Power Point 2019
Microsoft PowerPoint elektron təqdimat proqramının təyinatı və əsas xüsusiyyətləri. PowerPoint 2019 proqram pəncərəsi və onun əsas komponentləri. Elektron təqdimat və slaydlar.
PowerPoint elektron təqdimatlar nümayişlər hazırlamaq üçün istifadə olunur. Bu nümayişlərlə seminarlarda, mühazirələrdə çıxış edənlər öz çıxışlarını daha diqqətçəkən daha rəngarəng edirlər.
Current Slide (Cari Slayd) – Word sənədi səhifələrdən ibarət olduğu kimi Power Point proqramı da slaydlardan ibarətdir. Yəni Power Point-in əsas obyekti slayddır. Cari slayd isə hal hazırda ekranda görünən istifadəçinin mətn daxil edə biləcəyi obyektlər daxil edə biləcəyi slayddır.
Slides (Slaydlar) – pəncərənin sol tərəfində yer alır. Slides bölməsində slaydlar ardıcıl formada, ancaq kiçik ölçüdə görünür.
Notes Page (Qeydlər) – burada hər bir slayd haqda qeydlər yazmaq mümkündür.
Presentation View (Təqdimatın Görünüş Rejimləri) – Təqdimatın görünüş rejimlərini buradan dəyişmək olar. Burada 4 görünüş rejimi var. Normal, Slide Sorter, Reading View, Slide Show. Bu rejimlərin hər birini daha sonra ətraflı şərh edəcəyik.