|
İPƏk yolu, No. 3, 2017
ĠPƏK YOLU, No.3, 2017, səh.5-11
5
MAKROİQTİSADİ TARAZLIĞIN TƏMİN EDİLMƏSİNİN
SOSİAL-İQTİSADİ TƏSİRLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
İlhamə Aslanova
Azərbaycan Universiteti, Bakı, Azərbaycan
e-mail:
ilhame234@rambler.ru
Xülasə. Məqalədə Azərbaycanda davamlı inkiĢafla makroiqtisadi tarazlığın
bir–biri ilə əlaqəsi, məcmu tələb və məcmu təklif ilə iqtisadi artım, sosial-
iqtisadi inkiĢaf arasındakı əlaqə tədqiq edilmiĢdir. Eyni zamanda
makroiqtisadi tarazlığın davamlı inkiĢafa təsiri tədqiq edilərkən
respublikamızda digər region ölkələrindən fərqli olaraq neft gəlirlərinin
ÜDM-da və xarici ticarətdə mühüm çəkiyə malik olması da nəzərə
alınmıĢdır.
Açar sözlər: makroiqtisadi tarazlıq, məcmu tələb, məcmu təklif, iqtisadi
artım, məcmu istehlak.
ESTIMATION OF THE SOCIO-ECONOMI-
CAL INFLUENCES OF THE ESTABLISH-
MENT OF MACROECONOMICAL
STABILITY
Ilhama Aslanova
Azerbaijan University, Baku, Azerbaijan
Abstract. In the article the relationship of
sustainable development and macroeconomic
balance, aggregate demand and aggregate supply
with economic growth and socio-economic
development. It is also examined the impact of
macroeconomic
balance
to
sustainable
development are studied. The influence of the
macro-economical stability to the sustainable
development of Azerbaijan is studied considering
the advantage of the oil incomes of the country’s
(unlike other countries of the region) GDR and
foreign trade.
Keywords: macroeconomic equilibrium, aggregate
demand, aggregate supply, economic growth, the
aggregate consumption.
ОЦЕНКА СОЦИАЛЬНО-ЭКОНОМИЧЕС-
КИХ ВЛИЯНИЙ НА ОБЕСПЕЧЕНИЕ
МАКРО-ЭКОНОМИЧЕСКОЙ
СТАБИЛЬНОСТИ
Ильхама Асланова
Университет Азербайджан, Баку, Азербайджан
Резюме. В статье исследуются взаимосвязь ус-
тойчивого развития и макроэкономического
равновесия в Азербайджане, экономического
роста с совокупным спросом и совокупным
предложением и социально-экономическим
развитием. В то же время при исследовании
влияния макроэкономического равновесия на
устойчивое развитие в Азербайджане учитыва-
ются нефтяные доходы страны. В отличие от
других стран. В развитии Азербайджана явное
преимущество заметно в области внешней
торговли и ВВП.
Ключевые cлова: макроэкономическоe равно-
весие, совокупный спрос, совокупное предло-
жение, экономический рост, совокупное пот-
ребление.
Ġqtisadi nəzəriyyəyə əsaslanaraq iddia etmək olar ki, məcmu tələbin məcmu təklifi
üstələməsi daxili bazarın stimullaĢmasına və yeni iĢ yerlərinin yaradılması ilə əhalinin
gəlirlərinin artmasına səbəb olmalıdır. Lakin Azərbaycan iqtisadiyyatında məcmu tələblə
məcmu təklifin arasındakı münasibətin mahiyyətində neftdən gələn gəlirlər mühüm rol
oynadığından bu nəticəni bütünlükdə gözləmək mümkün olmur. Çünki məcmu tələbin artması
daxili bazarda məcmu təklifi daxili istehsal hesabına yox, daha çox idxal hesabına
ödədiyindən yeni iĢ yerlərinin yaradılması bir qədər sual altına düĢür. Buna baxmayaraq
ĠPƏK YOLU, No.3, 2017
Azərbaycan Universiteti
6
ölkəyə daxil olan neft gəlirləri xidmət və qeyri-istehsal sahələrinin inkiĢafına təkan
verdiyindən həmin iĢ yerləri müvəqqəti də olsa o sahələrdə yaradılmıĢ olur. Məsələn, əhalinin
gəlirlərinin artması Azərbaycanda çoxlu sayda insanın restoran biznesi sahəsində məĢğul
olmasına Ģərait yaradıb. ġou-biznes sahəsi çox sürətlə inkiĢaf edir. 1-ci cədvəldə məcmu
tələbin həcmi, məcmu təklifin həcmi və qiymət indeksi ilə məĢğul əhali sayı arasında əlaqə
əks olunub. Cədvəldən görünür ki, son 15 ildə Azərbaycanda məĢğul əhalinin də sayı davamlı
olaraq artıb.
Cədvəl 1. Məcmu tələbin həcmi, məcmu təklifin həcmi və qiymət indeksi ilə məĢğul
əhali sayı arasında əlaqə
Ġllər
AD həcmi
(mln. AZN)
AD
dinamikası
(%-lə)
AS həcmi
(mln. AZN)
AS dinamikası
(%-lə)
Qiymət
dəyiĢməsi
(%-lə)
MəĢğul əhalinin
sayı
(min nəfər)
2000
5899,2
100
4718,1
100,0
100
3855,5
2001
6643,5
112,6
5315,6
109,9
101,5
3891,4
2002
8322,9
141,1
6062,5
121,5
104
3931,1
2003
10241,8
173,6
7146,5
135,2
106,9
3972,6
2004
12971,8
219,8
8530,2
148,9
109,3
4016,9
2005
15518,7
263,1
12522,5
188,3
116,6
4062,3
2006
20519,2
347,8
18746,2
253,2
126,3
4110,8
2007
28034,5
475,2
28360,5
316,5
147,4
4162,2
2008
80580,2
1366
40137,2
350,7
178
4215,5
2009
46974,7
796,3
35601,5
383,3
180,7
4271,7
2010
59895,9
1015,3
42465,0
402,5
191
4329,1
2011
71445,2
1211
52082,0
402,9
206,1
4375,2
2012
76486,7
1296,6
54743,7
411,8
208,4
4445,3
2013
81875,8
1388
58182,0
435,7
213,4
4521,2
2014
84499,0
1432,3
58977,8
447,8
216,4
-
Qeyd: Cədvəl Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları əsasında
müəllif tərəfindən tərtib edilib.
1-ci qrafikdən görünür ki, məcmu tələbin artması ilə məĢğul əhalinin də sayı artıb.
Hətta bu iki kəmiyyət arasında korrelyasiya əlaqəsi artan üstlü funksiya Ģəklindədir
Ġ. ASLANOVA: MAKROĠQTĠSADĠ TARAZLIĞIN TƏMĠN EDĠLMƏSĠNĠN …
7
?????? = 2522,2??????
0,0491
. Korrelyasiya əmsalı isə R=0,9589-dur. Qrafikdən görünür ki, 2008-ci
ildəki ixrac “fluktasiyasını” nəzərə almasaq, əlaqə daha güclü olardı (R=0,9907).
Qrafik 1. MəĢğul əhalinin sayının məcmu tələbin həcmindən asılılığı.
Qeyd: Qrafik müəllif tərəfindən tərtib edilib.
MəĢğul əhalinin sayının məcmu təklifdən asılılığı da maraqlı nəticələr çıxarmağa
imkan verir. Belə ki, məcmu təklifin həcminın artması daxili istehsalın və əmək ehtiyatlarına
olan ehtiyacın artması deməkdir. Yeni infrastrukturların yaradılması, ölkəyə geniĢ miqyaslı
investisiyaların cəlb edilməsi yeni iĢ yerlərinin yaradılması və məĢğulluğa olan ehtiyacın
çoxalması deməkdir. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanda ÜDM-un əsas hissəsini
təĢkil edən neft müqavilələri və infrastruktur layihələri daha çox kapital tutumlu və daha az
əmək tutumlu olduğundan yaradılan iĢ yerləri xidmət sahələrində olub.
Qrafik 2. MəĢğul əhalinin sayının məcmu təklifin həcmindən asılılığı.
y = 2522,x
0,049
R² = 0,919
y = 0,010x + 3878,
R² = 0,957
ĠPƏK YOLU, No.3, 2017
Azərbaycan Universiteti
8
2-ci qrafikdən görünür ki, məĢğul əhalinin sayının məcmu təklifin həcmindən
korrelyasiya asılılığı da kifayət qədər ciddidir və korrelyasiya əmsalı R=0,9787-yə bərabərdir.
Təqribən eyni mənzərəni qiymət indeksinin dəyiĢməsinin məĢğul əhalinin sayından
asılılığında da görmək olar. 3-cü qrafikdən aydın görsənir ki, son 15 ildə Azərbaycanda
məĢğul əhalinin sayının dəyiĢməsi ilə bazarda qiymətlərin də dəyiĢməsi baĢ verib. Belə ki,
əhalinin iĢlə təminatı ailələrin gəlirlərinə birbaĢa təsir göstərib. Gəlirlərin artması ilə bazarda
alıcılıq qabiliyyəti də yüksəlib. Bu isə tələbin artmasına və bazarda ümumi qiymətlərin
yüksəlməsinə səbəb olub.
Qrafik 3. Qiymət indeksinin məĢğul əhalinin sayından asılılığı.
3-cü qrafikdən görünür ki, məĢğul əhalinin sayı ilə qiymət indeksi arasındakı
korrelyasiya əlaqəsi xeyli güclüdür və korrelyasiya əmsalı R=0,9737-yə bərabərdir.
Lakin nəzərə almaq lazımdır ki, məĢğulluğun ümumilikdə artması ailə gəlirlərinin
artması demək olsa da, “nə qədər artması” demək deyil. Əhalinin ümumi gəlirlərinin
kəmiyyətcə “nə qədər” artması daha çox orta aylıq əmək haqqının artması ilə bağlıdır. 2-ci
cədvəl məcmu tələbin həcmi, məcmu təklifin həcmi və qiymət indeksi ilə orta aylıq əmək
haqqının həcmi arasındakı əlaqəni əks etdirir.
Cədvəl 2. Məcmu tələbin həcmi, məcmu təklifin həcmi və qiymət indeksi ilə orta aylıq əmək
haqqının həcmi arasında əlaqə
Ġllər
AD həcmi
(mln. AZN)
AD
dinamikası
(%-lə)
AS həcmi
(mln. AZN)
AS
dinamikası
(%-lə)
Qiymət
dəyiĢməsi
(%-lə)
Orta aylıq əmək
haqqı (AZN)
2000
5899,2
100
4718,1
100,0
100
44,3
2001
6643,5
112,6
5315,6
109,9
101,5
52,0
y = 0,205x - 704,6
R² = 0,948
Ġ. ASLANOVA: MAKROĠQTĠSADĠ TARAZLIĞIN TƏMĠN EDĠLMƏSĠNĠN …
9
2002
8322,9
141,1
6062,5
121,5
104
63,1
2003
10241,8
173,6
7146,5
135,2
106,9
77,4
2004
12971,8
219,8
8530,2
148,9
109,3
99,4
2005
15518,7
263,1
12522,5
188,3
116,6
123,6
2006
20519,2
347,8
18746,2
253,2
126,3
149,0
2007
28034,5
475,2
28360,5
316,5
147,4
215,8
2008
80580,2
1366
40137,2
350,7
178
274,4
2009
46974,7
796,3
35601,5
383,3
180,7
298,0
2010
59895,9
1015,3
42465,0
402,5
191
331,5
2011
71445,2
1211
52082,0
402,9
206,1
364,2
2012
76486,7
1296,6
54743,7
411,8
208,4
398,4
2013
81875,8
1388
58182,0
435,7
213,4
425,1
2014
84499,0
1432,3
58977,8
447,8
216,4
-
Qeyd: Cədvəl Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları
əsasında müəllif tərəfindən tərtib edilib.
Cədvəldən görünür ki, məcmu tələbin və məcmu təklifin artması bütünlükdə əhalinin
aylıq gəlirlərinin və orta aylıq əmək haqqının da artmasına səbəb olub. 4-cü qrafik orta aylıq
əmək haqqının məcmu tələbdən asılılığını əyani sübut edir. Qrafikdən görünür ki, bu iki
kəmiyyət arasında artan üstlü funksiya əsaslı asılılıq var. Korrelyasiya əmsalı isə kifayət
qədər böyükdür və R=0,9841-ə bərabərdir.
Qrafik 4. Orta aylıq əmək haqqının məcmu tələbdən asılılığı.
Qeyd: Qrafik müəllif tərəfindən tərtib edilib.
y = 0,051x
0,794
R² = 0,968
ĠPƏK YOLU, No.3, 2017
Azərbaycan Universiteti
10
Orta aylıq əmək haqqı ilə məcmu təklif arasında da oxĢar asılılığın olduğunu 5-ci
qrafikdən görmək olar. Məcmu təklif artdıqca, iĢçilərə olan tələb artır. Bu isə iĢçilərin seçim
imkanlarını artırır və onlar daha yüksək əmək haqqı olan iĢlərə yönəlirlər. Bu proses
Azərbaycanda da neft müqavilələri reallaĢdıqca və neft pulları iqtisadiyyata daxil olduqca baĢ
verib.
Qrafik 5. Orta aylıq əmək haqqının məcmu təklifdən asılılığı.
Qeyd: Qrafik müəllif tərəfindən tərtib edilib
5-ci qrafikdən görünür ki, məcmu təklif artdıqca orta aylıq əmək haqqı da yüksəlib.
Bu iki kəmiyyət arasındakı korrelyasiya əlaqəsi xeyli güclüdür və korrelyasiya əmsalı
R=0,9944-ə bərabərdir.
6-cı qrafikdə isə orta aylıq əmək haqqının dəyiĢməsi dinamikası ilə bazarda qiymət
indeksi arasındakı əlaqə əks olunub. Qrafikdə qiymətlərin 2000 ilə nisbətən dəyiĢməsi
nəzərdə tutulub. ġübhəsiz ki, orta aylıq əmək haqqının yüksəlməsi bazarda qiymətlərə
müəyyən təsir göstərməli idi. Çünki orta aylıq əmək haqqının artması alıcılıq qabiliyyətinə
xeyli təsir göstərir. Lakin baĢqa variant da mümkün olardı. Yəni bazarda qiymətlərin əsas
tənzimləyicisi məcmu tələblə məcmu təklif arasındakı tarazlıq olduğundan orta əmək
haqqlarının yüksəlməsi qiymətlərə ciddi təsir etməməli idi. Amma Azərbaycanda məcmu
tələb məcmu təklifi üstələdiyindən məcmu təklif artmağa meyillidir. Bu isə davamlı olaraq
əmək haqlarının artırılmasını zəruri edir. Orta əmək haqları yüksəldikcə alıcılıq qabiliyyəti
artır və yenidən tələbin artması stimullaĢır. Beləliklə, Azərbaycan iqtisadiyyatının spesifik
xüsusiyyətlərinə görə məcmu təklif məcmu tələbə çata bilmir.
y = 0,006x + 26,17
R² = 0,988
Ġ. ASLANOVA: MAKROĠQTĠSADĠ TARAZLIĞIN TƏMĠN EDĠLMƏSĠNĠN …
11
Qrafik 6. Qiymət indeksinin orta aylıq əmək haqqının həcmindən asılılığı.
6-cı qrafikdən görünür ki, qiymət indeksi orta əmək haqlarının dinamikasından ciddi
surətdə asılıdır. Bu kəmiyyətlər arasında korrelyasiya əmsalı hətta birə yaxındır (R=0,9951).
Nəticə. Beləliklə, məcmu tələb və məcmu təkliflə sosial-iqtisadi göstəricilərin
qarĢılıqlı asılılığı bunu deməyə əsas verir ki, Azərbaycanda son 15 ildə məcmu tələbin məcmu
təklifdən üstün olması ilk baxıĢda əhalinin sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərib.
Amma qiymətlərin davamlı olaraq artması, digər tərəfdən məcmu təklifin daxili istehsal
vasitəsilə təmin edilməməsi və idxal mallarının həcminin artması səbəbindən müəyyən zaman
kəsiyində ölkədə yoxsulluğun yenidən yüksəlməsinə səbəb ola bilər.
Ədəbiyyat
1.
2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı
ĠnkiĢaf Dövlət Proqramı
2.
Azərbaycanın statistik göstəriciləri, (2010) Bakı, Səda, 240 s.
3.
Əfəndi E.N., (2008) Ġqtisadi artım ilə yoxsulluq səviyyəsi arasında əlaqənin iqtisadi-riyazi
üsullarla tədqiqi, Dissettasiya iĢinin avtoreferatı, Bakı, s.3-22.
4.
Qafarov K.S., Əhmədov Ə.M., Əsgərova Z.S., (2012) Makroiqtisadi təhlilin əsasları,
Dərs vəsaiti, Bakı, Ġqtisad Universiteti nəĢriyyatı, 198 s.
5.
Nəzərov Ġ., (2010) Yoxsulluğun azaldılması istiqamətində Azərbaycanın əldə etdiyi
nəticələrin və gəlir yoxsulluğunun azaldılması üzrə uzunmüddətli, dayanıqlı siyasətə dair
baxıĢların təhlili.
y = 0,323x + 81,84
R² = 0,990
Dostları ilə paylaş: |
|
|