Məsləhətçilər : Geologiya
və Minerologiya elmləri
doktoru,
professor,
şair Hikmət Mahmud
Pedoqoji
elmlər namizədi,
dosent
Knyaz
Aslan
Qəbələ rayon icra hakimiyyəti başçısının
1-ci
muavini
Abil
Ağasəfov
Redaktoru: Maşallah Quliyev “İcmal” qəzetinin
məsul
katibi
Şəlalə Məhyəddinqızı
QƏBƏLƏ QAFQAZIN İNCİSİ,
Bakı- “Oğuz Eli”-2009, 256 səh.
Kitabda Qəbələnin son illər ərzindəki inkişafından söz açılır. Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin və ölkə prezidenti İlham Əliyevin rayona səfərləri,
aparılan sosial-iqtisadi siyasətin real mənzərəsi faktların dili ilə əks etdirilir.
Burada eləcə də rayonun mədəni və təsərrüfat həyatı, tarixi abidələr və görkəmli
ziyalıları haqqında söhbət açılır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabdan hər
kəs Qəbələnin əsrarəngiz həyatı ilə bağlı məlumat ala bilər.
1206000000
Ş ----------------- 2009
036-09
©
Şəlalə Məhyəddinqızı
ÖN SÖZ
İstedadlı qələm sahibi Şəlalə Məhyəddinqızının zəngin və geniş faktiki dəlillər
əsasında qələmə aldığı bu kitab olduqca maraqlı və diqqətəlayiq bir əsərdir.
Müəllif Qəbələnin qədim tarixi,
onun elm, mədəniyyət və incəsənət sahələrində
tanınmış böyük şəxsiyyətləri, o dövrün insanlarının həyat tərzi, Qəbələnin qədim tarixi
abidələri barədə inandırıcı dəlillərlə oxucuya geniş və hərtərəfli məlumat verir.
Kitabın əlyazmasını oxuduqca bu kitabın dərin məzmunlu, sadə və geniş oxucu dilində
yazıldığının şahidi olursan. Zəngin faktiki materiallara
söykənən bu kitab ən dəyərli
əsərlərdən biri kimi diqqəti cəlb edir. Müəllif doğulduğu Qəbələ şəhərinin günü-gündən
gözəlləşdiyini, onun simasının müasir tələblərə uyğun tərzdə dəyişdiyini görür və qürur
hissi keçirir. O, Qəbələdə geniş tikinti və ticarət komplekslərinin yaradılmasını, böyük
quruculuq işlərinin aparılmasını, yeni-yeni park və yaşıllıqların salınmasını, bir sözlə
Qəbələ şəhərinin yüksəliş dövrü yaşadığını özünəməxsus güclü qələmi ilə təsvir edir.
Müəllif çox düzgün olaraq qeyd edir ki, bu yeniliklər və bu təqdirəlayiq inkişaf Ulu
Öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi
dövründən sonra mümkün
olmuşdur. Onun siyasi məktəbindən yetişmiş və Heydər Əlyev siyasətinin ən layiqli
davamçısı olan İlham Əliyevin rəhbərliyi dövründə isə bu xeyirxah əməllər daha da
geniş vüsət almışdır. Bu gün Azərbaycanın hər bir bölgəsi yüksək sosial-iqtisadi
inkişaf dövrünü yaşayır. Müəllif fikrini davam etdirərək yazır ki, belə bir sürətli inkişaf
təkcə Qəbələdə deyil, Azərbaycanın bütün bölgələrində böyük sürətlə davam etdirilir və
xalqımız tərəfindən bu xeyirxah əməllər çox yüksək dəyərləndirilir.
Şəlalə Məhyəddinqızı eyni zamanda Qəbələ bölgəsindən
Azərbaycan Milli Məclisinə
deputat seçilmiş, Qəbələ şəhərinin müasir səviyyədə abadlaşmasında, habelə Qəbələ
camaatına göstərilən qayğı və diqqətdə Fəttah Heydərovun xidmətlərini xüsusi qeyd edir
və onları yüksək qiymətləndirir.
Böyük şəxsiyyətlər silsiləsindən söz açan müəllif Qəbələdən yetişən hərbiçilərin,
ədəbiyyat və incəsənət xadimlərinin yaradıcılıq dünyasını açıqlayır və onların əməli
fəaliyyətini çox yüksək dəyərləndirir.
Belə böyük şəxsiyyətlərdən biri general-mayor və yazıçı İsmayıl bəy Qutqaşınlı
haqqında və onun əsərlərini tədqiq edən tanınmış ədəbiyyatçılar barədə öz fikirlərini geniş
oxucu auditoriyası ilə bölüşür. Müəllif, habelə Qəbələ torpağından pərvazlanan bir sıra
dünya şöhrətli elm xadimlərinin həyat və yaradıcııq fəaliyyətlərinə də xüsusi
diqqət
yetirir.
Bunlarla yanaşı kitabda el-oba uğrunda canlarını qurban vermiş Vətən igidlərinə
dövlətin qayğılarından da danışır. O cümlədən hər cür acı taleyi yaşayan öz əzizləri
haqqında belə müəllif böyük ürək ağrısı ilə söz açır.
Qadınların zəhmətkeşliyini, zərifliyini və xeyirxahlığını öz anasının simasında görən
müəllif yüksək qürur hissi keçirir və bütün analara olan məhəbbətini kövrək hisslərlə
oxucuya çatdırır.
Şəlalə Məhyəddinqızı qədim Qəbələnin inanc yerlərinə bu günün prizmasından baxır.
Qəbələ torpağında xeyli ibadətgahlar bu gün də xalqın böyük inam və etiqad yerinə
çevrilmişdir. Kitabda qeyd olunan bir sıra övliyalar, pirlər, ziyarət ocaqları barədə
insanları düşündürən ibrətamiz fikirlər diqqəti cəlb edir.
Qəbələnin bərəkətli torpağı, xalqın
adət-ənənələri, saysız-hesabsız bar-bəhrəli meyvə
bağları, insanların yığım yeri olan “Həftə-bazarı”, “Qoca Şabalıdın hekayəsi”, buranın
sənət fədailəri, o cümlədən xalçaçılıq sənəti, dadlı-ləzzətli süfrə yeməkləri barədə olduqca
zəngin məlumatlar kitabda öz geniş əksini tapmışdır. Qəbələnin sağlamlıq ocaqları,
təhsilin bu günki səviyyəsi və milli-mənəvi dəyərlərimiz haqqında da əsərdə yeni
məlumatlarla rastlaşırıq.
Kitab olduqca maraqlı, oxunaqlı, diqqəti cəlb edən və müasir oxucu tələbinə cavab
verən
yüksək səviyyəli, qiymətli bir bədii-tarixi əsərdir. Ümüdvaram ki, müəllifin səmimi
duyğularla qələmə aldığı bu əsər böyük oxucu auditoriyasının dərin rəğbətini qazanacaq
və bundan sonra da o, neçə-neçə dəyərli əsərləri ilə bizi sevindirəcəkdir.
Hikmət Mahmud
Professor, şair