BOS XƏBƏR BÜLLETENİ
PAYIZ 2016
Baku Oxford
School
WWW.BAKUOXFORDSCHOOL.COM E-MAIL: INFO@BOS.EDU.AZ
TEL: +99412 4041330 FAX: +99412 4041329
Baku Oxford School Payız Bülleteni
2016 – 2017 Tədris İli
Hörmətli məktəb cəmiyyəti,
Sizin hamınızı, xüsusi ilə də aramıza qoşulan
yeni
valideyn
və
şagirdlərimizi tədris
ilimizinin birinci yarım ilində salamlayıram!
Məktəbimizdə şagirdlərimizin sayı 620 çatıb
və artmaqda davam edir. İnanırıq ki,
şagirdlərimizin sayının artması məktəbimizdə
tədrisin keyfiyyətinin və bütün kollektivin
səmərəli çalışmasının nəticəsidir. Bununla
əlaqədar olaraq, xəbər bülletenimizin bu
hissəsində məktəbimizdəki təlim və tərbiyənin
necə
aparılması
və
təlimatlandırıcı
qaydalarımıza müvafiq olmasını qeyd etmək
və bu haqda sizə məlumat vermək istəyriəm.
İlk bilməniz gərəkən önəmli məsələ odur ki,
biz dərslik/kitab vərdişli məktəb deyilik. Bu nə
deməkdir, yəni əlbətdə ki biz kitablardan
istifadə edirik, ancaq tədris proqramını əvəz
etmək ucun deyil, sadəcə istiqamət vermək
üçün. Bu iki anlayış tamamilə fərqlidir.
Kitablarda verilmiş məlumatlar şagirdlərin
imtahanlarda müvəffəqiyyətli olmaları üçün
kifayət deyil və lazımi təcrübə bacarıqlarını
şagirdlərimizə qazandırmır. Bütün beynəlxalq
qiymətlərndirmə üsulları və imtahanlar, istər
İSA
(Beynəlxalq
Məktəblərin
Qiymətləndirilməsi) istər sə də İGCSE (Tam
Orta Təhsil Haqqında Beynəlxalq Sertifikat)
nəzəriyyə deyil təcrübi bacarıqlar tələb edir.
Bütün dünyada və beynəlxalq məktəblərdə
müasir pedagoji təcrübə və araşdırmalara
əsaslanaraq təstiq olunmuşdur ki, uşaqlar
biliklərini
təcrübi
sınaqlar
əsasında
möhkəmləndirirlər. Mən başa düşürəm ki,
müəyyən dövrün insanları (mən özümü də bu
qrup insanlara daxil edirəm) oxuyan zaman,
təhsil tamamilə fərqli üsulla aparılırdı. Lakin
indi dövr dəyişib və uşaqlar müasir tələblərə
uyğun təhsil almalıdırlar. Daha dəqiq desək,
indiki uşaqların beyni bizim dövrün
strukturundan çox fərqlidir. Müasir məktəbin
üslünlüyü ondan ibarətdir ki, biz təhsildəki bu
fərqliliyi anlayır və qəbul edirik, və
şagirdlərimizin öyrənmə potensialını artırırıq.
Bununla biz dərslərdə, fərdi bacarıqları nəzərə
alaraq müxtəlif metodikadan istifadə edir və
sınanmış təcrübələri şagirdlərimizə aşılamağa
çalışırıq. Tətbiq etdiyimiz üsullardan əl çəksək,
o zaman şagirdlərimiz universitet və digər
istiqamətlərdə uğursuz ola bilərər.
Bu linkdə, 21-ci əsrin tədris tələbi haqqında
məlumatlar var və bizim təlim və tərbiyə
metodikamızı
özündə
əks
etdirir:
https://k12.thoughtfullearning.com/FAQ/what-are-
21st-century-skills
Şagirdlərimizə evdə dəstək olmaları üçün
valideynlərə il ərzində müxtəlif mövzularda
vorkşop/təlimlər təşkil edəcəyik. Təlimin günü
və mövzusu haqqında bütün valideynlərə
əvvəlcədən məlumat göndərəcəyik və tövsiyyə
edirik ki, hamı iştirak etsin. Xahiş edirik
bizimlə ünsiyyət qurun, sizi maraqlandıran
hər-hansı mövzu var sa bizə bildirin,
məktəbimizin inkişafı üçün sizin fikirləriniz
bizim üçün çox önəmlidir.
Alexander Simester
Page 1
BOS XƏBƏR BÜLLETENI
PAYIZ 2016
Erkən-İlkin Hazırlıq Mərhələsi
Hörmətli valideynlər Erkən-İlkin Hazırlıq
mərhələsinin payız xəbərləri səhifəsində
sizləri xoş gördük.
Birinci semestrin əvvəli çox məşğul və
səmərəli keçmişdir, şagirdlərimiz bir çox
biliklərə nail olmuşdurlar. Nursery qrupundakı
uşaqlar yeni mühitə uyğulmaşmış və bir-biri ilə
dostlaşmışlar, eyni zamanda ailə və dostlar
haqqında öyrənmişdirlər. Foundation 1 sinfi
insalnar və heyvanlar haqda, biləvasitə yaşayış
tərzləri
və
evləri
haqda öyrənmişlər.
Foundation 2 sinfi onları fənqləndirən xüsusi
cəhətlərə həsr edilmiş “Hər Şey Mənim
Haqqda”
mövzusu
üzrə
məsğələlər
keçirmişdirlər.
Dərslərdən əlavə uşaqlarımız həmçinin bütün
məktəblə birgə müxtəlif tədbirlərdə iştirak
etmişdirlər. Qatıldığımız ilk tədbir Kitab
Həftəsi olmuşdur və şagirdlərimiz sevdikləri
kitab gəhrəmanlarının öbrazında geyinərək
rəngarənk
kostyumlarla paradda iştirak
etmişdirlər. Digər tədbirdə biz Azərbaycan və
müxtəlif
ölklərədən
olan
uşaqları
salamlamışıq. Bu tədbir Birləşmiş Millətlər
(UN) gününə həsr edilmişdir və rəngarəng
bayraq paradı ilə sona çatmışdır. Beynəlxalq
miqyasda qeyd etdiymiz növbəti tədbir Payız
Festivalı olmuşdur.
Hər həftə kitabxana saatlarımız olur və uşaqlar
ora gedib yeni kitab seçməkdən zövq alırlar.
Hər bir şagirdimizə mavi kitab çantası
paylamışıq. Xahiş edirik nəzarət edəsiniz ki,
uşaqlar hər gün kitab çantalarını məktəbə
gətirsinlər və kitablarını çantada saxlasınlar,
eyni zamanda onları mütaliə etmək üçün
həvəsləndirməkdə bizə kömək edin.
Şagirdlərimizin nailiyyət və bacarıqlarını
həftəlik yığıncaqlarda qeyd edirik və tezliklə
valideynləri sinif prezentasiyalarına dəvət
edəcəyik.
Bu
haqda
ətraflı məlumatı
övladınızın sinif müəlliməsi tərəfindən yaxın
günlərdə alacaqsınız.
Qış aylarında nahar zamanı təmiz havaya
çıxma vərdişimizi davam etdirəcəyik. Həyətə
çıxmadan
əvvəl,
şagirdlərimizin
üst
geyimlərini,
papaq
və
şarfları və s.
geyinmələrinə diqqət edəcəyik. Əgər övladınız
xəstəlikdən yeni salağalıb və həyətə çıxmasını
istəmirsiniz sə, xahiş edirik əvvəlcədən sinif
müəlliminə xəbər verin ki, bir nəfər nəzarətçi
müəllimin onunla bərabər içəridə qalsını təmin
edə bilək.
Xatırlatmaq istəyirik ki, Erkən İlkin Hazırlıq
Mərhələsi üçün məktəb telefonu ayrılmışdır,
övladı və ya müəlliməsi ilə təcili əlaqə
saxlamaq istəyən valideyn bu nömrəyə
0516367968 zəng vura bilər. Dərs vaxtı
müəllimlər telefonlarına cavab vermədikləri
üçün valideyn qeyd olunmuş nömrəyə zəng
edərək lazımi məlumatı Nərgiz xanım vasitəsi
ilə aidiyyəti olan müəllimə ötürə bilər. Saat
15:00-dək telefona sadəcə Nargiz xanım cavab
verə bilər, lakin 3-dən sonra həmin nömrəyə
zəng edərək sinif müəlliməsi ilə də danışmaq
mümkündür..
Payız tətilində hamınıza yaxşı istirahət arzu
edirik və tətildən sonra, 16 noyabr tarixdə
(cərşənbə) sizi müəllim-valideyn görüşünə
dəvət edirik.
Ms Clare Ranns
Erkən-İlkin Mərhələsinin Rəhbəri
Page 2
BOS XƏBƏR BÜLLETENİ
PAYIZ 2016
İbtidai Məktəb Xəbərləri
Hər il olduğu kimi bu il də yeni tədris ilinin
başlanması müəllim, şagird və bütün kollektiv
üçün çox həyəcanlı və sevindirici olmuşdur.
Məktəbimizin
açılışı
təntənəli
sürətdə
keçmişdir, hətda televiza kanalından çəkiliş
oldu, evdə bizi seyr edən insanlar üçün
müsahibə alındı. Həmin gün məktəbimizin
həyətində toplaşan insanlar, BOS-un bütün
millətlərə açıq olan beynəlxalq məktəb
olmasını sübut edirdi. Məktəb toplumumuzda
çoxu Azərbaycandan, eyni zamanda Çin,
Vyetnam, İngiltərə, İrlandiya, Şri-Lanka və bir
çox
digər
millətlərdən
nümayəndələr
mövcuddur.
Bununla
biz,
qarşımıza
qoyduğumuz
missiyanı
həyata
keçirir,
beynəlxalq
və
mədəniyyətlərarası
perspektivləri təklif edərək Bakıda bir çox
insanın prioritet məktəbinə çevrilmişik.
Məktəbin ilk günündən uşaqlar siniflərə
yerləşmiş və dərslərə başlamışdırlar. Peşəkar
müəllimlərimizin sayəsində uşaqlarımız yay
tətili ərzində unutduqları mövzuları qısa
müddətdə xatırlamışdırlar.
Tədris ilimizin ilk tədbiri Kitab Həftəsinə həsr
edilmişdir və şagirdlərimizin yaddaşında bir
sıra maraqlı və əyləncəli tədbirlərlə qalmışdır.
Bu həftə ərzində şagirdlərimiz kitabxanamıza
daxil olmuş yeni, maraqlı kitablarla tanış
olmuş və oxumaq üçün evə götürmüşdürlər.
Kitab həftəsinin məqsədi şagirdlərimizdə
mütaliə sevgisi yaratmaq və onları kitab
oxumağa sövq etməkdir. Eyni zamanda bütün
şagirdlərimizə kitab çantaları hədiyyə etmişik
və istəyirik ki, davamlı olaraq onlar
kitabxanamızdan istədikləri kitabı seçib, kitab
çantalarında oxumaq üçün evə aparsınlar və il
boyu mütaliə prosesi vərdişə çevrilsin.
Şagirdlərimiz kitabxanada vaxtlarını çox
səmərəli keçirirlər, müxtəlif tədbirlər vasitəsi
ilə çanlandırdıqları kitabları daha çox sevirlər.
Həftənin sonunda, bütün şagirdlərimiz kitab
qəhrəmanlarının
obrazında
rəngarəng
kostyumlar
geyinərək,
paradda
iştirak
etmişdirlər. Bu tədbirin təşkilində əməyi keçən
bütün kollektivimizə təşəkkür edirik
5 oktyabr müəllimlər günündə ibtidai
siniflərimizin iştirakı ilə maraqlı konsert
proqramı təşkil edilmişdir və şagirdlərimiz
müəllimlərini mahnı və rəqsləri ilə təbrik
etmişdirlər. Qeyd etmək istəyirik ki, bizim
şagirdlərimizin itedad və talantları təqdirə
layiqdir! Bu gözəl konsert proqramını təşkil
edən şagirdlərimizlə qürur düyür və onlara
təşəkkür edirik!
11
oktyabr
tarixdə
İbtidai
siniflərin
valideynləri ilk səhər görüşündə iştirak
etmişdirlər. Mütəmadi keçirdiyimiz bu
görüşlər bizim üçün çox əhəmiyyətlidir, çünki
görüş vasitəsi ilə biz sinin məktəblə əlaqəli
fikir və təkliflərinizi alır və əməkdaşlığımızı
gücləndiririk.
Həmçinin,
missiya
və
hədəflərimizi xatırladır və təhsil keyfiyyətinin
təkmilləşdirilməsi üçün imkanlar yaradırıq.
Biz çox şadıq ki, görüşlərimiz müsbət fikirlərlə
zəngindir və şagirdlərimiz məktəbi sevir və
burda xöşbəxtdirlər. Birinci səhər görüşündə
iştirak edə bilməyən valideynlər növbəti
görüşü qaçırmasınlar, sizi görməyimizə çox
şad olarıq!
Birinci yarım ilin ilk mərhələsi iki möhtəşəm
tədbirlə yekunlaşmışdır; bütün məktəblə qeyd
etdiyimiz Birləşmiş Millətlər günü (UN Day)
və Payız Festivalı. Birləşmiş Millətlər Günü
müxtəlif millətləri bir arada toplamış
kollektivimizin bayramı, Payız Festivalı isə
rəngarəng bəzənmiş balqabaqlar, qara pişiklər,
hörümçək torları, Harri Potter, gözəl şəhzadə
və digər personajlarla yadda qalmışdır. Hər iki
tədbirdə bizə dəstək olan, uşaqlarını biri-
birindən maraqlı kostyumlarda göndərən,
bilavasitə
dünyanın hər bir güşəsinin
yeməklərini
bizə
tanıdan və daddıran
valideynlərimizə
dərin
minnətdarlığımızı
bildiririk. Həmçinin, müasir dekorasiya və
qeyradi dizayna görə məktəbimizin təşkilat
heyətinə təşəkkür edirik.
Geriyə baxanda, tədris ilimiz çox maraqlı
başlamışdır və ümid edirik ki, ilimizin növbəti
hissəsi bir sıra maraqlı tədbirlərlə bizi
qarşılayacaqdır. Növbəti tədbirimiz nə olur sa
– olsun, onu bilirik ki, bizim şagirdlərimiz
hamısını layigincə həyata keçirəcəklər!
Lawrence M. Buck
İbtidai Məktəbin Rəhbəri
Page 3
BOS XƏBƏR BÜLLETENI
PAYIZ 2016
Tam Orta Təhsil Bölməsi
Sizin hamınızı məktəbimizin yeni tədris ilində
salamlayır və yeni gələn ailələr və işçilərimizə
xoş gəlmisiniz deyirik.
Kitab Həftəsi
Hər il olduğu kimi, bu il də fənn həftələri
proqramını qurmuşuq və məktəbimizin önəmli
hədəflərindən biri olan mütəliə vərdişini
inkişaf etdirmək üçün ilk fənn həftəmizi
Kitablara həsr etmişdik. Tam orta təhsil
bölməsi şagirdləri oxuduqları hekayələri sinif
yoldaşları ilə bölüşmüş, sevdikləri kitablar
haqqında broşur və posterlər hazırlamış və
müxtəlif ölkə və mədəniyyətlərin ədəbiyyatı
haqqında öyrənmişdirlər. Cümə günü keçirilən
yığıncaq
zamanı
şagirdlərimiz
yapon
ədəbiyyatı haqqında layihələr nümayiş
etdirmişdirlər. 6-8 sinif şagirdləri sinif
fəaliyyətinə həsr edilmiş “Sərgüzəştini özün
seç” və “Cliffhanger (ən həyacanlı an)”
təcrübələri ilə bölüşmüşdürlər.
Müəllimlər günü
7 oktyabr tarixdə ibtidai və tam orta məktəb
şagirdləri müəllimlər gününə həsr edilmiş
konsert proqramı ilə çıxış etmişdirlər.
Tamaşaçılar şagirdlərimizin məharətli rəqsi,
gitar qrupunun ifası və solo talantlarımızın
səsindən
zövq
almışdırlar.
Konsert
proqramının sonunda, şagirdlərimiz “Biz
demək istəyirik ki, sizi sevirik” mahnısı ilə
müəllimlərə olan minnət və təşəkkürlərini
ifadə etmişdirlər.
Biz böyük ailəyik!
BOS-da müxtəlif mədəniyyətlərini bir araya
gətirərək Birləşmiş Millətlər (UN) gününü
qeyd etmişik. Məktəb kafeteriyasında təşkil
olunmuş bayraq paradı və beynəlxalq
mədəniyyət sərgisi şagirdlər tərəfindən xüsusi
zövq və həyəcanla qarşılanmışdır. Bir tərəfdə
yuxarı sinif şagirdləri UN haqqında debatda
iştirak edir, digər tərəfdə isə 8-ci siniflər 6-cı
siniflərə UNICEF, UNESCO və WHO kimi
UN (birləşmiş millətlər) fond və təşkilatları
haqqında məlumat verirdilər.
Dünya Bankının maliyyələşdirdiyi Bərk
Məişət Tullatıları Layihəsi sahəsinə səfər.
Bir qrup yuxarı sinif şagirdləri Balaxanıda
yerləşən Bərk Məişət Tullantıları zavoduna
səfər etmişdirlər. Səfər zamanı şagirdlərimiz
dərsdə öyrəndiklərini möhkəmləndirmək üçün
bir çox zəruri məlumatlar əldə etmişdirlər.
Bundan başqa, məktəbin humanitar fənlər
departamenti Dünya Bankı ila birgə
hazırladıqları Yoxsullar Gününə həsr edilmiş
prezentasiyalarını yuxarı sinif şagirdlərinə
nümayiş etdirmişdirlər.
Universitetə hazırlıq
İngiltərənin bir neçə nüfuzlu universitetləri
(London School of Economics and Political
Science (LSE), University College London
(UCL) and King’s College) Bakı Oxford
Məktəbində prezentasiya ilə çıxış etmişdirlər.
Yuxarı sinif şagirdləri yaxın günlərdə Bakıda
keçiriləcək beynəlxalq təhsil sərgisinə dəvət
almışlar. Sərgidə universitetlər və baş vurma
prosedurları
haqqında
ətraflı
məlumat
alacaqları bildirilmişdir.
Bakı Neft Sənayesi Tarixinin Araşdırılması.
9-cu sinif şagirdləri tarix müəllimi və sinif
rəhbərlərinin müşaiyəti ilə Bakı turunda iştirak
etmişdirlər. Tur zamanı şagirdlərimiz dünyanın
50 faiz neft təchizatının Bakının təmin etdiyi
və neft hasilatının yüksək səviyyədə olduğu
illər
haqqında maraqlı faklarla tanış
olmuşdurlar. Peşəkar və xarizmatik tur gidi
Fuad Axundovun canlı təqdimatı vasitəsi ilə
şagirdlərimiz Bakının tarixi haqqında bir çox
məlumatlar əldə etmişdirlər.
Enriçment
Proqramı
çərçivəsində
“İnsalnların Təbiətə Təsiri” Layihəsi
Enriçment proqramı koorinatoru Mehriban
xanımın təşəbbüsü ilə şagirdlərimizin Şıxov
plajına səfəri təşkil edilmişdir. Səfərin məqsədi
insanların
ətraf-mühitə
təsiri,
təbiətin
çirkləndirilməsi və ətrafa saçılan zərərin
həyatımıza yansıması və bunun qarşısının
alımnası olmuşdur.
Bu təlim səfəri, insanların plastik, şüşə və digər
tullantı materiallarını ətrafa ataraq, təbiətimizi
korlayaraq canlılara nə dərəcədə ziyan
verdiyini şagirdlərimizə dərk etdirmiş və onları
təqdimat hazırlamağa və bu məlumatı digər
məktəb yoldaşlarına anlatmağa sövq etmişdir.
Cəmilə Çıraqzadə
Tam Orta Təhsil Bölməsinin Rəhbəri
Page 4
BOS XƏBƏR BÜLLETENI
PAYIZ 2016
Ali Təhsil üzrə Məsləhət
2015-2016 tədris ilini geridə qoyduq və keçən
il məktəbi bitirən şagirdlərimizin nailiyyətini
sizinlə bölüşmək istəyirəm. Qürur hissi ilə
bildirmək
istəyirəm
ki,
keçən
ilki
məzunlarımızın
hər biri istədikləri ali
məktəblərə daxil olmuşdurlar. İki unudulmaz
hekayəni nəzərinizə çatdırıram. A-Level
dərəcəsini
yüksək
qiymətlərlə
bitirən
şagirdimiz Selin Çıraqzadə dünyanın ən
nüfuzlu universitetlərindən biri olan ABŞ-nin
Stanford Universitetinin Bilogiya fakültəsinə
qəbul olmuşdur. Macarıstan dövləti tərəfindən
tam təqaüdə layiq görülmüş Rəsul Aydəmirov
Budapeştin Texnologiya və İqtisadiyyat
Universitetinin
Mexaniki
Mühəndislik
(maşınqayırma) fakültəsinə qəbul olmuşdur.
Keçən il məktəbi bitirən məzunlarımızın qəbul
olduqları ali məktəblərin tam siyahısı sizə
təqdim edirik:
1.
Azərbaycan Diplomatiya
Akademiyası, Azərbaycan
2.
Azərbaycan Dövlət İqtisadiyyat
Universiteti, Azərbaycan
3.
Avropa Universiteti, Almaniya
4.
Budapeştin Texnologiya və
İqtisadiyyat Universiteti,
Macarıstan
5.
Erasmus Universiteti, Hollandiya
6.
Koç Universiteti, Türkiyə
7.
Mançester Universiteti, Birləşmiş
Krallıq
8.
London Kollec Universiteti,
Birləşmiş Krallıq
9.
Stanford Universiteti, ABŞ
10.
EF San Fransisko, ABŞ
Məzunlarımızın seçdikləri kurslar Biznes,
İqtisadiyyat,
Mühəndislik,
Beynəlxalq
Əlaqələr, İçtimai Əlaqələr, Təbiət Elmləri və
Psixologiyadır. Bütün məzunlarımızla fəxr
edirik!
2016-cı ilin məzunlarını yola salıb ali
məktəblərə yerləşdirdikdən dərhal sonra 2017-
ci ilin qəbul prosesinə başlamışıq. Bu il
məktəbimizdən 32 şagird məzun olacaqdır və
onlar hal-hazırda universitetlər üçün ərizə
forması doldurur, qəbul imtahanlarında iştirak
edir, tələb olunan inşaları yazır və s.
hazırlıqlarla məşğuldurlar. Universitetlərə
müraciət edərək şanslarını artırmaq üçün,
şagirdlərə məsləhət görülür ki, dərsdən kənar
məşğələlərdə iştirak etsinlər. Biz də öz
növbəmizdə, karyera seçimində şagirdlərimizə
kömək edir və məqsədlərinə nail olmaları üçün
əlimizdən gələn dəstəyi göstəririk.
Oktyabr ayının ortalarında üç nüfüzlu London
Universitetlərinin
(London
School
of
Economics and Political Science, University
College
London
and King’s College)
təqdimatına ev sahibliyi etdik. Eyni zamanda,
çalışırıq ki şagirdlərimiz Bakıda təşkil olunan
Beynəlxalq Təhsil Yarmarkalarında iştirak
etsinlər, universitet nümayəndələri ilə görüşüb
lazımi məlumatları əldə etsinlər.
Sentyabr ayının sonunda bütün yuxarı sinif
valideynlərimizi email və sms vasitəsi ilə,
uşaqlarının gələcək təhsil planlarını müzakirə
etmələri üçün məktəbə dəvət etmişik. Sizin bir
çoxunuzu məktəbdə görmək və övladınızın
gələcək təhsil planları haqqında danışmaq
bizim üçün çox xoş olmuşdur. Bu görüşlər
bizim sizinlə eyni fikridə olub-olmadığımızı
müəyyənləşdirmək üçün çox vacib bir
vasitədir. Əgər vaxt tapıb hələ görüşə gələ
bilməmisiniz sə, xahiş edirəm sizə uyğun olan
zaman mənimlə əlaqə saxlayın və görüş təyin
edin.
Bütün yuxarı sinif şagirdlərimizə, xüsusilə də
məzunlarımıza 2016-2017 tədris ilində uğurlar
arzulayırıq!
Aynur Muxtarova,
Ali Təhsil üzrə Məsləhətçi
Valideyn-Müəllim
Assosiasiyası
(PTA)
Bu tədris ili üçün valideynlər arasından
seçilən PTA (Müəllim-Valideyn
Assossiasiyası) nümayəndələrini sizə təqdim
edirik:
Erkən İlkin Hazırlıq Mərhələsi
Elvira Anadolu
Muhammad Asim
İbtidai Məktəb
Ülviyyə Seyidmamedova
Zuleyxa Saarbəyova
Tam Orta Təhsil Bölməsi
Fidan Ibrahimova
Nigar Abdullayeva
Əcnəbi valideyn nümayəndəsi
Kristina Kiku
PTA nümayəndələrinin vəzifə və
məsuliyyətləri:
Təhsilin inkişafı və şagirdlərimizin
nailiyyəti üçün məktəb cəmiyyətinin
plan və hədəflərini valideynlərə
çatdırmaq və onların məktəb
fəaliyyətində iştirak etmələrini təmin
etmək
Təhsilin inkişafı və şagirdlərimizin
nailiyyəti üçün məktəbin planlarını
dəstəkləmək
Tədbir və məşğələlərin; musiqi,
teatr,
idman,
incəsənət,
ekskursiyalar, yarmarkalar və s.
fəaliyyətlərin
təşkilində
iştirak
etmək.
İctimaiyyətə
xidmət
layihələri
çərçivəsində məktəbin xeyriyyə
məqsədləri
proqramlarını
dəstəkləmək.
Məktəbdə
keçirilən
tədbirlərin
təşkilinə yardım etmək və fəal iştirak
etməkdir.
Page 5
Dostları ilə paylaş: |