İPƏK YOLU, No.2, 2017, səh.72-79
72
AZƏRBAYCANDA BANK KAPİTALININ REAL SEKTORUN
MALİYYƏLƏŞDİRLMƏSINƏ CƏLB EDİLMƏSI YOLLARI
Abdul Kamilov
Azərbaycan Universiteti, Bakı, Azərbaycan
e-mail:
abdul.kamilov@atabank.com
Xülasə. Məqalədə bank sektorunun dayanıqlılığı məsələləri, iqtisadiyyatın
real
sektorunun
banklar
tərəfindən
maliyyələşdirməsinin
səmərəli
mexanizmləri, ölkənin maliyyə bazarının inkişafı, bank və sənaye kapitalının
qalşılıqlı əlaqəsi, maliyyə resurslarının çatışmamazlığı problemlərinə və b.
məsələlərə baxılıb.
Açar sözlər: bank sektorunun dayanıqlılığı, səmərəli maliyyələşdirmə
mexanizmləri, maliyyə bazarı, bank və sənaye kapitalının qarşılıqlı əlaqəsi.
THE WAYS TO ATTRACT BANK CAPITAL
TO FINANCE THE REAL SECTOR OF THE
AZERBAIJAN
Abdul Kamilov
Azerbaijan University, Baku, Azerbaijan
Abstract. The article underlines the issues of the
stability
of
the
banking
sector,
effective
mechanisms for financing the real sector of the
economy by banks, the development of the
financial
market
in
the
country,
the
interrelationship of banking and industrial capital,
the lack of financial resources, etc.
Keywords: the stability of the bank sector,
effective financing mechanisms, financial market,
interconnection of banking and industrial capital.
ПУТИ ПРИВЛЕЧЕНИЯ БАНКОВСКОГО
КАПИТАЛА В ФИНАНСИРОВАНИЕ
РЕАЛЬНОГО СЕКТОРА В АЗЕРБАЙДЖАНЕ
Абдул Камилов
Университет Азербайджан, Баку, Азербайджан
Резюме. В статье рассматриваются вопросы ус-
тойчивости банковского сектора, эффективные
механизмы финансирования реального сектора
экономики банками, развитие финансового
рынка страны, взаимосвязь банковского и
промышленного капитала, проблемы нехватки
финансовых ресурсов и т.д.
Ключевые cлова: устойчивость банковского
сектора, эффективные механизмы финансиро-
вания, финансовый рынок, взаимосвязь банков-
ского и промышленного капитала.
Ölkədə davamlı iqtisadi artıma nail olmaq və milli iqtisadiyyatın inkişafının keyfiyyətcə
yeni müstəviyə çıxarılması, onun dayanıqlılığının təmin olunması real sektora bank kapitalını
cəlb etmədən mümkün deyil. Yəni, müasir mərhələdə sənaye və maliyyə kapitalının hərtərəfli
qarşılıqlı nüfuzetməsini təmin etmək zəruridir. Belə ki, sənaye və bank kapitalının qarşlıqlı
əlaqəsi iqtisadi artımın başlıca amillərindən biri kimi çıxış edir. Lakin, hazırkı dövrdə
bankların real sektorun maliyyələşdirilməsi sahəsində aktivlik səviyyəsi aşağıdır və bu ilk
növbədə bank sektorunun qeyri-maliyyə karporasiyaları sektorunun inkişafına zəif təsiri ilə
təzahür edir. Bu problemin meydana çıxması bütövlükdə Azərbaycan iqtisadiyyatının qeyri-
stabil şəkildə fəaliyyət göstərməsinin məntiqi nəticəsidir.
A. KAMİLOV: AZƏRBAYCANDA BANK KAPİTALININ REAL …
73
Qlobal maliyyə böhranı və onun ardınca da neftin dünya bazarında qiymətinin kəskin
düşməsi bir sıra dünya ölkələrinin, o cümlədən də Azərbaycanın iqtisadiyyatına böyük mənfi
təsir göstərdi. Azərbaycanda bu proseslərin əsas təzahür formalarından biri də bank sahəsində
likvidlik böhranı, investisiyalaşdırma, kreditləşdirmə və maliyyələşdirmə vəsaitlərinin kəskin
çatışmaması tendensiyalarının güclənməsi oldu. Qeyd olunan tendensiyalar:
-
2014-2016-cı illər ərzində bank sektorunun inkişafına güclü təsirə malik olan demək
olar ki, bütün makroiqtisadi göstəricilərin pisləşməsinə gətirib çıxardı;
-
böyük maliyyə vəsaitləri tələb edən geniş miqyaslı antiböhran dövlət tədbirlərinin
reallaşdırılmasını tələb etdi;
-
böhran meyllərinin gücləndiyi şəraitdə bank likvidliyinin ənənəvi tənzimləmə
metodlarının qeyri-səmərəliliyini üzə çıxardı.
Bu gün Azərbaycanın bank sektorunda bank lisenziyalarının geri çağrılması, bank-
kredit təşkilatlarının birləşdirilməsi halları geniş yayılıb. Bu prosesin əsas səbəblərindən biri-
bankların zəruri likvidlik səviyyəsini təmin edə bilməməsidir. Bu özünü bank-kredit
təşkilatlarının kassalarında nağd pul vəsaitlərinin çatışmaması, qarşılışlı hesablaşmaların
dayandırılması, əmanətlərin verilməsinə məhdudiyyətlərin qoyulması və nəhayət, cari
fəaliyyətin dayandırılmasında qabarıq şəkildə göstərir.
Yuxarıda qeyd olunanlar, təcili şəkildə kompleks tədbirlər həyata keçirilməzsə, bank-
kredit təşkilatlarının real sektorun maliyyələşdirilməsi üçün zəruri vəsaitlərin və likvidlik
səviyyəsini təmin edə bilməməsi probleminin daha da kəskinləşəcəyini göstərir. Lakin, bütün
bunlarla yanaşı, hazırki şəraitdə bank, maliyyə kapitalının iqtisadiyyatın real sektorunun
maliyyələşdirilməsində rolunun gücləndirilməsi zərurəti bəllidir.
Dünya praktikasında iqtisadiyyatın maliyyə resurslarına olan tələbatının ödənilməsində
kommersiya banklarının iştirak formalarından asılı olaraq bank kapitalının iqtisadiyyata
birbaşa və dolayı təsirini ayırırlar. Bu prosesdə bankların iştirakı bankların müştərilərinə
onların bankda yerləşdirdiyi vəsaitlərinin yatırılması imkanlarının təqdim olunması ilə bağlı
bank xidmətləri və müştərilərin maliyyə aktivlərinin səmərəli dövriyyəsinin təmin olunması
ilə bağlı bank xidmətlərini əhatə edir. İqtisadiyyatın real sektorunun maliyyələşdirilməsində
bank kapitalının birbaşa iştirakı müştərilərin maliyyələşdirməyə olan tələbatları ilə bağlı bank
xidmətləri (kreditlərin təqdim olunması ilə bağlı xidmətlər) vasitəsilə həyata keçirilir. Bu
baxımdan bank kapitalının iqtisadiyyatın maliyyələşdirilməsində birbaşa iştirakı zamanı bank
kapitalının transformasiyasının bir-birindən fərqli iki formasını ayırmaq olar. Bank kapitalı
iqtisadiyyata bank kreditləşməsi, eləcə də maliyyə investisiyaları vasitəsilə, yəni müəssisə və
təşkilatların qiymətli kağızlarının (əsasən səhmlərinin) alınması yolu ilə transformasiya oluna
İPƏK YOLU, No.2, 2017
Azərbaycan Universiteti
74
bilər. Qeyd edək ki, sonuncu metod Azərbaycanda bank fəaliyyətini tənzimlənyən
qanunvericilikdə nəzərdə tutulmamışdır.
Praktiki nöqteyi nəzərdən Azərbaycanda kommersiya banklarının maliyyə investorları
kimi rolunu çox zəif səviyyəyə uyğun qiymətləndirmək olar. Belə mövqenin səbəbi maliyyə
bazarının vəsaitlərin yenidən bölüşdürülməsi funksiyasının qeyri-səmərəliliyi ilə izah etmək
olar. İnvestisiya qoyuluşlarının həyata keçirilməsi sahəsində üstünlük ixtisaslaşmış investisiya
banklarına məxsusdur. Ölkəmizdə isə belə banklar yaradılmayıb. Universal bank-kredit
təşkilatları isə daha çox investisiya layihələrinin kreditləşdirilməsi ilə məşgul olurlar. Real
sektorun maliyyələşdirmə vəsaitləri ilə təmin olunması məsələlərinin bank krediti vasitəsilə
həll olunması isə daha çevik metoddur.
Maliyyə vəsaitləri bazarında assimetrik informasiyanın aradan qaldırılması problemi isə
“bank-müştəri” münasibətləri hesabına həll olunur. Yenidən bölüşdürülmə zamanı maliyyə
vəsaitlərinin müəyyən transformasiyası baş verir: adətən, maliyyələşdirməyə tələb müddət,
həcm, keyfiyyət, sahəvi və regional yerləşmə və s. parametrlərə görə təklifə ekvivalent deyil.
Azərbaycanda maliyyə resurslarının maliyyə bazarları vasitəsilə transformasiyası imkanları
çox məhduddur. Bu da ölkədə maliyyə bazarlarının qeyri-səmərəli fəaliyyətinə gətirib çıxarır.
Bu gün daxili maliyyə bazarında sərəncamda olan maliyyə resursları bütün göstəricilər
(likvidlik, qiymət, risk və s.) üzrə kütləvi şəkildə maliyyələşdirmənin tələblərinə cavab
vermir. Ölkədə maliyyə bazarının inkişaf etdirilməsi üzrə təxirəsalınmaz tədbirlərin görülməsi
zərurətini bir çox bu sahədə tədqiqat aparan yerli iqtisadçı alimlər də öz əsərlərində xüsusilə
qeyd edirlər [2, səh.122].
Bankların maliyyələşdirmə imkanlarının ən əsas göstəricilərindən biri kimi çıxış edən
bank kapitalı çox dinamik bir kateqoriyadır. Ona görə də iqtisadi tsiklin fazası (böhran,
yüksəliş, durğunluq), rəqabətin səviyyəsi, büdcə-vergi siyasəti, inflyasiya və s. məhz bank
kapitalının dinamikasına təsir göstərir. Bu da öz növbəsində bankın maliyyə dayanıqlılığına
və ödəməqabiliyyətliliyinə təsir edir. Buna görə də sabit fəaliyyət göstərən iqtisadiyyatda
etibarlı bank sisteminin qurulması üçün bank kapitalının idarə olunmasına səmərəli dövlət
təsiri mexanizminin işlənib hazırlanması və tətbiq olunması zəruridir.
Bank sektorunun vəziyyəti və onun iqtisadiyyatın investisiyalaşdırılması və
maliyyələşdirilməsində iştirakı əhəmiyyətli dərəcədə dövlətin və Mərkəzi Bankın pul-kredit
siyasətindən asılıdır. Sonuncunun kommersiya banklarının kreditlərinin adekvat
təkrarmaliyyələşdirilməsi mexanizminin olmaması, manatın xarici valyutalara nisbətən
məzənnəsinin kəskin qeyri-sabitliyi; manatla həyata keçirilən maliyyə alətlərinin spektrinin
A. KAMİLOV: AZƏRBAYCANDA BANK KAPİTALININ REAL …
75
geniş olmaması, əmanətlərin dövlət tərəfindən zəmanətli şəkildə sığortalanması sisteminin
zəif inkişaf səviyyəsi, təkrarmaliyyələşmə əməliyyatlarının alternativ maliyyə aktivlərinə
yönəldilməsi şəraitində investisiyalaşdırma və maliyyələşdirmə prosesində həqiqi dayaq
nöqtəsi kimi birləşdirici həlqə rolunu oynamağa qabil olan etibarlı bank sistemini qurmaq
mümkün deyil.
Bazar iqtisadiyyatında bank sistemi sənaye istehsalının inkişafına təsir edən, ÜDM-in
həcmini və deməli, ölkədə iqtisadi artımın səviyyəsini yüksəldən investisiyaların əsas
mənbəyi kimi nəzərdən keçirilir. Bank kapitalı vasitəsilə maliyyə vəsaitlərinin iqtisadiyyatın
real sektorunun maliyyələşdirilməsinə cəlb edilməsi problemləri həm bank-kredit
təşkilatlarının, həm də müəssisələrin fəaliyyətinə təsir göstərən mühitin hərtərəfli təhlilini
tələb edir. Bir sıra iqtisadçılar haqlı olaraq qeyd edirlər ki, “...yalnız iqtisadı amillərin
kompleks
şəkildə
investisiya
mühitinin
formalaşmasına
təsiri
təhlil
edilib
qiymətləndirlməlidir...” [3, səh.108]. Qeyd etmək lazımdır ki, bu vəziyyətin ziddiyyətliliyi
Azərbaycanın bank sektorunun məcmu kapitalının maliyyə təminatlılığı milli iqtisadiyyatın
tələbatlarına uyğun gəlməməsindən ibarətdir.
Bununla əlaqədar olaraq, iqtisadiyyatın müasir inkişaf mərhələsinin əsas
problemlərindən biri real sektorun maliyyələşdirilməsinin keyfiyyət parametrlərinin
dəyişdirilməsi, eləcə də kapitalın iqtisadiyyatın ixrac yönümlü neft sektorundan qeyri-neft
sektoruna axınının təmin olunmasıdır. Bu məsələlərin həlli üçün böyük həcmdə maliyyə
resurslarının milli və beynəlxalq axını tələb olunur. Özü də bu resursları bank sektoru
vasitəsilə akkumulyasıya edib yenidən bölüşdürmək zəruridir. Burada həmçinin, ölkənin
daxili resurslarını və ilk növbədə kommersiya banklarının maliyyə resurslarını səfərbər etmək
lazımdır.
Qeyd etmək lazımdır ki, hazırki dövrdə bank kreditləşdirilməsi bank kapitalının sənaye
kapitalına transformasiyasının formalarından biri kimi Azərbaycan iqtisadiyyatında ən tələb
olunan üsuldur. Azərbaycan banklarının əksəriyyəti öz rəqabət qabiliyyətliliklərini yalnız
qisamüddətli kreditləşdirmə sahəsində, əsasən də müəssisə və təşkilatların cari fəaliyyətinin
maliyyə resursları ilə təmin olunması sahəsində nümayiş etdirə bilərlər. Bankların belə
zəifliyinin səbəbi kapitallaşma səviyyəsinin aşağı olmasıdır. Bu isə bankların iqtisadiyyatda
funksional rolunun artmasına mane olur.
Bir sıra tədqiqatlar göstərir ki, son illər ərzində bank və maliyyə kapitalının qarşılıqlı
inteqarasiyası metodu kimi uzunmüddətli kreditlərin potensialının reallaşdırılmasını ləngidən
əsas səbəblər aşağıdakılardır:
İPƏK YOLU, No.2, 2017
Azərbaycan Universiteti
76
-
İnvestisiya sferasının vəziyyətini (investisiyaların təkrar istehsal və texnoloji quruluşu)
xarakterizə edən mühüm keyfiyyət və kəmiyyət parametrlərinin pisləşməsi, bəllidir ki,
bu öz növbəsində uzunmüddətli kreditlərin istifadəsini məhdudlaşdırır;
-
İnvestisiya-struktur siyasəti sahəsində dəqiq dövlət prioritetlərinin tam bəlli olmaması;
-
Passivlərin formalaşdırılması və aktivlərin yerləşdirilməsi ilə bağlı bankların
siyasətinin müddətlilik prinsipinə uyğun qurulması;
-
Hazırda bir çox Azərbaycan banklarının dayanıqsız maliyyə vəziyyəti.
Lakin, bununla belə bankların ölkə iqtisadiyyatının inkişafında rolu yenə də artır.
Fikrimizcə, regionlarda fəaliyyət göstərən bank-kredit təşkilatlarının və onların filiallarının
regional səviyyədə iqtisadiyyat sahələrinin və təsərrüfat fəaliyyəti növlərinin
maliyyləşdirilməsində və kreditləşdirilməsində rolunu artırmaq lazımdır. Nəzərə almaq
lazımdır ki, məhz regional banklar və onların filial şəbəkələri mərkəzdən regionlara maliyyə
vəsaitlərinin əsas ötürücüləridirlər.
Buna görə də hesab edirik ki, məhz bu banklar real sektorla işlərini daha da
gücləndirməlidir. Belə ki, bu onların maraqlarına cavab verir, yerli müəssisə və təşkilatların
investisiya fəaliyyətini aktivləşdirərək, onlarla banklar arasındakı əməkdaşlığın əsasını
qısamüddətli perspektivdə deyil, uzünmüddətli perspektivə yönəldir. Belə tədbirlər regional
bankların və onların filial şəbəkələrinin maliyyə resursları ilə təminatı baxımından mərkəzdən
asılılığını azaldır.
Azərbaycan Respublikasında bank sektoru üçün əsas inkişaf prioritetlərindən biri
kapitalın təmərküzləşməsi siyasəti, əhalinin bank sektoruna etibarının yüksəldilməsi və
banklar tərəfindən mütləq normativlərin yerinə yetirilməsi yolu ilə resurs bazasının
artırılması, regional ekspansiya siyasəti olmalıdır.
Bu gün bank sektorunun strukturu institusional dəyişikliklərlə xarakterizə olunur.
Ümumiyyətlə, tədqiqatlar göstərir ki, banklar müəssisə və təşkilatların maliyyə resurslarına
olan tələbatları müstəqil şəkildə ödəyə bilmirlər. Hətta real sektorun tələbatlarının ödənilməsi
respublikanın bütün bank sektorunun imkanları xaricindədir. Belə ki, bütöv bank sektorunun
məcmu kapitalı müəssisə və təşkilatların əsas kapitala uzunmüddətli investisiya qoyuluşlarına
olan tələbatını ödəməyə çatmır. Buna görə də dövlət tərəfindən təqdim olunan maliyyə
resurslarına böyük ehtiyac var və özəl sektorun dövlətlə birgə həyata keçirdiyi investisiya
layihələrinin maliyyələşdirilməsinin, eləcə də bir neçə bankların bu prosesdə birgə iştirakını
təmin etmək zəruridir. Bəllidir ki, hazırki dövrdə manatın məzənnəsinin ABŞ dollarına
nisbətən ucuzlaşması səbəbindən əhalinin manatla olan əmanətlərinin dəyərsizləşməsi
A. KAMİLOV: AZƏRBAYCANDA BANK KAPİTALININ REAL …
77
şəraitində fiziki şəxslərdə olan sərbəst maliyyə vəsaitlərinin həcmi investisiya layihələrinin
reallaşdırılması üçün kifayət edəcək səviyyədə deyil. Lakin, potensial əlyetər maliyyə
resurslarının səmərəli istifadəsi üçün kommersiya banklarında kollektiv investisiya-
kreditləşdirilməsi şöbələrinin yaradılması və bu növ bank xidmətlərinin bazara çıxarılmasını
təklif edirik.
İqtisadiyyatın maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə bank kapitalının aktiv
hissəsinin doldurulmasının perspektiv mənbələrindən biri kimi əmək pensiyalarının yığım
hissəsinin və Əmanətlərin Sığortalanması Fondunun vəsaitlərinin investisiyalaşdırma
proseslərində istifadə etmək olar.
Bankların real sektorun kreditləşdirilməsi sahəsindəki problemləri əmanətlərin
sığortalanması, vəsaitlərinin investisiya olunması üçün əlverişli şəraitin yaradılması; müştəri
mühitinin şəffaflığının təmin olunması; birgə sindikəedilmiş kreditləşdirmə üçün şəraitin
yaradılması; əmanətlərin sığortalanması sistemi çərçivəsində kommersiya bankları arasında
real rəqabətin təmin olunması; banklar tərəfindən layihə investisiyalaşdırılmasının tətbiqinin
genişləndirilməsi üçün müşaiyətedici stimallaşdırıcı qanunverici bazanın işlənib
hazırlanmasından ibarətdir.
Bank fəaliyyətinin real sektorla əlaqələrinin stimullaşdırılmasına Mərkəzi Bankın
alətləri, əmanətlərin sığortalanmasının işlək mexanizmi, kreditləşdirmənin lizinq sxemi,
sindikəedilmiş kreditləşdirmə, mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən investisiya
layihələrinə dövlət zəmanətlərinin verilməsi mexanizmi, bankların birləşməsi və iriləşməsi
prosesi və s. amillər birgə təsir göstərəcək. Dövlət, banklar və real sektorun müəssisə və
təşkilatlarının birgə uzlaşdırılmış fəaliyyəti iqtisadi inkişafın yenidən yüksəlməsini təmin
edəcək. Bu prosesdə tədqiqatçıların da qeyd etdiyi kimi: “...investisiyaların
maliyyələşdirilməsi və güzəştli kreditləşdirilməsinin optimal nisbətinin müəyyənləşdirilməsi
əlverişlidir” [3, səh.126].
Hesab
edirik
ki,
problemlərin
mövcud
olmasına
baxmayaraq,
bank
maliyyələşdirilməsinə əsaslanan iqtisadiyyat operativ baxımdan daha çox tənzimləmə
imkanları verir, iqtisadi informasiyanın assimetriyasına daha az məruz qalır, praktiki olaraq
resursların transformasiyası imkanlarını heç nə ilə məhdudlaşdırmır (son mərhələdə
kreditorların adekvat iştirakı şərti daxilində).
Buna görə də hesab edirik ki, yaxın perspektivdə Azərbaycanda resursların yenidən
bölüşdürülməsinin bank formaları üstünlük təşkil edəcəkdir. Onların inkişafı isə bank
sektorunda struktur islahatları aparılmadan mümkün deyil.
İPƏK YOLU, No.2, 2017
Azərbaycan Universiteti
78
Struktur dəyişikliklərinin əsas meyarı isə, fikrimizcə, bank funksiyalarının (ilk növbədə
yenidənbölüşdürücü funksiyasının) səmərəli yerinə yetirilməsidir. Bu məsələnin həlli ayrica
götürülmüş kommersiya bankı səviyyəsində mümkün deyil. Belə ki, bu, bütövlükdə bank
sistemi səviyyəsində formalaşan ölkənin pul-kredit siyasətinin reallaşdırılması çətin olan əsas
vəzifələrdən biridir.
Yalnız bank sektorunda struktur dəyişikliklərini həyata keçirməklə sənaye və bank
kapitalının dayanıqlı və geniş inteqrasiyasına nail olmaq olar. Bunun üçün zəruri olan
tədbirlər kompleksi aşağıdakıları nəzərdə tutur:
-
Real sektoru kreditləşdirən kommersiya banklarının təkrarmaliyyələşdirmə
təcrübəsinin müəssisə və təşkilatların veksellərinin uçotu və təkraruçotu sisteminin
inkişaf etdirilməsi yolu ilə genişləndirilməsi;
-
Təkrarmaliyyələşdirmə dərəcəsinin iqtisadiyyatda normal gəlirlilik səviyyəsinədək
aşağı salınması;
-
Əmanətlərin sığortalanmasının işlək mexanizminin yaradılması;
-
Pul emissiyasının istehsalın tələbatlarının ödənilməsinə yönümlü kanallarının
formalaşdırılması;
-
Alternativ spekulyativ maliyyə qoyuluşlarının gəlirlilik səviyyəsinin azaldılması;
-
Bankların birləşməsi, iriləşməsi, təmərküzləşməsi hesabina onların daxili
dayanıqlılığının gücləndirilməsi;
-
Girov problemini həll etməyə imkan verən lizinq kreditləşdirilməsinin hərtərəfli
genişləndirilməsi;
-
Sindikə edilmiş kreditləşdirmə sahəsində banklar arasında əməkdaşlığınn inkişaf
etdirilməsi;
-
İnvestisiya kreditinin ucuzlaşdırılması metodu və investisiya layihəsinin birgə
maliyyələşdirilməsi variantı kimi xarici investisiyaların həcminin artırılması;
-
Dövlət əhəmiyyətli və regional iqtisadi inkişafa təkan verəcək investisiya layihələri
üzrə dövlət zəmanətləri mexanizmlərinin inkişaf etdirilməsi;
-
Real sektorun investisiya proqramları və layihələri ilə işləmək niyyəti olan
ixtisaslaşmış bankların yaradılması və onların kapital bazasının həcminin
genişləndirilməsi üzrə əvvəlcədən tədbirlərin görülməsi.
Yuxarıda qeyd olunan tədbirlərin reallaşdırılması bank kapitalının real sektorun
inkişafında rolunu və təsirini gücləndirəcək.
A. KAMİLOV: AZƏRBAYCANDA BANK KAPİTALININ REAL …
79
Ədəbiyyat
1.
Paşacanov A.A., Holland sindromu və Azərbaycanda onun qarşısının alınması yolları,
08.00.05 - Xalq təsərrüfatı sahələrinin iqtisadiyyatı və idarə olunması (makroiqtisadiyyat)
ixtisası üzrə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alınması üzrə təqdim
edilmiş dissertasiya, Bakı, 2010.
2.
Orucova M.Ş., Xarici investisiyaların Azərbaycan Respublikasının sosial-iqtisadi
inkişafına təsirinin təhlili və modelləşdirilməsi, 08.00.13 - İqtisadi-riyazi və instrumental
üsullar ixtisası üzrə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alınması üzrə
təqdim edilmiş dissertasiya, Bakı, 2012.
3.
Rəhimov M.R., Regionun investisiya potensialından istifadə səmərəliliyinin
yüksəldilməsi istiqamətləri, 53.12.01 - Sahə iqtisadiyyatı ixtisası üzrə iqtisad elmləri üzrə
fəlsəfə doktoru elmi dərəcəsini alınması üzrə təqdim edilmiş dissertasiya, Bakı, 2013.
Dostları ilə paylaş: |