Mühazirələrdə çıxış edənlər öz çıxışlarını daha diqqətçəkən daha rəngarəng edirlər


Obyektlərin animasiya effektləri. (Animation Tabı)



Yüklə 0,94 Mb.
səhifə7/12
tarix11.06.2023
ölçüsü0,94 Mb.
#116645
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
Ms PowerPoint 2019


Obyektlərin animasiya effektləri. (Animation Tabı)


Transition slaydlara hərəkət verdiyi kimi Animation da slaydın üzərindəki obyektlərə hərəkət verir. Animation tabı –
Preview(ön baxış), Animation(Animasiya), Advanced Animation(Təkmil Animasiya), Timing(vaxt) tab qruplarından ibarətdir.

  • Preview(ön baxış)- cari obyektə verilmiş animasiya effektinə baxmağa imkan verir.

  • Animation(Animasiya) – adından da məlum olduğu kimi seçilmiş obyektə animasiya effekti vermək üçündür. Animasiya effektləri 4 Qrupa bölünür: Enterance(Giriş)-obyekti slayda daxil edir,

Emphasis(Vurğu)-Obyekti vurğulayır, Exit(Çıxış)-obyekti slayddan xaric edir, Motion Path(Hərəkət Yolları) Animation tabının sağ aşağı küncündəki ox ilə bir kontekst menyu açılır. O menyunun bəzi əmrləri ilə tanış olaq.

Bu menyunun Timing bölməsinin bir çox əmri ilə az sonra Timing qrupunda tanış olacağıq. Orda olmayan əmrlərlə burda tanış olaq. Duration əmri ilə bağlı aşağıdakı şəkildə gördüyünüz seçimlər var. Bunlar Animasiyanın ekrana gəlmə müddətləridir.

  • Advanced Animation(Təkmil Animasiya)-bu qrupdakı əmrləri öyrənək. Add Animation-Bu düyməni kliklədikdə açılan pəncərədəki əmrlər Animation qrupundakı əmrlərlə eynidir. Tək fərq var ki, Animation qrupundan obyektə yalnız bir animasiya effekti tətbiq etmək mümkün olduğu halda buradan istənilən sayda effekt tətbiq etmək olar. Animation Pane- cari slayd üçün animasiya panelini açır, Trigger-Animasiya üçün xüsusi başlama şərtini təyin edir. Animation Painter- Seçilmiş obyektin animasiya effektini başqa bir obyektə tətbiq etmək üçündür.




  • Timing(Vaxt)-qrupunun əmrləri ilə tanış olaq.

1- Start əmri animasiyanın başlama formasını təyin edir. 3 forması var.
On Klick(kliklədikdə), With Previous(əvvəlki effektlə birlikdə), After Previous(əvvəlki effekt bitdikdən sonra).

  1. Delay əmri slayda verilmiş animasiya effektinin gecikmə müddətini bildirir.

  2. Duration animasiya effektinin baş vermə sürətini təyin edir. Duration formaları bunlardır: Very Slow, Slow, Medium, Fast, Very Fast. Delay əmri isə animasiya effektinin ləngimə vaxtını təyin edir.

  3. Repeat sahəsindən isə obyektə verilmiş animasiya obyektinin təkrarlanma sayını müəyyən edir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə