6 yanvar 2017-ci il, cümə
7
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi
Qlobal Fondun İİV Layihəsi çərçivəsində virus yükü analizləri üçün tələb
olunan reaktivlərin və istismar materiallarının satın alınması ilə əlaqədar
AÇIQ TENDER ELAN EDİR
Tender 1 (bir) lot üzrə keçirilir:
Lot-1. Virus yükü analizləri üçün
tələb olunan reaktivlərin və istismar mate-
riallarının satın alınması.
Mallarla təchiz olunma müddəti –
2017-ci il ərzində
Tender iştirakçılarına təklif edilir
ki, öz tender təkliflərini möhürlənmiş,
imzalanmış şəkildə ikiqat zərflərdə yazılı
surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün ten-
der iştirakçıları lazımi maliyyə və texniki
imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər
Azərbaycan dilində tərtib olunmuş əsas
şərtlər toplusunu Nərimanov rayonu,
C.Hacıbəyli küçəsi, 16/18 nömrəli
ünvanda yerləşən Ədliyyə Nazirliyi Tibb
Baş İdarəsindən (əlaqələndirici şəxs:
Quliyev Samir Bəkir oğlu,
telefon: 012-567-48-86 (daxili 21)
ala bilərlər.
İştirak haqqı alınmır.
İddiaçılar tenderdə iştirak etmək üçün
aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı
müraciət;
- tenderdə iştirak haqqının
ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı
tarixdən sonra ən azı 30 bank günü
qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi
həcmində bank təminatı (zərflərin açıl-
dığı tarixdən sonra ən azı 60 bank günü
qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında
vergilərə və digər icbari ödənişlərə
dair yerinə yetirilməsi vaxtı keçmiş
öhdəliklərin olmaması haqqında müva-
fiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti
haqqında vergi orqanları tərəfindən
təsdiq olunmuş maliyyə hesabatının
surəti;
- iddiaçının son bir ildəki maliyyə
vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu,
nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə
və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2
nüsxədə (əsli və surəti) tərtib olunma-
lıdır (xarici dildə olan tender təklifləri
Azərbaycan dilinə tərcümə olunmalıdır).
Üstünlük Azərbaycan dilinə veriləcəkdir.
Tender proseduru “Dövlət satı-
nalmaları haqqında” Qanuna uyğun
keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün
yuxarıda göstərilən sənədləri (tender təklifi
və bank təminatı istisna olmaqla) 2017-ci il
fevralın 2-si saat 18.00-a qədər, tender təklifi
və bank təminatını isə möhürlənmiş ikiqat
zərfdə 2017-ci il fevralın 9-u saat 18.00-a
qədər, Bakı şəhəri, Ceyhun Hacibəyli küçəsi,
16/18 nömrəli ünvanda yerləşən ƏN Tibb
Baş İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gej təqdim olun-
muş zərflər açılmadan geri qaytarılajaqdır.
İddiaçıların təklifləri 2017-ci il fevra-
lın 10-u saat 17.00-da yuxarıda göstərilən
ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli
nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu
tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq poçt xidmətinin
göstərilməsi üçün satınalma proseduru keçirilir
İddiaçılar satınalma prosedurunun predmetinə dair ha-
zırlanmış əsas şərtlər toplusunu Sahibkarlığa Kömək Milli
Fondundan əldə edə bilərlər.
Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti)
tərtib olunmalıdır.
Təkliflər 11 yanvar 2017-ci il saat 15.00-a qədər qəbul
olunur.
Ətraflı məlumat almaq üçün əlaqələndirici şəxs Zaur
Nəhmətova müraciət etmək olar.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə
küçəsi, 172.
Telefon: (012) 4345011.
Fax: (012) 4323717.
e-mail: info@anfes.gov.az
İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu
“Dövlət satınalmaları haqqında” Azərbaycan Res-
publikasının Qanununa uyğun fondun balansında olan
proqram təminatlarına 2017-ci il ərzində texniki xidmətin
göstərilməsi üçün kotirovka sorğusu elan edir
İddiaçılar satınalma prosedurunun predmetinə dair
hazırlanmış əsas şərtlər toplusunu İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər.
Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti)
tərtib olunmalıdır.
Təkliflər 11 yanvar 2017-ci il saat 15.00-a qədər qəbul
olunur.
Ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici
şəxs Zaur Nəhmətova müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə
küçəsi, 172.
Telefon: (012) 4345011.
Fax: (012) 4323717.
e-mail: info@anfes.gov.az
B İ L D İ R İ Ş
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
bildirir ki, “Regionların inkişafına dəstək Qrant Proq-
ramı” çərçivəsində “İqtisadiyyat Nazirliyi üçün avadanlıq
və proqram təminatının satın alınması” layihəsi ilə əlaqədar
elan olunmuş açıq tenderdə iştirak edən iddiaçıların təklifləri
qiymətləndirilmişdir.
Tenderin nəticələri haqqında tender komissiyasının
qərarına əsasən, “EYÇ A Compani İnk”
şirkəti qalib elan edil-
miş və həmin şirkətlə müqavilə bağlanmışdır.
Tender komissiyası
Çempionlar Liqasında
ikinci tur starta hazırlaşır
İlk günlərini yaşadığımız 2017-
ci ildə Azərbaycan idmançılarından
qadınlardan ibarət voleybol klublarımız
rəsmi beynəlxalq meydanda çıxışlarına
birincilər sırasında başlayacaqlar.
Artıq yanvarın 10-da “Telekom”
komandası Çempionlar Liqası turnirinin
qrup mərhələsinin ikinci turu çərçivəsində
Bakıda “Çemik Polis”i (Polşa) qəbul
edəcəkdir. Avropa Voleybol Konfedera-
siyası bu oyunda hakimliyi Lixtenşteyn
və Rumıniya voleybol federasiyalarının
nümayəndələrinə həvalə etmişdir.
Ertəsi gün, yanvarın 11-də isə
“Azərreyl” İstanbulda “Fənərbaxça”nın
qonağı olacaq. Bu rəqiblərin hər ikisi
turnirə qələbə ilə başlamışdır və onların
maraqla gözlənilən görüşünün qali-
bi qrupun vahid lideri olacaq. Oyunu
bolqarıstanlı və italiyalı hakimlər idarə
edəcəklər.
Çempionlar Liqasındakı
təmsilçilərimizin Azərbaycan Superliqa-
sında uğurla çıxış etdiklərini də xatırla-
daq. Yeddi turdan sonra turnir cədvəlinə
18 xala malik “Telekom” başçılıq edir,
onun ən yaxın izləyicisi “Azərreyl” isə 16
xal toplamışdır.
Azərbaycan şahmatçıları
Bazel və Brisbendə
Ölkəmizin şahmat məktəbinin bir
neçə yetirməsi bu günlər vətəndən uzaq-
larda beynəlxalq turnirlərin mükafatları
uğrunda mübarizə aparır.
İsveçrənin Bazel şəhərində təşkil
olunmuş beynəlxalq festivalın “A”
turnirində yarışan Eltac Səfərli ilk dörd
turda üç qələbə və bir heç-heçə sayəsində
3,5 xal toplayaraq liderlər qrupunda
irəliləyir. Onun həmvətəni Nicat Aba-
sov isə dörd görüşdə 3 xal qazanmışdır.
İsveçrə sistemi üzrə keçirilib doqquz
turdan ibarət olan yarışda 127 rəqib, o
cümlədən 15 qrossmeyster mübarizə
aparır.
Daha bir şahmatçımız Kənan İzzət isə
Avstraliyanın Brisben şəhərinin qonağıdır.
Təmsilçimiz dörd turdan sonra 3 xalla
liderlərin izləyiciləri qrupundadır.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
İDMAN
2017-ci il yanvar ayının 7-də Azərbaycan arxeologiya elminin
görkəmli nümayəndələrindən biri, tarix elmləri doktoru, professor, AMEA-nın
müxbir üzvü İdeal Həmid oğlu Nərimanovun (1927-2006) anadan olmasının
90 illiyi tamam olur. Qarabağda – Ağdam şəhərində dünyaya göz açan İdeal
Nərimanov ömrünün 60 ilə yaxın bir dövrünü Azərbaycanda arxeologiya
elminin inkişafına, yazıyaqədərki qədim tariximizin arxeoloji qazıntılarla
öyrənilməsinə sərf etmişdir.
İ.Nərimanov Ağdamda 1 nömrəli orta
məktəbi bitirib, 1944-cü ildə Azərbaycan
Dövlət Universitetinin tarix fakültəsinə daxil
olmuşdur. Üç il sonra təhsilini Leninqrad
Dövlət Universitetinin tarix fakültəsində
davam etdirmiş, 1950-ci ildə universite-
ti bitirib Bakıya qayıdaraq Azərbaycan
Elmlər Akademiyasının Tarix Muzeyində
işə qəbul olunmuşdur. SSRİ EA-nın Maddi
Mədəniyyət İnstitunun aspiranturasında
təhsil alaraq, orada “Gəncəçay rayonunun
arxeoloji abidələri” mövzusunda namizədlik
dissertasiyası, 1982-ci ildə isə Gürcüstan EA-
da “Azərbaycanın ən qədim əkinçi-maldar
əhalisinin mədəniyyəti” mövzusunda dok-
torluq dissertasiyası müdafiə etmişdir. Hər
iki dissertasiya kitab halında müvafiq olaraq
1958 və 1987-ci illərdə nəşr olunmuşdur.
Hələ gənc arxeoloq olaraq İ.Nərimanov
1951-1952-ci illərdə o dövrdə bütün Qafqaz
arxeologiya elmi tarixində ən iri layihələrdən
olan, görkəmli Azərbaycan arxeoloqu
S.M.Qazıyevin rəhbərlik etdiyi Mingəçevir
arxeoloji ekspedisiyasının qazıntılarında
iştirak etmişdir. Bu ekspedisiyada fəaliyyəti
onun bir arxeoloq kimi yetişməsində mühüm
rol oynamışdır.
İ.Nərimanov elmi karyerasına hələ gənc
mütəxəssis olaraq tunc dövrünün tədqiqatçısı
kimi başlamışdır. Onun namizədlik disser-
tasiyası da Gəncəçay hövzəsinin əsasən
son tunc – ilk dəmir dövrü Xocalı-Gədəbəy
mədəniyyəti abidələrinə həsr olunmuşdur.
Bu əsərində İ.Nərimanov XIX əsrin axırla-
rından başlayaraq İkinci dünya müharibəsinə
qədərki müddətdə bölgədə əcnəbi və yerli
şəxslər tərəfindən aparılmış qazıntıların
nəticələrini ümumiləşdirərək təhlillər apar-
mış, üç min il əvvəlki qədim tarixin ümumi
mənzərəsini yarada bilmişdi.
1953-1960-cı illərdə Mil-Qarabağın
arxeoloji abidələrinin tədqiqatlarını
həyata keçirən, tanınmış sovet arxeoloqu
A.A.İyessenin rəhbərlik etdiyi “Örənqala”
ekspedisiyasının işində İ.Nərimanov artıq
təcrübəli arxeoloq kimi iştirak etmiş, 1959-
1960-cı illərdə bu böyük ekspedisiyanın rəis
müavini olmuşdur. Örənqala yaxınlığında
yerləşən bir qədim yaşayış məskənindən
toplanmış xalkolit (eneolit) dövrünə
aid arxeoloji materialların İ.Nərimanov
tərəfindən araşdırılması, demək olar ki, onun
sonrakı elmi fəaliyyətində erkən əkinçilik
mədəniyyətlərinin tədqiqi istiqamətinin
müəyyən edilməsinə stimul vermişdir.
XX əsrin 50-ci illərinin sonları – 60-cı
illərinin əvvəllərinə qədər Azərbaycanda
və bütövlükdə Cənubi Qafqazda erkən
istehsal dövrü keramikalı neolit abidələri
O.Həbibullayevin Naxçıvanda qazdığı I
Kültəpə qədim yaşayış yerinin alt təbəqəsi
istisna olmaqla, öyrənilməmişdir. Həmin
illərdən başlayaraq İ.Nərimanov bütün
Şimali Azərbaycan üzrə erkən sivilizasiya-
ların əsasını təşkil edən neolit və xalkolit
mədəniyyətlərinin tədqiqinə başlamışdır.
Onun 20 ildən artıq müddətdə Gəncə-Qazax,
Qarabağ, Mil, Muğan bölgələrində apardığı
irimiqyaslı çöl tədqiqatları nəticəsində e.ə.
VI-IV minilliklərə aid 50-dən artıq abidə
aşkar edilmiş, bir sıra abidələrdə geniş qazın-
tılar aparılmışdır.
İ.Nərimanovun bu elmi problemlə bağlı
tədqiqatlarından danışarkən ilk növbədə
onun Gəncə-Qazax bölgəsindəki arxeo-
loji qazıntılarından bəhs etmək lazımdır.
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonla-
rının əraziləri neolit və xalkolit dövrlərinə
aid abidələrlə zəngindir. Bu dövr abidələri
həmin bölgədə ilk dəfə olaraq məhz
görkəmli alimin araşdırmaları ilə aşkara
çıxarılmış və tədqiq edilmişdir. Bunlardan
Qazax rayonundakı Babadərviş və Ağstafa
rayonundakı Töyrətəpə neolit dövrü yaşa-
yış yerlərini göstərmək olar. Töyrətəpədə
arxeoloji kəşfiyyat işlərinin nəticəsi olaraq
İ.Nərimanov C.Rüstəmovla birgə 1960-cı
ildə nəşr etdirdikləri məqalədə bu abidənin
məhz neolit dövrünə aid olduğunu yazmışlar.
Həmin ildən başlayaraq İ.Nərimanovun
Ağstafa rayonu ərazisindəki neolit dövrü
Şomutəpə yaşayış yerində apardığı qazıntı-
lar bütün Qafqaz arxeologiyası üçün ilk dəfə
olaraq həmin dövrə aid yeni bir arxeoloji
mədəniyyətin – Şomutəpə mədəniyyətinin
kəşf edilməsi ilə nəticələnmişdir.
Azərbaycan elmindəki bu yenilik keçmiş
SSRİ-nin elmi ictimaiyyəti tərəfindən qəbul
edilmiş və yüksək qiymətləndirilmişdir.
Azərbaycanda erkən istehsal dövrünə aid
belə bir arxeoloji mədəniyyəti kəşf etdi-
yini İ.Nərimanov 1966-cı ildə Praqada
keçirilən “Tarixəqədərki və prototarix
dövrünün tədqiqatçılarının VII beynəlxalq
konqresi”ndəki məruzəsində elan etmişdir.
Alim bu mədəniyyətə Şomutəpə ilə yanaşı,
Ağstafa rayonu ərazisindəki Töyrətəpə
və Qarğalartəpəsi kimi qədim yaşayış
məskənlərini də aid etmişdir. Həmin illərdə
indiki Gürcüstan ərazisindəki Borçalı
mahalında, Kür vadisində hələ bu tip
abidələr məlum deyildi. İ.Nərimanovun
tədqiqatları Gürcüstan arxeoloqları üçün də
istiqamətverici olmuş və həmin ildən onlar
da göstərilən ərazilərdə Şomutəpə tipli
Şulaveris-qora, Aruxlo (əslində, yaxın-
lıqdakı Azərbaycan kəndi olan Arıxlının
gürcücə təhrif olunmuş variantıdır) və
s. abidələr aşkar etmişlər. Lakin Gürcüs-
tan alimləri həmin abidələri arxeologiya
elminin qanunlarına zidd olaraq süni
şəkildə Şomutəpə mədəniyyətindən ayrı
təqdim etməyə cəhdlər göstərmişlər və bu
qeyri-elmi yanaşmalar bu gün də davam
etməkdədir. Ən yaxşı halda onlar bu
mədəniyyətin adını təhrif edərək Şulaveri-
Şomutəpə mədəniyyəti kimi təqdim
edirlər. Lakin bütün bunlar görkəmli alim
İ.Nərimanovun yeni elmi kəşfinə kölgə sala
bilmədi. Sonrakı araşdırmalar, xüsusilə də
son illərin arxeoloji qazıntıları Şomutəpə
mədəniyyətinin daha qədim, yerli zəmində
meydana çıxdığını sübut etdi.
İ.Nərimanov Qarabağda, o cümlədən
doğulub boya-başa çatdığı Ağdam rayo-
nu ərazisində geniş arxeoloji araşdırmalar
aparmışdır. Yalnız Ağdam rayonu ərazisində
neolit və xalkolit dövrlərinə aid 30-a yaxın
abidə aşkar etmiş, onlardan İlanlıtəpə və
Çalağantəpə yaşayış yerlərində irimiqyaslı
arxeoloji qazıntıları həyata keçirmişdir. Bu
qazıntılar əsasında İ.Nərimanov Qarabağ-
da bəhs olunan dövrdə əhalinin təsərrüfat
həyatı və bu abidələrdə aşkar etdiyi qəbirlər
əsasında dəfn adətlərinin xüsusiyyətlərini
şərh etmişdir. Arxeoloq Çalağantəpədəki
e.ə. V minilliyin əvvəllərinə aid qəbirlərdən
birində trepanasiyalı kəlləsi olan skelet
aşkar etmişdir. Bütün Yaxın Şərq və Qafqaz
üçün bu qəbildən ən qədim tapıntı olan bu
kəllənin aşkar edilməsi hələ 7 min il əvvəl
Azərbaycanda insanın kəllə sümüyündə tibbi,
cərrahi əməliyyatın aparıldığını sübut edir.
Görkəmli alim bu abidələrdən aşkar
etdiyi arxeoloji materialları Naxçıvan-
dakı I Kültəpə yaşayış yerinin tapıntıları
ilə müqayisəli şəkildə təhlil edərək, hər
iki bölgənin abidələrinin vahid mədəni
ənənələrdə birləşdiyini əsaslandırmışdır.
Bütövlükdə, Qarabağın neolit və xal-
kolit abidələrini Şomutəpə və Kültəpə
mədəniyyətləri, Muğan abidələri ilə
müqayisəli təhlil edərək İ.Nərimanov
Azərbaycanın bu dövr mədəniyyətlərinin
ümumi inkişaf prinsiplərini və istiqamətlərini
müəyyən edə bilmişdir.
Ən erkən sivilizasiyanın vətəni olan
Yaxın Şərqdə -- Mesopotamiyada arxe-
oloji qazıntılar aparmaq hər bir arxeolo-
qun ən böyük arzusudur və belə bir alim
xoşbəxtliyi hər arxeoloqa qismət olmur.
1969-cu ildə sovet rəhbərliyi tərəfindən,
bu gün Qərb siyasətçilərinin avantürist
əməlləri nəticəsində müharibələrin viran
qoyduğu qədim Mesopotamiya torpağı-
na – indiki İraq ərazisinə arxeoloji ekspe-
disiya göndərilmişdir. Bu ekspedisiyaya
dərin elmi biliklərə malik arxeoloqlar cəlb
edilmişdilər. 1984-cü ilə qədər fəaliyyət
göstərən bu ekspedisiyaya SSRİ EA
Arxeologiya İnstitutunun o zaman direktor
müavini işləyən həmyerlimiz, əslən Zaqa-
taladan olan dünya şöhrətli arxeoloq Rauf
Munçayev rəhbərlik edirdi. O, təcrübəli və
elmi kəşfləri ilə yaxşı tanınan yaxın dostu və
həmkarı İ.Nərimanovu da bu ekspedisiyaya
daxil etmişdi. İ.Nərimanov on il (1971-1980)
ardıcıl olaraq bütün qazıntı mövsümlərində
həmin ekspedisiyanın tərkibində qədim
Mesopotamiya ərazisində arxeoloji qazıntılar
aparmışdır.
Mesopotamiya təcrübəsi 80-ci illərin
əvvəllərində Qarabağda arxeoloji qazıntılar
aparan İ.Nərimanova bir sıra mühüm elmi
problemlərin həllində mühüm rol oyna-
dı. Belə ki, həmin illərdə Ağdam rayonu
ərazisindəki e.ə. IV minilliyin birinci
yarısına aid Leylatəpə yaşayış məskənində
qazıntılar zamanı İ.Nərimanov Azərbaycan
arxeologiyası üçün yeni faktlar – fərqli
memarlıq və dəfn adəti, əvvəllər məlum
olmayan minlərlə arxeoloji materiallar aşkara
çıxardı. O, hərtərəfli elmi təhlillər əsasında
bütün bu tapıntıların ən yaxın analoqlarının
məhz Mesopotamiyada olduğunu müəyyən
etdi və Azərbaycanda daha bir arxeoloji
mədəniyyəti – mənşəyi ilə Yaxın Şərqə bağlı
olan Leylatəpə mədəniyyətini kəşf etdi. Bu
mədəniyyət istehsalatda o dövr üçün ən
mükəmməl texnologiyaların tətbiqi, çox
yüksək inkişaf səviyyəsi ilə özündən əvvəlki
və sonrakı arxeoloji mədəniyyətlərdən köklü
surətdə fərqlənirdi.
Bütövlükdə, Qafqazda arxeoloji
mədəniyyətlər barmaqla sayılacaq qədərdir.
Bir alim fəaliyyətində Azərbaycanın
hüdudlarından da kənara yayılmış iki
arxeoloji mədəniyyəti kəşf etmək hər bir
tədqiqatçının öhdəsindən gələ biləcəyi
iş deyil. İ.Nərimanov əsil alim bacarığı,
mükəmməl elmi bilikləri ilə Azərbaycanın
qədim tarixinə dair iki arxeoloji mədəniyyəti
– Şomutəpə və Leylatəpə mədəniyyətlərini
arxeologiya elminə gətirə bilmişdi. Məhz bu
abidələrin qazıntıları ilə Azərbaycanda hələ
8-6 min il əvvəl Yaxın Şərq sivilizasiyaları
ilə sıx təmasda erkən istehsal mədəniyyətinin
mövcudluğu sübut edilmişdir.
İ.Nərimanov həm də vətənpərvər bir
alim idi. Qarabağın işğal edilməsi onun
bütün həyat tərzinə, düşüncələrinə ağır təsir
göstərmişdir. Yaxın dostu Rauf Munçayev
xatırlayır ki, “1995-ci ildə Almaniyanın
Saarbryukken şəhərində Cənubi Qafqaz
arxeologiyasına aid keçirilən konfransda
İ.Nərimanov da iştirak edirdi. Arxeologiyaya
dair məruzəsi üçün ona söz verildi və İdeal
heç kəsin gözləmədiyi halda Bakıdan özü ilə
gətirdiyi Azərbaycanın xəritəsini qarşıdakı
lövhədən asdı. O, həyəcanla bu xəritədə
Azərbaycanın və Ermənistanın coğrafi
yerləşməsini, Qarabağn və ətraf rayonla-
rın ermənilər tərəfindən işğal edildiyini,
Ermənistanın bu ərazilərə heç bir aidiyyatının
olmadığını izah edirdi. Konfrans iştirakçıları
bu gözlənilməz hərəkətdən nə edəcəklərini
bilmirdilər və yalnız dinləyirdilər. Mən ona
əvvəlcə elmi məruzəsini etməyi, sonda isə
bu məsələlərdən daha geniş danışmağı təklif
etdim. Lakin həmin məqamda İdealı saxla-
maq mümkün deyildi. O, Qarabağın əzəli
Azərbaycan torpağı olduğunu və Ermənistan
tərəfindən işğal olunduğunu konfrans iştirak-
çılarının diqqətinə çatdırdıqdan sonra elmi
məruzəsinə başladı”.
Böyük alim, vətənpərvər ziyalı
İ.Nərimanovun zəngin elmi irsi Azərbaycan
arxeoloqlarının bugünkü və gələcək nəsilləri
üçün böyük elmi məktəbdir.
Nəcəf MÜSEYİBLİ,
AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutu direktorunun elmi işlər üzrə
müavini, tarix üzrə elmlər doktoru
Arxeologiya elminin görkəmli nümayəndəsi
Respublikanın çaylarında və
transsərhəd çaylarda mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin verdiyi məlumatda bildirilir ki, ötən günlər ərzində
respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə
olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında
sululuq ongünlük normanın 160-230, Kiçik Qafqazın çaylarında 160-310,
Lənkəran-Astara bölgəsi çaylarında isə 40-100 faizini təşkil edir.
Yanvarın 5-də Kür çayının
Qıraqkəsəmən məntəqəsində suyun
səviyyəsində 4 sm azalma müşahidə
olunub. Hazırda məntəqədə su sərfi
saniyədə 147 kubmetr olmaqla on-
günlük normanın 90 faizini təşkil edir.
2016-cı ildə isə bu rəqəm 93 kubmetr
olmaqla ongünlük normanın 57 faizini
təşkil edib.
Qanıx çayının Əyriçay
məntəqəsində suyun səviyyəsində
dəyişiklik müşahidə olunmayıb.
Hazırda məntəqədə su sərfi saniyədə 53
kubmetr olmaqla, ongünlük normanın
75 faizini təşkil edir. 2016-cı ildə isə bu
göstərici 37 kubmetr təşkil edərək ongün-
lük normanın 52 faizinə bərabər olub.
Yanvarın 5-də Kür çayının aşağı axı-
nında suyun səviyyəsində əsasən azalma
müşahidə olunub. Belə ki, Kür çayının
Surra məntəqəsində 5, Şirvanda 2, Salyan-
da 8, Araz çayının Novruzlu məntəqəsində
14 sm azalma qeydə alınıb, Bankədə isə
suyun səviyyəsində dəyişiklik müşahidə
olunmayıb.
Hazırda Surra məntəqəsində suyun
səviyyəsi 468 sm (2016-cı il yanvarın
5-də 458 sm), Şirvanda 377 sm (2016-cı
ildə 339 sm), Salyanda 331 sm (2016-cı
ildə 277 sm), Bankədə 251 sm (2016-
cı ildə 225 sm), Araz çayının Novruzlu
məntəqəsində isə 188 sm (2016-cı ildə
195 sm) təşkil edir.
Samirə ƏLİYEVA,
“Xalq qəzeti”
Azərbaycanın Xarici İşlər Nazirliyi
İstanbulda baş verən terror aktını pisləyib
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanvarın
1-də İstanbulda törədilən terror aktı ilə əlaqədar açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən
bildiriblər ki, açıqlamada İstanbulda gecə
klublarından birində törədilən və çoxlu
sayda insanın ölümünə və yaralanmasına
səbəb olan qanlı terror aktı qəti şəkildə
pislənib. “Bu xain terror aktı nəticəsində
həyatını itirmiş şəxslərin ailələrinə və
qardaş Türkiyə xalqına dərin hüznlə
başsağlığı verir, kədərini bölüşür və yara-
lananların tezliklə şəfa tapmasını diləyirik.
Xain və alçaq terror əməllərini törədənlər
heç zaman qardaş Türkiyənin terrorizmə
qarşı mübarizədə əzm və qətiyyətini
sarsıda bilməzlər. Biz, qardaş Türkiyə ilə
həmrəyliyimizi bir daha vurğulayırıq”, –
deyə açıqlamada qeyd olunub.
Bildirilib ki, son məlumata görə, ya-
ralananlar arasında Azərbaycan Respub-
likasının iki vətəndaşı da müəyyən edilib.
Azərbaycanın İstanbuldakı baş konsulluğu
məsələ ilə əlaqədar Türkiyənin müvafiq
dövlət orqanları və vətəndaşlarımızla da-
vamlı təmasdadır. Əlavə məlumat olduqda
ictimaiyyətə bildiriləcək.
AZƏRTAC