Mühazirələrdə çıxış edənlər öz çıxışlarını daha diqqətçəkən daha rəngarəng edirlər



Yüklə 0,94 Mb.
səhifə3/12
tarix11.06.2023
ölçüsü0,94 Mb.
#116645
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
Ms PowerPoint 2019

Clipboard(Mübadilə Buferi) – Bu qrupun bütün əmrlərini Word-dən bilirik.

  • Slides(Slaydlar) – Bu qrupun əmrləri bizim üçün yenidir. New Slide -Yeni slayd əlavə etmək (qısayolu: Ctrl+M bu əmri Ctrl+N ilə qarışdırmayın. N olan yeni təqdimat yaradır, M olan isə mövcud təqdimata slayd əlavə edir.) Başqa üsul ilə slayd əlavə etmək istəyiriksə, sonuncu slaydı seçib klaviaturadan ENTER düyməsini klik edəcəyik. New Slide əmrinin aşağı hissəsinə klik etdikdə yeni bir pəncərə açılır. Həmin pəncərədə olan Dublicate Selected Slides düyməsi vasitəsilə seçilmiş slaydın dublikatı yaradılır. Seçilmiş slaydın dublikatını klaviaturadan Ctrl+D düymələr kombinasiyası ilə yaradılır. Layout- mövcud slaydın strukturunu dəyişir. Reset - slaydın strukturunu əvvəlki vəziyyətinə qaytarır. Section - Slaydları bölmələrə bölür.

  • Font(Şrift) – Şiriftin ölçüsü susmaya görə 8-96 pt aralığında dəyişir, minimum şrift ölçüsü 1 pt, maksimum isə 4000 pt– qədər olur. Tanış olmayan əmrlər: Text Shadow - mətnə kölgə verir. Strikethrough - seçilmiş mətnin üzərindən xətt çəkir. Character Spacing - hərflər arasındakı məsafəni artırır və azaldır. Qalan əmrlərin hamsı bizə tanışdır.

  • Paragraph(Abzas) – Tanış olmayan əmrlər: Columns-slaydı sutunlara bölür, Text Direction-Mətni 90 və 180 dərəcə çevirir. Align Text-Mətni yazı sahəsinin yuxarısında, ortasından və aşağısından yazır, Convert to Smart Art Diagram-mətni smart art diaqramlarına çevirir. Bu diaqramlar haqda əvvəlki fəsillərdə geniş-geniş danışmışıq. Qalan əmrlərin hamısı bizə tanışdır.


  • Yüklə 0,94 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   12




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə