Èëéàñ ßôÿíäèéåâ
2
KBT: Я19:Ш5+Ш5(2=Аз)
UOT: 82(01)
Tərtibçi:
Gülbəniz Səfərəliyeva,
Əməkdar mədəniyyət işçisi
Redaktor
və buraxılışa məsul:
Kərim Tahirov,
professor,
Əməkdar mədəniyyət işçisi
Ön sözün müəllifi: Şirindil Alışanlı,
filologiya elmləri doktoru,
professor
İlyas Əfəndiyev: biblioqrafiya /tərt. G.Səfərəliyeva; red. və
bur. məsul K.Tahirov; ön söz. müəl. Ş.Alışanlı; Azərbaycan Milli
Kitabxanası.- Bakı, 2014.-512 s.
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri”
seriyasından hazırladığı XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazı-
çısı, respublika Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi İlyas
Məhəmməd oğlu Əfəndiyevin həyat və fəaliyyətindən bəhs edən biblioqrafik
göstəriciyə 1938-2014-cü illərdə dərc olunmuş materiallar daxil edilmişdir.
Vəsaitdə İlyas Əfəndiyevin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəx-
siyyətlərin onun haqqında fikirləri, əsərləri, həyat və yaradıcılığı haqqında
məlumatlar toplanmışdır.
Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və
geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN 978-9952-460-43-8
© Azərbaycan Milli Kitabxanası, 2014
Áèáëèîãðàôèéà
3
İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
2014-cü ilin may ayında Azərbaycanın xalq yazıçısı, respub-
lika Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Məhəm-
məd oğlu Əfəndiyevin anadan olmasının 100 illiyi tamam olur.
İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri zəmi-
nində öz üslubunu yaradan sənətkar kimi xalqımızın söz sənəti
xəzinəsinə dəyərli töhfələr vermişdir. Yazıçının bədii nailiyyət-
lərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə
səmərəli təsir göstərmişdir. Azərbaycan teatr səhnəsinin müasir
simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özü-
nəməxsus əhəmiyyətli yer tutur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsi-
nin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbiyyatın inkişafında
xidmətləri olan İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilmə-
sini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Na-
zirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan
Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Bir-
liyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı İlyas Əfəndiyevin
100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb
həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərən-
camdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 yanvar 2014-cü il
Èëéàñ ßôÿíäèéåâ
4
Tərtibçidən
2014-cü ildə XX əsr Azərbaycan ədəbiyyatı klassiki, Azər-
baycanın Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyevin ana-
dan olmasının 100 illiyi tamam olur. İlyas Əfəndiyev özünəməx-
sus orijinal bir yaradıcılıq yolu keçmiş, ölməz sənət nümunələri
yaratmış, yüzlərlə elmi-publisistik məqalələr yazmışdır. Görkəmli
ədibin çoxcəhətli yaradıcılığında onun dramaturgiyası qırmızı
xətlə keçir və bu səhnə əsərləri son 70 il ərzində ölkəmizin aparı-
cı teatrlarının repertuarının əsasını təşkil edir. Bu əsərlər bir neçə
aktyor nəslinin yetişməsində əhəmiyyətli rol oynamışdır. İlyas
Əfəndiyevin əsərləri dünyanın onlarca ölkəsində müxəlif dillərə
tərcümə olunmuşdur.
İlyas Əfəndiyev haqqında sonuncu biblioqrafiya 2002-ci ildə
nəşr edilmişdir (İlyas Əfəndiyev. Biblioqrafik göstərici /tərt.
Əmin Əfəndiyev.- Bakı: Çinar-Çap, 2002). Lakin son 12 il ərzin-
də görkəmli ədibin əsərlərinin və onun haqqında materialların
kifayət qədər çap olunduğunu nəzərə alaraq, Milli Kitabxana ya-
zıçının yaradıcılığını tam və küll halında işıqlandırmaq məqsədilə
bu fundamental biblioqrafik vəsaitin tərtibinə qərar vermişdir.
Milli Kitabxananın əməkdaşları tərəfindən tərtib olunan və
ədibin ədəbi-ictimai fəaliyyətini tam şəkildə əks etdirən bu bib-
lioqrafik göstərici 1938-2014-cü illərdə dərc olunan materialları
əhatə edir.
Göstərici 3 hissədən ibarətdir:
I hissə - İlyas Əfəndiyevin əsərləri;
II hissə - İlyas Əfəndiyev haqqında;
III hissə - köməkçi göstəricilər.
Vəsaitdə materiallar Azərbaycan və rus dillərində verilmiş-
dir. Digər dillərdə əsərləri və onun haqqında sənədlər ayrıca böl-
mədə
toplanmışdır.
Áèáëèîãðàôèéà
5
Göstəricidə “İlyas Əfəndiyevin müdrik deyimləri”, “İlyas
Əfəndiyev elm və mədəniyyət xadimləri haqqında”, “Elm və mə-
dəniyyət xadimləri İlyas Əfəndiyev haqqında” adlı bölmələrdə
verilmiş materialların
müxtəlif oxucu qruplarının marağına səbəb
olacağı da şübhəsizdir.
Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə kitabın
sonunda İlyas Əfəndiyevin əsərlərinin və onun haqqında yazan
müəlliflərin əlifba göstəricisi verilmişdir.
Biblioqrafik göstərici geniş oxucu kütləsi – tələbələr, tədqi-
qatçı-alimlər, bütün ədəbiyyat həvəskarları üçün nəzərdə tutul-
muşdur.
Yəqin ki, göstəricidə müəyyən çatışmazlıqlar da vardır. Gös-
tərici haqqında rəy və təkliflərini bildirən mütəxəssis və oxucu-
lara əvvəlcədən minnətdarlığımızı bildirərək, təklif və iradlarını,
rəylərini Milli Kitabxanaya göndərmələrini xahiş edirik.
Ünvan: AZ-1000, Bakı şəh., Xaqani küç. 57;
E-mail: contact@anl.az; URL: www.anl.az