Tofiq Bakıxanov müasir Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli
nümayəndələrindən biridir. Yaratdığı baletlər, musiqili komediyalar, simfoniyalar,
konsertlər, simfonik muğamlar, romans və mahnılar musiqi mədəniyyətimizi
zənginləşdirən dəyərli sənət nümunələridir. Bəstəkarın yaradılıcığı mövzu və janr
etibarillə də zəngindir.
Tofiq Bakıxanov xalqımızın tarixi keçmişində, elm və mədəniyyətində öz yeri olan
böyük bir nəslin ənənələrini ləyaqətlə davam etdirərək Azərbaycan musiqi
mədəniyyətinə gözəl töhfələr vermişdir.
Tofiq Bakıxanovun 85 illik yubileyinə həsr edilmiş “Biblioqrafiya” kitabı bəstəkarın
həyat və yaradıcılığından bəhs edir.