“Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata
keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri,
dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr" və
"Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni
vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat”ın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 294 nömrəli
Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
"Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata
keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri,
dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr" və
"Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi
heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat" təsdiq edilsin (əlavə olunur).
2.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 6 noyabr 2004-cü il
№ 176
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində
dövlət nəzarətinin həyata keçirilməsi
Q A Y D A L A R I
I. ÜMUMİ MÜDDƏALAR
1.1.
Bu Qaydalar dövlət orqanları tərəfindən heyvanlar aləminin mühafizəsi və
istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini müəyyən edir.
1.2.
Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətinin məqsədi fiziki
və hüquqi şəxslər tərəfindən heyvanlar aləminin mühafizəsi sahəsindəki vəzifələrin
yerinə yetirilməsini, heyvanlar aləminin istifadəsi üzrə Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasını təmin
etməkdən ibarətdir.
1.3.
"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 294
nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində heyvanlar
aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
1.4.
Balıq
ehtiyatlarının
mühafizəsi
və
istifadəsi
sahəsində
dövlət
nəzarəti qanunvericiliklə
müəyyənləşdirilmiş qaydada
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanları
tərəfindən həyata keçirilir.
1.5.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi heyvanlar
aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirərkən öz işlərini
aidiyyəti olduqda, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli hakimiyyət
orqanları ilə əlaqələndirir.
1.6.
Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə və nəzarət
funksiyalarını həyata keçirən dövlət orqanları heyvanlar aləmi obyektlərinin mühafizəsi,
istifadəsi və bərpası işlərində fiziki və hüquqi şəxslərin,
o
cümlədən
ictimai
təşkilatların rəy və təkliflərini nəzərə almalıdırlar.
1.7.
Hüquqi və fiziki şəxslər tabeçilik, mülkiyyət və təşkilati-hüquqi formalarından asılı
olmayaraq, heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata
keçirən şəxslərə yoxlama aparmaq üçün müvafiq şərait yaratmalı, onların
səlahiyyətlərinə aid edilən sənədləri və tələb olunduqda yazılı izahatlarmı verməlidirlər.
1.8. Heyvanlar aləminin mühafizəsi, istifadəsi və artırılması sahəsində dövlət
nəzarətini həyata keçirən şəxslərə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin müvafiq xidməti vəsiqəsi verilir.
II.
HEYVANLAR ALƏMİNİN MÜHAFİZƏSİ VƏ İSTİFADƏSİ
SAHƏSİNDƏ DÖVLƏT NƏZARƏTİNİ HƏYATA KEÇİRƏN
DÖVLƏT ORQANLARININ VƏZİFƏLƏRİ
Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirən
dövlət orqanlarının vəzifələri aşağıdakılardır:
heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət siyasətini həyata keçirmək;
heyvanlar aləmi obyektlərinin mühafizəsi, səmərəli istifadəsi və bərpası qaydalarına və
normalarına əməl olunmasına nəzarət etmək;
ov qaydalarına və heyvanlar aləminin ovçuluq obyektlərinə aid edilmiş vəhşi heyvan
növlərinin istifadəsinə nəzarət etmək;
su hövzələrində balıqların sənaye, idman və həvəskar ovu, habelə elmi tədqiqat
məqsədilə istifadə edilməsinə və təbii mühitə uyğunlaşdırılmasına nəzarəti həyata
keçirmək;
ov və balıqçılıq obyektlərinə aid edilməyən vəhşi heyvanların tutulması və vurulması
qaydalarına əməl olunmasına nəzarət etmək;
heyvanlar aləminin obyektlərindən elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik
məqsədlər üçün istifadəyə nəzarət etmək;
vəhşi heyvanların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədilə istifadə
olunmasına nəzarət etmək;
vəhşi
heyvanların
qeyri-sərbəst
və
ya
yarımsərbəst
şəraitdə
saxlanmasına, yetişdirilməsinə və bu məqsədlə tutulmasına nəzarət etmək;
heyvanlar aləminin sayının tənzimlənməsinə nəzarət etmək;
vəhşi heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin, habelə miqrasiya yollarının
mühafizəsinə nəzarət etmək;
istehsal proseslərində və nəqliyyat vasitələrinin istismarında heyvanlar aləminin
məskunlaşdığı mühitin təsir dairəsində fəaliyyət göstərən obyektlərin bioloji
təhlükəsizliyinə nəzarət etmək;
nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan vəhşi heyvan növlərinin mühafizəsi,
törəyib artması və istifadəsinə nəzarət etmək;
zooloji kolleksiyaların yaradılması, saxlanılması və zənginləşdirilməsinə nəzarət etmək;
bitki mühafizə vasitələrinin tətbiqi zamanı heyvanlar aləminin və onların yaşayış
mühitinin mühafizəsi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
vəhşi heyvanların köçürülməsi, iqlimə uyğunlaşdırılması və artırılması tədbirlərinin
həyata keçirilməsinə nəzarət etmək;
ayrı-ayrı heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun
hüdudlarından kənara aparılmasını qadağan etmək və ya məhdudlaşdırmaq, habelə
"Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti
haqqında" Konvensiyanın (CİTES) tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
heyvanlar aləminin mühafizəsi, səmərəli istifadəsi və törəyib artması xeyrinə torpaq,
meşə, su və başqa təbii ehtiyatların mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarmı
məhdudlaşdıran tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
heyvanlar aləmi obyektlərinin dövlət uçotunun və dövlət kadastrının hə-yata
keçirilməsini təmin etmək və onların aparılması qaydalarına əməl olunmasına nəzarət
etmək;
vəhşi heyvanların təbii və süni artmasına, onların yaşayış mühitinin qorunmasına və
yaxşılaşmasına yönəldilən kompleks tədbirlərin yerinə yetiril-məsinə nəzarət etmək;
heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv
olmaq təhlükəsi yarandıqda xəstəliklərin profilaktikası və ləğvi üzrə kompleks tədbirlərin
həyata keçirilməsinə nəzarət etmək;
bitişik ərazilərin hüdudlarında heyvanlar aləmi obyektlərinin mühafizəsinin həyata
keçirilməsinə, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş və xüsusi
mühafizə olunan heyvan növlərinin mühafizə rejiminə əməl edilməsinə, habelə heyvanlar
aləmi obyektlərinin istifadəsi və mühafizəsi sahəsində istifadəçilərin qanunvericiliklə
müəyyənləşdirilmiş digər vəzifələrinin yerinə yetirilməsinə nəzarət etmək;
qanunvericiliklə müəyyən edilən digər vəzifələri həyata keçirmək.
III. HEYVANLAR ALƏMİNİN MÜHAFİZƏSİ VƏ İSTİFADƏSİ
SAHƏSİNDƏ DÖVLƏT NƏZARƏTİNİ HƏYATA KEÇİRƏN
DÖVLƏT ORQANLARININ HÜQUQLARI
3.1. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata
keçirən dövlət orqanlarının hüquqları aşağıdakılardır:
dövlət təbiət qoruğu, milli park, dövlət təbiət yasaqlığı və ov yerlərin də heyvanlar
aləminin obyektlərindən istifadə hüququna dair sənədləri yoxlamaq, nəqliyyat (üzən)
vasitələrini saxlamaq, nəqliyyat vasitələrini, o cümlədən gəmiləri, ov alətlərini, əldə edilmiş
məhsulları və başqa əşyaları yoxlamaq;
heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarmı aradan
qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək;
heyvanlar aləmi haqqında qanunvericiliyi pozmuş şəxslərdə olan heyvan-ları əldə etmək
üçün istifadə edilən nəqliyyat vasitələrini müvəqqəti saxlamaq, hüquqpozmaya səbəb
olmuş alətləri, cihazları və digər əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə
müvafiq sənədləri götürmək;
heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması və açılması
üçün köməkçi vasitə kimi şəkilçəkmə, səsyazma, kino və video çəkilişləri aparmaq;
heyvanlar aləmi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar vətəndaşlardan və
vəzifəli şəxslərdən şifahi və ya yazılı məlumatlar almaq;
heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində inzibati xətalar haqqında
protokollar tərtib etmək, cərimələmək və digər tədbirlər görmək;
heyvanlar aləminə vurulmuş ziyanın ödənilməsi məqsədilə qanunpozanlara qarşı
iddialar qaldırmaq;
qanunvericilikdə nəzərdə tutulmuş hallarda heyvanlar aləminin obyektləri üzərində
mülkiyyət hüququna xitam verilməsi barədə iddia qaldırmaq;
qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
3.2. Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən
dövlət orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim
forması daşımaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti
silah saxlamaq və gəzdirmək hüququ verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Dostları ilə paylaş: |