“Təsdiq edirəm”
“Şirkətin adı” MMC-nin direktoru
____________________
“____” ________________ 20 -ci il
Kadrlar şöbəsının mütəxəssısının vəzifə təlimatı
1. ÜMUMİ MÜDDƏALAR
-
Kadrlar şöbəsinin mütəxəssisi ştat cədvəlinə uyğun olaraq icraçı mütəxəssis təsnifatına aiddir və “Şirkətin adı” MMC-nin Direktorunun əmri ilə tutduğu vəzifəyə təyin olunur və işdən azad edilir.
-
Kadrlar şöbəsinin mütəxəssisi birbaşa olaraq Kadrlar şöbəsinin rəisinə, operativ olaraq direktorun müavininə tabedir.
-
Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsinə ali təhsilli, aidiyyəti vəzifələrdə ən azı üç il iş stajı olan şəxs təyin oluna bilər.
-
Kadrlar şöbəsinin mütəxəssisi aşağıdakıları bilməlidir:
-
Əmək qanunvericiliyinin əsaslarını;
-
Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları;
-
Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini;
-
İşçilərin işə qəbulu və azad edilməsi haqqında qüvvədə olan qanunvericiliyi;
-
Kadrların ixtisas və peşəkarlığının artırılması işini;
-
Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını, pensiyaların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsini;
-
Kadrların hərəkətlərinin uçot metodlarını;
-
Əmək proseslərinin təşkili, sosial psixologiya və sosiologiyanın əsaslarını;
-
işgüzar profilini, fəaliyyət istiqamətlərini, istehsalat ixtisaslaşmasını, struktur bölgüsünün xüsusiyyətlərini;
-
Əməyin və idarəçiliyin təşkil olunmasının əsaslarını;
-
Əməyin mühafizəsi normalarını və daxili nizam qaydalarını
-
Təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını;
-
İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını.
-
Kadrlar şöbəsinin mütəxəssisi öz işində aşağıdakı normativ sənədləri rəhbər tutur:
-
Azərbaycan Respublikasının Əmək qanunvericiliyini;
-
“Şirkətin adı” MMC-nin Nizamnaməsi;
-
Direktorun əmr və göstərişləri;
-
əmək funksiyalarına və vəzifə borclarına aid olan Azərbaycan Respublikasının qanunvericiliyi;
-
hazırkı vəzifə təlimatı.
2. VƏZİFƏ BORCLARI
-
Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilmək.
-
Əmək kitabçalarının əmrlər əsasında doldurulmaq.
-
Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək eləcə də işçilərin mükafatlandırılması üçün materiallar hazırlanmaq.
-
İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq.
-
Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq.
-
Kadrlara aid olan təlabat haqqında lazımi yerlərə məlumat vermək.
-
Kadr axınının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək. İxtisas və attestasiya komissiyalarına lazım olan materialı hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək.
-
Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək.
-
Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək.
-
Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə, Şirkətdə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək.
-
İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlamaq.
-
Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək.
-
Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək.
-
Əmək məhsuldarlığını artırmaq , işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq.
-
HÜQUQLARI
-
Normal iş şəraiti ilə təmin olunması.
-
Şöbənin funksional fəaliyyəti ilə bağlı aidiyyəti struktur bölmələrlə qarşılıqlı əlaqələr qurmaq, zəruri sənədlərin yoxlamasını aparmaq, zəruri olan sənədlərin təqdim olunmasını işçilərdən tələb etmək.
-
Öz funksional vəzifələrini yerinə yetirməkdə ona maneə törədən səbəbləri aradan qaldırmaq üçün tədbirlər görmək.
-
fəaliyyətinin, habelə şöbəsinin işinin təkmilləşdirilməsi məqsədilə şöbə rəisinə müvafiq təkliflər vermək.
4. Məsulİyyətİ
-
Azərbaycan Respublikasının əmək qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada, bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş, vəzifələrin icra edilməməsi və ya lazımi səviyyədə icra edilməməsi.
-
Azərbaycan Respublikasının inzibati, cinayət və mülki qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada - fəaliyyətinin həyata keçirilməsi prosesi zamanı yol verilmiş qanun pozuntuları.
-
Azərbaycan Respublikasının əmək, cinayət və mülki qanunvericiliyi və həmçinin maddi məsuliyyət müqaviləsi tərəfindən müəyyən edilmiş qaydada - maddi ziyanın vurulması.
-
mənafeyinin qorunmaması, firmaya, onun müştərilərinə aid olan məxfi məlumatların, sənədlərin (kommersiya sirri) üçüncü şəxslərə açılması.
-
İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşıyır.
Tanış oldu
___________________________
Dostları ilə paylaş: |