2
Tərtibçi:
S.Quliyeva
Elmi redaktor:
K.M.Tahirov,
professor,
Əməkdar mədəniyyət işçisi
Redaktor:
L. Əhmədova
Nurlu ömrün salnaməsi - Zərifə Əliyeva 95 /M.F.Axundov
ad. Azərbaycan Milli Kitabxanası; tərt. ed. S.Quliyeva; elmi red.
K.Tahirov; red.
L.Əhmədova.- Bakı, 2018.- 33 s.
© Azərbaycan Milli Kitabxanası, 2018
4
Tərtibçidən
Bu il
Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə
tanıdan yüksək intellekt sahibi, oftalmologiya sahəsi üzrə ilk qadın
akademik, tibb elmləri doktoru, professor, gözəl insan, fədakar
ana
Zərifə xanım Əziz qızı Əliyevanın 95 yaşı tamam olur. Onun
elmi tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı
pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsindəki
xidmətləri danılmazdır.
Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olmuş
Zərifə xanım Əliyeva ictimai işlərdə də fəaliyyət göstərmiş, Sovet
Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin
və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyəti-
nin üzvü olmuşdur.
Təqdim olunan vəsaitdə Zərifə xanım Əliyevanın həyat və
fəaliyyəti, kitabxanalarda görkəmli oftalmoloqun zəngin elmi
irsi
nin təbliği məqsədilə metodik tövsiyələr, görkəmli şəxsiyyət-
lərin akademik haqqında söylədikləri fikirlər, xatirəsinin əbədi-
ləşdirilməsinə dair məlumatlar yer almışdır.
Nəşrlə bağlı rəy və təkliflərini Milli Kitabxanaya göndərən
şəxslərə əvvəlcədən minnətdarlığımızı bildiririk.
Ünvan: AZ-
1000 Bakı ş., Хaqani küç. 57
Е-mail: metodik@anl.az
5
Akademik Zərifə Əliyevanın
həyat və fəaliyyəti haqqında
Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elm-
ləri doktoru, akademik Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprel
ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun
Şahtaxtı kəndində görkəmli dövlət və ictimai-siyasi xadim, elm
fədaisi, böyük şəxsiyyət Əziz Məmmədkərim oğlu Əliyevin ailə-
sin
də anadan olmuşdur. O, 1942-ci ildə orta məktəbi bitirmiş,
Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb
Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-
ci ildə institutu əla qiymətlərlə başa vurmuşdur.
İki il Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri
Təkmilləşdirmə İnstitutunda ixtisaslaşma kursu keçərək həkim-
oftalmoloq ixtisasına yiyələnmiş, Vətənə qayıdaraq 1949-cu ildən
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat
Göz Xəstəlikləri İnstitutunda həkim-ordinator, elmi işçi və böyük
elmi işçi vəzifələrində çalışmışdır. 1950-1953-cü illərdə Zərifə
Əliyeva həmin institutda aspiranturada təhsilini davam etdirmiş-
dir. O illərdə Azərbaycanda gözün iltihabı və buynuz qişasını
zədələyən, ağır nəticələrə, hətta tam korluğa səbəb olan xlamidiya
etiologiyalı infeksion traxoma xəstəliyi geniş yayılmışdı. Doğma
xalqının sağlamlığı uğrunda mübarizəyə atılmış gənc həkim
Zərifə Əliyeva bu xəstəliyin müalicə və profilaktik tədbirlərinin
təşkilində fəal iştirak etmiş, dəfələrlə Azərbaycanda traxoma
xəstəliyi ən çox yayılmış rayonlara getmiş, praktik oftalmoloq-
həkimlərə məruzələr oxumuş, göz xəstəlikləri olan xəstələri
müayinə və müalicə etmişdir.
Zərifə Əliyeva 1960-cı ildə “Traxomanın digər terapiya üsul-
ları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik
dissertasiyasını uğurla müdafiə etmişdir. Zərifə xanımın təklif
etd
iyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilmiş-