XAÇMAZ RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ
METODİKA-BİBLİOQRAFİYA ŞÖBƏSİ
Azərbaycan ədəbiyyatının böyük siması
(İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibəti ilə)
Metodiki tövsiyyə
Xaçmaz - 2014
(1914-1996)
Görkəmli yazıçı-dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-
də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan
olmuşdur. Ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan
olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah
və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işlərilə
məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət
idi.
Yazıçının atası Məhəmməd Əfəndiyev həmin ailənin ticarətlə məşğul olan qoluna
mənsub olmuşdur. O, 7-8 yaşında olarkən atası vəfat etmiş, anası ərə getməyərək bütün
ömrünü dörd kiçik oğlu ilə bir qızını boya-başa çatdırmağa sərf etmişdir. Məhəmməd
Əfəndiyev kənddə beşillik rus-tatar məktəbini əla qiymətlərlə bitirmiş, rus dilini
mükəmməl öyrənmişdir. Məktəbi bitirdikdən sonra Qaryaginə köçərək yeznəsinin
yanında kənd təsərrüfatı alətləri satan mağazada işləmişdir.
Bir müddət sonra həmin ticarətlə müstəqil məşğul olmuşdur. O, Rusiyanın müxtəlif
şəhərlərilə, Təbrizlə, İstanbulla ticarət əlaqələrinə girmiş, bir neçə həmkarı ilə birlikdə
mal gətirib satmaqla var-dövlət sahibi olmuş və böyük hörmət qazanmışdır. 1920-ci ildə
Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra Məhəmməd kişi müxtəlif
təsərrüfat idarələrində çalışmışdır.
Onun babası Hacı Axund Tehranda ali ruhani təhsili almış, geniş dünyagörüşlü və savadlı
bir adam olub böyük hörmət sahibi idi. Evində çox zəngin kitabxanası varmış. İlyas
Əfəndiyev qeyd edir ki, Hacı Axund başqa mollalar kimi acgöz deyildi, kasıblardan pul
almaz, camaatı öz halal zəhməti ilə dolanmağa, əyri iş dalınca getməməyə, fəqir-füqəraya
əl tutmağa çağırardı. Kasıblar həmişə onun yanına məsləhətə gələrdilər.
Yazıçının babası Bayram bəy Şuşada rus dilində gimnaziyanı bitirib dövlət idarələrində
məmur işləmiş, Müsavat hökuməti vaxtında Şuşada qəza rəisi vəzifəsində çalışmışdır.
Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi təqiblərə məruz
qalmış, onların ata-baba mülkü əllərindən alınmış, ailənin bəzi üzvləri «xalq düşməni»
kimi güllələnmiş, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunmuşdur. Yazıçının
atası Məhəmməd Əfəndiyevə «kulak» damğası vurularaq evi, böyük mülkü, bağı zəbt
edilmiş, «səs hüququndan» məhrum olunmuşdur.
Ağır sıxıntı və ehtiyac içərisində yaşayan Məhəmməd Əfəndiyevin ailəsi mağazadan
ərzaq malları, pal-paltar almaq hüququndan belə məhrum edilmişdir. Lakin yazıçının
nənə və babaları bolşeviklərin ağalığından əvvəlki illərdə yüzlərlə yoxsul ailələrə əl
tutan, kasıblara kömək edən xeyirxah və səxavətli adamlar kimi yadda qaldıqlarından,
qohum-qonşu dar ayaqda bu ailəyə gizlin də olsa kömək edirdilər.
Bu ailənin xoş günləri, İlyasın uşaqlıq illərinin sevincli anları 1920-ci ilin aprel-may
aylarında sona yetmişdir. «Kulak» damğası vurulmuş bu ailənin üzvləri hərə bir tərəfə
dağılmış, təhlükəsizlik orqanlarının qorxusu, həbs olunmaq təhlükəsi qohumları bir-
birindən aralı salmışdı.
Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, təqib və təhqirlərə dözmür, uzun illər işsiz
qalır, ailəsini dolandıra bilmir. Ağır xəstələnərək «səksən yaşlı qocaya dönmüş»
Məhəmməd kişi 1934-cü ildə 50 yaşında vəfat edir.
İ.Əfəndiyevin nənələri Fatma xanım və Bəyaz nənə, anası Bilqeyis xanım geniş
dünyagörüşünə malik, savadlı, şifahi xalq ədəbiyyatının onlarla nümunələrini, əfsanə,
nağıl və dastanları sinələrində gəzdirən el ağbiçəkləri olmuşlar. İlyasın bir gənc kimi
formalaşmasında, kitaba, ədəbiyyata, ümumiyyətlə mütaliəyə maraq oyanmasında anası
Bilqeyis xanımın əvəzsiz xidmətləri olmuşdur. O, İlyasa yalnız analıq yox, Məhəmməd
kişi vəfat etdikdən sonra, müəllimlik, yoldaşlıq, həm də atalıq etmişdir. Atası ilə o qədər
də «dil tapa» bilməyən, onunla dostlaşmağı bacarmayan İlyas bütün sirlərini, dərdlərini
anası ilə bölüşərdi.
Yazıçı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə böyük maraq göstərmiş,
məktəbə getməzdən əvvəl yazıb-oxumağı öyrənmiş, çoxlu kitablar mütaliə etmişdir.
1921-ci ildə birinci sinifə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta
məktəbi əla qiymətlərlə bitirmişdir. Məktəbin direktoru Cəmil bəy Vəzirov, müəllimləri
Mehdi Mehdizadə, Cümşüd Zülfüqarlı, Bəylər Ağayev və b. idi.
Orta məktəbdə oxuyarkən müəllimlərin tapşırıqları ilə kifayətlənməyən İ.Əfəndiyev
dərsdən əlavə, müstəqil mütaliə yolu ilə çoxlu bədii kitablar, o cümlədən rus ədəbiyyatı
klassiklərindən A.S.Puşkin, M.Y.Lermontov, A.P.Çexov, İ.Turgenev, M.Qorki kimi
sənətkarların dilimizə tərcümə olunmuş əsərlərini mütaliə etmiş, eyni zamanda riyaziyyat
və fizika elmlərinə böyük maraq göstərmiş, coğrafiyanı həvəslə öyrənmiş, böyük
səyyahların, o cümlədən R.Amundsen, Nansen, X.Kolumb, A.Vespuççi kimi adamların
həyatını diqqətlə izləmişdir. Əlbəttə, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq onu daha çox
maraqlandırırdı.
İ.Əfəndiyev yazır: "Klassik romanlar, pyeslər, poemalarla bərabər, o zaman haqqında çox
danışılan professor Friçe, professor Koqan, professor Köprülüzadə, İsmayıl Hikmət kimi
məşhur ədəbiyyat alimlərinin əsərlərini də yorulmadan, həvəslə oxuyub balaca
dəftərçələrdə özüm üçün konspektlər çıxarırdım. Mən gələcəkdə Köprülüzadə kimi,
professor Friçe kimi böyük ədəbiyyat alimi olmaq xəyalı ilə hey həvəslənir, hey
oxuyurdum".
Orta məktəbi bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyatdan
dərs deyən İ.Əfəndiyev 1935-1938-ci illərdə Qaryagin şəhər orta məktəbində coğrafiya
müəllimi işləmiş, eyni zamanda gənclərin təlim-tərbiyəsində, savadsızlığın aradan
qaldırılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasında fəallıq göstərmişdir.
Yazıçının formalaşmasında Qaryaginin ictimai və mədəni həyatı da az rol oynamamışdır.
Düzdür, 30-cu illərdə rayondakı mühit haqqında əlimizdə geniş məlumat yoxdur. Lakin
yazıçının öz xatirələri, məktəb və müəllim kollektivi, rayon ziyalıları haqqında əldə
etdiyimiz məlumatlar, rayon qəzeti səhifələrində dərc edilmiş müxtəlif məqalələr,
gənclərin həyatında və tərbiyəsində o illər çox mühüm rol oynamış dram kollektivinin
fəaliyyəti barədəki yazılar rayonun 30-cu illərdəki ictimai-mədəni həyatı haqqında
müəyyən fikir söyləməyə imkan verir.
Həyat və yaradıcılığının əsas tarixi
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Füzuli şəhərində anadan
olmuşdur.
1930-cu ildə orta məktəbi bitirdikdən sonra şəhər orta məktəbində və 2-ci dərəcəli partiya
məktəbində dil və ədəbiyyatdan dərs demişdir.
1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin
əyani şöbəsinə daxil olmuş, 1938-ci ildə qiyabi olaraq coğrafiya fakültəsini bitirmişdir.
1938-ci ilin axırlarında Bakıya gələn İlyas Əfəndiyev «Yeni yol», «Kommunist» və
«Ədəbiyyat qəzeti» redaksiyalarında işləmişdir.
İlk mətbu əsəri «Buruqlar arasında» oçerki 1938-ci ilin noyabr ayında dərc olunmuşdur.
30-cu illərin axırlarında xırda hekayələri ilə ədəbiyyata gələn yazıçının 1939-cu ildə
«Kənddən məktublar» adlı ilk kitabı Azərnəşr tərəfındən nəşr edilmişdir.
«Berlində bir gecə» adlı ilk hekayəsi «Ədəbiyyat qəzetində» (1939-cu il 26 yanvar) çap
olunmuşdur.
İlyas Əfəndiyev 1940-cı il yanvar ayının 10-da Yazıçılar İttifaqına qəbul olunmuşdur.
İlyas Əfəndiyev 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan «İntizar»
pyesini yazır. Əsər 1944-cü ilin dekabr ayında M.Əzizbəyov adına Azərbaycan Dövlət
Dram Teatrında tamaşaya qoyulmuşdur.
1946-cı ildə yazıçı özünün ilk müstəqil dram əsəri - «İşıqlı yollar» pyesini yazır.
Yazıçının 1947-ci ildə tamaşaya qoyulmuş «İşıqlı yollar» əsəri M.Əzizbəyov adına
Azərbaycan Dövlət Dram Teatrının 1948-ci ildə Moskva qastrolu zamanı paytaxt
tamaşaçılarının böyük rəğbətini qazanır.
İlyas Əfəndiyev 1949-cu ildə «Şərəf nişanı» ordeni ilə təltif olunmuşdur.
Yazıçının rus dilində ilk kitabı («Rasskazı») 1951-ci ildə Bakıda nəşr olunmuşdur.
Yazıçı 1958-ci ildə özünün ilk böyük nəsr əsəri olan «Söyüdlü arx» romanını yazmışdır.
İlyas Əfəndiyev Azərbaycan yazıçılarının II qurultayında (1954, aprel) «Azərbaycan
sovet dramaturgiyası», III qurultayında (1958, dekabr) isə «Azərbaycan
dramartugiyasının inkişafı haqqında» məruzələri ilə çıxış etmişdir.
Ədib 50-ci illərin axırlarından iri həcmli roman və povestlər yazmağa başlamış, «Söyüdlü
arx» (1958), «Körpüsalanlar» (1960), «Dağlar arxasında üç dost» (1963), «Sarıköynəklə
Valehin nağılı» (1976-78), «Geriyə baxma, qoca!» (1980), «Üçatılan» (1981), «Qaçaq
Süleymanın ölümü» (1993), «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» (1996)
əsərləri oxucular tərəfındən yüksək qiymətləndirilmişdir.
1960-cı ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülmüşdür.
1964-cü ildə tamaşaya qoyulmuş «Sən həmişə mənimləsən» pyesi ilə Azərbaycan
səhnəsində lirik-psixoloji dramın əsasını qoymuş, sonralar bu yolu «Mənim günahım»
(1967), «Unuda bilmirəm» (1968), «Məhv olmuş gündəliklər» (1969), «Qəribə oğlan»
(1973), «Bağlardan gələn səs» (1976), «Büllur sarayda» (1983), «Bizim qəribə
taleyimiz» (1988), «Sevgililərin cəhənnəmdə vüsalı» (1989) və s. pyesləri ilə davam
etdirmişdir.
İlk tamaşası 1968-ci ildə olmuş «Unuda bilmirəm» pyesi M.Əzizbəyov adına
Azərbaycan Dövlət Akademik Dram Teatrında 424 dəfə tamaşaya qoyulmuşdur.
Yazıçı Azərbaycan Milli Dram Teatrı üçün 20 pyes yazmışdır ki, bunların da 19-u artıq
uğurla tamaşaya qoyulmuşdur.
Azərnəşr 1969-73-cü illərdə yazıçının dörd cilddən ibarət «Seçilmiş əsərləri» kitabını
oxuculara təqdim etmişdir.
Müasir mövzulara daha çox üstünlük verən yazıçı 1971-ci ildə ilk dəfə tarixi mövzuda
«Mahnı dağlarda qaldı» pyesini yaratmışdır.
Yazıçı 1971-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.
İlyas Əfəndiyev 1972-ci ildə «Mahnı dağlarda qaldı» pyesinə görə Azərbaycanın Dövlət
mükafatına layiq görülmüşdür.
1974-cü ildə yazıçının anadan olmasının 60 illiyi təntənəli surətdə qeyd edilmişdir.
Yubileylə əlaqədar olaraq İlyas Əfəndiyev Oktyabr İnqilabı ordeni ilə təltif olunmuşdur.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli fərmanı ilə İlyas
Əfəndiyevə Azərbaycanın xalq yazıçısı adı verilmişdir.
1984-cü ildə yazıçının anadan olmasının 70 illiyi qeyd olunarkən ona Lenin ordeni
verilmişdir.
1984-cü ildə «Yazıçı» nəşriyyatı ədibin «Seçilmiş əsərləri»nin 6 cildliyini buraxmışdır.
1994-cü ilin may-iyun aylarında İlyas Əfəndiyevin anadan olmasının 80 illiyi təntənə ilə
qeyd edildi. Sənət adamları arasında o, ilk dəfə respublikamızın «Şöhrət» ordeni ilə
mükafatlandırılmışdır.
İlyas Əfəndiyev müxtəlif mövzularda yazılmış 400-dən çox məqalənin müəllifıdir.
Bu günə qədər yazıçının yalnız Bakıda Azərbaycan və rus dillərində 60-a yaxın kitabı
nəşr edilmişdir.
İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş və
Fəxri xiyabanda dəfn olunmuşdur.
2001-ci ilin mart ayında Respublika Prezidenti cənab Heydər Əliyev yazıçının xatirəsinin
əbədiləşdirilməsi haqqında sərəncam vermişdir.
2002-ci ildə «Çinar-Çap» nəşriyyatı yazıçının 7 cilddən ibarət «Seçilmiş əsərləri»ni
Azərbaycan dilində, 2 cilddən ibarət «Seçilmiş əsərlər»ni isə rus dilində çap etmişdir.
İLYAS ƏFƏNDİYEV HAQQINDA TANINMIŞLARIN FİKİRLƏRİ
HEYDƏR ƏLİYEV - Azərbaycan Respublikasının prezidenti
İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm də
yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. Onun kitablarında
həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəman əməyi, həm müasir kəndin həyatı, həm
də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks
edilmişdir. Öz yaradıcılığında yazıçı cəmiyyətimizin mənəvi təşəkkülünü və inkişafını diqqətlə
izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün də, gələcək həyat üçün də nümunə
olan adamların parlaq obrazlarını yaradır. O öz sənətkarlığı ilə zəhmətkeşlərin mənəvi
tərbiyəsində fəal iştirak edir.
SƏMƏD VURĞUN - Xalq şairi
İlyas Əfəndiyev əməkçilərin zəhmət birliyini böyük məhəbbətlə və hərarətlə təsvir edir, onların
zəhmətini parlaq və real boyalarla göstərir...
Biz «Bahar suları» əsərini onun şeriyyətinə görə sevirik, bir daha inanırıq ki, həyatımızda
yalnız maddi nəhənglər deyil, eyni zamanda yeni, zəngin, həm də gözəl bir insan mənəviyyatı
yaradılır.
NAZİM HİKMƏT - Beynəlxalq Sülh mükafatı laureatı, türk şairi
Azərbaycan sovet şeirinin təməlini qoymuş Süleyman Rüstəmlə Səməd Vurğunun, Rəsul
Rzanın arasında kökü dərinliklərə yayılması, gövdənin birliyi, yekparəliyi nöqteyi-nəzərindən bir
birlik, vahidlik, budaqların eyni göy üzünə ayrı-ayrı tərəflərdən uzanması nöqteyi-nəzərindən isə
ayrılıq vardır. Bir-birinə həm oxşayırlar, həm oxşamırlar. Mirzə İbrahimovla Hüseyn Mehdinin
nəsri haqqında da, ustad Cəfər Cabbarlının və İlyas Əfəndiyevin dramaturgiyası haqqında da
eyni şeyi söyləmək mümkündür.
MƏMMƏD ARİF - Akademik
İlyas Əfəndiyev hər cür milli məhdudluqdan uzaq bir yazıçıdır. Ədəbiyyatımızın
beynəlmiləlçilik, ümumbəşəri ideyalarına sadiq olan ədib, cəmiyyətdə müxtəlif millətlərdən olan
insanların necə qardaş kimi əlbir çalışıb, xoşbəxt yaşadıqlarını dövrümüzün ən böyük nailiyyəti
kimi təsvir edir.
MEHDİ HÜSEYN - Xalq yazıçısı
İlyas Əfəndiyev yenə də öz yaradıcılıq xüsusiyyətlərinə sadiq qalaraq, təbii insan
psixologiyasını təbii və sadə boyalarla göstərdiyi üçün «Atayevlər ailəsi» pyesi də bizim realist
dramaturgiyamızın sevindirici nailiyyətlərindən biridir.
MİRZƏ İBRAHİMOV - Xalq yazıçısı,akademik
Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rəngarəng gülüstan isə, İlyas Əfəndiyevin
yaradıcılığı bu gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar
toplu və dolğun bir çiçəklikdir.
İlyas Əfəndiyev yaradıcılıqda gözəlliyə, incəliyə, estetik zərifliyə meyl edən yazıçıdır. O, bədii
əsər üçün vacib xüsusiyyətlərə dilin ifadəli və obrazlı olmasına, xarakterlərin canlı və dolğun
çıxmasına, süjet və kompozisiya bütövlüyünə ciddi diqqət yetirir, böyük əmək sərf edir, bu da
nəticəsiz qalmır, onun əsərlərinin maraqlı, oxunaqlı olmasına kömək edir. Bu əmək və səyin
mükafatı isə oxucuların məhəbbətidir ki, İlyas onun azlığından şikayət edə bilməz.
SÜLEYMAN RƏHİMOV - Xalq yazıçısı
İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan sovet ədəbiyyatının münbit zəminindən doğan,
rişələnən, getdikcə köklənən qoşa qardaş kimi qoşalıqda yaradıcılıqdır. Bu yaradıcılıq istedadlı
nasirlə mahir dramaturqu birləşdirib, birlikdə söykək-söykəyə qaldırır... İlyas nəsri onun
dramartugiyasına, dramaturgiyası da onun nəsrinə dayaq durur, kömək göstərir. İlyasın nəsri də,
dramartugiyası da ahəngdardır, cazibədardır... Sən İlyas nəsrini oxuyursan, istər onun romanı,
povesti olsun, istərsə bir-birindən gözəl hekayəsi olsun, heç birisi səni - oxucunu yormur...
İlyas yaradıcılığında dramaturgiya, mənim aləmimdə fəxri yer tutur. Fəxri yer tutur, ona görə ki,
biz İlyas dramaturgiyasında böyük dramaturqumuz Cəfər Cabbarlı ənənələrinin mahir
davamçısını görürük.
MEHDİ MƏMMƏDOV - Xalq artisti,professor
Səhnə xadimlərini və tamaşaçıları cəzb edən, onların hissinə, düşüncəsinə qida verən budur ki,
İlyas artıq teatrın təbiətinə, səhnənin sirlərinə yaxşı bələd ola bilmişdir. O, mövzu seçməyi,
məntiqli süjet qurmağı, dramatik vəziyyətlər, xarakterlər yaratmağı, öz fikirlərini bəyanat yolu
ilə deyil, canlı hadisələrdə, yığcam dialoqlarda, əsl səhnə dili vasitəsilə ifadə etməyi gözəl
bacarır.
ƏLİ VƏLİYEV - Xalq yazıçısı
İlyas Əfəndiyev bir sənətkar kimi həmişə həyatın işıqlı cəhətlərinə xüsusi diqqət verir və
qələmə alır. Onun qəhrəmanları dövrümüzün qabaqcıl adamlarıdır. Bu qəhrəmanlar yaşayıb
yaratmaqdan, xarüqələr yaratmaqdan həzz alırlar. Yüksək mədəniyyət, gözü-könlü tox, halal
əməklə ömür sürən, əliəyrilərə, gözüdağmıqlara, vəziyyətdən sui-istifadə edən şöhrətpərəstlərə
qarşı barışmaz olan bu adamlar ilk görüşdən oxucu və tamaşaçıların ürəyinə yol tapır, özünü
sevdirir.
İSMAYIL DAĞISTANLI - Xalq artisti
Azərbaycan Dövlət Akademik Dram teatrının son otuz ildəki inkişafını İlyas Əfəndiyevsiz
təsəvvür etmək mümkün deyil...
Onun pyeslərində həmişə təzə, təravətli görünən bir müasirlik var. Bu müasirlik isə həyatımızın
daxili məzmunundan, onu irəli aparan qəhrəmanların fəaliyyətindən və bu fəaliyyətin
konfliktlərindən, poeziyadan doğur... İlyas Əfəndiyevin dramaturgiyasında realizm və romantika,
sərt həyat həqiqətləri ilə şeriyyət həmişə vəhdət təşkil edir.
KAMAL TALIBZADƏ - Akademik
İlyas Əfəndiyev ən çox oxunan, sevilən, özü də heç kimə oxşamayan yazıçılarımızdandır. Onun
öz mövzuları, həyat hadisələrinə öz yanaşma yolları və üsulu vardır. Bu yaradıcılığını məşhur
edən problemlərində özünəməxsusluq, orijinallıq güclüdür. Ədib, adətən, hamı üçün aydın və
məlum olan həyat problemlərinə müraciət etməyi sevmir, gerçəkliyin elə həqiqətlərini, elə
məsələləri üzə çıxarmağı bacarır ki; onlar həm də yeni olur, ədəbi maraq oyadır, müasir
problemləri barədə düşünənləri hərəkətə gətirir və təsadüfı deyil ki, ictimai müzakirəyə,
mübahisəyə səbəb olurlar.
CƏFƏR XƏNDAN - Professor
«Bahar suları» əsəri müharibədən sonrakı kəndimizin real həyatından alınmışdır. Burada hadisə
və tiplər canlı və həyatidir. Yazıçı canlılığı yaratmaq üçün heç bir boyasını əsirgəməmişdir.
Əsərdə sovet adamlarının həyatında ola bilən və ya konfliktlər, tamaşaçını intizarda qoyan
səhnələr, bədii cəhətdən təsirli dialoq və monoloqlar vardır. Burada eşq və məhəbbət səhnələri də
adamların müasir zövqü ilə əlaqədar verilmişdir... Buradakı adamlar ümumi mənafeyini öz şəxsi
mənafeyindən üstün tutan şərəfli əməkdən zövq alan yeni adamlardır.
ƏLİ SULTANLI - Professor
«Atayevlər ailəsi» əsərində verilmiş müsbət surətlər əsl mənada xalq nümayəndələridir. Onların
mədəni səviyyəcə, zəka və düşüncə etibarilə mənfi surətlərdən nə qədər yüksək olduqlarını isbat
etməyə ehtiyac yoxdur...
Dramaturq maraqlı, həyati bir süjet seçmiş, burada insanların əlaqələrini, təbiətlərindəki
ziddiyyətləri, rəğbət və mütəqabil münasibətlərini vermiş, yaddaqalacaq obrazlar silsiləsi
yaratmışdır.
BƏXTİYAR VAHABZADƏ - Xalq şairi, akademik
İlyas Əfəndiyev daima yenilik hissi ilə çırpınan, hər təzə əsərində yeni bir söz deməyə çalışan,
müasir gəncliyi düşündürən məsələləri əks etdirən, özünəməxsus xətti ilə başqalarından seçilən
qələm sahibidir. Mən onu hələ müharibə illərində yazdığı lirik-romantik hekayələri ilə
sevmişəm. Bu sevgi ildən-ilə artmış, heç zaman azalmamışdır. Ona görə ki, İlyas adi həyat
hadisələrini olduğu kimi, adi şəkildə deyil, qeyri-adi tərzdə, romantik pafos və lirik incəliklə, bir
sözlə - sənətin ecazkar rəngləri ilə verməyi bacaran sənətkardır.
ƏKBƏR ÄĞAYEV - Tənqidçi, professor
İlyas Əfəndiyev müasirliyi dərindən duyan, orijinal, həssas yazıçıdır, onun qələmi,
istedadınınəkraredilməz xüsusiyyətləri öz təbiiliyi və aydınlığı ilə seçilir, əsərlərində incə bir
lirika, romantik vüsət vardır, dili axıcı, şəffaf və poetikdir. Buraya yazıçının mənəvi aləminin
dərinliklərinə baş vurmaq bacarığı da əlavə olunsa, gozümüz önündə İ.Əfəndiyevin yaradıcılığı
üçün səciyyəvi olan məziyyətlərin geniş və əlvan mənzərəsi açılır...
İlyasın yaradıcılığı həmişə fəal vəziyyətdədir, daim hərəkət və inkişafdadır, yeni əsərlərlə
zənginləşir və dolğunlaşır.
CƏLAL MƏMMƏDOV - Yazıçı
İlyas Əfəndiyev müasirlərimizdən yazır. Cəmiyyətin inkişafının müxtəlif mərhələlərində
inqilabın qələbəsi və elmi-texniki inkişafla əlaqədar qarşıya çıxan mürəkkəb ictimai-siyasi,
iqtisadi-mədəni, mənəvi-əxlaqi problemlərin həlli yolunda çalışan, axtaran müasirlərimizin
ictimai fəaliyyəti və daxili aləmləri onun əsas bədii tətbiq hədəfidir.
BƏKİR NƏBİYEV - Akademik
İlyas Əfəndiyev ən aktual mövzularda maraqlı səhnə əsərləri yazan dramaturq kimi məşhurdur.
Heç bir statistika tədqiqatı aparmadan deməyə tam əsasımız var ki, Azərbaycan teatrının
repertuarındakı əsərlərinin sayı etibarı ilə o, müasir dramaturqlarımız arasında birinci yeri tutur...
İ.Əfəndiyev əsərlərində insani borc, vətəndaş vəzifəsi, fərdi və cəmiyyətin qarşılıqlı
münasibətləri, ailə və əxlaq problemləri barədə həmişə təravətli söhbət açır, öz qənaətlərini məhz
yeni bədii obrazlar vasitəsilə, özünəməxsus orijinal üslubda ifadə edir.
QULU XƏLİLOV - Professor
Onun bütün hekayələri, oçerkləri, dramları, roman və povestləri, kino ssenariləri, məqalələri -
tam halda yaradıcılığı müasir həyatın duru və şəffaf çeşməsindən su içmişdir... Onun bütün
əsərlərində əsas, aparıcı problem müasir insan, bu insanın psixoloji, əxlaqi cəhətdən
formalaşması, onun davranışı, fikir və düşüncələri, mənəvi dünyasıdır.
SƏİD RÜSTƏMOV - Xalq artisti, bəstəkar
Cəsarətlə deyə bilərəm ki, böyük dramaturqumuz Cəfər Cabbarlıdan sonra teatrımız üçün
yananlardan biri də İ.Əfəndiyev olmuşdur. Onun bütün əsərlərində... aləlvan rənglərə, naxışlara
rast gəlirik... O, zəngin təfəkkürə, geniş müşahidə qabiliyyətinə malik sənətkarlardandır. Həm də
mən deyərdim ki, elə bəstəkar qəlbli sənətkardır. Onun dram əsərlərindəki müsbət obrazlar təkcə
xarakterləri ilə deyil, bəzən lirik,kövrək mahnıları ilə də yadda qalırlar.
İSMAYIL ŞIXLI - Xalq yazıçısı
İlyas Əfəndiyev insanların şüurunda və psixologiyasında baş verən təbəddülatı əks etdirməyə
çalışan, psixoloji ziddiyyət və çarpışmaları əsərlərin mərkəzi konfliktinə çevirən yazıçıdır. Onun
əsərlərində, xüsusilə pyeslərində xarici toqquşmalar, zahiri effekt xatirinə düzəldilmiş səhnələr
yoxdur. O, həmişə qəhrəmanların səciyyəsini, onların həyata, ictimai hadisələrə münasibətini
psixoloji cəhətdən araşdırır, çox zaman ilk baxışda xırda, intim görünən konfliktləri genişləndirib
siyasi məna və mahiyyətlə zənginləşdirir.
HÜSEYN ABBASZADƏ - Əməkdar incəsənət xadimi, xalq yazıçısı
Mən İlyas Əfəndiyevin «Sarıköynəklə Valehin nağılı» romanının oxucular və ədəbi ictimaiyyət
tərəfindən hərarətlə qarşılanmasının əsas səbəbini onun bədii keyfıyyətində, sənətkarlıqla
yazılmasında görürəm. Xalqı narahat edən problemlərə toxunmaq, onlardan bədii əsərlərdə
vətəndaşlıq məsuliyyəti ilə söz açmaq vacib şərtlərdəndir və bu, ədəbiyyatın zəruri
vəzifələrindən biridir..
Romanda hadisələr dramatik gərginlik və ardıcıllıqla bir-birini izləyir, dərin maraq hissi ilə
oxucunu arxasınca aparır.
Müasirlik böyük şərtdir.
YAŞAR QARAYEV - AMEA-nın müxbir üzvü
Yazıçı İ.Əfəndiyev son illər nəsr sahəsində daha məhsuldar və səmərəli işləmişdir. Onun povest
və romanları, xüsusən, əxlaqi-psixoloji problemlərin qoyuluşu və həlli sahəsində, müasir
nəsrimizin axtarış və nailiyyətlərini ən yaxşı əks etdirən əsərlərdəndir. Sevindirici haldır ki,
İ.Əfəndiyevin son pyesi də bu nəsrin nailiyyətləri zəminində və səviyyəsində yazılmışdır.
Məhz buna görədir ki, «Sən həmişə mənimləsən» pyesi ədəbi həyatımızda yeni söz,
müvəffəqiyyətli bir hadisə olub lirik, perspektivli dramaturgiya, müasir psixoloji teatr yaratmaq
yolunda yaxşı bir təşəbbüs, təcrübə kimi də səslənə bilmişdir.
SEYFULLA ƏSƏDULLAYEV - Professor
Müasirlik və novatorluq İlyas Əfəndiyev yaradıcılığının mühüm məziyyətlərindəndir. Yenilik
hissi onda qüvvətlidir. O, daim axtarışda olan məzmun, mövzu və bədii formalarla
ədəbiyyatımızı zənginləşdirməyə çalışan yazıçılardandır. İlyas Əfəndiyev romantik üslubda
yazılmış hekayə və povestlərin, psixoloji dramların və lirik səpkili realist romanların müəllifıdir.
Liriklik, romantika, psixoloji təhlil onun yaradıcılıq üslubunun ana xəttidir.
ƏLİ ZEYNALOV - Xalq artisti
Ümumiyyətlə, bir oxucu kimi mənə elə gəlir ki, İlyasda lirik əhval-ruhiyyə dəmir ağacın həyat
eşqi kimi güclüdür. Amma yaxşı ki, heç vaxt lirikaya nə isə lirik bir səhnə və yaxud vəziyyət
yaratmaq xatirinə meyl etmir. Onun lirikası qəhrəmanların psixoloji vəziyyəti ilə və bilavasitə
yaranmış zəruri situasiya ilə bağlı olur.
AMALYA PƏNAHOVA - Xalq artisti
İlyas Əfəndiyevin yaratdığı surətlərdə bir kövrəklik, yanğı və yanıqlıq var. «Unuda bilmirəm»də
Nərmini xatırlayın. Görün bu qız necə də məhəbbəti dünyada hər şeydən üstün tutur. Onun üçün
məhəbbət həyat deməkdir. Bu rolda mən 250 dəfədən çox səhnəyə çıxmışam. Hər dəfə də
Nərmindən ayrılıb Amalya olanda təəssüflənmişəm. Həyatdan götürülmüş belə obrazları qələmə
alan İlyas Əfəndiyev, şübhəsiz ki, ürəyinin bütün hərarətini onlara bəxş etmişdir.
LYAS ƏFƏNDİYEVİN AFORİZMLƏRİ
Teatr həmişə mənəvi yüksəliş aynası olmuşdur
Əgər kiçik lirik şeir həqiqi sənət əsəridirsə o heç zaman ictimai fikirdən kənarda qala bilməz.
Əsrlərin sınağından çıxmış lirika həqiqi sənətin qanadıdır, ruhudur
Əgər sən istedadlısansa, amma zəif, ortabab əsər yazmısansa, tarix, zaman, gələcək nəsillər səni
bağışlaya bilərlər. Lakin sən xalqın sənətkarı olmaq iddiasındasansa, yalan yazırsansa taledən
möcüzə, imdad gözləmə.
Tam inkişaf etdikdə insan təbiətə yaxınlaşır, onun sirlərinə daha dərindən valeh olmağa başlayır,
özünü və özü ilə bağlı olan cəmiyyəti daha dərindən dərk
Əgər əsər qurudursa, oxucuda heç bir emosional təsir oyatmırsa, demək əsər deyil və bu barədə
danışmağa dəyməz.
Bizim baş mövzumuz insanın gələcək uğrunda fəaliyyətidir.
Anlaşılmayan, izah edilə bilməyən novatorluq yoxdur. Yalançı novatorluq istedadsızlıq
əlamətidir.
Xalqın ümumi idealı ilə bağlı olan, onun həyatına işıq saçan hər bir yazı tərzi, hər bir janr
xeyirlidir.
Yazıçının hər şeydən əvvəl, istedadı olmalıdır, bu bir; yüksək savadı olmalıdır – yəni dünya
ədəbiyyatının ən yaxşı nümunələrinə bələd olmalıdır, daha dəqiq desək, yazdığından çox mütaliə
etməlidir, bu iki; böyük mədəniyyəti olmalıdır, bu da üç.
Bədii dil yazıçı istedadının aynasıdır. Sənətdə istedad - yalnız insana, heyvana, bitkiyə deyil,
daşa, torpağa, qumlu çöllərə, okeanı yerindən oynadan fırtınalara da can, ruh verməkdir.
Vicdan rahatlığı hər şeydən gözəldir.
İstəksiz, məhəbbətsiz həyat gec-tez ikiüzlülüyə, saxtakarlığa, yalana çıxaracaq.
O evdə ki, səmimiyyət yoxdur, orada həyat yoxdur.
Vətən borcu, Vətən şərəfi o qədər böyük, o qədər müqəddəs bir hisdir ki, ona əmr etmək olmaz.
Bəşəriyyətin tarixi təkrar-təkrar göstərir ki, xalqı və onun azadlığını öldürmək, məhv etmək
olmaz.
İstər elmdə, istərsə də sənətdə irəliyə, yüksəlişə doğru yolu həmişə böyük istedadlar açmışlar.
Tənqidçi həqiqi sənətkarı onun özündən də dərin duyub dərk etməlidir. Onu kəşf etməlidir (əgər
yazıçı bu kəşfə layiqdirsə).
Hansı formada yazırsansa yaz, lakin sənətkarlıqla, ürəklə yaz. Həyatı, onun doğurduğu
psixologiyanı duyaraq, onun dərinliklərinə nüfuz edərək yaz.
Həqiqi sənətkarın qarşısında onun mənsub olduğu xalqın həyatı bir dərya kimi dayanmışdır.
Vətən məni köməyə çağırır. Mən onun övladıyam. Mən onun çağırışına çatmasam
cəhənnəmlərə məhkum bədnam bir məxluq olaram.
Əgər yeddi canım olsaydı onun yeddisini də Vətənə qurban verib məhəbbətimdən keçməzdim.
Lakin böyük yaradan bizə bir can verib.
Dünyada böyük ədəbiyyatlar da, böyük sənətkarlar da çoxdur. Lakin hər bir həqiqi sənətkarı
yaşadan, birinci növbədə onun əsərləri və xalqıdır.
Sənətdə qəlbin, ürəyin odu sənətkarın istedadıdır, qəlbləri riqqətə gətirən, ya qəzəbləndirən də
bu əsrarəngiz qüvvədir.
Azərbaycan xalqı nəcib olduğu qədər də istedadlıdır, cəsurdur, mərddir.
Öz Vətəninin keçmişini, indisini bilməyən, sevməyən adam ləyaqətli, bütöv insan ola bilməz.
Sənətdə dahiliyin birinci sirri səmimiyyətin, ağıl və ehtirasın dərinliyində, idealın humanist
mahiyyətindədir.
Həqiqi gözəllik üçün vicdan rahatlığı, vicdan saflığı lazımdır. Gözəllik həyatın ahəngidir, o
saxtakarlıqla uyuşa bilməz.
Müasir mövzu həqiqi, canlı, dolğun həyat deməkdir. Müasir mövzu müasir istedadlar
deməkdir.
Məsələ əsərin həcmində deyil, onun bədii dəyərində, ictimai mənasındadır.
Azərbaycan ədəbiyyatı – tarixi, kökü olan bir ədəbiyyatdır. Bayağı ədəbiyyat isə zamanın
hökmü ilə ölümə məhkum olur, yəni o ötəridir, əbədi deyil.
Müəllif öz adına və oxucuya hörmət etməlidir.
Bədii formaları əbədi, sabit meyarlar kimi qəbul etmək olmaz.
Hər bir sənətkar üçün mütaliə, müasir elmlərə, dünya ədəbiyyatına bələd olmaq, onun istedadı
qədər vacib və zəruridir.
Müasirlik sənətin mayasıdır.
Keçilmiş yollardan keçənlərin izi çətin seçilər və tezliklə silinib gedər.
Dahi sənətkarların həqiqi varisi xalqdır
Yazıçılıqda novatorluq, yeni yazı manerası və başqa cəhətlərlə bərabər, eyni zamanda yeni
insan xarakterləri kəşf etmək deməkdir.
Öz xalqının ruhunu ifadə etməyən əsər başqa xalqlara da təsir edə bilməz.
İLYAS ƏFƏNDİYEV DRAMATURGİYASININ KİTABXANALARDA TƏBLİĞİ
Azərbaycan Prezidenti İlham Əliyev İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi
haqqında sərəncam imzalayıb.
Bununla əlaqədar olaraq kitabxanalar xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr
olunmuş tədbirlər planı hazırlanmalı, yubileyi yüksək sıviyyədə keçirilməlidir.
Tədbirlər planında klassik ədəbi fikrin böyük ənənələri zəminində öz üslubunu yaradan sənətkar
kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr vermiş İlyas Əfəndiyevin yubileyinə həsr
olunmuş sərginin, foto-sərgilərin, sual-cavab gecəsinin, söhbətlərin, konfransın keçirilməsinə
xüsusi önəm verilməli və bu tədbirlərin keşirilməsində sitatlardan istifadə etməlidirlər.
İlk növbədə ədibin irsinin təbliği ilə bağlı yazıçının yazdığı əsərlərin sərgisini tərtib edə bilərik.
Sərgini müxtəlif başlıqlarla adlandırmaq olar. "İlyas əfəndiyev - 100", "Böyük mədəniyyətin
övladı - İlyas Əfəndiyev", "Azərbaycan ədəbiyyatının böyük siması", "İlyas Əfəndiyev -XX əsr
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir" və s.
Sərginin nümunəsini təqdim edirik:
________1_______
__________2________
___________3___________
______4_______
_______5_______ ________6_______
_______7_______ ________8_______
_______9_______ ________10______
_______11______ ________12______
1. Başlıq - İlyas Əfəndiyev - 100"
2. Portret.
3. Sitat - "Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev
dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur".
4.Yarım başlıq - Əsərləri.
5.İlyas Əfəndiyev - ""Atayevlər ailəsi"(1954)
6.İlyas Əfəndiyev - "Sən həmişə mənimləsən", yaxud "Boy çiçəyi"
7. İlyas Əfəndiyev -
"Unuda bilmirəm"
8. İlyas Əfəndiyev - "Məhv olmuş gündəliklər"
9. İlyas Əfəndiyev - "Mahnı dağlarda qaldı"
10. İlyas Əfəndiyev - "Büllur sarayda"
11. İlyas Əfəndiyev - "Hökmdar və qızı"
12. İlyas Əfəndiyev - "Sarıköynəklə Valehin nağılı"
Sərgidə verilmiş sitatlar
İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm də
yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır.
Ulu öndər Heydər Əliyev.
İlyas Əfəndiyev yaradıcılıqda gözəlliyə, incəliyə, estetik zərifliyə meyl edən yazıçıdır.
Xalq yazıçısı,akademik Mirzə İbrahimov.
İlyas Əfəndiyev ən aktual mövzularda maraqlı səhnə əsərləri yazan dramaturq kimi məşhurdur.
Akademik Bəkir Nəbiyev.
Bütün bunlarla yanaşı İlyas Əfəndiyevin yaradıcılığını daha yaxından tanıtmaq üçün
kitabxanada oxucular arasında sual-cavab gecəsi keçirmək olar. Sual-cavab gecəsi kitabxanaçı
tərəfindən təşkil olunur və oxuculara suallar təqdim olunur. Gecədə İlyas Əfəndiyevin
əsərlərindən ibarət ədəbiyyat siyahısı sərginin yanında asılır. Suallar aşağıdakı kimi təşkil oluna
bilər:
1. Uşaqlar, lyas Əfəndiyev kimdir?
İlyas Əfəndiyev ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan yazıçıdır.
2. İlyas Əfəndiyevin ilk müstəqil dram əsəri hansıdır?
İlyas Əfəndiyevin ilk müstəqil dram əsəri - «İşıqlı yollar» pyesidir.
3. İlyas Əfəndiyevin ilk böyük nəsr əsəri hansıdır?
İlyas Əfəndiyevin ilk böyük nəsr əsəri olan «Söyüdlü arx» romanını yazmışdır.
4. İlyas Əfəndiyevin hansı əsərləri ilə tanışsınız?
İlyas Əfəndiyevin zəngin nəsrinə "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç
dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan" və s. roman və
povestləri, dramaturgiyasına "İşıqlı yollar", "Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə
mənimləsən", "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Qəribə
oğlan", "Mahnı dağlarda qaldı", "Bağlardan gələn səs" və s. daxildir.
5. 1972-ci ildə hansı əsərinə görə yazıçı Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür?
İlyas Əfəndiyev 1972-ci ildə «Mahnı dağlarda qaldı» pyesinə görə Azərbaycanın Dövlət
mükafatına layiq görülmüşdür.
6. Tanınmış yazıçı nə vaxt vəfat edib?
İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş və Fəxri
xiyabanda dəfn olunmuşdur.
Sual-cavab gecəsinin sonunda kitabxanaçı uşaqlara diqqətli olmalarına görə öz təşəkkürünü
bildirir, sualları düzgün cavablandıran oxucunu mükafatlandırır və İlyas Əfəndiyevin həyat və
yaradıcılığı haqqında daha dərindən maraqlanmalarını tövsiyə edir.
Oxucuların sevdiyi sərgilərdən biri də foto sərgilərdir. İlyas Əfəndiyevin həyatının müxtəlif
anlarını özündə əks etdirən foto sərgimizi sizə təqdim edirik.
Ilyas Əfəndiyevi oxuculara yaxından tanıtmaq və sevdirmək üçün oxucu konfransların
keçirilməsi yaxçı olardı. Oxucu konfransı maraqlı keçməsi üçün kitabxanaçı məruzə və çıxışlara
ziyalıları cəlb etməlidir. Konfransda yazıçı, daramaturqun həyat və yaradıcılığı haqqında
kitabxanaçı və ya fəal oxuculardan biri məruzə edə bilər.
Kitabxanalarda təşkil edilən oxucu konfranslarının mövzuları təxminən bu cür başlıqlar altında
verilə bilər:
"İlyas Əfəndiyev sənəti milli-mənəvi dəyərlərimizin güzgüsüdür", "Həmişəyaşar sənətkar - İlyas
Əfəndiyev", "Dramaturgiyamızda lirik - psixoloji janrın banisi "və s.
Tədbirlərin daha maraqlı keçməsi üçün internet şəbəkəsindən istifadə edərək və ya disk vasitəsi
ilə İlyas Əfəndiyevin əsərləri əsasında bədii film, teatr tamaşasından birinin nümayişini təqdim
etmək olar.
Kitab təbliğində oxucularla aparılan söhbətlərin əhəmiyyəti də az deyil. Beləki, İlyas
Əfəndiyevin 100 illik yubileyi münasibətilə təşkil olunmuş kitab sərgisinin qarşısında oxucularla
yazıçının həyat və yaradıcılığı, yazdığı povest, roman və pyeslər haqqında söhbətlər aparmaq
olar. Söhbəti kitabxanaçı aşağıdakı kimı başlaya bilər:
"Əziz oxucular!" Ədəbiyyat xəzinəmizdə özünə layiqli yer tutan, yeniləşən gənc nəsillərin ədəbi-
estetik, vətənpərvərlik və vətəndaşlıq mövqeyinin, nəcib və xeyirxahlıq hisslərinin aşılanmasında
İlyas Əfəndiyev yaradıcılığı mühüm yer tutur. XX əsr ictimai fikrinin klassik nümayəndəsi,
Azərbaycanın Xalq yazıçısı, nasir və dramaturq, Azərbaycan ədəbiyyat tarixində parlaq iz qoyan
İlyas Əfəndiyevin yaradıcılığı bu gün də öz dəyərini qoruyub saxlayır. Onun yaradıcılığı
ədəbiyyat çərçivələrindən çıxaraq, incəsənətin digər sahələrinə siraət edib. Bu gün Azərbaycan
teatrını onun yaradıcılığından kənar təsəvvür etmək olmaz. Ədibin yaratdığı bir çox pyeslər öz
zənginliyi, qaldırılan problemlər ilə həmişə tamaşaçıda maraq oyadır. Onun əsərlərinin ekranlara
yol açması da bu baxımından qaçılmaz idi. “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə
mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Büllur
sarayda” kimi əsərləri sənət aləmində Azərbaycan teatr səhnəsində öz sözünü dedi. Təbii ki, bu
cür insan problemini qabartmış əsərlər teatr səhnələrindən yan keçə bilməzdi.Bəzən tərəddüd
edən, bəzən səhvə yol verən, sevməyi bacaran, sevgisini boğan, məqsədli, şübhələr içində
boğulan müxtəlif xarakterli, öz içində özü ilə mücadilə edən qəhrəmanları ilə real insan cizgiləri
yaratması onun əsərlərinin sevilməsinə səbəb olub.
Məhz bu səbəbdəndir ki, 1949-cu ildə Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti və bütün
sənətsevərlər Azərbaycan Dövlət Dram Teatrının 75 illiyini təntənə ilə qeyd edərkən, səhnə
sənətinin inkişafındakı xidmətləri nəzərə alınaraq İ.Əfəndiyev “ Şərəf Nişanı” ordeni ilə təltif
edilib.
Müəllif, zaman keçdikcə əsərlərində tarixi mövzulara yer ayırmağı bir vətəndaş kimi dərindən
anlayır və bir çox tarixi əsərlər yaradır. “Xurşidbanu Natavan”, “Şeyx Xiyabani”, “Mahnı
dağlarda qaldı”, “Tənha iydə ağacı”, “Hökmdar və qızı” kimi pyesləri bu qəbildən hesab etmək
olar.
Kamal Talıbzadə yazır: “İlyas ömrünün axırına qədər evlənmədi, baxmayaraq ki, çox cavan ikən
dul qalmışdı, həm də gözəl, yaraşıqlı kişi idi... Övlad üçün özünü oda-közə vuran, onun üçün
xoşbəxt gələcək haqqında düşünən narahat ata idi... Oğullar da atalarına borclu qalmadılar,
atalarını sözün əsl mənasında yaşatdılar”.
Övladları onun yolunu layiqincə davam etdirirlər. Ədəbiyyatımızın, mədəniyyətimizin,
incəsənətimizin keşiyində dururlar. 90 illik yubileyini qeyd edən Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin rektoru, professor Timucin Əfəndiyevin rəhbərliyi altında bu ali
təhsil ocağı öz yubileyi ilə birgə böyük ədibin 100 illiyini də qeyd edir.
İlyas Əfəndiyev Azərbaycan nəsrinin canlı, təravətli, bədii surətlər, əlvan təsvir və incə
təfərrüatla zəngin dramaturgiyamızın lirik -psixoloji üslubunun inkişafında əvəzsiz xidmətləri
olmuşdur. Onun ədəbiyyatın bir çox sahələrində novator qələm sahibi hesab etmək daha dəqiq
olardı. Onun yaradıcılığında ifadə edilən bədii fikirlər öz təravətini daima qoruyur, oxucu və
tamaşaçıların, tənqidçi və tədqiqatçıların, ədəbiyyatşünasların həmişə şərəflə adını çəkdiyimiz
ədəbi simamızdır.
Ədəbiyyat siyahısı.
1. Aydınlıq gecələr. Povest və Hekayələr. Red. Adil Əfəndiyev Bakı: Azərnəşr, 1945. 116 s.
5000 nüsxə.
2. Bahar suları. Pyes. Red. İ.Şəms. Bakı: Azərnəşr, 1955. 76 s. 5000 nüsxə.
3. Bizim qəribə taleyimiz. Red. M. Hüseynova. Bakı: Yazıçı, 1989. 533 s. 20 000 nüsxə.
4. Ceyran ovu. Hekayələr. Red. Məmməd Namaz. Bakı: Gənclik, 1994. 101 s. 25 000 nüsxə.
5. Dağlar arxasında üç dost. Roman. 2-ci nəşri. Red. Z.Qiyasbəyli. Bakı: Azərnəşr, 1967. 364 s.
18 000 misxə.
6. Dağlar arxasında üç dost. Roman. Red. Mirzə Müştaq. Bakı: Azənəşr, 1964. 376 s. 15000
nüsxə.
7. Geriyə baxma, qoca. Roman və komediya. Red. Cavad Zeynal. Bakı: Yazıçı, 1981. 356 s. 40
000 nüsxə.
8. Hekayələr. Red. Y.Əzimzadə. Bakı: Uşaqgəncnəşr, 1955. 104 s. 10 000 nüsxə.
9. Kənddən məktublar. Povest və hekayələr. Red. Sabit Rəhman. Bakı: Azərnəşr, 1939. 122s. 3
000 nüsxə.
10. Körpüsalanlar. Povest. Red. Rəna Şıxəliyeva Bakı: Uşaqgəncnəşr, 1960. 152 s.10 000 nüsxə.
11. Qırçı və qırmızı çiçək. Hekayələr. Red. Çingiz Əlioğlu. Bakı: Gənclik, 1981. 190 s.
50000 nüsxə.
12. Qoruqlarda. Kiçik yaşlı uşaqlar üçün hekayələr. Red. Ə.Babayeva. Bakı: Uşaqgəncnəşr,
1950. 52 s. l0000 nüsxə.
13 Pyeslər. Red. Ə.Rəcəbov Bakı: Uşaqgəncnəşr, 1949. 156s. 5 000 nüsxə.
14. Sarıköynəklə Valehin nağılı. Roman. 2-ci nəşri. Red. Sona Məmmədova Bakı, Gənclik,
1980. 327s. 35 000 nüsxə.
16. Seçilmiş əsərləri. Yeddi cilddə. 1-ci cild. Hekayələr. Baş redaktor Elçin. Redaktor Dilsuz.
Bakı: Çinar-Çap, 2002. 447s. 1500 nüsxə.
17. Seçilmiş əsərləri. Yeddi cilddə. 2-ci cild. Pyeslər. Baş redaktor Elçin. Redaktor Dilsuz. -
Bakı: Çinar-Çap, 2002. 472 s. 1500 nüsxə.
18. Seçilmiş əsərləri. Yeddi cilddə. 3-cü cild. Pyeslər. Baş red. Elçin. Red. Dilsuz. -Bakı: Çinar-
Çap, 2002. 624 s. 1500 nüsxə.
19. Seçilmiş əsərləri. Yeddi cilddə. 4-cü cild. Baş red. Elçin. Red. Dilsuz. Xatirələr. Povestlər.
Romanlar. Bakı: Çinar-Çap, 2002, 568s. 1500 nüsxə.
20. Seçilmiş əsərləri. Yeddi cilddə. 5-ci cild. Romanlar. Baş red. Elçin. Red. Dilsuz. Bakı: Çinar-
Çap, 2002. 616 s. 1500 nüsxə.
21. Seçilmiş əsərləri. Yeddi cilddə. 6-cı cild. Romanlar. Baş red. Elçin, Red. Dilsuz. Bakı: Çinar-
Çap, 2002. 424 s. 1500 nüsxə.
22. Seçilmiş əsərləri. Yeddi cilddə. 7-ci cild. Məqalələr. Müsahibələr. Baş red. Elçin. Red.
Dilsuz. Bakı: Çinar-Çap, 2002. 568 s. 1500 nüsxə.
23. Seçilmiş əsərləri. 6 cilddə. 1-ci cild. Red. Cavad Zeynal. - Bakı: Yazıçı, 1984. - 364 s. -
40000 nüsxə.
24. Seçilmiş əsərləri. 6 cilddə. 2-ci cild. Red. Cavad Zeynal. - Bakı: Yazıçı, 1984. - 359 s. -
40000 nüsxə.
25. Seçilmiş əsərləri. 6 cilddə. 3-cü cild. Red. Cavad Zeynal. - Bakı: Yazıçı, 1984. - 380 s. -
40000 nüsxə.
26. Seçilmiş əsərləri. 6 cilddə. 4-cü cild. Red. Cavad Zeynal. - Bakı: Yazıçı, 1984. - 380 s. -
40000 nüsxə.
27. Seçilmiş əsərləri. 6 cilddə. 5-ci cild. Red. Cavad Zeynal. - Bakı: Yazıçı, 1984. - 345 s. -
40000 nüsxə.
28. Seçilmiş əsərləri. 6 cilddə. 6-cı cild. Red. Cavad Zeynal. - Bakı: Yazıçı, 1984. - 300 s. -
40000 nüsxə.
29. Seçilmiş əsərləri. Dörd cilddə. 1-ci cild. Red. S.Hüseynova. - Bakı: Azərnəşr, 1969. - 458 s. -
20 000 nüsxə.
30.Seçilmiş əsərləri. Dörd cilddə. 2-ci cild. Red. S.Hüseynova. - Bakı: Azərnəşr, 1970. - 306 s. -
20 000 nüsxə.
31.Seçilmiş əsəriəri. Dord cilddə. 3-cü cild. Red. Z.Qiyasbəyli. Bakı: Azərnəşr, 1973. 396 s. 20
000nüsxə.
32.Seçilmiş əsərləri. Dörd cilddə. 4-cü cild. Red. Z.Qiyasbəyli. - Bakı:Azərnəşr, 1973. - 396 s. -
20 000 nüsxə,
33. Seçilmiş əsərləri. İki cilddə. 1-ci cild. Red. Ə.Mehdiyeva. - Bakı: Azərnəşr, 1964. - 371 s. -
14 000nüsxə.
34.Seçilmiş əsərləri. İki cilddə. 2-ci cild. Red. Ə.Mehdiyeva. - Bakı: Azərnəşr, 1965. - 372 s. -
14 000 nüsxə.
35.Seçilmiş əsərləri. Red. Ə.Mehdiyeva. - Bakı: Azərnəşr, 1959. - 404 s. - 10 000 nüsxə.
36.Sən ey böyük yaradan. Red. Güldanə Əmrullah qızı. - Bakı: Şərq-Qərb, 1997.- 162 s. - 1000
nüsxə.
37.Söyüdlü arx. Povest və hekayələr. Red. İsmayıl Qarayev. - Bakı: Gənclik, 1974. - 362 s. - 20
000 nüsxə.
38.Seçilmiş əsərləri . 3 cilddə . Red. V. Əfəndiyev Bəhmənli, U.Rəhimoğlu; ön sözün müəl.
B.Nəbiyev.- I cild.-B.: Avrasiya Press, 2005. -280 s.
39.Seçilmiş əsərləri. 3 cilddə .Red. V.Bəhmənli, U.Rəhimoğlu; ön sözün müəl. B.Nəbiyev.- II
cild.-B.: Avrasiya Press, 2005. -280 s.
40. Seçilmiş əsərləri. 3 cilddə. Red. V.Bəhmənli, U.Rəhimoğlu; ön sözün müəl. B.Nəbiyev.- III
cild.- B.: Avrasiya Press, 2005.- 448 s.
Tərtib edəni: Metodika-biblioqrafiya şöbəsinin
böyük metodisti Əşrəfova Esmira
Redaktoru: Metodika-biblioqrafiya şöbəsinin
müdiri Həsənova Pəricahan
Dostları ilə paylaş: |