AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ
ictimai v» humanitar elmlər seriyası, 2018. M I
ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА
Серия общественных и гуманитарных наук, 2018, № 1
PROCEEDINGS OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES NAKHCHTVAN BRANCH OFFICE
The series o f social sciences and humanities, 2018, № 1
İLHAMİ ƏLİYEV
AMEA Naxçıvan Bölməsi
E-mail: ilhamialiyev@yahoo.com.tr
NAXÇIVAN BÖLGƏSİNDƏKİ İMAMZADƏLƏR İSLAM
MƏDƏNİYYƏTİ ABİDƏSİ KİMİ
Məqalədə Naxçıvan Muxtar Respublikası ərazisindəki İslam mədəniyyəti abidələri sırasına daxil
olan Naxçıvan şəhər, Nehrəm və Parçı imamzadələrindən bəhs olunur. Qeyd edilir ki, bu imamzadələr öz
vətənlərindən didərgin düşmüş imam övladları üçün tikilmişdir və əsrlərdir ki, yerli əhali tərəfindən hör
mətlə yad edilir. Özündə yerli və İslam mədəniyyətinə xas memarlıq xüsusiyyətlərini birləşdirən bu dini,
tarixi abidələr əsasən Səfəvilər dövründə ucaldılmışdır. Səfəvilər dövlətinin dini siyasətinə uyğun olaraq
formalaşdığına görə imamzadə kompleksləri əsasən bu dövlətin əhatə etdiyi torpaqlarda inşa edilmişdir.
Açar sözlər: islam, imamzadə, abidə, mədəniyyət, memarlıq kompleksləri.
Azərbaycanın qədim tarixə malik, zəngin mədəniyyət mərkəzlərindən biri olan
Naxçıvan Muxtar Respublikası ərazisində günümüzədək qalan İslam mədəniyyəti abi
dələrdən biri də imamzadələrdir. Səfəvilər dövrünə aid olan bu memarlıq abidələri -
Naxçıvan şəhər imamzadəsi, Nehrəm imamzadəsi, Parçı imamzadəsi və s. bu günümü
zədək gəlib çatmışdır. İmamzadə “imam” ərəb, “zadə” fars sözlərinin birləşməsindən
yaranan imam oğlu və ya övladı deməkdir. İmam övladlarının Azərbaycanda, xüsusilə
də Naxçıvanda dəfn edilməsinə gəldikdə isə şiələrin yeddinci imamı Museyi-Kazım hic
ri-qəməri 183-cü ildə (miladi 799-800-cü ildə) xəlifə Harun ər-Rəşid zamanında zəhər
lənib öldürüldükdən sonra onun övladları təqib olunmuş və onlar canlarını qurtarmaq
üçün didərgin düşüb müxtəlif yerlərə qaçmışlar [6, s. 57]. Azərbaycanda həmin yerlərin
arasında Naxçıvan bölgəsi də olmuşdur. İslam dünyasında Məhəmməd peyğəmbərin
nəslindən olan və bu nəslin davamçıları sayılan imamların övladları xalq arasında böyük
nüfuz sahibi olduqları üçün onlar öləndən sonra da qəbirləri əsrlərdir ki, yerli əhali tərə
findən müqəddəs tutularaq ziyarət yerlərindən birinə çevrilmişdir. Bu qəbirlərin üzərin
də insanlar sonralar İslam memarlığına xas türbələr inşa etmiş, bu türbələri imam övlad
ları üçün olduğundan imamzadə adlandırmış və hər zaman onları müqəddəs məkana
çevirmişlər.
AMEA-nın müxbir üzvü H. Səfərli qeyd edir ki, orta əsrlər zamanı bu müqəddəs
yerlərin funksiyası təkcə ziyarətgah olmaqla məhdudlaşmamış, onlar həm də ərazidə
fəaliyyət göstərən müxtəlif sufi təriqətlərinə mənsub dərvişlərin yığıncaq, ibadət, zikr və
yaşayış yeri olmuşdur [8, s. 99]. Görünür, bu abidələr həm də İslam ayinlərinin və iba
dətlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur.
Bölgə ərazisində günümüzədək gəlib çatmış imamzadələrdən biri Naxçıvan şəhər
imamzadəsidir. İmamzadə kompleksi şəhərin cənub-şərq hissəsində, qədim Naxçıvan-
qalanın qərb tərəfində yerləşir. Bu dini memarlıq abidəsi 3 binadan ibarətdir. Abidənin
cənub tərəfində yerdən dördbucaqlı formada yuxarısı silindr şəkilli inşa edilən türbə
59
onun əsas hissəsini təşkil edir. Onun üzərində Bərdə türbəsi və Şeyx Səfi türbəsində ol
duğu kimi xalını xatırladan bəzək ünsürü və kufi xətti ilə dəfələrlə təkrarlanan “Allah”
sözü işlənmişdir [7, s. 179]. Türbənin içərisində uzunluğu 150 sm, hündürlüyü 88 sm,
eni 115 sm olan, sənduqə tipli bir qəbir vardır. Bu məzarın üzərində onun kimə məxsus
olması haqqında məlumat yoxdur. Yerli əhalinin bildirdiyinə görə bu şiələrin səkkizinci
imamı İmam Rzanın oğlunun qəbridir. Bu fikri rus alimi V.M.Sısoyev də qeyd etmişdir
[10, s. 107]. O, həmçinin burada olan böyük qəbrin üzərində yazısı olan sarı mərmər
daşdan sinə daşı və qəbrin yanında əhali tərəfindən müqəddəs sayılan iki ədəd qara da
şın olduğunu da yazmışdır. Təəssüf ki, həmin kitabə günümüzədək gəlib çatmamışdır.
İndiki vəziyyətdə qəbir qara mərmər daşla üzlənmişdir. Qəbrin səkkizinci imamın oğlu
na aid olması fikrinin doğru olmasına gəldikdə isə onun xalq arasında imamzadə adlan
dırılması bu fikri deməyə əsas verir. Bu məlumatın düzgünlüyünün bir səbəbi isə yerli
şiə əhalinin imamlara böyük hörmətinin olması ilə bağlıdır. İmamzadənin əsasını təşkil
edən bu türbənin inşa edilmə tarixinə gəldikdə isə keçən əsrin 20-ci illərində “Azərbay
can Tədqiq və Tətəbbö Cəmiyyəti”nin göndərişi ilə Naxçıvanda olmuş epiqraf İ.Əzim-
bəyovun tədqiqatlarından aydın olur ki, vaxtilə onun üzərində - şimal-qərb tərəfində
nəsx xətti ilə yazılmış kitabəsi olmuşdur [9, s. 310-311]. Həmin kitabədən aydın ol
muşdur ki, bu abidə Səfəvi şahı II Təhmasibin zamanında, yəni 1722-1732-ci illərdə
Hacı Fulad bəyin oğlu Həzrət Rufai bəy tərəfindən inşa etdirilmişdir [7, s. 180-181].
Kitabə sonradan yox olduğundan son illərdə türbə təmir edilərkən İ.Əzimbəyovun mə
qaləsindən istifadə edilərək kitabənin yerinə yenisi qoyulmuşdur.
Bu türbəyə bitişik kompleksin dördbucaqlı formasında olan birinci salonu ondan
şimalda yerləşir. Türbədən ona təxminən 1,5 m ucalığında olan giriş qapısı vardır. Yəni
türbəyə giriş onun şimal tərəfindən olan yeganə qapısındandır. Birinci salondan şimalda
isə ona bitişik, həm eni, həm də uzunluğuna görə ondan nisbətən böyük ikinci salon yer
ləşir. Birincidən fərli olaraq ikinci salonun mərkəzində böyük günbəzi vardır. Çöldən
kompleksə giriş qapısı bu salonun qərb tərəfindəndir. Türbədəki məzardan başqa imam
zadə kompleksində başqa bir qəbir yoxdur. Amma V.M.Sısoyevin yazdığına görə bu
hissədə Naxçıvan xanlarının məqbərəsi olmuşdur. Müəllif Naxçıvan xanlarından Abbas
qulu xanın oğlu Mustafa Qulu xan Naxçıvanskinin orada dəfn edildiyini qeyd etmiş, yan
divarlarda taxçalar, şimal divarda buxarı olduğunu yazmışdır [10, s. 108]. İndiki vəziy
yətdə divarlardakı taxçalar qalır, buxarı isə yoxdur. Yerli əhali buradakı qəbri ziyarət
edərkən kişilər birinci salonda, qadınlar isə ikinci salonda ibadət edirlər.
İmamzadə kompleksindən şimalda ondan bir neçə metr yüksəkdə yerdən dördbu
caqlı formada, həmin dördbucağın üzərində altı bucaqlı və başı soğanvari formada olan
bir türbə vardır. Üzərində heç bir kitabəsi olmayan bu türbənin iki qapısı vardır. Daha
doğrusu onun alt zirzəmi hissəsinə giriş qərb tərəfindən üst hissəsinə giriş isə şimal tə
rəfindəndir. İçərisində qəbir yoxdur. Nisbətən daha salamat qalmış bu türbədə alt zirzə
mi hissə sərdabə ola bilər. Belə ki, bu haqda V.M.Sısoyev yazır ki, imamzadəyə yaxın,
çox da böyük olmayan, bir məzarüstü tikili vardır. Onun içində, torpağın üzərində üstü
nə mumiya çəkilmiş cəsədin bütöv bir skeleti vardır. Ardınca müəllif yazır, deyirlər ki,
əvvəllər cəsədi çıxarıb Kərbəla və ya Nəcəfə aparmaq istəmişlər, 1918-ci il hadisələri
buna mane olmuş və cəsəd bu vəziyyətdə qalmışdır [10, s. 108]. Buradan aydın olur ki,
bu türbənin alt qatı, yəni zirzəmi hissəsi qəbir yeri olmuşdur.
Qeyd edək ki, imamzadə kompleksində və onun yaxınlığında yerləşən hər iki türbə
orada dəfn edilmiş müqəddəs insanların şərəfinə inşa edilmişdir. Bu həmin müqəddəs
lərə onları tanıyan və onlara böyük hörməti olan insanların və dövrün hakim dairələrinin
istəyindən yaranmışdır. Yəni əvvəl qəbirüstü türbələr, sonra isə birinci türbəyə bitişik
60
digər yardımçı binalar tikilmişdir [4, s. 191]. Yardımçı binaların Kəngərli xanlarının qə
birləri üzərində və türbəyə gələn ziyarətçilər üçün tikildiyini də demək olar.
Hazırda imamzadə kompleksində təmir işləri aparılır.
Naxçıvan bölgəsi ərazisində yerləşən digər böyük imamzadələrdən biri də muxtar
respublikanın iri yaşayış yerlərindən biri olan Babək rayonun Nehrəm kəndindədir. İndi
də dəfn mərasimləri keçirilən qəbiristanlığın mərkəzində yerləşən bu imamzadə türbə,
məscid, təkyə və başqa yardımçı binalardan ibarət böyük bir kompleksdir [7, s. 183].
Burada da kompleksin əsasını türbə (eni 8 m, uzunu 9,5 m, hündürlüyü 4,5 m, günbə
zinin hündürlüyü 6 m [2, s. 144]) təşkil edir.
Onun içərisində bir qəbir vardır. Bu qəbirin üzərində heç bir kitabə olmadığından
onun kimə məxsus olması dəqiq müəyyən edilməmişdir. Yalnız kənd əhalisinin dedik
lərindən belə məlum olur ki, bu məzar yeddinci imam Museyi-Kazımın oğlu Seyyid
Əqilə məxsusdur. O, da Abbasilərin zülmündən qaçaraq, bölgənin bu iri yaşayış yerinə
pənah gətirmiş, burada əhali arasında bir imam övladı kimi böyük hörmət qazanmış, ölü
mündən sonra qəbri müqəddəs ziyarətgaha çevrilmiş və üzərində türbə inşa edilmişdir.
Qeyd edək ki, Seyyid Əqilin qardaş və bacıları da Azərbaycan və qonşu ölkələrin
ərazisində dəfn edilmişlər. Belə ki, onun qardaşları Səfi (Səffan) Ordubadın Düylün kən
dində, İbrahim Şərurun Xanlıqlar (Parçı) kəndində, Əhməd Zəngəzurun (Mehri rayo
nunda) Buğakar kəndində [5, s. 11], Qasım Təbriz şəhəri yaxınlığında Sofiyan qəsəbə
sində, bacıları Hökümə xanım Abşeron rayonundakı Şıx kəndində, Rəhimə xanım Sa
bunçu rayonundakı Nardaran qəsəbəsində dəfn olunmuşlar.
Bölgə əhalisinin ən çox sevdiyi və ziyarət etdiyi müqəddəs yerlərdən birinə çevril
miş bu imamzadə türbəsi və onun digər binaları olan məscid, təkyə və şairənin heç bir
kitabəsi günümüzədək qalmamışdır. Yalnız türbənin daxili divarlarında dini məzmunlu
sözlər yazılmışdır. Divarlarda gəc və kaşı üzərində yazılan bu kəlmələri AMEA-nın
müxbir üzvü, professor H.F. Səfərli oxuyaraq tədqiq etmiş və belə nəticəyə gəlmişdir ki,
həmin yazılar hicri-qəməri 1138-ci ildə (miladi 1725-ci ildə) Mehdi adlı xəttat tərəfin
dən yazılmışdır [5, s. 12].
İmamzadə binasında 2006-2007-ci illərdə aparılan bərpa işləri zamanı abidənin
eyvanı hörülərək dəhlizə çevrilmiş, insanların ibadət etmələri üçün binanın qərb tərəfinə
düzbucaqlı formalı məscid və qoşa minarə əlavə edilmişdir. Bişmiş kərpiclə inşa olun
muş bina kompleks halına salınmışdır [2, s. 144]. Hazırda imamzadədə təmir işləri apa
rılır.
İmamzadə Naxçıvan imamzadəsi ilə bir dövrdə - Səfəvi şahı II Təhmasibin za
manında inşa edilmişdir [7, s. 186].
Bölgə ərazisində günümüzədək qalan imamzadələrdən biri də Şərur rayonunun
Xanlıqlar kəndindədir. Əslində bu imamzadə keçən əsrdə Xanlıqlar kəndi ilə birləşən
Parçı kəndində yerləşir. Elə kəndin adı ilə Parçı imamzadəsi adlanır. Yerli əhali tərəfin
dən böyük hörmətlə ziyarət edilən bu dini abidə kəndin şimal tərəfində tikilmişdir. Gün
bəzi böyük olan bu imamzadənin mərkəzi salonunda bir qəbir yerləşir. Son dövrlərdə
aparılan təmir işləri zamanı qəbrin üstü götürülmüş, başdaşı və sinədaşı qoyulmuşdur.
Lakin üzərində heç bir kitabə yoxdur. 1925- 1928-ci illərdə “Azərbaycan Tədqiq və Tə-
təbbö Cəmiyyəti”nin Naxçıvan şöbəsi tərəfindən aparılan araşdırmalar zamanı Parçı
kəndindəki bu abidə də qeydə alınmışdır. Belə ki, 1928-ci ilə aid 40 №-li protokolda
göstərilmişdir ki, Xanlıqlar kəndinə yapışıq Parçı kəndində üstündə böyük günbəzi və
böyük həyəti olan bir pir vardır ki, camaat onu “Şahzadə İbrahin ibn Musa” ziyarətgahı
adlandırır [1, s. 66]. Həmin cəmiyyətin üzvlərindən olan Məhəmməd Rasizadə bu haqda
nəşr etdirdiyi məqaləsində göstərmişdir ki, qəbirin kitabəsində “İbrahim ibn Musa” ya
61
zılmışdır [3, s. 81]. Həmin illərdə qəbrin üzərində olmuş tarixi kitabəsi onun İbrahim
Musa oğluna aid olduğunu göstərirdi. Təəssüf ki, günümüzədək bu məlumatı bildirən
kitabə qalmamışdır. Atasının adından, imamzadə adlandırılmasından və yerli əhalinin
dediklərindən aydın olur ki, bu qəbir yeddinci imam Museyi-Kazımın oğlanlarından biri
olmuş İbrahimə məxsusdur [7, s. 188]. O, bu kənddə məskunlaşmış və burada da dün
yasını dəyişərək dəfn edilmişdir. Əsrlərdir ki, bölgə əhalisi onun xatirəsinə tikilmiş bu
imamzadəyə gələrək onun qəbrini ziyarət edir.
Əsaslı şəkildə təmir edildikdən sonra, 2016-cı ilin fevralında açılışı olan Parçı
imamzadəsinin tarixi görkəmi və qədim memarlıq elementləri qorunub saxlanmışdır.
İslam mədəniyyəti abidələri sırasına daxil olan imamzadələr tarixi Azərbaycan
ərazisində, xüsusilə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsində Səfəvilər
dövründə bu dövlətin dini siyasətinə uyğun olaraq formalaşmışdır. Belə komplekslərin
səciyyəvi xüsusiyyətləri əvvəllər mövcud olmuş dəfn tikililərini təmir-bərpa və yenidən
qurma yolu ilə abadlaşdırılmasından və bərpa olunmuş məqbərəyə bitişik, məscid, təkyə
və digər xidmət otaqları tikilməsi yolu ilə dini kompleksin yaranmasından ibarət ol
muşdur [4, s. 191]. Bu dövrdə formalaşdığına görə imamzadə kompleksləri əsasən Səfə
vilər dövlətinin ərazisində dəfn edilmiş imamlar və onların övladlarının xatirəsinə inşa
edilmişdir.
ƏDƏBİYYAT
1. Xəlilov F. Naxçıvanı öyrənən elmi cəmiyyət. Bakı: Nurlan, 2005, 196 s.
2. Qənbərova G. Naxçıvanın Arazboyu türbələrinin bədii xüsusiyyətləri və memarlıq
quruluşu / II Uluslararası Aras havzası sempozyumu. 13-15 Aralık 2011- İğdır. Erzu-
rum: Zafer Ofset Ltd., 2012, s. 139-149.
3. Rasizadə M. Şərur dairəsinə səyahət haqqında qeydlər / “Azərbaycam öyrənmə yolu”,.
№4-5, Bakı, 1930, s. 81-83.
4. Salamzadə Ə. V., Məmmədzadə K.M. Azərbaycan memarlığının Naxçıvan məktəbi
abidələri. Bakı: Elm, 1985, 268 s.
5. Səfərli H.F., Cəfərov H.R. Naxçıvan ziyarətgahları. Bakı: Qorqud, 1998, 84 s.
6. Səfərli H.F. Naxçıvan imamzadəsinin kitabələri / Azərbaycanda elmin inkişafı və
regional problemlər (28 fevral - 1 mart 2005-ci il tarixdə keçirilmiş elmi konfransın
materialları). Bakı: Nurlan, 2005, s. 56-63.
7. Səfərli H.F. Naxçıvanda sufiliklə bağlı mərkəzlər. Bakı: Elm və təhsil, 2013, 328 s.
8. Səfərli H. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: Əcəmi, 2017, 216 s.
9. Алимбеков И. Мусульманские надписи Тифлиса, Эривани и Нах. ССР //Извес
тия «Азкомстарис»а, вып. 4 (тетрадь 2). Баку, 1929, с. 295-311.
10. Сысоев В.М. Нахичевань на Араксе и древности Нах. ССР (отчет о поездке ле
том 1926 г.). Известия «Азкомстарис»а, вып. 4 (тетрадь 2). Баку, 1929, с. 87-121.
Ильхами Алиев
ИМАМ-ЗАДЕ В НАХЧЫВАНСКОМ РЕГИОНЕ КАК
ПАМЯТНИК ИСЛАМСКОЙ КУЛЬТУРЫ
В статье описываются расположенные на территории Нахчыванского регио
на исламские культурные памятники Имам-заде (места захоронения потомков
имамов): в городе Нахчыване, в селе Неграм, в селе Парчы и др. Отмечается, что
эти Имам-заде воздвигнуты в честь имамов или их потомков, которые не по своей
62
воле покинули родину. Эти исторические религиозные памятники были построе
ны в эпоху Сефевидов на местах погребения имамов. Мы пришли к выводу, что
эти памятники существовали только на территории Сефевидского государства и
соответствовали его религиозной политике.
Ключевые слова: ислам, Имам-заде, памятник, культура, архитектурные комплексы,
llhami Aliyev
IMAM-ZADEHS IN THE NAKHCHIVAN REGION AS MONUMENTS
OF THE ISLAMIC CULTURE
The paper describes Islamic cultural monuments of Imam-zadeh (places of burial
of imams’ descendants) located in the Nakhchivan city, in the village ofNehram, in the
village of Parchy located in the territory of the Nakhchivan region. It is noted that these
Imam-zadehs were erected in honor of the imams or their descendants, who did not
voluntarily leave their homeland. These historical religious monuments were built
during the Safavid era at the burial ground of the Imams. We came to the conclusion that
these monuments existed only in the territory of the Safavid state and corresponded to its
religious policy.
Keywords: Islam, Imam-zadeh, monument, culture, architectural complexes.
(AMEA-mn miixbir itzvii F?xraddm Safarli tarafindan taqdim edilmiçdir)
63
Dostları ilə paylaş: |