Uşaqlar
üçün
oxu
mate
riali
v
e
tapmacalar
d
o
s
t
u
m
d
u
r
!
H
e
y
v
a
n
l
a
r
-
m
n
i
m
e
Bu kitabda siz heyvanlar haqqında bəzi məlumatlar əldə edəcəksiniz: onların necə
yaşadığını, bir-biri ilə necə rəftar etdiyini və nə kimi tələbatlarının olduğunu öyrənəcəksiniz.
Həqiqətdir ki, insanlarla heyvanlar yan-yana yaşasalar da, biz it və pişik kimi heyvanlar
haqqında çox vaxt heç nə bilmirik. Odur ki, bəzən biz onları düzgün başa düşmürük.
Bizim onlarla oxşar tərəfl ərimiz də var. Heyvanlar haqqında daha çox məlumat əldə
etmək lazımdır, çünki onlar haqqında nə qədər çox bilsək, nə hiss etdiklərini o qədər asan
anlayarıq. İnanmırsınız? Onda bu kitabdan çoxlu maraqlı məlumatlar əldə edəcəksiniz və
öyrənəcəksiniz ki, heyvanlar – yaxınlığımızda yaşayan və çox şeyi hiss edə bilən maraqlı,
ağıllı varlıqlardır. Siz həm də oxumaqdan zövq alacaqsınız. Artıq heyvanlar haqqında
çox şey bilsəniz və evdə heyvan saxlasanız da, dostlarınız haqqında maraqlı biliklər
qazanacaqsınız.
İçindəkilər:
Heyrətamiz heyvanlar aləmi...........................................................................................................................3
Boyama üçün rəsmlər – ağ-qara cizgilərdən rəngli dünyanı yarat.................................................................4
Arif üçün dost................................................................................................................................................8
İtlərin dili........................................................................................................................................................9
Heyvanların həyatından hekayələr...............................................................................................................10
Qızıl qayda..................................................................................................................................................12
Sahibsiz heyvanlar......................................................................................................................................14
Viktorina: Heyvanlar haqqında biliklərini yoxla.............................................................................................16
Emalatxanada işləməkdən zövq al: köpək maskası....................................................................................17
Komikslər: İtlərin həyatı................................................................................................................................19
Rəqəmləri birləşdir + Nəşriyyat haqqında məlumat.....................................................................................31
Heyvanlar, onların bacarıqları və davranışları haqqında nə qədər çox bilsən, onların nə dərəcədə
mürəkkəb və unikal varlıqlar olduğunu daha asan başa düşərsən. Bu kitabdan sən bəzi maraqlı
məlumatlar əldə edəcəksən.
�ziz usaqlar ,
e
B
U
K
I
T
A
B
A
Ş
A
Ğ
I
D
A
K
I
Q
U
R
U
M
A
M
X
S
U
S
D
U
R:
e
Heyr tamiz
e
heyvanlar al mi
e
Delfi nlər gəmi qəzası nəticəsində dənizdə boğulan şəxsləri
xilas etmişlər. Onlar uzun məsafələrdə insanları suyun
səthində saxlaya bilirlər.
Qunduzlar mürəkkəb təşkilati quruluşa malik
qruplarda yaşayırlar. Onlar yaşamaq üçün yuvalar və
qidaların saxlanması üçün anbarlar tikirlər.
Dişi və erkək müşk öküzləri əlverişsiz hava şəraiti və ya
hər hansı təhlükə zamanı balalarının ətrafında mühafi zə
çevrəsi yaradırlar.
Fillər rəsm çəkməyi çox sevirlər. Bunun üçün onlar
xortumları ilə sabit tuta biləcəkləri ağac budaqları
və ya daş parçalarından istifadə edirlər.
Oranqutanqlar gecələmə yerlərini yağmurdan
mühafi zə etmək üçün dam tikirlər. İri yarpaqlar
onlar üçün çətir rolunu oynayır.
Amerikada yaşayan meşə xoruzu adlı quş
Kanadadan Cənubi Amerikaya və oradan da geri
uça bilir. Bununla bərabər o, qışın gəlməsilə tərk
etdiyi eyni yuvaya geri qayıdır.
Erkək kral pinqvinləri Antarktidanın şaxtalarında iki
ay müddətində yumurtalarını mühafi zə edir və kürt
yatırlar.
"Elektrik" balıqları və ilanbalıqları cərəyan impulsları
hasil edərək öz bədənləri ətrafında elektrik sahəsi
yaradır. Bu şəkildə onlar hərəkət istiqamətlərini
müəyyən edir, düşmənlərin qulağını batırır və öz
aralarında ünsiyyət qurur.
2
3
A
Ğ
-
Q
A
R
A
R
N
G
L
I
Rəngli qələmlərini götür və boyama üçün
rəsmlərdəki heyvan və bitkiləri boya. İnsanlarla
iç-içə yaşadıqları üçün yəqin sən it və pişiklə artıq
tanışsan. Fil və tutuquşuları öz təbii mühitlərində
təsvir olunub. Əgər heyvanların hansı rəngdə
olduğunu bilmirsənsə, kitabxanada bu möhtəşəm
varlıqlar və onların həyatı haqqında öyrənə, yaxud
müəllimindən soruşa bilərsən.
HE
Ç B
ILIRDINMI KI
,
İtlər canavarlarla qohumdur –heç sirena zamanı it ulaması eşitmisən? İnsanla köpəklər düz
12000 ildən çoxdur ki yan-yana yaşayırlar. Müxtəlif ölçü və rənglərdə çox sayda it var. İnsanda da
olduğu kimi, onların necə göründüyü deyil, xarakteri və sizinlə möhkəm dostluqları əhəmiyyət kəsb
edir. İtlərin hər gün lazımı miqdarda su, sağlam qida ilə yanaşı, ailəsində sevgi, qayğı və sənin kimi
dosta ehtiyacı var!
pişiklər
qaranlıqda
istiqaməti müəyyən
etmək üçün özlərinin
uzun bığlarından istifadə
edirlər?
Minilliklər boyu pişiklər insanlarla yanaşı yaşamaqdadır. Şəfqətlə oxşandıqda, yumşaq
diz üstündə, isti yataqda və ya pəncərə önündə günəşli bir yerə uzandıqda pişiklər dərhal
mırıldanmağa başlayırlar. Pişiklər kağızdan düzəldilmiş topun dalınca qaçmağı və karton qutuda
gizlənməyi çox sevirlər. Evinizdə pişik varsa, onu sığalla və həmişə qayğısına qal.
itlər
insan qulağının
duya bilmədiyi müxtəlif
səsləri ayırd edə bilir?
C
I
Z
G
I
L
R
D
N
D
Ü
N
Y
A
N
I
Y
A
R
A
T
!
e
e
e
HE
Ç B
ILIRDINMI KI
,
4
5
Fillər özlərinin ailə birliklərində yaşayır. Hər gün onlar uzun kilometrlər qət edərək qida və su mənbələri
axtarır. Sirk və zooparklarda onları bellərində insan gəzdirmək və ya təhlükəli nömrələr nümayiş
etdirmək üçün istifadə edirlər. Yerdə qalan vaxtlarda isə bu heyvanları ayaqlarından zəncirlə bağlı tutur-
lar. Əgər sən bir daha bu cür “Heyvan şoularına” getməsən, sirk və zooparklara fi llərin velosiped kimi
zəncirlənməsinin əleyhinə olduğunu aşkar şəkildə göstərmiş olacaqsan.
Tutuquşuları başqa tutuquşuları ilə birlikdə
olmağı sevirlər. Özlərinin güclü səsləri vasitəsilə onlar
müxtəlif ağaclar üzərində oturaraq aralarında ünsiyyət qura
bilirlər. Tutuquşularının yeri qəfəs deyil, onlar ağaclara dırmaşa və digər quşlarla bir arada ola bildikləri
azad mühitdə yaşamalıdır. Tutuquşuları üçün sən də fəal ol! Tutuquşu saxlayan insanlara quşlarına yaxşı
qayğı göstərməli və yaşayış yerində onların uça biləcəkləri, ətraf mühiti dərk edə biləcəkləri və çoxlu hərəkət
edə biləcəkləri kifayət qədər yer ayırmalı olduqlarını izah et. Yaşayış yeri təhlükəsiz şəkildə təchiz edilməli, qapı
və pəncərələr bağlı tutulmalıdır. Lakin bayırda quraşdırılan iri ölçülü volyerlərə daha çox üstünlük verilməlidir!
Tutuquşuların özlərini xoşbəxt hiss etməsi üçün mütləq tərəfdaşlara ehtiyacı var.
fi llər
xortumlarının
çatmadığı yerlərini
qaşımaq üçün ağac
parçasından istifadə
edir?
tutuquşuları
dimdiklərini ağaca
dırmaşmaq üçün
əlavə pəncə kimi istifadə
edirlər?
HE
Ç B
ILIRDINMI KI
,
HE
Ç B
ILIRDINMI KI
,
6
7
Arif çoxdandır it istəyir. Valideynləri və bacısı Fidan
ilə birlikdə itə qayğı göstərmək üçün ailənin kifayət
qədər vaxtının olub olmadığını və onun baxımına
imkanlarının çatıb çatmadığını götür-qoy edirlər.
Onlar birlikdə kitablardan məlumat axtarır – çünki
Arifi n doqquz yaşında böyük oğlan olmasına
baxmayaraq, valideynləri onsuz da köpəyin
baxımında ona kömək etməli olacaqlar. Axı bu
köpək onların ailəsinin yeni üzvü olacaq!
Bundan sonra onlar birlikdə heyvanlar üçün
sığınacağa yollanırlar, çünki orada çox sayda
sahibsiz heyvan yeni ailələrinin yolunu gözləyir.
Heyvanlar üçün sığınacaqda Arif çox kədərləndi.
Çox sayda it dar qəfəslərdə yaşayır, onların çoxu
hürür, özlərini ora-bura çırpır, dövrə vurur. Olqa bir
az qorxdu - onun sadəcə dörd yaşı var.
Heyvan sığınacağına rəhbərlik edən xanım Arif ilə
ailəsinin sığınacağa gəlməsinə çox
sevinir. O, uşaqlara itlərin çoxunun qorxduğunu,
ancaq hamısının çox darıxdığını izah edir. İtlər
sığınacaqda yaşamaq istəmirlər.
Onların heç birinin bəxti gətirməyib və yeni şans
əldə etməyə ümid edirlər.
Odur ki, itləri satın almaq əvəzinə, sığınacaqdan
sahiblənmək daha düzgündür.
Əfsuslar olsun ki, Arif ilə ailəsi bütün heyvanları
deyil, onlardan sadəcə birini evlə təmin edə bilirlər.
Cinsi olmayan və hüznlü, ürkək baxışlarla baxan
bir köpək onların daha çox diqqətini çəkdi. Onun
gözləri elə mehribandır ki, hamının xoşuna gəldi.
Ailə köpəyi bir neçə dəfə həyətə çıxardıqdan və
köpək həqiqətən də onlara yaxınlaşdıqdan sonra
onlar özlərinin yeni dostlarını evlərinə apardılar.
Arif ilə Fidan birlikdə köpəyə Toplan adını qoymaq
qərarına gəldilər. Lap əvvəllər Toplan bir qədər
qorxaq idi. Lakin hamı onun çətin həyat yaşamış
ola biləcəyini və insanların etibarını qazanması
üçün müəyyən qədər vaxtın tələb olunacağını
başa düşür. Artıq bir neçə həftə sonra bütün ailə
həyatlarını Toplansız təsəvvür edə bilmir. Hamı
onu sevir, o isə ailəsini. Ancaq Toplan hələ də bir
az qorxaqdır.
Arif xoşbəxtdir, artıq onun yeni dostu var! Toplan
da xoşbəxtdir, artıq onun yeni ailəsi var!
Heç bilirdinmi ki, itlər danışa bilir?
Lakin insanların dilində danışmadıqları üçün, bizə nə isə demək istədikdə bədənlərindən
istifadə edirlər. Maraqlıdır, elə deyilmi? İtlərin bizə nə demək istədiyini anlamaq üçün onların
bədənlərinin vəziyyətinə diqqət yetirmək lazımdır. Bununla bir çox anlaşmazlıqların qarşısını
almaq mümkündür.
A
R
I
F
Ü
Ç
Ü
N
D
O
S
T
!
1. Bu it ya yatır, ya da halsızdır
. Ehtiyatlı ol: iti sığallasan və o bunu görməsə, qorxub səni dişləyə bilər. 2. Bu it yaman
səninlə oynamaq istəyir. Ancaq ehtiyatlı olun, çox coşmayın! 3. Bu it qorxur
. Bu isə o deməkdir ki, onu tanımırsansa rahat
buraxmalısan. 4. Bu itin əhvalı yaman pisdir və sənə xəbərdarlıq edir. Qətiyyən ona yaxınlaşma və gözlərinin içinə bax-
ma. Ehmalca geri çəkil, lakin qaçma və əlinlə hər hansı qəfi l hərəkət etmə.
� aqressivdir–Ehtiyatlı ol!
� səninlə oynamaq istəyir
Köpək bədəninin yuxarı hissəsi belinin aşağı hissəsindən
aşağı şəkildə quyruğunu oynadır və diqqətlə sənə baxır.
� qorxur
� qarnı ağrıyır
Beli bükük, quyruğu dartılm ış, qulaqları aşağı sallanmış
şəkildə köpək başını bir qədər əyib əmin baxışlarla baxır.
Bədəni gərgindir, dişlərini qıcayır, ola bilsin mırıldayır,
belindəki tükləri daraq dişləri kimi qabarıb, quyruğu dik
durur.
� maraq göstərir
� aqressivdir
� yatır, yaxud taqətsiz vəziyyətdədir
� səndən qorxur və ya sözünə qulaq asır
Köpək yerdə sərilmiş şəkildə uzanıb və başını çevirib;
quyruğu da yerdə sərbəst dayanıb.
Düzgün hesab etdiyin cavabın qarşısında işarə qoy. Düzgün cavabları və bu cür hallarda
düzgün davranış qaydaları ilə bağlı məsləhətləri bu səhifənin sonunda görə bilərsən.
İ
t
l
r
i
n
D
i
l
i
e
BU ŞƏKILLƏRDƏ TƏSVIR
OLUNMUŞ ITLƏRIN
SƏNƏ NƏ DEDIYINI BILIRSƏNMI ?
BU ŞƏKILLƏRDƏ TƏSVIR
OLUNMUŞ ITLƏRIN
SƏNƏ NƏ DEDIYINI BILIRSƏNMI ?
8
9
p
r
i
n
s
i
l
a
a
d
l
ı
d
o
n
u
z
b
a
l
a
s
ı
b
a
l
a
c
a
o
ğ
l
a
n
ı
b
o
ğ
u
l
m
a
q
d
a
n
x
i
l
a
s
e
d
i
r
Kerol Berk və on bir yaşlı oğlu Entoni
1984-cü ilin isti iyul günündə çimmək
üçün gölə yollanır. Onlar böyütdükləri
iki aylıq və çəkisi on kiloqrama yaxın
olan donuz balası Prinsilanı da özləri ilə
aparırlar. Psixiki xəstə olan Entonidən
fərqli olaraq, Prinsila suyu sevirdi və əla
üzücü idi.
Bir neçə saat ərzində Entoni anası və
Prinsila ilə birlikdə maili göl qırağında
gizlən-paç oynayır və sonda uşaq
yorulur, Kerol Berk isə çimərlik
ləvazimatlarını yığmağa başlayır. O
təkrar oğlunun yanına qayıtdıqda onu
suyun içində görür. Uşaq var gücü ilə
qollarını tərpətməyə çalışırdı. Kerol
dərhal suya atılaraq ona tərəf üzür.
Prinsila da eyni şəkildə suya atılır.
Heyvan olmasına və oynayıb
yorulmasına baxmayaraq,
uşağa ilk olaraq o çatır. Entoni ondan
möhkəm-möhkəm yapışır, lakin təşviş
içində bərk dartdığından ikisi də suyun
altına gedir. Uşaq donuz balasından
xeyli ağır olduğu üçün ikisi də batmağa
başlayır. Prinsila var gücü ilə suyun
üzünə çıxmağa çalışır və sonda buna
müvəffəq olur. Entoni Prinsilanın kiçik
bədənindən möhkəm yapışır və heyvan
sahilə doğru üzüb quruya çıxır.
Bütün donuzlar kimi Prinsilanın da
güclü yaddaşı vardı. Bu hadisədən
uzun illər sonra da hər dəfə uşağın suya
yaxınlaşdığını görəndə narahatlıq
keçirirdi.
Nəşr: Paul Dryu Stivens, Riəl Ənimal
Hirous, Çiko, Kalif.: Şerp & Dannigen,
1989 (cüzi düzəlişlər)
TANQ ADLI IT GƏMI QƏZASINDA
INSANLARI XILAS EDIR
idi. Bununla belə, o həm də güclü yeraltı
cərəyanla mübarizə etməli idi, su isə gözlərinə
və qulaqlarına dolurdu. Lakin o bu cür
maneələri aşıb sahilə tərəf üzürdü. Sahildəki
insanlar onun qabağına qaçdılar və Tanqı
təhlükəsiz yerə apardılar. İtin ağzından kanatı
alıb dirəyə doladılar. Artıq batmaq təhlükəsi
ilə üz-üzə qalmış gəmini sahilə çıxarmaq
üçün imkan yaranmışdı. Göyərtədəki 92 nəfər
xilas edildi. Bu ismarıcda sahilə çıxdıqdan
sonra Tanqın nə etməsi haqqında heç bir
məlumat olmasa da, sən, çox güman ki, onun
gəmidən çıxan hər kəsi quyruğunu yelləyərək
qarşıladığını öz təsəvvüründə canlandıra
bilərsən. Londonun məşhur “Lloyds” sığorta
şirkəti Tanqı ömrünün sonunadək boynunda
gəzdirdiyi cəsurluq medalı ilə təltif etdi.
Nəşr: Tim Cons, Doq hirous, Siettl: Episenter
Press, 1995 (cüzi dəyişikliklər)
1919-cu ilin dekabrında güclü çovğun zamanı
“Eti” gəmisi Kanada yaxınlarında
Nyufaundlend sahillərində qayaya çırpıldı.
Göyərtədəki 93 nəfər aciz şəkildə qəzəbli
dəniz dalğalarının gəmini qayalara vurmasını
izləyirdi. Heyət üzvləri sahildəki insanlara gəmi
kanatlarından birini tullamağa çalışsa da, bu
cəhd uğursuz alındı. Bu zaman dənizçilərdən
biri sahilə tərəf üzmək üçün kanatdan yapışaraq
suya atladı. Lakin güclü çovğun onu açıq dənizə
sovurdu və dənizçi boğuldu. Gəmi kapitanının
dalğıc cinsinə mənsub Tanq adlı iti vardı. O,
bütün dəniz səfərləri zamanı kapitanı müşayiət
edərdi. Kapitan Tanqın gəmidəki insanlar üçün
sonuncu ümid yeri olduğunu yaxşı bilirdi. O,
kanatı itə verib onun suya tullanmasına və
kanatı sahilə aparmasına kömək etdi. Nəhəng
dalğaların və çovğunun pəncəsində suyun
səthində qala bilmək köpək üçün olduqca çətin
11
10
QAYDA
Bizlərdən hər biri qarşısına heyvanlara hörmət və mərhəmətlə yanaşmaq haqqında məqsəd qoya bilər.
Biz başqalarını da bu cür davranış nümayiş etdirməyə həvəsləndirə bilərik. Çünki bəzi insanlar heyvanlar
haqqında çox məlumatlı deyillər. Bu səbəbdən də onları məlumatlandırmaq olduqca vacibdir!
Qızıl qaydanı bilirsən? Başqa insanlarla davranış zamanı istifadə etdiyimiz bu qaydanı biz heyvanlarla
davranışda da tətbiq edə bilərik:
"Sənə qarşı edilməsini istəmədiyin şeyləri başqasına qarşı etmə."
Qızıl qaydanı anlamaq və onu heyvanlara qarşı davranışda da tətbiq etməyə başlamaq üçün aşağıda
verilmiş dörd vəziyyət nümunəsi üzərində məşq et. Təsvir edilmiş vəziyyətləri xəyalında canlandır:
Bütün nümunələrdə insanlar Qızıl qaydanı pozur. Hər vəziyyətin Qızıl qaydaya nə dərəcədə zidd
olduğunu (a) və sənin bu vəziyyətə necə müdaxilə edib Qızıl qaydaya uyğun hərəkət edə biləcəyini
özündə qeyd et (b).
Səhər məktəbə gedəndə qısa zəncirlə bağlanmış bir it görürsən. Onun qabağında nə yemək, nə də su
var. Nahardan sonra evə qayıdanda itin hələ də orada olduğunu görürsən.
(a) Burada Qızıl qayda nə dərəcədə pozulur?
(b) Sən nə edə bilərsən?
Sən ən yaxın oğlan və ya qız dostunun gölməçədən çömçəquyruq çıxardığını görürsən.
(a) Burada Qızıl qayda nə dərəcədə pozulur?
(b) Sən nə edə bilərsən?
Dostlarınla bir neçə sahibsiz itlə qarşılaşırsan. Onlar ana itlə küçükləridir. İnsanlar onları yemləyiblər.
Lakin do stlarından biri itləri qəzəbləndirməyi təklif edir. O, heyvanları qovmaq və yemək yemələrinə
imkan verməmək istəyir.
(a) Burada Qızıl qayda nə dərəcədə pozulur?
(b) Sən nə edə bilərsən?
Yuvasından düşmüş körpə quş balası yolun kənarında ağacın altında oturur. Deyəsən bala quş yaralı
deyil, ancaq hələ uça bilmir. Onun valideynləri həyəcanla ətrafında uçuşurlar. Lakin insanlar fi kir
vermədən yanlarından ötüb keçirlər.
(a) Burada Qızıl qayda nə dərəcədə pozulur?
(b) Sən nə edə bilərsən?
1.(a) Açıq-aydın başa düşülür ki, itin sahibinin heyvanın yemək, su, hərəkət etmə və sosiallaşmaq kimi təbii ehtiyaclarını qarşılamaqdan zəhləsi gedir
.
(b) Sən itin sahibinə heyvanın bütün günü suya və minimum gündə bir dəfə yeməyə ehtiyacının olduğunu deyə bilərsən. Bununla yanaşı, köpək
lazımı qədər hərəkət etməlidir, çünki onlar sosial heyvanlardır və həm insanlarla, həm də digər itlərlə ünsiyyətdə olmağı sevirlər
.
2.(a) Çömçəquyruq öz təbii mühitindən qoparıldı. O sadəcə alışdığı mühitdən deyil, həm də digər heyvanlarla birlikdən məhrum edildi və bəlkə də
onun həyatı təhlükəyə girdi.
(b) Heyvanın öz təbii mühitində qalmalı olduğunu dostuna başa sal və ondan çömçəquyruğu suya geri qaytarmasını tələb et.
3.(a) Sahibsiz itlər insanlar tərəfi ndən küçələrə tərk edilib, yaxud da onlar sahibləri tərəfi
ndən tərk edilmiş itlərin balalarıdır
. Sığınacaqları olmayan bu
heyvanlar tez-tez təhlükəyə məruz qalır və aclıqdan əziyyət çəkir. Onları hirsləndirmək yerinə onlara kömək et!
(b) Dostlarından bu cür vəziyyətdə özlərini necə hiss edə biləcəklərini soruş və itləri rahat buraxmalarına çalış.
4.(a) Heç kim ayaq saxlayıb quşa kömək etmədi və quş təhlükəli vəziyyətdədir.
(b) Sən ehmalca quşu ovcuna alıb yaxınlıqdakı budağın üzərinə qoya bilərsən – valideynləri onu tapıb qeydinə qalacaqlar. Çünki quşlar hətta
balalarına insan əli dəydikdə belə onların qeydinə qalırlar. Eyni zamanda diqqətli olmalısan ki, təsadüfən quş balasını şikəst etməyəsən. Balaca
quşcuğazın başqa yerə düşməməsi üçün dostlarından və ya böyüklərdən kömək istə.
QIZIL
12
13
Nə qədər çox heyvan axtalanarsa və dünyaya
bala gətirməzsə, bir müddətdən sonra sahibsiz
heyvanların sayı azalar. Beləliklə, sahibsiz heyvanlar
balalamazsa, küçələrdə keçən acınacaqlı həyatı
yaşamağa da məhkum olmazlar. Bu məqsədlə
heyvanların müdafi əsi təşkilatları və heyvansevərlər
heyvanların axtalanması istiqamətində böyük səylər
göstərirlər. Hindistanda və bir sıra digər ölkələrdə uzun
illərdir olduqca uğurlu axtalama proqramları həyata
keçirilməkdədir: nəticədə daha az sayda sahibsiz
heyvan və müvafi q olaraq az sayda əziyyət çəkən
heyvan əldə edilmişdir.
İtlər və pişiklər böyük məmnuniyyətlə
insanlarla birlikdə yaşayırlar. Lakin əfsuslar
olsun ki, məsuliyyətsiz insanlar hər dəfə
heyvanları qovur və onlar küçələrdə
yaşamağa məhkum olurlar. Bu heyvanların
balaları da sığınacaqsız qalır.
Sahibsiz heyvanlar bəzi insanlara maneçilik
törədir. Lakin tamamilə sahibsiz heyvanların
vəziyyəti daha acınacaqlıdır. Küçələrdəki
həyat it və pişiklərə böyük əzablar verir: onlar
daim qida tapa bilmədikləri üçün çox vaxt
aclıqdan əziyyət çəkir. Yaralananda və ya
xəstələndikdə onları kimsə baytara aparmır.
Balaları olduqda isə demək olar ki, onların
qeydinə qalmaq iqtidarında olmurlar.
Bu səbəbdən də sahibsiz heyvanların, o
cümlədən də evinizin ətrafında yaşayan
heyvanların axtalanması olduqca vacibdir.
Axtalama – baytar həkimin narkozun təsiri
altında dişi və erkək heyvanlar üzərində
keçirdiyi əməliyyatdır. Bu əməliyyatdan sonra
heyvanlar daha balalaya bilmir. Heyvanların
axtalanması çox vacib məsələdir, belə ki,
sahibi olmayan və küçələrdə əziyyət çəkən
heyvanların sayı olduqca çoxdur.
Bilirdinmi ki, pişiklərin axtalanması
saysız-hesabsız balalama hallarının qarşısını
ala bilər?
Daha doğrusu, sadəcə 7 ildə 370.000 balanın
dünyaya gəlməsinin! İtlərin axtalanması isə
altı ildə 67.000 balanın.
Erkək və dişi pişik yarım ilə bala dünyaya
gətirə bilər. Onların 4-7 balası ola bilər. Fərz
etsək ki, balalardan hamısı həyatda qalmasa
belə, iki dişi və iki erkək pişik yenə bala
dünyaya gətirə bilər, bir ildən sonra onların
neçə balası olar? Bu tapşırıq çətin gələrsə,
kömək üçün böyük qardaş və ya bacılarına,
yaxud müəlliminə müraciət edə bilərsən.
SaHiBSiZ
Sən nə edə bilərsən:
Rumıniyanın Oradea şəhərinin meri heyvanların müdafi əsi təşkilatı
ilə əməkdaşlıq etmiş və nəticədə heyvanların böyük əksəriyyəti
uğurla axtalanmışdır: sadəcə yeddi il ərzində sahibsiz heyvanların
sayı xeyli dərəcədə azalmışdır! Əvvəllər Oradeanın
küçələrində 5000 it yaşadığı halda, axtalanmadan
sonra balaları olmayan heyvanların sayı 2012-ci
ildə olduqca azalmış, daha dəqiq desək, 4750
daha az sahibsiz heyvan olmuşdur.
Şəhərdə hələ də neçə evsiz itin yaşadığını
hesablaya bilərsən?
HeYVaNlar
1.) Ümumilikdə iki pişikdən bir il sonra 14 pişik törəyir
. Birinci yarım ildən sonra ilk pişik cütlüyü
balalayacaq- 2 dişi, 1 erkək bala. Növbəti yarım ildə isə hər üç dişi pişiyin yenə 3-ə qədər balası olacaq.
2.) Sadəcə 250! Oradea şəhərindəki sahibsiz itlərin sayı axtalama proqramları nəticəsində yeddi ildə 95 faiz
azalmışdır - Çünki itlər daha balalamadı! Bunun nəticəsində artıq çox daha az sayda it həyatlarını təhlükə və
əziyyət dolu küçələrdə keçirməli olacaq.
Sahibsiz heyvan gördükdə hər zaman onların biz insanların yardımına ehtiyacı olduğunu düşünün.
Ailənizlə uzun götür-qoylardan sonra heyvan saxlamaq qərarına gəldikdə, xahiş edirik, heç vaxt pulla satın
almayın: nə zoomağazadan, nə bazardan, yaxud onları satmaq üçün çoxaldanlardan – çox yazığınız gəlsə
belə! Xahiş edirik heyvanı sahibsiz heyvanlar üçün sığınacaqlardan götürüb ona ailə üzvünüz qismində
xoşbəxt bir həyat bəxş edəsiniz.
14
15
Heyvanlar haqqında nə dərəcədə məlumatlısan?
Aşağıdakı ifadələri diqqətlə oxu və düzgün olduğunu hesab etdiyin ifadənin qarşısında “bəli”,
səhv olduğunu düşündüyün ifadənin qarşısında isə “xeyr” qutusunu işarələ. Əmin olmadığın
yerlərdə isə üçüncü qutunu işarələ. Düzgün cavablar bu səhifənin sonunda verilib.
Balinalar öz aralarında çox yaxşı ünsiyyət qura bilirlər,
odur ki, Antarktidada yaşayan balina Alyaskada yaşayan
balinanın səsini eşidə bilir.
bəli xeyr ?
Fransanın cənubunda yaşayan qarğalar şimalda
yaşayanlardan tam fərqli “aksent”ə malikdir.
bəli xeyr ?
Vəhşi qaz yaralanarsa, o sağalana və ya ölənədək bir
neçə yoldaşı başında gözləyir.
bəli xeyr ?
Cüyürlər kor yoldaşlarına kömək edir və onları
yönləndirirlər.
bəli xeyr ?
Fillər ölmüş həyat yoldaşları üçün darıxır və hətta bəzən
ağlayırlar.
bəli xeyr ?
Qaraquyruqlu çəməm itləri sürülərinin digər üzvlərini
“öpərək” müəyyən edir.
bəli xeyr ?
Şimpanzelər bəzən döyüşdükdən sonra məğlub olmuş
yoldaşlarını qucaqlayır, yaxud onların kürklərini yalayırlar.
bəli xeyr ?
Bəzi quş növləri sınmış sümüklərini bərkitmək və yaralarını
sağaltmaq üçün palçıq və bitki hissələrindən istifadə
edirlər.
bəli xeyr ?
Təhlükəli vəziyyətlərdə itlərin və donuzların uşaqları xilas
etməsi ilə bağlı çoxlu hadisələr məlumdur.
bəli xeyr ?
Rəngli karandaşları götürüb bu sevimli köpək maskasını istədiyin kimi boya! Sonra onu qayçı ilə
ehmalca kəsə bilərsən. Maskanı kartonun üzərinə yapışdır və rezin lenti nəzərdə tutulmuş hissələrə
bərkit – hazırdır!
Oyundan bolluca zövq almağı arzu edirik!
Viktorina:
HEYVANLAR HAQQINDA BILDIKLƏRINIZ
Bütün sualların cavabı “bəli”dir! Heç
təsəvvürünə gətirə bilirdin? Olduqca müxtəlif
heyvanlar qeyri-adi bacarıqlara malikdir –
onlar sadəcə bir-birilərinə deyil, həm də digər
canlılara, elə biz insanlara da kömək edir.
17
16
e
K
Ö
P
Y
I
N
H
Y
A
T
I
e
18
19
SOYUQ QIŞ GÜNÜ İDİ, ALAGÖZ NARAHAT
GÖRÜNÜRDÜ ONUN ACLIQDAN MƏDƏSİ AĞRIYIRDI.
ZƏNCİRLƏ BAĞLANMIŞ KÖPƏK ÖZÜNƏ
SOYUQDAN QORUNMAQ ÜÇÜN YER TAPA
BİLMİRDİ.
EV TƏRƏFƏ BAXANDA İÇƏRİDƏ
AİLƏNİ GÖRÜRDÜ. O, HƏMİN AN
İÇƏRİ GİRİB HEÇ OLMASA BİR
NEÇƏ DƏQİQƏ ONLARIN YANINDA
QALMAĞI ELƏ ARZULAYIRDI Kİ.
BƏLKƏ DƏ FƏRİD ONUN BAŞINI
SIĞALLAYIB, QULAQLARININ
ƏTRAFINI QAŞIYIB ONA MƏNİM
AĞILLI QIZIM DEYƏRDİ.
BƏLKƏ DƏ BALACA LEYLA ATA VƏ
ANASINDAN GİZLİCƏ ONA BİR TİKƏ
ÇÖRƏK VERƏRDİ.
ANCAQ ALAGÖZÜN NECƏ KƏDƏRLƏ
EVƏ TƏRƏF BAXDIĞININ KİMSƏ FƏRQ
İNƏ VARMADI.
O, DAMA SÖYKƏDİLMİŞ FANER
PARÇASININ ALTINA GİRDİ, BU,
ONUN ƏN YAXIN SIĞINACAĞI İDİ.
ALAGÖZ HEÇ DƏ HƏMİŞƏ BAYIRDA YAŞAMAYIB.
AİLƏ ONU BALACA İKƏN EVƏ GƏTİRDİYİNDƏ
ONLARLA BİRLİKDƏ YAŞAYARDI.
FƏRİD ONUNLA İP ÇƏKMƏ
OYUNUNU OYNAMAĞI ÇOX
SEVƏRDİ.
O, TENNİS TOPUNU ATAR VƏ ÇOXLU
GÜLƏRDİ, TOP SIÇRADIQCA ALAGÖZ
SEVİNCLƏ ONUN DALINCA QAÇAR VƏ
TUTMAĞA ÇALIŞARDI.
BALACA LEYLA GECƏLƏR ONU
YERİNDƏN QALDIRIB QUCAQLAYIB
ÖPƏR, DAHA SONRA İSƏ ÖZ YATAĞINA
APARARDI. KÜÇÜK YORĞANIN ALTINDA
LEYLAYA SÖYKƏNİB YATARDI.
20
21
LAKİN BƏZƏN ALAGÖZÜ BAYIRA
ÇIXARMAQ LAZIM GƏLDİKDƏ FƏRİD
İLƏ LEYLA XEYLİ YUBANARDI VƏ O
ARTIQ DÖZƏ BİLMƏDİKDƏ XALÇANIN
ÜZƏRİNDƏ “BƏDBƏXT HADİSƏ” BAŞ
VERƏRDİ.
AİLƏSİ EVƏ QAYIDANDA ALAGÖZ O
QƏDƏR HƏYƏCANLANARDI Kİ,
SEVİNCİNDƏN ONLARIN ÜZƏRİNƏ
ATLANIB VƏHŞİ TƏBİƏTDƏ İTLƏRİN
BİR-BİRİLƏRİNİ SALAMLADIĞI KİMİ
ÜZ-GÖZLƏRİNİ YALAYARDI.
LAKİN ATALARI BUNA
ƏSƏBİLƏŞƏR VƏ ONU
İTƏLƏYƏRDİ.
BU ALAGÖZÜ PƏRT EDƏRDİ –
AXI ONLAR ONU GÖRDÜKLƏRİ
ÜÇÜN NİYƏ SEVİNMİRLƏR?
BİR GÜN ONU BÜTÜN GÜN BOYU
EVDƏ TƏK QOYUB GETDİKLƏRİNDƏ
ALAGÖZ DİVANIN AYAQLARINI
GƏMİRMƏYƏ BAŞLADI.
ONUN DİŞLƏRİ ÇIXIRDI, SÜD DİŞLƏRİNDƏN
QURTULMAQ VƏ AĞRIDAN SIZILDAYAN
DAMAQLARINI SAKİTLƏŞDİRMƏK ÜÇÜN
NƏ İSƏ GƏMİRMƏLİ İDİ.
O, AİLƏDƏ DİVANIN YALNIZCA İNSANLARIN İSTİFADƏSİ ÜÇÜN
NƏZƏRDƏ TUTULDUĞUNU DƏRK ETMİRDİ. AYAQLAR FƏRİDİN
HƏYƏTDƏ ONA ATDIĞI ÇUBUQLAR KİMİ O QƏDƏR CƏLBEDİCİ
GÖRÜNÜRDÜLƏR Kİ.
22
23
ALAGÖZÜN NƏ ETDİYİNİ GÖRƏN ANA QƏZƏBLƏNİB
FƏRİDDƏN ONU HƏYƏTƏ ÇIXARMASINI TƏLƏB ETDİ.
ƏVVƏLCƏ ALAGÖZ HƏYƏCANLANMIŞDI-
FƏRİD İLƏ GƏZMƏYƏ GETDİKLƏRİNİ
DÜŞÜNMÜŞDÜ.
LAKİN FƏRİD OYNAMAQ HƏVƏSİNDƏ
DEYİLDİ. O, ALAGÖZÜN XALTASINI
ZƏNCİRƏ KEÇİRİB ARXASINA BELƏ
BAXMADAN EVƏ GETDİ.
ALAGÖZÜ BİR DAHA
EVƏ BURAXMADILAR.
ALAGÖZ ARTIQ NƏ QƏDƏR MÜDDƏTDİR
KÜÇƏDƏ YAŞADIĞINI UNUTMUŞDU. TƏK
XATIRLADIĞI ŞEY YAYIN HƏDDİNDƏN ÇOX
İSTİ KEÇMƏSİ VƏ BAŞININ AZ QALA
ALOVLANIB YANACAĞINI DÜŞÜNMƏSİ İDİ.
QIŞDA İSƏ O, HEÇ CÜR İSİNƏ
BİLMİRDİ, BƏRK TORPAQDAN
BAŞQA YATACAQ YERİ YOXDU.
BAŞQA İTLƏR ƏTRAFINA YIĞIŞANDA ONU NİYƏ
NARAHAT ETDİKLƏRİNİ BAŞA DÜŞMÜRDÜ VƏ
ONLARIN ÇIXIB GETMƏSİNİ İSTƏYİRDİ.
ONLARIN YANINDAN QAÇIB
UZAQLAŞMAQ İSTƏSƏ DƏ,
QAÇACAQ VƏ GİZLƏNƏCƏK
YERİ YOX İDİ.
BUNDAN BAŞQA O, DAİM ACLIQ HİSS EDİRDİ. ONA ELƏ GƏLİRDİ Kİ, NƏ QƏDƏR YESƏ
DƏ ACDIR. SOYUQ HAVADA ƏLAVƏ, CANINI İSİDƏCƏK YEMƏYƏ DAHA ÇOX EHTİYACI
OLURDU.
24
25
BİR GECƏ O YAMAN NARAHAT İDİ. HAVA
ÇOX SOYUQDU – TEMPERATUR SIFIRDAN
AŞAĞI ENMİŞDİ. ELƏ HƏMİN GECƏ YARISI
O, DÜNYAYA 10 KÜÇÜK GƏTİRDİ.
ONLAR NƏM VƏ DEMƏK OLAR Kİ, TÜKSÜZ
İDİLƏR, ŞİDDƏTLİ KÜLƏYƏ QARŞI GƏLƏ
BİLMİRDİLƏR. ALAGÖZ ONLARI İSİTMƏK
ÜÇÜN NƏ İSƏ ETMƏLİ OLDUĞUNU BİLİRDİ.
BƏDƏNİ İLƏ ONLARI İSİTMƏK ÜÇÜN
ÜZƏRLƏRİNƏ UZANMAQ İSTƏSƏ DƏ,
BUNUN HEÇ BİR NƏTİCƏSİ OLMADI,
KÜÇÜKLƏR GETDİKCƏ DAHA ÇOX
ÜŞÜYÜRDÜLƏR.
NÖVBƏTİ GÜN TEZ-TEZ ALAGÖZÜ ZİYARƏT EDƏN,
ONA YEMƏK GƏTİRƏN VƏ SIĞALLAYAN SONA, LALƏ
VƏ YUSİF MƏKTƏBDƏN EVƏ QAYIDARKƏN BİR
DƏQİQƏLİK BAŞ ÇƏKMƏYƏ GƏLDİLƏR.
HƏLƏ PİYADA KEÇİDİNDƏN
ONLAR SOYUQ TORPAQDA
UZANMIŞ BALACA
KÜÇÜKLƏRİ GÖRDÜLƏR.
BU
NƏDİR?
SANKİ ...
KÜÇÜYƏ
BƏNZƏYİRLƏR!
ONLAR YAXINDAN BAXMAQ ÜÇÜN DƏRHAL
ALAGÖZÜN YANINA QAÇDILAR. ALAGÖZ ELƏ
HƏYƏCANLANMIŞDI Kİ, BƏLKƏ BU UŞAQLAR
ONUN BALALARI XİLAS EDƏ BİLƏRDİLƏR!
LAKİN UŞAQLAR GEC QALMIŞDI – KÜÇÜKLƏRİN
HAMISI GECƏ BOYU SOYUQDAN ÖLMÜŞDÜ.
YAZIQ
KÖRPƏLƏR.
SƏNİN BALALARINI
XİLAS ETMƏYƏ İMKANIN
YOX İDİ, ALAGÖZ. AXI
SƏN NƏ EDƏ
BİLƏRDİN,
QIZIM?
GƏRƏK NƏ İSƏ EDƏK.
KÜÇÜKLƏRİ LAZIMI
ŞƏKİLDƏ DƏFN
ETMƏLİYİK.
GÖZLƏYİN, MƏNCƏ,
GƏLİN ƏVVƏL HƏR ŞEYİ
MƏNİM ANAMA DANIŞAQ,
GÖRƏK O, NƏ DEYİR.
26
27
BU, HEYVANLARA QARŞI QƏDDARLIQDIR!
İNDİ ATANA ZƏNG VURACAM, RAZI OLSA,
BƏLKƏ ALAGÖZÜ EVİMİZƏ GƏTİRDİK!
UŞAQLARIN LALƏGİLİN
EVİNƏ GEDİB OLANLARI
ANASINA DANIŞDILAR.
BALACA LALƏNİN ANASI ALAGÖZÜN OLDUĞU
YERƏ GETDİ VƏ GÖRDÜKLƏRİ ONU ÇOX SARSITDI.
O, NƏ ETMƏLİ OLDUĞUNU BİLİRDİ.
11
11
11
ALAGÖZÜN ZƏNCİRİNİ AÇDI...
LALƏ, ƏZİZİM, ATANLA
MƏN BİR QƏRAR ALDIQ,
ALAGÖZ ARTIQ BİZİMLƏ
YAŞAYACAQ.
... VƏ EHTİYATLA KÜÇÜKLƏRİ
YERDƏN QALDIRDI.
YAŞADIĞI BÜTÜN ÇƏTİNLİKLƏRDƏN
SONRA BİZ ONA YAXŞI BAXMALIYIQ.
ƏLBƏTTƏ, ANA!
MƏN ONUN DOSTU
OLACAM!
ALAGÖZÜ AXTALANMASI ÜÇÜN BAYTARA
APARDI VƏ KEYFİYYƏTLİ YEMLƏ TƏMİN ETDİ.
28
29
Diqqətinizə görə çox sağ olun!
Bu kitab xoşuna gəldi? Heyvanlar haqqında yeni nə isə öyrəndin?
Əgər özünü heyvanların dostu hesab edirsənsə, bunu başqalarına da göstərə və
hər zaman heyvanlara kömək edə bilərsən. Bütün dünyada uşaqlar heyvanların fəal
müdafi əçilərinə çevrilməkdədir. Heyvanların qəhrəmanı ol – onlar sənə minnətdar
olacaq!
Heç vaxt unutma: heyvanlarla səninlə davranılmasını istədiyin kimi rəftar et.
Heyvanlar - əşya deyil, hissləri olan canlılardır.
Odur ki, heyvanlar satın alınmamalıdır – nə zoomağazadan, nə bazardan, nə də onları
çoxaldan şəxslərdən. Əgər ailənlə uzun götür-qoylardan sonra bir heyvan sahiblənmək
istəyirsənsə, heyvan sığınacaqlarını ziyarət et.
BİR HƏFTƏ SONRA
UŞAQLAR,
YEMƏYƏ
GƏLİRSİZ?
OLDU, ANA,
BİR DƏQİQƏYƏ
GƏLİRİK.
VALİDEYNLƏRİNİN
ALAGÖZƏ SAHİB
ÇIXMASINA ÇOX
SEVİNDİM.
HƏ. BÜTÜN O
YAŞADIQLARINDAN
SONRA GÖZƏL BİR
EVƏ EHTİYACI VARDI.
ELƏ İSTƏRDİM Kİ,
ZƏNCİRDƏ SAXLANILAN
BÜTÜN KÖPƏKLƏRİN BİZİM
KİMİ QAYĞIKEŞ SAHİBLƏRİ
OLSUN.
BU, NYU-YORK ŞTATININ EFTON ŞƏHƏRİNDƏ SOYUQ YANVAR GECƏSİNDƏ DÜNYAYA
10 BALA GƏTİRMİŞ, LAKİN KÜÇÜKLƏRİNİN HAMISI ÖLMÜŞ VƏ ONLARI GÖRMÜŞ BİR
QRUP UŞAĞIN SAYƏSİNDƏ SAHİBİNƏ QARŞI HEYVANLARLA RƏHMSİZCƏ DAVRANIŞA
GÖRƏ QANUNVERİCİLİYİN 10 BƏNDİ İLƏ İTTİHAM İRƏLİ SÜRÜLMÜŞ BİR KÖPƏYİN
BAŞINA GƏLMİŞ REAL HADİSƏLƏRƏ ƏSASLANAN UYDURULMUŞ HEKAYƏDİR.
R
Ə
Q
Ə
M
L
Ə
R
I
B
I
R
L
Ə
Ş
D
I
R
Rus dilinə tərcümə etdi: Kamilla Kərimli © 2013.
Azərbaycan dilinə tərcümə etdi: Esmira Ramazanova © 2013.
30
31
BİlİrDİNİZmİ Kİ?
BİlİrDİNİZmİ Kİ?
İTLƏR İNSANLARIN ÜZLƏRİNDƏKİ EMOSİYALARI
ANLAYA BİLİR VƏ BU, ONLARIN BİZİMLƏ
ÜNSİYYƏTDƏ OLMASINA, ONLARDAN NƏ
İSTƏDİYİMİZİ BAŞA DÜŞMƏSİNƏ KÖMƏK EDİR.
xoşbəxt
kədərli
RİKO ADLI İT 1000-DƏN ÇOX SÖZ ÖYRƏNİB VƏ
BİR AYDAN ÇOX GÖRMƏDİYİ OYUNCAQLARIN
ADINI YADDA SAXLAYA BİLİR. ALİMLƏR
KÖPƏKLƏRİN BU QAVRAMA QABİLİYYƏTİNİN
ÜÇ YAŞLI UŞAQLA EYNİ SƏVİYYƏDƏ
OLDUĞUNU BİLDİRİR.
İTLƏRİN OLDUQCA İNKİŞAF ETMİŞ İYBİLMƏ QABİLİYYƏTİ VAR –
İNSANLA MÜQAYİSƏDƏ ONLARIN İYBİLMƏ ORQANLARINDA
TƏXMİNƏN 25 DƏFƏ DAHA ÇOX RESEPTOR VAR. ONLAR HƏTTA
BEŞ KVART (1 KVART = 1,4 L) SUDA BİR DAMCI
QANI AŞKAR ETMƏK İQTİDARINDADIRLAR!
BATTERSİ ŞƏHƏRİNDƏ (İNGİLTƏRƏ) YERLƏŞƏN KÖPƏK SIĞINACAĞINDA YAŞAYAN RED ADLI İT GECƏLƏR
ÖZ BUDKASINI AÇIB QAÇARAQ QƏFƏSLƏRDƏKİ YOLDAŞLARINI BURAXMAĞI ÖYRƏNMİŞDİ. MÜŞAHİDƏ
KAMERALARINDAN ONUN İLKİN OLARAQ ƏN YAXIN DOSTU LAKİNI BURAXDIĞI MƏLUM OLMUŞDUR. LAKİ
İLƏ RED BİRLİKDƏ SAHİBSİZ İT KİMİ KÜÇƏDƏN GÖTÜRÜLMÜŞDÜ.
DANELL BALLENCİNİN HƏYATINI EVİNDƏ SAXLADIĞI HƏYƏT
İTİ VAZ XİLAS ETMİŞDİR. SAHİBİNİN TƏLİM QAÇIŞI ZAMANI
60 FUT HÜNDÜRLÜYÜNDƏKİ QAYADAN YIXILDIĞINI GÖRƏN
VAZ DANELLİN MAŞININA QAÇMIŞ VƏ XİLASEDİCİ KOMANDA
HADİSƏ YERİNƏ GƏLDİYİNDƏ O, MAŞININ DAYANDIĞI
YERDƏN DANELLİN YIXILDIĞI YERƏDƏK OLAN 5 MİL
MƏSAFƏ BOYU KOMANDANI MÜŞAYİƏT ETMİŞDİR.
32
Dostları ilə paylaş: |