Mühazirələrdə çıxış edənlər öz çıxışlarını daha diqqətçəkən daha rəngarəng edirlər



Yüklə 0,94 Mb.
səhifə6/12
tarix11.06.2023
ölçüsü0,94 Mb.
#116645
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
Ms PowerPoint 2019

Fonts slayd şriftlərinin formasını dəyişir.

  • Effects Slayd effektlərini dəyişir.

  • Background Styles bu əmrlə mövzuya uyğun standart üslublardan istifadə etmək olar. Eyni zamanda Əmrin sağ tərəfində olan ox işarəsi ilə (Format Background) əmri ilə fərdi arxa fon üslubları yaratmaq olar.

  • Slide Size – Slaydın ölçülərini dəyişmək üçün istifadə olunur. Bu əmrin aşağı açılan menyusu aşağıdakı şəkildəki formadadır.

        1. Slides sized for - əmri vasitəsilə slaydların standart ölçüləri təyin olunur.

        2. Width - əmri ilə slaydın eni təyin olunur.

        3. Height - əmri ilə slaydın hündürlüyü təyin olunur.

    Slaydın eni hündürlüyü, maksimum 142,22 sm minimum isə 2,54 sm ola bilər

        1. Number Slides From - əmri ilə slaydın başlanğıc nömrəsi təyin olunur.

        2. Slide Orientation - əmri isə slaydın dikinə ya eninə olmasını tənzimləyir. Page Setup pəncərəsi ilə tanış olaq.




    • Format Background əmri ilə fərdi arxa fon üslubları yaratmaq olar.


    Slaydların açılış effektləri. (Transition Tabı)


    Slaydın açılış effekti dedikdə slaydın ekrana necə gəlməsi başa düşülür. Yəni slaydlara hərəkət effektlərinin verilməsidir. Transition Tabı – Preview(ön baxış), Transition to This Slide(Bu slayda keçid), Timing(vaxt) tab qruplarından ibarətdir.

    • Preview(ön baxış)- cari slayda verilmiş keçid effektinə baxmağa imkan verir.

    • Transition to This Slide(Bu slayda keçid)- adından da məlum olduğu kimi cari slayda keçid effekti vermək üçündür. Keçid effektləri 3 Qrupa bölünür: Subtle(Zərif), Exciting(Həyəcanlı), Dynamic Content(Dinamik məzmun). Qrupun sağ tərəfində olan Effect Options əmri keçid effektinin istiqamətini müəyyən edir.

    • Timing(vaxt) bu qrupun əmrləri ilə aşağıdakıları etmək mümkündür: Sounds – keçid effektlərinə səs əlavə edir, yəni slaydlararası keçidi səsli etmək mümkündür. Duration – keçid effektinin vaxtını tənzimləyir, yəni slaydın neçə saniyə ərzində nümayiş olunacağını təyin edir. Məsələn, effekt vermişik ki, slayd fırlana-fırlana gəlsin. Bu bölmədən slaydın nə qədər müddətdə fırlanmasını təyin edirik. Bura yaza biləcəyimiz zaman 59.00 saniyədir. Apply To All – cari slaydda olan keçid effektini zamanı və səsi bütün slaydlara tətbiq edir. On Mouse Click – bu bənd seçildikdə nümayiş zamanı slaydları həm klaviaturanın istiqamət düymələri ilə həm də mausun sol düyməsi ilə növbəti slayda keçirmək olur. Bu bənd seçilmədikdə isə mausun sol düyməsi qüvvədən düşür. After – bu düymə seçildikdə təqdimat zamanı bir slayddan digərinə keçid həm də avtomatik olaraq baş verə bilir. Növbəti slayda nə qədər müddətdən sonra keçid etmək lazım olduğu xanaya yazlır.




    Yüklə 0,94 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   12




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə