Mühazirələrdə çıxış edənlər öz çıxışlarını daha diqqətçəkən daha rəngarəng edirlər



Yüklə 0,94 Mb.
səhifə1/12
tarix11.06.2023
ölçüsü0,94 Mb.
#116645
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   12
Ms PowerPoint 2019



Power Point 2019


Microsoft PowerPoint elektron təqdimat proqramının təyinatı və əsas xüsusiyyətləri. PowerPoint 2019 proqram pəncərəsi onun əsas komponentləri. Elektron təqdimat slaydlar.


PowerPoint elektron təqdimatlar nümayişlər hazırlamaq üçün istifadə olunur. Bu nümayişlərlə seminarlarda, mühazirələrdə çıxış edənlər öz çıxışlarını daha diqqətçəkən daha rəngarəng edirlər.






  1. Current Slide (Cari Slayd) – Word sənədi səhifələrdən ibarət olduğu kimi Power Point proqramı da slaydlardan ibarətdir. Yəni Power Point-in əsas obyekti slayddır. Cari slayd isə hal hazırda ekranda görünən istifadəçinin mətn daxil edə biləcəyi obyektlər daxil edə biləcəyi slayddır.

  2. Slides (Slaydlar) – pəncərənin sol tərəfində yer alır. Slides bölməsində slaydlar ardıcıl formada, ancaq kiçik ölçüdə görünür.

  3. Notes Page (Qeydlər) – burada hər bir slayd haqda qeydlər yazmaq mümkündür.

  4. Presentation View (Təqdimatın Görünüş Rejimləri) – Təqdimatın görünüş rejimlərini buradan dəyişmək olar. Burada 4 görünüş rejimi var. Normal, Slide Sorter, Reading View, Slide Show. Bu rejimlərin hər birini daha sonra ətraflı şərh edəcəyik.



Sürətli müraciət alətlər paneli vəziyyət paneli.


Sürətli Müraciət Alətlər Paneli (Quick Access Toolbar): Pəncərənin ən yuxarı sol küncündə yerləşir. Bu paneldə ən çox istifadə etdiyimiz əmrləri yerləşdirə bilərik. Və beləcə hansı tabda olmağımızdan asılı olmayaraq ən çox istifadə etdiyimiz əmrlər hər zaman əlimizin altında olar.
Vəziyyət Sətri (Status Bar): Pəncərənin ən aşağı tərəfində yer alır. Təqdimatda neçə slaydın olmasını, hal hazırda cari slaydın neçənci slayd olduğunu, yazının yoxlanma dilini, görünüş rejimlərini və miqyası əks etdirir.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə