)
Elmi rəhbər
Tələbə (A.A.Soyadı), kurs,
qrup
İcra
müddəti,
(il,ay,gün)
1
Türkologiya kafedras
Fil.f.d.Nəcəfova Kəmalə
Nurulla qızı
İsmayılova Səidə Faiq qızı, I k,
099 qr
1 il
Türkologiya kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Prof.əv.Ağayeva Firuzə
Abdulla qızı
Məmmədova İlkanə Tofiq qızı,
I k, 101 qr
1 il
Türkologiya kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
F.e.d.Əskərov Ramiz
Baxşəli oğlu
Sərxanova Laləzər Teyyub qızı,
I k, 102 qr
1 il
Türkologiya kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
F.e.d.Əskərov Ramiz
Baxşəli oğlu
Mürsəlzadə Ləman Akif qızı, I
k, 102 qr
1 il
2
Dünya ədəbiyyatı kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Prof. Nağıyev Cəlil Qərib
oğlu
Musazadə Aidə Faiq qızı
I k, 101 qr
1 il
3
Azərbaycan ədəbiyyatı tarixi
kafedrası
Dos.Qocayeva Sevinc
Malik qızı
İbrahimova Elnarə Elçin qızı, I
k, 101 qr
1 il
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Azərbaycan ədəbiyyatı tarixi
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Dos.Əliyeva Lalə Sabir
qızı
Abıyeva Yaqut Qabil qızı, I k,
101 qr
1 il
Azərbaycan şifahi xalq
ədəbiyyatı kafedrası
Filologiya (Azərbaycan dili və
ədəbiyyatı)
Fil.f.d.Həsənova Könül
Kamil qızı
İbrahimli Gülnaz Vüqar qızı, I
k, 099 qr
1 il
Azərbaycan şifahi xalq
ədəbiyyatı kafedrası
Filologiya (Azərbaycan dili və
ədəbiyyatı)
Dos.İslamzadə Kəmalə
Faiq qızı
Həsənli Aysel Mahir qızı, I k,
099 qr
1 il
Azərbaycan şifahi xalq
ədəbiyyatı kafedrası
Filologiya (Azərbaycan dili və
ədəbiyyatı)
Dos.Talıblı Etibar Əjdər
oğlu
Quluyeva Aytən Bəxtiyar qızı, I
k, 099 qr
1 il
Azərbaycan şifahi xalq
ədəbiyyatı kafedrası
Filologiya (Azərbaycan dili və
ədəbiyyatı)
Prof.Orucova Səhər
Hidayət qızı
Gözəlova Aysu Mübariz qızı, I
k, 099 qr
1 il
Azərbaycan şifahi xalq
ədəbiyyatı kafedrası
Filologiya (Azərbaycan dili və
ədəbiyyatı)
Fil.f.d.Həsənova Könül
Kamil qızı
Məmmədova Səbinə Lətif qızı,
I k, 099 qr
1 il
4
Azərbaycan dilçiliyi kafedrası
Filologiya (Azərbaycan dili və
ədəbiyyatı)
Prof.Hacıyev Tofiq
Müzəffər oğlu
Qurbanova Məryəm Behruz
qızı, I k, 099 qr
1 il
Azərbaycan dilçiliyi kafedrası
Filologiya (Azərbaycan dili və
ədəbiyyatı)
Dos.Əlizadə Fikrət Firuz
oğlu
Həsənzadə Səmra Namiq qızı, I
k, 099 qr
1 il
Azərbaycan dilçiliyi kafedrası
Filologiya (Azərbaycan dili və
ədəbiyyatı)
Prof.Şahbazova Zemfira
Əsgər qızı
Qurbanova Arzu Fikrət qızı, I k,
099 qr
1 il
Azərbaycan dilçiliyi kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Prof.Abdullayeva
Sənubət Əlövsət qızı
Əhmədova Lamiyə İlham qızı, I
k, 101 qr
1 il
Azərbaycan dilçiliyi kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Dos.Həbibli Reyhan
Yusif qızı
Ağayeva Firuzə Murad qızı, I k,
101 qr
1 il
Azərbaycan dilçiliyi kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
b/müəl.Əlizadə Mehriban
Samət qızı
Əzimova Hicran İsmayıl qızı, I
k, 101 qr
1 il
Azərbaycan dilçiliyi kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Dos.Həbibli Reyhan
Yusif qızı
Əliyeva Günay Baxış qızı, I k,
102 qr
1 il
Azərbaycan dilçiliyi kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Dos.Məmmədov İsmayıl
Teymur oğlu
Zalova Günel Vaqif qızı, I k,
102 qr
1 il
Azərbaycan dilçiliyi kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Dos.Əlizadə Fikrət Firuz
oğlu
Kazımova Röyalə Kamran qızı,
I k, 102 qr
1 il
Azərbaycan dilçiliyi kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Prof.Şahbazova Zemfira
Əsgər qızı
Şahməmmədova Şüşəxanım
Sədrəddin qızı, I k, 102 qr
1 il
Azərbaycan dilçiliyi kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
b/müəl.Əlizadə Mehriban
Samət qızı
Sehranova Arzu Telman qızı, I
k, 102 qr
1 il
Azərbaycan dilçiliyi kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Prof.Hacıyev Tofiq
Müzəffər oğlu
Əlizadə Sevanə Yadigar qızı, I
k, 102 qr
1 il
5
Azərbaycan dili və
ədəbiyyatının tədrisi metodikası
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Dos.Mustafayeva Səidə
Şirzad qızı
Məmmədli İlahə Əhliman qızı,
I k, 101 qr
1 il
Azərbaycan dili və
ədəbiyyatının tədrisi metodikası
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Dos.Quliyeva Rəhilə
İldırım qızı
Mirzəli Məleykə Azər qızı, I k,
101 qr
1 il
Azərbaycan dili və
ədəbiyyatının tədrisi metodikası
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Prof.Əsgərov Hüseyn
Abbas oğlu
İbrahimxəlilova Sehranə Elşad
qızı, I k, 102 qr
1 il
Azərbaycan dili və
ədəbiyyatının tədrisi metodikası
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Dos.Cavadov Əhəd
Həsən oğlu
Quliyeva Xədicəxanım Ramiz
qızı, I k, 102 qr
1 il
Qeyd edək ki, təkcə ən yüksək bal toplayan tələbələr deyil, balından və ixtisasından
olmayaraq, digər tələbələr arasında da təbliğat işləri aparılmış, onlara elmi rəhbərlər təyin
edilmiş və mövzular verilmişdir:
№
Kafedra (ixtisas)
Elmi rəhbər
Tələbə (A.A.Soyadı),
kurs, qrup
Mövzu
İcra
müddəti,
(il,ay,gün)
6
Azərbaycan ədəbiyyatı tarixi
kafedrası
Prof. İsmayılova
Yeganə Nehmətulla
qızı
Mustafayeva Aynur
Qələndər qızı, II k, 091
qr
Cəlil
Məmmədquluzad
ənin həyat və
yaradıcılığı
1 il
Azərbaycan ədəbiyyatı tarixi
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Prof. Mütəllimov
Təhsin Mütəllim
oğlu
Əliyeva Aişə Azad qızı,
II k, AM17 qr
Molla Pənah
Vaqifin
qoşmalarında
bənzətmələr
1 il
Azərbaycan ədəbiyyatı tarixi Prof. İsmayılova
Şəbiyev Şahin, II k,
“Şah İsmayıl”
1 il
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Yeganə Nehmətulla
qızı
qiyabi
dastanında
Gülüzar surəti
Azərbaycan ədəbiyyatı tarixi
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Dos. Həsənova
Mətanət Oruc Qızı
İbrahimova Əfsanə
Vilayət qızı, II k, 091
qr
H. Cavidin həyat
və yaradıcılığı
1 il
7
Dünya ədəbiyyatı kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Prof. Nağıyev Cəlil
Qərib oğlu
Talıbova Elnarə, II k,
AM17 qr
F. Kafkanın
əsərlərinin təhlili
1 il
8
Azərbaycan ədəbiyyatı tarixi
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Dos.Qocayeva
Sevinc Malik qızı
Fazilova Nərminə
Azad qızı,III k, 079 qr
Molla Pənah
Vaqifin
müxəmməsləri
1 il
Azərbaycan ədəbiyyatı tarixi
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
f.ü.e.n.
Süleymanova
Mələk
Məmmədova Aynurə
İlqar qızı, III k, 081 qr
Gənc nəslin
formalaşmasında
İslam
dəyərlərinin rolu
1 il
Azərbaycan şifahi xalq
ədəbiyyatı kafedrası
Filologiya (Azərbaycan dili və
ədəbiyyatı)
Fil.f.d.Həsənova
Könül Kamil qızı
Soltanov Elnur, III k,
082 qr
Türk xalqlarında
at kultu
1 il
Azərbaycan şifahi xalq
ədəbiyyatı kafedrası
Filologiya (Azərbaycan dili və
ədəbiyyatı)
Fil.f.d.Həsənova
Könül Kamil qızı
Məmmədli Gözəl
Üzeyir
Hacıbəyov
yaradıcılığında
xalq
ədəbiyyatının
yeri
1 il
Azərbaycan şifahi xalq
ədəbiyyatı kafedrası
Filologiya (Azərbaycan dili və
ədəbiyyatı)
Dos.İslamzadə
Kəmalə Faiq qızı
Həsənli Arzu
Nikahın növləri
və onların
folklorda əksi
1 il
Azərbaycan şifahi xalq
ədəbiyyatı kafedrası
Filologiya (Azərbaycan dili və
ədəbiyyatı)
Dos.Nəbiyeva
Ülkər Azad qızı
Tağıyeva Çinarə
Rəvayət poetik
söz sənətinin epik
janrı kimi
1 il
Azərbaycan şifahi xalq
ədəbiyyatı kafedrası
Filologiya (Azərbaycan dili və
ədəbiyyatı)
Prof.Orucova Səhər
Hidayət qızı
Hacıyeva Güllü
“Koroğlu”
dastanının Vəli
Xuluflu
tədqiqatındakı
əhəmiyyəti
1 il
9
Azərbaycan dilçiliyi
kafedrası
Filologiya (Azərbaycan dili və
ədəbiyyatı)
Dos.Həbibli
Reyhan Yusif qızı
Qədimova Fərqanə, III
k, 080 qr
Azərbaycan
dilində alınma
neologizmlər
1 il
Azərbaycan dilçiliyi
kafedrası
Filologiya (Azərbaycan dili və
ədəbiyyatı)
Dos.Həbibli
Reyhan Yusif qızı
Quliyeva Günel Elman
qızı, III k, 081 qr
Azərbaycan
dilində alınma
terminlərin
mənimsənilməsi
yolları
1 il
Azərbaycan dilçiliyi
kafedrası
Filologiya (Azərbaycan dili və
ədəbiyyatı)
Pərvin Eyvazov
Rzayeva Aynur
II kurs
Bəkir
Çobanzadənin dil
tədqiqatlarında
fonetika
məsələləri
1 il
Azərbaycan dilçiliyi
kafedrası
Filologiya (Azərbaycan dili və
ədəbiyyatı)
Dos.Həbibli
Reyhan usif qızı
İsmayılova Günay
Kamal qızı, IV k, 069
qr
Azərbaycan
dilində təsirlik
hallı feili
birləşmələr
1 il
Azərbaycan dilçiliyi
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Dos.Məmmədov
İsmayıl Teymur
oğlu
Zamirli Həvva Zamir
qızı, II kurs magistrant
Kontekst
çoxmənalılığın
reallaşma və
müəyyənləşdiril
mə vasitəsi kimi
1 il
Azərbaycan dilçiliyi
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Prof.Şahbazova
Zemfira Əsgər qızı
Cəfərov Qismət Qalib
oğlu, IV k, 069 qr
Müasir
leksikoqrafiyada
problemlər və
perspektivlər
1 il
Azərbaycan dilçiliyi
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
b/müəl.Əlizadə
Mehriban Samət
qızı
Hüseynova Samirə, II
k, 093 qr
İlyas Əfəndiyevin
əsərlərinin
dilində üslubi
sinonimlər
1 il
10 Ümumi dilçilik kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Prof. Rəcəbli
Əbülfəz Əjdər oğlu
Rəhimov Pərvin Çingiz
oğlu, II kurs magistrant
“Kitabi-Dədə
Qorqud”
dastanlarının
dilində alay
numerativi
1 il
Azərbaycan ədəbiyyatı tarixi
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Dos.Qocayeva
Sevinc Malik qızı
Qəmbərli Sədəfxanım
Zaur qızı, IV k, 070 qr
Müasir
Azərbaycan
gəncliyi və islam
dəyərləri
1 il
Azərbaycan ədəbiyyatı tarixi
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Xanlarova Yeganə
Əli qızı
Qarayeva Nərgiz Şükür
qızı, IV k,
AMSABAH101S qr
Oskar Uayldın
“Dorian Qreyin
portreti” əsərində
həyati lövhələr
1 il
Azərbaycan ədəbiyyatı tarixi
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Xanlarova Yeganə
Əli qızı
İsmayılbəyli Türkan
Hüseyn qızı, IV k,
AMSABAH101S qr
Sovet dövrü
Azərbaycan
ədəbiyyatında
milli ideologiya
1 il
Azərbaycan ədəbiyyatı tarixi
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Xanlarova Yeganə
Əli qızı
Səfərova Məleykə Arif
qızı, IV k,
AMSABAH101S qr
Varis Dirie
“Səhra çiçəyi”
əsərində qadın
əzmi
1 il
Azərbaycan ədəbiyyatı tarixi
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Xanlarova Yeganə
Əli qızı
Məmmədova Elza
Muxtar qızı, IV K,
AMSABAH101S qr
H. Cavidin
yaradıcılığında
dini dünyagörüş
1 il
Azərbaycan ədəbiyyatı tarixi
kafedrası
Azərbaycan dili və ədəbiyyatı
Xanlarova Yeganə
Əli qızı
Kazımova Xəyalə
Niyazi qızı, IV k,
AMSABAH101S qr
Aqata Kristi
yaradıcılığının
zirvəsi – “On
1 il
müəllimliyi
zənci balası”
Azərbaycan ədəbiyyatı tarixi
kafedrası
Filologiya(Azərbaycan dili və
ədəbiyyatı)
Prof. İsmayılova
Yeganə Nehmətulla
qızı
Babayeva Sevda, III k,
078 qr
Azərbaycançılıq
ideologiyası və
ana dili
1 il
Azərbaycan ədəbiyyatı
tarixi kafedrası
Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
Dos.Qocayeva
Sevinc Malik qızı
Qədimli Kamilə, II k,
092 qr
Molla Pənah
Vaqifin
yaradıcılığının
müdriklik zirvəsi
1 il
Hesabat dövründə yalnız bakalavriatlarla deyil, magistrantlar arasında da təbliğat
işləri aparılmış, onların elmi fəaliyyətinə nəzarətin təşkili ilə bağlı müzakirələrə vaxt
ayrılmışdır. Magistrantların elmi işlərinə və planlarına, TEB-in fəaliyyətinə həsr olunmuş
görüşlər keçirilmişdir. Magistrantlardan İntizar Əlizadə, Murad Əmənov, Zöhrə
İmamverdiyeva, Aysel Məhərrəmova, Bahar Ağayeva, Həvva Əhmədova, Pərvin Rəhimov
və başqaları mütəmadi olaraq TEB-in işində aktiv iştirak etmiş, onlar müxtəlif elmi
fəaliyyətlərə cəlb olunmuşlar.
Ötən il ərzində fakültənin bakalavriat və magistrantları respublika və beynəlxalq
səviyyəli müxtəlif elmi tədbirlərin iştirakçısı olmuş və universitetimizi uğurla təmsil
etmişlər.
9 Mart 2017-ci il tarixində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında
Gürcüstan Parlamenti Milli Kitabxanasının baş direktoru, “Beynəlxalq Müşfiq mükafatı”
laureatı, gənc gürcü yazıçı-şairi Giorgi Kekelidzenin “Quriya gündəlikləri” kitabının
təqdimatı keçirilib. Təqdimata Azərbaycanın tanınmış ziyalıları, mədəniyyət xadimləri,
alimlər və tələbələr qatılıb. Tədbirdə BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Birliyinin
üzvləri: Pərvin Eyvazov, Pərvin Rəhimov, Günay İsmayılova, Günel Quliyeva, Könül
Xəlilzadə, Eltən Allahverdiyeva, Nərmin Mahmudova, Əfsanə İbrahimova, Əfsanə
Məmmədova iştirak edib. Təqdimatda Tələbə Elmi Birliyinin sədri Pərvin Eyvazov, TEB-
in magistratura pilləsi üzrə koordinatoru Pərvin Rəhimov çıxış edərək “Quriya
gündəlikləri” kitabındakı hekayələrin məzmunundan, gənclər üçün tərbiyəvi
əhəmiyyətindən, onların bədii strukturu, mövzu-ideya və əsərin azərbaycancaya
tərcüməsinin dil-üslub xüsusiyyətlərindən bəhs ediblər.
1
Aprel
2017-ci
il
tarixində Bakı Slavyan Universitetində “Müasir
tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda tələbə və
magistrantların Respublika Elmi Konfransı keçirilib. Konfransa respublikanın 12 ali
təhsil müəssisəsindən 220 tələbə qatılıb. Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə konfransda
Filologiya fakültəsinin 30 nəfər tələbə və magistrantı təmsil edib. Bunlardan 10 nəfəri
Dilçilik, 20 nəfəri isə Ədəbiyyatşünaslıq bölməsi üzrə məruzə edib. Həmçinin BDU-nun
Şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Könül Həsənova, Tələbə Elmi Birliyinin sədri
Pərvin Eyvazov, dissertant Gülnar Axundova, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi
işçisi Ramil Bayramov bu elm tədbirində tələbələrə mənəvi dəstək olub, onların çıxışlarını
dinləyiblər. Konfransın plenar iclasında BDU adından Filologiya fakültəsinin I kurs
tələbəsi, Tələbə Elmi Birliyinin sədr müavini Aynur Mustafayeva çıxış edərək belə yüksək
təşkilatçılığa və qonaqpərvərliyə görə universitet rəhbərliyi, dekanlıq və tələbələr adından
təşəkkürünü bildirib. Tələbələrdən Fərqanə Qədimova, Günel Quliyeva, Pərvin Rəhimov,
Havva Əhmədova, Qismət Cəfərov, Mərziyyə Qasımova, Samirə Hüseynova, Çinarə
Tağıyeva, Zöhrə İmamverdiyeva, Arzu Həsənli, Jalə Rüstəmova, Gözəl Məmmədli, Elnur
Sultanov, Elnarə Talıbova, Güllü Hacıyeva, Səidə Əliyeva, Aysel Ələkbərzadə, Xəyalə
Kazımova, Şahin Şəbiyev, Nərgiz Qarayeva, Vəzifə İbrahimli, Aynur Mustafayeva, Türkan
İsmayılbəyli, Aişə Əliyeva, Məleykə Səfərova, Gözəl Quliyeva və başqaları maraqlı elmi
məruzələrlə bölmə iclaslarında aktivlik nümayiş etdiriblər. Konfransın yekununda bütün
iştirakçılara sertifikatlar və materiallar toplusu təqdim olunub. Ən uğurlu çıxışlarına görə
fakültənin 10 nəfər tələbəsi BSU-nun rektoru, prof. Nurlana Əliyeva tərəfindən diploma
layiq görülüb.
2 Aprel 2017-ci il tarixində “BOOKZone” Kitab Evində görkəmli Azərbaycan şairi,
AYB-nin üzvü Musa Yaqubla görüş keçirilib. Görüşdə BDU-nu Filologiya fakültəsindən
Tələbə Elmi Birliyinin sədr müavini Aynur Mustafayeva, birliyin Mətbuat-informasiya
komitəsinin rəhbəri Günel Quliyeva, üzvlərdən Əfsanə İbrahimova, Zərifə Həmzəyeva,
Adilə Hacılı, Elnarə Talıbova təmsil ediblər. Ədəbi məclisin aparıcısı BDU-nun Filologiya
fakültəsinin I kurs tələbəsi Aynur Mustafayeva olub.
4 Aprel 2017-ci il tarixində Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru Eldar Asanov Filologiya fakültəsində mühazirə
oxuyub. Dil və mədəniyyət ortaqlığının iki qardaş xalqları birləşdirən əsas amil olduğunu
deyən E.Asanov özbək dili və ədəbiyyatının dinamikası haqqında danışıb, 15-ci əsrə kimi
olan özbək və Azərbaycan ədəbiyyatına sırf ümumtürk ədəbiyyatı kontekstində baxılmalı
olduğunu bildirib. "Orta Asiya türk runa yazılarının tipologiyası və linqvistik
xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası üzərində işləyən alim, eyni zamanda,
qədim türk və türk dilləri, sosiolinqvistika ilə bağlı çoxsaylı araşdırmaların müəllifidir.
7 Aprel 2017-ci il tarixində Filologiya fakültəsi Azərbaycan şifahi xalq ədəbiyyatı
kafedrasının təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” dastanlarını necə bilirik” mövzusunda
viktorina keçirilib. Tədbiri açıq elan edən kafedra müdiri Səhər Orucova viktorinanın
məqsədi və şərtlərini elan edib. Viktorinada filologiya fakültəsinin tələbələri və
magistrantlarından ibarət altı qrup iştirak edib. Suallar münsiflər heyəti professor Səhər
Orucova, dosent Etibar Talıblı, dosent Kəmalə İslamzadə, dosent Məhəmməd Məmmədov
tərəfindən səsləndirilib. Birinci yerin qalibi fakültənin I kurs tələbələrindən ibarət
“Qorqudun nəvələri” komandası olub. İki və üçüncü yerləri isə II kurs tələbələrindən ibarət
olan “Damğa” və “Bayat” komandaları bölüşüblər. Sonda qaliblərə müxtəlif hədiyyələr
təqdim olunub.
8 Aprel 2017-ci il tarixində TEB-in M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş
növbəti iclas keçirilib. İclasda görkəmli Azərbaycan şairi M.P.Vaqifin həyatı və yaradıcılığı
ilə yanaşı, cari məsələlərdən də bəhs olunub. Tədbiri giriş sözü ilə açan TEB-in sədri
Pərvin Eyvazov M.P.Vaqif poeziyasının dil-üslub xüsusiyyətlərindən, onun Azərbaycan
ədəbi dili tarixindəki mövqeyindən bəhs edib. O, P.Eyvazov bu ilin sonunacan şairin
yubileyinə həsr olunmuş elmi konfrans keçirləcəyini və tələbələrin bu konfransda aktiv
olmalarının zəruriliyini qeyd edib. TEB-in magistratura üzrə sədr müavini Pərvin Rəhimov
Molla Pənah Vaqif yaradıcılığının elmi cəhətdən araşdırılmasının aktuallığı haqqında
danışıb. Şairin irsinin hərtərəfli öyrənilməsinin, xüsusilə əsərlərinin dilinin leksik, morfoloji
və sintaktik baxımdan tədqiqinin maraqlı məqamlarından bəhs edib. Bu cəhətdən,
keçiriləcək konfransa tələbələrin də cəlb olunmasını müsbət hal kimi qiymətləndirib. TEB-
in bakalavriatura üzrə sədr müavini Aynur Mustafayeva çıxış edərək M.P.Vaqifin bədii
yaradıcılığının poetik xüsusiyyətlərindən, əsərlərinin mövzu və məzmunca bu gün də
aktuallıq kəsb etməsindən danışıb, şeirlərindən parçalar söyləyib. Daha sonra “Türkoloji
araşdırmalar” ETL-in əməkdaşları Ramil Bayramov və Anar Fərəcov M.P.Vaqifin ictimai-
siyasi xadim kimi fəaliyyəti, onun irsinin türkoloji kontekstdə öyrənilməsinin vacibliyi
haqqında çıxışlar ediblər. Tələbə və magistrantların M.P.Vaqif yaradıcılığının
araşdırılmasına cəlb olunmasının, bu istiqamətdə təbliğat işlərinin aparılmasının və
müəllimlərin də bu işə cəlb olunmasının vacibliyini vurğulayıblar.
25 Aprel 2017-ci il tarixində Bakı Dövlət Universitetində “İslam Həmrəyliyi İli
2017: reallıqlar, perspektivlər” mövzusunda Respublika elmi-metodik konfransı
keçirilib. Konfransda Filologiya fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti,
doktorant, magistrant və tələbələr də iştirak edib. TEB-in sədri Pərvin Eyvazov, Ramil
Bayramov, tələbə və magistrantlardan Pərvin Rəhimov, Zöhrə İmamverdiyeva, Samirə
Hüseynova, Nərgiz Qarayeva, Elza Məmmədova, Günel Quliyeva, Xəyalə Kazımova,
Aytac Həsənova, Raziyyə Həsənova, Sədəfxanım Qənbərova, Aynurə Məmmədova və
başqaları maraqlı elmi məruzələrlə çıxış ediblər. Tələbə və magistrantların bölmə
iclaslarındakı aktivliyi moderatorlar tərəfindən yüksək qiymətləndirilib.
26 Aprel 2017-ci il tarixində BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin
isə 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Bakı Dövlət Universitetində
Jurnalistika və Filologiya fakültələrinin birgə təşkialtçılığı ilə “Füyuzat” jurnalının 110
illik, yenidən nəşrinin isə 10 illik yubileyinə həsr olunmuş “Vətənin vətəndaşı, bir işıq da
sən yandır” esse müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqəyə
Jurnalistika və Filologiya fakültələrindən 26 tələbə qatılıb. Filologiya fakültəsinin altı
tələbəsi – Aynur Əhmədli (I yer), Zərifə Həmzəyeva (II yer), Aytac Quliyeva (III yer),
Əliqulu Bədirli, Fərqanə Qədimova və Adilə Hacılı (həvəsləndirici yerlər) münsiflər
heyətinin müxtəlif meyarlar üzrə verdiyi ballar əsasında müsabiqədə qalib gələrək
“Füyuzat” jurnalı tərəfindən fəxri diplomlarla, mükafatlarla təltif olunub.
1 may 2017-ci il tarixində Bakı Slavyan Universiteti və Yeni Azərbaycan
Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan
gəncliyi” mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların Respublika elmi
konfransı keçirilib. Konfransa respublikanın 14 elm və təhsil müəssisəsindən, o cümlədən
YAP-ın rayon təşkilatlarından 100 nəfər gənc tədqiqatçı qatılıb. Konfransda Bakı Dövlət
Universitetini Filologiya fakültəsinin 16 nəfər tələbə və magistrantı təmsil edib. Tələbə
Elmi Birliyinin təşkilatçılığı ilə konfransa qatılan gənc tədqiqatçılar: Pərvin Eyvazov,
Könül Xəlilzadə, Havva Əhmədova, Pərvin Rəhimov, Mərziyə Qasımova, Günel
Əhmədova, Aynur Mustafayeva, Türkan İsmayılbəyli, Nigar Əliyeva, Aqil Bəkirli, İntizar
Balabəyova, Qismət Cəfərov, Günel Quliyeva, Günay İsmayılova, Aytac Həsənova maraqlı
elmi məruzələrlə bölmə iclaslarında aktivlik nümayiş etdiriblər. Sonra bütün iştirakçılara
sertifikatlar və materiallar toplusu tədqim olunub.
Konfransın yekun iclasında BSU-nun rektoru, prof. Nurlana Əliyeva çıxış edərək
belə tədbirlərin gənclər üçün əhəmiyyətini vurğulayıb və bütün qonaqlara öz
minnətdarlığını bildirib. Tələbə Elmi Birliyinin sədri Pərvin Eyvazov ulu öndər Heydər
Əliyev irsinin gənclər tərəfindən araşdırılmasına ciddi önəm verildiyinə, BDU-nun
təmsilçilərinə göstərilən diqqətə və qonaqpərvərliyə görə akademik Abel Məhərrəmov,
fakültə dekanı dos. Elçin Məmmədov və tələbələr adından təşəkkür edib.
Sonda prof. Nurlana Əliyeva ən uğurlu məruzəçiləri diplomla təltif edib. Filologiya
fakültəsinin 11 nəfər tələbəsi BSU-nun rektoru tərəfindən diploma layiq görülüb.
6 may 2017-ci il tarixində Bakı Mühəndislik Universitetində ümummilli lider
Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I
Beynəlxalq Elmi Konfransı keçirilib. Konfransa Azərbaycanla yanaşı, ABŞ, Kanada,
Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Şotlandiya kimi 20 ölkədən 700 nəfər gənc tədqiqatçı
məruzə ilə qatılıb.
Konfransda Filologiya fakültəsinin 40-dan çox tələbə və gənc əməkdaşı BDU-nu
uğurla təmsil edib. “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi, TEB-in sədri Pərvin
Eyvazov, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının doktorantı, Gülnar Axundova,
doktorant Jalə Nağıyeva, tələbə və magistrantlardan Könül Xəlilzadə, Zülfiyə Ağayeva,
Pərvin Rəhimov, Zöhrə İmamverdiyeva, Havva Əhmədova, Elfanə Qəniyeva, Jalə
Rüstəmova, Nigar Əliyeva, Günay İsmayılova, Sevda Babayeva, Elnur Soltanlı, Gözəl
Məmmədli, Elnarə Talıbova, Türkan Mahmudova, Sabah qruplarından Türkan
İsmayılbəyli, Nərgiz Qarayeva, Elza Məmmədova, Rəhiməxanım Mürvətova və başqaları
Azərbaycan dilçiliyinin və ədəbiyyatşünaslığının, türkologiyanın aktual problemlərinə həsr
olunmuş maraqlı elmi məruzələrlə çıxış ediblər.
Sonda iştirakçılara sertifikatlar, konfransın proqramı və materiallar toplusu təqdim
olunub.
17 may 2017-ci i tarixində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü
ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika
elmi konfransı keçirilib. Konfransa respublikamızın 11 ali təhsil müəssisəsindən və
Türkiyənin Adıyaman Universitetindən ümumilikdə 150 nəfər qatılıb. Gənc tədqiqatçıların
fəallığı ilə diqqəti çəkən tədbirdə 20-dən çox doktorant, 30-ya yaxın magistrant və 5 nəfər
bakalavriat məruzələrlə çıxış edib.
23 may 2017-ci il tarixində Qərb Universitetində Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 94-cü ildönümünə həsr olunmuş XXII ənənəvi Tələbə Elmi Konfransı
keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbə və
magistrantları: Rəhimov Pərvin, Mustafayeva Aynur, Fazilova Nərminə, Qəmbərli
Sədəfxanım, Həsənova Raziyyə, İsmayılbəyli Türkan, Qarayeva Nərgiz, Kazımova Xəyalə,
Cəfərov Qismət, İsmayılova Günay, Əhmədova Günel məruzə ilə çıxış ediblər. Ən uğurlu
çıxışlarına görə Mustafayeva Aynur 2-ci, Qəmbərli Sədəfxanım 3-cü yerə layiq görülüb.
Tələbələrin hər biri fəal iştirakına görə diplomla təltif olunublar.
1 iyul 2017-ci il tarixində “ARES Azerbaijan”ın təşkilatçılığı ilə tanınmış psixoloq
Rəvan Soltanov tərəfindən “Nitq bacarıqları” təlimi keçirilib. Təlimdə nitq haqqında
ümumi məlumat, nitqin növləri, praktiki yanaşma tərzi, nitqin inkişaf strategiyası, bədən və
nitq, FACS və nitq, natiqlik, psixoloji yanaşma tərzi kimi məsələlərə toxunulub, nitq
bacarıqlarının sirli məqamları açılıb. Təlimdə Filologiya fakültəsinin Tələbə Elmi
Birliyinin sədr müavini Aynur Mustafayeva, Birliyin fəal üzvlərindən İbrahimova Əfsanə,
Məmmədova Aynurə iştirak edib. Təlimdə aktivlik göstərən tələbələrimiz sonda sertifikatla
təltif olunub.
29 oktyabr 2017-ci il tarixində BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Birliyi
və «Sosial və İqtisadi İslahatlara Dəstək» İctimai Birliyinin birgə təşkilatçılığı ilə
«Azərbaycanda İslam Həmrəyliyi: İslam dəyərləri və Azərbaycan gəncliyi» mövzusunda
tələbə, magistrant və doktorantların Respublika elmi-nəzəri konfransı keçirilib. Beynəlxalq
Mətbuat Mərkəzində baş tutan mərasimdə konfransın materillar toplusu təqdim olunub.
Tədbiri giriş sözü ilə açan «Sosial və İqtisadi İslahatlara Dəstək» İctimai Birliyinin sədr
müavini Saday Vəliyev Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan
edilməsi haqqında imzaladığı sərəncamın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O
bildirib ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət
təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi 2017-ci ilin ikinci qrant müsabiqəsinə
layihə şəklində təqdim edilib və qalib olub. İctimai birlik bu layihənin icrasını BDU-nun
Filologiya
fakültəsinin
Tələbə
Elmi
Birliyi
ilə
birgə
həyata
keçirib.
Konfransın təşkilat komitəsinin üzvü, BDU-nun “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı
Pərvin Eyvazov hesabat xarakterli çıxışında gənclərin elmi fəaliyyətə cəlb olunması
istiqamətində reallaşdırılan belə layihələrin əhəmiyyətindən, bu cür tədbirlərin mütəmadi
keçirilməsinin zəruriliyindən söz açıb. O bildirib ki, BDU-nun rektoru, akademik
A.Məhərrəmov universitetin elmi-mədəni həyatında aktiv olan tələbələrə daim diqqət və
qayğı göstərir, öz istedadı, yaradıcı qabiliyyəti və təhsil göstəriciləri ilə fərqlənən gənclərin
irəli getməsi üçün heç vaxt öz dəstəyini əsirgəmir. Konfransın təşkilat komitəsinin
magistrant və doktorantlardan ibarət olması da gənclərin potensialına və gələcəyinə olan
inamın bariz nümunəsidir.
Daha sonra BDU-nun “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Ramil Bayramov,
dissertant Gülnar Axundova, magistrant Həvva Əhmədova, tələbələrdən Aynur
Mustafayeva, Aqil Bəkirli, Nərgiz Qarayeva, Aynurə Məmmədova və başqaları çıxış
edərək ölkə rəhbəri cənab İlham Əliyev və onun xanımı I Vitse-Prezident Mehriban
Əliyevanın Azərbaycan gənclərinə olan diqqət və qayğısından, BDU-da akademik Abel
Məhərrəmovun gənclər üçün yaratdığı münbit şəraitdən, Azərbaycandakı multikultural
həyat tərzindən, dövlətimizin yürütdüyü uğurlu din siyasətindən, müasir gənclərin islam
dəyərlərinə olan münasibətindən, gənclərin elmi-intellektual səviyyəsinin daim inkişaf
etdirilməsindən bəhs ediblər.
Xarici ölkələrdəki konfranslarda iştirak
TEB-in sədri Pərvin Eyvazov 21-26 may tarixlərində Türkiyənin Ankara şəhərində
təşkil olunmuş VIII Böyük Türk Dili Qurultayında, 01-04 noyabr tarixləri arasında
Malatya şəhərində keçirilmiş IX Dünya Dili Türkcə Simpoziumunda və 12-17 noyabr
tarixləri arasında Ankarada keçirilmiş Türkdilli Ölkələr Qurultayında iştirak etmişdir.
7 Dekabr 2017-ci il tarixində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində
görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr
olunmuş “M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi konfransı keçirilib.
Tədbirdə görkəmli ziyalılar, tanınmış elm adamları, gənc tədqiqatçılar və tələbələr iştirak
edib. Plenar iclası açıq elan edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-
nın müxbir üzvü, professor Aydın Kazımzadə ölkə rəhbərinin müvafiq sərəncamına uyğun
olaraq, BDU-da M.P.Vaqifə həsr olunmuş tədbirlərdən, elmi konfransın əhəmiyyətindən
danışıb, universitetin rektoru akademik A.Məhərrəmovun rəhbərliyi ilə gənclərin elmi
fəaliyyətə cəlb olunması üçün universitetdə yaradılmş imkanlardan bəhs edib.
Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov çıxış edərək, M.P.Vaqifin
Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən, Ümummilli lider Heydər Əliyevin şairin
irsinin qorunması ilə bağlı gördüyü işlərdən və bu istiqamətdə fakültədə həyata keçirilmiş
tədbirlərdən söz açıb. O bildirib ki, konfransa Azərbaycanın 13 elm və təhsil
müəssisəsindən ümumilikdə 186 nəfər qatılıb.
TEB-in nəzdində Tələbə Elmi Seminarı fəaliyyət göstərir. Elmi seminarın rəhbəri
vəzifəsini hazırda I kurs magistrant İntizar Əlizadə icra edir. Əsasən şənbə günləri təşkil
olunan seminarda filologiyanın aktual məsələləri məruzələr olunur.
2 Dekabr 2017-ci il tarixində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “Bəkir
Çobanzadə və ümumtürk ədəbi dili məsələsi” mövzusunda elmi seminar keçirilib.
Seminara fakültənin bakalavriat, magistrant və doktorantları qatılıb. Mövzu üzrə məruzə
edən “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı, TEB-in sədri Pərvin Eyvazov görkəmli
dilçi alimin ümumtürk ədəbi dili məsələsi ilə bağlı tədqiqatlarından ətraflı söz açıb, bu
istiqamətdə B.Çobanzadənin həm elmi, həm də ictimai fəaliyyətindən bəhs edib. Həmçinin
məruzəçi müasir türkologiyada ümumtürk ədəbi dili məsələsinə münasibətdən, türk
coğrafiyasında həyata keçirilən layihələrdən və B.Çobanzadənin bu gün də öz aktuallığını
saxlayan fikirlərindən danışıb.
Sonra mövzu ilə əlaqədar çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb.
Doktorantlardan Anar Fərəcov, Gülnar Axundova, magistrantlardan Həvva Əhmədova,
Pərvin Rəhimov, İntizar Əlizadə, Murad Əmənov, tələbələrdən Qismət Cəfərov, Günel
Quliyeva, Aidə Musazadə və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, gələcəkdə
belə seminarların mütəmadi olaraq keçirilməsinin zəruriliyini qeyd ediblər.
Elmi seminardan sonra TEB-in bu tədris ili üçün ilk genişləndirilmiş iclası keçirilib.
İclasda gündəlik məsələlər müzakirə olunub, qarşıda duran vəzifələrdən danışılıb. Növbəti
il üçün birliyin idarə heyətində bir sıra dəyişikliklərin edilməsi ilə bağlı təkliflər
səsləndirilib.
9 dekabr 2017-ci il tarixində Filologiya fakültəsində Tələbə Elmi Birliyinin
təşkilatçılığı ilə “Rənglərin sehri: psixologiya dünyasından ədəbi aləmə” mövzusunda
tələbə elmi seminarı keçirilib. Seminara fakültənin bakalavriat, magistrant və doktorantları
qatılıb. Mövzu üzrə məruzə edən Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dissertantı
Gülnar Axundova rənglərlə bağlı olduqca maraqlı faktlardan danışıb. O, rənglərin insan
həyatındakı rolundan, psixoloji və estetik faktor kimi əsas əlamətlərindən, bu bardə
görkəmli elm və incəsənət xadimlərinin fikirlərindən söz açıb, hətta iştirakçılarla bərabər
əyani eksperiment aparıb. Məruzəçi Azərbaycan ədəbiyyatında rənglərlə bağlı əsas
məsələlərə toxunub, onların poetikası və bədii-estetik inikası haqqında məlumat verib.
Sonra mövzu ilə əlaqədar çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb.
Doktorantlardan Ramil Bayramov, magistrantlardan Pərvin Rəhimov, İntizar Əlizadə,
Murad Əmənov, tələbələrdən Aynur Mustafayeva, Günel Quliyeva və başqaları məruzə
ətrafında fikir mübadiləsi aparıb, növbəti elmi seminarın mövzusu haqqında təkliflər
səsləndiriblər.
16 dekabr 2017-ci il tarixində Filologiya fakültəsində Tələbə Elmi Birliyinin
təşkilatçılığı ilə “Dil və gender” mövzusunda elmi seminar keçirilib. Seminara fakültənin
bakalavriat, magistrant və doktorantları qatılıb. Elmi seminarın rəhbəri, I kurs magistrant
İntizar Əlizadə tədbiri açıq elan etdikdən sonra söz məruzəçiyə verilib.
Mövzu üzrə məruzə edən “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Anar Fərəcov
dil və gender məsələsi ilə bağlı olduqca maraqlı faktlardan danışıb. O, dünya dilçiliyində bu
məsələnin araşdırılma miqyasından, gender faktının müxtəlif sahələrdə olduğu kimi, dildə
də əsas ifadə formalarından bəhs edib. Kişi və qadın nitqindəki fərqlilikləri sosiolinqvistik
aspketdən təhlil edən məruzəçi Azərbaycan dilinin materialları əsasında çoxlu müqayisələr
aparıb, iştirakçıların diqqətini cəlb etmək üçün videoçarx nümayiş etdirib. Dil materialları
və real faktlar əsasında izah olunan mözvu tələbələrin marağına səbəb olub.
Sonra mövzu ilə əlaqədar maraqlı çıxışlar edilib, iştirakçıların sualları
cavablandırılıb. Doktorantlardan Pərvin Eyvazov, Ramil Bayramov, magistrantlardan
İntizar Əlizadə, Murad Əmənov, tələbələrdən Aynur Mustafayeva, Elnur Soltanov, Aynur
Rzayeva, Qismət Cəfərov və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, mübahisəli
məsələlərə öz münasibətlərini bildiriblər.
Bununla da TEB-in 2017-ci il üçün nəzərdə tutduğu tədbirlər planı uğurla başa çatıb.
Hazırda tələbələr TEB-in nəzarəti ilə öz elmi işlərinin icrasını həyata keçirir və
qarşıdakı respublika səviyyəli tələbə elmi konfranslarında iştirak etmək üçün hazırlaşır.
TƏKLİFLƏR
1. Təşkilatın fəaliyətini gücləndirmək və onun digər tələbə təşkilatları səviyyəsində
nüfuzunun qaldırılması üçün universitetdaxili vahid qurumun yaradılması, onun struktur və
nizamnaməsinin müəyyən edilməsi, səlahiyyətlərinin genişləndirilməsinə dair qərarların
qəbul edilməsi vacibdir.
2. Universitet səviyyəsində və fakültələr üzrə yaradılan təşkilatın rəhbərliyi
universitetin ən gənc əməkdaşlarına həvalə olunması münasib olar.
3. Universitet səviyyəsində fakültələr üzrə fənn olimpiadaları keçirməklə tələbələri
elmi yaradıcılığa motivasiya etmək olar.
4. Tələbə Elmi Birliyinin universitetimizdə fəaliyyət göstərən digər Tələbə Elmi
Cəmiyyətləri ilə birgə əməkdaşlığı həyata keçirilən yeni lahiyələrin daha yaxşı nəticə
verəcəyini göstərir.
5. Tələbə Elmi Birliyinin hər zaman bir araya toplanaraq yeni ideyalar üzərində
müzakirələr aparmasına şərait yaradılması üçün fakültə daxilində Tələbə Elmi Birliyinə
ayrıca otaq verilməsi vacibdir.
6. Respublika səviyyəsində konfranslar, tədbirlər, görüşlər keçirilməsi üçün maliyyə
yardımı ayrılsın.
7. Tələbələrin müəyyən mövzular üzrə universiteti səviyyəli elmi seminarlar təşkil
etməsinə şərait yaradılması gənclərin elmə daha çox marağının artmasına kömək edəcək.
Tələbə Elmi Birliyinin aktiv üzvləri
№
Ad, soyad
Kurs
Bölmə Şöbə
Elmi rəhbər
Nömrə
1.
Həvva Əhmədova
Magistrant,
II
Azərb
əyani
Dos. İ.Məmmədov
(051) 456-06-80
2.
Pərvin Rəhimov
Magistrant,
II
Azərb
əyani
Dos. Ş.Qasımova
(055) 271-49-58
3.
İntizar Əlizadə
Magistrant, I
Azərb
əyani
Prof. Ə.Rəcəbli
(050) 771-51-09
4.
Murad Əmənov
Magistrant, I
Azərb
əyani
Prof. S.Abdullayeva
(051) 795-15-25
5.
Aynur Mustafayeva
Bakalavriat,
II
Azərb
əyani
Prof. Y.İsmayılova
(055) 428-76-25
6.
Əfsanə İbrahimova
Bakalavriat,
II
Azərb
əyani
Dos. M.Həsənova
(055) 342-25-65
7.
Samirə Hüseynova
Bakalavriat,
II
Azərb
əyani
Dos. S.Qocayeva
(055) 442-27-57
8.
Kamilə Qədimli
Bakalavriat,
II
Azərb
əyani
Dos. S.Qocayeva
(077) 584-25-30
9.
Aynur Rzayeva
Bakalavriat,
II
Azərb
əyani
Pərvin Eyvzaov
(050) 308-74-83
10.
Şəlalə İbrahimova
Bakalavriat,
II
Azərb
əyani
Anar Fərəcov
(077) 575-84-84
11.
Aişə Əliyeva
Bakalavriat,
II, Sabah
qrupu
Azərb
Əyani
Prof. T.Mütəllimov
(070) 510-58-38
12.
Nigar Əliyeva
Bakalavriat,
III
Azərb
Əyani
Prof. M.Məmmədli
(051) 588-13-39
13.
Günel Quliyeva
Bakalavriat,I
II
Azərb
Əyani
Dos. R.Həbibli
(077) 586-36-42
14.
Aynurə Məmmədova
Bakalavriat,
III
Azərb
Əyani Dos. S.Qocayeva
(051) 441-32-91
15.
Nərminə Fazilova
Bakalavriat,
III
Azərb
Əyani Dos. S.Qocayeva
(050) 473-66-80
16.
Qismət Cəfərov
Bakalavriat,
IV
Azərb
Əyani
Prof. Z. Şahbazova
(051) 753-23-47
Dostları ilə paylaş: |